Məhkəmə qərarları › İş №1(006)-470/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-470/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-470/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “PRO BONO” vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində doğullmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki o, 31 mart 2024-cü il tarixdə saat 21 radələrində şəxsiyyəti istintaqa məlum olmayan tanışları “Həmid" və “Məhəmməd" adlı şəxslərlə birlikdə ünvan 2 ünvanın qarşısında olarkən orada skamyada əyləşmiş Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib sonuncunu söhbətlərini davam etdirmək adı ilə ünvan 3 ünvanda yerləşən “Qara Qarayev" adına parka dəvət edib piyada qeyd olunan ünvanın qarşısına çatdıqda ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən “Həmid" və "Məhəmməd” adlı şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, ilkin olaraq “Həmid" və “Məhəmməd" adlı şəxslər xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs zor tətbiq edib yumruq və təpik zərbələri ilə qəsdən sonuncunun bədən nahiyələrindən vurmaqla ona alt çənə sümüyünün sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, o isə üzərində olan istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən sonuncunun sol ayaq nahiyəsindən bir dəfə vuraraq ona sol budun deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində tanışları ilə birlikdə gəzmək məqsədilə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Malakan bağı" adlanan parka getmişdir. O, mütəmadi olaraq hər həftə gəzmək məqsədilə həmin parka gedir. O, həmin əraziyə gedib gəzərkən tanış olduğu Həmid və Məhəmməd adlı şəxsləri həmin tarixdə də Malakan bağında görmüşdür. Bundan sonra Elşad adlı dostu da oraya gəlmiş və onlar Həmid və “Maqa" ləqəbli Məhəmmədə yaxınlaşaraq söhbət etməyə başlamışdırlar. Həmin vaxt onlar əvvəllər tanımadıqları cavan bir oğlanın parkda olan oturacaqlardan birinin üzərinə ayağını qoyaraq oturduğunu görmüşdürlər. Onlar həmin şəxsə yaxınlaşaraq ayağını oturacağa qoymamasını, orada oturarkən paltarlarınızın bulaşacağını, həmçinin kənardan keçən şəxsləri narahat etdiyini bildirmişdirlər. Həmin şəxs isə onlara yaxşı elədiyini bildirmişdir. Onlar həmin şəxsə,-"necə yəni?"-, dedikdə həmin şəxs ayağa qalxaraq onun qolundan tutub,-“gəl sənə deyəcəm necə!”-, demişdir. Bu zaman Həmidlə Məhəmməd həmin şəxsə,-“gəl gedək Qarayev parkına orda biz də sənə deyəcəyik"-, demiş və onlar Bakı şəhəri Nəsimi rayonu Bül-bül prospektində “Nizami" kinoteatrının yaxınlığında yerləşən “Qara Qarayev" adına parka getmişdirlər. Onlar həmin parka gedərkən yolda onlara tanışları olan Xamiz adlı şəxs və digər adını bilmədiyi digər şəxs də qoşulmuşdurlar. Onlar “Qara Qarayev" adına parkda olarkən o, Həmid və Məhəmməd həmin şəxslə söhbət etməyə başlamış, Elşadla digər şəxslər isə biraz kənarda dayanmışdırlar. Bu zaman Məhəmməd həmin şəxsin sifət nahiyəsinə yumruq zərbəsi endirmişdir. Ardınca isə Həmid həmin şəxsin sifət nahiyəsinə yumruq zərbəsi endirmiş və həmin şəxs zərbənin təsirindən yerə yıxılmışdır. Həmidlə Məhəmməd həmin şəxsi yerdə təpikləməyə başlamışdırlar. Həmin vaxt Elşad, Xamiz və digər adını bilmədiyi şəxs kənarda dayanıb baxmışdırlar. Onlar oradan uzaqlaşıb getmək istədikdə həmin şəxs ayağa qalxaraq üzərlərinə gəlmiş və söyüş söyməyə başlamışdır. Bu zaman Həmid həmin şəxsin çənəsindən bir yumruq zərbəsi endirmişdir. Həmin şəxs də arxa-arxaya gedərək səndələmiş və onun üzərinə gəlməyə və onu təhqir etməyə başlamışdır. Bu zaman o, həmin şəxsi itələmiş və üzərində olan bıçaqla həmin şəxsin ayağına bir dəfə zərbə endirmişdir. Bundan sonra o, qorxub bıçağı həmin parkda olan zibil qutusuna atmış və həmin ərazidən qaçıb uzaqlaşaraq Malakan bağına getmişdir. Bundan sonra Həmidlə Məhəmməd oradan çıxıb getmişdirlər. Lakin o, Elşadla orada qalmışdır. Bir müddət sonra həmin döyülən şəxs də Malakan bağına gəlmiş, o və Elşad həmin şəxslə biraz söhbət etmiş və yaxşı olub- olmadığını soruşmuşdurlar. Həmin şəxs onlara yaxşı olduğunu bildirdikdə onların hərəsi oradan öz evlərinə getmişdirlər. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, həmin şəxslə “söhbət" etmək məqsədilə tanışları ilə birlikdə Qara Qarayev adına parka getmişdir. Onun əvvəlcədən həmin şəxsi vurmaq fikri olmamışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. O, hadisə zamanı əlindən cuzi sıyrıq xəsarəti almışdır. Ola bilər ki, hadisə zamanı kiminsə əli onun əlinə dəymişdir. Lakin o, tibbi ekspertizadan keçməkdən imtina edir. O, həmin bıçağı təxminən 02 ay bundan əvvəl Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kolorit" restoranının yaxınlığındakı ağ rəngli köşkdən 8 manata almışdır. O, həmin bıçağı hər hansı bir problem yaranarsa özünü müdafiə etmək məqsədilə gəzdirmişdir. O, həmin bıçağı ilk dəfə idi istifadə etmişdir, əvvəllər o, bıçaqdan istifadə etməmişdir. O, zərərçəkmiş Zərərçəkmiş şəxs "gördün, soxdum sənə" ifadəsini işlətməmişdir. O, Zərərçəkmiş şəxs yalnız ayaq nahiyəsindən bir dəfə bıçaqla xəsarət yetirmişdir, bundan başqa o, Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Əvvəllər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla onun arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. O, həmin şəxsi əvvəllər tanımamışdır. O, hadisə zamanı istifadə etdiyi cib bıçağını elə hadisə yerinin yaxınlığındakı zibil qutusuna atmışdır. Həmin yeri göstərə bilər. Hadisə zamanı onun istifadə etdiyi bıçaq qara rəngli qatlanan cib bıçağı olmuşdur. Həmin bıçağın ölçüləri barədə dəqiq heçnə deyə bilmir. Həmin vaxt dava-dalaşa ətrafdan heç kim müdaxilə etməmişdir. O, hadisə zamanı ətrafda insanların toplaşıbtoplaşmadığına fikir verməmişdir. O, “Elşad”, “Həmid", “Xamiz" və adını bilmədiyi digər tanışının anket məlumatlarını və ya istifadə etdikləri mobil telefon nömrələrini bilmir. O, sadəcə “Məhəmməd" adlı tanışının Bayıl qəsəbəsində yerləşən “Dünya” adlı mağazanın arxasındakı evdə yaşadığını bilir. Məhəmmədin mobil telefon nömrəsi onun mobil telefonunun zənglər siyahısında olmalıdır. O, Zərərçəkmiş şəxs üzərindəki cib bıçağı ilə bir dəfə ayaq nahiyəsindən zərbə endirmişdir. Bundan başqa o, Ağasifə heç bir zərbə endirməmişdir. Məhəmməd adlı şəxs və Həmid adlı şəxsin hər ikisi də Ağasifin baş nahiyəsindən zərbə endirmiş və Ağasifı yerdə təpikləmişdirlər. Həmçinin Məhəmməd adlı şəxsin əlavə olaraq Ağasifin çənəsindən də bir dəfə yumruq zərbəsi endirdiyini görmüşdür. O, 04 aprel 2024-cü il tarixli ifadəsində qorduğu və özünü müdafiə etmək istədiyi üçün ifadəsində bəzi xüsusatları bir qədər fərqli bildirmişdir, lakin hazırda əməlindən peşmandır və hazırda verdiyi ifadə tam olaraq doğruları əks etdirir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Zəhra adlı tanışı ilə görüşmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, “Malakan bağı” adlanan parka gedib oradakı oturacaqların birində əyləşmişdir. O, əynindəki paltarlarının ləkələnməməsi üçün həmin oturacağa ayaqlarını qoymuşdur. Bundan təxminən 1 saat sonra onun yaxınlığında dayanmış tanımadığı 3-4 nəfər ona yaxınlaşaraq,-“burada belə oturma! Camaatın anası-bacısı var, düz otur!"-, demişdirlər. O, isə həmin şəxslərə,-“ buradakı sakit oturmuşam, heç kimi təhqir etmirəm, heç bir yerim açıqda qalmayıb, siz özünüz bayaqdan uca səslə söyüş söyürsünüz onda camaatın anası-bacısı eşitmir?"-, demişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və həmin şəxslər onu “söhbət" etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu. Bül-bül prospekti, “Nizami" kinoteatrının yaxınlığında yerləşən “Qara Qarayev" parkına dəvət etmişdirlər. Onlar təxminən 10 dəqiqə sonra həmin parka çatmışdırlar. Onlar parka çatdıqda həmin tanımadığı şəxslər artıq 5-6 nəfər olmuşdur. Həmin şəxslərdən ikisi onun qarşısına keçmiş və o, həmin şəxslərlə söhbət edərkən həmin şəxslərdən biri ona sol çənə nahiyəsindən bir dəfə yumruq zərbəsi endirmişdir. O, özünü müdafiə etmək istəyərkən digər şəxs onun sifətinin sağ nahiyəsindən bir yumruq zərbəsi də endirmiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. O, yerdə olarkən həmin tanımadığı 5-6 nəfər şəxs onu təpikləməyə başlamışdırlar. Çox sayda təpik zərbələri onun bədəninin müxtəlif nahiyələrinə, əsas da baş və qarın nahiyələrimə dəymişdir. Həmin şəxslər geriyə çəkildikdə o, ayağa qalxaraq onlara,-“kişisizsə tək-tək gəlin!"-, demişdir. Bu anda həmin şəxslərdən biri ona tərəf gəlmiş və o, həmin şəxslə əlbəyaxa olduqda həmin şəxs əlində olan qara rəngli bıçaqla onun sol ayaq nahiyəsinə bir dəfə zərbə endirməklə xəsarət yetirmişdir. Bundan sonra həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışdırlar. Bundan sonra o, Bakı şəhəri, Səbail rayonu, “Malakan bağı” adlanan ərazidə yerləşən “Pepsi" marketə öz tanışlarının yanına getmişdir. Həmin marketdə işləyən tanışı Elvar adlı şəxsə hadisəni danışmış və o, oradan getmək istəyərkən Elvar onu getməyə qoymamış və həmin ərazidə xidmət aparan polis əməkdaşlarından ona köməklik etmələr ni xahiş etmişdir. Bundan sonra polis əməkdaşları ona köməklik etmiş və Bakı şəhər Nəsimi RPİ-nin 22-PŞ-nin əməkdaşları hadisə yerinə gəlmişdirlər. Hadisə yerinə baxışdan sonra o. hadisə zamanı yaralandığını polis əməkdaşlarına bildirmiş və polis əməkdaşları onu dərhal Bakı şəhəri 1 saylı X3 aparmışdırlar. Orada müayinə olunduqdan sonra isə o, yaşadığı evə getmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə nəticəsində xəsarət almışdır və Bakı şəhər Nəsimi RPİ-nin 22-PŞ-nin təhqiqatçısı Orxan Mirzəyev tərəfindən ona ekspertizadan keçmək üçün qərar verilmişdir, o ekspertizadan keçmək istəyir. O, sol bud nahiyəsindən bıçaqla, baş nahiyəsindən və sol əlindən isə yumruq və təpik zərbələri nəticəsində müxtəlif dərəcəli xəsarət almışdır. Hətta müayinə zamanı ona alt çənə sümüyünün çatladığı da məlum olmuşdur. O, həmin şəxsləri tanımır, heç bir zaman da görməmişdir. Onun heç kimlə düşmənliyi və ya ədavəti yoxdur, heç bir zaman da olmamışdır. O, orada özünü müdafiə etməyə çalışsa da buna nail ola bilməmişdir. Oradakı şəxslərdən heç birinə də xəsarət yetirməmişdir. O, hadisəni kənardan kimin görüb görmədiyini tam dəqiq xatırlamır, sadəcə olaraq xatırlayır ki, həmin şəxslər hadisə yerindən qaçaraq uzaqlaşdıqdan sonra tanımadığı bir nəfər qara dərili olan şəxs ona yaxınlaşaraq yaxşı olub-olmadığını soruşmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona minimum həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Təqsirləndirilən şəxsla tanış olmuş və onların bu səbəbdən münasibətləri yaranmışdır. O, “malakan'' bağı adlanan ərazinin yaxınlığında yaşadığından tez-tez “malakan" bağı parkında tanışları ilə görüşür. xx.xx.2024-cü il tarixdə axşam saatlarında malakn bağına getmişdir. Orada Təqsirləndirilən şəxs da dax İ olmaqla bir çox tanışları ilə görüşmüş və uGo” adlı içki içməyə başlamışdır. Həmin anda Təqsirləndirilən şəxs artıq orada olmuşdur. Bir neçə dəqiqə sonra o, kənarda oturmuş tanımadığı bir nəfər şəxslə Kərim və ətrafında olan 4-5 nəfərin sözləşdiyini görmüşdür. Daha sonra həmin şəxslər “söhbət” etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, “Nizami" kinoteatrının yaxınlığında yerləşən “Qara Qarayev" parkı istiqamətində gedməyə başlamışdırlar. O və orada olan digər tanışları ilə görüşərkən Kərimlə həmin tanımadığımız şəxsin mübahisə etdiyini, həmçinin “Həmid" və “Məhəmməd" adlı şəxslərin də orada olduğunu görmüşdür. O həmin şəxslərdən bir qədər kənarda dayanmışdır. Həmin zaman dayandığı yerdən həmin tanımadığı şəxslə Kərim, Həmid və Məhəmmədin dalaşdığını görmüşdür. Lakin tam dəqiq olaraq kimin kimi vurduğunu görə bilməmişdir. Bundan bir neçə dəqiqə sonra orada hamının qaçmağa başladığını görmüş və tam dəqiq nə baş verdiyini bilmədən o da “malakan” bağı istiqamətində qaçmağa başlamışdır. “Malakan" bağı adlanan əraziyə çatdıqdan sonra Kərim, Həmid və Məhəmmədlə dalaşmış həmin şəxsin də oraya gəldiyinigörmüş və həmin zaman həmin şəxsin bıçaqlandığını anlamışdır. Daha sonra həmin şəxsə polis əməkdaşları yaxınlaşmışdırlar və həmin şəxsi sorğu-sual etməyə başlamışdırlar. O isə öz tanışları ilə orada gəzməyə davam etmişdir. Həmin zamandan sonra o Kərim, Məhəmməd və Həmidi birdaha görməmiş və həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, o Kərim, Məhəmməd və Həmidin zərərçəkmişlə dalaşdığını kənardan görmüşdür amma qeyd etdiyi üzrə kimin kimi vurması və ya günahın kimdə olması barədə heçnə görə bilməmişdir. Onun bu barədə məlumatı yoxdur. O, oraya getdikdə Kərim artıq orada olmuşdur. 0, orada olan tanışlarının çoxunuüzdən tanıyır, bu səbəbdən də Həmid və Məhəmməd adlı şəxslərlə yaxın münasibəti olmamışdır. Həmin şəxsləri sadəcə olaraq adları ilə tanımışdır. O, zərərçəkmişlə heç sözlü mübahisə belə etməmişdir. O, zərərçəkmişə heç bir zərbə endirməmiş, o həmin hadisə zamanı sadəcə kənarda dayanmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 663 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - çənə sümüyü sınığı bərk küt əşyanın təsirindən, sol budun deşilmiş-kəsilmiş yarası deşici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün X4 PHŞ-yə müraciət etdiyi tarixdən bir qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən alt çənə sümüyünün sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol budun deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN- nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1; 181.2.3; 181.2.5; 29. 177.2.1; 177.2.3; 29. 232.1; 177.2.1; 177.2.3; 29. 177.2.1; 29, 177.2.2; 29, 177.2.3 69.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, barəsində 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alınmamış, xx.xx.2024cü il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 il 05 ay 16 gün təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-148/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” vəkil bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-74/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il, 05 ay, 16 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, 01 il, 02 ay, 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” vəkil bürosunun vəkili Nümayəndə ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar