Məhkəmə qərarları › İş №1(006)-47/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-47/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-47/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs və onun: Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Muğan pr., ev 56-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 39, mənzil 18-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının sonlarından başlayaraq xx xxxx 2020ci il tarixə kimi olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 39, mənzil 18-də mütəmadi olaraq qeyri-rəsmi ər-arvad münasibətində olan, onun üçün aşkar surətdə on altı yaşına çatmayan, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayında metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Xəyal” yeməkxanasında Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonra tez-tez görüşmüş və sevgi münasibətləri yaranmışdır. Anası Şahid1 onların bu münasibətinə etirazı olsa da, bir-birilərini sevdikləri üçün evlənmək qərarına gəlmiş və 2020-ci ilin yanvar ayının sonlarından birlikdə kirayə qaldığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 39, mənzil 18-də gəlmişlər. Evdə Günelə bildirmişdir ki, onun hələ 15 yaşı olduğu üçün rəsmi nikaha daxil ola bilməzlər, lakin birlikdə yaşayıb cinsi münasibətdə ola bilərlər, vaxt çatanda da nikaha daxil olarlar. Günel də buna etiraz etməmiş və o, onunla həmin günü cinsi əlaqədə olmuş, onun bakirəliyini pozmuşdur. Axşam anası evə gələndə məsələdən xəbər tutmuş və artıq heç bir söz deməmiş, o da Günellə birlikdə bu evdə yaşamağa başlamışdır. Sonuncu dəfə Günel ilə 2020-ci ilin iyun ayının əvvəllərində təbii yolla cinsi əlaqəda olmuşdur. Bu münasibətlər nəticəsində Günel hamilə qalmış və hazırda onların övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaq fikrindədir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayında metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Xəyal” yeməkxanasında Təqsirləndirilən şəxslə tanış olmuş, həmin vaxtı onun 15, sonuncunun isə 21 yaşı var idi. Bundan sonra onlar tez-tez görüşmüş, aralarında sevgi münasibəti yaranmışdır. Lakin Raufun anasının onları ayırmaq istədiyini hiss etmişdir. Buna baxmayaraq onlar evlənmək qərarına gəlmişlər. 2020-ci ilin yanvar ayının sonlarında növbəti görüş zamanı Rauf onu öz yaşadığı evə dəvət etmiş, o da buna etiraz etməmişdir. Evdə Rauf ona bildirmişdir ki, onun nikah yaşı çatmadığı üçün hələ evlənmək mümkün deyil, lakin buna baxmayaraq onlar ərarvad kimi birgə yaşayacaq, eyni zamanda cinsi əlaqədə olsalar, Raufun anası artıq onları aralaya bilməyəcək. O da Raufun təklifi ilə razılaşmış və elə həmin günü onunla cinsi əlaqədə olmuş, bakirəliyi pozulmuşdur. Axşam vaxtı Raufun anası Şahid1 evə gəlib məsələdən xəbər tutumuş və heç nəyə etiraz etməmişdir. Bundan sonra onlar birlikdə bu evdə yaşamağa başlamış, mütəmadi olaraq cinsi əlaqədə olmuş, nəticədə o, hamilə qalmış, hətta bir dəfə hamiləliyi pozulmuşdur. Hazırda Raufdan onun bir övladı dünyaya gəlib və qayınanası ilə birlikdə mehriban yaşayır. Raufdan şikayətçi deyil, onun həbsdən azad olunmasını istəyir. Məhkəmədə Şahid1 şahid qismində ifadəsində göstərdi ki, oğlu Rauf 2019-cu ilin sonlarından başlayaraq Zərərçəkmiş şəxs sevib onunla evlənmək istəmiş, lakin sonuncu hələ yetkinlik yaşına çatmadığı üçün o, buna qəti şəkildə etiraz etmişdir. Bununla belə oğlu Günel ilə öz münasibətlərini davam etdirmişdir. 2020-ci ilin yanvar ayının sonlarında axşam işdən evə qayıdarkən görmüşdür ki, Günel artıq onun evindədir. O, Raufdan bunun səbəbini soruşanda, oğlu bildirmişdir ki, Günel ilə artıq evli kimidir, onunla cinsi münasibəti olub və sonuncunun 18 yaşı olanda onunla nikaha daxil olacaq. O da artıq hadisənin belə olduğunu görüb heç nəyə etiraz etməmiş və onların onunla birgə yaşamasına razılıq vermişdir. Hazırda Günel bir övlad dünyaya gətirmiş, o da onu və nəvəsini öz yanında saxlayır. Məhkəmədə Şahid2 şahid qismində ifadəsində göstərdi ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasında dosent işləyir. xx.xx.2020-ci il tarixdə işdə olduğu zaman sonradan adının Zərərçəkmiş şəxs olduğu bildiyi bir qız ona uşaqlıq qanaxması ilə bağlı müraciət edərək hamiləliyin pozmaq üçün dərmandan istifadə etdiyini söyləmişdir. O da ona xəstəlik tarixi açandan sonra onu abort etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Bakı şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, 206 saylı rəyinə görə 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Onda onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi (İ cild, i.v.28-30); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator-məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1285 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır (İ cild, i.v.114-115); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1286 saylı rəyinə görə Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Yaş və fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o, qeyd edilmiş hadisə zamanı və ondan sonrakı vaxtlarda həmin hərəkətlərin xarakter və mənasını anlaya, düzgün qavraya və dərk edə bilərdi. Zərərçəkmiş şəxs öz hərəkətlərini idarə etmək və tənzimləmək qabiliyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs idrak prosesləri normaya uyğun olduğundan o, baş verən hadisəni dərk edə, yadda saxlaya və bu barədə düzgün məlumat verə bilər. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir (İ cild, i.v.116-117); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.109); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon - - Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx xxxxxxx 2020-ci il tarixdə o, 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq X2 təhvil verilmişdir (İİ cild); - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsində xx.xx.2020ci il tarixdə 083-18558-1220 nömrə ilə qeydiyyata alınmış Raporta əsasən xx xxxxxx 2020-ci il tarixdə xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Məlikov adına 6 saylı xəstəxanada doğuş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, eyni zamanda himayəsində körpə uşağının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı və digər müddətlər daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 03 ay 07 gün müddət bir günə bir gün hesabı ilə ona təyin edilən cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasının yüngülləşdirən halları, hazırki ailə vəziyyətini, o cümlədən yenicə anadan olmuş övladına qayğı göstərilməsi zərurətini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə o, uşağının tərbiyəsi ilə bağlı öz valideyn vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, habelə o, uşağının tərbiyəsi ilə bağlı öz valideyn vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar