Məhkəmə qərarları › İş №1(006)-46/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-46/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-46/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə, xx xxxx 2004-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrarən silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 16 oktyabr 2021-ci il tarixdə saat 00:20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Qış Park”ında tanışı Zərərçəkmiş şəxs4 və qardaşı Zərərçəkmiş şəxs2lə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 ayağına badalaq vurması səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı orada istirahət edən vətəndaşların olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, Zərərçəkmiş şəxs2 ondan qardaşı Zərərçəkmiş şəxs1 qarşı etdiyi qanunsuz hərəkətinin səbəbini soruşmasını cüzi səbəb kimi bəhanə gətirərək heç bir səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib sifət nahiyəsindən qəsdən yumruq zərbələri vurmaqla sonuncuya çənənin sol yarısının çənə sümüyü cisminin sınığı ilə müşayiət olunan qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və daha sonra qanunsuz hərəkətlərini davam etdirib tanışları Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3la birlikdə aralarındakı dava-dalaş nəticəsində yerə yıxılan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri ilə vuraraq sonuncuya sol təpə və sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, üst və alt dodaqların selikli qişalarının əzilmiş yaraları, boyun nahiyəsinin qançırları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 27 avqust 2022-ci il tarixdə saat 03 radələrində ictimai yer hesab edilən ünvan 4 ünvanında olan zaman idarə etdiyi mopedlə oradan keçən Zərərçəkmiş şəxs3 saxlayıb həmin mopedin özünə məxsus olub-olmamasını aydınlaşdırmaq üçün sonuncuya mopedin barkodunu yoxlamaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs3 etiraz etdikdə isə ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiqi ilə bədən nahiyəsindən vurmaqla yanaşı silah qismində istifadə etdiyi istintaqa məlum bıçaqla sol çiyin nahiyəsindən qəsdən vuraraq yerə yıxıb ona sol çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol kürək nahiyəsinin, sağ əlin, sağ əlin İİ,İV,V barmaqlarının, sağ diz oynağı nahiyəsinin, sol baldırın, sol aşıqbaldır oynağı nahiyəsinin, sağ ayağın sıyrıqları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 16 oktyabr 2021-ci il tarixdə saat 00:20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Qış Parkı”ında olarkən Təqsirləndirilən şəxs1 həmin parkda dostu Zərərçəkmiş şəxs4 və qardaşı Zərərçəkmiş şəxs2lə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 ayağına badalaq vurması səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı orada istirahət edən vətəndaşların olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs1 qarşı etdiyi qanunsuz hərəkətinin səbəbini soruşmasını cüzi səbəb kimi bəhanə gətirərək heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2 zor tətbiq edib sifət nahiyəsindən yumruğu ilə qəsdən zərbələr vurmasından sonra Zərərçəkmiş şəxs1 münaqişəyə son qoyulması ilə bağlı müdaxilə etməsini görüb sonuncuya yaxınlaşaraq heç bır əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 zor tətbiq edib xuliqanlıq niyyətilə qəsdən sifət nahiyəsindən yumruq zərbələri vurmaqla ona sağ əng cibinin ön, iç və bayır divarlarının, sağ almacıq və sağ xəlbir sümüklərinin sınıqları ilə, eləcə də sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqlarını, gözaltı və almacıq nahiyələrini əhatə edən qançır-şişkinliyi, burun nahiyəsinin burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan qançır-şişkinliyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş və daha sonra qanunsuz hərəkətlərini davam etdirib münaqişəyə sol qoyulması ilə bağlı müdaxilə edən Zərərçəkmiş şəxs4 yaxınlaşıb zor tətbiq edərək yumruq zərbəsi ilə sonuncunun sifət nahiyəsindən zərbə vurmaqla ona sağ gicgah alın nahiyəsinin, sağ gicgah-almacıq qövsü nahiyəsinin, sol bazunun qançırları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri və tanışları Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3la birlikdə dava-dalaş nəticəsində yerə yıxılan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq sonuncuya sol təpə və sol gözaltıalmacıq nahiyəsinin qançır-şişkinliyi, üst və alt dodaqların selikli qişalarının əzilmiş yaraları, boyun nahiyəsinin qançırları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 16 oktyabr 2021-ci il tarixdə saat 00:20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Qış Park”ında olarkən Təqsirləndirilən şəxs1 həmin parkda dostu Zərərçəkmiş şəxs4 və qardaşı Zərərçəkmiş şəxs2lə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 ayağına badalaq vurması səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı orada istirahət edən vətəndaşların olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs1 qarşı etdiyi qanunsuz hərəkətinin səbəbini soruşmasını cüzi səbəb kimi bəhanə gətirərək heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2 zor tətbiq edib sifət nahiyəsindən yumruğu ilə qəsdən zərbələr vurmasından sonra heç bir əsaslı səbəb olmadan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə dava-dalaş nəticəsində yerə yıxılan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq sonuncuya sol təpə və sol gözaltıalmacıq nahiyəsinin qançır-şişkinliyi, üst və alt dodaqların selikli qişalarının əzilmiş yaraları, boyun nahiyəsinin qançırları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, kuryer fəaliyyəti ilə məşğul olmuş, 15 oktyabr 2021-ci il tarixdə müştəriyə sifariş apardıqdan sonra “Qış Park”ında dostları Təqsirləndirilən şəxs3, Şahid2 və Təqsirləndirilən şəxs2 ilə rastlaşmış və onların yanına getmişdir. O, ayaqüstə dayanıb qulaqcıqla musiqiyə qulaq asmış və həmin vaxt tanımadıqları 4 nəfər oğlan onların yanından keçmişdir. O, arxaya hərəkət edərkən ayağı həmin şəxslərdən birinin, Zərərçəkmiş şəxs1 ayağına dəymişdir. Zərərçəkmiş şəxs1 onun badalaq vurduğunu düşünmüş və nə üçün ona qarşı belə hərəkət etdiyini aydınlaşdırmaq üçün onlara yaxınlaşmışlar. Bu zaman aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 məsələni sülh yolu ilə həll etmək üçün onu əl hərəkəti ilə kənara çağırmışdır. Onlar kənara çəkildikdən sonra aralarında dava düşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs2 əlini onun çiyninə qoyarkən o, sonuncunun onu vurmaq istədiyini düşünmüş, buna görə də Həsəni qabaqlayaraq onu vurmuşdur. Bu zaman Həsən qolu ilə onun boğazından tutub onu boğmağa başlamışdır. Dostları Həsənin onu boğduğunu görüb ona kömək etməyə gəlmişlər. O, Həsənə onu buraxmasını desə də, Həsən onu boğmağa davam etmişdir. Dostları Ramil və Yusif Həsəndən onu buraxmasını tələb etsələr də, Həsən onu buraxmamış, Ramil və Yusif də bu zaman onu buraxsın deyə Həsəni vurmuşdur. Bundan sonra Həsənin əlləri boşalmış və onu buraxmış, o da ayağa qalxaraq Həsənlə dalaşmağa başlamışdır. Daha sonra digər zərər çəkmiş şəxslər də onların yanına gəlmiş və aralarında dava düşmüşdür. Hadisə vaxtı kənarda başqa şəxslər olmamış, mübahisə zamanı o və dostları, həmçinin onlarla mübahisə edən şəxslər nalayiq ifadələr işlətməmişlər. Bundan başqa, 27 avqust 2022-ci il tarixdə gecə saat 2-3 radələrində dostu Şahid1 ilə “Kubinka” adlanan ərazidə söhbət edərkən yanlarından bir moped keçmişdir. Onun da mopedi oğurlandığından o, yanlarından keçən mopedi özünün oğurlanan mopedinə oxşatmış və onun arxasınca getmişdir. O, mopedin barkoduna baxmaq istəmiş, lakin mopedi sürən şəxs Zərərçəkmiş şəxs3 baxmağa qoymamışdır. Buna görə də aralarında mübahisə yaranmış və o da əvvəl əli ilə, sonra isə əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs3 sol çiyin nahiyəsindən vurmuşdur. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, digər zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini, əməllərini səmimi etiraf etməsini və törətdiyi əməllərdən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3la “Qış Park”ında skamyada oturan zaman tanışları Təqsirləndirilən şəxs1 onların yanına gəlmiş, salamlaşdıqdan sonra ayaqüstə dayanmışdır. Bu zaman tanımadıqları 4 nəfər oğlan yanlarından keçən zaman Sərxan arxaya tərəf gedərkən istəməyərək həmin şəxslərdən birinə toxunmuşdur. Həmin şəxslər yanlarından keçib getmiş, lakin sonra geri qayıdaraq Sərxandan nə üçün onlara sataşdığını soruşmuşlar. Sərxan isə sataşmadığını bildirmişdir. Bundan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məsələni aydınlaşdırmaq üçün Sərxanı kənara çağırmış və onlar kənara çəkilmişlər. X2 boğduğunu görmüş və Yusif ilə birlikdə dərhal qaçaraq onların yanına getmişlər. X4 buraxmasını desələr də, Həsən onları eşitməmiş, Sərxanı boğmağa davam etmiş, onlar da məcbur qalaraq Həsəni vurmuşlar ki, Sərxanı buraxsın. Bu zaman Həsənin əlləri boşalmış və Sərxanı buraxmışdır. Bundan sonra digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 onun üzərinə hücum etmiş, o da özünü müdafiə etmək üçün onları vurmuşdur. Hadisə zamanı ona da xəsarət dəymiş, lakin ekspertizaya getməmişdir. Zərər çəkmiş şəxslərlə aralarında olan dava təxminən 10 dəqiqə çəkmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, digər zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2la “Qış Park”ında skamyada oturan zaman tanışları Təqsirləndirilən şəxs1 onların yanına gəlmiş, salamlaşdıqdan sonra ayaqüstə dayanmışdır. Bu zaman yanlarından tanımadıqları 4 nəfər oğlan keçmişdir. Sərxan arxaya hərəkət etdiyindən həmin oğlanlardan birinə, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 toxunmuşdur. Sərxan həmin vaxt onlardan üzr istəmişdir. Lakin onlar Sərxanın onlara sataşdığını düşünmüş və məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2lə Sərxan kənara çəkilmişlər. Bir qədər sonra Həsənin Sərxanı boğduğunu görmüş, dərhal Təqsirləndirilən şəxs2la birlikdə onlara tərəf qaçmışlar. X4 buraxmasını desələr də, Həsən Sərxanı buraxmamış, daha da möhkəm boğmuşdur. Bu zaman Sərxanı buraxsın deyə o, Həsənə yumruq vurmuş və Həsənin əlləri boşalaraq Sərxanı buraxmışdır. Dava bitdikdən sonra Sərxanın boğazında qırmızı rəngdə izlərin olduğunu görmüşdür. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, digər zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixində gecə təxminən saat 12:00 radələrində o, qardaşı Zərərçəkmiş şəxs1, dostları Zərərçəkmiş şəxs4 və İmaməli Rəhimov ilə birlikdə “Qış Park”ında gedirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oturacaqda oturmuşar, Təqsirləndirilən şəxs1 isə ayaqüstə durmuş, əlində də pivə butulkası olmuşdur. Onlar təxminən 6-7 nəfər olmuş, aralarında iki nəfər qız da olmuşdur. Onların yanından keçərkən sol tərəfdən qardaşına tərəf bir hərəkət olduğunu hiss etmiş və qardaşından həmin hərəkətin ona qarşı olduğunu soruşmuş, o da ona badalaq verildiyini bildirmişdir. Bu zaman o, Sərxana yaxınlaşaraq onları tanımadıqları halda onlara qarşı bu hərəkəti nə üçün etdiyini soruşduqda oturacaqda oturanlar onları əhatəyə almışlar. Sərxan qardaşı Hüseynə əli ilə işarə edərək qırağa keçməsini bildirmişdir. Qardaşı müharibədə yaralandığı, bədənində qəlpələr olduğu üçün ona nə isə olacağından qorxmuş və buna görə Sərxanla danışmağa özü getmişdir. Təxminən 15-20 metr aralandıqda sonra Sərxan üstünə gələrək anidən ona yumruq atmışdır. Daha sonra onu yerə yıxmaq üçün boğazından tutmuş, lakin gücü çatmamışdır. O da özünü müdafiə etmək üçün Sərxanın boğazından tutmuş və onu yerə yıxmışdır. Onlar yerdə olarkən Sərxanın dostları ətraflarına yığılmışlar. Yusif onunla üzbəüz olduğundan əyilib ona yumruq işarəsi göstərdikdən sonra Sərxanı buraxmasını bildirmişdir. Bu zaman Sərxan da “buraxma” deyərək qışqırmışdır. O da fikirləşmişdir ki, onlar çoxdurlar, Sərxanı buraxsa üstünə hücum edəcəklər, ona görə də buraxmamışdır. Yusif ona yumruq göstərəndən təxminən 3 saniyə sonra arxadan başına dalbadal 3-4 təpik zərbəsi dəymişdir. Zərbələrin təsirindən çənəsi və dişi sınmışdır. Sonra əli boşaldığı üçün Sərxanı buraxmalı olmuşdur. Özündə olmadığı üçün təxminən 30 saniyə yerdə oturmuş, yerdən qalxarkən Təqsirləndirilən şəxs2 qardaşı Hüseynin üstündə olduğunu, Yusifin isə qardaşını vurduğunu görmüşdür. O, dərhal qardaşının yanına qaçmış, Yusif onu görən kimi qırağa çəkilmiş, Ramili isə itələmişdir. Bundan sonra təqsirləndirilən şəxslər durub qaçmışlar. O da qardaşını yerdən qaldırmış və taksi ilə xəstəxanaya getmişlər. Həmin zərbələrdən sonra qardaşının gözü bir müddət görməmişdir. Gecə təxminən saat 3-4 radələrində xəstəxanadan evə gəlmişlər, səhər saat 9-da da polis orqanına gedərək şikayət etmişlər. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 16 oktyabr 2021-ci il tarixində saat təxminən 00:20 radələrində qardaşı Zərərçəkmiş şəxs2 və dostları Zərərçəkmiş şəxs4 və İmaməli Rəhimov ilə birlikdə “Qış Park”ının ərazisində gəzirmişlər. Həmin vaxt parkda 5-6 nəfər oğlan və 3 nəfər qız olmuşdur. Onların yanından keçərkən Təqsirləndirilən şəxs1 ona badalaq vermiş, lakin o yayınmışdır. Qardaşı Həsən həmin hərəkəti ona qarşı edilib-edilmədiyini soruşmuş, o, da “bəli” cavabını vermişdir. Onlar geri qayıdaraq Təqsirləndirilən şəxs1 nə üçün ona qarşı belə hərəkət etdiyini soruşduqda, sonuncu əl hərəkəti ilə onu kənara çağırmışdır. O, “Vətən Müharibəsi” iştirakçısı olduğundan, güllə yarası aldığından və bədənində qəlpələr olduğundan qardaşı Zərərçəkmiş şəxs2 onu getməyə qoymamış, onun əvəzinə özü getmişdir. Bir qədər sonra Həsənlə Sərxanın arasında dava başlamış, Sərxanın dostları dərhal onların yanına qacmış, o da Muradla birlikdə onların arxasınca qaçmışdır. Ora çatan kimi X5 yumruq göstərib başına təpik vurmağa başlamışlar. Həmin zərbələrdən Həsənin çənəsi sınmışdır. O, həmin vaxt onları ayırmağa çalışmış, lakin Ramil onun üstünə çıxaraq onu yumruqlamağa başlamış, eyni zamanda ayaq üstə olan Yusif onu təpiklə vurmuşdur. Bu zaman Murad gəlib özünü onun üstünə atmış, X6 da vurmağa başlamışlar. Murad onun üstündən durandan sonra Ramil onu yenə vurmuş, sonra Həsən yanlarına gəlib onları ayırmışdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə keçən gecə o, dostları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və İmaməli Rəhimov ilə birlikdə “Qış parkı” ərazisində gəzirmişlər. Təqsirləndirilən şəxslər də həmin vaxt parkda olmuşlar. Təqsirləndirilən şəxs1 ayaqüstə dayanmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə oturacaqda oturmuşlar. Yanlarında iki nəfər qız və başqa oğlanlar da olmuşdur. Onlar Sərxanın arxasından keçən zaman Sərxan Hüseynə qarşı xoşagəlməz əl-ayaq hərəkətləri etmişdir. Həsən Hüseyndən həmin hərəkətlərin ona qarşı edilib-edilmədiyini soruşmuş, Hüseyn də ona qarşı edildiyini bildirmişdir. Onlar geri qayıdaraq Hüseynə qarşı edilən hərəkətin səbəbini soruşmuşlar. Ramil, Yusif və yanlarında olan digər şəxslər onları əhatəyə almışlar. Bu zaman Sərxan heç bir söz demədən Hüseyni əl hərəkəti ilə kənara söhbəti aydınlaşdırmağa çağırmış, lakin X3 getməyə qoymayaraq özü getmişdir. Onlar isə oturacağın yanında qalmışlar. Bir anda Sərxanın tanışları Həsənlə Sərxanın getdiyi istiqamətə qaçmağa başlamışlar. O da Hüseynlə birlikdə Həsəngilin yanına qaçmışdır. Həsənin çantası onda olduğu üçün o, çantanı götürmək üçün geri qayıtmış, ona görə də onların yanına bir qədər gec getmişdir. Yanlarına gedən zaman uzaqdan Yusif və Ramilin Həsəni təpik və yumruq zərbələri ilə vurduqlarını görmüşdür. X8 vurmağa başlamışdır. O, çantanı yerə ataraq Hüseynə kömək etmək üçün ona tərəf qaçmış, çatarkən Hüseynin hərəkətsiz vəziyyətdə olduğunu görmüş və özünü Hüseynin üstünə atmışdır ki, onu zərbələrdən qorusun. Ramil və Yusif onları yenidən vurmağa başlamışlar. Bu zaman bir nəfər polislərin gəldiyini demiş, həmin vaxt onları vuran şəxslər qaçmağa başlamışlar. O, Hüseynin üstündən durmuş, Ramil yenidən Hüseyni vurmağa başlamış, bu zaman Həsən Ramilin üstünə gələrək onu Hüseyndən uzaqlaşdırmışdır. Onun heç kimlə dava etmək fikri olmamış, sadəcə dalaşanları ayırmaq istəmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəldən tanımışdır. 27.08 2022-ci il tarixdə, saat taxminan 03:30 radələrində yaşadığı evin yaxınlığında, yəni Nəsimi rayonu “Kubinka” deyilən ərazidə özünə məxsus olan mopedlə hərəkətdə olarkən iki nəfər ona mopedi saxlamaq üçün əl etmişlər. O, ilk öncə həmin şəxsləri tanımadığı üçün saxlamamışdır. Həmin şəxs öz mopedi ilə onun arxasınca gəlmiş, o da bir neçə metrdən sonra nə baş verdiyini öyrənmək üçün mopedi saxlamışdır. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs1 ona idarə etdiyi mopedin barkoduna baxmaq istədiyini bildirmişdir. O, ilk öncə etirazını bildirsə də, Sərxan onun idarə etdiyi mopedin Kamran adlı tanışından aldığı mopedə oxşadığını, bu səbəbdən də barkodu yoxlamaq üçün Kamran adlı şəxsin gəlməsini gözləmələrini bildirmişdir. O isə idarə etdiyi mopedin özünə məxsus olduğunu bildirmişdir. Sərxan Kamrana zəng vuraraq yanlarına gəlməsini bildirmiş, o isə Kamranın gəlmədiyini görmüş və oradan kənarlaşaraq Ə.Hüseynzadə küçəsi tərəfə hərəkət edən zaman Sərxan iki nəfərlə ona tərəf yaxınlaşmışdır. Məlum olmuşdur ki, onlardan biri Kamrandır. Kamran mopedə baxmış və bu zaman Sərxan onunla mübahisə etməyə başlamışdır. İlk öncə Sərxan əli ilə onun sifətinə vurmuş, daha sonra isə əlində olan dəmir parçası ilə sol çiyninə vuraraq ona xəsarət yetirmişdir. O da oradan qaçaraq kənarlaşmışdır. Daha sonra TTTY-a zəng edərək xəsarət almağı və tibbi yardım lazım olduğu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra TTTY avtomobili ilə xəstəxanaya getmişdir. Orada ona ilkin tibbi yardım edildikdən sonra evə buraxılmış, evdə olan zaman həyat yoldaşı 102 zəng xidmətinə zəng edərək onun xəsarət alması barədə məlumat vermişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etdiyini və sonuncudan şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs1 yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nda əyləşib söhbət etmişlər. Bir neçə dəqiqədən sonra tanışları Təqsirləndirilən şəxs1 yanlarına gəlmişdir. Sərxan ayaq üstə dayanıb qulaqcıqla mahnıya qulaq asmış və rəqs etmişdir. 16 oktyabr 2021-ci il tarixində, təxminən saat 00:20 radələrində tanımadıqları 4 nəfər oğlan onların yanından keçmiş, bu zaman Sərxan müxtəlif rəqs hərəkətləri edərkən həmin şəxslər Sərxanın onlara sataşdığını düşünmüş və yaxınlaşaraq Sərxandan nə üçün onlara sataşdığını suruşmuşlar. Sərxan isə onlara sataşmadığını bildirmişdir. Bu zaman onlardan biri Sərxanı kənara çağırmışdır. Kənarda onlar tutaşaraq dalaşmağa başlamışlar. Bu zaman o, Yusif və Ramil ilə birlikdə Sərxangilin yanına qaçmış və həmin şəxsin Sərxanı boğduğunu görmüşdür. Yusif və Ramil həmin şəxsə Sərxanı buraxmasını desələr də, o, Sərxanı buraxmamış, bundan sonra Sərxanı buraxması üçün Yusif həmin şəxsi vurmuşdur. Sonradan həmin şəxsin tanışları da davaya müdaxilə etmişlər, bu səbəbdən Yusif və Ramil də Sərxana kömək etmək üçün davaya qarışmışlar. Hadisə vaxtı o, dava edənləri ayırmaq və davanı yekunlaşdırmaq istəmişdir. Onlar bir birilərinə yumruq və təpiklə bir neçə zərbə endirmişlər, lakin kimin kimə hansı xəsarəti yetirdiyini tam olaraq görməmişdir. Dava təxminən 10 dəqiqə davam etmişdir. O, hansısa bir xəsarət almamışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 avqust 2022-cı il tarixdə dostu Sərxanla saat 03 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə söhbət edirmişlər. Bu zaman yanlarından bir moped keçmişdir. Həmin vaxt Sərxan gördüyü mopedin Kamran adlı tanışının ona satdığı moped olduğunu düşünmüşdür. Bu səbəbdən həmin mopedi idarə edənə saxlamasını bildirmiş, lakin o, mopedi saxlamayaraq sürüb getmişdir. Sərxan həmin adamın saxlamadığını görmüş və özünə məxsus mopedlə onun arxasınca getmişdir. Sərxanın mopedin arxasınca getməkdə məqsədi həmin mopedin ona məxsus olub-olmamasını dəqiqləşdirmək olmuşdur. Sərxan mopedi saxlatdıqdan sonra Kamranı da oraya çağırmışdır ki, barkodu yoxlasın. Lakın tanımadığı şəxs barkodu yoxlamağa qoymamış və həmin mopedin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin şəxs Sərxanı küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Sərxan həmin şəxsin sakitləşməməsini görmüş və üzərində əvvəlcədən olan bıçağı çıxararaq onun sol çiyin nahiyəsinə xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.145); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.262-264); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.269-270); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.170); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (İ cild, i.v.253-254); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.195); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 oğlunun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (İ cild, i.v.234-235); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.32); - “Qətimkan tədbiri şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir (İ cild, i.v.298-299); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:00 radələrində saxlanılaraq Nəsimi RPİ 21ci PB-nə gətirilmişdir (İİ cild, i.v.3); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İİ cild, i.v.10-13); - “Qətimkan tədbirinin təsdiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təsdiq edilmişdir (İİ cild, i.v.14-15); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.55-56); - “Hadisə yerinin müayinə olunması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayət hadisəsinin istiqamətləndirici hərəkətlərlə göstərərək Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Qış Parkı” adlanan yerdə baş verdiyini təsdiq etmişdir (İ cild, i.v.69- 70); - “Hadisə yerinin müayinə olunması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət hadisəsinin istiqamətləndirici hərəkətlərlə göstərərək Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Qış Parkı” adlanan yerdə baş verdiyini təsdiq etmişdir (İ cild, i.v.75- 76); - “Hadisə yerinin müayinə olunması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 cinayət hadisəsinin istiqamətləndirici hərəkətlərlə göstərərək Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Qış Parkı” adlanan yerdə baş verdiyini təsdiq etmişdir (İ cild, i.v.81- 82); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 xx.xx.2021-ci il tarixli, 968 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əng cibinin ön, iç və bayır divarlarının, sağ almacıq və sağ xəlbir sümüklərinin sınıqları ilə, eləcə də sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqlarını, gözaltı və almacıq nahiyələrini əhatə edən qançır-şişkinliyi, burun nahiyəsinin burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan qançırşişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.94-96); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 xx.xx.2021-ci il tarixli, 969 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – çənənin sol yarısının çənə sümüyü cisminin sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sol təp əvə sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, üst və alt dodaqların selikli qişalarının əzilmiş yaraları, boyun nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞnə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.97-99); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 xx.xx.2021-ci il tarixli, 700 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gicgah alın nahiyəsinin, sağ gicgah-almacıq qövsü nahiyəsinin və sol bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.100-102); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 24 may 2022-ci il tarixli, 11 №-li əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – çənənin sol yarısının çənə sümüyü cisminin sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sol təp əvə sol gözaltı-almacıq nahiyəsinin qançırşişkinliyi, üst və alt dodaqların selikli qişalarının əzilmiş yaraları, boyun nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən çənənin sol yarısının çənə sümüyü cisminin sınığı ilə müşayiət olunan qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sol təpə və sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, üst və alt dodaqların selikli qişalarının əzilmiş yaraları, boyun nahiyəsinin qançırları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür (İİ cild, i.v.81-84); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 24 may 2022-ci il tarixli, 12 №-li əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əng cibinin ön, iç və bayır divarlarının, sağ almacıq və sağ xəlbir sümüklərinin sınıqları ilə, eləcə də sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqlarını, gözaltı və almacıq nahiyələrini əhatə edən qançırşişkinliyi, burun nahiyəsinin burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür (İİ cild, i.v.85-88); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 xx.xx.2022-ci il tarixli, 1126 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər – sol çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), sol kürək nahiyəsinin, sağ əlin, sağ əlin İİİ,İV,V barmaqlarının, sağ diz oynağı nahiyəsinin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin, sağ ayağın sıyrıqları bərk küt əşyanın (ışyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (İİ cild, i.v.169-171); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 20 aprel 2022-ci il tarixli, 993 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs3 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 cinayəti törədərkən anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs3 öz hərəkətlərini idarə etmək, onları qiymətləndirmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Baş verən hadisə zamanı Təqsirləndirilən şəxs3 psixiemosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik halı yaranmışdır. Təqsirləndirilən şəxs3 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (İİ cild, i.v.74-77); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 21 aprel 2022-ci il tarixli, 997 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayəti törədərkən anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini idarə etmək, onları qiymətləndirmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır (İİ cild, i.v.78-80); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair Yasamal RPİ-nin İŞ-də cinayət işi olmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (İ cild, i.v.304-305); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (İİ cild, i.v.1); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.302-303); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya, həmin Məcəllənin 127.2.3-cü maddəsi ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, həmin Məcəllənin 221.2.1-ci maddəsi bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə görə, həmin Məcəllənin 221.3-cü maddəsi bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda məsuliyyət yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmələri, xuliqanlıq niyyətlərinin olmaması ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin, ekspert rəyləri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun əməlini qismən etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, sonuncunun ondan şikayət və tələbinin olmamasını, digər zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini və cavan olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, həmçinin, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 27 avqust 2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun əməlini qismən etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən səmimi etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, habelə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 oğlunun əməlini qismən etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq üçün cəhd etməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar