Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-462/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “H.Əliyev adına Dərin Özüllər” zavodunda qaynaqçı işləyən, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 23:30 radələrində, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində özünə məxsus olan, idarə etdiyi «Toyota Corolla» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi ilə "28 may” metrostansiyası istiqamətində hərəkətdə olarkən «X8» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, «28 mall» ticarət mərkəzinin qarşısında Azadlıq prospektini keçərək Puşkin küçəsində asfalt yolla «28 may metrostansiyası» istiqamətində hərəkətdə olan piyada Zərərçəkmiş şəxs arxa tərəfdən avtomobilin qabaq sol hissəsi ilə vuraraq yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozmuş, nəticədə ona ehtiyyatsızlıqdan sağ incik sümüyünün yuxarı 1/3-nin başaltı nahiyəsinin yerdəyişməyən sınığı və hər iki təpə nahiyəsinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 31 mart 2021-ci il tarixdə hadisədən 4 saat əvvəl mağazadan bir ədəd spirtli içki olan ”GO" alıb içmiş, saat 23 radələrində “28 may" metrostansiyasının qarşısından müştəri götürüb yaşadığı ünvana getmək qərarına gəlmiş, özünə məxsus ‘'Toyota Corolla" markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə gəlib “28 may" istiqamətinə dönmüşdür. Həmin vaxt avtomobili saatda 20-25 km sürətlə idarə etmiş, ”28 may" metrostansiyası istiqamətinə dönərək təxminən 3-5 metr məsafə qət etdikdə qarşısına anidən bir nəfər piyada çıxmış, həmin piyadanı avtomobillə vurmuşdur. Hadisə zamanı sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilin qabaq sol tərəfinə dəyib yerə yıxılmışdır. O, avtomobili saxlayıb dərhal piyadaya kömək etmək məqsədi ilə yaxınlaşmış, bu vaxt hadisə yerinə polis əməkdaşları da gəlmişlər. O, polis əməkdaşlarından X12 çağırmalarını xahiş etmiş, polis əməkdaşları TTY çağırmışlar. Təcili- Tibbi yardım briqadası hadisə yerinə gəlib Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən sıyrılmış yara aldığı müəyyən edilmiş, bundan sonra digər polis əməkdaşları da hadisə yerinə gələrək hadisə yerinin fotoşəkillərini çəkib onu sərxoşluğun yoxlanılması üçün tibbi məntəqəyə aparmışlar. Orada müayinə zamanı yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Daha sonra zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, onlardan birinin məhdud fəaliyyət qabiliyyətli olmasını, özünün və arvadının əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 31 mart 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən «28 Mall» ticarət mərkəzinin qarşısından yolu keçərək Puşkin küçəsi ilə asfalt yolla «28 may» metrostansiyası istiqamətində piyada hərəkət edərkən arxa tərəfdən bir maşın onu vuraraq 3-4 metr yolun kənarına atmış, o yerdə yıxılmış vəziyyətdə olarkən bir nəfər ona yaxınlaşaraq yardım göstərməyə başlamışdır. Bu vaxt polis əməkdaşları oraya gəlmişlər. Onu “Toyota Corolla" markalı, **-FR-*** dövlət nömrə nişanı avtomobilin vurduğunu və həmin avtomobilin sürücüsü sonradan adını bildiyi Gürşad adlı şəxs onu xəstəxanaya aparmaq istəsə də, polis əməkdaşları artıq X12 çağırdıqlarını bildirmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, baş və sağ ayağından xəsarət almışdır. Hazırda ona vurulmuş zərər ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ƏÇPA-nın 9-cu patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, o, ƏÇPA-nın 9-cu patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır, xidməti ərazisi «28 may» metrostansiyasının qarşı tərəfində yerləşir. 31.03.2021-ci il tarixdə xidmətdə olarkən saat 23:30 radələrində «Toyota Corolla» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşının «28 may» metrostansiyasının qarşı tərəfində C.Cabbarlı heykəlinin yanından keçən Puşkin küçəsində piyadanı vurduğunu görərək hadisə yerinə yaxınlaşmış, araşdırma zamanı **- FR-*** dövlət qaydiyyat nişanlı avtomaşının sürücüsü X3 avtomaşınla piyada Zərərçəkmiş şəxs vurduğu məlum olmuşdur. Dərhal X12a məlumat verilmiş, həkim briqadası gəlib Zərərçəkmiş şəxs tibbi yardım göstərmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs baş nahiyəsindən və sağ baldırından xəsarət almış, lakin xəstəxanaya getməkdən imtina etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs və piyada Zərərçəkmiş şəxs DYNPİ-nə dəvət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ƏÇPA-nın 9-cu patrul bölüyünün polis nəfəri Şahid3 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid ƏÇPA-nın 9-cu patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid1 ifadəsində şahidlər Şahid2 və Şahid3 ifadələrinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 20.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.63); - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 21.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün 21.05.2021-ci il tarixdə Bakı şəhər prokurorluğuna təqdimat verilmiş, Bakı şəhər prokurorunun müavini ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən «təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı DYNPİ-nin MSY-dən dərhal azad edilmişdir (İ cild, i.v.102-104); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 21.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.105-106); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 01.04.2021-ci il tarixli, 2/3911 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu halında olması müəyyən edilmişdir (İ cild, i.v.23); - Tibbi müayinənin keçirilməsi haqqında 02.04.2021-ci il tarixli, 950 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs 02.04.2021-ci il tarixdə tibbi müayinədən keçirilərkən sidiyindən (THC+) aşkar edilmişdir (İ cild, i.v.23); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 8/826 saylı rəyinə əsasən «Toyota Corolla» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texriki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İ cild, i.v.44-47); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 06.05.2021-ci il tarixli, 158 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs sağ incik sümüyünün yuxarı 1/3-nin başaltı nahiyəsinin yerdəyişməyən sınığı və hər iki təpə nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (İ cild, i.v.48-51); - Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. - “Maddi sübut kimi tanımaq haqqında” 22.07.2021-ci il tarixli qərardan görünür ki, 31 mart 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Nəsimi rayonu Puşkin küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri olan CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.143); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. - AZ-İ seriyalı 142047 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 19.03.2005-ci il tarixdə nikaha daxil olmuşlar; - AA seriyalı ******* saylı və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09.06.2004-cü il təvəllüdlü və 21.01.2013-cü il təvəllüdlü iki övladı vardır (İ cild, i.v.115-116); - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 12 saylı regional ərazi filialı tərəfindən 20.08.2021-ci il tarixdə verilmiş **********2 saylı arayışdan görünür ki, X1 23.02.2010-cu il tarixdən müddətsiz olmaqla ümumi səbəbdən İİİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və həmin müavinətin aylıq məbləği 110.00 manat təşkil edir (İ cild, i.v.118); - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 12 saylı regional ərazi filialı tərəfindən 20.08.2021-ci il tarixdə verilmiş **********6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud 18 yaşadək övladı X4 21.12.2009-cu il tarixdən 09.08.2022-ci tarixədək sosial müavinət təyin edilmişdir. Hal-hazırda aylıq məbləği 150 manat olmaqla sosial müavinəti aylar üzrə alır. Təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud övladı X4 qulluğa görə 01.04.2019-cu il tarixdən 09.08.2022-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və həmin təqaüdün aylıq məbləği 50.00 manat təşkil edir (İ cild, i.v.117); - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 12 saylı regional ərazi filialı tərəfindən 24.05.2021-ci il tarixdə verilmiş **********5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və digər yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, övladlarından birinin sağlamlıq imkanları məhdud olmasını, özünün İİ dərəcə, həyat yoldaşının İİİ dərəcə əlilliyinin olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.05.2021-ci il tarixdən 21.05.2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini tədqiq edərək, habelə işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə əməlindən səmimi peşmançılığını, zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, övladlarından birinin sağlamlıq imkanları məhdud olmasını, özünün İİ dərəcə, həyat yoldaşının İİİ dərəcə əlilliyi olmasını, təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.05.2021-ci il tarixdən 21.05.2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci–100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-462/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-462/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver