Məhkəmə qərarları › İş №1(006)-471/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-471/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-471/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 və onun nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 və onun müdafiəçisi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X15 "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Kreditlərin Bərpası Departamenti, Əmlak Satışı Şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyirəm. Nəsimi Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli 2(006)-2177/2016 saylı qətnaməsi ilə X8 "xxxx" ASC-nin xeyrinə ümumilikdə cəmi 38.838 (otuz səkkiz min səkkiz yüz otuz səkkiz) ABŞ dollarının tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 14 saylı evin 47 nömrəli mənzilinə yönəldilməsi, mənzil satıldıqdan sonra X10 ən geci bir ay ərzində həmin evdən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamənin icrası qaydasında hərrac keçirilmiş, hərrac təşkilatının hərracın yekunları barədə 08 dekabr 2017-ci il tarixli 106/2 saylı protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olmuş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 14 saylı evin 47 nömrəli mənzili "xxxx" İKB ASC-nin (hazırkı "xxxx" ASC) mülkiyyətinə keçmiş, bu barədə daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 17 iyul 2018-ci il tarixli ******* nömrəli çıxarış alınmışdır. Daha sonra qeyd olunan qətnamənin icrası qaydasında əmlakın boşaldılması ilə bağlı Nəsimi rayon icra şöbəsi tərəfindən mənzilin boşaldılaraq Banka təhvil verilməsi üçün icra tədbiri təyin edilmiş, 24 iyul 2023-cü il tarixdə məcburi icra tədbirlərinin nəticəsi otaraq Bakı şəkəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 14 saylı evin 47 nömrəli mənzili boşaldılaraq Banka təhvil verilmişdir və bu barədə 24 iyul 2023-cü il tarixli akt tərtib edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 14 saylı evin 47 nömrəli mənzil 28 iyul 2023-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2. Qeyd olunan mənzilə dair alqı-satqı rəsmləşdirilməzdən əvvəl, yəni 27 iyul 2023-cü il tarixdə X16 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə ərizə itə müraciət edərək 26 iyul 2023-cü il tarixdə Banka olan kredit borcunu ödədiyini, əvvəllər ona məxsus olmuş, hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin X3 xahiş etmiş, həmçinin müraciətdə əlavə olaraq bildirmişdir ki, bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı heç bir iddia və tələbi olmayacaq, onun tərəfindən hər-hansı bir neqativ hallar baş verərsə məsuliyyət daşıyır. Bundan başqa, X18 və X16 tərəfindən birgə tərtib olunmuş ərizədə A.Ə.Nəsirov qeyd etmişdir ki, əvvəllər X13 məxsus ünvan 2 ünvanında yerləşən 47 saylı mənzili "xxxx" Açıq Səhmdar Cəmiyyətindən satın aldığı üçün X13 48.983 (qırx səkkiz min doqquz yüz səksən üç) manat məbləğində halallıq və şirinlik məqsədi ilə verdiyini, həmin ərizədə də Elçin Qocayev isə yuxarıda yazılanlarla razı olduğunu, 48,983 (qırx səkkiz min doqquz yüz səksən üç) manat məbləğin şirinlik və halallıq məqsədi ilə X11 qəbul etdiyini bildirmişdir. Həmçinin, qeyd olunan mənzilə dair alqı-satqı rəsmləşdirilməzdən əvvəl, yəni 27 iyul 2023-cü il tarixdə X16 Notariat Ofisinə ərizə ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətində kredit öhdəliyinə təminat olaraq girov qoyduğu, hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" İKB ASC) məxsus olan (reyestr nömrəsi; **********57-05101-093012) ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin X4 etiraz etmədiyini, gələcəkdə göstərilən mənzil barəsində heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. X5, yalan olduğunu bilə-bilə Cavid Cavadov barəsində tamamilə əsassız olaraq, müxtəlif qurumlara böhtan xarakterli müraciətlər etməklə və mənim barəmdə həqiqətdən kənar, mənim nüfuzuma və peşəkar fəaliyyətimə zərbə vuran, məni nüfuzdan salmağa yönəlmiş böhtan xarakterli məlumatları internet informasiya ehtiyatında yaymışdır. Belə ki, X16 Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurora, X20, Ədliyyə Nazirinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədrinə ünvanladığı 28 iyul 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə Bankın, Nəsimi rayon icra Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ona məlumat verilmədən onun mənzili boşaldılmış, əsassız otaraq bildirmişdir ki, Banka 67.000 borcu olduğu halda Banka 76.000 manat, 2.983 manat 166 Yükdaşıma Xidmətinə, 5.000 manat icra məmurlarına, 1000 manat Hərrac Xidmətinə vəsait ödəməyə məcbur edilmişdir. Bunula bağlı bildirirəm ki, məcburi icra tədbiri ilə bağlı X16 icra məmurları tərəfindən rəsmi qaydada məlumatlandırılmış, ondan Banka olan borcundan əlavə heç bir məbləğ alınmamışdır. Həmçinin, X6 Təhlükəsizlik Xidmətinə, Baş Prokurora, X20, Mərkəzi Bankın sədrinə ünvanladığı 10 avqust 2023-cü il tarixli ərizəsində əsassız olaraq və böhtan atmaq məqsədilə göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 14 ünvanında yerləşən 47 saylı mənzilin alqı-satqısı məqsədilə "xxxx" ASCnin əməkdaşı olaraq məni dələduzluqda ittiham etməklə, "xxxx" ASC-də ona məxsus olan şəxsi hesabdan 34.000 manat məbləğində vəsaiti götürməkdə məni ittiham etmişdir. Bununla bağlı isə bildiririk ki, yuxanda qeyd olunan 27 iyul 2023-cü il tarixli ərizədə də qeyd olunduğu kimi ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin X18 tərəfindən alınması zamanı şirinlik və halallıq məqsədilə X25 Qocayevlə birlikdə "xxxx" ASC-də onun adına hesab açdıraraq Ayaz Nəsirov tərəfindən yuxarıda qeyd olunan məqsədlə həmin hesaba 34.000 manat vəsait yatırılmışdır, lakin sonradan Elçin Qocayev şirinlik və halallıq məqsədilə Ayaz Nəsirovdan 40.000 manat, eyni zamanda banka olan qalıq borcunun ödənilməsi üçün 8.983 manat tələb etmişdir. Bu səbəbdən də "xxxx" ASC-də Elçin Qocayevin hesabında olan 34.000 manat məbləğində vəsait həmin gün Ayaz Nəsirov tərəfindən çıxarılmış və Elçin Qocayevin tələb etdiyi ümumilikdə cəmi 48.983 manat Ayaz Nəsirov tərəfindən Elçin Qocayevə təhvil verilmişdir. Bu hal 27 iyul 2023-cü il tarixli ərizə ilə öz təsdiqini tapır. Elçin Qocayev də zənn etmişdir ki, 27 iyul 2023-cü il tarixdə Ayaz Nəsirovdan 48.983 manat məbləğində vəsait aldıqdan sonra "xxxx" ASC-də hesabda olan 34.000 manat məbləğində vəsaiti də götürəcək və nəticədə qazanc əldə edəcək. Daha sonra, X16 özünə məxsus “twitter” hesabında "xxxx"ın həyasızlığı görün hansı həddə çatıb! 166-nın daşınmasına məndən 4.200 AZN istəyir, sanki xahiş etmişdim” məzmunlu paylaşım etmişdir. Bundan başqa, X16 özünə məxsus “twitter” hesabında “sənədləri paylaşmaqla dələduzlar cəzasız qalmamalıdırlar” məzmunlu paylaşım etmişdir. Bundan başqa, X16 özünə məxsus “tiktok” hesabında “Bank Respublikaya mənim adıma Yelo Bankın zəmanət məqsədilə qoyduğu 34.000 AZN Notariusdan çıxana qədər mənsiz çıxardıb məni pulsuz qoydu Yelo Bankın satış şöbəsinin əməkdaşı Cavid adlı dələduz, cinayətkarların tapılmasında dəstək olmağınızı xahiş edirəm” məzmunlu paylaşım etmişdir. Bundan başqa, X16 özünə məxsus “elcinqocayev539” instagram hesabında “Yelo Bankın həyasızlığı görün hansı həddə çatıb! 166-nın daşınmasına məndən 4.200 AZN istəyir, sanki xahiş etmişdim” məzmunlu paylaşım etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, X16 yalan olduğunun bilə-bilə Cavadovun barəsində tamamilə əsassız olaraq, müxtəlif qurumlara böhtan xarakterli müraciətlər etməklə - barəsində həqiqətdən kənar, mənim nüfuzuma və peşəkar fəaliyyətimə zərbə vuran, məni nüfuzdan salmağa yönəlmiş böhtan xarakterli məlumatları internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan hesab olunur və min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir, məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Hesab edirik ki, X10 əməlində hər üç hal mövcuddur. X16 tərəfindən müxtəlif qurumlara böhtan xarakterli müraciətlər etməsi öz ərizələri ilə, mənim barəmdə həqiqətdən kənar, mənim nüfuzuma və peşəkar fəaliyyətimə zərbə vuran, məni nüfuzdan salmağa yönəlmiş böhtan xarakterli məlumatları internet informasiya ehtiyatında yayması isə həmin internet informasiya ehtiyatından əldə edilmiş çıxarışlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.2ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onlayn yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarda həmçinin qeyd olunur ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. X16 tərəfindən edilmiş əsassız, böhtan xarakterli müraciətlər və yayılmış məlumatlardan görünür ki, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum olunmasına əsas verən əməllər törədilmişdir. Yuxarıda qeyd olunanlara əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmasına dair hökm çıxarmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 və onun nümayəndəsi X7 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək, barəsində şikayət verilmiş şəxs X10 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 bildirdi ki, o, Cavid Cavadovun ünvanına hər hansı böhtan xarakterli ifadə işlətməmişdir. Şikayət ərizəsində təqdim edilmiş paylaşım onun tərəfindən sosial şəbəkədə yazılmamışdır. Belə ki, onun “tiktok” platformasında istifadə etdiyi hesab tam fərqlidir. Paylaşımda qeyd edilmiş “Dəlıduz” sözü isə şəxs barəsində həm də “Acıdil” mənasında işlədilə bilər. Qeyd edilmiş paylaşım fotoşop vasitəsilə tərtib olunmuşdur. Cavid Cavadov onun barəsində bankın qarşısında “yekəbaş” və “eşşək” sözlərini işlətmiş, lakin sonradan ondan üzr istədyinə görə bağışlamışdır. Halbuki, qeyd edilmiş sözlərin onun barəsində istifadə edilməsinə görə məhkəməyə müraciət etmək üçün imkanı olmuşdur. Sonda xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu və icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirdi ki, X1 və yazılarında böhtandan söhbət gedə bilməz. Onun müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərində ona qarşı edilmiş özbaşınalıqların qarşısının alınmasına kömək edilməsini xahiş etmiş və bundan başqa internet informasiya resurslarında yazdığı yazılar isə ümumi xarakter daşımışdır. Elçin Qocayev paylaşımda qeyd edilmiş sözün onun tərəfindən işlədilməsini təkzib edir. Qeyd etdiklərini və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, şikayətdə böhtan xarakterli məlumatın “Tik-tok” səhifəsində hansı tarixdə paylaşılması göstərilməmiş, “Cavid” adlı şəxsin soyadı və konkret olaraq hansı vəzifədə işlədiyi əks olunmamış, sadəcə olaraq “satış şöbəsinin əməkdaşı” kimi qeyd olunmuşdur. Bu isə birmənalı olaraq həmin şəxsin yəni, Cavid Cavadovun ittiham edilməsi qənaətinə gəlməsinə dəlalət etmir. Belə ki, Elçin Qocayev tərəfindən paylaşıldığı güman edilən ittiham özü-özlüyündə qeyri dəqiqdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışna təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarla nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə, hərəkətlərindən şikayət edilən X10 əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət X15 barəsində yayılan məlumatların bilavasitə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayıldığını sübuta yetirə bilməmişdir. Ümumiyyətlə, məhkəmə iclasında “Cavid” adlı şəxsin barəsində “Dələduz” sözünün məhz, şikayətçi X15 barəsində işlədilməsi öz təsiqini tapmamışdır. Belə ki, X16 məhkəmə iclasında X15 barəsində hər hansı böhtan xarakterli məlumat yaymadığını bildirmiş, həmçinin qeyd etmişdir ki, paylaşımdakı “Dəlıduz” sözünün hərfi mənası acıdil deməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Güvən» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023cü il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 hüquqlarının müdafiəsi Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Güvən» Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 X16 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X13 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Güvən» Vəkil bürosunun hesabına 72 (yetmiş iki) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar