Məhkəmə qərarları › İş №1(006)-468/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-468/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-468/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanında “Opal” qızıl dükanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq sonuncuya sağ dirsək oynağında hematoma, şişkinlik və sıyrıqlar hesabına oynaq-hərəkət funksiyasının pozulması ilə ifadə olunan bel nahiyəsinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” Ticarət Mərkəzinin yaxınlığında olan “X4” qızıl alqı-satqısı dükanında aksessuarların satışı ilə məşğuldur. Zərərçəkmiş şəxs 2024-cü ilin noyabr ayından tanıyır, Samirin bacısı oğlu Okanın həyat yoldaşıdır. Samirin bacısı Samirə onun dükanında satıcı işləyib, sonradan oğlu Okan ilə tanış olub cari ilin fevral ayında əşyaları və mebel aldırmaqla, özlərinin lombarda olan borclarını Okana ödətdiklərini, sonuncunu müflis etdiyi üçün Samirə və ailəsi ilə aralarında münasibətlərinin pozulduğunu bildirmişdir. Oğlu Samirə ilə yeni evlənən ərəfədə, yəni cari ilin fevral ayında Zərərçəkmiş şəxs bir iki dəfə onların yaşadığı ünvana gəlib getmiş, o, bu yaxınlarda evi yığışdıran zaman, evində özünə məxsus qırmızı səyahət çantasının evdə olmadığını görüb, ilk olaraq oğlu Okandan çantanı götürüb-götürmədiyini soruşmuş, Okan ona çantanı götürmədiyini bildirmişdir, o, oğlu Okana evə Samirənin qardaşı Samirin də gəlib getdiyini, çantanın sonuncu tərəfindən götürülüb-götürülmədiyini soruşduqda, Okan ona qaynı Samir və qayınanası Rafət ilə danışmadığını, görən zaman soruşacağını demişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” Ticarət Mərkəzinin yaxınlığında olan zaman işlədiyi “X4” dükanının qarşısında Zərərçəkmiş şəxs görüb, yaşadığı evdən naməlum şəraitdə itən çantanın onlarda olub-olmadığını soruşduqda, Samir ona “davay” ifadəsi işlətmiş, bu səbəbdən əsəbləşib onun arxasınca getmiş, Samir ünvan 3 ünvanında olan “Opal” qızıl alqı-satqı dükanının qarşısında ona hansı səbəbə görə o ifadəni işlətdiyini soruşmuş, “Opal” qızıl dükanının qarşısında Samir onun ünvanına yenidən nalayiq ifadə işlətdiyi üçün, sağ əli ilə onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Həmin yerdə olan adını bilmədiyi şəxslər onun qolundan tutaraq sakitləşdirən zaman, Samir onu yenidən təhqir etdiyi üçün sağ əli ilə yenidən onu sağ qolundan vurmuş, Samir qaçaraq həmin yerdən uzaqlaşmışdır. Hadisə xx.xx.2025-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında “Opal” qızıl dükanının qarşısında baş vermişdir, hadisə baş verən zaman Samirin əsasən sağ qolundan əl zərbələri ilə vurmuş, həmin vaxt orada adını bilmədiyi bir çox şəxslər olduğundan Samirin yerə yıxıldığını görməmişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasının Eskişehir şəhərində “Anadolu” universitetində “ingilis dili müəllimi” fakültəsinin 2-ci kurs tələbəsidir. Keçən il təhsilini atası rəhmətə getdiyi üçün müvəqqəti olaraq dayandırıb, yaşadığı ünvana qayıtmışdır. X2 cari ilin fevral ayında evlənmişdir, Gülbəniz bacısı Samirənin qayınanasıdır, 1 (bir) aya yaxındır Gülbəniz ilə münasibətləri pozulmuşdur. 2024-cü ilin noyabr ayında “Moskva” Ticarət Mərkəzində olan lombardlardan birinə anasına məxsus qızılları qoyub, 1400 (bir min dörd yüz) manat pul götürmüşlər. Həmin vaxtdan hər ay normal ödəniş etmişlər. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 13 radələrində həmin lombarda aylıq ödənişi edib, yaşadığı ünvana qayıtmaq istəyən zaman “Moskva” Ticarət Mərkəzinin qarşısında Gülbəniz onu görüb ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. O, Gülbənizə heç bir cavab verməyib “Moskva” Ticarət Mərkəzinin qarşısındakı pilləkənlərlə düşüb həmin yerdən uzaqlaşmaq istəyən zaman ünvan 3 ünvanında yerləşən “Opal” qızıl dükanının qarşısında Gülbəniz arxadan gələrək tutub ilk olaraq sifət nahiyəsinə, sonra da bir neçə dəfə sağ qolundan əl zərbələri ilə vurmağa başlamış, ətrafdakı şəxslər Gülbənizi sakitləşdirmək istəsələr də, o, buna məhəl qoymayaraq onu vurmağa davam etmişdir. O, zərbənin təsirindən yerə yıxılıb belindən xəsarət almış, sonra ayağa qalxıb qaçaraq həmin yerdən uzaqlaşıb yaşadığı ünvana getmişdir. Hadisə baş verən zaman həmin vaxt orada tanımadığı çoxlu şəxslər olmuşdur. Hadisə zamanı o, Gülbənizə xəsarət yetirməmişdir. Hadisə ümumilikdə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmçinin, hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. 27 may 2025-ci il tarixdə saat təxminən 13 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” Ticarət Mərkəzinin yaxınlığında olan ünvan 3 ünvanında olan “Opal” qızıl dükanının qarşısı ilə tək piyada hərəkət edən zaman, həmin qızıl dükanının qarşısında adı və soyadının Təqsirləndirilən şəxs olduğunu polis şöbəsində öyrəndiyi şəxsin gənc bir oğlanın, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs üzərinə gedərək onu əl zərbələri ilə vurduğunu görmüşdür. Gülbəniz adlı şəxsin bu hərəkətləri ətrafda olan insanların, eləcə də onun diqqətini cəlb etmiş, bu vaxt o və ətrafda olan bir neçə nəfər tanımadığı şəxslər həmin Gülbəniz adlı şəxsə yaxınlaşaraq ona irad tutmağa başlamışlar. Lakin Gülbəniz adlı şəxs öz hərəkətlərinə davam edərək Samirin sağ qolundan bir neçə dəfə əl zərbələri ilə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisənin baş verdiyi Nəsimi rayonu, Cavadxan 15 ünvanında yerləşən “Opal” qızıl dükanının qarşısında təxminən 5-6 nəfər şəxs toplaşmış və həmin şəxslərlə heç bir münasibəti və tanışlığı yoxdur. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 təhqiqat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsnın şikayət ərizəsi üzrə Nəsimi RPİ-nin 19-cu PŞnin təhqiqatçısı Rəşad Nuri tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v.1); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən “Opal” qızıl dükanının qarşısında baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.15-20); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 756 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ dirsək oynağında hematoma, şişkinlik və sıyrıqlar hesabına oynaq-hərəkət funksiyasının pozulması ilə ifadə olunan bel nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdı (i.v.30-33); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-də CMnin 322.1-ci maddəsi ilə aparılmış cinayət işinin icratına xx.xx.2011-ci ildə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsinə əsasən 01 il 06 ay şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli 5982/4A saylı arayışına əsasən cəza müddətini çəkib qurtardığı üçün qeydiyyata çıxarılmışdır (i.v.65-66). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməsi özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, yaşını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, yaşını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar