Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-468/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,379 qram çəkidə psixotrop maddə metamfetamini və 0,816 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 14 iyul 2022-ci il tarixdə saat 08:35-də Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəki pul qabının içərisindən 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,064 qram, 0,040 qram, 0,061 qram, 0,070 qram, 0,044 qram, 0,100 qram olmaqla ümumi təmiz çəkisi 0,379 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,272 qram. 0,234 qram, 0,065 qram olmaqla ümumi təmiz çəkisi 0,816 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, 3-5 ildir ki, narkotik vasitədən istifadə edir. Hər gün narkotik vasitə heroin qəbul edir. Onun narkotik vasitələri satmaq məqsədi olmamış, şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitələri azaz istifadə etmək üçün bükümlərə ayırmışdır. 13 iyul 2022-ci il tarixdə saat 08:30 radələrində evlərinin yaxınlığında Topçubaşov küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində olduğu zaman post-patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb həmin ünvanda nə etdiyini soruşmuş, həmin zaman tək olmuş, üzərində narkotik vasitə olduğundan o, özünü şübhəli aparmağa başlamışdır. Polis əməkdaşları ciblərini axtarmış, üzərində həmin maddələri aşkar etmiş və həmin maddələrin üzərində qalmasını, polis şöbəsində təqdim etməyini bildirmişlər. Daha sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan qol çəkmişdir. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Onu CM-nin 234.1-ci maddəsi ilə ittiham etdiklərini demiş, sonra CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşlər. Üzərindən 10 bükümdə heroin və metamfetamin aşkar olunmuşdur. Həmin maddələri saxlanılmamışdan bir gün əvvəl “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata almışdır. Daha sonra o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu və anasının ürək xəstəsi olduğunu bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, o, 13 iyul 2022-ci il tarixdə saat 09 radələrində polis şöbəsində xidmətdə olarkən PPXB-nin polis nəfərləri Şahid2, Şahid1 və Şahid3 narkotik vasitələri daşımasında şübhəli olan bir nəfər şəxsi polis şöbəsinə gətirmişlər. Həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında şübhəli olduğu üçün polis şöbəsinə gətirildiyi bildirildikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və gəzdirməsi ilə məşğul olmasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki pul qabının içərisindən 07 ədəd kağıza bükülmüş və 03 ədəd sellofana bükülmüş, ümumilikdə 10 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içərisindəkini deməklə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs 10 ədəd bükümün 06 ədədinin psixotrop maddə metamfetamin, 04 ədədinin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, Təqsirləndirilən şəxs həmin bükümləri Yasamal rayonu “Kubinka” kimi tanınan yerdə tanımadığı şəxsdən 30 manat pul müqabilində aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər zərfə qoyulub möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə saat 08:35-də Nəsimi rayonu, Topçubaşov küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin onları gördükdə özünü şübhəli apardığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, daha sonra həmin şəxsə harada yaşaması və burada nə işlə məşğul olması barəsində sual verdikdə, həmin şəxs özünü şübhəli apararaq suallarına qeyri-səmimi cavab vermişdir. Bununla əlaqədar onlar həmin vaxt əlində olan pul qabı barəsində maraqlandıqda həmin şəxs əlində olan pul qabının içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmişlər, orada onlara həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəhbərliyinə raportla müraciət etmişlər və daha sonra onlara 22-ci PŞ-də həmin şəxsin üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan pul qabının içərisindən 04 ədəd bükümdə narkotik vasitə heroin və 06 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri, polis kiçik serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 17-18); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-370/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.81-84); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3786 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №190” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,272 qram, 0,234 qram, 0,065 qram, ümumi təmiz çəkisi 0,816 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,064 qram, 0,040 qram, 0,061 qram, 0,070 qram, 0,044 qram, 0,100 qram, ümumi təmiz çəkisi 0,379 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri: 65,0 (altmış beş) manat təşkil edir (i/v 56-59); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4776 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 122-123); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-165/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-165/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4 və 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır (i/v 101-107); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki pul qabının içərisindən 04 ədəd bükümdə narkotik vasitə heroin və 06 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (i/v 40-46); - “Azərfon MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, baxış zamanı diskdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin sms mətnlərin olması öz əksini tapmışdır. Həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrədən “Ramin mene ibo eliyen daniwdin 50 manat da eliye atdam eli 50 manta qarwiliq 5q artiq atar. Men eliye 200 manat vermisem 50manatda versem 10 yox 15 gram atacaq 10kola 5pati. Eger imkan oazvalat eliyirsen o adam sebir ede bilirsen 50 at karta insallahh alverson birinci 50manati goturub vcrersen.”, «He qaqa mende gedirdim eve bir iki gun gelmedim cox zor olardi bucemizde qalxardi indi baxda qaqaw elesende sagol elemesende sagol. Baska hecne diye bilmerem» «Ramin cavan ver menem ibo ala meni sabah tutacaqlar bir iki wey bar onu taowrmaliyam sene cavab ver nalayiq ifadə……», ***- ***-**-** saylı nömrədən «İndiden ayir menkin ki mawinda alinmayacag. 5 deyqeye ordayam» məzmunlu smslər daxil olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ***-***-**- ** saylı nömrəsindən ***-***-**-** saylı nömrəyə « Maliw qaqa tema varimdir bonba atom komey ele hec olmasa qulu vere birmirsen hec olmasa bu cur komeyin eysin», ***-***-**-** saylı nömrəyə «Qaqi mehleye girme. Mehleni basiblar», ***-***-**-** saylı nömrəyə «bawiva donum at ki mende yari yolda qalmayim bir birimize el tutaq» məzmunlu smslər göndərilmişdir (i/v 124-125); - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 0,816 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 0,696 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,379 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 0,289 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə 20 iyul 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin saxlancına təhvil verilmişdir (i/v 126-133); - “Amnistiya aktının tətbiq edilməsi barədə” Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, “ 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilməsi və Qərarın 36-cı bəndinə əsasən barəsində olan məcburi müalicə ləğv olunduqdan sonra cəzadan azad edilməsi qərara alınmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-802/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədəninində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, oturduğu stuldan qalxaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan qara-qəhvəyi rəngli dəri materialdan olan kisəni çıxarıb masanın üzərinə qoymuş, bundan başqa üzərində heç bir əşyanın olmadığını bildirmişdir. O, masanın üzərinə qoyduğu qara-qəhvəyi rəngli dəri materialdan olan kisənin içərisində olan 07 ədəd ağ rəngli kağız büküm, 03 ədəd isə şəffaf sellofan büküm çıxarmış, həmin bükümlərin içərisinə baxış keçirilən zaman 06 ədəd ağ rəngli kağız bükümün hər birinin içərisində kristal şəkilli narkotik vasitəyə bənzər maddə, 01 ədəd ağ rəngli kağız bükümün və 03 ədəd şəffaf sellofan bükümlərin içərisində isə toz şəkilli qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. O, həmin maddələrin “heroin” və “şüşə” adlanan narkotik vasitələr olduğunu, həmin maddələri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı övladları var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilməsi və Qərarın 36-cı bəndinə əsasən barəsində olan məcburi müalicə ləğv olunduqdan sonra cəzadan azad edilməsi qərara alınmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-802/2021 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmiş və o, həmin cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə görə Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, X7 məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən X3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra ümumi xalis çəkisi 0,696 qram olan narkotik vasitə heroin və tədqiqatdan sonra ümumi xalis çəkisi 0,289 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra ümumi xalis çəkisi 0,696 qram olan narkotik vasitə heroin və tədqiqatdan sonra ümumi xalis çəkisi 0,289 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-468/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-468/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver