Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-453/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qızıl-zinət əşyalarının satışı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya məxsus müxtəlif əyarlı və çəkili qızıl-zinət əşyalarını götürüb sataraq pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə R.M.Muqumovdan 29 may 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən «Yaqut» adlı qızıl-zinət əşyalarının satışı mağazasında 3.600 manat dəyərində, 04 iyun 2020-ci il tarixdə həmin ünvanda 10.455 manat dəyərində, 29 iyun 2020-ci il tarixdə həmin ünvanda 8.195 manat dəyərində və 04 avqust 2020-ci il tarixdə həmin ünvanda 6.920 manat dəyərində müxtəlif əyarlı və çəkili qızıl-zinət əşyalarını götürüb verdiyi vədə əməl etməyərək qızıl-zinət əşyalarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 29.170 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, qızıl alış-satışı ilə məşğul olmuşdur. 2009-cu ildə dələduzluq cinayəti törətdiyinə görə həbs olunmuş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 04 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26.05.2014-cü il tarixli 513 saylı «Əfv» fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Son 2-3 il ərzində onun müxtəlif şəxslərə borcu və ya verəcəyi yaranmışdır. Ona görə də müxtəlif şəxslərdən qızılzinət əşyaları götürərək onları satmaqla borclarını ödəmişdir. Daha sonra digər şəxslərdən eyni qayda ilə qızıl-zinət əşyaları götürərək onları satmaqla yenidən borclarını ödəmişdir. Bu səbəbdən də o, çıxılmaz vəziyyətə düşmüşdür. Onun oğlu X1 2018-ci il tarixdə X3 ilə ailə həyatı qurmuşlar və o, həmin vaxt Şahid1 ilə qohum olmuşdur. Toy ərəfəsində o, gəlini Nigar üçün qızıl-zinət əşyaları almaq məqsədi ilə qohumu Əflandan xahiş elmişdir ki, əgər zərgər tanışı varsa toy üçün qızıl-zinət əşyaları götürsün və toydan sonra pulunu ödəyər. Əflan da ona etiraz etməmiş və bildirmişdir ki, onun bir zərgər tanışı var və o, Moskva univermağının yanında qızılın-alışı və satışı ilə məşqul olur. Ona görə də o, Əflan ilə birlikdə onun tanışı Rahib adlı şəxsin işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən «Moskva» univermağının qarşısında yerləşən Yaqut adlı qızılın alışı-satışı ilə mağazasına getmişlər. Həmin vaxt Əflan onu Rahib ilə tanış etmiş, övladları üçün toy edəcəklərini və toy üçün gəlininə qızıl-zinət əşyaları götürmək istədiyini, lakin pulunu toydan sonra verəcəyini bildirmişdir. Rahib də bir söz demədən onlarla razılaşmış və o, oradan təxminən 4000 manat dəyərində qızıl-zinət əşyalarını götürmüşdür. Bundan sonra toy mərasimi olmuş və toydan sonra o, pulu düzəldib şəxsən özü aparıb qızılların pulunu Rahibə ödəmişdir. O, bu barədə Əflana bildirmiş və Əflan Rahibə zəng vurub öz minnətdarlığını da bildirmişdir. Beləcə onların aralarında etibar yaranmışdır. Bundan sonra 2020-ci ilin may ayında onun borcları yaranmışdır. Düşünmüşdür ki, Rahib onu tanıyır, ondan qızıl əşyası götürərək satıb qazanc əldə edər, həmçinin qızı) əşyalarını satıb digər borclarına verər, sonra o, Rahibin pulunu hissə-hissə verər. Bu səbəbdən də o, 29 may 2020-ci il tarixdə təxminən 12 radələrində Rahibin işlətdiyi «Yaqut» qızıl mağazasına getmişdir. İçəri daxil olduqda Rahibi orada görmüşdür. Ona yaxınlaşıb Əflanın qohumu olduğunu və adının Yeganə olduğunu bildirmişdir. Rahib onu tanımış, demişdir ki, problem yoxdur, nisyə olaraq qızıl götürə bilər. Elə həmin günü müxtəlif əyyarlı və çəkili qızıllara baxıb seçmiş və təxminən 3600 manatlıq adını xatırlamadığı qızıl-zinət əşyalarını o, Rahibdən nisyə götürmüş və həmin vaxt heç bir pul ödəməmişdir. Lakin Rahibə demişdir ki, 10-15 gün ərzində pulu tamamilə bağlayacaq. Rahibdən aldığı qızılları müxtəlif şəxslərə sataraq pulları borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Borcları olduğundan 3100 manat yenidən pul tapmışdır ki, Rahib ona inansın, görsün ki, o, pulu ödəyir və ona inanıb yenidən qızıl əşyalarını versin. 04 iyun 2020-ci il tarixdə yenidən Rahibin mağazasına getmiş, orada Nuriyyə adlı satıcı olmuş, ona yaxınlaşıb demişdir ki, borclu olduğu 3600 manat puldan 3100 manat ödəniş edəcək və yenidən nisyə olaraq qızıl əşyaları götürmək istəyir. Nuriyyə Rahibə zəng vurub bu barədə məlumat vermiş, sonra da mobil telefonla o, Rahiblə danışmış, ona demişdir ki, qızılları alaraq başqa şəxslərə satacaq və əldə olunmuş pulu gətirib borcların 1 həftə ərzində bağlayacaq. Rahib onunla razılaşmış, o, 3100 manat ödəniş etdikdən sonra, yenidən 10455 manatlıq xatırlamadığı müxtəlif çeşidli və çəkili qızıl əşyaları götürmüş və Rahibə 10955 manat verəcəyi qalmışdır. O, qızılı aparıb nisyə başqa adamlara satmış, bir neçə gün ərzində həmin adamlardan pulları hissə-hissə almış və şəxsi ehtiyaclarına ödəmiş, həmçinin borclarını vermişdir. Lakin 4000 manat saxlamışdır ki, yenidən ödəniş etsin, Rahib ona inansın və ona qızıl əşyalarını versin. 29 iyun 2020-ci il tarixdə yenə də Rahibin işlətdiyi qızıl mağazasına gəlmiş, Rahib orada olmamış, Nuriyyə adlı xanıma yaxınlaşıb demişdir ki, 4000 manat ödəniş edir, apardığı qızılları satsa da hələ ki, pullarını ala bilməmiş və xahiş etmişdir ki, Rahiblə danışıb bu barədə ona bildirsin. Nuriyyə də Rahibə zəng vuraraq bu barədə məlumat vermiş, sonra da o, mobil telefonla Rahiblə danışmış, Rahib ona demişdir ki, borcları bağlamasa ona qızıl əşyaları verməyəcəkdir. O, da ona yalandan demişdir ki, qızılları nisyə satmış, pullarını tam ala bilməmiş, xahiş etmişdir ki, bu dəfə də ona qızıl əşyaları versin, onları da aparıb satıb pullarını 3-4 günə tamamilə verəcək. Rahib ona inanmış və Nuriyyəyə tapşırmışdır ki, ona nisyə olaraq qızıl əşyaları versin. Qalıq qalan 10955 manat puldan 4000 manat ödəniş edib, yenidən mağazadan 8195 manat dəyərində xatırlamadığı müxtəlif çeşidli və çəkili qızıl əşyaları götürmüşdür. Onun artıq Rahibə 15150 manat verəcəyi yaranmışdır. Qızılları aldıqdan sonra onları müxtəlif şəxslərə satıb əldə olunmuş pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və borclarını vermişdir. Yenidən pula ehtiyacı olduğuna görə fikirləşmişdir ki, Rahibdən qızıl əşyaları götürüb satıb şəxsi ehtiyaclarını həll etsin, buna görə də 04 avqust 2020-ci il tarixdə yenidən mağazaya getmiş. Rahib mağazada olmamışdır. O, Nuriyyəyə yaxınlaşmış demişdir ki, nisyə olaraq yenidən qızıl əşyaları götürmək istəyir. Nuriyyə Rahiblə əlaqə saxlamış, lakin Rahib ona tapşırmışdır ki, ona heç bir qızıl əşyası verməsin. O, sonra özü Rahiblə əlaqə saxlamış və demişdir ki, hələ də nisyə olaraq ondan aldığı qızılların pulunu tanışlarından ala bilməmiş, bu səbəbdən də axırıncı dəfə xahiş etmişdir ki, yenə də nisyə qızıl əşyalarını ona versin, 1 həftə ərzində ona olan ümumi pulu bağlayacaq. Rahib ona inanmış, həmin günü o, mağazadan müxtəlif çeşidli və çəkili 6920 manat dəyərində qızıl əşyalarını götürmüş və ümumilikdə Rahibə 22070 manat verəcəyi yaranmışdır. Həmin qızılları da götürdükdən sonra onları aparıb tanımadığı şəxslərə sataraq əldə etdiyi pulu borclarına və şəxsi ehtiyaclarına ödəmişdir. Daha sonra bilmişdir ki, Rahib artıq onun yalanını başa düşüb və ona nisyə qızıl əşyaları verməyəcəkdir. Rahib onunla əlaqə saxlamağa başlamış, o, hər dəfə bəhanə gətirərək müxtəlif günlər deyərək pulu ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. O, belə hərəkət etdiyinə görə xəcalət çəkmiş, pis vəziyyətdə olduğuna görə, borcları olduğuna görə düşünmüşdür ki, Rahibdən toy məclisi üçün qızıl alıb pulunu vermiş, artıq Rahibin etibarını qazanmışdır. O, ona istənilən qədər qızıl əşyası verə bilər. Buna görə də o, 4 dəfə olmaqla Rahibə yalan vəd verərək ondan ümumilikdə 29170 manat dəyərində müxtəlif çeşiddə və çəkidə qızıl əşyaları götürmüş, onun 7100 manatını ödəmiş, 22070 manatını ödəməmişdir. Rahibdən götürdüyü qızılları sataraq pulunu öz ehtiyaclarına və borclarına vermişdir. Hərdənbir də ödəniş etmişdir ki, Rahib ona inansın, növbəti dəfə ona nisyə kimi qızıl-zinət əşyası verə bilsin. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, qadın olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın 7100 manatını məhkəməyədək istintaq düvründə və 1500 manatını məhkəmə istintaqı dövründə ödəməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Muqumov X10 ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. O, 2017-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən «Moskva» univermağının qarşısında olan «Yaqut» adlı qızılın alışı-satışı mağazasının müdürü işləyir. Ondan başqa həmin mağazada bir nəfər də Nuriyyə adlı qadın satıcı işləmişdir. Şahid1 adlı şəxsi o, demək olar ki, illər əvvəl tanımışdır. Onunla o, Zərgərlik zavodunda 20 il bir yerdə işləmişlər. Münasibətləri normal olmuş, əvvəllər aralarında ədavətləri düşmənçilikləri olmamışdır. 2018-ci ildə tanıdığı Əflan adlı şəxs bir nəfər şəxslə qızıl mağazasına gələrək bildirmişdir ki, həmin qadın onun gələcək qudasıdır, belə ki, o, qızını həmin şəxsin, yəni adını ona dediyi Yeganənin oğluna ərə verəcəkdir. Bu səbəbdən də Əflan ondan xahiş etmişdir ki, onlara, yəni Yeganəyə xeyir iş etmək üçün borc olaraq qızıl-zinət əşyaları versin, toy etdikdən sonra gətirib qızılların pulunu verəcəkdir. O, etiraz etməmiş, həmin günü Yeganə ondan 4.000 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyaları götürmüş və bir müddət sonra gətirib pulunu vermişdir. Bundan 2 il keçsə də o, Yeganəni görməmiş və onunla aralarında heç bir alış-veriş olmamışdır. 29 may 2020-ci il tarixdə 11-12 radələrində onun işlətdiyi qızıl mağazasına bir nəfər qadın yaxınlaşmış, Əflanın qohumu olduğunu və adının Yeganə olduğunu bildirmişdir. O, Yeganəni tanımış, bilmişdir ki, bir dəfə bu Əflanın xahişi ilə toy məclisi üçün ondan qızıl əşyaları almışdır. Həmin qadın tək gəlmiş, mağazada isə o, və satıcı Nuriyyə adlı qadın olmuşlar. Yeganə adlı qadın bildirmişdir ki, o, oğluna nişan mərasimi edir və gəlin üçün qızıl-zinət əşyaları almaq istəyir. Yeganə adlı qadın müxtəlif əyyarlı və çəkili qızıllara baxıb seçmiş və təxminən 3600 manatlıq adını xatırlamadığı qızıl-zinət əşyalarını nisyə götürmüş və həmin vaxt heç bir pul ödəməmişdir. Bildirmişdir ki, təxminən 10-15 günə gəlib götürdüyü qızılların pullarını ödəyəcəkdir. Bundan sonra çıxıb getmişdir. 04 iyun 2020-ci il tarixdə o, işdə olmayan zaman Nuriyyə adlı işçisi ona mobil telefonla zəng vuraraq demişdir ki, Yeganə adlı xanım yenə də gəlib nisyə qızıl-zinət əşyaları götürmək istəmiş və əlavə olaraq bildirmişdir ki, 3000 manat ödəniş edəcəkdir. O, Nuriyyəyə demişdir ki, mobil telefonu ona versin. Mobil telefonla Yeganə ilə danışmış, ona demişdir ki, qızıl satmaq işi ilə məşğuldur, aldığı qızılları başqa adınalara satıb pulunu ödəyəcəkdir. Həmçinin bildirmişdir ki, 1 həftə ərzində pulu təmiz bağlayacaqdır. O, Yeganəyə inanmış, Nuriyyəyə tapşırmışdır ki, ona istədiyi qızıl əşyalarını versin. Bundan sonra Yeganə əvvəlki 3.600 manatlıq qızıl əşyasının 3100 manatını ödəmiş, yenidən 10455 manatlıq xatırlamadığı müxtəlif çeşidli və çəkili qızıl əşyaları götürmüş və ona 10955 manat verəcəyi qalmışdır. 29 iyun 2020-ci il tarixdə yenə də Nuriyyə ona zəng vuraraq demişdir ki, Yeganə adlı xanım yenə də ona məxsus olan mağazadan nisyə olaraq qızıl-zinət əşyaları götürmək istəmiş və 4000 manat ödəniş gətirmişdir. Yenə də mobil telefonla Yeganə ilə danışmış və demişdir ki, pulu bağlamamış, ona nisyə qızıl verməyəcəkdir. Yeganə demişdir ki, ondan aldığı qızıl əşyalarını digər şəxslərə satmış, onlara da nisyə olaraq vermiş və pulu hələ ki, geri ala bilməmişdir. Bu dəfə də qızıl əşyalarını ona nisyə olaraq verib pulu 3-4 gün ərzində tam bağlayacaqdır. O, da Nuriyyəyə demişdir ki, Yeganəyə qızıl əşyalarını versin. Yeganə aldığı qızıllara görə qalıq qaldığı 10955 manat puldan 4000 manat ödəniş etmiş, yenidən mağazadan 8195 manat dəyərində xatırlamadığı müxtəlif çəkili qızıl əşyaları götürüb pullarını 3-4 gün ərzində verəcəyi barədə vəd verib getmişdir. Artıq Yeganənin ona 15150 manat vercəyi yaranmışdır. 04 avqust 2020-ci il tarixdə Nuriyyə yenə də ona zəng vuraraq Yeganənin nisyə qızıl əşyası götürməyə gəldiyini demiş və o, Nuriyyəyə demişdir ki, ona heç bir qızıl əşyası nisyə olaraq verməsin. Bir neçə dəqiqə keçdikdən sonra Yeganə ona zəng vuraraq demişdir ki, həb də nisyə olaraq ondan aldığı qızılların pulunu tanışlarından ala bilməmiş, bu səbəbdən də axırıncı dəfə ondan xahiş etmişdir ki, yenə də nisyə qızıl əşyaları ona versin, bir həftə ərzində ona olan ümumi pulunu bağlayacaqdır. O, da Yeganəyə inanmış və Nuriyyəyə demişdir ki, ona qızıl əşyalarını versin. Həmin günü Yeganə yenə do ona məxsus olan mağazadan müxtəlif çeşidli və çəkili 6920 manat dəyərində qızıl əşyaları götürmüş və ümumilikdə ona 22070 manat verəcəyi yaranmışdır. Bir həftə keçdikdən sonra o, Yeganəyə mobil telefonla zəng vursa da o, mobil telefonlara cavab verməmişdir. Daha sonra Əflanla danışdıqda demişdir ki, bir neçə aydır onun qızı Yeganin oğlundan boşanmışdır. Yeganə dələduz adamdır, onun əvvəllər do belə işlər görməsinə görə məhkumluğu olmuşdur. Yeganə ilə bir təhər əlaqə saxlamış, ona bildirmişdir ki, ondan aldığı qızılları sataraq şəxsi chtiyyaclarına xərcləmiş, aldığı qızıllara görə ona verəcəyi 22070 manat puldan sentyabr ayının axırlarına kimi 10000 manatını verəcəkdir. Həmin müddət başa çatdıqda Yeganə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Ona yalandan vəclər vermiş, lakin pulu ödəməmişdir. O, bilmişdir ki, Yeganə ondan aldığı qızılları müxtəlif şəxslərə sataraq əldə olunmuş pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Hərdən bir ona ödəniş etmişdir ki, ona əlavə olaraq da nisyə qızıl əşyalarını versin. O, bir müddətdən sonra yenidən Əflaııa zəng vurub bu barədə bildirəndə Əflan ona demişdir ki, əgər belədisə polisə şikayət etsin. Bundan sonra o, Yeganə tərəfindən aldadıldığını başa düşmüş və məcbur polisə şikayət etmək qərarına gəlmişdir. Araşdırma zamanı ilkin izahatında Yeganənin 19 may 2020-ci il tarixdə saat 11-12 radələrində ona məxsus mağazaya gələrək 3600 manat dəyərində müxtəlif əyyarlı və çeşidli qızıl-zinət əşyalarının götürməsini qeyd etmiş, lakin sonra yadına düşmüşdür ki, həmin tarix 29 may 2020-ci ildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Muqumov X10 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona 1500 manat vurulmuş ziyandan ödəmişdir, hal hazırda ümumi qalan borcunun məbləği 20.570 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildə X4 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki qız övladları olmuşdur. Onun böyük qızı X3 2018-ci il tarixdə əslən Quba rayonundan olan X1 ilə ailə həyatı qurmuş və o, həmin vaxt X2 ilə qohum olmuşlar. Akifin həyat yoldaşı Təqsirləndirilən şəxs toy ərəfəsində ondan xahiş etmişdir ki, əgər zərgər tanışı varsa onun vasitəsi ilə toy üçün qızıl-zinət əşyaları götürsün və toydan sonra pulunu ödəyər. Belə ki, o, 1997-ci ildən 2013cü ilədək Bakı zərgərlik zavodunda zərgər işləmişdir. Həmin vaxt onunla birlikdə Zərərçəkmiş şəxs da zərgər işləmişdir. Onun Rahib ilə münasibətləri normal olmuş, aralarında ədavətləri, düşmənçilikləri olmamışdır. Həmin vaxt onun yadına Rahib düşmüş və Yeganə ilə birlikdə Rahibin işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən «Moskva» univermağının qarşısında yerləşən Yaqut adlı qızılın alışı-satışı ilə mağazasına getmişlər. Həmin vaxt Rahib işdə olmuş və onları qarşılamış, bir qədər söhbət etmişlər və o, Rahibə bildirmişdir ki, bu onun qudasıdır, tezliklə qızına toy edəcəklər və qudası onun qızı üçün qızıl-zinət əşyaları götürmək istəyir, lakin pulunu toydan sonra verəcək. Rahib də ona bir söz deməmiş, yəni razılaşmış və Yeganə oradan yadında qalmayan məbləğdə qızıl-zinət əşyalarını götürmüşdür. Bundan sonra toy mərasimi olmuş və toydan sonra Yeganə özü aparıb qızılların pulunu Rahibə ödəmişdir. Hətta bunun üçün o, Rahibə zəng vurub öz minnətdarlığını da bildirmişdir. Bundan sonra 2020-ci ilin iyul ayının əvvəllərində qızı Nigar ilə kürəkəni Heybət arasında münasibətlər pozulduğundan onlar rəsmi olaraq boşanmışlar. Elə həmin ərəfədə Rahib ona zəng vurmuş və bildirmişdir ki, Yeganə ondan bir neçə dəfə qızıl-zinət əşyalarını nisyə olaraq götürmüş və pulunu qaytarmamışdır. Hal-hazırda Yeganənin ona 22000 borcu qalmışdır. O, Rahibə bildirmişdir ki, qızı boşanıb, onların ailəsi ilə əlaqələri kəsilib və onun bundan heç bir xəbəri olmamışdır. O, Yeganədən pulunu alsın. Rahib bildirmişdir ki, Yeganə telefonda onunla danışır vaxt istəyir, lakin gəlib çıxmır. O, da Rahibə məsləhət görmüşdür ki, əgər gizlənirsə polisə müraciət etsin. Yeganə ilə qohum olduqdan sonra bilmişdir ki, problemli adamlardı, çünki elə onun özündən eşitmişdir ki, müxtəlif şəxslərə pul verəcəyi vardır, eyni ilə kimlərdənsə qızıl götürüb tezliklə pulunu qaytaracağı barədə yalan vəd verib sonra da qaytarmamışdır. Çox güman ki, Təqsirləndirilən şəxs eyni ilə Rahib Muquvomdan da qızıl zinət əşyaları alaraq tez bir müddətcə salıb qaytaracağı barədə yalan vəd verib onu aldatmışdır. Ola bilsin ki, Yeganə Zərərçəkmiş şəxs götürdüyü qızılları tanımadığı başqa şəxslərə sataraq orada götürdüyü pulları başqa məqsədlər üçün istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2 ildən artıqdır ki, Zərərçəkmiş şəxs məxsus Nəsimi rayonu ərazisində Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən «Moskva» univermağının qarşısında olan «Yaqut» adlı qızılın alışı-satışı mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs həmin mağazanın müdiri işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 29 may 2020-ci il tarixdə 11-12 radələrində işlədiyi qızıl mağazasına bir nəfər qadın yaxınlaşmış, sonradan adını bildiyi Yeganə Rahib müəllimə yaxınlaşaraq Əflanın qohumu olduğunu və adının Yeganə olduğunu bildirmişdir. Rahib müəllim Yeganəni tanımış, sonradan eşitmişdir ki, Yeganə adlı şəxs 2018-ci il tarixdə Əflan adlı şəxsin xahişi ilə toy məclisi üçün Rahib müəllimdən qızıl əşyaları almışdır. Həmin qadın mağazaya tək gəlmişdir. Yeganə adlı qadın bildirmişdir ki, o, oğluna nişan mərasimi edir və gəlin üçün qızıl-zinət əşyaları almaq istəyir. Yeganə adlı qadın müxtəlif əyyarlı və çəkili qızıllara baxıb seçmiş və təxminən 3600 manatlıq adını xatırlamadığı qızıl-zinət əşyalarını nisyə götürmüş və həmin vaxt heç bir pul ödəməmişdir. Bildirmişdir ki, təxminən 10-15 günə gəlib götürdüyü qızılların pullarını ödəyəcək. Bundan sonra çıxıb getmişdir. 04 iyun 2020ci il tarixdə o, işdə olan zaman Yeganə yenidən mağazaya yaxınlaşıb ondan Rahib müəllimi soruşduqda mağazada olmadığını bildirmişdir. Yeganə ona demişdir ki, mağazadan götürdüyü 3600 manat dəyərində olan qızılın 3100 manatını ödəyib yenidən nisyə qızıl əşyaları götürmək istəyir. Buna görə də o, Rahib müəllimə mobil telefonla zəng vuraraq demişdir ki, Yeganə adlı xanım yenə də gəlib nisyə qızıl-zinət əşyaları götürmək istəyir və əlavə olaraq bildirmişdir ki, 3100 manat ödəniş edəcəkdir. Rahib müəllim onun mobil telefonu ilə Yeganə adlı xanımla danışmışdır. Yeganə Rahib müəllimlə danışan zaman demişdir ki, qızıl əşyaları satmaqla məşğuldur, nisyə qızılları götürərək 1 həftəyə pulunu verəcəkdir. Rahib müəllimdə öz növbəsində ona bildirmişdir ki, Yeganəyə qızıl versin. Bundan sonra Yeganə əvvəlki 3600 manatlıq qızıl əşyasının 3100 manatını ödəyib, yenidən 10455 manatlıq xatırlamadığı müxtəlif çeşidli və çəkili qızıl əşyaları götürmüş və 10955 manat verəcəyi qalmışdır. 29 iyun 2020-ci il tarixdə yenə də Yeganə mağazaya yaxınlaşmış, Rahib müəllimi soruşduqda işdə olmadığını demişdir. Yeganə qeyd etmişdir ki, əvvəlki verəcəyindən 4000 manat gəlirmiş, əlavə olaraq da qızıl əşyalarını götürmək istəyir. Buna görə də o, Rahib müəllimə mobil telefonla zəng vuraraq demişdir ki, Yeganə adlı xanım yenə də gəlib nisyə qızıl-zinət əşyaları götürmək istəyir və əlavə olaraq bildirmişdir ki, 4000 manat ödəniş edəcəkdir. Rahib müəllim onun mobil telefonu ilə Yeganə adlı xanımla danışmış və ona demişdir ki, götürdüyü qızılların pulunu ödəməmiş ona qızıl əşyası verməyəcəkdir. Yeganə Rahib müəllimə demişdir ki, aldığı qızıl əşyalarını digər şəxslərə satmış, onlara da nisyə olaraq vermiş və pulu hələ ki geri ala bilməmişdir. Bu dəfə də qızıl əşyalarını ona nisyə olaraq versin pulu 3-4 gün ərzində tam bağlayacaqdır. Rahib müəllim ona demişdir ki, Yeganəyə qızıl əşyalarını versin. Yeganə aldığı qızıllara görə qalıq qaldığı 10955 manat puldan 4000 manat ödəniş etmiş, yenidən mağazadan 8195 manat dəyərində xatırlamadığı müxtəlif çeşidli və çəkili qızıl əşyaları götürüb pullarını 3-4 gün ərzində verəcəyi barədə vəd verib getmişdir. X7 müəllimə 15150 manat verəcəyi yaranmışdır. 04 avqust 2020-ci il tarixdə yenə də Yeganə mağazaya yaxınlaşmış, Rahib müəllimi soruşduqda işdə olmadığını demişdir. Yeganə qeyd etmişdir ki, yenidən qızıl əşyaları götürmək istəyir. O, Rahib müəllimə mobil telefonla zəng vuraraq bu barədə məlumat vermişdir. Rahib müəllim ona demişdir ki. Yeganəyə heç bir qızıl əşyası verməsin, danışdıqdan sonra Rahib müəllimin dediklərini Yeganəyə demişdir. Belə olan halda Yeganə özü Rahib müəllimə zəng vuraraq demişdir ki, hələ də nisyə olaraq aldığı qızılların pulunu tanışlarından ala bilməmiş, bu səbəbdən də axırıncı dəfə xahiş etmişdir ki, yenə də nisyə qızıl əşyaları ona versin. 1 həftə ərzində olan ümumi pulunu bağlayacaqdır. Rahib müəllimə onunla əlaqə saxlayıb demişdir ki, Yeganəyə qızıl əşyalarını versin. Həmin günü Yeganə yenə də mağazadan müxtəlif çeşidli və çəkili 6920 manat dəyərində qızıl əşyaları götürmüş və ümumilikdə Rahib müəllimə 22070 manat verəcəyi yaranmışdır. 1 həftə keçdikdən sonra Yeganəyə pulu gətirib verməmişdir. Rahib müəllim dəfələrlə Yeganə ilə danışmış, hər dəfə Yeganə müxtəlif bəhanələr gətirmiş, artıq bilmişdir ki, Yeganə dələduzluq edib Rahib müəllimə məxsus qızıl əşyalarını dələduzluq yolu ilə ələ keçirmişdir. Əlavə olaraq bildirmişdir ki, Yeganəyə verdiyi qızıl əşyasını xeyli vaxt keçdiyindən onları xatırlamamış, Yeganə onlardan 583, 585 və 750 əyyarlı müxtəlif çəkidə və növdə qızıl əşyaları götürmüşdür. Qızılları da mağazada orta bazar qiyməti ilə Yeganəyə verilmişdir, Yeganə ilə bazar qiymətinə uyğun olaraq razılaşma olmuşdur. Cinayət işinin 1-ci cild 138-139-cu vərəqələrində olan 28 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-də tutulmuşdur. Cinayət işinin 1-ci cild 179-184-cü vərəqələrində olan 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində 28 yanvar 2021-ci il tarixdən hesanblanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 13-15-ci vərəqələrində olan 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 06 noyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 04.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 08.12.2011-ci il tarixli qərarına əsasən 04.11.2010-cu il tarixli hökm qüvvədə saxlanılmış və Azərbaycan Respublikası Prezidentinin 26.05.2014-cü il tarixli 513 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəməyədək istintaq dövründə aparılmış üzləşdirmə protokolları və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, qadın olmasını, vurulmuş ziyandanqismən ödəniş etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 04.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 08.12.2011-ci il tarixli qərarına əsasən 04.11.2010-cu il tarixli hökm qüvvədə saxlanılmış və Azərbaycan Respublikası Prezidentinin 26.05.2014-cü il tarixli 513 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuş və hazırki cinayət əməlini 06 altı il 03 gün keçdikdən sonra, yəni 29 may 2020-ci il tarixdə törətmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər də eyni tərkibli cinayət törətməsini və islah olumamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək yəni 02 (iki) gün, həmçinin 30 yanvar 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 2 ay 28 gün, yəni ümumilikdə 03 (üç) ay müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 22 sentyabr 2021-ci il tarixdən, saat 12:30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 28 yanvar 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək, yəni 03 (üç) ay müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən, saat 12:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-453/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-453/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver