Məhkəmə qərarları › İş №1(006)-47/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-47/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-47/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X18 Tərcüməçi: X10 Xüsusi ittihamçı: X11 Xüsusi ittihamçının Müdafiəçi1 nümayəndəsi: Müdafiəçi: Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: X7 iştirakları ilə xx.xx.1955-ci il tarixdə Rusiya Federasiyası, Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 2D4MU3N), evli, işləməyən, Bakı şəhəri, Zirə qəsəbəsi, 38¹-li bağ evində qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibi materiallarına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X16 26 sentyabr 2023-cü il tarixdə “Turan” İnformasiya Agentliyinə məxsus www.turan.az internet səhifəsində dərc edilmiş “Nazir qardaşının adı çəkilən iş haqqda” adlı məqalədə olan “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyuba Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu "xxxx" MMC-yə (2005-ci ildə yaradılıb) faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyada, "xxxx" ASC-də (Oryol vilayəti) Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə Cavid Qurbanovun rəhbərlik etdiyi "xxxx" ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən "xxxx" vasitəçilik edib. "xxxx" Nəqliyyat Nazirliyinin tərkibinə daxil olub. Sövdələşmə ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyuba Bağırovlar dövlət şirkətinin adı çəkilən rəhbəriylə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub” yazılarda yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X11 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla və onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır. Eyni zamanda məhkəmədə X7 həmin məqalədə xüsusi ittihamçı X11 təhqir etməsi öz təsdiqini tapmamışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs X16 ifadəsində göstərdi ki, o, əri Elxan Bağırovla birlikdə 2005-ci ildə "xxxx" MMC-ni təsis edərək həmin dövrdə Milli Məclisin deputatı olan X19 ilə Rusiya Federasiyasının müxtəlif zavodlarından yol təsərrüfatında istifadə edilən ağır texnikanın Azərbaycana idxalı ilə bağlı birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Elton Məmmədov onlara "xxxx" MMC ilə "xxxx" ASC və "xxxx" QSC arasında texnikanın alqı-satqısı ilə bağlı müqavilələrin bağlanması üçün həmin dövrdə ASC-nin sədri olmuş Cavid Qurbanova rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək onlardan 2012-ci ilin iyun ayında 1,4 milyon ABŞ dolları, 2014-cü ilin dekabr ayında 1,2 milyon ABŞ dolları, 2015-ci ilin avqust ayında isə 400.000 manat məbləğində pul almış, həmçinin 2012-ci ildə L.Bağırovaya məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən əmlak kompleksi alqı-satqı yolu ilə C.Qurbanovun yaxını X20 adına rəsmiləşdirilmişdir. Onlar həmin pul vəsaitlərini verə bilmək üçün "xxxx" MMC-nin adına "xxxx" ASC-dən, həmçinin "xxxx" ASC-dən kreditlər götürmüş, həmin kredit müqavilələri E.Məmmədovun tapşırıqları əsasında rəsmiləşdirilmiş, lakin E.Məmmədov ona verilmiş pulu heç kimə verməyərək ələ keçirmiş, bu səbəbdən göstərilən birgə biznes fəaliyyətində çətinliklər yaranmış və həmin kredit borcu üzrə ödənişlər olunmadığından onlara külli miqdarda ziyan dəymişdir. Daha sonra həmin banklar kredit borcu onun adına rəsmiləşdirildiyi üçün bu pulları ondan tələb etmiş, bununla bağlı məhkəmə qərarları qəbul edilmiş, hətta onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən də o, E.Məmmədovun işlədiyi Azərbaycan Milli Elimlər X5 binasına getmiş, onunla görüşməyə cəhd etsə də, sonuncu onu qəbul etməyərək söhbətdən yayınmışdır. O da orada olarkən məsələ barədə ondan maraqlanan şəxslərə hadisəni danışmış və ola bilər ki, bu zaman hansısa müxbirə də bunu söyləmişdir. Eyni zamanda, yaranmış vəziyyətdən çıxış yolu axtarmağa çalışmış, vəkil Aslan İsmayılovla müqavilə bağlamış, E.Məmmədovun ona qarşı etdiyi bütün hərəkətləri vəkilə danışmış, sonuncu da ondan xəbərsiz E.Məmmədovun hərəkətləri barədə “Turan” İnformasiya Agentliyinə məlumat vermişdir. Bununla bağlı həmin Agentliyin müxbiri onunla əlaqə saxlayıb danışmış, o da E.Məmmədovun 2012-ci il tarixdən etibarən onlara qarşı qanunsuzluq etdiyini və külli miqdarda əmlaklarını ələ keçirdiyini, onları müflis vəziyyətə saldığını bildirmişdir. Lakin o, 26 sentyabr 2023-cü il tarixdə www.turan.az internet səhifəsində dərc edilmiş “Nazir qardaşının adı çəkilən iş haqqda” adlı məqaləni sifariş verməmiş, hətta onun yayımlanmasından məlumatsız olmuşdur. Sadəcə olaraq həmin məqalə yayımlanan kimi vəkili Aslan İsmayılov bunu ona göndərmiş, o da öz növbəsində məqaləni Elton Məmmədovun telefonuna “WhatsApp” proqramı vasitəsilə atmışdır. O, Elton Məmmədova böhtan atmır, həqiqəti söyləyir və məsələnin belə vəziyyətdə də qalması ilə barışa bilməz. E.Məmmədovun törətdiyi əməllərlə bağlı Baş prokuroluğa da müraciət etmiş və orada araşdırma aparılaraq fakt öz təsdiqini tapmışdır. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında xüsusi ittihamçı X19 bildirdi ki, təqribən 2018-2021-ci illərdə Lyubov Bağırova və Elxan Bağırov ondan onlara maddi yardım etməyi üçün dost kimi müraciət etmişlər. O da uzun müddətli dostluq münasibətlərini nəzərə alaraq əmək fəaliyyəti nəticəsində əldə etdiyi əmlaklarından onlara təmənnasız əmlak vermişdir ki, satıb borclarını ödəsinlər və maddi imkanları düzəldikdən sonra qaytarsınlar. Barəsində şikayət etdiyi Lyubov Vladimirovna onlara göstərdiyi maddi və mənəvi köməyə görə ona hətta yazılı minnətdarlıqlarını da bildirmişlər. Lakin ilkin olaraq xahiş kimi edilən onların hərəkətləri sonralar hədə-qorxu ilə ondan pul tələb etmə ilə əvəzlənmişdir. Lyubov Bağırova təkidlə ondan əlavə borc pul tələb etməyə başlamış, tez-tez onun çalışdığı Azərbaycan Milli Elimlər X5 binasına və evinə gəlib belə hərəkətlərini davam etdirmişdir. O da ona pul verməyə imkanı olmadığını bildirdikdə, sonuncu onu guya o, onları müflis etmiş, pullarını mənimsəmiş hədəsi ilə hədələmiş, barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edəcəyini, ona böhtan atacağını söyləmişdir. Lakin o, bir ziyalı, dövlət qarşısında xidmətləri olan şəxs kimi dövlətə, qanunlara güvənərək onlara əhəmiyyət verməmiş, Elxan Bağırovun ailəsi ilə vaxtında dostluq etdiyindən Lyubov Bağırovaya qarşı şikayət etməmişdir. Bununla belə, L.Bağırova müxtəlif informasiya saytlarında, sonuncu dəfə isə 26 sentyabr 2023-cü il tarixdə “Turan” İnformasiya Agentliyinə məxsus www.turan.az internet səhifəsində “Nazir qardaşının adı çəkilən iş haqqda” adlı məqalə dərc etdirərək ona böhtan atıb onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu qəsdən alçatmaqla, dost tanışları arasında nüfuzunu aşağılamaqla, ağır cinayətdə ittiham etməklə öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Belə ki, məqalədə aşağıdakı hissədə onun onların biznesinə guya himayədarlıq etdiyi, buna görə bəxşiş, onların təəbirincə “şapka” almağı, onu qardaşı Ziya Məmmədova ötürdüyü qeyd edilir. Həmin hissə aşağıdakı kimi ifadə olunub: “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyuba Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu "xxxx" MMC-yə (2005-ci ildə yaradılıb) faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyada, "xxxx" ASC-də (Oryol vilayəti) Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə Cavid Qurbanovun rəhbərlik etdiyi "xxxx" ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən "xxxx" vasitəçilik edib. "xxxx" Nəqliyyat Nazirliyinin tərkibinə daxil olub. Sövdələşmə ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyuba Bağırovlar dövlət şirkətinin adı çəkilən rəhbəriylə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”, “Bu əhvalatda dəqiq yerinə yetirilən yeganə şey guya Nəqliyyat Nazirliyi və "xxxx" rəhbərlərinə çatdırılması üçün Bağır ovların deputat Elton Məmmədova pul (20%) verməsidir. Biznes dairələrində bu məbləğ “şapka” adlanır. Bu məqalə dərc olunan kimi, L.Bağırova onu dərhal onun mobil telefonuna “WhatsApp” proqramı vasitəsilə atmış və hələ bunun ardının gələcəyini demişdir. X4 şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan məlumatları yaymaqla ona böhtan atmış və onu təhqir etmişdir. Buna görə də onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmasını və ona həmin maddələrin sanksiyasının ən yuxarı həddində cəzanın təyin olunmsını xahiş edir. İş materiallarında olan: • 26 sentyabr 2023-cü il tarixdə “Turan” İnformasiya Agentliyinə məxsus www.turan.az internet səhifəsində dərc edilmiş “Nazir qardaşının adı çəkilən iş haqqda” adlı məqalənin bir hissəsində aşağıdakı məzmunda yazı var: “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyuba Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu "xxxx" MMC-yə (2005-ci ildə yaradılıb) faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyada, "xxxx" ASC-də (Oryol vilayəti) Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012- 2014-cü illərdə Cavid Qurbanovun rəhbərlik etdiyi "xxxx" ASC üçün yoltikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən "xxxx" vasitəçilik edib. "xxxx" Nəqliyyat Nazirliyinin tərkibinə daxil olub. Sövdələşmə ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyuba Bağırovlar dövlət şirkətinin adı çəkilən rəhbəriylə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub, -L.Bağırova Turan-a açıqlayıb. Bu əhvalatda dəqiq yerinə yetirilən yeganə şey guya Nəqliyyat Nazirliyi və "xxxx" rəhbərlərinə çatdırılması üçün Bağırovların deputat Elton Məmmədova pul (20%) verməsidir. Biznes dairələrində bu məbləğ “şapka” adlanır”. Həmin məqaləyə şəkil kimi rus dilində əl yazmalar əlavə olunub (İ cild, i.v.15-21); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/370 saylı rəyinə əsasən linqvistik ekspertizaya təqdim olunmuş material ümumilikdə mənfi məzmunlu olsa da, təhqiredici ifadələr işlədilməmişdir. X2 ilə bağlı neqativ məlumatın mövcudluğunu, məlumatda qanun və mənəvi normaların pozulmasına dair iddianın olmasını, faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımdan yanaşdıqda təqdim olunan mətndə işlənən bəzi ifadələrin (“himayədarlıq edib”, “məbləğin 20%-ni alıb”, “vəsaiti şəxsən Ziya Məmmədova verib”, “pulları birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb”, “bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”, “Bağırovların deputat Elton Məmmədova pul (20%) verməsidir”, “Biznes dairələrində bu məbləğ “şapka” adlanır”) əks etdirdiyi iddialar konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə X11 şərəf və ləyaqətini alçaldan, onu cəmiyyətdə nüfuzdan salan məlumatlar kimi qiymətləndirilməlidir. Aparılmış tədqiqatın dəyəri 220 manat təşkil edir (İ cild, i.v.129-134); • X7 Azərbaycan Respublikası Ali Məhkəməsinə, Məhkəmə-Hüquq Şurasına ünvanladığı müraciətlərində göstərilir ki, “.........Növbəti dəfə Elton Məmmədovun iş yerinin qarşısına gəldikdə və təkidlə onu qəbul etməsini tələb etdikdə yaxınlıqda olan “Turan” İnformasiya Agentliyinin əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etmişdir. Həmin müxbir ona bildirmişdir ki, artıq ikinci dəfədir ki, onu Elmlər Akademiyasının qarşısında uzun müddətlə dayandığının və əsəbləşdiyinin şahidi olub. Səbəbini soruşduqda o əsəbi halda Elton Məmmədovun onları aldadaraq şirkəti "xxxx" MMC-nin pulunu aldığını və geri qaytarmaq istəmədiyini bildirib. Bundan sonra o müxbirlə vəkili Aslan İsmayılovun ofisinə getmiş və o səsini hüquqmühafizə orqanlarına və aidiyyəti orqanlara çatdırmaq üçün müxbirlə söhbət etmiş, lakin onun öz saytlarında material dərc edəcəyindən məlumatı olmamışdır” (İ cild, i.v.117-127); • X13 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, o, B.L.Vladimirovna ilə xx.xx.2023-cü il tarixdə hüquqi yardım haqqında müqavilə bağlayaraq E.Məmmədov tərəfindən onlara qarşı edilmiş dələduzluq əməli ilə əlaqədar hüquqi yardımı göstərməyi öz üzərinə götürmüşdür. Lakin, uzun müddət lazımi tədbirlər görülmədiyindən o, “X17” MMC-yə müraciət edərək E.Məmmədovun L.B.Vladimirovna və onun əri Elxan Bağırova vurduğu zərərlə bağlı müsahibə vermiş, L.B.Vladimirovnanın həmin müsahibədən ümumiyyətlə xəbəri olmamışdır. Yalnız jurnalistlə söhbət zamanı dediklərinin doğruluğunu təsdiqləmək üçün L.B.Vladimirovnaya zəng edib soruşa biləcəyini söyləmişdir. Beləliklə, L.B.Vladimirovna müsahibə olduğundan xəbərsiz şəkildə sadəcə ona yönəlmiş sualları cavablandırmışdır (İ cild, i.v.148); • “X17” MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 13 may 2024-cü il tarixli, 587 saylı məktubunda vurğulanır ki, Elton Məmmədov şikayətində iddia edir ki, Elxan və Lyubov Bağırovlar “Turan” İnformasiya Agentliyinin turan.az saytında dərc olunan məqalənin sifarişçiləridir. Bu həqiqətdən uzaq iddiadır, belə ki, həmin adamlar agentliyin saytında dərc olunan heç bir məqalənin heç vaxt sifarişçiləri olmayıblar. Bağırovlar ailəsi və Elton Məmmədov arasında baş verən münaqişə ilə bağlı məhkəmə prosesi barədə agentliyə ilk məlumatı vəkil Aslan İsmayılov verib. Daha sonra məqaləni yazmaq üçün tərəflərin fikirləri öyrənilmişdir. Agentliyin müxbiri hərtərəfli və obyektiv məlumat alınması üçün L.Bağırova, onun vəkili A.İsmayılov, habelə E.Məmmədovun vəkili Müdafiəçi1la söhbətlər edib, sonuncu E.Məmmədovun sözlərini agentliyə çatdırıb. Peşə-etika standartlarının və “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq adları çəkilən şəxslərin mövqeləri agentliyin dərc etdiyi məqalədə özünün əksini tapıb. Yazı dərc edildikdən sonra məqaləyə aidiyyəti olan şəxslərdən heç biri Agentliyə orada yazılanlarla bağlı xahiş və ya iddia ilə müraciət etməyib (İİ cild); • “X17” MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 27 may 2024-cü il tarixli, 593 saylı məktubunda göstərilir ki, 26 sentyabr 2023cü il tarixində turan.az saytında müəllifi Kamal Əli olan “Nazir qardaşının adı çəkilən iş haqqda” sərlövhəli məlumat dərc olunub. Bağırovlar ailəsi və Elton Məmmədov arasında baş verən münaqişə ilə bağlı agentliyə ilk məlumatı vəkil Aslan İsmayılov verib. Daha sonra məqaləni yazmaq üçün tərəflərin fikirləri öyrənilib. Məlumatın müəllifi yazını hazırlayan zaman bəzi məsələləri dəqiqləşdirmək üçün telefon vasitəsi ilə L.Bağırova ilə danışıb. Bundan başqa, müəllif Elton Məmmədovun vəkili Müdafiəçi1la telefon söhbətini edib və sonuncu E.Məmmədovun mövqeyini agentliyə çatdırıb. X33, nə də Agentliyini təmsil edən başqa bir şəxs məlumat hazırlandığı, dərc edildiyi andan etibarən və sonradan bu günə qədər L.Bağırova ilə şəxsən görüşməyib. L.Bağırova “Nazir qardaşının adı çəkilən iş haqqda” məlumatının müəllifi deyil, onu sifariş etməyib və turan.az saytında yerləşdirməyib (İİ cild); • Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru X24 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Bağırova Lyubov X1 ona qarşı qanunsuz hərəkətləri barədə müraciəti üzrə göstərdiyi cinayət xarakterli hallar mötəbər sübutlarla təsdiq edilmədiyindən, həmçinin tərəflər arasında maddi xarakterli tələblərlə əlaqədar mülki qaydada məhkəmə mübahisələri mövcud olduğundan toplanmış 02/2- 105c-24 saylı material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi (cinayət hadisəsi olmadıqdan) əsasən cinayət işinin başlanması rədd edilmişdir (İİ cild); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X9 dair əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur (İ cild, i.v.110). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxs X9 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, onun bu əməllərin törətməsi özü tərəfindən inkar edilsə də, xüsusi ittihamçının ifadəsi, təqdim edilmiş məqalə, ekspert rəyi və məhkəmədə tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan digər mötəbər sənədlərlə tam sübuta yetirilir. Bu sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, 26 sentyabr 2023-cü il tarixdə “Turan” İnformasiya Agentliyinə məxsus www.turan.az internet səhifəsində dərc edilmiş “Nazir qardaşının adı çəkilən iş haqqda” adlı məqalədə X7 açıqlanması kimi göstərilən “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyuba Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu "xxxx" MMC-yə (2005-ci ildə yaradılıb) faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyada, "xxxx" ASC-də (Oryol vilayəti) Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə Cavid Qurbanovun rəhbərlik etdiyi "xxxx" ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən "xxxx" vasitəçilik edib. "xxxx" Nəqliyyat Nazirliyinin tərkibinə daxil olub. Sövdələşmə ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyuba Bağırovlar dövlət şirkətinin adı çəkilən rəhbəriylə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub” məzmunlu yazıda işlədilən “vəsaiti şəxsən Ziya Məmmədova verib”, “pulları birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb”, “bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub” kimi ifadələr X11 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, habelə “himayədarlıq edib”, “məbləğin 20%-ni alıb” kimi ifadələr yayılmaqla sonuncunun külli miqdarda rüşvət almaqda ittiham etməklə böhtan atılmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/370 saylı ekspert rəyi ilə təsdiq olunur ki, yuxarıda göstərilən ifadələr şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatlardır. X7 məhkəmədə verdiyi ifadəsində bu məqalədən xəbərsiz olduğu, onu vəkili Aslan İsmayılov tərəfindən yayıldığını desə də (bunu A.İsmayılov məhkəməyə ünvanlanmış ərizəsində də göstərir), “Turan” İnformasiya Agentliyinin müxbirinin bu məsələ ilə bağlı onunla danışıb fikrinin öyrənməsinin söyləməsi ona dəlalət edir ki, L.Bağırova daha öncədən belə məzmunlu məqalənin dərc olunacağından məlumatlı olmuşdur. Hətta, iş materiallarında olan onun müxtəlif orqanlara ünvanladığı müraciətlərində (Azərbaycan Respublikası Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və s.) qeyd olunur ki, o, Elton Məmmədovun iş yerinin qarşısında olan zaman “Turan” İnformasiya Agentliyinin əməkdaşı ilə danışmış, daha sonra müxbirlə vəkili Aslan İsmayılovun ofisinə gedib səsini hüquqmühafizə və aidiyyəti orqanlara çatdırmaq üçün müxbirlə söhbət etmişdir. Göründüyü kimi, qeyd olunan məqalədə xüsusi ittihamçıya qarşı işlədilən ifadələrin L.Bağırovaya məxsus olması və onun istəyi ilə yayılması heç bir şübhə doğurmur. Çünki, o, belə fikirləri məhkəmə istintaqında da səsləndirmiş, eyni zamanda bu onun məhkəməyə daxil olmuş çoxsaylı müraciətlərində də əks olunub. Həmçinin, məqaləyə əlavə edilmiş rus dilində olan əl yazmaları da belə nəticəyə gəlməyə əsas verir ki, bu məlumatlar L.Bağırova tərəfindən təqdim edilib. Əgər L.Bağırova həqiqətən də bu məqalənin nəşr olunmasını arzu etməmişsə, o zaman hansı səbəbə görə dərhal məqalədən sonra bunu yaymış media subyektinə müraciət edib öz etirazının bilmirməməsi sual doğurur (bunun etməməsi “X17” MMC-nin 13 may 2024-cü il tarixli, 587 saylı məktubunda göstərilir). Əksinə olaraq, məqalə dərc olunduqdan sonra bunu xüsusi ittihamçının telefonuna “WhatsApp” proqramı ilə göndərməklə onun bu işdə olmasını təsdiq edir. Məqalədə diffamasiya kimi qəbul edilən bu fikirlərin məhkəmə araşdırması zamanı hər hansı mötəbər dəlillərlə təsdiq olunmaması xüsusi ittihamçıya qarşı böhtan cinayətinin törədildiyini təsdiq etmiş olur. Belə nəticəyə gəlinməsi, həmçinin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda da göstərilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs L.Bağırova tərəfindən məhkəmədə verilmiş ifadəsinə və onun müdafiəsi üçün gətirilmiş digər dəlilə qiymət verərək hesab edir ki, onlar şəxsin cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədinə xidmət edir, müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa, 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiһam etməklə böһtan atmağa görə cinayət məsuliyyətini müəyyən etmişdir. Bu Məcəllənin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 311.3-cü maddəsinə görə bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 311.3.3-cü maddəsində “külli miqdar” dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür, məqalədə göstərilən məbləğlərdə isə söhbət bir neçə milyon dollar və manatdan gedir). Cinayət Məcəlləsinin 15.4-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatı baxımından ağır cinayətlər kateqoriyasına aiddir. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərində təqsirkarın qəsdi zərər çəkmiş şəxsin şərəf və ləyaqətinin ləkələyən və ya onu nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərər çəkmiş şəxs müəyyən edir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti etibarı başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi xüsusi ittihamçı X19 2000-2015-ci illərdə Milli Məclisin deputatı olmuş, ölkə Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, L.Bağırovanın əlində heç bir mötəbər sübutu olmadan X11 şərəf və ləyaqətini ləkələyən, cəmiyyət qarşısında, o cümlədən kollektivdə və dostlarının əhatəsində nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla, o cümlədən onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulan ağır cinayətdə ittiham etməklə sonuncuya böhtan atması kimi qiymətləndirilməli və onun bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə tövsif edilməlidir. BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, habelə Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində müvafiq olaraq hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə hesab edir ki, X7 Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməllərinə görə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X7 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, yaşını nəzərə alaraq hesab edir ki, X3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın aşağı həddlərinə uyğun cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, X9 təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin olunmalıdır. X6 təyin edilmiş cəzanı iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 200 manat pul X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Bununla belə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X16 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla sonuncunun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun hərəkətlərində bu maddənin tərkibinin olması sübuta yetirilməmişdir. Cinayət Məcəlləsinin 148-ci maddəsi təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə məsuliyyət müəyyən edir. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayşdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərər çəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında məhkəmələrə tövsiyə edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. İş üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/370 saylı ekspert rəyində qeyd olunur ki, linqvistik ekspertizaya təqdim olunmuş material ümumilikdə mənfi məzmunlu olsa da, təhqiredici ifadələr işlədilməmişdir. Göründüyü kimi, 26 sentyabr 2023-cü il tarixdə www.turan.az internet səhifəsində dərc edilmiş “Nazir qardaşının adı çəkilən iş haqqda” adlı məqalədə xüsusi ittihamçı Elton Məmmədovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, yəni təhqir halları müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə şəxsin təqsirli olunduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Bu Məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messegue və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, “X28rşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.4-cü maddə); • bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır (42.2.4-cü maddə); • Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1-ci maddə); • Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, həmçinin X16 barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır və hal-hazırda da onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) ay müddətinə, həmin Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq X9 təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq aylıq qazancının 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. X16 cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. X8 ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə üzrə bəraət verilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ _________________________________________________________________________________ ___ AZ 1102, Bakı şəhəri Tel.: (+99412) 431-14-77 A.Məhərrəmov küçəsi, 15 Faks: (+99412) 431-02-05 https://courts.gov.az/az/nasimi Elektron ünvan 31 may 2024-cü il № 1(006)-24/2019 Xüsusi ittihamçı: X14 (Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Məmmədyarov Bul küçəsi, ev 5Q, mənzil 08) Təqsirləndirilən şəxs: X15 (Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 93) Müdafiəçi: X12 (Bakı şəhəri, M.Qaşqay küçəsi 24) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(006)-47/2024 saylı hökmü və qərarının bir nüsxəsi məlumat üçün göndərilir. Qoşma: 7 vərəq, 1 nüsxə Hakim Babək Pənahov Bu əhvalatda dəqiq yerinə yetirilən yeganə şey guya Nəqliyyat Nazirliyi və "xxxx" rəhbərlərinə çatdırılması üçün Bağırovların deputat Elton Məmmədova pul (20%) verməsidir. Biznes dairələrində bu məbləğ “şapka” adlanır”.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar