Məhkəmə qərarları › İş №1(006)-46/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-46/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-46/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1998-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.1998-ci il təvəllüdlü olmaqla özündən 7 yaş kiçik olan, əvvəllər tanıdığı xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını bildiyi halda 17 fevral 2020-ci il tarixdə saat 18 radələrində onu kirayədə yaşadığı ünvan 2 ünvanına apararaq qarşılıqlı razılıq əsasında özünün seksual tələbatını pozğun formada təmin etmək məqsədi ilə 18 fevral 2020-ci il tarixdə, saat 01 radələrində qeyd olunan mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə oral yolla, daha sonra isə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər elmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.1998-ci il təvəllüdlü olmaqla özündən 7 yaş kiçik olan, əvvəllər tanıdığı xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını bildiyi halda 17 fevral 2020-ci il tarixdə saat 18 radələrində onu kirayədə yaşadığı ünvan 2 ünvanına apararaq qarşılıqlı razılıq əsasında özünün seksual tələbatını pozğun formada təmin etmək məqsədi ilə 18 fevral 2020-ci il tarixdə saat 01:30 radələrində qeyd olunan mənzilin yataq otağında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anal nahiyəsinə sürtməklə seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, hadisənin baş verdiyi vaxtda Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 26, 31 saylı mənzili kirayəyə götürərək orada yaşamışdır. Həmin vaxtlarda X7 də onunla birlikdə həmin ünvanda yaşamışdır. Zərərçəkmiş şəxs ilə 2019-cu ilin oktyabr ayında Bakı şəhərində tanış olmuşdur və telefon vasitəsi ilə danışmağa başlamışlar. Münasibətləri irəlilədikdən sonra Zərərçəkmiş şəxs ilə bir neçə dəfə restoranlara gedib yemək yemişlər. 17 fevral 2020-ci il tarixdə, saat 18 radələrində sonuncu ilə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında görüşmüşdür. Həmin görüşdən əvvəl Zərərçəkmiş şəxs ilə telefonla danışarkən evdə problemlərinin olduğunu və ailə üzvləri ilə münasibətlərinin qaydasında olmadığını demişdir. Bir qədər piyada gəzib söhbət etdikdən sonra gec olduğuna görə sonuncu evə getməkdən imtina etmişdir və onunla birlikdə yaşadığı ünvana getmək istədiyini bildirmişdir. O, təklifi qəbul edərək razılaşmışdır. Kirayədə yaşadığı ev “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşdiyindən Zərərçəkmiş şəxs ilə piyada həmin ünvana getmişlər. X2 birlikdə yaşasa da, onlar evə gələn zaman evdə heç kim olmamışdır. Evə çatdıqdan sonra sonuncuya çay hazırladıqdan sonra birlikdə çay içmişlər. Gecə yarısını adladıqdan sonra yatmaq qərarına gəlmişlər. O və Zərərçəkmiş şəxs ayrı-ayrı çarpayılarda yatmışlar və onlar arasında hər-hansı bir cinsi münasibət və seksual xarakterli hərəkət olmamışdır. Səhər açıldıqda Zərərçəkmiş şəxs ilə birlikdə metroya minib “İnşaatçılar” metro stansiyasına gəlmiş, metrodan çıxıb sonuncu ilə sağollaşıb ondan ayrılmışdır. Daha sonra onu polis bölməsinə dəvət edərək cinayət hadisəsi törətməsi barədə sorğu-sual edərək ifadəsini almışlar. O, heç bir cinayət hadisəsi törətməməsinə baxmayaraq, ifadəsi alınarkən ona hədə-qorxu gələrək cinayət məsuliyyəti yaradan formada ifadə verməyə məcbur etmişlər. Qeyd olunanları nəzərə alaraq, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin Zərərçəkmiş şəxs ilə nişanlı olmasını, bundan əlavə heç bir cinayət əməlini törətməməsini bildirərək, barəsində bəraət hökmünün verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayından tanımışdır. Belə ki, onu ilk dəfə “28 may” metro stansiyası yaxınlığında görmüşdür. Təqsirləndirilən şəxs də onu ilk dəfə həmin vaxt görmüşdür. Sonuncu onu bəyəndiyi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzində ona yaxınlaşıb tanış olmaq istədiyini bildirdikdə, Xətai də onun xoşuna gəldiyi üçün öz əlaqə telefonunu ona vermişdir. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti olmamışdır. Hadisə vaxtı məktəbdə oxumağı ilə bərabər “Gənclik” metrostansiyası yaxınlığında yerləşən fərdi ingilis dili məşğələlərinə getmişdir. Həmin gündən etibarən Təqsirləndirilən şəxslə görüşərək onunla birlikdə restoranda yemək yeməyə getmiş və telefonla danışmışdır. Hadisənin baş verməsindən bir neçə gün öncə onun istifadə etdiyi mobil telefon sınaraq istifadəyə yararsız hala düşmüşdür. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə öz telefonu vasitəsilə əlaqə yarada bilməmişdir. Bu səbəbdən, xalasının telefonundan müvəqqəti olaraq istifadə etməyə başlamışdır. 17 fevral 2020-ci il tarixdə günorta saatlarında evdən çıxıb ingilis dili hazırlıq məşğələsinə getmişdir. Saat təxminən 17 radələrində məşğələdən çıxmışdır, daha sonra Təqsirləndirilən şəxslə “instagram” sosial şəbəkəsində əlaqə yaradıb onunla görüşmək istədiyini bildirmişdir. Bundan bir neçə gün əvvəl də onlar görüşməkləri ilə bağlı qərarlaşıb razılaşmışlar. Təqsirləndirilən şəxs ondan “Memar Əcəmi” metrostansiyasının yanına gəlməyini istəmişdir. O da, metro ilə həmin metrostansiyaya getmiş və Təqsirləndirilən şəxslə görüşmüşdür. Bundan sonra gec saatlar olduğuna görə evə getməkdən imtina edərək sonuncuya onun yaşadığı ünvana getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun təklifini qəbul edərək etiraz etməmişdir. Qeyd olunan ünvana getdikdən sonra evdə heç kimin olmamasını görmüşdür. O, sonuncu ilə bir qədər söhbət etmiş və hətta evdə çay hazırlandıqdan sonra birlikdə çay içmişlər. Saat təxminən 23 radələrində Təqsirləndirilən şəxs onu aparıb evə yola salmaq istəmişdir. O, artıq gec olduğunu görüb evə getmək fikrindən daşınmış, çünki həmin vaxtı evə gedərsə, ailə üzvlərinin ona əsəbləşəcəyini bilmişdir. Bu səbəbdən də, evə getmək fikrindən daşınmışdır. Bundan sonra o və Təqsirləndirilən şəxs ayrı-ayrı çarpayılarda yatmışlar və onların arasında heç bir cinsi münasibət və seksual xaraketrli hərəkət olmamışdır. Səhər açıldıqda Xətai ilə birlikdə evdən çıxmışlar və sonuncu onu gətirib “İnşaatçılar” metrostansiyasının yaxınlığına qoyub onunla sağollaşıb getmişdir. Daha sonra ailə üzvlərinin polisə müraciəti əsasında axtarıldığını bilmişdir. Polis bölməsində ona təzyiq edilmiş və ifadəsi müstəntiq tərəfindən təhrif edilmiş formada ittiham aktında yazılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və ümumiyyətlə Təqsirləndirilən şəxs tərəfindən hər hansı cinayət hadisəsi törədilməmişdir. Qeyd olunanları nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına ekspert qismində dəvət olunmuş X4 verdiyi ifadəsində bildirmişdir ki, ekspertiza Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş və söhbət əsnasında sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Müayinə komisyon şəkildə keçirilmiş, zərərçəkmiş şəxsin bədənində hər hansı xəsarətlər olmamışdır. Müayinə zamanı qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri müşahidə olunuşdur. Həmin əlamətlər bir dəfə cinsi əlaqədə olmaqla deyil, mütəmadi olaraq cinsi əlaqədə olmadan yarana bilir. Həkim olmadığı üçün arxa keçəcəkdə olan babasil və digər xəstəliklərdən həmin əlamətlərin yaranması ilə bağlı dəqiq fikir bildirə bilmir. Müayinə zamanı düz bağırsağın xarici büzücü əzələsi (sfinktor) boşalmışdır. Bu boşalma bərk küt əşyanın təsirindən və ya cinsiyyət orqanı arxa keçəcəyə yeridilən zaman əmələ gəlir. Müayinə o və əlavə iki nəfər ekspertin iştirakı ilə keçirilmişdir. Xəsarət izi qalmadğı halda hadisənin dəqiq vaxtını müəyyən etmək mümkün olmur və xəsarət yoxdursa şəxsin kimlə cinsi əlaqədə olmasını ekspert müəyyən edə bilmir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 19 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən hadisənin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 26, 31 saylı mənzildə baş verdiyi müəyyən olunmuşdur (i/v 8-10). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 05.03.2020-ci il tarixli, 125 saylı rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verməmişdir. A.R Zərbəliyevanm arxa keçəcəyində aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət etmişdir (i/v 18-20). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 27 iyun 2020-ci il tarixli, 1173 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq, epilepsiya zamanı yaranan ağıl zəifliyi, qıcolma tutmaları və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onu idarə etmək iqtidarındadır, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs psixi fəaliyyəti, əqli və intellektual inkişafı, qavrama qabliyyəti normaya uyğun olmuşdur. Təqsirləndirilən şəxs mülayimlik, ünsiyyətçilik, konfiliktə və mübahisə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor- perseptiv proseslərinin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs təlqinə qapanmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillik müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasına anlaya bilərdi. Təqsirləndirilən şəxs psixoloji yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmamışdır (i/v 169-171). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 27 iyun 2020-ci il tarixli, 1172 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs qərarda təsvir olunmuş hadisə dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əzab çəkməmişdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs psixiatrik müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs psixi fəaliyyəti, əqli və intellektual inkişafı, qavrama qabliyyəti yaş xüsusiyyətlərinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs mülayimlik, tez təsirlənmiş, mübahisəyə və konfiliktə meyilli olmamaq və s. Kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərin (duyğu, qavrama, təsvir etmə) fərdi xüsusiyyətlərə və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, onlar haqqında düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə, yalan danışmağa və özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasına anlaya bilərdi. Zərərçəkmiş şəxsnun psixoloji yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq, ona qarşı qərarın təsviri hissəsində göstərilən hərəkətlər zamanı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmamışdır (i/v 172-174). İş materiallarında olan “İttiham elan edilməsi üçün şəxsin tutulması haqqında” 22 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 124). İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il təvəllüdlüdür (i/v 91). İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İlkin Ağayev tərəfindən təsdiq edilmiş 14 may 2020-ci il tarixli, 2328 saylı xasiyyətnamədən görünür ki, Şabran şəhəri, M.Süleymanov küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış sakinlərə qarşı hörmətsizliklər etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstrəmiş, qonşuları və yaxın qohumlarına qarşı hörmətlə davranmışdır. Təqsirləndirilən şəxs məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (i/v 93). İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 24.06.2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 149-150). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.04.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 64). Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi Xalid Abbasov tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 25 iyun 2021-ci il tarixli, 337 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2020-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək Silahlı Qüvvələrdə qismən səfərbərliklə hərbi xidmət keçmiş və ehtiyata tərxis olunmuşdur. O, 04 oktyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocavənd rayonu əraziləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, ekspertiza rəyi, ekspertin ifadəsi və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin “Vətən müharibəsi”ndə iştirak edərək döyüşlərdə iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2020-ci il tarixdən 24 iyun 2020ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, “Vətən müharibəsi”ndə döyüşlərdə iştirak etməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 22 iyun 2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-270/2020 saylı, 07 avqust 2020-ci il tarixli qərara əsasən 14 avqust 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqan məhrum edilmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2020-ci il tarixdən 24 iyun 2020-ci il tarixədək həbsdə olduğu 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat və X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar