Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-467/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X1 və X2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, 26 avqust 1978-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Qazax rayonu, Hüseynbəyli ərazi dairəsi, Canalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(104)-220/2025 saylı, xx.xx.2025ci il tarixli hökmü ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda Umbakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 yanvar 2025-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41 saylı binanın 4-cü blokunun 1-ci mərtəbəsində Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb əvvəlcədən aralarındakı rolların bölgüsünə əsasən o, özündə olan gödəkcəni Zərərçəkmiş şəxs başına keçirib sonuncunun görmə qabiliyyətini müvəqqəti məhdudlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əynində olan şalvarının cibindən 2000 manat nağd pulu çıxarıb açıq talamaqla əmlaka əlçatanlığı təmin etmək məqsədilə birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq ələ keçirdikləri pulları aralarında bölüşdürüb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 yanvar 2025-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41 saylı binanın 4-cü blokunun 1-ci mərtəbəsində Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb əvvəlcədən aralarındakı rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 özündə olan gödəkcəni Zərərçəkmiş şəxs başına keçirib sonuncunun görmə qabiliyyətini müvəqqəti məhdudlaşdırdıqdan sonra o, Zərərçəkmiş şəxs əynində olan şalvarının cibindən 2000 manat nağd pulu çıxarıb açıq talamaqla əmlaka əlçatanlığı təmin etmək məqsədilə birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq ələ keçirdikləri pulları aralarında bölüşdürüb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o həbsdən azad edildikdən sonra Bakı şəhərində yaşamağa yer axtarmışdır. Bir nəfər tanışı Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan ərazidə “Söküklük” kimi tanınan yeri bildirib orada gecələyə biləcəyini ona məsləhət görmüşdür. Bundan sonra o, qeyd edilən ünvana getmişdir. Belə ki, həmin ünvanda əvvəllər fərdi yaşayış evləri olmuş, lakin hazırda söküntü işləri aparılması səbəbindən evlər yaşayışa yararsız vəziyyətdədir. Həmin sökülmüş tikililərdə kimsəsiz və yaşamağa yeri olmayan şəxslərin gecələdiyi ona məlum olmuşdur. Son 3-4 gün müddətində gündüz iş axtarmaqla məşğul olmuş və gecələri həmin ünvanda tanımadığı şəxslərlə gecələmişdir. Həmin müddətdə adını Rəşad kimi bildirən Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Həmin şəxs də onun kimi əvvəllər məhkum olunmuş şəxsdir və yaşamağa yeri olmadığından orada yaşamışdır. O, Rəşad ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” kimi tanıdığı ərazidə əvvəllər usta kimi çalışdığı avtotəmir sexinə işə bərpa olunmaq niyyəti ilə getmişdir. Lakin sexdə işçilərin dəyişməsi səbəbindən və tanışları olmadığından onu işə qəbul etməmişlər. Bu zaman Rəşad ac olduğunu dedikdə o, yaxınlıqda kafe olduğunu bildirib orada yemək yeyə biləcəklərini bildirmişdir. Bundan sonra birlikdə sözü gedən adsız kafeyə getmişlər. Kafedə bir neçə köhnə tanışlarını görüb görüşmüş və həmin şəxslərə cəzaçəkmə müəssisəsində olduğunu və yenicə azadlığa çıxdığını bildirmişdir. Həmçinin kafedə olan zaman əvvəllər işlədiyi avtotəmir sexinin yaxınlığında yaşayan və spirtli içki aludəçisi olan Cavid adlı şəxsi görmüşdür. Belə ki, o, Rəşadla kafeyə daxil olan zaman Cavidin əyləşdiyi həmin masada əyləşmişdir. Bundan sonra Rəşad ilə yemək yeyərək spirtli içki qəbul etmişlər. Təxminən 40 dəqiqə ərzində kafedə olmuşlar. Cavid onlarla sağollaşaraq kafedən çıxıb getmişdir. Bir neçə dəqiqə sonra o, Rəşadla kafeni tərk etmişdir. Piyada Nəsimi rayonu, Nizami küçəsi istiqamətində hərəkət etsələr də bir qədər qarşıda Cavidin də sərxoş halda piyada hərəkət etdiyini görmüşlər. Cavid qarşıdan yaşayış binalarına tərəf dönərək hərəkətini davam etdirdikdə Rəşad Cavidin arxası ilə getməyi və həmin şəxsdən pul almağı ona təklif etmişdir. Bu zaman Rəşad ilə razılaşıb Cavidin arxası ilə hərəkət edib sonuncunu izləmişlər. Cavid bloka daxil olduqdan sonra Rəşad öncədən zibilqablarından tapdıqları bir ədəd köhnə gödəkçəni ona verib Cavidin başına keçirməyini, özünün isə Cavidin ciblərini axtaracağını, həmin zaman tanınmamaq üçün səsini çıxarmamağı ona bildirmişdir. Bundan sonra saat təxminən 18:45 radələrində onlar qaçaraq Cavidin arxasınca cəld bloka daxil olmuşlar. Həmin zaman blokun birinci mərtəbəsində pilləkanlarda o, Cavidə arxadan yaxınlaşıb gödəkçəni Cavidin başına keçirmişdir. Rəşad isə əlini Cavidin əynində olan şalvarının cibinə salaraq nəyisə götürmüş və cəld ona işarə edərək blokdan çıxmağı göstərmişdir. Bundan sonra o, gödəkçəni Cavidin başından götürmüş və Rəşadla qaçaraq blokdan küçəyə çıxmışlar. Binanın giriş hissəsində fərqli istiqamətlərdə qaçıb oradan uzaqlaşmışlar. Bir qədər hərəkət edib xatırlamadığı yerdə gödəkçəni atmış və adını bilmədiyi parkın yaxınlığında Rəşadla görüşüb orada qeydiyyat nişanını və markasını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan avtomobilə müştəri qismində əyləşmişlər. Həmin zaman o, ön oturacaqda əyləşmiş və birlikdə 20 yanvar metrostansiyası yaxınlığına getmişlər. Taksidə hərəkətdə olduğu müddətdə hadisə barəsində danışmamışlar. Taksidən aşağı endikdə ödənişi Rəşad etmişdir. Bundan sonra Rəşada Cavidin cibindən nə qədər pul götürdüyünü soruşduqda Rəşad ümumilikdə 200 manat pul götürdüyünü ona bildirmişdir. Rəşad birlikdə Bakı-Sumqayıt şosesində yerləşən Ekologiya YPX postunun yaxınlığına gedərək bir nəfər tanışı ilə görüşüb bir əşya götürəcəyini deyib birlikdə getməyi təklif etmiş və bundan sonra birlikdə başqa bir qeydiyyat nişanını və markasını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan avtomobilə müştəri qismində əyləşmişlər. Ekologiya YPX postuna çatan zaman isə Rəşad əyləşdikləri avtomobilin sürücüsünün mobil telefonu ilə bir nəfər şəxsə zəng edib danışdıqdan sonra görüşəcəyi adamın 20 yanvar metrostansiyasının qarşısında gözlədiyini bildirmişdir və həmin avtomobillə birlikdə 20 yanvar metrostansiyasının qarşısına qayıtmışlar. Bundan sonra o, əldə etdikləri pul ilə mobil telefon almaq istədiyini Rəşada bildirmişdir. Rəşad ilk öncə 20 yanvar metrostansiyasının çıxışında pərakəndə satışla məşğul olan yerdən ona 20 manat müqabilində bir ədəd pul kisəsi almışdır. Daha sonra Rəşad ona 150 manat pul verərək telefon dükanlarından birindən özünə mobil telefon almağını bildirib özünün küçədə dayanaraq bir nəfər tanışını gözlədiyini və həmin şəxslə Qazax rayonuna gedəcəyini bildirmişdir. Həmin zaman o, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən mobil telefon satışı dükanına daxil olmuş və oradan özünə 140 manat ödəniş edərək 01 ədəd mobil telefon, 6 manat müqabilində öz şəxsiyyət vəsiqəsi ilə mobil nömrə almışdır. Telefon dükanından çıxdıqda Rəşadı axtarsa da tapa bilməmişdir. Rəşadın artıq Qazax rayonu istiqamətində hərəkətə başladığını güman edib metroya daxil olaraq müvəqqəti yaşadığı ünvana getmişdir. Bir neçə saat sonra isə həmin ünvana yaxınlaşan şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib ona suallar verdikdə o, yayınmağın mümkün olmadığını başa düşüb hadisə barəsində, eləcə də öz anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis idarəsinə dəvət olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Rəşad Cavidin cibindən 2000 manat pul götürmüşdür. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Bakı şəhəri ərazisində yaşamağa yeri olmadığından hadisə baş verməmişdən bir müddət öncədən Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan ərazidə “Söküklük” kimi tanınan yerdə yaşamışdır. Belə ki, həmin ünvanda əvvəllər fərdi yaşayış evləri olmuş, lakin hazırda söküntü işləri aparılması səbəbindən evlər yaşayışa yararsız vəziyyətdədir. Həmin sökülmüş tikililərdə kimsəsiz və yaşamağa yeri olmayan şəxslər gecələmişdir. Həmin ünvanda gecələyən zaman Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Belə ki, Saleh cəzaçəkmə müəssisəsindən azad olunduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Saleh ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” kimi tanıdığı əraziyə getmişlər. Həmin zaman ac olduqlarından yaxınlıqda yerləşən adsız kafeyə getmişlər. Kafedə bir neçə köhnə tanışlarını görüb onlarla görüşmüşlər. Saleh həmin şəxslərə cəzaçəkmə müəssisəsində olduğunu və yenicə azadlığa çıxdığını bildirmişdir. Həmçinin kafedə olan zaman əvvəllər tanımadığı bir nəfər müştərinin spirtli içki qəbul etdiyini görmüşdür. Həmin müştəri hesabı ödəyən zaman cibindən 100 manatlıq əskinaslardan ibarət çox sayda pul çıxardığını görmüşdür. Bundan sonra həmin şəxs kafeni tərk etdikdə Salehlə həmin şəxsin ardınca çölə çıxmışdır. Onlar piyada Nəsimi rayonu, Nizami küçəsi istiqamətində hərəkət etsələr də bir qədər qarşıda araşdırma müddətində adını öyrəndiyi Zərərçəkmiş şəxs sərxoş halda piyada hərəkət etdiyini görmüşdür. Cavid qarşıdan yaşayış binalarına tərəf dönərək hərəkətini davam etdirdikdə o, Cavinin arxası ilə getməyi və həmin şəxsdən pul almağı Salehə təklif etmişdir. Bu zaman Saleh ilə razılaşıb Cavidin arxası ilə hərəkət edib sonuncunu izləmişdir. Cavid bloka daxil olduqdan sonra o, öncədən zibilqablarından tapdıqları bir ədəd köhnə gödəkçəni Salehə verib Cavidin başına keçirməyini, özünün isə Cavidin ciblərini axtaracağını, həmin zaman tanınmamaq üçün səsini çıxarmamağını Salehə bildirmişdir. Bundan sonra saat təxminən 18:45 radələrində onlar qaçaraq Cavidin arxasınca cəld bloka daxil olmuşlar. Həmin zaman blokun birinci mərtəbəsində pilləkanlarda Cavidə arxadan yaxınlaşmışlar və Saleh əlində olan gödəkçəni Cavidin başına keçirmişdir. O isə əlini Cavidin əynində olan şalvarının cibinə salaraq pulu götürmüş və cəld işarə edərək Salehə blokdan çıxmağı göstərmişdir. Bundan sonra Saleh gödəkçəni Cavidin başından götürmüşdür və onlar qaçaraq blokdan küçəyə çıxmışlar. Binanın giriş hissəsində fərqli istiqamətlərdə qaçıb oradan uzaqlaşmışlar. Bu zaman gödəkçə Salehdə qalmışdır və Salehin gödəkçəni bilmədiyi yerdə atdığı sonradan ona məlum olmuşdur. Daha sonra adını bilmədiyi parkın yaxınlığında Saleh ilə görüşüb orada qeydiyyat nişanını və markasını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan avtomobilə müştəri qismində əyləşmişlər. Həmin zaman Saleh ön oturacaqda əyləşmiş və birlikdə 20 yanvar metrostansiyası yaxınlığına getmişlər. Taksidə hərəkətdə olduqları müddətdə hadisə barəsində danışmamışlar. Taksidən aşağı endikdə ödənişi o etmişdir. Bundan sonra paltar dükanına daxil olub özlərinə paltar almışlar. Həmçinin Bakı-Sumqayıt şossesində yerləşən Ekologiya YPX postunun yaxınlığına gedərək bir nəfər tanışı ilə görüşüb bir əşya götürəcəyini deyib Salehə birlikdə getməyi təklif etmiş və bundan sonra birlikdə başqa bir qeydiyyat nişanını və markasını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan avtomobilə müştəri qismində əyləşmişlər. Ekologiya YPX postuna çatan zaman isə əyləşdiyi taksi sürücüsünün mobil telefonu ilə nömrəsini və anket məlumatlarını xatırlamadığı şəxsə zəng edib danışdıqdan sonra görüşəcəyi adamın 20 yanvar metrostansiyasının qarşısında onu gözlədiyini bilmişdir və həmin avtomobillə birlikdə 20 yanvar metrostansiyasının qarşısına qayıtmışlar. Bundan sonra Saleh əldə etdikləri pul ilə mobil telefon almaq istədiyini bildirmişdir. O, ilk öncə 20 yanvar metrostansiyasının çıxışında pərakəndə satışla məşğul olan yerdən Salehə 20 manat müqabilində bir ədəd pul kisəsi almışdır. Daha sonra Salehə 150 manat pul verərək telefon dükanlarından birindən özünə mobil telefon almağını bildirib küçədə dayanaraq tanışını gözləmişdir. Həmin zaman Saleh 20 yanvar metrostansiyası yaxınlığında yerləşən mobil telefon satışı dükanına daxil olmuşdur. Bu zaman ətrafda polis əməkdaşları görüb qorxaraq oradan uzaqlaşıb getmişdir və həmin zamandan sonra Salehi bir daha görməmişdir. Zərərçəkmiş şəxs cibindən götürdüyü pul 800 manat olmuşdur İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən bankomata gedərək saat 16:21-də təqaüd kartından 2000 manat pul nağdlaşdırmışdır. Bundan sonra həmin məbləğdə pulu əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş və piyada yaxınlıqda yerləşən adsız kafeyə getmişdir. Həmin kafedə müştəri qismində təxminən 1 saat əyləşərək spirtli içki qəbul etmişdir. O daha sonra hesabı ödəyərəkən cibindən əskinazları çıxarmış və buna görə də onda pulun olmasını ətrafda olan digər şəxslər də görmüşdür. Bundan sonra kafedən çıxaraq piyada yaşadığı ünvana doğru hərəkətə başlamışdır. Yaşadığı bloka daxil olan zaman birinci mərtəbədə pilləkanlarda anidən kimsə arxadan ona cəld yaxınlaşaraq gödəkçə kimi təxmin etdiyi əşyanı başına keçirtmişdir. Bu zaman o, həmin şəxsin tək olmadığını güman etdiyindən qorxaraq səsini çıxartmamışdır. Həmin şəxs əlini onun şalvarının sağ yan cibinə salaraq pulunu götürmüş və dərhal başına keçirtdiyi əşyanı götürərək qaçıb blokdan küçəyə doğru çıxdıqda o, müvazinətini itirib yerə yıxılmışdır. Həmin şəxslər qaçıb getdikdən sonra o, arxalarınca küçəyə çıxmağa qorxub birbaşa yaşadığı mənzilə qalxmış və bir neçə dəqiqə sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilmədiyindən şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41 saylı binanın 4-cü blokunun 1-ci mərtəbəsində baş vermişdir (i/v 7-12). İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 29 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmışdır (i/v 42- 43, 88-92). İş materiallarında olan “Təqsirləndirilən şəxsin həbsdə olmasının nəzərə alınması haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxsi qismində cəlb edilərək barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi ********* saylı cinayət işi üzrə nəzərə alınmışdır (i/v 144-145). İş materiallarında olan 29 yanvar 2025-ci il tarixli “Təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 tanışı Rəşad adlı şəxs ilə xx.xx.2025-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında binanın 4-cü blokunun 1-ci mərtəbəsində zərərçəkmiş Zərərçəkmiş şəxs arxadan yaxınlaşmaqla başına gödəkçə keçirib sonuncunun əynində olan şalvarın cibindən 2000 manat pulunu ələ keçirdikdən sonra həmin pulun bir qismi ilə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığından aldığı içərisində 01 ədəd mobil nömrə olan 01 ədəd “Redmi A3” markalı mobil telefonu və 01 ədəd pul kisəsini Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaq orqanına könüllü olaraq təqdim etmişdir (i/v 58-60). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət yolu ilə əldə olunmış pul ilə alınmış 01 ədəd “Redmi A3” markalı mobil telefon və 01 ədəd pul kisəsi maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılması qərara alınmışdır (i/v 218-228). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli tələbnamədən, Nəsimi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarına əsasən ona təyin edilmiş cəzasının çəkilməmiş 02 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i/v 96- 97, 99-105). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Xəlilov X6 rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-220/2025 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (i/v 162-165, 167-181, 185-192). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin etirafları, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 1(004)-220/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 1(004)-220/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-220/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza cəzaçəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 tərəfindən cinayət yolu ilə əldə olunmış pul ilə alınmış 01 ədəd “Redmi A3” markalı mobil telefon və 01 ədəd pul kisəsi hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və X2 vəkil işlədikləri Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)- 467/2025 saylı, 19 iyun 2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkilləri X1 və X4 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və X2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 231 (iki yüz otuz bir) manat olmaqla, ümumilikdə 462 (dörd yüz altmış iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 1(004)-220/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-220/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 tərəfindən cinayət yolu ilə əldə olunmış pul ilə alınmış 01 ədəd “Redmi A3” markalı mobil telefon və 01 ədəd pul kisəsi hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və X2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 21 saat üçün 231 (iki yüz otuz bir) manat olmaqla ümumilkdə 462 (dörd yüz altmış iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-467/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-467/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver