Məhkəmə qərarları › İş №1(006)-465/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-465/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-465/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvan 2vanında aralarında ailə-məişət zəmində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən zərbələr endirərək qəsdən ona - ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan beloma nahiyəsinin iri ölçülü dəri altı hemotoması və sağ qulaq sırğalığının qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında işə gedərkən özünə məxsus üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung A32” markalı mobil telefonunun kreditini ödəmədiyi üçün “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən mobil cihaz bağlandığından onu evdə saxlayıb GSM nömrəsini telefondan çıxardaraq Zərərçəkmiş şəxs istifadəsində olan “Samsung A02” markalı mobil telefonun üzərinə qoyub özü ilə aparmışdır. Həmin gün işdən çıxdıqdan sonra təxminən saat 22 radələrində yaşadıqları ünvan 2vanına gələrkən Zərərçəkmiş şəxs onun ilə aşağılayıcı və kobud tonda danışaraq “körpə uşağımızın xəstəliyi ilə bağlı dərmanları almırsan, amma, masaj salonlarına gedə bilirsən” deyərkən sonuncuya 2 gün əvvəl 130 manat dəyərində dərmanları almasını və 2 gün ərzində də işləyib əldə edəcəyi qazac ilə qalan 60 manatlıq dərmanları alacağını demişdir. Bununla yanaşı onun evdə qalan telefonu vasitəsilə Zərərçəkmiş şəxs onun dostuna ismarıc yazdığından Zərərçəkmiş şəxs bu hərəkətinə görə hesabat istəyərkən sonuncu yenə də kobud rəftarına davam etdiyi üçün aralarında münaqişə yaranmışdır. Bu zaman Zərərçəkmiş şəxs onun valideynlərinin ünvanına nalayiq ifadələr səsləndirdiyindən o, sonuncunun üzünə tüpürərək “əşyalarını topla, çıx get ananın yanına, mənə sənin kimi arvad lazım deyil’' demiş, Zərərçəkmiş şəxs masa üzərində olan çay stəkanını ona tərəf atsa da, o, başını əydiyindən stəkan ona dəyməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun üstünə gedib əl-qol atarkən o, əsəblərinə hakim ola bilməyib Zərərçəkmiş şəxs üz-sifət nahiyəsindən bir dəfə sillə zərbəsi endirmiş, lakin, Zərərçəkmiş şəxs sakitləşməyərək öz hərəkətlərinə davam etdiyindən o, sonuncunun başından tutub qamətini əyərək kürəyindən bir neçə dəfə yumruq zərbələri endirmişdir. Zərərçəkmiş şəxs əyilmiş vəziyyətdə yenə də onu və yaxınlarını təhqir etdiyindən o, sonuncunun belində oturaraq yerə sıxıb “sakitləş, ay bala" demiş, sonra onu buraxaraq çox əsəbi olduğu üçün evi tərk etmişdir. Onların aralarında baş vermiş mübahisə zamanı evdə körpə uşaqlarından başqa heç kim olmadığından mübahisəyə kənar müdaxilə edilməmiş, mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Bu hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs mübahisə zamanı onun valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs ona heç bir zərbə endirməmiş, yalnız bir dəfə ona stəkan atsa da, o, özünü müdafiə etdiyindən stəkanın ona dəymədiyi üçün heç bir xəsarət almamışdır. Əməliyyat olunmalıdır. Zərəri ödəməyə imkanı yoxdur. Daha sonra əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra onunla birlikdə ünvan 2vanında yaşasa da, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ilə arasında olan münaqişədən sonra o, həmin evi tərk etmişdir. Hal-hazırda isə valideynlərinin yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində inşa olunmuş fərdi tikili (nömrəsiz) evdə valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdə el adəti ilə ailə həyatı qursa da, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. O, Təqsirləndirilən şəxs ilə ikinci ailəlik həyatı yaşayır və bu nikahdan onların 1 oğlan övladları vardır. Təqsirləndirilən şəxs ilə ailəli olduqları müddət ərzində sonuncu 3-4 dəfə aralarında yaranmış mübahisə zamanı onu döysə də, o, ailəsini qorumaq niyyəti ilə Təqsirləndirilən şəxs şikayət etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində yaşadıqları ünvan 2vanında Təqsirləndirilən şəxs ilə arasında ailə məişət zəmnində, daha dəqiqi isə İsmayıl Rəhimovun 3 aylıq körpə uşaqlarının xəstəliyi ilə bağlı uşağa alınmalı olan dərmanları almadığı və işlədiyi “Wolt” çatdırılma şirkətindən əldə etdiyi qazancı ailədən kənar yerlərə xərcləməsi ilə bağlı mübahisə yaranmışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs irad tutarkən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun üzünə tüpürərək onu təhqir etmiş, o, Təqsirləndirilən şəxs üstünə gedərkən sonuncu onun sağ qulaq və boynunun sağ tərəfindən yumruq zərbəsi endirməklə yanaşı, onun başından tutub əyərək kürəyindən bir neçə dəfə yumruq zərbələri endirmiş və əyilmiş vəziyyətdə olduğundan belində oturub sıxaraq ona xəsarət yetirmişdir. Aralarında baş vermiş mübahisə zamanı evdə körpə uşaqlarından başqa heç kim olmadığından mübahisəyə kənar müdaxilə edilməmiş, mübahisə təxminən 30-40 dəqiqə davam etmişdir. O, Təqsirləndirilən şəxs ünvanına heç bır təhqiramiz və nalayiq ifadə işlətməsə də, Təqsirləndirilən şəxs hər dəfə mübahisə zamanı onun və valideynlərinin ünvanına dəfələrlə nalayiq ifadələr işlətmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmiş, çay stəkanını Təqsirləndirilən şəxs tərəf atmamışdır. Təqsirləndirilən şəxs barışıq üçün cəhd etməmiş, uşaqla belə maraqlanmamışdır. Daha sonra zərər çəkmiş şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2022-ci il tarixli, 1281 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan bel-oma nahiyəsinin iri ölçülü dərialtı hematoması, sağ qulaq sırğalığının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən müddətə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasyiasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i.v.25-26); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.18); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Quliyeva-X1 qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün, zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar