Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-478/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)- 419/2025 saylı qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrinda Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında olarkən idarə etdiyi Changan markalı **- YX-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında saxlaması üçün ona yaxınlaşaraq müraciət etmiş X1 etiraz etməyib avtomobilin sükanı arxasına keçərək avtomobili talama maqsədi olmadan qanunsuz ələ keçirmək məqsədilə ünvan 3 ünvanın qarşısıinadək idarə etməklə ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında dostları Emin və Nicat adlı şəxslərlə spirtli içki qəbul etmiş, daha sonra dostlarından ayrılıb evə gedərkən kafenin kənarında tanımadığı qadının avtomobilini hərəkətə gətirə bilmədiyini görmüşdür. Həmin qadın ondan avtomobili yolun kənarından çıxarıb binanın qarşısında saxlamağını xahiş etmişdir. O, köməklik edə biləcəyini həmin qadına bildirdikdən sonra avtomobilə əyləşib hərəkətə gətirmişdir. Həmin qadın piyada yaşadığı mənzilin qarşısına keçmişdir. O, uzun müddətdir avtomobil idarə etmədiyi üçün qadının diqqətinin yayınmasından istifadə edərək avtomobili qaçırıb sürmək qərarına gəlmişdir. O, qaçırdığı avtomobili ünvan 4 ünvanında saxlamış, avtomobilin açarını isə təkərin üzərinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə o, ünvan 5 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşaraq onu 19-cu PŞ-nə dəvət etmişlər. O, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində ünvan 6 ünvanında Zərərçəkmiş şəxs məxsus “Changan” markalı **-YX- *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün qaçırmış və avtomobildən heç nə oğurlamamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda kosmetoloq kimi fəaliyyət göstərir. 2024-cü ilin dekabr ayının əvvəllərində '‘Changan q05" markalı avtomobil almışdır. Həmin avtomobili **-YX-*** dövlət qeydiyyat nişanı ilə idarə edir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində mobil telefonunu təmir etdirmək üçün 28 May metrosu yaxınlığında yerləşən ustaya verib, yaşadığı ünvana qayıtmışdır. Avtomobili ünvan 8ed” klinikasının yaxınlığında park edib, yaşadığı ünvana getmişdir. Mənzildə qızı ona avtomobildən saç qurudanı götürüb qayıtmağı xahiş etmişdir. Bu səbəbdən o, yenidən avtomobilinə yaxınlaşıb saç qurudanı götürmüşdür. Lakin avtomobilini düzgün yerdə park etmədiyi üçün yaşadığı mənzilin qarşısına aparmaq qərarına gəlmişdir. Lakin avtomobili hərəkətə gətirə bilməmişdir. Bu zaman yoldan keçən naməlum şəxsdən ona köməklik edərək avtomobili yolun kənarından çıxardıb yaşadığı mənzilin qarşısında saxlamağını xahiş etmişdir. Daha sonra o, piyada binanın qarşısına keçmişdir. Həmin şəxs avtomobilə əyləşib avtomobili "Memar Əcəmi” metrostansiyası tərəfə sürmüşdür. Avtomobilini binanın qarşısına gətirmədiyini gördükdən sonra həmin şəxsin avtomobilini qaçırdığını başa düşmüşdür. Daha sonra o, DİN-nin 102 Xidməti zəng mərkəzi sisteminə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onunla əlaqə yaradaraq avtomobilinin ünvan 9 ünvana gedərək avtomobilinə baxış keçirdikdən sonra onu götürmüşdür. Avtomobilində olan dəyəri 200 manat olan “Samsung” markalı mobil telefonu yerində olmuş və avtomobilinə heç bir maddi ziyan dəyməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid təhqiqat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs avtomobilinin qaçırılması ilə bağlı hadisəni araşdırmışdır. Belə ki, hadisə baş verdiyi ərazidən kamera görüntülərini izləyərək avtomobili Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 44 ünvanında aşkar etmişdir. Avtomobili aşkar etdikdən sonra şikayətçi Zərərçəkmiş şəxs məlumat vermiş, Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb açarı təkərin üzərindən götürüb öz avtomobilinə baxış keçirtmiş, avtomobildə hər hansı zədə olmadığını və içərisindəki əşyaların yerində olduğunu gördükdən sonra avtomobilini hərəkətə gətirib getmişdir. İş materiallarında olan: - “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v.1); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş vermə yeri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17 ünvanının qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-15); - “Sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Changan” markalı, **-YX-*** dövlət qeydiyyat nışanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i.v.51-53). - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmiş, xx.xx.2012-ci ildə cəriməni tam ödəmişdir (i.v.48- 49); Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Changan” markalı, **-YX-*** dövlət qeydiyyat nışanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Changan” markalı, **-YX-*** dövlət qeydiyyat nışanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-478/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-478/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver