Məhkəmə qərarları › İş №1(006)-476/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-476/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-476/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və hazırki cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 4(004)-861/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Elan edilmiş ittihama əsasən 24 avqust 2022-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol arxa cibindəki dəmir qutunun içərisindən bir bükümdə 2 ədəd olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,323 qram, 0,294 qram, ümumi təmiz çəkisi 0,617 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2022-ci il tarixdə tərtib edilməklə, xx.xx.2022-ci il tarixdə təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 289.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Həmin Məcəllənin 284.1.2-ci maddəsinə əsasən, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəllənin 286.1-ci maddəsinə əsasən, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Hazırkı iş üzrə müstəntiq tərəfindən tərəfindən işin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,617 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 24 avqust 2022-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol arxa cibindəki dəmir qutunun içərisindən 1 bükümdə 2 ədəd olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,323 qram, 0,294 qram, ümumi təmiz çəkisi 0,617 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin məhkəmədə iştirakının təmin edilməsi ilə əlaqədar görülən tədbirlər zamanı Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçildiyi, Bakı İstintaq Təcridxanasında saxlanıldığı müəyyən olunmuşdur. Halbuki, iş materiallarından görünür ki, hazırkı iş üzrə barəsində “başqa yerə getməmək kaqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs və müdafiəçiyə ibtidai istintaqın qurtarmasının elan edilməsinə, həmçinin təqsirləndirilən şəxsin və müdafiəçinin Nəsimi RPİ-nin inzibati binasında iş materialları ilə tanış olmalarına dair müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixli protokollar tərtib edilmiş, sonuncu protokola Təqsirləndirilən şəxs və müdafiəçi A.Süleymanovun iş materialları ilə tanış olmalarını əks etdirən birgə çəkilmiş fotoşəkil əlavə edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında verilmiş sorğunun cavabı olaraq, Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təcridxanada saxlanıldığı qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, həmin tarixli protokollar formal tərtib edilmiş, həqiqəti əks etdirmir. Eləcə də, CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X2 barəsində xüsusi qərar çıxarılması və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X3 barəsində Vəkillər Kollegiyasına məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müdafiəçi F.M.Hacıyeva Dövlət ittihamçısı vəsatəti ilə razılaşaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Bu gün işə məhkənmənin hazırlıq iclasında mahiyyəti üzrə baxılmır. Yalnız həmin işin bu məhkəməyə aid olub olmaması, işin icraatına xitam verilib verilməməsi, dayandırılması üçün əsasların olub olmaması, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin əsaslılığı yoxlanılır. Ən başlıcası isə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının pozulub-pozulmaması, CPM-nin tələblərinə əməl edilib-edilməməsi, ittiham aktının CPM-nin tələblərinə uyğun tərtib edilib-edilməməsi məsələsinin mümkünlüyü yoxlanılır. Müdafiəçi kimi işlə tanış olarkən tərəfindən müəyyən olunmuşdur ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs iş materialları ilə tanış olma hüququ pozulmuşdur. CPM-nin 303-cü maddəsinin tələbləri kobud şəkildə pozulduğundan pozuntuların aradan qaldırılması məqsədilə cinayət işinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, 15 oktyabr 2022-ci il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat vermə haqqında və 17 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokollarla həmin tarixlərdə istintaq orqanı tərəfindən ona dövlət hesabına təyin edilmiş müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili A.Süleymanovla birlikdə Nəsimi RPİnin 315 saylı xidməti otağında tanış olmamış və imza etməmişdir belə ki, o, Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs edilmiş və 10 oktyabr 2022-ci il tarixdən bu günədək Bakı İstintaq Təcrixanasında saxlanılır. Göstərilənləri nəzərə alaraq işin yenidən istintaq orqanına qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, vəsatətləri və cinayət işin materiallarını araşdıraraq hesab edir ki, vəsatətlər təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalıdır. Belə ki, cinayət işinin 129-cu vərəqəsində olan 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Z.Əliyev Təqsirləndirilən şəxs onun müdafiəçisi A.R.Süleymanova həmin tarixdə Nəsimi RPİ-nin 315 saylı xidməti otağında ibtidai istintaqın qurtarması barədə məlumat vermiş və onlar həmin protokolu imzalamışlar. Cinayət işinin 131-ci vərəqəsində olan 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Z.Əliyev Təqsirləndirilən şəxs və müdafiəçi A.Süleymanovun iştirakları ilə həmin tarixdə Nəsimi RPİ-nin 315 saylı xidməti otağında cinayət işinin materialları ilə tanış etmiş və onlar həmin protokolu imzalamışlar. İş materiallarına əlavə edilmiş və məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən ünvanlanmış 24 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 4(004)-861/2022 saylı qərarına əsasən 10 oktyabr 2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 15-17 oktyabr 2022-ci il tarixlərində təcridxanada olmuş, həmçinin həmin tarixlərdə Nəsimi RPİ-nin müstəntiqi Z.Q.Əliyev və müdafiəçi A.R.Süleymanov Təqsirləndirilən şəxs ilə Bakı İstintaq Təcridxanasında görüşməmişlər. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 4(004)-861/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə 07 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə iclasında cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 15-17 oktyabr 2022-ci il tarixlərdə Bakı İstintaq Təcridxanasında olmasına baxmayaraq Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Z.Q.Əliyev sonuncunun və onun müdafiəçisi A.R.Süleymanovun Nəsimi RPİ-nin 315 saylı xidməti otağında iştirakını göstərməklə kobud qanun pozuntularına yol verərək ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi və cinayət işinin materialları ilə tanış edilməsi barədə protokollar tərtib etmişdir. Beləliklə cinayət işinin materialları ilə müəyyən olunur ki, müstəntiq Z.Q.Əliyev məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş kobud qanun pozuntularına yol verərək, həmin Məcəllənin 284-286, 288 və 296.3.1-ci maddələrinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən dövlət hesabına təyin edilmiş müdafiəçi A.R.Süleymanov öz peşə borcunu vicdanla yerinə yetirməmiş, Azərbaycan Respublikasının CPM-nin 92.10-cu maddəsinə riayət etməyərək müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olan hərəkətlər etmiş, onunla cari ilin 15-17 oktyabr 2022-ci il tarixlərində görüşmədiyi halda, müstəntiqin hərəkətlərinə etiraz etmək əvəzinə, sonuncuya şərait yaradaraq yuxarıda qeyd olunan pozuntulara yol verib müvafiq protokollara imzalamaqla keyfiyyətli hüquqi yardım göstərməmişdir. Azərbaycan Respublikasının CPM-nin 85.2.12-ci maddəsinə əsasən müstəntiq bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 284.4.1-ci maddəsinə əsasən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.4.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəllənin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmin Məcəllənin 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafıq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarınm mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasma xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu da pozur. Belə ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanımışdır. Məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilməli və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır. Konvensiyanın 6-cı maddənin 3 a yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı; Pelissye və Sassi Fransaya qarşı). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Təsbit olunan normalara və məhkəmə presedentlərinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməməsi və sonuncunun cinayət işinin materialları ilə tanış edilməməsi kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikasının CPM-nin 300.2 və 306-cı maddələrinin tələblərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Sadalanan xüsusatlara məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan kobud prosessual pozuntunun müəyyən edilməsi ilə bağlı, cinayət işinin baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X5 barəsində təsir tədbirlərinin görülməlisi üçün təqdimat verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili F.M.Hacıyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 284-286, 288, 299 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilmədən saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili X3 barəsində təsir tədbirlərinin görülməsi üçün təqdimat verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar