Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-454/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə saat 16:50-də ünvan 2 ünvanın ümumi həyətinə daxil olub həyətdə pilləkənin üzərində əyləşmiş 2015-ci təvəllüdlü Şahid5 əlində, atası Zərərçəkmiş şəxs “Samsung A10” markalı mobil telefon ilə oyun oynadığını görüb özgənin əmlakını açıq talama məqsədilə sonuncuya yaxınlaşıb mobil telefonu əlindən dartıb alaraq hadisə yerindən qaçıb içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 140 manat dəyərində “Samsung A 10” markalı mobil telefonu ələ keçirib yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs Şahid5 qarşı soyğunçuluq etmiş və Zərərçəkmiş şəxs ümumilikdə 145 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi imkanı zəif olduğundan iş tapmaq üçün yaşadığı Mingəçevir şəhərindən Bakı şəhərinə gəlmişdir. Lakin. Bakı şəhərində olduğu müddətdə iş tapa bilməmiş, ona görə oğurluq elmək qərarına gəlmişdir. 09 may 2021 -ci il tarixdə təxminən saat 16 radələrində Nəsimi rayonu 28 may küçəsi 69 ünvanının həyətinə daxil olmuş, həmin vaxt həyətdə olan pilləkənin üzərində bir ədəd «Samsung A10» markalı mobil telefon olduğunu görmüşdür. Həmin mobil telefonu oğurlamaq niyyəti ilə piləkənə yaxınlaşmış, mobil telefonu götürərək əynindəki şalvarın cibinə qoymuş, həmin vaxt 6-7 yaşlarında qız uşağı onu görüb «Ay mama» deyə çağırmış və yaşadığı evə istiqamətdə qaçmış, o da 2-3 metr piyada hərəkət edib həyətdən çıxaraq qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra «Samsung A10» markalı mobil telefonu satmaq məqsədi ilə Nizamin rayonu Neftçilər metrostansiyasının yaxınlığına getmişdir. Nizami metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı-salqısı ilə məşğul olan mağazaya daxil olmuş, mağazada işləyən tanımadığı şəxsə yaxınlaşmış, həmin şəxsə özünə məxsus olan «Samsung A10» markalı mobil telefonu satmaq istədiyini demiş, həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istəmiş, o şəxsiyyət vəsiqəsini verdikdən sonra həmin şəxs şəxsiyyət vəsiqəsinin surətinin üzərində mobil telefonu aldığı tarixi, mobil telefonun markasını, İMEİ kodunu, qiymətini qeyd elmiş, o da həmin qeydlərin altından imza etdikdən sonra mobil telefonu 90 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 13 may 2021-ci il tarixdə təxminən saat 16 radələrində polis əməkdaşları onunla əlaqə saxlamış və cinayət törətməkdə şübhəli olduğu üçün onu Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmişlər, o da könüllü olaraq polis şöbəsinə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə təxminən saat 16:45 radələrində arvadı Şahid1 və qayınanası Şahid3 ilə birlikdə yaşadığı evdə olmuş, həmin vaxt 03.02.2015-ci il təvəllüdlü qızı Fatimə yaşadıqları evin həyətində ona məxsus olan, arvadı Rəfiqənin istifadəsində olan «Samsung A10» markalı mobil telefonla oyun oynamışdır. Təxminən 5 dəqiqədən sonra qızı Fatimə ağlaya-ağlaya qorxmuş vəziyyətdə evə daxil olmuş, onlar Fatimədən nə baş verdiyini soruşduqda Fatimə həyətdə oynayarkən tanımadığı kişi cinsindən olan bir şəxsin ona yaxınlaşaraq mobil telefonu onun əlindən alıb qaçdığını demişdir. Bundan sonra həmin şəxsi tapmaq üçün dərhal küçəyə çıxmış, lakin evin həyətində və ya küçədə hər hansısa şübhəli şəxsin olmadığını gördükdən sonra evə qayıtmış, daha sonra isə DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Bundan sonra onlar azyaşlı qızı Fatimədən ağlamamasını sakitləşməsini və hadisənin necə baş verməsini aydınlıqla danışmasını istəmişlər, qızı Fatimə də evin həyətində olan taxta pilləkənlərin üzərində oturaraq mobil telefonla oyun oynadığını, həmin vaxt tanımadığı bir şəxsin ona yaxınlaşdığını və onunda oyun oynamaq istədiyini deyərək mobil telefonu ona verməsini istədiyini. Fatimə mobil telefonu ona verməyəcəyini dedikdə həmin şəxs «anan hardadı?» deyə soruşduğunu, Fatimə isə «evdədir» deyə cavab verdiyini, həmin vaxt həmin şəxs onun əlindən mobil telefonu dartaraq aldığını, daha sonra isə qaçıb oradan uzaqlaşdığını, ona görə də qorxduğundan ağlaya-ağlaya evə gəldiyini demişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, həmin şəxs Fatiməyə fiziki zor göstərməmiş, Fatimə xəsarət almamışdır, «Samsung A10» markalı mobil telefon ona məxsus olmuş, həmin mobil telefonu o almış, istifadə etməsi üçün isə arvadı Rəfiqəyə vermiş, mobil telefonun dəyəri isə təxminən 300 manat olmuş, Təqsirləndirilən şəxs ifadəsində mobil telefonu onun qızının əlindən almamasını göstərməsi yalandır, belə ki hadisə baş verən andan dərhal sonra qızı Fatimə ağlaya-ağlaya evə gəlmiş, həmin vaxtda naməlum şəxsin mobil telefonu onun əlindən dartıb aldığını daha sonra isə qaçdığını demiş, əgər Təqsirləndirilən şəxs mobil telefonu sahibsiz vəziyyətdə olduğunu görüb götürübsə niyə qızı hadisə baş verən an ağlamış və evə gələn kimi naməlum şəxsin onun əlindən mobil telefonu aldığını demişdir?! Qızı Fatimə ona görə ağlamışdır ki, Rövşən onun əlindən dartıb telefonu almışdır, bundan əlavə hadisədən uzun müddət keçməsinə baxmayaraq qızı baş vermiş hadisəni yenə də dəqiqliklə xatırlayır və bu gündə hadisəni ilk gün danışdığı kimi danışır. Təqsirləndirilən şəxs qızı Fatimənin əlindən mobil telefonu alarkən telefonun üzərində ona məxsus ***-***-**-** saylı nömrə olmuşdur, həmin mobil nömrənin qiyməti 5 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə təxminən saat 16:45 radələrində əri Zərərçəkmiş şəxs və anası Şahid3 ilə birlikdə yaşadıqları evdə olmuş, həmin vaxt 03.02.2015-ci il təvəllüdlü qızı Fatimə yaşadıqları evin həyətində onun istifadəsində olan «Samsung A10» markalı mobil telefonla oyun oynamışdır. Təxminən 5 dəqiqədən sonra qızı Fatimə ağlaya-ağlaya qorxmuş vəziyyətdə evə daxil olmuş, o da Fatimədən nə baş verdiyini soruşduqda Fatimə həyətdə oynayarkən tanımadığı kişi cinsindən olan bir şəxsin ona yaxınlaşaraq mobil telefonu onun əlindən alıb qaçdığını demişdir. Bundan sonra əri Zərərçəkmiş şəxs həmin şəxsi tapmaq üçün ilk əvvəl küçəyə çıxmış, lakin təxminən 2-3 dəqiqədən sonra evə qayıdaraq həmin şəxsi tapa bilmədiyini demiş və DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Bundan sonra o azyaşlı qızı Fatimədən ağlamamasını sakitləşməsini və hadisənin necə baş verməsini aydınlıqla danışmasını istəmiş, qızı Fatimə də evin həyətində olan taxta pilləkənlərin üzərində oturaraq mobil telefonla oyun oynadığını, həmin vaxt tanımadığı bir şəxsin ona yaxınlaşdığını və mobil telefonu ona verməsini istədiyini, mobil telefonu ona verməyəcəyini dedikdə həmin şəxs «anan hardadı?» deyə soruşduğunu, «evdədir» deyə cavab verdiyini, həmin vaxt həmin şəxs əlindən mobil telefonu dartaraq aldığını, daha sonra isə qaçıb oradan uzaqlaşdığını, onun isə qorxduğundan ağlaya-ağlaya evə gəldiyini demişdir. Bundan başqa Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, həmin şəxs Fatiməyə fiziki zor göstərməmişdir. Fatimə xəsarət almamış, «Samsung A10» markalı mobil telefonu o istifadə etsə də əri Zərərçəkmiş şəxs məxsus olmuş, belə ki, həmin mobil telefonu əri Zərərçəkmiş şəxs almışdır, Təqsirləndirilən şəxs ifadəsində mobil telefonu onun qızının əlindən almamasını göstərməsi yalandır, belə ki, hadisə baş verən andan dərhal sonra qızı Fatimə ağlaya-ağlaya evə gəlmiş, həmin vaxtda naməlum şəxsin mobil telefonu onun əlindən dartıb aldığını, daha sonra isə qaçdığını demiş, əgər Təqsirləndirilən şəxs mobil telefonu sahibsiz vəziyyətdə olduğunu görüb götürübsə niyə qızı hadisə baş verən an ağlamış və evə gələn kimi naməlum şəxsin onun əlindən mobil telefonu aldığını demişdir?! Qızı Fatimə ona görə ağlamışdır ki, Rövşən onun əlindən dartıb telefonu almışdır, bundan əlavə hadisədən uzun müddət keçməsinə baxmayaraq qızı hadisəni yenədə dəqiqliklə xatırlayır və bu gündə hadisəni ilk gün danışdığı kimi danışır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid5 ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə təxminən saat 16:45 radələrində yaşadığı evin həyətində olan taxta pilləkənin üzərində oturaraq anası Şahid1 məxsus «Samsung A10» markalı mobil telefonla «Fire» adlı oyun oynamışdır. Həmin vaxt tanımadığı kişi cinsindən bir şəxs ona yaxınlaşaraq «oyun oynayırsan?» deyə sual vermiş, o da «oyun oynayıram» deyə cavab verdikdən sonra həmin şəxs onunda oyun oynamaq istədiyini, ona görə onun telefonu ona verməsini istəmiş, o da telefonu ona verməyəcəyini dedikdən sonra «anan hardadır?» deyə soruşmuş, o da «evdədir» deyə cavab vermiş, həmin vaxt həmin şəxs əli ilə mobil telefonu çəkib əlindən almış, daha sonra isə qaçmağa başlamışdır. O baş vermiş hadisədən qorxmuş, ona görə ağlaya-ağlaya evə getmiş, evdə anasına, atasına, nənəsinə naməlum şəxsin mobil telefonu əlindən çəkərək alıb qaçdığını demişdir. Həmin şəxs ona zor göstərməmiş, əli ilə əlindəki mobil telefonu çəkib almış, daha sonra isə qaçıb oradan uzaqlaşmış, hadisə baş verərkən ətrafda onlardan başqa heç kim olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 Oqtay oğlunun ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayından etibarən Nizami rayonu Qarayev 70 ünvanında yerləşən mağazada mobil telefonların alışı və satışı ilə məşğul olur. 09 may 2021-ci il tarixdə təxminən saat 18 radələrində mağazada olarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaya daxil olmuş, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus olan «Samsung A10» markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini və satmaq istədiyi mobil telefonu təqdim etməsini istəmiş. Təqsirləndirilən şəxs da şəxsiyyət vəsiqəsini və «Samsung A10» markalı mobil telefonu təqdim etmişdir. O, mobil telefona nəzər yetirdikdən sonra mobil telefonu 90 manata ala biləcəyini demiş, Rövşən də mobil telefonu 90 manata satmağa razılaşmışdır. Rövşənin şəxsiyyət vəsiqəsinin surətini çıxartmış, şəxsiyyət vəsiqəsinin surətinin üzərində mobil telefonu aldığı tarixi, mobil telefonun markasını, İMEİ kodunu və qiymətini qeyd etmiş, Rövşən də həmin qeydlərin altından imza etmiş, o, 90 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş. Rövşən də pulu aldıqdan sonra çıxıb getmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunaraq tədqiq edildi və müəyyən olundu ki, o, bildirmişdir ki, 03 aprel 2021-ci il tarixdən etibarən Nəsimi rayonu 28 may küçəsi 69 saylı ünvanında yerləşən «Ali Ambalaj» adlı mağazada içracı direktor vəzifəsində işləyir, gündəlik olaraq saat 08-dən saat 18-dək olan müddət ərzində işdə olur. 09 may 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində işdə olarkən polis əməkdaşları və əvvəllər tanımadığı Yusif adlı şəxs mağazaya daxil olmuşlar. Nəsimi rayonu 28 may küçəsi 69 saylı ünvanın həyətinin girişi istiqamətdə onların mağazasının kamerası olduğunu, göstərilən ünvanda naməlum şəxsin azyaşlı qızı uşağının əlindən mobil telefonu çəkib alaraq hadisə yerindən qaçdığını, hadisəni törətmiş şəxsin müəyyən olunması istiqamətdə kamera görüntüsünə baxmaq istədiklərini bildirmişlər, o da etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə kamera görüntülərinə baxarkən məlum olmuşdur ki, naməlum şəxs saat 16:50-də Nəsimi rayonu 28 may küçəsi 69 saylı ünvanın həyətinə daxil olmuş, təxminən 1 dəqiqədən sonra isə 69 saylı ünvanın həyətindən qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları video görüntünün iş üçün əhəmiyyət kəsb etdiyini bildirmişlər, o da həmin video görüntünü 1 ədəd DVD diskə köçürərək polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan 13 may 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-76-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 may 2021-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 225-226-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 139-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə iqtisad ekspertizasının 16 iyun 2021-ci il tarixli, 9/3968 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd göy rəngli, “Samsung” markalı, SM-A105F model, 32 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 140,00 (yüz qırx) manat müəyyən edilir. Cinayət işinin 140-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 144-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 21 iyun 2021-ci il tarixli, 1324 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, yetkinlik yaşına çatmamış Şahid5 özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı, Şahid5 fərdi-psixi xüsusiyyətlərinə görə ekslravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır, ünsiyyətçillik, aktivlik, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Şahid5 hadisə zamanı psixi-emosional vəziyyətində həyacan, qorxu yarana bilərdi. Şahid5 azyaşlı olduğundan, fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkət zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Cinayət işinin 147-ci vərəqəsində olan 22 iyun 2021-ci il tarixli maddi sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Samsung A10” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin 122-124-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Mingəçevir Şəhər Məhkəməsinin 04 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək - 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 2) Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 maddəsi ilə təqsirli bilinərək - 03 il müddətinə azadlıqdam məhrumetmə cəzasına məhkum edilmiş, 26 mart 2020-cı il tarixdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən, 03 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, 15 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 mart 2020-cı il tarixdə həmin məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən, 03 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, 15 iyul 2020ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq iki il keçmədən yəni 09 may 2021-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 may 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung A10” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından, sonuncunun istifadəsinə verilmiş hesab edilməli və cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung A10” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından, sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-454/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-454/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver