Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-454/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər “M.B.M” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Yunus oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1989-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə kirayə yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 08 mart 2024-cü il tarixdə saat 06:06da tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ictimai yer hesab edilən ünvan 4 ünvanda yerləşən “50 qəpik” restoranının qarşısında olarkən Təqsirləndirilən şəxs1 orada tanışı Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarında olan sözlü mübahisə ilə əlaqədar sonuncuya yaxınlaşmasından istifadə edərək heç bir əsaslı səbəb olmadan ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyib Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək, ilkin olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən baş və bədən nahiyələrindən yumruq və təpik zərbələri vurmaqla yerə yıxıb sonuncuya sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, o isə Zərərçəkmiş şəxs zor tətbiq edib saçından tutaraq fiziki ağrı yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 08 mart 2024-cü il tarixdə saat 06:06da tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən “50 qəpik" restoranının qarşısında tanışı Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarında olan sözlü mübahisə ilə əlaqədar sonuncuya yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyib Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək, Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən baş və bədən nahiyəsindən yumruq və təpik zərbələri vurmaqla yerə yıxıb sonuncuya sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırşişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs zor tətbiq edib saçından tutaraq fiziki ağrı yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 hərəkətində xuliqanlıq cinayətinin tərkib əlamətləri, həmçinin Təqsirləndirilən şəxs1 xuliqanlıq hərəkətlərini bir qrup şəxs halında etməsi müəyyən edilmir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qeyri-rəsmi həyat yoldaşıdır. Qeyri-rəsmi evliliklərindən 1 övladları da dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs Sevincin vasitəsilə tanımışdır. 2024-cü ilin mart ayının əvvəllərində Sevinc ona bildirmişdir ki, Elnarə onun arxasınca danışmışdır. Bundan sonra 08 mart 2024-cü il tarixdə Sevinc ilə birlikdə ünvan 5 ünvanda yerləşən "50 qəpik" adlı restorana getmişdirlər. Həmin vaxt orada Zərərçəkmiş şəxs da olmuşdur. Təxminən saat 06 radələrində Elnarə restoranı tərk edən zaman o da Elnarənin arxasınca gedərək restoranın qarşısında söhbət etməyə başlamışlar. O, Elnarəyə Sevincin arxasınca danışmağı barədə öz iradlarını bildirdikdə, Elnarə də "yaxşı edirəm" deyə bildirmişdir. Bir neçə dəqiqə söhbət etmişlər, lakin həmin vaxt aralarında hər hansı münaqişə və ya fiziki təsir olmamışdır. Bundan sonra Sevinc də restorandan çıxaraq anidən onların yanına gəlmiş və arxa tərəfdən yumruqla Elnarənin sifət nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra isə hər ikisi bir-birlərinin saç nahiyələrindən tutmuş və o da Sevinc ilə Elnarəni aralaşdırmışdır. Qeyd olunan hadisə 08 mart 2024-cü il tarixdə saat 06 radələrində ünvan 5 ünvanda yerləşən "50 qəpik" restoranının qarşısında baş vermiş və təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Elnarəni vurmamış və ya hər hansı fiziki güc tətbiq etməmişdir, sadəcə olaraq aralaşdırmağa çalışmışdır. Həmçinin Zərərçəkmiş şəxs da onu vurmamış və ya hər hansı fiziki güc tətbiq etməmişdir. Qeyd olunan hadisə zamanı o, Elnarə ilə Sevinci aralaşdırmağa çalışmışdır. Hadisə zamanı ətrafda təxminən 3-4 nəfər şəxs olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində bildirdiyi saçından tutmaqla fiziki güc tətbiq etməsi, eləcə də, Elnarəni tutub saxlamaqla Təqsirləndirilən şəxs1 vurmasına şərait yaratmağı ilə bağlı bildirmişdir ki, o, Elnarəyə fiziki güc tətbiq etməmişdir, Sevinc Elnarənin saçından tutub saxlamış, o da Sevincin qolundan tutub Elnarəni buraxmasını bildirmişdir. Hadisə vaxtı o, sadəcə olaraq Elnarə və Sevinci aralaşdırmağa çalışmışdır, Elnarənin bu barədə dedikləri tamamilə yalandır. Daha sonra ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədiyini və ittiham aktında göstərilən cinayət əməlini törətmədiyini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 özünü CM-nin 221.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu ətrafında olan şəxslər Ləman adı ilə tanıyırlar və Ləman adı ilə də müraciət edirlər. Zərərçəkmiş şəxs gecə klublarından tanıyır. Təqsirləndirilən şəxs2 isə onun qeyri rəsmi münasibətdə yaşadığı şəxsdir. 2024-cü ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs Tik-Tok sosial şəbəkəsində öz profilində klubda əylənməyi ilə paylaşdığı video zamanı o da həmin videoda düşmüşdür və bununla bağlı Elnarəyə zəng edərək öz iradlarını bildirərək videonu silməyi istəmişdir. Elnarə isə videonu silməyəcəyini bildirmiş, eləcə də silməyi müqabilində ondan pul istəmişdir. Həmçinin, telefonla danışıq zamanı Zərərçəkmiş şəxs onu, azyaşlı övladını, eləcə də Faiqi təhqir etmişdir. Bundan sonra Elnarə ilə telefon danışıqları sona çatmışdır. Lakin Elnarə videonu yenə də silməmişdir. O, bu barədə Faiqə də bildirmişdir. Bundan bir neçə gün sonra 08 mart 2024-cü il tarixdə Faiq ilə birlikdə ünvan 5 ünvanda yerləşən “50 qəpik" adlı restorana getmişdirlər. Həmin vaxt orada Zərərçəkmiş şəxs da olmuşdur. Təxminən saat 06 radələrində Elnarə restoranı tərk edən zaman Faiq də Elnarənin arxasınca gedərək restoranın qarşısında söhbət etmişlər. O da bayıra çıxaraq Faiq ilə Elnarəyə yaxınlaşmış və mobil telefonla danışıq zamanı onu və azyaşlı övladını təhqir etdiyinə görə, eləcə də qeyd etdiyi videonu silmədiyinə görə arxa tərəfdən yumruqla Elnarənin sifət nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra isə təpiklə bir neçə dəfə Elnarənin baş və bədən nahiyəsindən vurmuşdur. Həmin vaxt Faiq onları aralaşdırmağa çalışmışdır. Daha sonra o, Elnarənin saç nahiyəsindən tutub üzü aşağı vəziyyətdə tutmuşdur və onun bel və baş nahiyəsindən yenə də bir neçə dəfə yumruqla vurmuşdur. Elnarənin saçından Faiq yox, o tutmuş, Faiq isə onun qolundan tutaraq Elnarənin saçını buraxmasını bildirmişdir. Daha sonra isə ətrafdakı şəxslər və Faiq onları aralaşdırmışdırlar. Qeyd olunan hadisə 08 mart 2024-cü il tarixdə saat 06 radələrində ünvan 5 ünvanda yerləşən "50 qəpik” restoranının qarşısında baş vermiş və təxminən 3-4 dəqiqə davam etmişdir. Qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmamış və ya hər hansı fiziki güc tətbiq etməmişdir. Qeyd olunan hadisə zamanı o, Elnarəni vurduqda Elnarə də təpiklə onun ayaq nahiyəsindən vurmuş, eləcə də, saç nahiyəsindən tutub fiziki ağrı yetirmişdir. Qeyd olunan hadisə zamanı o da xəsarət almışdır, lakin xəstəxanaya müraciət etməmişdir. Qeyd olunan hadisə zamanı ətrafda hadisənin şahidi ola biləcək Leyla kimi tanıdığı şəxs, Günel kimi tanıdığı şəxs, Naza kimi tanıdığı şəxs və unutduğu başqa şəxslər olmuşdur. Daha sonra zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağının olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əsl adı Sevinc olan, lakin Ləman kimi tanıdığı şəxsi bir neçə ildir ki, tanıyır, aralarında yaxın münasibət olmamışdır. Faiq adlı şəxsi də Sevinc ilə aralarında sevgi münasibətləri olduğundan tanımışdır. 2024-cü ilin mart ayının əvvəllərində Tik-Tok sosial şəbəkəsində klubda əylənməyi ilə bağlı paylaşdığı video zamanı Ləman kimi tanıdığı Sevinc adlı şəxs də olduğu üçün ona ***-***-**-** saylı mobil nömrəsi ilə zəng edərək özünün də o videoda olduğundan həmin videonu silməyini istəmişdir. O da etiraz etməyərək həmin videonu silmişdir, buna baxmayaraq Sevinc mobil telefonla danışıq zamanı videonu paylaşdığına görə onunla mübahisə etmişdir. Mübahisə zamanı o, Sevincə “sənin sevgilin yaxşı kişi olsa idi, səni kluba buraxmazdı" deyə bildirmişdir. Bundan sonra Sevinclə danışıqları sona çatmışdır. Bir neçə gündən sonra 08 mart 2024cü il tarixdə tanışı Naza adlı şəxslə ünvan 5 ünvanda yerləşən "50 qəpik" adlı restorana getmişdirlər. O, Naza ilə masalardan birində əyləşmişdir. Həmin vaxt Sevinc də Faiq adlı şəxslə başqa masada əyləşmişdir. Bir müddət Naza adlı şəxslə masada əyləşib səhər yeməyi yedikdən sonra təxminən saat 06 radələrində restorandan çıxmışlar. Restoranın qarşısında həyətdə olarkən Naza sağollaşıb getmiş və həmin an Faiq adlı şəxs onu saxlayaraq söhbət etmək istədiyini bildirmişdir. Söhbət zamanı Faiq adlı şəxs ondan barəsində ağır söyüş söyüb-söymədiyini soruşmuşdur. O, həmin vaxt bilmişdir ki, Sevinc onun barəsində Faiq adlı şəxsə uydurma sözlər deyib, o, Faiqə həmin məsələni izah etmək istədikdə Sevinc anidən arxa tərəfdən gələrək yumruqla onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra isə təpiklə bir neçə dəfə onun baş və bədən nahiyəsindən vurmuşdur, Faiq ilk əvvəl onları aralaşdırmağa çalışmış, lakin sonra hər ikisi onun saç nahiyəsindən tutub üzü aşağı vəziyyətdə tutmuşdurlar. Həmin an Sevinc onun bel və baş nahiyəsindən yenə də bir neçə dəfə yumruqla vurmuşdur. O, orada özünü müdafiə etmək istədikdə Faiq onun saçından tutmaqla fiziki ağrı yetirib saxlamışdır və Sevinc də rahat şəkildə onu vura bilmişdir. Sanki hər iki şəxs əvvəlcədən razılaşmışdılar ki, Faiq onu tutub saxlasın və Sevinc də rahat şəkildə onu vura bilsin. Daha sonra isə ətrafdakı şəxslər onu Faiq və Sevincin əlindən ala bilmişdirlər. O da bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qeyd olunan hadisə 08 mart 2024-cü il tarixdə saat 06 radələrində ünvan 5 ünvanda yerləşən “50 qəpik” restoranının qarşısında baş vermiş və təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı o, heç kimi vurmamış və ya hər hansı xəsarət yetirməmişdir, sadəcə olaraq özünü müdafiə etməyə çalışmışdır. Qeyd olunan hadisə zamanı Sevinc və Faiq adlı şəxslərin nalayiq ifadə işlətdiklərini eşitməmişdir. Qeyd olunan hadisə zamanı ətrafda təxminən 10 nəfər şəxs olmuşdur. Daha sonra təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, adı Ülviyyə olsa da tanışları onu Leyla kimi tanıyırlar. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, aralarında yaxın münasibət var. Ləman kimi tanıdığı Sevinc adlı şəxsi də klublardan tanıyır. Faiq adlı şəxsi isə Sevincin yanında görmüşdür. 08 mart 2024cü il tarixdə o da ünvan 5 ünvanda yerləşən “50 qəpik" restoranında Sevinc və Faiq adlı şəxslərlə eyni masada əyləşmiş, həmin vaxt Sevgi kimi tanıdığı Elnarə adlı şəxs də həmin restoranda olmuş, lakin başqa masada əyləşmişdir. Səhər saat 06 radələrində Elnarə restorandan çıxdıqda Faiq də onun arxasınca çıxmış, sonra isə Sevinc çıxmışdır. O da onların ardınca bayıra çıxdıqda restoranın qarşısında Sevinc və Faiqin Zərərçəkmiş şəxs döydüklərini görmüşdür. Belə ki, Faiq Elnarənin saçından tutmaqla saxlamış, Sevinc isə yumruqla Elnarənin baş və bel nahiyəsindən vurmuşdur. Ətrafda bəzi şəxslər həmin şəxsləri aralaşdırmışlar, o isə həmin şəxslərə yaxınlaşmamışdır. Daha sonra isə dava bitmiş, o da restorana geri dönmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (l cild, i.v.1); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.76); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (l cild, i.v.81); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir (l cild, i.v.84); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.99-100); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (l cild, i.v.115); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (l cild, i.v.119); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (l cild, i.v.141-142); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir (l cild, i.v.143-144); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.157); - “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmiş və tutulduğu zaman Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə və ya Nəsimi RPİ-nin MSY-ə təmin olunması qərara alınmışdir (l cild, i.v.159-160); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qətimkan tədbiri şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən onun tutulması üçün haqqında axtarış elan olunmuş və tutulduğu halda Nəsimi RPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır (l cild, i.v.162-163); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaqa təqdim edilənədək cinayət işi üzrə dayandırılmışdır (l cild, i.v.164-165); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 aprel 2025-ci il tarixdə saxlanılaraq Nəsimi RPl-nin MSY-yə təhvil verildiyindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (l cild, i.v.170); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması və təqsirləndirilən şəxsin MSYdən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (l cild, i.v.213-215); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.216-217); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması və təqsirləndirilən şəxsin MSYdən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (l cild, i.v.236-238); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.239-240); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “50 Qəpik" restoranının qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (l cild, i.v.10-11); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş 01 ədəd CD diskin içərisində 01 ədəd videogörüntü var. Həmin videogörüntüyə baxış keçirdikdə 08 mart 2024-cü il tarixdə saat 06:05-də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə söhbət etdikləri görünür, daha sonra isə saat 06:06-da Təqsirləndirilən şəxs1 restorandan çıxaraq anidən Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə əl zərbəsi endirir, daha sonra isə bir neçə dəfə ayaq zərbələri endirir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs saç nahiyəsindən tutub saxlayırlar, eləcə də, Təqsirləndirilən şəxs1 əl zərbələri ilə yenə də Zərərçəkmiş şəxs bel və baş nahiyəsindən vurur. Bir neçə dəqiqədən sonra ətrafdakı şəxslər onları aralaşdırırlar. Təqsirləndirilən şəxs1 videogörüntünü izləyib, Zərərçəkmiş şəxs döyən şəxsin özü olduğunu, Elnarə ilə söhbət edən şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu təsdiq edir, lakin, görüntüdə olan Təqsirləndirilən şəxs2 Elnarənin saç nahiyəsindən tutmadığını, həmin vaxt Faiqin əli ilə onun əlindən tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 videogörüntünü izləyib, Zərərçəkmiş şəxs ilə söhbət edən şəxsin özü olduğunu, Elnarəni döyən şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu təsdiq edir, lakin görüntüdə Elnarənin saç nahiyəsindən tutmadığını, həmin vaxt əli ilə Sevincin əlindən tutaraq Elnarəni vurmasına mane olduğunu və onları aralaşdırmağa çalışdığını bildirmişdir (l cild, i.v.19-20, 75, 205, 228); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 xx.xx.2024-cü il tarixli 312 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi bərk küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (l cild, i.v.47-49); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişdir (l cild, i.v.113-114); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmişdir (l cild, i.v.222-223); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (l cild, i.v.245); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (l cild, i.v.246); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır (l cild, i.v.247-256); - AZ-T №270796 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşaqları vardır. Məhkəmə iclasında hadisənin video görüntülərinin qeyd olunduğu diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 01 ədəd videogörüntü vardır, həmin videogörüntü 01 dəqiqə 48 saniyə davam edir. Həmin videogörüntü xx.xx.2024-cü il tarixində qeydə alınmışdır. Videogörüntüyə baxıldıqda görünür ki, saat 06:05:15-də iki nəfər qadın restoranın pilləkənləri ilə aşağı düşür. Həmin qadınlardan birinin iş üzrə Zərərçəkmiş şəxs olduğu müşahidə olunur. Saat 06:05:25-də Təqsirləndirilən şəxs2 pilləkənlərdən düşərək Zərərçəkmiş şəxs yaxınlaşır. Bu zaman Zərərçəkmiş şəxs yanındakı qadın çıxıb gedir. Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs bir neçə saniyə söhbət edirlər, saat 06:05:42-də bir nəfər qadın pilləkənlərlə düşərək onlara yaxınlaşır və yanlarında dayanır, saat 06:05:53-də isə başqa bir qadın pilləkənlərdən düşərək saat 06:06:00-da arxadan Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə zərbə endirir. Zərərçəkmiş şəxs vuran qadının Təqsirləndirilən şəxs1 olduğu müşahidə olunur. Bu zaman Təqsirləndirilən şəxs2 və orada olan digər qadın Təqsirləndirilən şəxs1 tutsalar da, o, Zərərçəkmiş şəxs ayağı ilə zərbə endirir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs bir-birilərinə əl zərbələri endirir, Təqsirləndirilən şəxs2 və yanlarında olan digər qadın isə onları ayırmağa çalışırlar. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs saçından tutur və sonuncunu əyilmiş vəziyyətdə tutub saxlayır. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 qarşısında dayanıb ona nə isə deyir, lakin Təqsirləndirilən şəxs1 yenə əl zərbələri ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vurur, daha sonra Təqsirləndirilən şəxs2 və digər şəxslər onları ayırırlar. Bundan sonra bir nəfər qadın Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 kənara çəkir. Daha sonra isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və orada ola digər şəxslər restorana geri qayıdırlar. Videogörüntü saat 06:05:12-də başlayır və 06:07:00-da bitir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kifayət qədər mötəbər sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayaraq sübuta yetirilməmişdir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında "ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda оnun 08 mart 2024-cü il tarixdə saat 06:06-da tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən “50 qəpik” restoranının qarşısında olarkən Təqsirləndirilən şəxs1 orada tanışı Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarında olan sözlü mübahisə ilə əlaqədar sonuncuya yaxınlaşmasından istifadə edərək heç bir əsaslı səbəb olmadan ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyib Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək, ilkin olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən baş və bədən nahiyələrindən yumruq və təpik zərbələri vurmaqla yerə yıxıb sonuncuya sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, o isə Zərərçəkmiş şəxs zor tətbiq edib saçından tutaraq fiziki ağrı yetirməklə bir qrup şəxs halında qəsdən qərəzli xuliqаnlıq cinаyətini törətməsi göstərilsə də Təqsirləndirilən şəxs2 və digər Təqsirləndirilən şəxs1 tərəfindən bu hal məhkəmə istintaqında tamamilə inkar edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdikləri ifadələrində də Təqsirləndirilən şəxs2 08 mart 2024-cü il tаrixdə sааt 06:06-da ünvan 4 ünvanda yerləşən “50 qəpik” restoranının qarşısında Zərərçəkmiş şəxs saçından tutması barədə heç bir fikir ifadə etməmişlər. Əksinə ifadələrində bunu inkar etmişlər. Bundan başqa, iş materiallarında olan hadisənin görüntülərinin əks olunduğu diskə baxış zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs saçından tutması müəyyən olunmur. Belə ki, videogörüntünün 06:06:12 saniyəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs saçından tutub saxlaması, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 nə isə deməsi, daha sonra Təqsirləndirilən şəxs1 yenidən Zərərçəkmiş şəxs vurması, Təqsirləndirilən şəxs2 isə onları ayırmağa çalışması görünür. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin hər ikisi eyni halı ifadələrində dəfələrlə təsdiq etmişlər. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin ifadəsində Təqsirləndirilən şəxs2 onun saçından tutub saxlaması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, videogörüntüdən müəyyən olunur ki, həmin vaxt zərərçəkmiş şəxs aşağı əyilmiş vəziyyətdə olmuşdur. Belə olan halda isə onun saçını məhz kimin tutduğunu görməsi şübhə doğurur. Bundan başqa, videogörüntüdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən ayrıldıqdan sonra başının sağ tərəfini tutur. Həmin vaxt isə onun sağ tərəfində Təqsirləndirilən şəxs1 olmuşdur. Ona görə də məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 onun saçından tutaraq Təqsirləndirilən şəxs1 onu vurmasına şərait yaratmasına dair hissələrinə tənqidi yanaşır. Həmin hissədə müəyyən olunmuş ziddiyyətlər ittihamın sübuta yetirilməsində yetərincə şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı digər sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hadisə məhz təqsirləndirilən şəxslərin ifadələrində qeyd etdikləri kimi olmuş, yəni Zərərçəkmiş şəxs saçından Təqsirləndirilən şəxs1 tutub saxlamış, Təqsirləndirilən şəxs2 isə onları ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs saçından tutması isə təkzibolunmaz faktdır. Belə ki, bu hal həm təqsirləndirilən şəxslərin ifadələri, həm də hadisənin videogörüntüləri ilə tam təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda onun Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməsi göstərilsə də, nə Zərərçəkmiş şəxs, nə də digər Təqsirləndirilən şəxs1 hadisə vaxtı Təqsirləndirilən şəxs2 nalayiq ifadə işlətməsini təsdiq etməmişlər. Belə olan halda Təqsirləndirilən şəxs2 08 mart 2024-cü il tarixdə saat 06:06-da ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən “50 qəpik” restoranının qarşısında baş vermiş hadisə zamanı nalayiq ifadə işlətməsi də inkar edilir. Məhkəmə, həmçinin, Şahid ifadəsinə münasibətdə qeyd edir ki, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində Ləman (Təqsirləndirilən şəxs1) adlı şəxsi klublardan qiyabi olaraq tanıdığını, Faiq adlı şəxsi isə ümumiyyətlə tanımadığını bildirsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ilə tanışlığının olduğunu, bir müddət onun evində qaldığını, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qeyri-rəsmi münasibətdə olduğu şəxs kimi tanıdığını, hadisə baş verən gün “50 Qəpik” adlı restoranda onlarla eyni masada əyləşdiyini bildirmişdir. Bundan başqa, ibtidai istintaq zamanı verdiyi ifadəsində ətrafda olan şəxslərin dalaşan şəxsləri araladıqlarını, özünün isə onlara yaxınlaşmadığını bildirmişdir. Videogörüntüdən də görünür ki, Şahid pilləkənlərin yuxarı hissəsində dayanaraq hadisəyə tamaşa eləyir, eyni zamanda müəyyən olunur ki, onun dayandığı yer ilə kameranın çəkdiyi istiqamət eynilik təşkil edir. Kamera görüntülərinə baxdıqda isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs saçından tutub saxlaması görünmür, həmçinin, Şahid dayandığı istiqamətdən baxdıqda görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin qarşısını kəsir. Bu hal isə Şahid Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs saçından tutub saxladığını görməsini mümkünsüz edir. Bununla da, şahid X1 verdiyi ifadə öz mötəbərliyini itirməklə şübhə altına düşmüşdür. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, ittihamın təsdiqi kimi məhkəməyə təqdim edilmiş sübutlar isə ziddiyyətli və şübhəlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyanın 63.2-ci maddəsinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, onun təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək, eləcə də şəxs üzərində zor tətbiq olunması niyyətinin olduğu müəyyənləşdirilməmiş, əksinə o, baş vermiş hadisənin qarşısını almağa, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən çəkindirməyə çalışmışdır. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmadı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən, təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Sadalanan qanunvericilik normalarından da məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və bütün şübhələr təqsirldəndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə olan halda, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilərək 08 mart 2024-cü il tarixdə saat 06:06-da ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən “50 qəpik" restoranının qarşısında tanışı Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarında olan sözlü mübahisə ilə əlaqədar sonuncuya yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyib Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən baş və bədən nahiyəsindən yumruq və təpik zərbələri vurmaqla yerə yıxıb sonuncuya sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara, həmçinin məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ictimаi qаydаnı kоbud surətdə pоzаn, cəmiyyətə аcıqcа hörmətsizlik ifаdə edən, vətəndаnlаr üzərində zоr tətbiq edilməsi ilə müşаyiət edilən hərəkətlərə yоl verərək qəsdən qərəzli xuliqаnlıq cinаyət əməlini törətmişdır. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “M.B.M” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Yunus oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Yunus oğluna məhkəmədə iştirak etdiyi 44 saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Caniyev Fai̇ q Abdulrəhi̇ m oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Caniyev Faı̇ q Abdulrəhı̇ m oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Caniyev Faı̇ q Abdulrəhı̇ m oğluna izah edilsin. Nağiyeva Sevi̇ nc Cavanşi̇ r qizinin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Nağıyeva Sevı̇ nc Cavanşı̇ r qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Nağıyeva Sevı̇ nc Cavanşı̇ r qızının ibtidai istintaq zaman xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək tutulduğu 02 (iki) gün müddət və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün müddət, cəmi 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Nağıyeva Sevı̇ nc Cavanşı̇ r qızının üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Nağıyeva Sevı̇ nc Cavanşı̇ r qızı cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Nağıyeva Sevı̇ nc Cavanşı̇ r qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Caniyev Faı̇ q Abdulrəhı̇ m oğluna göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 (qırx dörd) saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Nağıyeva Sevı̇ nc Cavanşı̇ r qızına göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Yunus oğluna məhkəmədə iştirak etdiyi 44 (qırx dörd) saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-454/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-454/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver