Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-479/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Salyan rayonu, Aşağı Kürkəndi kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.545 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiıiəri nəticəsində həmin gün, saat 22:00-da ünvan 2 ünvanm qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,545 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onda narkotik vasitələrdən asılılıq olduğu üçün narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixində saat 22:00 radələrində ünvan 2 ünvanın qarşısında ətrafda gəzişən zaman, mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdir. Onun narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Nəsimi rayonu polis idarəsinə gedəcəyini bildirmişdilər. Polis əməkdaşları onu Nəsimi RPİ-уэ gətirdikdən sonra polis idarəsində olan zaman ona vəkil siyahısı təqdim edilmişdir. Daha sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə geyindiyi əynindəki göy rəngli cins şalvarının cibindən 01 ədəd poletelin selofana bükülmüş bükümü, 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümü və idman gödəkcəsinin cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Sonra əyninə geyindiyi paltarlarının ciblərinə və digər yerlərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Sonra ayağında qara rəngli idman ayaqqabısına baxılmış və heç bir əşya aşkar edilməmişdir. Göy rəngli cins şalvarın cibindən çıxartdığı 01 ədəd poletelin selofana bükülmüş bükümə və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümlərin içərisində olan maddə narkotik maddəyə bənzədiyi məlum olmuşdur. Bu zaman ondan həmin 01 ədəd poletelin selofana bükülmüş bükümü və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümü nə zaman və haradan aldığını və içərisində nə maddə olduğunu soruşulduqda o, 01 ədəd poletelin selofana bükülmüş bükümü və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında "Kubinka" adlanan ərazidən adını bilmədiyi, tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını və 01 ədəd poletelin selofana bükülmüş bükümün içərisində heroin və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra ondan aşkar edilən narkotik maddəyə bənzər 01 poletelin selofana bükülmüş və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, 01 siqaret qutusu və 01 ədəd alışqan özünə qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, idarəyə 31 avqust 2023-cü il tarixdə «Asif» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə idarənin əməkdaşı Şahid1 tərəfindən Nəsimi RPİ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış və «Asif» adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında "Asif” adlı şəxsin gələ biləcəyi ünvan miiəyyən edərək 31 avqust 2023-cü il tarixdə, saat 21.40-da Şahid1la birlikdə ünvan 2 ünvanın qarşısına gəlmişlər. Həmin ərazidə müşahidələr aparmış və saat 22:00 radələrində «Asif» adlı şəxsin həmin ünvana gəldiyini görüb ona yaxınlaşmışlar. Əvvəl özülərini təqdim etmişlər və sonra Asifə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsl və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə axtarış keçirilməsl məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Əvvəl onun şəxsiyyəni müəyyən etmişik, onun həqiqətən Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Saleh Salahzadə tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir, onun, əməliyyat müvəkkili Şahid1 ilə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Axtarış keçirilməmişdən öncə Şirəliyev özü geyindiyi əynindəki göy rəngli cins şalvarının cibindən 01 ədəd poletelin selofana bükülmüş büküm və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş büküm və idman gödokçəsinin cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan çıxararaq masanın üzərinə qoydu. Sonra əyninə geyindiyi paltarların ciblərinə və digər yerlərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Göy rəngli cins şalvarın cibindən çıxartdığı 01 ədəd poletelin selofana bükülmüş büküm və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümlərin içərisində olan maddə narkotik maddəyə bənzədiyi məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümləri nə vaxt və haradan aldığı, içərisində nə olması soruşulmuş, Şirəliyev həmin bükümləri xx.xx.2023-cü il tarixdə, səhər saatlarında "Kubinka" adlanan ərazidən adını bilmədiyi, tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını, bükümlərin birində heroin və digərinin içərisində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsdan aşkar edilən narkotik maddəyə bənzər 01 poletelin selofana bükülmüş və 01 ədəd siqaretin ağbənövşəyi kağızına bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan özünə qaytarılmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Nümayiş ilə bağlı iştirakçılardan şikayətin olub-olmadığı soruşulduqda heç kimin şikayətinin olmadığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-23-cü vərəqlərində olan “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 39-41-ci vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X3 xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirtəri nəticəsində narkotlk maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışdır. Bütün zəruri prosessual hərəkətlər edildikdən sonra şəxsi axtarış başlanıldı və şübhəli şəxs Təqsirləndirilən şəxs öncə üzərində, paltarında və paltarlannın ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etmək təklif edildi və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlköncə o, geyindiyi əynindəki göy rəngli cins şalvarının cibindən 01 ədəd poletelin selofana bükülmüş büküm və 01 ədəd siqaretin ağbənövşəyi kağızına bükülmüş büküm və idman gödəkcəsinin cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan çıxararaq masanın üzərinə qoydu. Sоnrа əyninə geyindiyi paltarların ciblərinə və digər yerlərinə baxıldı və hər hansı bir əşya aşkar edilmədi. Sonra ayağında qara rəngli idman ayaqqabısına baxıldı və heç bir əşya aşkar edilmədi. Daha sonra X2 ayaqqabısını geyinməsini, üst-başını səliqəyə salması xahiş olundu. Göy rəngli cins şalvarın cibindən çıxartdığı 01 ədəd poletelin selofana bükülmüş büküm və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümə baxış keçirildi və həmin bükümlərin və içərisində olan maddə narkotik maddəyə bənzədiyi məlum oldu. Bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd poletelin selofana bükülmüş büküm və 01 ədəd siqaretin ağbənövşəyi kağızına bükülmüş bükümün nə zaman və haradan aldığını və içərisində nə maddə olduğunu soruşduqda o, 01 ədəd poletelin selofana bükülmüş büküm və 01 ədəd siqaretin ağ bənövşəyi kağızına bükülmüş bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında kubinka" adlanan ərazidən adını bilmədiyi, tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını və 01 ədəd poletelin selofana bükülmüş bükümün içərisində heroin və 01 ədəd siqaretin ağ-bənövşəyi kağızına bükülmüş bükümün içərisində metamfetamin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxsdan aşkar edilən narkotik maddəyə bənzər 01 poletelin selofana bükülmüş və 01 ədəd siqaretin ağbənövşəyi kağızına bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürüldü, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan özünə qaytarıldı. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Cinayət işinin 49-50-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4635 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksləri olan, “xx.xx.2023-cü il tarixdə vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş... bükümlər, saxlanılan şəxs: Təqsirləndirilən şəxs “imza” “ və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki: - 01 ədəd selofan bükümdə təmiz çəkisi 0,545 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 01 ədəd üzəri bənövşəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,075 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 88-92-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-435/2023 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 97-99-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki. sonuncu dəfə o, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay müddətinə azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 112-113-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 6076 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-123-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, çəkisi 0,545 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra 0,495 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbtçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 bükümdə narkotik vasitə heroini könüllü təhvil verməsi və şifahi sorğu-sual zamanı təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,545 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş hissəsi 6 (altı) ay müddətinə azaldılmış 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 31 avqust 2023-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi RPİ-nin saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,495 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-479/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-479/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver