Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-463/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10, X6, onların vəkili və nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, X2 vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, X7, X3 və X4 vəkili Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, X7, X8, X2, X3 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X10 və X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: R.İ.Əliyev və İ.A.Məmmədov xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Ş.Q.Şahbazovun, Y.Q.Şahbazovun, Ş.A.Əzizovun, V.Ş.Şahbazlının və A.M.Şahbazovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ş.Q.Şahbazov törətdiyi cinayət əməllərindən boyun qaçırmaq məqsədilə qardaşı Y.Q.Şahbazovun, oğlu V.Ş.Şahbazlının, arvadı A.M.Şahbazovanın, dostu Ş.A.Əzizovun təşkilatçılığı və iştirakı ilə “youtube” sosial şəbəkəsində qediyyatdan keçmiş Xural TV, Kanal 13, Müsavat TV, həmçinin facebook sosial şəbəkəsində barələrində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətimizi ləkələyən, nüfuzdan salan məlumatlar yayaraq və onları ağır cinayətlərdə ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Göstərilənlərə əsasən Ş.Q.Şahbazovun, Y.Q.Şahbazovun, Ş.A.Əzizovun, V.Ş.Şahbazlının və A.M.Şahbazovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmələri xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər R.İ.Əliyev və İ.A.Məmmədov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Y.Q.Şahbazov və onun vəkili Müdafiəçi7, Ş.Q.Şahbazovun, V.Ş.Şahbazlının və A.M.Şahbazovanın vəkili V.İ.Kərimov, Ş.A.Əzizovun vəkili Q.M.Məmmədov bildirmişlər ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də cavab vermir. Belə ki, şikayətdə barələrində şikayət verilmiş şəxslərin onları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin konkret olaraq hansı maddələri və həmin maddələrin hansı bəndləri ilə ittiham etməklə böhtan atmasını fərqləndirməmiş və müdafiə etdikləri şəxslərin qeyd olunan cinayət əməllərini torətməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər qanunvericliklə üzərinə düşən vəzifləri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə, həmçinin iş materiallarını natamam şəkildə hazırlamaqla məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayətçilər barələrində şikayət vermiş şəxslərin onları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin konkret olaraq hansı maddələrinin hansı bəndləri ilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasını fərqləndirməmişdir . Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər qanunvericliklə üzərinə düşən vəzifləri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsura yol verməklə, həmçinin iş materiallarını natamam şəkildə hazırlamaqla və digər sübutlar əlavə etmədən məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ş.A.Əzizovun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü , 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7, X8, X2, X3 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X10 və X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-463/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-463/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver