Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-453/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pəhanov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Xüsusi ittihamçı: X5 Xüsusi ittihamçının nümayəndəsi: Sumqayıt Regional Vəkil bürosunun vəkili X7 Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili X6 Barəsində xüsusi ittiham X3 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, X10 13 oktyabr 2022-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından övladları olmamış, bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş və onlar faktiki olaraq ayrılmış, hazırda aralarındakı nikahın rəsmi qaydada pozulması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. X1 şikayəti əsasında onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmışdır. O, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-662/2023 saylı qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə həmin işə baxılarkən o, ƏsədovaTürkan Pəhlivan qızına vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək onunla barışmışdır. Öz növbəsində T.Əsədova da məhkəməyə notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək onunla barışdığını, ona dəyən maddi və mənəvi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq X4 ondan və ailəsindən əl çəkmir, müxtəlif sosial şəbəkələrdə hesablar açaraq onu və ailə üzvlərini dilə gətirilməsi mümkün olmayan, qadına yaraşmayan sözlərlə təhqir etmişdir. Onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 və onun nümayəndəsi şikayəti müdafiə edərək onun icraata götürülməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun nümayəndəsi şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib, habelə proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aşağıdakı əsaslara görə aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət və ona əlavə edilmiş sənədlərdə X4 tərəfindən X8 və onun ailə üzvlərini “İnstagram” sosial şəbəkəsində hesablar açaraq təhqir etməsi göstərilir. “Vikipediya” Azad Ensiklopediya internet resursundan əldə olunmuş məlumata əsasən isə “İnstagram” sosial şəbəkəsi ABŞ-da qeydiyyata alınmış şəbəkədir (https://az.wikipedia.org/wiki/İnstagram). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət-Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi əsasında müəyyən olunur. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışa görə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qeydiyyat ünvanı Zəngilan rayonu, Şayıflı kəndidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 75 və və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən, Hakim Babək Pəhanov
Məhkəmə qərarları › İş №1(006)-453/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-453/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver