Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-456/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Neftçala şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri 22-ci məhəllədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş, bundan başqa, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayıb daşımışdır. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə açıq talama məqsədi ilə 25 iyul 2022-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı dəmir yolu vağzalının ərazisində, Puşkin küçəsində fəaliyyət göstərən “LC Waikiki” adlı mağazanın qarşısında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya məxsus içərisində Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün rəsmi məzənnəsinə uyğun olaraq 17340 manat təşkil edən 10200 ABŞ dolları, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün rəsmi məzənnəsinə uyğun olaraq 122 manat 64 qəpik təşkil edən 265 X10 dirhəmi və 5500 manat pul olan əl çantasını əlindən dartaraq götürməklə hadisə yerindən qaçaraq uzaqlaşıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 22962 manat 64 qəpik maddi ziyan vurmaqla əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,116 qram, ümumi təmiz çəkisi 0,178 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak üçün əldə edib üzərində saxlamaqla daşımış, Zərərçəkmiş şəxs qarşı törətdiyi soyğunçuluq cinayəti ilə bağlı DYNPİ-nin CAŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyul 2022ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 706 saylı YPX postunda saxlanılaraq saat 19:45-də ünvan 3 ünvanda yerləşən X6 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş, həmin gün saat 21:10-da idarənin növbətçi hissəsində üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki cins şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən siqaretin gümüşü kağızına bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,116 qram, ümumi təmiz çəkisi 0,178 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, tikintidə elektrik köməkçisi olaraq işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələriııdə işdən çıxıb evə gedərkən dəmir yolu vağzalı ərazisindən metroya düşən pilləkənlərın qarşısındakı köşkün arxa tərəfində olarkən orada yerdəki siqaret qutusu marağını çəkmiş, qutunu yerdən götürüb açdıqda içərisindən 3 büküm narkotik vasitə olduğunu görüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Evə gedərkən «28 may» metrostansiyasının yanında əllərində çoxlu pul olan şəxslərin valyuta mübadiləsi ilə məşğul olduqlarını görmüş, evdə narkotik vasitələrdən bır qədər istifadə edib qalan hissəsini şalvarının cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə işə getməmiş, həmin gün saat 10 radələrində «28 may» metrostansiyasından çıxıb hərəkət edərkən sonradan şəxsiyyəti tam olaraq ona məlum olan Zərərçəkmiş şəxs əlində qara rəngli əl çantasının olduğunu görmüş, əl çantasında çoxlu pul olduğunu güman edib onu kənardan izləməyə başlamışdır. Zərərçəkmiş şəxs «LC Waikiki» mağazasının yanındakı avtobus dayanacağına tərəf getdiyini, əlindəki cüzdanı isə əllərini bel nahiyəsinə qoyaraq belində saxladığını görmüşdür. Zərərçəkmiş şəxs yanına gedib arxa tərəfdən əlindəki cüzdanı götürüb asfalt yolla D.Əliyeva küçəsi istiqamətində qaçmağa başlamış, əl çantasını Zərərçəkmiş şəxs isə arxadan qışqıraraq «qoymayın cüzdanımı götürdülər» deyərək onun arxasınca qaçmışdır. O, həmin ərazidən uzaqlaşıb yolla keçən taksini saxlatdırıb ondan avtomaşını Səbail rayonu 20-ci sahə istiqamətində sürməsini xahiş etmişdir. Daha sonra taksidən 20-ci sahədə düşüb taksi sürücüsünə 5 manat pul verdikdən sonra yaxınlıqdakı zibil qabına yaxınlaşmış, cüzdanı açıb içərisinə baxdıqda cüzdanda çoxlu sayda ABŞ dollarları, Azərbaycan manatları və bir qədər X10 dirhəmləri olduğunu görmüşdür. Pulları cüzdandan çıxarıb şalvarının ciblərinə yerləşdirmiş, cüzdanı isə zibil qutusuna atmışdır. Yaxınlıqda olan marketlərin birinə girib istifadəsində olan ***-***-**-** nömrəyə 20 manat pul yükləmiş, həmin marketdən siqaret aldıqdan sonra çıxıb taksi ilə iş yerinin yanına gəlmiş və borclu olduğu iş yoldaşlarına pulu qaytarmışdır. Bundan sonra, taksi ilə «20 yanvar» metrostansiyasının yanına gedərək «Kontakt Home» mağazalar şəbəkəsindən kreditlə aldığı mobil telefona qalan borcunun hamısını ödəmiş, mağazadan çıxıb yenidən istifadəsində olan ***-***-**-** nömrəyə 20 manat pul yüklədikdən sonra yaxınlıqda olan «Poz Qazan» lotereyasına 20 manat pul xərcləmiş, yaxınlıqdakı köşkə gedərək 25 manata bir ədəd elektron, 3 qutu isə siqaret alıb taksi ilə evə getmişdir. Həmin gün Sumqayıt şəhərində iş yoldaşı İlkin adlı şəxsin toy məclisinə getmək üçün evdən çıxmış, taksi ilə toya gedərkən polislərin nəzarət etdiyi postda avtomaşını polis əməkdaşları saxladaraq onu DYNPİ-nə gətirmişlər. DYNPİ-də üzərinə video çəkilişdən istifadə edilərək şəxsi axtarış keçirilərkən üzərində olan pullar və bir gün əvvəl tapdığı narkotik vasitələr aşkar edilmişdir. O, etdiyi cinayət əməlinə görə zərərçəkmiş şəxsdən üzr istəyir və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Halhazırda zərərçəkmiş şəxslə barışmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. O, səhmlərin alqı-satqısı ilə məşğul olur və bu fəaliyyəti Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar vasitəsi ilə həyata keçirir. O, səhm almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə evdən çıxarkən özü ilə 10200 ABŞ dolları, 5500 Azərbaycan manatı və 265 Ərəb dirhəmini götürüb həmin pulları özünə məxsus qara rəngli əl çantasının içərisinə qoyub ictimai nəqliyyatla Bakı şəhəri, Nəsimi rayonu «28 may» metrostansiyasının qarşısına gəlmişdir. Həmin vaxt orada tanışı Fazil adlı şəxslə görüşüb bir qədər söhbət edərək metronun yanında çay içmiş, təxminən saat 11:40 radələrində oradan ayrılıb xarici valyutaları milli pula çevirmək üçün bank istiqamətinə yəni, avtobus dayanacağı tərəfə getmişdir. Hava günəşli olduğundan «LC Waikiki» mağazasının yanında dayanmış, içərisində pullar olan əl çantası əlində olmuş, əllərini arxa tərəfdən bel nahiyəsinə qoyub gözləyərkən kimsə arxadan onu itələyib əlindəki çantasını dartıb əlindən alaraq qaçmağa başlamışdır. O, həmin şəxsin arxası ilə qaçaraq uca səslə «qoymayın cüzdanımı götürdülər» deyərək qışqırmış, lakin həmin şəxs D.Əliyeva küçəsi istiqamətində qaçaraq gözdən itmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** nömrəsi ilə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Həmin vaxt çantasını oğurlayan şəxs ona xəsarət yetirməmiş, sadəcə olaraq əl çantasını əlindən dartıb qaçıb getmişdir. Çantasında 10200 ABŞ dolları, 5500 Azərbaycan manatı, 265 Ərəb dirhəmi, şəxsiyyət və sürücülük vəsiqələri, Azərbaycan Beynəlxalq Bankına məxsus təqaüd kartı olmuşdur. Sonradan cinayət əməlini törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu səbəbdən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi DYNPİ-nin SQM üzrə PPXB-nin manqa komandiri X8 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə Bakı Dəmir Yolu Vağzalı ərazisində naməlum şəxsin Zərərçəkmiş şəxs əlindəki içərisində 5500 manat və 10200 ABŞ dolları olan əl çantasını götürüb qaçması faktı ilə əlaqədar CAŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Daxili İşlər Nazirliyi DYNPİ-nin digər əməliyyat müvəkkilləri xx.xx.2022-ci il tarixdə «Saray Postu» adlanan ərazidə cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs saxlayaraq DYNPİ-nə gətirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək maddi vəziyyətinin ağır olması səbəbindən xx.xx.2022-ci il tarixdə Bakı Dəmir Yolu Vağzalı ərazisində Zərərçəkmiş şəxs əlindəki əl çantasını götürüb qaçdığını, çantanın içərisində isə çoxlu pullar, manatlar, dollarlar və ərəb pulları olduğunu bildirmişdir. Bundan sonra, o, özü birbaşa şahidi olmasa da, Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq narkotik maddə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə Bakı Dəmir Yolu Vağzalı ərazisində naməlum şəxsin Bakı şəhər sakini Zərərçəkmiş şəxs əldindəki içərisində 5500 manat və 10200 ABŞ dolları olan əl çantasını götürüb qaçması faktı ilə əlaqədar onun və əməliyyat müvəkkili Şahid3 keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə «Saray Postu» adlanan ərazidə saxlanılaraq DYNPİ-nə gətirilmiş, video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibindən ABŞ dollarlarını, şalvarın arxa sol cibindən bir ədəd qara rəngli pul qabını çıxararaq masanın üzərinə qoymuşdur. Masanın üzərindəki cüzdana baxış keçirilərkən cüzdandan Azərbaycan Respublikasının milli valyutaları və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta vaxtı «28 may» metrostansiyasının yaxınlığında tanımadığı şəxsin əlində olan pul qabını götürüb qaçdığını, üzərindən aşkar olunmuş pulların isə pul qabının içərisində olan pullardan olduğunu, pulların bir qismini xərclədiyini, qalan pulları isə təqdim etmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu pullar sayılsa da, həmin pulların məbləğini xatırlamır. Bundan sonra, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu siqaret qutusu açıldıqda qutunun içərisindən siqaretin gümüşü kağızına bükülmüş üç ədəd büküm aşkar edilmişdir. Həmin vasitələrin narkotik maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri «28 may» metrostansiyasının yaxınlığından tapdığını bildirmişdir. İş materiallarında olan DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi X12 tərəfindən tərtib edilmiş, DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3, həmçinin cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 25 iyul 2022-ci il tarixli “Şəxsi axtarış götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd «Maqna» markalı sitaqret qutusunu, əynindəki ağ-göy rəngli köynəyindən asılmış gün eynəyini, şalvarın sağ yan cibindən ABŞ dollarlarını, şalvarın arxa sol cibindən bir ədəd qara rəgli pul qabını və şalvarın arxa sağ cibindən cib dəsmallarını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar edilməmişdir. Bundan sonra, masanın üzərindəki cüzdana baxış keçirilərkən cüzdandan Azərbaycan Respublikasının milli valyutaları olan manatlar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 40 qəpik pul aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs həmin pullar barədə soruşulduqda o, xx.xx.2022-ci il tarixdə günorta vaxtı «28 may» metrostansiyasının yaxınlığında tanımadığı şəxsin əlində olan pul qabını götürüb qaçmasını, pulların isə pul qabının içərisində olan pullardan olduğunu, pulların bir qismini xərclədiyini, qalan pullar isə təqdim etdiyi pulların olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu ABŞ dollarları sayıldıqda ümumilikdə 9950 ABŞ dolları pul olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının milli valyutaları olan manatlar sayıldıqda ümumilikdə 3346 manat olduğu müəyyən olunmuşdur. Bundan sonra Ərəb Respublikasına məxsus dirhəmlər sayıldıqda ümumilikdə 265 dirhəm pul olduğu müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu siqaret qutusu açıldıqda qutunun içərisindən bir ədəd alışqan, bir ədəd kağızla düzəldilmiş borucuq və siqaretin gümüşü kağızma bükülmüş üç büküm aşkar edilmişdir. Həmin bükümlər açıldıqda birinin içərisindən qəhvəyi rəngli kristalvari, spesifik iyə malik maddə, digərinin içərisindən qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik maddə, sonuncu bükümün içərisindən isə ağ rəngli kristalvari maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə kimi tanıdığı «kakos» və «patı» olduğunu, həmin narkotik vasitələri bir gün əvvəl “28 may” metrostansiyasının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, masanın üzərində olan ABŞ dollarları, Azərbaycan Respublikasının milli valyutası olan manatlar X7 məxsus dirhəmlər yenidən sayılıb ayrıayrılıqda qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla imzalanmışdır. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir irad və təklif daxil olmamışdır. Şəxsi axtarışın aparılmasına dair video görüntü «Xiaomi 12» markalı mobil telefonun video kamerası ilə çəkilmiş və protokola əlavə edilmişdir (i/v 39-44). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2022-ci il tarixli, 6/4039 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs götürülmüş...» sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,116 qram, ümumi təmiz çəkiləri 0,178 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,239 qram olan ağ rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir (i/v 67-70). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 4926 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 156-157). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 139). İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasının video görüntüləri olan “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (i/v 113). İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 25 iyul 2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş seriya və nömrələri qeyd olunan 9950 ABŞ dolları, 265 X10 dirhəmi və 3346 manat 40 qəpik pul vahidləri iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (i/v 116-120). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 4(006)-393/2022 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 37, 102-106). İş materiallarında olan “Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə pul vəsaitinin qəbul edilməsi haqqında” 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X2 surətdə Zərərçəkmiş şəxs 2100 manat pulu təqdim etmişdir (i/v 123). İş materiallarında olan “Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi haqqında” 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün 04 avqust 2022-ci il tarixli protokolla təhvil alınmış 2100 manat, həmçinin 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunaraq götürülmüş 9950 ABŞ dolları, 265 X10 dirhəmi və 3346 manat 40 qəpik pul sayılaraq iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 125). İş materiallarında olan “Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi haqqında” 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ödənilməsi üçün Təqsirləndirilən şəxs bacısı X3 təhvil alınmış 480 manat pul sayılaraq iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 165). İş materiallarında olan 08 avqust 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq və saxlanılması üçün verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi xalis çəkisi 0,178 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,078 qram narkotik vasitə heroin saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına verilməsi qərara alınmışdır (i/v 128-129). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 noyabr 2013-cü il təvəllüdlü X9 və 28 mart 2018-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və və DYNPİ-də saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,078 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasının videogörüntüləri olan “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı və iş üzrə maddi sübut kimi tanınmış 9950 ABŞ dolları, 265 X10 dirhəmi və 3346 manat 40 qəpik pul vəsaitlərinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və DYNPİ-də saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,078 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüləri olan “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 9950 ABŞ dolları, 265 X10 dirhəmi və 3346 manat 40 qəpik pul vəsaitlərinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-456/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-456/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver