Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-471/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi ev 13-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 dekabr 2024-cü il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsi 37 nömrəli binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21074” marklı **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özündə olan istintaqla müəyyən edilməyən vintaçanla açdıqdan sonra avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 250 manat dəyərində “Pioneer 7150” markalı maqnitafonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 dekabr 2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 45A nömrəli binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21214” marklı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özündə olan istintaqla müəyyən edilməyən vintaçanla açdıqdan sonra avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 350 manat dəyərində “Pioneer 7150” markalı maqnitafonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 dekabr 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 79 nömrəli binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21074” marklı **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özündə olan istintaqla müəyyən edilməyən vintaçanla açdıqdan sonra avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 150 manat dəyərində “Pioneer 6050” markalı maqnitafonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 yanvar 2025-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2107” marklı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırdıqdan sonra avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində “Pioneer 7150” markalı maqnitafonu və 400 manat dəyərində “Bosch” markalı enerji aparatı və nasosu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o iş tapa bilmədiyinə görə gecə vaxtı dayanmış avtomobillərin qapısını açıb maqnitofonunu oğurlayıb satıb pul qazanmaq qərarına gəlmişdir. 22 dekabr 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindən tək piyada Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinə tərəf gəlməyə başlamışdır. 22 dekabr 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “Siyaqut” şadlıq sarayı ilə üzbəüz Bəhruz Nuriyev küçəsi 37 nömrəli yaşayış binasının qarşısında ağ rəngli “VAZ-2107” markalı avtomobilin dayandığı və avtomobilin salonunda maqnitofon olduğunu görmüş, həmin avtomobilin qapısını üzərində olan vintaçanla açıb salonda olan maqnitafonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o həmin avtomobilin sol qabaq qapısına tərəf gəlib vint açarı ilə sol qabaq qapının daxili qıfılını açmaq istəmiş, ancaq aça bilməmiş, sonra o həmin avtomobilin sağ qabaq qapısına yaxınlaşıb eyni qaydada vintaçanla sağ qabaq qapının daxili qıfılını açmış və avtomobilin salonuna daxil olmuşdur. O avtomobilin salonunda olan maqnitafonu yerindən çıxarmış, bundan sonra avtomobilin mühərrik qoruyucusunu açmış və səs siqnalının işə düşməməsi üçün naqili akkumulyatordan ayırmışdır. O həmin avtomobildən maqnitafondan başqa heç nə götürməmişdir. Bundan sonra bir ədəd maqnitafonu götürüb ara məhəllə ilə piyada gedən zaman Bəhruz Nuriyev küçəsi 45 nömrəli yaşayış binasının yanında ağ rəngli “VAZ-2121” markalı avtomobilin dayandığını görmüşdür. O həmin avtomobilə yaxınlaşıb salonuna baxmış və avtomobilin salonunda maqnitafon olduğunu görmüşdür. Həmin avtomobilin qapısını üzərində olan vintaçanla açıb salonda olan maqnitafonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o həmin avtomobilin sol qabaq qapısına yaxınlaşıb vintaçanla sol qabaq qapının daxili qıfılını açmış və avtomobilin salonuna daxil olmuşdur. O avtomobilin salonunda olan maqnitafonu yerindən çıxarsa da, avtomobildən maqnitafondan başqa heç nə götürməmişdir. Bundan sonra o iki ədəd maqnitafonu yaşadığı evə gətirib həyətdə gizlətmiş və bu barədə heç kəsə məlumat verməmişdir. 22 dekabr 2024-cü il tarixdə saat 00:30 radələrində o, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsindən tək piyada Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinə tərəf gəlməyə başlamışdır. 23 dekabr 2024-cü il tarixdə saat 03 radələrində o, Bakı şəhəri Nizami rayonunda yerləşən “Siyaqut” şadlıq sarayı ilə üzbəüz Bəhruz Nuriyev küçəsi, 79 nömrəli yaşayış binasının qarşısında dayanmış ağ rəngli “VAZ-2107” markalı avtomobilin dayandığını və avtomobilin salonunda maqnitafon olduğunu görmüşdür. Bundan sonra həmin avtomobilin qapısını üzərində olan vintaçanla açıb salonda olan maqnitafonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, həmin avtomobilin sol qabaq qapısına yaxınlaşıb vintaçanla sol qabaq qapının daxili qıfılını açmış və avtomobilin salonuna daxil olmuşdur. O, avtomobilin salonunda olan maqnitafonu yerindən çıxarmışdır. Bundan sonra o bir ədəd maqnitafonu yaşadığı evə gətirib həyətdə gizlətmişdir. 24 dekabr 2024-cü il tarixdə həyətdə gizlətdiyi üç ədəd maqnitafonu götürüb Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən “Maşın bazarı” kimi tanınan yerə getmiş və tanımadığı şəxsə 2 ədəd maqnitafonu cəmi 80 manata, 1 ədəd maqnitofonu 45 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacına xərcləmişdir. 25 dekabr 2024-cü il tarixdə axşam tərəfi mülki geyimdə olan şəxslər onu saxlayıb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə aparmışlar və ondan 3 ədəd avtomobilin maqnitafonun oğurlanması barədə soruşmuşlar. O da səmimi olaraq qeyd olunan cinayətləri özünün törətməsini etiraf etmişdir. 06 yanvar 2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsindən taksi ilə şəhərin mərkəzi istiqamətinə gəlmiş, “Qış parkı” adlanan yerdə düşmüş və piyada gəzmişdir. Lakin həmin vaxt məqsədi oğurluq etmək olmuşdur. “28 May” metrostansiyasının yaxınlığından təxminən 10 dəqiqə yuxarı tərəfə piyada getmiş və yaşayış binalarının arasında, avtomobil yolunun kənarında dayanmış qara rəngli “VAZ- 2107” markalı **-MR-*** qeydiyyat nişanlı avtomobili görmüş və avtomobilin salonunda maqnitofon olduğunu müşahidə etmişdir. Bundan sonra oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqdan daş parçası götürmüş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin arxa sağ yan şüşəsini həmin daş parçası ilə sındırmış, əlini salaraq içəri tərəfdən arxa sağ qapını açmışdır. Daha sonra avtomobilin salonuna daxil olub ön sağ qapını içəridən açmış, avtomobildən düşüb və ön sağ qapısından avtomobilə daxil olmuşdur. O avtomobilin salonunda olan maqnitafonu yerindən çıxartmış, bundan başqa, 01 ədəd “Bosch” markalı enerji ilə işləyən nasosu avtomobildən götürmüş, cəld hadisə yerindən uzaqlaşmışdır. Piyada “28 May” metrostansiyası istiqamətində getmiş, oradan isə taksi ilə yaşadığı evə getmişdir. Ertəsi gün, həmin maqnitafon və enerji ilə işləyən nasos aparatını “Sabunçu” bazarına aparmış və orada tanımadığı şəxsə ümumilikdə 85 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Halhazırda törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 19 may 2023-cü il tarixdə “VAZ 21074” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və etibarnamə əsasında idarə etmişdir. 21 dekabr 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ 21074” markalı avtomobili yaşadığı Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 37 nömrəli yaşayış binasının qarşısında saxlamış və qapılarını bağlayıb yaşadığı evə getmişdir. 22 dekabr 2024-cü il tarixdə saat 07:15 radələrində “VAZ 21074” markalı avtomobilə yaxınlaşan zaman avtomobilin sol, sağ qabaq qapısı və mühərrik qoruyucusunun nisbətən açıq olduğunu və sağ qabaq qapıda olan daxili qıfıla nəsə salındığı üçün əzildiyini görmüşdür. O avtomobilin sol qabaq qapısını açmış və avtomobilin salonuna baxan zaman avtomobilin salonunda olan panelə (şit) bərkidilmiş 250 manat dəyərində bir ədəd “Pioneer” markalı 7150 modelli avtomaqnitafonun yerində olmadığını və salonun panelində olan saxlanc yerinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra avtomobilin salonuna baxmış və avtomobildə bir ədəd “Pioneer” markalı 7150 modelli avtomaqnitafondan başqa heç bir şey oğurlanmadığını görmüşdür. Həmin gün saat 07:22də istifadəsində olan ***-***-**-** nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub avtomobildən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis işçiləri gəlib avtomobilə baxış keçirmişlər. Baş vermiş hadisə nəticəsində ona 250 manat dəyərində ziyan dəymişdir. İfadəsinin sonunda ona dəymiş ziyan ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən həmin şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X2 2022-ci il tarixdə “VAZ” markalı 21214 modelli **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 05 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Qeydiyyat İmtahan şöbəsində “B1,B” kateqoriyasının almaq üçün imtahan vermiş, nəzəri və praktiki imtahanları yaxşı verdiyi üçün imtahanlardan keçmiş və həmin gün ona “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. X2 “VAZ” markalı 21214 modelli avtomobili ona hədiyyə olaraq vermiş və 09 dekabr 2024-cü il tarixdə “VAZ” markalı 21214 modelli avtomobilə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. 19 dekabr 2024cü il tarixdə o “VAZ” markalı 21214 modelli avtomobili idarə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 45A nömrəli yaşayış binasının yaxınlığında saxlamış və qapılarını bağlamışdır. 21 dekabr 2024-cü il tarixə kimi “VAZ” markalı 21214 modelli avtomobili idarə etməmiş və həmin günü o avtomobilin yanından keçən zaman avtomobildə hər şey qaydasında olduğunu görmüşdür. 22 dekabr 2024-cü il tarixdə saat 08 radələrində o yaşadığı evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, avtomobilin sol qabaq qapısı açıqdır və sol qabaq qapıda olan daxili kilid əzilmişdir. O avtomobilin sol qabaq qapısını açmış və avtomobilin salona baxan zaman görmüşdür ki, avtomobilin salonunda olan panelə (şit) bərkidilmiş 350 manat dəyərində bir ədəd “Pioneer” markalı 7150 modelli avtomaqnitofon yerində yoxdur və salonda paneldə olan saxlanc yeri (bardaçok) açıq vəziyyətdədir. Bundan sonra o avtomobilin salonuna baxmış və görmüşdür ki, avtomobildə bir ədəd “Pioneer” markalı 7150 modelli avtomaqnitofondan başqa heç bir şey oğurlanmamışdır. Həmin gün saat 08:22-də istifadəsində olan mobil nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub avtomobildən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis işçiləri gəlib avtomobilə baxış keçirmişlər. Baş vermiş hadisə nəticəsində ona 350 manat dəyərində ziyan dəymişdir (cild 1, i/v 234-236). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Qeydiyyat İmtahan şöbəsində “B1,B” kateqoriyasının almaq üçün imtahan vermiş, nəzəri və praktiki imtahanları yaxşı verdiyi üçün imhatalardan keçmiş və həmin gün ona“Bl,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 2024-cü ilin fevral ayında o, “VAZ” markalı 21074 modelli **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və etibarnamə əsasında idarə edirmiş. 20 dekabr 2024- cü il tarixdə saat 21 radələrində o idarə etdiyi “VAZ” markalı 21074 modelli avtomobli yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 79 nömrəli yaşayış binasının qarşısında saxlamış və qapılarını bağlayıb yaşadığı evə getmişdir. 21 və 22 dekabr 2024-cü il tarixdə o “VAZ” markalı 21074 modelli avtomobili idarə etməmiş və 22 dekabr 2024-cü il tarixdə saat 13-14 radələrində o “VAZ” markalı 21074 modelli avtomobilin yanından keçən zaman görmüşdür ki, avtomobildə hər şey qaydasındadır. 23 dekabr 2024-cü il tarixdə saat 09 radələrində o yaşadığı evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, avtomobilin sol qabaq qapısı nisbətən açıqdır və sol qabaq qapıda olan daxili qıfılan nəsə salındığı üçün əzilmişdir. O avtomobilin sol qabaq qapısını açmış və avtomobilin salonuna baxan zaman görmüşdür ki, avtomobilin salonunda olan panelə (şit) bərkidilmiş 150 manat dəyərində bir ədəd “Pioneer” markalı 6050 modelli avtomaqnitofon yerində yoxdur vo salonun panelində olan saxlanc yeri (bardaçok) açıq vəziyyətdədir. Bundan sonra o avtomobilin salonuna baxmış və görmüşdür ki, avtomobildə bir ədəd “Pioneer” markalı 6050 modelli avtomaqnitofondan başqa heç bir şey oğurlanmayıb. Həmin vaxtı işi olduğu üçün getmiş və saat 16:30 radələrində qayıdıb gəlib məhəllənin komendatına avtomobildən oğurluq olması barədə demişdir. Məhəllənin komendatı demişdir ki, “polisə məlumat ver”. Həmin günü saat 16:52-də istifadəmdə olan ***-***-**-** nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub avtomobildən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis işçiləri gəlib avtomobilə baxış keçirmişlər. Baş vermiş hadisə nəticəsində ona 150 manat dəyərində ziyan dəymişdir (cild 2, i/v 38-40). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “VAZ-2107” markalı, **-MR-*** qeydiyyat nişanlı avtomobil 2011-ci ildə almış və həmin vaxtdan idarə edir. xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində “VAZ-2107” markalı, **-MR-*** qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvan 2 ünvanının qarşısına gəlmiş və avtomobili saxlayıb evə getmişdir. Gecəni evdə olmuş və xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində həyat yoldaşı Fidan ilə birlikdə evdən çıxıb avtomobilə yaxınlaşmışlar. Bu vaxt görmüşdür ki, avtomobilin arxa sağ yan şüşəsi sındırılıb. Başa düşmüşdür ki, avtomobildən oğurluq edilib. Avtomobili açıb orada olan əşyaların tamlığını yoxlayan zaman ona məlum olmuşdur ki, avtomobildən 500 manat dəyərində 01 ədəd “Pioneer 7150” markalı moqnitofon və 400 manat dəyərində 01 ədəd “Bosch” markalı enerji aparatı və nasos oğurlanmışdır. Dərhal DİN-in 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. (cild 1, i/v 116-117). İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (1-ci cild, i/v 134). İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (1ci cild, i/v 1). İş materiallarında olan 11 yanvar 2025-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən, həmin Məcəllənin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir (1-ci cild, i/v 59-60). İş materiallarında olan 14 mart 2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, 14 mart 2025-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Nizami Məhərrəmov tərəfindən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında davam etdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i/v 128-130). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd DVD formatlı diskdə 02 ədəd fayl vardır. 1-ci faylda xx.xx.2024-cü il tarixdə saat 04:31-də əynində gödəkçə, baş nahiyyəsində papaq olan şəxsin ünvan 3 ünvanının qarşısında saxlanılmış ağ rəngli “Vaz-2107” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq əlində olan naməlum əşya ilə avtomobilin sol qapısının açmağa cəhd etməsi, daha sonra avtomobilin sağ qapısına yaxınlaşaraq əlində olan naməlum əşya ilə avtomobilin kilidini açaraq avtomobilə əyləşməsi görüntülənir. 2-ci faylda xx.xx.2024-cü il tarixdə saat 04:32-də əynində gödəkçə, baş nahiyyəsində papaq olan şəxsin avtomobilin sağ qapısını açaraq düşməsi, avtomobilin kapot hissəsini açmağa cəhd etməsi, daha sonra yenidən avtomobilin sağ qapısını açaraq avtomobilə əyləşməsi, bir qədər sonra avtomobildən düşərək əlində olan naməlum əşyanı avtomobilin ön hissəsində aslall örtüyünə qoyması, avtomobilin sol qapısını açaraq avtomobilə əyləşməsi, daha sonra avtomobilin kapotunu açması, asfalt örtüyünüə qoyduğu naməlum əşyanı götürürək uzaqlaşması görüntülənmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir (cild 1, i/v 150). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan VAZ markalı 21214 modeli **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilmiş hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 45A nömrəli yaşayış binasının qarşısıdır (cild 1, i/v 154- 155). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, X5 istifadəsində olan VAZ markalı 2107 modeli **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edilmiş hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 79 nömrəli yaşayış binasının qarşısıdır (cild 1, i/v 162-163). İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 180). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nizami rayon prokuroru Pərviz İbayevin 27 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nizami RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i/v 212-213). İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 215). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 15-16). İş materiallarına əlavə olunmuş məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2025-ci il tarixli, 4(006)-27/2025 saylı qərarı ilə 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 86-91). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 11 yanvar 2025-ci il tarixli, 119 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 62-63). İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi” haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, hadisəyə dair görüntülərin olduğu 01 ədəd DVD formatlı disk, üzərində Təqsirləndirilən şəxs məxsus olan bioloji mənşəli materiallar olan 2 (iki) ədəd tampon və 01 (bir) ədəd “Rothmans” markalı siqaret kötüyü cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır (cild 2, i/v 148-158). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmündən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlllər dəfələrlə məhkum olunmuş, sonuncu Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş və ona 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1 i/v 95-98, cild 2 i/v 53-56, 132-144). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən Nəsimi RPİ-nə daxil olmuş 27 dekabr 2024-cü il tarixli, 3-13-11/2- 13675/2024 nömrəli məktubdan görünür ki, 22 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 45A ünvanın qarşısında saxladığı «Lada Niva» markalı avtomobilindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 (bir) ədəd “Rothmans” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur (cild 2, i/v 5). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-cü il tarixli, 25/559R №-li məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 2 (iki) ədəd tampon üzərində olan qan nümunəsi və 01 (bir) ədəd “Röthmans” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (cild 2, i/v 125-129). İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi” haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir (cild 2, i/v 102-111). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 26 dekabr 2024cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış üzərində Təqsirləndirilən şəxs məxsus olan bioloji mənşəli materiallar olan 02 (iki) ədəd tampon və 01 (bir) ədəd “Rothmans” markalı siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-471/2025 saylı 21 iyun 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 25 iyun 2025-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 26 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış üzərində Təqsirləndirilən şəxs məxsus olan bioloji mənşəli materiallar olan 02 (iki) ədəd tampon və 01 (bir) ədəd “Rothmans” markalı siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-471/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-471/2025
22.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver