Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-464/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski 38 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 157.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ilə cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaqla mənzil toxunulmazlığını pozmuşdur. Belə ki, o, 25 iyun 2023-cü il tarixdə saat 12:13 radələrində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 şəxsin xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışına əsasən Zərərçəkmiş şəxs xüsusi mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ev 4-də yerləşən 52.90 m2 sahədən ibarət 121 saylı mənzilin söküntüsünü həyata keçirən X4 aldığı göstərişin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs məxsus həmin mənzilə qalxaraq sonuncunu söküntü ilə bağlı yaranacaq təhlükəli vəziyyət barədə xəbərdar edib oradan çıxmasını tələb edərkən Zərərçəkmiş şəxs mənzili tərk etməməkdə israrlı olduğunu görüb istintaqa “Rafael” adı ilə məlum olan, lakin şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə orada yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olub sonuncunun bədəninin müxtəlif nahiyələrinə əl və təpik zərbələri vuraraq başın sağ təpə alın nahiyəsinin, hər iki əlin, bel nahiyəsinin sıyrıqları, hər iki bazunun qançırlarından ibarət sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs zor tətbiq etməklə mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tanışı X6 tikinti yerlərində söküntü işləri ilə məşğul olur. Hər dəfə hər hansı ərazidə söküntü və yaxud digər işlərdə işçi qüvvəsi lazım olanda Ceyhun onu həmin yerdə işləməyə dəvət etmişdir. Ceyhunla aralarında əmək müqaviləsi olmamışdır. O, Ceyhun Məmmədovun dəvəti əsasında günəmuzd fəhlə kimi işləmişdir. Gördüyü işin əvəzində söküntü ərazisindən çıxardığı tikinti materiallarını Ceyhuna təhvil vermiş, sonuncu da həmin materialların satışından əldə etdiyi puldan ona zəhmət haqqı vermişdir. ünvan 3 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü ilə bağlı da Ceyhun onu orada fəhlə kimi işləməyə dəvət etmiş və o, həmin ərazidəki bəzi evlərin söküntüsündə iştirak etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 4 saylı binada aparılan söküntü işlərində iştirak etmişdir. Belə ki, aparılan söküntü işlərinin qanunsuz olmasından məlumatı olmamışdır. O, verilən göstərişləri icra etmişdir. Söküntü aparılan zaman binanın ətrafında insanları gördükdə onları kənarlaşdırmışdır. 25 iyun 2023-cü il tarixdə saat 12-13 radələrində binada söküntü işləri aparılarkən Ceyhunun göstərişi ilə binanın üçüncü mərtəbəsinə qalxıb klidli qapını dəmir parçası ilə açmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin mənzil Cavidə məxsusdur. Onun qapının kilidini açmaqda məqsədi söküntü ilə əlaqədar mənzilin içərisində adam olub-olmamasını müəyyən etmək olmuşdur. Adam olduğu təqdirdə onun təhlükəsizliyini təmin etmək üçün mənzildən çıxmağını bildirəcəkdi. O, mənzilin kilidli qapısını dəmir parçası ilə sındırıb açdıqdan sonra mənzilə daxil olduqda evdə kimsənin olmadığını görmüşdür. Ekskavator artıq Cavidin mənzilinin söküntüsünü həyata keçirməli idi. O, mənzildə kimsənin olmadığına əmin olduqdan sonra aşağı düşmüşdür. Təqribən 15 dəqiqə sonra Cavid mənzilinə qalxıb qapını məftillə bağlamışdır. O, söküntü zamanı Cavidin xəsarət ala biləcəyi üçün dərhal üçüncü mərtəbəyə qalxıb Cavidin mənzilinin qarşısına gəlmiş və Cavidə evi tərk etməsini xahiş etmişdir. Lakin, Cavid inadkarlıq göstərək evini tərk etməyəcəyini bildirmişdir. O, da Cavidi təhlükəli vəziyyətdə qoymamaq üçün qapını açaraq mənzilə daxil olmuşdur. Cavidə dərhal mənzili tərk etməsini bildirmişdir. Lakin Cavidə qarşı hər hansı fiziki zorakılıq tətbiq etməmişdir. Cavidi polis əməkdaşları mənzildən çıxarmışlar. Cavid mənzili tərk etmədiyini bildirdikdən sonra o, Cavidin mənzilini tərk edib həyətə düşmüşdür. O, Cavidin həyatının təhlükəsizliyini təmin etmək məqsədi ilə mənzilə daxil olmuşdur və bunun qanunsuz olduğunu biİməmişdir. O, Rafael adlı şəxsi tanımır. Ondan başqa hər hansı mülki şəxs Cavidin mənzilinə daxil olmamışdır. O, Zərərçəkmiş şəxs mənzilinə daxil olduqda sonuncuya məxsus hər hansı əşyasını, eləcə də, mobil telefonlarını götürməmişdir. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2009-2022-ci illər ərzində qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov 4, mənzil 121-də ailə üzvləri ilə birlikdə yaşamış, çıxarışla onun adına olan həmin mənzil 3 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşmişdir. Çıxarışda mənzilin sahəsi 52.90 kv.m kimi nəzərdə tutulsa da, faktiki sahəsi 62 kv.metr təşkil etmişdir. 2020-ci ilin təxminən noyabr-dekabr aylarında sözügedən mənzilin yerləşdiyi ərazidə tikinti işləri aparılması üçün “İnvest.M Construction" MMC əraziyə gələrək sakinlərlə evlərin sökülməsi üçün danışıqlar aparmağa başlamış, həmin müddət ərzində şirkətin nümayəndələri qonşuluqda yaşayan Firəngiz xanıma məxsus olan və illərlə qeyri-yaşayış sahəsi kimi müxtəlif iaşə obyektlərinə icrayə verilmiş mənzildən ofis kimi istifadə etmişdir. 2021-ci ilin dəqiq xatırlamadığı tarixində özünü şirkətini sahibi kimi təqdini edən X13 onunla da evinin sökülməyi barədə razılıq əldə etmək üçün danışıqlara cəhd etmiş, ilk görüş zamanı Şahin mənzilin qarşılığında həmin ərazidə tikiləcək binadan əlavə 10 faiz artıq ölçülü mənzil təklif etsə də, Şahindən tikiləcək binanın layihəsini göstərməyini xahiş etsə də, Şahin layihənin hələ hazır olmadığını dediyinə görə Şahinə layihə hazır olduqdan sonra danışıq apara biləcəyini söyləmişdir. Şahin dəfələrlə mənzilin satılması ilə bağlı ona təkliflər etmişdir. 2022-ci ilin əvvəllərində Səbail rayonu ərazisində yerləşən mənzilinə köçməyə qərar vermiş və ünvan 4 ünvanında müvəqqəti yaşamağı qohumu Cəmil Cəfərova tapşırmışdır. Cəmilə etibar etdiyi üçün mənzildən köçərkən oradan heç bir əşya götürməmiş, bütün əşyaları orada saxlamışdır. Həmin ərazidə şirkət tərəfindən razılıq əldə edilmədiyi halda bəzi evlərin söküntüsünün həyata keçirildiyini müşahidə etdiyinə və həmin halın onun da başına gələ biləcəyini fikirləşdiyi üçün 2022-ci ilin əvvəllərində Nəsimi rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün ərizə ilə müraciət etmiş, ərizə Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin edilərək xx.xx.2022-ci il tarixdə qərardad qəbul edilmiş və qərardada əsasən Nəsimi Rayon Məhkəməsinin icraatında olan müvafiq mülki işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ona məxsus olan mənzilin sahəsinin tamlığının pozulması, o cümlədən tavanının, döşəməsinin, pəncərələrinin, qapılarının elektrik naqillərinin və su kanalizasiya sistemlərinin sökülməsi, mənzilə daxil olan və daxildəki kommunikasiya sistemlərinin sıradan çıxarılması "İnvest M construction” və başqa şəxslərə qadağan edilmişdir. Hətta həmin qərardadı təxminən 2 həftə sonra Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin Cəlaləddin Əliyev adlı icra məmuru onun yanında şirkətin nümayəndəsi hündürboylu Nəcməddin adlı şəxsə təqdim etmiş, Nəcməddin Şahinə zəng edib bu barədə məlumat verdikdən sonra icra məmurunun təqdim etdiyi bildirişi qəbul etmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə iş yerində olarkən saat 12 radələrində qonşusu Şahid2 ona zəng edərək şirkətin qanunsuz söküntü işlərində daim iştirakı ilə fərqlənən Təqsirləndirilən şəxs adlı şəxsin mənzilinin qapısının qıfılın sındırması, ağır texnikanın binanın qarşısında dayanaraq söküntüyə hazırlaşması barədə məlumat verdiyinə görə dərhal işdən çıxıb həmin əraziyə getmişdir. Təqribən 10-15 dəqiqə müddətində o, iş yerindən binanın həyətinə gəlmişdir. O, binanın həyətinə çatdıqda adlarını bilmədiyi 8 polis əməkdaşının binanın qarşısında dayanaraq heç kəsi bloka daxil olmağa imkan vermədiyini, ağır texnikanın isə onunla qonşuluqda yaşayan və şirkətlə razılıq əldə etmiş Kamilin mənzilini sökdüyünü görmüşdür. Polislər onu bloka daxil olub mənzilinə qalxmağa icazə vermədiklərinə görə polis əməkdaşlarından yayınaraq öz mənzilinə qalxmış və mənzilin qapısının qıfılının artıq sındırıldığını görmüşdür. Firəngizin sözündən bilmişdir ki, Ədalət onun mənzilinin giriş qapısını sındırılmışdır. Ədalət həmin vaxt aşağıda ekskavatorun yanında olmuşdur. O, iş yerində olarkən Ədalətin mərzilinin qıfılını sındırıb mənzilə daxil olmasını Firəngiz, Sevinc, Şahid1 şahidi olmuşlar. O, mənzilə daxil olub telefon kabelini qapının sındırılmış qıfılının yerindən keçirib qapını bağlamış və evə daxil olmalarının qarşısını almaq üçün evdəki əşyalardan istifadə etməklə həmin əşyaları giriş qapısının qarşısına düzərək Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib evin qanunsuz sökülməyə cəhd edilməsi, mənzilin qapısının qıfılının sındırılması barədə məlumat vermişdir. Qapının qıfılı lomla sındırılmışdı. Qapının sındırılması nəticəsində ona 800-900 manat civarında ziyan dəymişdir. Qapı yararsız vəziyyətə düşdüyü üçün 800-900 manat civarında ziyan dəymişdir. Həmin vaxt saat 12-13 radələrində Ədalət qapını açıb içəri girmək istəsə də, sonuncuya bu hərəkətini qanunsuz olduğunu söyləmiş və baş verənləri telefon vasitəsilə qeydə almışdır. Lakin Ədalət ona zor tətbiq edib telefonu əlindən aldığı üçün Ədalətin hərəkətlərini tam şəkildə qeydə ala bilməmişdir. Ədalətin bu hərəkətlərinin hamısını telefonun video kamerası vasitəsi ilə qeydə almışdır. Ədalət onunla mənzildə əlbəyaxa olmuş, yumruqla, təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş və onu çölə çıxartmağa çalışmışdır. Çünki o, mənzildə olduğu müddətdə ekskavator mənzili dağıda bilməyəcəkdi. Ədalət onu video qeydə aldığı üçün telefonunu əlindən alıb çölə çıxmışdır. Bir neçə saniyə sonra isə ikinci mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng edib bütün olanlarla bağlı məlumat vermiş, təxminən 5 dəqiqə sonra Ədalətin yenidən mənzilə daxil olduğunu görüb mənzilin yataq otağına keçərək qapını kilidləmişdir. Ədalət artıq yataq otağından onun çıxmağını gözləmişdir. Həmin vaxt yataq otağının pəncərəsindən baxarkən eyvanda 4 nəfər üzündə tibbi maska olan polis əməkdaşlarının olmasını görmüşdür. Polislər heç bir müdaxilə etmədən müşahidə mövqeyi tutaraq Ədalətin qanunsuz hərəkətlərini izləmiş, Ədalət yataq otağının qapısını təpiklə vurub sındırdıqdan sonra içəri daxil olaraq onunla yenə əlbəyaxa olaraq onu yerə yıxdıqdan sonra Ədalət bir ayağını belinə qoyub digər ayağı ilə başına bir zərbə endirmişdir. Həmin vaxt Ədalətin yanında “Rafael" adlı şəxs də olmuşdur. Rafael adlı şəxs də qanunsuz olaraq mənzilinə daxil olmuşdur. Həmin vaxt Rafael adlı tanımadığı şəxs onun ikinci telefonunu götürmüşdür. Bundan sonra polislər mənzilə daxil olub onu 20-ci polis şöbəsinə dəvət etmişlər. Şöbəyə getməyə etiraz edib yataq otağının pəncərəsindəki dəmir barmaqlıqlardan tutub mənzili tərk etməməyə çalışsa da, adlarını bilmədiyi həmin 4 polis əməkdaşı əlavə dəstək qüvvə çağırıb onu mənzildən çıxarmaqla polis xidməti maşınına əyləşdirərək 20-ci polis şöbəsinə aparmışlar. Təxminən 40 dəqiqə şöbənin həyətində oturub gözlədikdən sonra şöbədən buraxılmış, şöbədən çıxıb dərhal mənzilinin yerləşdiyi əraziyə gələndə artıq mənzilinin tamamilə söküldüyünü görmüşdür. Həmin gün axşam isə 20-ci şöbənin əməkdaşları Ədalət və yanındakı şəxsin götürdükləri ona məxsus telefonları bütün məlumatlar silinmiş şəkildə geri qaytarmışlar. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsində qaynatası Fikrət Fərəcovun mənzilində arvadı və iki övladı ilə birlikdə yaşayır. Belə ki, yaşadığı Bakı şəhəri Nəsimi rayonu Mirqasımov küçəsi 4 saylı evdə yerləşən 113 saylı mənzili İnvest.M Construction MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar yararsız vəziyyətə salındığı üçün hazırda qaynatasıgildə qalır. 25 - 29 iyun 2023-cü il tarixlərdə “İnvest.M Construction" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən mənzil 10 iyul 1992-ci il tarixli 30/3416 nömrə ilə qeydə alınmış və Azərbaycan Respublikası Bakı Şəhəri Xalq Deputatları X3 Bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”-nə əsasən anası Firəngizin tam mülkiyyətimdə olmuşdur. O və anası Firəngiz həmin ünvanda qeydiyyatdadırlar. Həmin mənzilə dair Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 207/6 saylı 02 mart 1993-çü il tarixli Sərəncama əsasən həmin mənzildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 001078 saylı lisenziya verilmiş və bundan sonra Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 aprel 1993-cü il tarixli 18/04-218 saylı icazəsinə əsasən mənzilə küçədən girişi təmin edən qapı qoyulmasına razılıq verilmişdir. Bununla da həmin tarixdən 05 mart 2021-ci ilədək qeyd olunan mənzil müxtəlif vaxtlarda müxtəlif şəxslərə anası tərəfindən icarəyə verilmişdir. “İnvest.M Construction" MMC həmin ərazidə müvafiq işləri görmək üçün gələndə onların obyektləri icarə əsasında iki fərqli şəxslərə verilmişdir. 25 iyun 2023cü il tarixdən saat 12 radələrində “İnvest.M Construction" MMC aralarında heç bir razılıq olmadan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən mülkiyyətlərində olan mənzili tamamilə sökmüşlər. Həmin söküntü işi ilə əlaqədar şikayətləri əsasında Nəsimi rayon prokurorluğunda cinayət işi istintaq edilmiş və iş materialları aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin söküntü zamanı da onun ailəsi ilə birlikdə yaşadığı 113 saylı, anasının yaşadığı 114 saylı və bacısının övladı ilə birgə yaşadığı 115 saylı mənzillər yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs söküntü işlərdən fəal iştirak etmişdir. Belə ki, 25 iyun 2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs özbaşına olaraq Zərərçəkmiş şəxs mənzilinin giriş qapısının qıfılını dəmir parçası ilə sındırıb içəri daxil olmuşdur. O, da öz mənzilindən bunu görmüşdür. Qonşular bu barədə Zərərçəkmiş şəxs məlumat verdikdən sonra Cavid iş yerindən çıxıb evinə gəlmişdir. O mənzilin pəncərəsindən hadisələrin gedişinə baxmışdır. Eyni ilə anası Firəngiz, qonşusu Sevinc də, Ədalətin qanunsuz hərəkətlərinə baxmışlar. Cavid mənzilinə gəldikdən sonra mənzilin qapısını içəridən məftillə bağlayıb və içəridə gözləmişdir. Buna baxmayaraq Ədalət qanunsuz olaraq mənzilin giriş qapısını yenidən açmağa çalışmışdır. Həmin vaxt Cavidin ona mənzilə girməyinə icazə verməməsi, qanunsuz hərəkətlərini dayandırması ilə bağlı dediyi sözləri eşitmişlər. Ədalət buna məhəl qoymayaraq qapını açıb mənzilə daxil olmuşdur. Ədalət mənzilə daxil olduqda içəridə Cavidin kömək istəməsinə dair qışqırtılarını eşitmişdir. Ədalət mənzilə bir dəfə girib çıxdıqdan sonra yenidən bir dəfə də mənzilə daxil olmuşdur. Ədalət ikinci dəfə mənzilə daxil olduqda onunla birlikdə “Rafael” adı ilə müraciət edilən bir şəxs də içəri qanunsuz olaraq daxil olmuşdur. Həmin şəxs də, Ədalətlə birlikdə söküntü aparılan ərazidə olurdu. Rafael adlı şəxs sarışın orta yaşlı biridir. Onu binanın ətrafında söküntü aparılan zaman görmüşdür. Rafael də qanunsuz olaraq Cavidin evinə Ədalətlə birlikdə daxil olmuşdur. X15 xəsarət yetirib-yetirməməsi barədə məlumatı yoxdur. O, mənzildə Ədalətin Ceyhunla tutaşdığını Cavidin səslərindən başa düşmüşdür. Ədalət bir neçə dəqiqə ərzində Cavdin mənzilində qaldıqdan sonra adlarını bilmədiyi 4 nəfər polis əməkdaşları Cavidin mənzilinə daxil olmuşlar. Polis əməkdaşları mənzilə daxil olduqları üçün o, Cavidin yanına getməmişdir. Polis əməkdaşları xidməti formada və üzlərində maska var olmuşdur. Ədalət etdiyi hərəkətlərin qanunsuz olduğunu bilə-bilə qanunsuz olaraq Cavidin mənzilinə daxil olaraq onun bədənini müxtəlif nahiyələrinə zərbələr endirərək onu mənzildən çölə çıxartmaq istəmişdir. Ədalətin Cavidi mənzildən çölə çıxartmaqda məqsədi evin söküntüsünü həyata keçirtmək olmuşdur. Polis əməkdaş arı Cavidi mənzilindən çıxarıb polis şöbəsinə apardıqdan sonra ekskavatorun mənzili sökdüyünü görmüşdür. Cavid polis əməkdaşları ilə polis şöbəsinə gedərkən onun paltarlarının cırılmış-sökülmüş vəziyyətdə olduğunu, boyun üz nahiyələrində qızartılar olduğunun şahidi olmuşdur. Bir neçə saat sonra Cavid binanın həyətinə qayıtdıqda artıq mənzili sökülmüşdür. Cavidlə danışdıqda bədənindəki xəsarətləri ona göstərmiş və həmin xəsarətləri Ədalətin ona yetiridiyini bildirmişdir. O, Ədalətin Cavidə xəsarət yetirdiyini görə bilməsə də, Cavidin mənzilində sonuncun kömək istəməsindən, uca səslə Ədalətin onu döyməsini bildirməsindən əmin idi ki, Ədalət ona xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 4, mənzil 18 ünvanında yerləşən mənzil məhkəmənin qanunsuz və əsassız qərarı əsasında “İnvest.M Construction" MMC-yə verilmişdir. MMC-nin 25 iyun 2023-cü il saat 13:00 radələrindən etibarən yaşadığı binada söküntü işlərini aparmağa başlamışdır. Həmin günü saat 13:00 radələrində söküntü işlərində fəal iştirak edən Təqsirləndirilən şəxs binanın üçüncü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs mənzilin giriş qapısının qıfılını dəmir parçası ilə sındırıb içəri daxil olmuşdur. Mənzildə heç kim olmamışdır. Ekskavator Cavidin evini sökməyə hazırlaşmışdır. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs binanın qarşısına gəlib mənzilinə keçmişdir. Ədalət Cavidin mənzilə keçdiyini görüb mənzilin qarşısına keçib qapını açıb içəri daxil olmuşdur. O, binanın birinci mərtəbəsindən Cavidin mənzilində baş verən hadisələri izləmişdir. Ədalət mənzilə daxil olduqda içəridə Cavidin kömək istəməsinə dair qışqırtılarını eşitmişdir. Ədalət mənzilə bir dəfə girib çıxdıqdan sonra yenidən bir dəfə də mənzilə daxil olmuşdur. Ədalət ikinci dəfə mənzilə daxil olduqda onunla birlikdə “Rafael" adı ilə müraciət edilən bir şəxs də içəri qanunsuz olaraq daxil olmuşdur. Həmin şəxs də, Ədalətlə birlikdə söküntü aparılan ərazidə olurdu. Rafael adlı şəxs sarışın orta yaşlı biridir. Onu binanın ətrafında söküntü aparılan zaman görmüşdür. Rafael də qanunsuz olaraq Cavidin evinə Ədalətlə birlikdə daxil olmuşdur. X15 xəsarət yetirib-yetirməməsi barədə məlumatı yoxdur. O, mənzildə Ədalətin Cavidlə dalaşdığını Cavidin səslərindən başa düşmüşdür. Cavid tez-tez Ədalətə onu vurmasının qanunsuz olduğunu deyərək kömək istəmişdir. Binanın həyətində və mənim mənzilinin qapısının qarşısında çevik polis alayının əməkdaşları dayanmışlar. Ədalət bir neçə dəqiqə ərzində Cavidin mənzilində qaldıqdan sonra adlarını bilmədiyi 4 nəfər polis əməkdaşları Cavidin mənzilinə daxil olmuşlar. Polis əməkdaşları mənzilə daxil olduqları üçün o, Cavidin yanına getməmişdir. Polis əməkdaşları xidməti formada və üzlərində maska olmuşdur. Ədalət etdiyi hərəkətlərin qanunsuz olduğunu bilə-bilə qanunsuz olaraq Cavidin mənzilinə daxil olaraq onun bədənini müxtəlif nahiyələrinə zərbələr endirərək onu mənzildən çölə çıxartmaq istəmişdir. Ədalətin Cavidi mənzildən çölə çıxartmaqda məqsədi evin söküntüsünü həyata keçirtmək olmuşdur. Polis əməkdaşları Cavidi mənzilindən çıxarıb polis şöbəsinə apardıqdan sonra ekskavatorun mənzili sökdüyünü görmüşdür. Cavid polis əməkdaşları ilə polis şöbəsinə gedərkən onun paltarlarının cırılmış-sökülmüş vəziyyətdə olduğunu, boyun üz nahiyələrində qızartılar olduğunun şahidi olmuşdur. Bir neçə saat sonra Cavid binanın həyətinə qayıtdıqda artıq mənzili sökülmüşdür. Cavidlə danışdıqda bədənindəki xəsarətləri ona göstərmiş və həmin xəsarətləri Ədalətin ona yetirdiyini bildirmişdir. O, Ədalətin Cavidə xəsarət yetirdiyini görə bilməsə də, Cavidin öz mənzilində kömək istəməsindən, uca səslə Ədalətin onu döyməsini bildirməsindən əmin olmuşdur ki, Ədalət ona xəsarət yetirmişdir. Bundan başqa binanın söküntüsünü həyata keçirən Ceyhun həmin günü onun pəncərəsinin qarşısında kimləsə telefonla danışaraq ekskavatorun şüşəsinin qırıldığını və işi dayandırmalarını bildirmişdir. Bundan sonra ekskavatorun şüşəsini plyonka ilə əhatələyib Cavidin evini sökməyə davam etmişlər İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, sonuncunun iradəsi ziddinə mənzilə daxil olması faktına görə Azərbaycan Respublikası CM-in 157.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraatına qəbul edilmişdir (i.v. 1); Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlıət Kadastrı və Reyestri X18n “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi ev 4, mənzil 121 Zərərçəkmiş şəxs xüsusi mülkiyyətindədir (i.v. 37); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 895 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər –başın sağ təpə-alın nahiyyəsinin hər iki əlin, bel nahiyyəsinin sıyrıqları, hər iki bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəl bilərdilər; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər aid edildiklərindən dərəcələri təyin olunur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları, dırnaqlar, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (i.v. 41-43); “Hadisə yerinə baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov, Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsindəki Mirəsədulla Mirqasımov küçəsi 4 saylı ünvanda yerləşən "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazidir. "xxxx" MMC-nin istifadəsinə verilmiş 1.55 ha torpaq sahəsi dəmir və taxta materiallarla mühasirəyə alınmışdır. Baxışda iştirak edən X8 bildirdi ki, həmin ərazinin sol küncündə Zərərçəkmiş şəxs məxsus Nəsimi rayonu Mirəsədulla Mirqasımov küçəsi 4 mənzil 121 (3cü mərtəbə) və Şahid2 məxsus Nəsimi rayonu Mirəsədulla Mirqasımov küçəsi 4 mənzil 21 tam şəkildə sökülmüş və hazırda yerində hazırda bina inşa edilir (i.v. 75-76); “DVD-R diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarında olan 01 ədəd DVD-R diskə Nəsimi Rayon Prokurorluğunun inzibati binasındakı xidməti otağında kompüter vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı üzərində «Verbatim» yazılmış gümüşü rəngli DVD-R disk «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda müəyyən oldu ki, diskdə 001; 002; 003; 004; 005; 006; 007; 008; 009; 010; 011; 012; 013; 014; 015; 016; 017; 018; 019; 020; 021; 022; 023; 024; 025; 026; 027; 028; 029; 030; 031 adlı 31 ədəd video, həmçinin 032; 033; 034; 035; 036; 037; 038; 039; 040; 041; 042; 043; 044; 045 və 046 adlı 15 ədəd fotoşəkil, 01 ədəd «söküntüyə aid vdeo və fotoların siyahısı» vardır. DVD-R diskdə olan 31 ədəd video sıra sayı ilə 1-dən 31-dək növbə ilə açıldıqda Zərərçəkmiş şəxs mülkiyyətində olan və ünvan 8 ünvanında yerləşən mənzilin söküntüsünü əks etdirən görüntülərin olması müəyyən edildi. Baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, diskdə olan videogörüntülər hadisə vaxtını, yəni ona məxsus əmlakın söküldüyü gün qeydə alınmışdır. 06 saniyə müddətində olan «002» adlı videogörüntüdə qıfıl hissəsi sındırılmış vəziyyətdə olan giriş qapısından bir nəfər şəxsin mənzilə daxil olması, bu zaman Zərərçəkmiş şəxs «mənim evimə girmə» deməsi öz əksini tapmışdır. Zərərçəkmiş şəxs bildirdi ki, hadisə 25 iyun 2023-cü il tarixdə saat 13 radələrinə baş vermiş, mənzilin qapısından içəri daxil olan şəxs "xxxx" MMC-nin işçisi Təqsirləndirilən şəxsdur, sonuncu "xxxx" MMC-nin rəhbərliyindən aldığı göstəriş əsasında ona məxsus ünvan 8 ünvanında yerləşən mənzilin söküntüsündə iştirak edən şəxslərdən biridir. Hadisə vaxtı o, Təqsirləndirilən şəxs mənzilinə girməməsini tələb etməsinə baxmayaraq Ədalət onun iradəsinin ziddinə mənzilə qanunsuz daxil olmuş, daha sonra mənzilə girmiş digər şəxslərlə birlikdə onu döyüb xəsarət yetirmiş, onu mənzildən zorla həyətə çıxarmış və bundan sonra ağır texnikanın vasitəsi ilə mənzili içərisində olan əşyaları ilə birlikdə uçurmaqla onun əmlakını qəsdən məhv etmişdir. Baxış zamanı 43 saniyədən ibarət olan “004” faylı adı ilə diskə köçürülmüş videogörüntü ilə Zərərçəkmiş şəxs qeyd etdi ki, videogörüntüdə də qara köynək və göy rəngli şalvarda olan şəxsin mənzilin giriş qapısında dayanaraq ona mənzilin qəzalı vəziyyət olmasını bildirib mənzildən çıxmasını istəyir. Zərərçəkmiş şəxs isə mənzilinin toxunlumazlığı ilə bağlı müvafiq məhkəmə qərarı olduğunu deyərək bu məsələni hüquqi müstəvidə həll olunmasını tələb edərək mənzildən çıxmağa etiraz edir. Eyni zamanda Zərərçəkmiş şəxs bildirdi ki, görüntünü qeydə almamışdan əvvəl həmin şəxs özünü ona Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etsə də, əldə etdiyi məlumata görə sözügedən şəxs də Nəsimi polis idarəsinin əməkdaşıdır. Baxış zamanı 01 dəqiqə 15 saniyə müddətində olan «011» adlı videogörüntüdə Təqsirləndirilən şəxs ünvan 8 ünvanın həyətində söküntü aparan ağır texnikaya və işçilərə göstəriş verməsi öz əksini tapmışdır. Həmçinin 06 saniyə müddətində olan «012» adlı videogörüntüyə baxış keçirilərkən Zərərçəkmiş şəxs bildirdi ki, görüntüdə binanın 3-cü mərtəbəsindəki eyvanda olan şəxs söküntü aparılan zaman orada olmuş və söküntüyə rəhbərlik etmiş "xxxx" MMC-nin faktiki sahibi kimi özünü təqdim edən X9r. Baxış zamanı 09 saniyə müddətində olan «009» adlı videogörüntüdə yarımsökülü vəziyyətdə olan binanın 3-cü mərtəbəsində bir neçə nəfər xidməti geyim formasında olan polis əməkdaşının əynində ağ rəngli köynək olan bir nəfər şəxsi otağın qapısından eyvana çıxararaq aparması, həmçinin 03 saniyə müddətində olan «010» adlı videogörüntüdə bir neçə nəfər xidməti geyim formasında olan polis əməkdaşının əynində ağ rəngli köynək olan bir nəfər şəxsi küçədə dayanmış xidməti polis avtomobilinə tərəf aparması öz əksini tapmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, 25 iyun 2023-cü il tarixdə mənzilinin qanunsuz sökülməsinə etiraz etməklə mənzildən çıxmayacağını bildirdiyi üçün 20-ci polis şöbəsinin əməkdaşları həmin ünvana gələrək onu mənzilindən çıxarıb özləri ilə həmin polis şöbəsinə aparmışlar. «009» və adlı «010» videogörüntülərdə onun hadisə yerindən polis əməkdaşları tərəfindən aparılması öz əksini tapır. Baxış zamanı 032; 033; 034; 035; 036; 037; 038; 039; 040; 041; 042; 043; 044; 045 və 046 adlı 15 ədəd fotoşəkillərdə Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanında yerləşən əmlakının qəsdən məhv edilməsi və onun bədən səthində olan xəsarətlər öz əksini tapmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs həmin video görüntlərdə Şahid2 məxsus mənzilin eyvanında oturaraq qanunsuz söküntünü prosesini heç bir müdaxilə etmədən izləyən şəxsin Nəsimi rayon icra hakimiyyətinin Ələsgər Rüstəmov adlı əməkdaşının olmasını bildirmişdir (i.v. 97-98); X1 Sistemindən əldə edilmiş məhkumluq məlumatlarına əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir (i.v. 115); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v. 117-130); Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (i.v. 134); Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X21 “Şabran Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-34/2- 459/2025 saylı cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran RMX PHŞ-nin psixonevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur (i.v. 137); “Zərərçəkmiş şəxs qismində tanınma haqqına” 23 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 138); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 162-163); “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 178-179); Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası CM-in 157-ci maddəsi ilə verilmiş ittihama münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq həmin Məcəllənin 157-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 157-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aid olmaqla 25 iyun 2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi gündən, yəni - 25 iyun 2023-cü il tarixdən iki il keçdiyinə görə (hazırkı iş üzrə yekun qərar çıxarıldığı günədək) onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Qanunvericiliyin sadalanan müddəalarını, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, təqsirləndirilən şəxs tərəfindən isə əməlin etiraf edilərək, onun müdafiəçisinin razılığı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 157-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası CPM-in 175-ci maddəsinə müvafiq olaraq qüvvədən düşmüş sayılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.3, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-464/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-464/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver