Məhkəmə qərarları › İş №1(006)-466/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-466/2025

15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-466/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakım gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 yanvar 2025-ci il tarixda saat 17:05-də ünvan 2 ünvanında quraşdınlan "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs1 qızma guya bankomatda nasazlıq olduğunu və yalnız təmassız kart oxunması(NFC) vasitəsilə pul nağdlaşdıra biləcəyini bildirdikdən sonra Zərərçəkmiş şəxs1nm "xxxx" ASC tərəfindən verilmiş 6768-6753-9558-7627 nömrəli bank kartım qeyd olunan üsulla bankomata yaxınlaşdırıb bank hesabına daxil olaraq 50 manat pulu nağdlaşdırıb hesabından çıxış etmədən oranı tərk etməsindən istifadə edərək elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartının hesabından 353 manat pul vəsaitini bankomat vasitəsilə nağdlaşdıraraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 yanvar 2025-ci il tarixdə saat 17:01-də ünvan 3 ünvanında yerləşən “Spar" marketin həyətində quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomakan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs2 guya bankomatda nasazlıq olduğunu və yalnız təmassız kart oxunması(NFC) vasitəsilə pul nağdlaşdıra biləcəyini bildirdikdən sonra Zərərçəkmiş şəxs2 “Kapitalbank" ASC tərəfindən verilmiş 4169-7416-50 18-2076 nömrəli bank kartını qeyd olunan üsulla bankomata yaxınlaşdırıb bank hesabına daxil olaraq heç bir əməliyyat aparmadan və hesabından çıxış etmədən oranı tərk etməsindən istifadə dərək elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartının hesabından 400 manat pul vəsaitini bankomat vasitəsilə nağdlaşdıraraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 fevral 2025-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən “Spar" marketin həyətində quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına gəlib həmin vaxt bankomatdan pul çıxarılması üçün növbədə gözləyən Zərərçəkmiş şəxs3 guya bankomatda nasazlıq olduğunu və yalnız təmassız kart oxunması(NFC) vasitəsilə pul nağdlaşdıra biləcəyini bildirdikdən sonra Zərərçəkmiş şəxs3 "xxxx" ASC tərəfindən verilmiş 5103-0714-90 4-0684 nömrəli bank kartını qeyd olunan üsulla bankomata yaxınlaşdırıb bank hesabına daxil araq 700 manat pulu nağdlaşdırıb hesabından çıxış etmədən oranı tərk etməsindən istifadə edərək elektron məlumat daşıyıcısı hesab edilən həmin bank kartının hesabından 554 manat pul vəsaitini bankomat vasitəsilə nağdlaşdıraraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayında Bakı şəhərində ünvanını tam xatırlamadığı evdə Lənkəran rayonundan olan tanışları ilə birlikdə yaşamış, daha sonra iş tapa bilmədiyi üçün Lənkəran rayonu Nərimanabad qəsəbəsində anası ilə birlikdə yaşadığı ünvana qayıdıb orada yaşamağa başlamışdır. Əvvəlcədən müxtəlif şəxslərin əməkhaqqı və ya təqaüd kartlarının bankomatlarda olan wifi vasitəsilə oxudaraq giriş edilib pul nağdlaşdırdıqdan sonra kartı götürdükdə kart hesabına dair məlumatların bankomatın ekranda təqribən 1 dəqiqə ərzində qaldığını bildiyi üçün həmin məlumatlardan istifadə edərək tanımadığı şəxslərin pulların; nağdlaşdırıb götürmək məqsədilə 2025-ci ilin yanvar ayının 16-da saat təqribən 17:00 radələrində Nəsimi rayonu, H.Əliyev küçəsin 80 E ünvanında yerləşən İydə parfumeriyanın yanında yerləşən "xxxx" ASC-nin filialının qarşısında quraşdırılmış Kapital banka məxsus terminala yaxınlaşmış, orada bir qədər gözlədikdən sonra bir nəfər tanımadığı, sonradan istintaq müddətində adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi bir xanımın həmin bankomata yaxınlaşdığını görmüşdür. Həmin xanım kartından pul çıxarmazdan əvvəl qəsdən onun pulunu ələ keçirmək məqsədilə ona yaxınlaşıb bankomatda nasazlıq olduğunu, kart hissəsinin işləmədiyini, kartını oraya daxil etməməsini, bankomatın içərisində kart qaldığını və bankomatdan yalnız wifi vasitəsilə istifadə etməklə pul çıxara biləcəyini məsləhət görmüşdür. Həmin şəxsin wifi vasitəsilə kartını istifadə edən zaman, sistemi bağlamadan çıxış edəndə 1 dəqiqə ərzində kart hesabının aktiv qaldığını əvvəlcədən bilmiş, tanımadığı sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi həmin xanım kartını wifi vasitəsilə yoxlayıb 50 manat pul vəsaitini nağdlaşdırdıqdan sonra sistem tam bağlanmamış oradan uzaqlaşdığı üçün, ondan sonra bankomata yaxınlaşıb cəld şəkildə onun bankomatda açıq qalmış kart hesabı məlumatlarına daxil olmuşdur. Online qaydada həmin tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi xanımın 353 manat pulunu onun kart hesabına daxil olub gizli yolla çıxarıb nağdlaşdırdıqdan sonra oradan uzaqlaşmışdır. Bundan sonra asan yolla işləmədən gəlir əldə edə bildiyini görərək pul ehtiyacı olduğundan yenidən həmin məqsədlə 27 yanvar 2025-ci il tarix, saat təxminən 16:50 radələrində ünvan 7 ünvanında yerləşən "Spar" marketin həyətində quraşdırılmış Kapital banka məxsus terminala yaxınlaşmışdır. Orada bir qədər gözlədikdən sonra bir nəfər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi kişinin həmin bankomata yaxınlaşdığını görmüşdür. Həmin kişi də kartından pul çıxarmazdan əvvəl, qəsdən onun pulunu ələ keçirmək məqsədilə ona bankomatda nasazlıq olduğunu, kartını ora daxil etməməsini, bankomatın içərisində kart qaldığını və wifi vasitəsilə istifadə etməklə bankomatdan pul çıxara biləcəyini məsləhət görmüşdür. Həmin şəxs wifi vasitəsilə kartı istifadə edən zaman, sistemi bağlamadan çıxış edəndə 1 dəqiqə ərzində kart hesabının aktiv qaldığını əvvəlcədən bildiyi üçün, tanımadığı və sonradan adının Mürüvvət olduğunu öyrəndiyi həmin kişi kartını wifi vasitəsilə yoxlayıb oradan sistem tam bağlamamış uzaqlaşdığı üçün, oraya yaxınlaşıb cəld onun bankomatda açıq qalmış kart hesabı məlumatlarına daxil olmuşdur. Online qaydada həmin tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi kişinin 400 manat pulunu onun kart hesabına daxil olub gizli yolla çıxarıb oradan uzaqlaşmışdır. Eyni zamanda 02 fevral 2025-ci il tarixdə saat təqribən 15:50 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanında yerləşən Spar marketin qarşısında quraşdırılmış bankomatdan eyni üsulla tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu öyrəndiyi şəxsi aldadaraq, həmin şəxs kartını bankomatın wifi hissəsinə qoyub tanıdaraq hesabından 700 manat pul vəsaitini çıxarıb oradan uzaqlaşan zaman cəld şəkildə bankomatın ekranında açıq qalmış hesabına daxil olmaqla gizli yolla onun kart hesabından ümumilikdə 554 manat pul vəsaitini çıxarıb nağdlaşdırmaqla həmin ərazidən uzaqlaşmış və həmin pul vəsaitlərinin hamısını şəxsi ehtiyacları üçün xərcləyib bitirmişdir. O, həmin şəxsləri ilk dəfə pullarını gizli yolla taladığı bankomatların yanında olarkən təsadüfən görmüş, əsasən pul çəkməkdən, bankomatdan yaxşı anlayışı olmayan şəxslərə yaxınlaşıb qeyd etdiyi üsulla həmin şəxsləri aldadıb onlar bankomatdan uzaqlaşan kimi açıq qalmış kart hesablarına daxil olaraq kartlarında qalan pulları çəkib oradan uzaqlaşmışdır. Təsadüfən həmin şəxslər gəldiyi üçün onların kartdından online yolla, bankomatda qalan kart hesabına daxil olmaqla pullarını talayıb oğurluq etmiş, qeyd etdiyi şəxslərdən başqa kimisə eyni üsulla aldatmamış və başqa kiminsə pul vəsaitlərini həmin üsulla ələ keçirməmişdır. Yalnız sonradan adının Aygün olduğunu öyrəndiyi şəxsi aldadıb kart hesabına daxil olmaqla onun 353 manat pulunu, sonradan adının Mürüvvət olduğunu öyrəndiyi şəxsi eyni üsulla aldadıb kart hesabına daxil olmaqla 400 manat pulunu və sonradan adının Tahir olduğunu öyrəndiyi şəxsi eyni üsulla aldadaraq onun kart hesabına bankomatdan daxil olub 554 manat pul vəsaitini gizli yolla çəkib nağdlaşdırmaqla həmin şəxslərə ümumilikdə 1307 manat maddi ziyan vurmuşdur. Müxtəlif vaxtlarda müxtəlif şəxslərin kart hesablarına daxil olmaqla gizli yolla taladığı pulların hamısını şəxsi ehtiyacları üçün tam şəkildə xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş zərəri ödədiyini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında zərər çəkmiş şəxslər qismində göstərilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Zərərçəkmiş şəxs2 14 avqust 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını olmadığını bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlama və icraata qəbul etmə haqqında” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “baxış keçirilməsi barədə” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bank kartından pullar ünvan 3 ünvanında yerləşən “Spar” marketin həyətində quraşdırılmış "xxxx" ASC-nin bankomatından oğurlanmışdır (i.v. 7-12); “şübhəli şəxsin tutulması haqqında” 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə, saat 19:30-da Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 mart 2025-ci il tarixdən, saat 19:30-dan tutulmuş hesab edilmişdir (i.v. 39); “materialın cinayət işinə birləşdirilməsi haqqında” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında oplanmış 1/184 nömrəli araşdırma materialı tam hərtərəfli obyektiv, vaxtında istintaqın aparılması üçün ********* nömrəli cinayət işinə birləşdirilmişdir və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (i.v. 50); “baxış keçirilməsi barədə” 21 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 16 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 anası X1 məxsus bank kartından pullar ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından oğurlanmışdır (i.v. 55-56); “materialın cinayət işinə birləşdirilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında oplanmış 1/324 nömrəli araşdırma materialı tam hərtərəfli obyektiv, vaxtında istintaqın aparılması üçün ********* nömrəli cinayət işinə birləşdirilmişdir və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (i.v. 77); “hadisə yerinə baxış keçirilməsi barədə” 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 16 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus bank kartından pullar ünvan 3 ünvanında yerləşən “Spar” marketin həyətində quraşdırılmış "xxxx" ASC-nin bankomatındn oğurlanmışdır (i.v. 82-83); “zərərçəkmiş şəxs kimi tanımaq barədə” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 97-98); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (i.v. 108-109); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.111-112); İ-22221 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (i.v. 126); İ-8362 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v.126); M/V 14881 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır (i.v.126); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 4(006)-172/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 12 mart 2025-ci il tarixdən, saat 19:30-dan hesablanması qərara alınmışdır (i.v. 140-145); “zərərçəkmiş şəxs kimi tanımaq barədə” 28 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 160-161); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsində işsintiaq edilmiş ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir (i.v.171-172); “zərərçəkmiş şəxs kimi tanımaq barədə” 26 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 177-178); “maddi ziyanın ödənilməsi haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş 400 manat ziyan ödənilmişdir (i.v. 188); Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış 29 may 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən ona vurulmuş 400 manat məbləğində maddi ziyan tam şəkildə ona ödənilmişdir və Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, iddia və tələbi yoxdur (i.v. 189); “maddi ziyanın ödənilməsi haqqında” 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş 353 manat ziyan ödənilmişdir (i.v. 190); Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış 30 may 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən ona vurulmuş 353 manat məbləğində maddi ziyan tam şəkildə ona ödənilmişdir və Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, iddia və tələbi yoxdur (i.v. 191); “maddi ziyanın ödənilməsi haqqında” 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 dəymiş 554 manat ziyan ödənilmişdir (i.v. 192); Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış 30 may 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən ona vurulmuş 353 manat məbləğində maddi ziyan tam şəkildə ona ödənilmişdir və Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, iddia və tələbi yoxdur (i.v. 193); “diskə baxış keçirilməsi barədə” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, diskin içərisində “Nesimi 19” adlı içərisində bir nəfər qadın və 1 nəfər kişi və cinsindən olan şəxslərə aid olan bir neçə ədəd fotogörüntü faylları mövcuddur. Fotoşəkillərdən müəyyən olunur ki, təqribən 30-35 yaşlarında qadın cinsindən olan şəxs xx.xx.2025-ci il tarixdə qeyd edilən ərazidə yerləşən Kapital Banka aid terminaldan 17:05:46-47 radələrində pul nağdləşdirərək uzaqlaşan zaman onun ardınca həmin tarixdə saat 17:05:52-də üzü tüklü, qulağında mobil telefon olmaqla başında qara rəngli papaqğı və əynində qara rənhli gödəkcəsi olan təqribən 20-25 yaşlarında kişi cinsindən olan bir nəfər şəxs bankomata yaxınlaşaraq orada əməliyyat aparmağa davam edir. Baxışda iştiak edən Təqsirləndirilən şəxs fotoşəkillərə baxdıqdan sonra bildirdi ki, həmin görüntülərdə olan kişi cinsindən olan şəxs özüdür. O, əvvəlcədən kartlarının bankomatlarda vvifi vasitəsilə oxudularaq giriş edilib pul nağdlaşdınldıqdan sonra kartı götürdükdə kart hesabına dair məlumatların bankomatın ekranda 1 dəqiqə ərzində qaldığını bildiyi üçün həmin məlumatlardan istifadə edərək tanımadığı şəxslərin pullarını nağdlaşdırıb götürmək məqsədilə xx.xx.2025-ci il tarixdə saat təqribən 17:00 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatının qarşısına gəldiyini, həmin tarixdə saat 17:05 radələrində oraya pul çəkmək üçün tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi qadının yaxınlaşdığını gördüyünü, onu da eyni üsulla aldadıb, bankomatın kart yerinin işləmədiyini və kartını bankomatın vifi hissəsinə qoyub tanıtmaqla pul çəkə biləcəyini deyərək onu inandırdıqdan sonra həmin xanım kartını bankomatın vifi hissəsinə qoyub kart hesabına daxil olaraq oradan 50 manat pulu nağdlaşdırıb həmin yerdən uzaqlaşan zaman cəld bankomata yaxınlaşıb həmin şəxsin bankomatın ekranında açıq qalmış kart hesabına daxil olmaqla kartından ümumilikdə 353 manat pul vəsaitini gizli yolla talayaraq nağdlaşdırmaqla oradan uzaqlaşmış və əldə etdiyi pul vəsaitlərini sonradan tam şəkildə şəxsi ehtiyacları üçün xərcləmişdir (i.v. 199-200); “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından Zərərçəkmiş şəxs1 tərəfindən istifadə edilən plastik kart hesabına daxil olmaqla 353 manat pul vəsaitini nağdlaşdıran zaman bankomatın nəzarət kamerası vasitəsilə çəkilmiş fotoşəkillərinin köçürüldüyü 01 ədəd DVD disk, 27 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Spar” marketin həyətində quraşdırılmış "xxxx" ASCnin bankomatının qarşısına Zərərçəkmiş şəxs2 məxsus kart hesabına eyni üsulla daxil olaraq 400 manat pul vəsaitini nağdləşdirən zaman bankomatın nəzarət kamerası vasitəsilə çəkilmiş fotoşəkli və pul vəsaitlərinin qeyd edilən kartlardan hansı tarixdə və saatda nağdlaşdırılmasını özündə əks etdirən qəbzlərin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.201-213); Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməllərindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, sonunculara vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını, həmçinin 44 günlük ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 5 (beş) ay, 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından Zərərçəkmiş şəxs1 tərəfindən istifadə edilən plastik kart hesabına daxil olmaqla 353 manat pul vəsaitini nağdlaşdıran zaman bankomatın nəzarət kamerası vasitəsilə çəkilmiş fotoşəkillərinin köçürüldüyü 01 ədəd DVD disk, 27 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Spar” marketin həyətində quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına Zərərçəkmiş şəxs2 məxsus kart hesabına eyni üsulla daxil olaraq 400 manat pul vəsaitini nağdləşdirən zaman bankomatın nəzarət kamerası vasitəsilə çəkilmiş fotoşəkli və pul vəsaitlərinin qeyd edilən kartlardan hansı tarixdə və saatda nağdlaşdırılmasını özündə əks etdirən qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 5 (beş) ay, 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay 6 (altı) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Lənkəran rayonu, Nərimanabad qəsəbəsini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından Zərərçəkmiş şəxs1 tərəfindən istifadə edilən plastik kart hesabına daxil olmaqla 353 manat pul vəsaitini nağdlaşdıran zaman bankomatın nəzarət kamerası vasitəsilə çəkilmiş fotoşəkillərinin köçürüldüyü 01 ədəd DVD disk, 27 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Spar” marketin həyətində quraşdırılmış "xxxx" ASC-nin bankomatının qarşısına Zərərçəkmiş şəxs2 məxsus kart hesabına eyni üsulla daxil olaraq 400 manat pul vəsaitini nağdləşdirən zaman bankomatın nəzarət kamerası vasitəsilə çəkilmiş fotoşəkli və pul vəsaitlərinin qeyd edilən kartlardan hansı tarixdə və saatda nağdlaşdırılmasını özündə əks etdirən qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar