Məhkəmə qərarları › İş №1(006)-456/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-456/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-456/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə3, Müdafiəçilər “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində «yetkinlik yaşma çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə, xx xxx 2009-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 02 aprel 2024-cü il tarixdə saat 18 radələrində yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən istirahət parkında olarkən həmin yerdən piyada keçən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ünvanlarına nalayiq ifadələr işlətməklə Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək ilkin olaraq o, Zərərçəkmiş şəxs1 zor tətbiq edib xuliqanlıq niyyəti ilə qəsdən sağ qolundan təpik zərbəsi vuraraq sonuncuya sağ mil sümüyünün tipik yerdəyişməyən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq edib bədən nahiyələrindən yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs1 sağ və sol süd vəzilərinin, sağ baldırın qançırları kimi, Zərərçəkmiş şəxs2 isə sağ diz oynağı və sağ əlin arxa səthinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 02 aprel 2024-cü il tarixdə saat 18 radələrində yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən istirahət parkında olarkən həmin yerdən piyada keçən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ünvanlarına nalayiq ifadələr işlətməklə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq edib bədən nahiyələrindən yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs1 sağ və sol süd vəzilərinin, sağ baldırın qançırları kimi, Zərərçəkmiş şəxs2 isə sağ diz oynağı və sağ əlin arxa səthinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərə cələri təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 159 saylı tam orta məktəbdə Əkbər və Məhəmmədəli ilə bir sinifdə oxumuşdur. Zərərçəkmiş şəxs2 da həmin məktəbdə oxumuş, təxminən 2024-cü ilin yanvar ayından onlar bir-birlərini sevmişər. Sonradan məktəbin bufetində aralarında mübahisə baş vermiş və Şəhrəbanu ona təpik atdığına görə münasibətləri korlanmışdır. Bundan sonra onlar bir-birləri ilə danışmamışlar. O, bir müddət xəstəliyi ilə bağlı məktəbə gəlməmişdir. 2024-cü ilin aprel ayının 2-də saat 14 radələrində o, 159 saylı məktəbin yanında yerləşən parka gəlmişdir. Həmin parkda bir məktəbdə oxuduğu Əkbər, Vüqar da olmuşdur. Sonradan Şəhrəbanu da parka gəlmişdir. Parkda olarkən o, dostları ilə zarafat edib gülmüş, bir müddət sonra görmüşdür ki, Şəhrəbanu bacısı Ayşinlə birlikdə onlara tərəf gəlirlər. Onlar yaxınlaşan kimi onu söyməyə başlamışlar. Sonra isə demişlər ki, «gözləyin burda, anamı çağırıram». Çox keçmədən Şəhrəbanunun anası Elvina oraya gəlmişdir. Həmin vaxt Elvina onu yaxasından tutaraq demişdir ki, «sən mənim qızımı təhqir etmisən, səni polisə aparacağam» və onun üzünə cırmaq atmışdır. Həmin vaxt səs-küy yaranmışdır. Bu zaman yaranmış səs-küyə polislər gəlmiş və hamını Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə aparmışlar. Onun əvvəllər Şəhrəbanu ilə mübahisələri olmuş, lakin dalaşmamışlar. Hadisə vaxtı onu Elvina vurmuş, qızları Şəhrəbanu və Ayşin onu vurmamışlar, onu yaxasından tutub dartışdırmaq istəmişlər. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə3 vurmamışdır. Onları heç kim vurmamışdır. Münaqişə ünvan 3 ünvanda yerləşən parkda 02 aprel 2024-cü il tarixdə saat 18 radələrində baş vermişdir və təxminən yarım saat davam etmişdir, səs-küyə çoxlu adam yığışmışdır. Ərizə və izahatında, o cümlədən ekspertiza müayinəsindən keçən zaman əsəbi və həyəcanlı olduğu üçün Ayşin və Şəhrəbanunun da onu döydüklərini bildirmiş, əslində isə onu Elvina vurmuş, başqa onu vuran olmamışdır. O, hadisə vaxtı Şəhrəbanu və Ayşini vurmamış, onların xəsarətləri hansı qaydada almalarını bilmir. Daha sonra ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmamasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 159 saylı tam orta məktəbdə oxuyur. Ziya və Məhəmmədəli onunla bir sinifdə oxuyurlar. 02 aprel 2024-cü il tarixdə saat 17 radələrində o, məktəbin yanındakı parkda Ziya və Məhəmmədəli ilə əyləşmişdir. Onların məktəbində oxuyan Kərimova Şəhrəbanu öz iti ilə parkda gəzmişdir. Ziya mobil telefonda onlara «Tiktok» sosial şəbəkədə gülməli video göstərmiş və onlar gülmüşlər. Bu zaman Şəhrəbanu getmiş və bacısı Ayşinlə parka qayıtmışlar. Onların hər ikisi Ziyanın üstünə cumaraq münaqişə etməyə başlamışlar. Bu zaman o, Ziya ilə həmin iki bacını aralaşdırmağa çalışmışdır ki, bir-birlərini vurmasınlar. Çox keçmədən Ayşinin anası da oraya gəlmişdir. Anası da Ziyanın üstünə cummuşdur. Bərk səs-küy yaranmış, ətrafdakılar da yaranmış səs-küyə oraya yığışmışlar. Çox keçmədən polislər oraya gəlmiş və Ziyagili polis bölməsinə aparmışlar. Sonradan o bilmişdir ki, Ziya ilə Şəhrəbanunun məktəbdə əvvəllər problemi olmuş, buna görə də bir-biri ilə dalaşmışlar. Münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Münaqişə zamanı o, heç kimə xəsarət yetirməmişdir. O görmüşdür ki, Ziya Şəhrəbanu və Ayşinlə mübahisə edib bir-birlərinin üstünə cumurlar. Sonradan oraya gələn Şəhrəbanunun da anası Ziya ilə münaqişə etməyə başlamışlar. Şəhrəbanu və Ayşin ifadələrində yalan göstərirlər, hadisə vaxtı o, heç kimi vurmamış, onlar Ziya ilə dalaşmışlar. Daha sonra ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmamasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç yerdə oxumur, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 159 saylı tam orta məktəbi 9-cu sinfə kimi oxumuşdur. Bacısı Zərərçəkmiş şəxs2 isə həmin məktəbdə oxuyur. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. Bacısı Şəhrəbanu və Təqsirləndirilən şəxs1 bir-birlərini sevmişlər, lakin sonra ayrılmışlar. 02 aprel 2024-cü il tarixdə saat 17:30 radələrində o, evdə olarkən bacısı Şəhrəbanu evə əsəbi halda gələrək Ziyanın məktəbin yanındakı parkda onu söyüb təhqir etdiyini bildirmişdir. O da əsəbləşərək bacısı ilə birlikdə həmin parka getmişdir. Saat artıq 18 radələri olmuşdur. Parka gəldikdə Ziyanın orada tanışları Əkbər və tanımadığı başqa şəxslə söhbətgahda oturduqlarını görmüşdür. O, Ziyaya yaxınlaşıb nə üçün bacısını təhqir etdiyini, onun videosunu nə üçün paylaşdığını soruşduqda, aralarında mübahisə yaranmış, Ziya onu və ailəsini söymüş və o da Ziyanı itələmişdir. Bu zaman Ziyanın dostu Əkbər də mübahisəyə müdaxilə etmiş və təpiklə onun sinəsindən vurmuşdur. Bu zaman o, şiddətli ağrı hiss etmiş, sonra isə Ziya və Əkbər onu yumruq və təpiklə vurmağa başlamış, bacısı Şəhrəbanu isə onları ayırmağa çalışmışdır. Dava zamanı o, əli ilə üzünü tutduğu üçün Şəhrəbanunu dəqiq hansının vurduğunu görməmişdir. Bundan sonra o, tez anasına zəng vurub olanları danışmış, polis çağırmasını və təcili məktəbin yanındakı parka gəlməsini demişdir. Bir neçə dəqiqə sonra anası parka gəlib Ziya və Əkbərlə mübahisə etmiş, nə üçün qızlarını döydükləri ilə bağlı irad bildirmiş və həmin vaxt Ziya və Əkbər anasının da ünvanına nalayiq ifadələr işlətmiş, hətta təpik də vurmuşlar. Bu zaman anası yaxınlıqda polis əməkdaşlarının keçdiyini görüb onları çağırmışdır. Polis əməkdaşları gəldikdən sonra isə onların hamısını 19-cu polis şöbəsinə aparmışlar. Orada onlar ərizə və izahat vermişlər. Həmçinin, bildirmişdir ki, hadisə parkda olduğu üçün ətrafda kənar şəxslər olmuş, lakin kim olduqlarını bilmir. Ziya və Əkbər hadisə vaxtı ucadan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Hətta anası gəldikdən sonra anasını da söyüb təhqir etmişlər. O və ya Şəhrəbanu Ziya və Əkbəri vurmaq istəsələr də, sonuncular onlardan güclü olduqları üçün onları vura bilməmişlər. Təqsirləndirilən şəxs1 xəsarətləri hansı şəraitdə almasını bilmir. O, ekspertiza müayinəsindən keçən zaman həyəcanlı olmuş və fikrini tam ifadə edə bilməmişdir. Hadisə vaxtı onu Əkbər və Ziya vurub döymüş, başqa onu vuran olmamışdır. Daha sonra təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlardan şikayətçi olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 159 saylı tam orta məktəbdə oxuyur. Bacısı Zərərçəkmiş şəxs1 isə həmin məktəbin 9-cu sinifində oxumuşdur və hazırda Ayşin həmin məktəbdə oxumur. Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, o da 159 nömrəli məktəbdə oxumuşdur. Məktəbdə idman dərsləri Ziyagilin sinifləri ilə bir yerdə olduğu üçün Ziya Xədicə adlı sinif yoldaşından onun “İnstagram” səhifəsini istəmiş, Xədicə də vermişdir. Bundan sonra onlar bir müddət danışmış və bir neçə dəfə Ziya ilə həm məktəbdə, həm də məktəbdən kənar görüşmüşlər. Sonradan isə Ziya ilə aralarında mübahisə olduğu üçün ayrılmışlar. Belə ki, Ziya onun barəsində xoşagəlməz sözlər danışmışdır. Bundan sonra Ziya məktəbdə dəhlizdə onu görən zaman dəfələrlə onu və ailəsini təhqir etmiş, lakin o, buna məhəl qoymayaraq heç bir söz deməmişdir. O, bir dəfə yemək bişirən zaman çəkdiyi videosunu Xədicəyə göndərmiş, Ziya da həmin videonun ekran görüntüsünü götürmüşdür. 02 aprel 2024-cü il tarixdə saat 17:30 radələrində o, məktəbin yanındakı parkda itini gəzdirən zaman Ziyanın dostu Əkbər və başqa oğlanlarla söhbətgahda oturduğunu və bərkdən güldüyünü görmüşdür. Onlara tərəf baxanda görmüşdür ki, Ziya onun videosunu dostlarına göstərir, onlar da videoya baxıb gülürlər. Bundan sonra Ziya onu görüb «balaca pozğun gəlir» deyə ifadə işlətmişdir. O, Ziyanın ona dediyi sözdən əsəbləşib evə qayıtmışdır. Evdə olarkən isə bu barədə bacısı Ayşinə danışmışdır. Bacısı Ayşin də əsəbləşmiş və onunla birlikdə parka gəlmişlər. Saat artıq 18 radələri olmuşdur. X5 yaxınlaşıb telefonunu verməsini, onun videosunu telefondan siləcəyini bildirmiş, lakin Ziya telefonu Ayşinə verməmiş, yanındakı dostlarından kiməsə ötürüb itirmişdir. Bundan sonra bacısı qışqıraraq anasını çağıracağını demiş və Ziyanı itələmiş, bu zaman Əkbər təpiklə onun bacısı Ayşinin sinəsindən vurmuş, daha sonra isə Ziya oturduğu yerdən bacısının qarnından təpiklə vurmuş və bacısı yerə yıxılmışdır. O, bacısını müdafiə etmək istədikdə isə onun qoluna, ayağına, diz qapağına vurmuşlar, lakin onu dəqiq hansının vurduğunu görməmişdir. Bundan sonra bacısı Ayşin anasına zəng vurub olanları danışmış və təcili məktəbin yanındakı parka gəlməsini demişdir. Bir neçə dəqiqə sonra anası parka gəlib Ziya və Əkbərlə mübahisə etmiş, nə üçün qızlarını döydükləri ilə bağlı irad bildirmiş və həmin vaxt Ziya və Əkbər anasının da ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin anasını təpiklə vurmuşlar. Lakin anası ekspertizadan keçmək istəməmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onların hamısını 19-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən Ziya təhqiqatçıya həqiqətən də onda onun videosunun olduğunu etiraf etmiş, lakin telefona baxanda onun videosu telefonda olmamışdır. Çox güman ki, Ziya artıq həmin videonu telefondan silmişdir. Daha sonra təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlardan şikayətçi olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş AR DİN X3 X2 polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 02 aprel 2024-cü il tarixdə xidmətdə olarkən Nəsimi RPİ 19-cu PŞ-dən məlumat daxil olmuşdur ki, ünvan 4 ünvanında münaqişə vardır. Həmin məlumat əsasında iş yoldaşı Şahid3 ilə birlikdə həmin ünvana getmişlər. Belə ki, həmin ünvan onların xidməti dislokasiyasında yerləşir. Orada həqiqətən də səs-küyün olmasının şahidi olmuşlar, lakin münaqişə olmamışdır. Hadisə barədə orada olan şəxslərdən heç nə soruşmasalar da, səs-küy salan şəxslərin bir-birilərini ittiham etdiklərinin şahidi olmuşlar. Həmin vaxt orada olan şəxsləri xidməti avtomobilə mindirərək ərazi üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Həmin şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bacıları, Qanuni nümayəndə3 və Təqsirləndirilən şəxs1 olmuşlar. Bu barədə növbətçi hissəyə raportla müraciət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş AR DİN X3 X2 polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 02 aprel 2024-cü il tarixdə xidmətdə olarkən Nəsimi RPİ 19-cu PŞ-dən məlumat daxil olmuşdur ki, ünvan 4 ünvanında münaqişə vardır. Həmin məlumat əsasında iş yoldaşı Şahid2 ilə birlikdə həmin ünvana getmişlər. Belə ki, həmin ünvan onların xidməti dislokasiyasında yerləşir. Orada həqiqətən də səs-küyün olmasının şahidi olmuşlar, lakin münaqişə olmamışdır. Orada olan qadın bildirmişdir ki, onun qızlarını döymüşlər. Həmin vaxt orada olan şəxsləri xidməti avtomobilə mindirərək ərazi üzrə Nəsimi RPİ 19-cu PŞ-nə gətirmişlər. Həmin şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bacıları, onların anası Qanuni nümayəndə3 və Təqsirləndirilən şəxs1 olmuşlar. Bu barədə növbətçi hissəyə raportla müraciət etmişlər. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, o, 159 saylı orta məktəbin 10-cu sinfində oxuyur. Ziya onunla əvvəllər bir sinifdə oxumuşdur. 02 aprel 2024cü il tarixdə saat 16 radələrində məktəbin yanındakı parkdakı söhbətgahda Ziya və Əkbərlə əyləşərək söhbət etmişlər. Bu zaman məktəbdə oxuyan Kərimova Şəhrəbanu bacısı Ayşinlə birlikdə ora gəlmişlər. Onların hər ikisi Ziya ilə mübahisə etmişər. Bu zaman o, söhbətgahdan təxminən 10 metr uzaqlaşıb Ziyanın qardaşına zəng etmişdir. Çox keçmədən Ayşinin anası da ora gəlmişdir. Anası da Ziya ilə mübahisə etmiş və bərk səsküy yarandığından, ətrafdakılar da yaranmış səs-küyə oraya yığışmışlar. Çox keçmədən polislər ora gələrək Ziyagili polis bölməsinə aparmışlar. Sonradan bilmişdir ki, Ziya ilə Şəhrəbanunun məktəbdə əvvəllər problemi olmuş, buna görə də bir-biri ilə dalaşmışlar. Münaqişə zamanı o, heç kimə xəsarət yetirməmişdir. Münaqişə başlayan zaman o, Ziyanın qardaşına zəng vurmaq üçün oradan uzaqlaşdığından zərərçəkmiş şəxsləri konkret olaraq kimin vurduğunu görməmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 159 saylı orta məktəbin 10-cu sinfində Əkbər və Məhəmmədəli ilə bir sinifdə oxuyur. Ziya da əvvəllər onlarla bir sinifdə oxumuş, sonradan məktəbdən çıxmışdır. 02 aprel 2024-cü il tarixdə saat 17 radələrində məktəbin yanındakı parkdakı stadionda futbol oynayarkən Ziyagilin səsini eşitmiş, lakin fikir verməmişdir. Bir azdan söyüş səslərinə ora gəlmiş və görmüşdür ki, Ziya ilə Əkbər Şəhrəbanu və Ayşinlə dalaşırlar. Şəhrəbanu da 159 saylı orta məktəbdə oxuyur, Ayşin isə onun bacısıdır. Onlar dalaşan zaman Şəhrəbanunun anası Elvina ora gəlmişdir. Şəhrəbanu döyülən qızlarını Əkbər və Ziyadan ayırmışdır. Həmin vaxt orada bərk səs-küy yarandığından ətrafdakılar da yaranmış səs-küyə ora yığışmışlar. Çox keçmədən polislər ora gələrək Ziyagili polis bölməsinə aparmışlar. Sonradan o bilmişdir ki, Ziya ilə Şəhrəbanunun məktəbdə əvvəllər problemi olmuş, buna görə də bir-birləri ilə dalaşmışlar. Münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Münaqişə zamanı o, Ayşin və Şəhrəbanuya xəsarət yetirməmişdir. Münaqişə zamanı Ziya və Əkbərə heç kim xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə3 ərizəsi əsasında onun yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs1 az ağır xəsarət alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (l cild, i.v.1); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.1 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir (l cild, i.v.89); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v.91); - “İttiham elan edilməsi üçün şəxsin tutulması, barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.92); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan və “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (l cild, i.v.98-99); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində «yetkinlik yaşma çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir (l cild, i.v.134-135); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v.148); - “İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmişdir (l cild, i.v.149-150); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPİnə gətirilmişdir (l cild, i.v.156); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində «yetkinlik yaşma çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir (l cild, i.v.190-191); - “İbtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 05 ay həddində, 05 fevral 2025-ci il tarixə kimi uzadılmışdır (l cild, i.v.198-199); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir (l cild, i.v.201); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir (l cild, i.v.203); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə barələrində axtarış elan olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub İŞ-nə təqdim edilənə kimi cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.204-205); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü olaraq istintaqa gəldiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (l cild, i.v.209); - “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşma çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (l cild, i.v.215-216, 222-223); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2 1-ci maddələrindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir (l cild, i.v.260-270); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” və “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş «yetkinlik yaşma çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri nəzərə alınmışdır (l cild, i.v.274-275, 287-288); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” və “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş «yetkinlik yaşma çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri nəzərə alınmışdır (l cild, i.v.292-293, 306-308); - “Hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən parkdır (İ cild, i.v.9-12); - “Üzləşdirmə aparmaq haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.138-139); - “Üzləşdirmə aparmaq haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.143-144); - “Üzləşdirmə aparmaq haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.182-183); - “Üzləşdirmə aparmaq haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.184-185); - “İfadələrin yerində yoxlanılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir (l cild, i.v.236-240); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 388 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sağ mil sümüyünün tipik yerdəyişməyən sınığı, sağ və sol süd vəzilərinin, sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.25-28); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 389 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sağ diz oynağı və sağ əlin arxa səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.29-32); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 390 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ yanaq, boyun, döş qəfəsi nahiyələrinin sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, əl dırnaqları) təsirindən əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.33-36); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 06 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sağ mil sümüyünün tipik yerdəyişməyən sınığı, sağ və sol süd vəzilərinin, sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ mil sümüyünün tipik yerdəyişməyən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (l cild, 228-231); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.85); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.86); - Poladi Saleh adına 159 nömrəli tam orta məktəb tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxuduqları məktəbdə müsbət xarakterizə olunurlar (l cild, i.v.84, 133). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya, həmin Məcəllənin 127.2.3-cü maddəsi ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, həmin Məcəllənin 221.2.1-ci maddəsi bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə görə məsuliyyət yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin, ekspert rəyləri və iş üzrə digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını və oxuduğu məktəbdə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti azyaşlı Zərərçəkmiş şəxs2 qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını və oxuduğu məktəbdə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti azyaşlı Zərərçəkmiş şəxs2 qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, həmçinin vəkillik fəaliyyətinə xitam verilənədək Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili olmuş Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, vəkillik fəaliyyətinə xitam verilənə qədər Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili olmuş Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Vəkillik fəaliyyətinə xitam verilənə qədər Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili olmuş Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar