Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-475/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi fərdi evdə qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:23-də etibarnamə əsasında idarə etdiyi, "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Ghevrolet Cobalt" markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu “3-cü mikrorayon” dairəsi istiqamətində Alı Mustafayev küçəsi ilə 20 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni nəqliyyat vasitəsi, hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmayan piyada keçidində keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verdikdən sonra hərəkətini davam etdirməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməyərək, Alı Mustafayev küçəsi 37 saylı ünvanın qarşısında yolun sağ tərəfindən sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun baş beyin silkələnməsi, burun nahiyəsinin burun sümüklərinin sınığı ilə müşayiət olunan qançır şişkinliyi, sağ əng sümüyünün sınığı, sağ said sümüklərinin çoxsaylı sınıqları, sağdan İİİ və İV qabırğaların yerdəyişmiş sınıqları, üst çənədə sağdan İ dişin travmatik çıxığı, soldan İİ dişin tacının, alt çənədə sağdan İ, soldan İİİ dişin tacının hissəvi sınması və həmin dişlərin diş ətinə qansızmalar, üst və alt dodaqlarının selikli qişasına qansızmalar, hər iki göz qapaqları və gözaltı nahiyyələrin, çənə nahiyyəsinin ön səthinin, sol budun, sol baldırın, sağ diz oynağı nahiyyəsinin qançırları xəsarəti alması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı taksi sürücüsü olaraq fəaliyyət göstərmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 15:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ghevrolet Cobalt” markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində ara məhəllə yolundan 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət etmək üçün Alı Mustafayev küçəsi 37 saylı ünvanın qarşısından bir istiqamətli əsas avtomobil yoluna çıxarkən sağ istiqamətdə dayanıb gözləmiş, sonradan manevr edərək hərəkətini davam etdirdikdə ehtiyatsızlıq nəticəsində yol kəsişməsində qarşısından piyada zolağı ilə yolun sağ tərəfindən sol tərəfinə yolu keçməkdə olan bir nəfər qadın piyadanı avtomobilin ön hissəsi ilə vurmuşdur. Zərbədən qadın asfalt üzərinə yıxılaraq üz nahiyyəsindən xəsarət almışdır. O, dərhal avtomobili yolun kənarına çəkərək avtomobildən düşüb həmin qadına yaxınlaşmış və ona öz köməkliyini göstərmişdir. Onu idarə etdiyi avtomobillə xəstəxanaya çatdırmaq istəsədə o, razı olmamışdır. Daha sonra Təcili Tibbi yardıma zəng etmişdir. Həmin vaxt hadisə yerinə xəsarət alan qadının oğlu və digər tanışları da gəlmişlər. Təcili Tibbi yardım həkimləri hadisə yerinə gəldikdən sonra ilkin yardım etmiş və o, yenə də həkimlərə də köməklik edib qadını avtomobilə yerləşdirmiş və qadın 1 saylı KTM-nə aparılmışdır. O, xəsarət alan şəxsin arxasınca xəstəxanaya getmişdir. 1 saylı KTM-də olarkən həkimlər tərəfindən ona tibbi yardım göstərilərək müayinələrdən keçirilmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, xəsarət alan şəxsin adı Zərərçəkmiş şəxsdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025ci il tarixdə saat təxminən 15:40 radələrində o, ünvan 2 ünvanın yaxınlığında “İnam" aptekin qarşısından piyada keçidi ilə yolun sağ tərəfindən sol tərəfinə körpü istiqamətində keçmək istəmişdir. Elə həmin vaxt piyada keçidinin tam orta hissəsində olarkən sonradan marka və nömrə nişanını gördüyü "Chevrolet Cobalf markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin ön hissəsi ilə onun sol tərəfindən vurmuş və zərbənin təsirindən o xəsarət alaraq asfalt üzərinə çırpılmışdır. Yıxılarkən qol və sifət nahiyyəsindən ciddi xəsarət almış və müəyyən müddətdə özündə olmamışdır. Hadisə yerində ona tanımadığı şəxslərin köməklik etdiyini görmüşdür. Daha sonra hadisə yerinə təcili yardım həkimləri yaxınlaşaraq ilkin tibbi yardım etməklə onu təcili yardım avtomaşını ilə 1 saylı KTM-nə çatdırmışlar. Xəstəxanada həkimlər tərəfindən tibbi müayinələrdən keçirilmiş və tibbi yardım göstərilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində burun sümüyündə, sağ qolunda, qabırğaları, üz sümüyü və dişlərinin bir neçəsi sınmışdır, eyni zamanda bədəninin müxtəlif nahiyyələrindən ciddi əzik xəsarətləri almışdır. Zərərçəkmiş şəxs 24.057.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ünvanlamış Təqsirləndirilən şəxs tərəfindən ziyan tam ödənildiyindən ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən tərtib edilmiş “Video görüntülərə baxış keçirilməsinə və götürülməsinə dair” 30 may 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən “Millikart MMC- nin ofisində quraşdırılan təhlükəsizlik müşahidə kamerasının qeydə aldığı və bir ədəd CD disqə köçürülmüş videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı, xx.xx.2025-ci il tarixdə saat 15:23-də “Chevrolet Cobalt” markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində ara məhəllə yolundan hərəkətdə olub Alı Mustafayev küçəsi 37 saylı ünvanın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində sağa dönmə əməliyyatı apararkən həmin yolun hərəkət hissəsinin nizamlanmayan piyada keçidi ilə yolun sağ tərəfindən sol tərəfinə keçməkdə olan qadın piyadanı avtomobilin ön hissəsi ilə vurduğu və qadının asfalt üzərinə çırpılaraq xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyi müəyyən edilir. Hadisəni törədən sürücü avtomobildən düşərək qadın piyadaya köməklik edib onu səkinin kənarına gətirib ətrafdan toplaşan şəxslərin köməkliyindən istifadə etməsi müşahidə olunur. (i/v 44-1). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1» X2 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 746 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi, burun nahiyəsinin burun sümüklərinin sınığı ilə müşayiət olunan qançır şişkinliyi, sağ əng sümüyünün sınığı, sağ said sümüklərinin çoxsaylı sınıqları, sağdan ııı və ıv qabırğaların yerdəyişmiş sınıqları, üst çənədə sağdan ı dişin travmatik çıxığı, soldan ıı dişin tacının, alt çənədə sağdan ı, soldan ııı dişin tacının hissəvi sınması və həmin dişlərin diş ətinə qansızmalar, üst və alt dodaqlarının selikli qişasına qansızmalar, hər iki göz qapaqları və gözaltı nahiyyələrin, çənə nahiyyəsinin ön səthinin, sol budun, sol baldırın, sağ diz oynağı nahiyyəsinin qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. (i/v 47-49). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 02 iyun 2025-ci il tarixli, 8/1207 saylı rəyindən görünür ki, “Chevrolet Cobalf’ markalı 90- YU-179 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin (Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 51-53). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli Sabunçu rayon Məhkəməsinin hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə 4 il azadlıqdan məhrumetmə və 1 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası ilə məhkumluğu olmuşdur. xx.xx.2020-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 09 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i/v 38-39). İş materiallarında olan Nəsimi RPİ DYPŞ-nin xidmət üzrə rəis müavini Elçin Mirzəli tərəfindən Nəsimi RPİ-nin TŞ-nin rəisi Yusif Yusifova ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan BC714752 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəz informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır (i/v 46). İş materiallarında olan xx.xx.2025-ci il tarixli 2/28787 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur (i/v 20). İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, 1994-cü ildə anadan olmuş, azərbaycanlı, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndləiyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır (i/v 87). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödənilmişdir, halhazırda ona qarşı heç bir tələbi, şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar, trisikllar, yüngül kvadrisikllar, kvadrisikllar, motosikletlər,mopedlərlər və velosipedlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-475/2025 saylı, 21 iyun 2025-ci il tarixli qərara əsasən 24 iyun 2025-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 12 iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-475/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-475/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver