Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-48/2020 22.01.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, x6 qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili x1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə qanunsuz ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən talama məqsədi olmadan 06 noyabr 2019-cu il tarixdə saat 00:30 radələrində, Nəsimi rayonu, Cavadxan küçəsi 11 ünvanın qarşısında olan avtomobil olunda Zərərçəkmiş şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı, sedan tipli **-PH-*** dövlət nömrə nişanlı avtomaşında sərnişin qismində əyləşərkən qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncuya sağ almacıq nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə avtomobildən düşməsini tələb edərək talama məqsədi olmadan qanunsuz olaraq avtobili ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 noyabr 2019-cu il tarixdə dostu Elxanın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayına toy məclisinə getmiş, həmin toy məclisində də o, spirtli işki qəbul etmiş, toydan da nə vaxt kiminlə çıxmağı, hara və nə ilə getməyi qalmamış, səhərə yaxın, yəni 06 noyabr 2019-cu il tarixdə isə uşaqlıq illərində yaşadığı Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 7 ünvanın qarşısında olan avtodayanacağının nəzarətçi üçün nəzərdə tutulmuş köşkündə yatmış, həmin köşkdə necə gəlməyini unutmuş, səhər saatlarında, yəni 06 noyabr 2019-cu il tarixdə onu avtodayanacağın gözətçisi Azər onu yuxudan oyadaraqonu polislərin axtardığını demiş, o sərxoş olduğundan heç bir hadisənin yadına gəlmədiyini, onun avtomaşını qaçırmasın yadında qalmadığını bildirmiş, Zərərçəkmiş şəxs ifadəsində 06 noyabr 2019-cu il tarixdə idarə eldiyi “Daewoo Gentra” minik markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomaşınına 4 nəfərin əyləşməsini, 3 nəfər müştərinin Nəsimi rayonu, Cavadxan küçəsi Evromed tibb mərkəzinin qarşısında düşməsini, bir nəfərin, yəni onun Yasamal rayonu, Kaktus deyilən əraziyə aparması barədə suala cavab olaraq sərxoş olduğundan heç bir şeyi xatırlamadığını, onda heç bir bıçağın olmadığını, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini, sonuncuun avtomaşından da heç bir əşya götürmədiyini bildirmişdir. Bundan başqa o, bildirmişdir ki,06 noyabr 2019-cu il tarixdə gecə saatlarında toyda olduğundan sərxoş olmuş 06 noyabr 2019-cu il tarixdə isə sərxoşluğula bağlı tibbi müayinədən keçmişdir. Özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, avtomobilin heç bir zərər yetirilmədən zərərçəkmiş şəxsə qaytarılmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ağır mədə xəstəliyindən (qastrit) əziyyət çəkməsini, daimi dərman qəbul etmə zərurəti olduğunu, barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, DVD diskində olan görüntülərvə işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 05 noyabr 2019-cu il tarixdə saat 24:00 radələrində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində olan “Qızıl Tас”şadlıq sarayının qarşısından keçən zaman 4 nəfər kişi müştəri avtomaşınını saxlayaraq maşına əyləşmiş, həmin şəxsləri Nəsimi rayonu, Cavadxan küçəsi “Evromed” tibb mərkəzinin qarşısına gətirmiş, 3 nəfər müştəri orada düşmüş, bir nəfər müştəri isə arxa oturacaqda əyləşən 19-cu PŞ-də görüb tanıdığı Təqsirləndirilən şəxs ona Yasamal rayonu, Kaktus deyilən restoranın yaxınlığına aparmasını istəmiş, o, Ceyhunla həmin ünvana getmiş, Kaktus restoranın yanına çatsada Ceyhun maşından düşməmiş, sonuncu yenidən Əcəmi metrosu qayıtmasını istəmiş, onlar oradan qayıdanda “Qızıl Tас” şadlıq evinin qarşısında Ceyhun arxa oturacaqdan qabaq oturacağa o, maşını idarə etdiyi zaman qabaq oturacağa keçmiş və qabaq oturacaqda əyləşərək sürməsini demiş, o, hara getməli olduğunu soruduqda Ceyhun onu nəlayiq formada söyərək maşını idarə etməsini demiş, 06 noyabr 2019-cu il tarixdə saat təxminən 00:30 radələrində Nəsimi rayonu, Cavadxan küçəsində, yəni Əcəmi dairəsindən 3-cü mikrorayon dairəsinə gedən yolda qəfildən Ceyhun ilkin olaraq o, gözləmədiyi halda sağ göz nahiyəsindən yumruqla vurmuş, o maşını saxlayıb əlini üzünə tutmuş, əlini üzündən çəkən zaman Ceyhun əli ilə onun sinəsinin sol tərəfinə, yəni ürəyinin üstünə vurmuş və ondan maşından düşməməsini tələb edərək əli ilə onu itələməyə başlamış, o, sükan arxasından düşəndən sonra Ceyhunda qabaq sol qapıdan düşmüş, o, maşından düşməzdən də əvvəl Ceyhun ona “mənim maşınımı niyə sən sürməlisən, düş maşından” demiş, o, maşından düşəndən sonra maşının ətrafında fırlanmış, Ceyhunda onun arxasınca gəlmiş, o, maşının sağ tərəfinə keçəndən sonra Ceyhun sükan arxasına əyləşmiş, hətta o, maşının qapısını əl ilə saxlasada Ceyhun maşını işə salıb idarə etməyə başlamış, oda artıq maşının qaçırılmasını görəndən sonra maşının qapısını buraxmış və maşının arxası ilə qaçsada sonuncu maşını saxlamamış, bundan sonra o, köməyə adam axtarsada tapmamış, sonradan Əcəmi metrostansiyasının yaxınlığında yoldan keçən tanımadığı 20-25 yaşlı kişinin mobil telefonu ilə DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, onun zəngindən təxminən 15-20 dəqiqə sonra polislər gəlmiş, bundan sonra o, 19-cu PŞ-nə gedərək ərizə və izahatını yazmış, maşınında onun 52 manat pulu, yəni 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və qalanı 1 manatlıqlar olan pul əskinazı, ona məxsus 450 manata kredit yolu ilə aldığı, üzərində 3manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən, konturu olmayan “Samsung A10” markalı,mobil telefonu, ona məxsus sürücülük vəsiqəsi, avtomaşının texniki pasportu, şəxsiyyət vəsiqəsi qalmış, Ceyhun maşını sürüb gedəndən sonra öz mobil telefonuna zəng etsədə telefonuna zəng etsə də sonradan telefonu söndürülmüş, maşınına müştəri kimi əyləşən şəxslərdən birinin adını İdris olmasını, sonuncunu bir neçə dəfə ünvana apardığını, həmin 3 nəfər müştərini“Evromed” tibb mərkəzinin yanına aparsada İdrisə görə onlardan pul almamış, həmin yolu getməsini bildirmiş,Ceyhundan başqa digərmüştərilər ona heç bir zor tətbiq etməmiş, ondan heçnə tələb etməmiş, 3 nəfər müştəri maşından düşəndən sonra həmin qeyd etdiyi hadisə baş vermiş, Ceyhunda maşında olan zaman ondan heç bir əşya və pul tələb etməmiş, sadəcə maşından düşməsini, özü idarə etməsini demişdir. Həmin zaman Ceyhun sərxoş olmuş, maşın polislər tərəfindən ona qaytarılandan sonra avtomaşınında olan sürətlər qutusunun yanında saxladığı ona məxsus olan 52 manat pulunu, “Samsung A10” markalı mobil telefonunu, ona məxsus avtomaşının günlük yerində olan sürücülük vəsiqəsi, avtomaşının texniki pasportunu, şəxsiyyət vəsiqəsini götürmüş,DİN-nin 102 xidmətinə zəng edərkən, ərizə, izahat, həmçinin ilkin ifadə verərkən Təqsirləndirilən şəxs tərəfindən təxminən 20 sm uzunluğunda, qara rəngli tutacağı olan, tutacağın arxası yastı və dairəvi formada olan bıçağın arxası ilə sinəsinə xəsarət yetirdiyini və bıçaqla onu hədələdiyini bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmədiyini, bıçaqla hədələmədiyini sadəcə olaraq əli ilə onu vurmasını qeyd etmiş, Təqsirləndirilən şəxs onu əli ilə vuraraq maşından düşürməsini, sonra isə maşınını qaçırdığından Ceyhunda qarşı acıqlı olmuş, buna görə də DİN-nin 102 xidmətinə zəng edərkən, ərizə, izahat və ifadə verən zaman yalandan Təqsirləndirilən şəxs əlində bıçaq olmasını, həmin bıçağın arxası ilə ona xəsarət yetirdiyini, bıçaqla onu hədələdiyini bildirmiş, Nəsimi Rayon Məhkəməsində hakim qarşısında ifadə verən zaman vicdanı ona əzab verdiyindən həqiqəti deməyi lazım bilmiş, buna görə də bir daha Təqsirləndirilən şəxs onu əli ilə vursada, maşından düşməsini sözlə tələb etsədə, onu bıçaqla hədələməmiş, bıçaqla ona xəsarət yetirməmişdir. Hazırki ifadəsinin doğru olmasını nəzərə almağı xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş ƏliyevSavalan Loğman oğlu ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti “xxxxxxx” MMC-də hüquqşünas vəzifəsində işləyir.“Daewoo Gentra” minik markalı, **-PH-***dövlət nömrə nişanlı avtomaşın işlədiyi “xxxxxxx” MMC-yə məxsusdur, Şahid8 həmin “xxxxxxx MMC-yə məxsus “Daewoo Gentra” minik markalı, **- PH-***dövlət nömrə nişanlı avtomaşını 03 iyun 2019-cu il tarixdə Lizinq müqaviləsi əsasında 14.800 manata kredit yolu ilə almış, ilkin ödəniş olaraq 4.000 manat ödəmiş, aylıq ödəniş olaraq 370 manat ödəməklə 48 ay müddətinə adına keçirilməsi məqsədi ilə almış, lakin Şahid8 krediti tam ödəyib qurtarmadığından həmin avtomaşın “xxxxxxx” MMC-yə məxsusdur. Belə ki,Şahid8 həmin avtomaşını etibarnamə ilə idarə etmək üçün N.Ə.Əliyevə “Daewoo Gentra” minik markalı, **-PH-***dövlət nömrə nişanlı avtomaşının 06 noyabr 2019-cu il tarixdə qaçırılması ilə bağlı “xxxxxxx” MMC-nin nhbərliyi tərəfindən ona məlumat verilsədə həmin hadisədən onun heç bir məlumatı olmamış, avtomaşın qaçırıldıqdan sonra “xxxxxxx” MMC-nin rəhbərliyi tərəfindən ona etibarnamə verilmiş və o, “xxxxxxx” MMC-nin səlahiyyətli nümayəndəsi kimi işə qoşulmuş, buna görə də 29 noyabr 2019-cu il tarixdə “xxxxxxx” MMC-nin servisi tərəfindən adı qeyd olunan avtomaşına baxış keçirilən zaman “xxxxxxx” MMC-yə 1.060 manat maddi ziyan dəymiş, 03 iyun 2019-cu il tarixdə Lizinq müqaviləsi əsasında həmin avtomaşın Şahid8saz vəziyyətdə təhvil verilmiş, 1.060 manat zərərdə 03 iyun 2019-cu il tarixdən 29 noyabr 2019-cu il tarixədək olan müddət ərzində olan zərərdir, həmin zərərin konkret olaraq hansı tarixdə maşına dəyməsi barədə “xxxxxxx” MMC-də heç bir məlumat olmamış, avtomaşının qabaq bamferi qabaq setkası, qabaq sol yan qanadı əzilmiş və qabaq sağ yan güzgüsü sınıq halda olmuş, “xxxxxxx” MMC-yə dəymiş zərərində daxili lizinq müqaviləsi üzrə müştəriləri Şahid8 tərəfindən bərpa olunması şirkət tərəfindən tələb olunacaqdır. Daha sonra Nümayəndəhazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirərək sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,o, hazırda ƏÇPA-nın patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Nəsimi rayonun inzibati ərazisi onun xidmət etdiyi inzibati ərazidir. 05 noyabr 2019-cu il tarixdə o, posta olduqları zaman yoldaşları, yəni polis baş serjantı Şahid2və polis serjantı Şahid4 ilə bir yerdə “Doblo Fiat” markalı, **-AP-***3 dövlət qeydiyyat nişanlı avtamaşınla çağırış avtopatrulla gecə xidmətə başlamış, 06 noyabr 2019-cu il tarixdə saat 02 radəsində xidmətdə olarkən efir vasitəsilə məlumat daxil olmuş, həmin məlumatda “Daewoo Gentra” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşın Nəsimi rayonu, Cavadxan küçəsində olan maşın yolunda qaçırılıb, hazırda avtomaşın həmin ərazidə olması barədə məlumat var. Bundan sonra o, öz postaçı yoldaşlarıla Əcəmi metrostansiyası ətrafında olan küçələri axtaran zaman qeyd olunan “Daewoo Gentra” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşını Hüseynbala Əliyev küçəsi 7 ünvanın qarşısında aşkar etmiş, bundan sonra həmin ərazidə yaşayan bir neçə tanımadığı və anket məlumatlarını götürmədiyi vətəndaşlarla maraqlanıb 1 nəfər arıq bədənli, 30-35 yaşlı orta boylu, azacıq saqqalı olan şəxsin həmin “Daewoo Gentra” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşını idarə etdiyini və avtomaşının yanında olduğunu bildirmiş, bundan sonra onlar həmin ərazidə olan avtodayanacağın gözətçisi üçün nəzərdə tutulmuş küncündə yatmış həmin “Daewoo Gentra” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşını qaçıran Təqsirləndirilən şəxs olmasını həmin avtodayanacağa nəzarət edən Şahid1 öyrənmiş, Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşıb polislər tərəfindən axtarıldığını daha sonra sonuncunu19-cu PŞ-nə dəvət etdikdə Təqsirləndirilən şəxs sərxoş olduğunu, heç bir şey yadında olmadığını Şahid1 köşkündə olan televizorun üstündən həmin “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşının açarını aşkar etmiş və avtomaşını 19-cu PŞ-nə gətirərək sahibinə qaytarılması üçün təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat zamanı şahidqismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında sonuncunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olunmuşdur ki, o, istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki,o,ünvan 2 ünvanında 3 ildir ki, yaşayır, lakin bundan əvvəl, yəni 1997-ci ildən 2016-cı ilədək olan müddət ərzində Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 3, mənzil 21 ünvanda yaşamış, uşaqlıq illərində də Şahid7 ilə dostluq etmiş, Təqsirləndirilən şəxs isə o, 1-2 ildir ki, tanıyır və onunla normal münasibəti var. 05 noyabr 2019-cu il tarixdə saat təxminən 20:00-da o, tək olaraq Nəsimi, rayonu, 4-cü mikrorayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayına uşaqlıq illərindən dostluq etdiyi qonşusu E.C.Səfərovun toyuna getmiş, toyda olan zaman məhəllə uşaqları ilə həmçininTəqsirləndirilən şəxs, Şahid7 və digər qonşu və tanışlarıla görüşmüş, hətta bir masada da əyləşib yeyib-içmiş, onlar toyda yeyib-içib oynayandan sonra təxminən saat 24 radəsində “Qızıl Tac” şadlıq sarayından çıxmış, həmin zamanda evə getmək üçün yoldan keçən Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşını Ceyhun saxlatdırmış, Elçin ondan hara getmək istədiyini soruşmuş, onlar da Əcəmi metrosu yaxınlığına getmək istədiklərini bildirmiş, həmin zaman Elçin yolunun üstü olduğu üçün onları Nəsimi rayonu, Cavadxan küçəsi Evromed tibb mərkəzinin yanına apara biləcəyini demiş, bundan sonra avtomaşının qabaq oturacağında tanımadığı, 25 yaşlarında, dolu bədənli, orta boylu, bığsız, ağbəniz, adını bilmədiyi kişi, arxa oturacaqda isə o, Təqsirləndirilən şəxs və qonşusu Şahid7 əyləşmiş, həmin zaman Ceyhun həddindən artıq sərxoş olmuş, Ceyhunda arxa oturacaqda onunla İslamın arasında əyləşmiş, bundan sonra sürücü onları 4-cü mikrorayon ərazisində olan Evromed tibb mərkəzinin yanma gətirmiş, həmin ünvana çatdıqda, o, İslam və tanımadığı 25 yaşlı kişi maşından düşmüş,lakin sürücüyə pul verməmiş, belə ki, sürücü Elçin onu tanıdığından “onsuzda həmin yolu gedirəm” demiş, İslam və həmin tanımadığı, lakin onlarla toyda iştirak edən 25 yaşlı kişi maşından düşəndən sonra Ceyhun maşından düşməmiş, yaşadığı ünvana Yasamal rayonu ərazisinə gedəcəyini bildirmiş, o, sürücü Elçindən onu Masazır qəsəbəsinə getmək istədiyini və onu aparmasını istəmiş, Elçin isə uzaqyol getmək istəmədiyini bildirərək o, Elçinin maşınından düşmüş və Masazır qəsəbəsinə getmiş, Ceyhunun isə o hara getməsini bilməmiş, lakin bir gündən sonra Ceyhunun həmin taksi kimi fəaliyyət göstərən Elşçinin idarə etdiyi “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşını qaçırmasını eşitmiş, Ceyhun toydan sonra da onun yanında olduğunu, sonuncunun üzərində heç bir bıçaq olmadığını, əgər Ceyhunun üzərində bıçaq olsa idi, onların görəcəyini, həmçinin maşına minən zaman və maşında olarkən o, bunu hiss edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki,o, Təqsirləndirilən şəxs 15 ildən artıq müddətdir tanıdığını, o, Ceyhunla uşaq yaşlarından dostluq etmiş, bir məhəllədə də Ceyhunla böyümüşlər, hazırda isə o, Ceyuhunla qonşu deyil, bildiyinə görə sonuncu Yasamal rayonu ərazisində yaşayır, 05 noyabr 2019-cu il tarixdə saat təxminən 20 radələrində o, tək olaraq Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən Qızıl Tac şadlıq sarayına qonşusu E.C.Səfərovun toyuna getmiş, toyda olan zaman məhəllə uşaqları ilə Təqsirləndirilən şəxs, Şahid6 və digər qonşu və tanışlarıla görüşmüş, toydan sonra saat təxminən 24 radəsində Qızıl Tac şadlıq sarayından çıxmış, həmin zamanda da evə getmək üçün yoldan keçən ağ rəngli “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşını saxlamış, qabaq oturacaqda tanımadığı 25 yaşlarında, dolu bədənli, orta boylu, bığsız, ağbəniz, adını bilmədiyi kişi, arxa oturacaqda isə o, Təqsirləndirilən şəxs və qonşusu İdris Səfərov əyləşmiş, həmin zaman Ceyhun həddindən artıq sərxoş olmuş, Ceyhunda arxa oturacaqda onunla İdrisin arasında əyləşmiş, onlar sürücüdən maşını 4-cü mikrorayon ərazisində olan Evromed tibb mərkəzinin yanına sürməsini istəmiş, həmin ünvana çatanda, o, İdris və tanımadığı 25 yaşlı kişi maşından düşmüş, Ceyhun isə maşından düşməmiş və Yasamal rayonu ərazisinə gedəcəyini bildirmiş, Ceyhunun isə maşından düşəndən sonra hara getməsini bilməmiş, lakin bir gündən sonra Ceyhunun həmin taksi kimi fəaliyət göstərən “Daewoo Gentra” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşını qaçırıldığını eşitmiş, sonuncununtoydan sonra da onun yanında olduğunu, onun üzərində heç bir bıçaq olmadığını, onun üzərində bıçaq olsa idi bunu dostlarının görəcəyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs 20 ildən artıq tanıdığını, Ceyhunun atası Yahyəbala ilə qonşu olduğunu, hətta o, olmayanda avtodayanacağda sonuncunun nəzarət etdiyini, onunda münasibəti həmişə Yahyəbala və onun ailəsi ilə bir qonşu kimi yaxşı olduğunu, Ceyhun isə hazırda onunla qonşuluqda yaşamadığını, 06 noyabr 2019-cu il tarixdə saat təxminən 01:30 radələrində Ceyhunun tək piyada olaraq onun nəzarətçi kimi qaldıdığı H.Əliyev küçəsi 7 ünvanın qarşısında olan avtodayanacağında gözətçisi üçün nəzərdə tutulmuş köşkünə gəlmiş və ondan siqaret istəmiş, o, siqaret olmadığını deyəndən sonra, Ceyhun getmiş, təxminən 1 saatdan sonra sonuncu yenidən avtodayananacağa gəlmiş, həmin vaxt Ceyhun sərxoş olmuş, o, Ceyhunun dilxor olduğunu və səbəbsiz yerə ağladığını gördüyündən Ceyhunu köşkünə gətirmiş, Ceyhuna çay vermiş, Ceyhunda otağında olan zaman oturduğu yerdə yatdığından o, otaqda olan taxtan düzəltdiyi yerə Ceyhunun başının altına yastıq qoymuş, Ceyhunda köşkündə yatmış, hava işıqlanan zaman o, Ceyhunu köşkdən çıxması üçün oyatmış və Ceyhuna kənar şəxslərin köşkə gəlməsi qadağan olduğunu, qonşuların narazlıq edə biləcəyini demiş, Ceyhun isə ondan əl üzünü yuyub gəlməsini və ona çay verməsini istəmiş, o, küçəyə çıxanda polis əməkdaşlarının ona yaxınlaşaraq kənarda ağ rəngli “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşın dayanıb, həmin avtomaşın kimin olduğunu soruşduqda o, həmin maşın dayanacaqda dayanmadığını, yer dayanacağa aid olmadığından o, həmin maşının sahibini tanımadığını, həmin maşında birinci dəfə gördüyünü, həmin maşının dayandığı yer dayanacağa yaxın olsada dayanacağa aid olmadığından həmin maşına cavabdehlik daşımadığını, həmin maşının ora necə gəlməsini görmədiyini bildirmiş, həmin zaman polis əməkdaşlarından birinin Ceyhunu axtardığını bilmiş və köşkə gələrək Ceyhuna polislərin onu axtardığını demiş, bundan sonra Ceyhun özü polislərə yaxınlaşmış, sonra polis əməkdaşlarından biri köşkə gəlib olan televizorun üstünə qoyulmuş açarın hansı maşına məxsus olmasını soruşduqda o, bilmədiyini demiş, bundan sonra polislər maşın açarını televizorun üstündən götürəndən sonra həmin qeydetdiyi “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşının qapısını açarla açmışdır. O, həmin açarı otağına Ceyhundan başqa şəxs qoya bilməyəcəyini düşünmüş, lakin Ceyhunun açarı köşkündə olan televizorun üstünə nə vaxt qoymasını həyətə çıxması səbəbindən görməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşın “xxxxxxx” MMC-yə məxsusdur, o, həmin maşını 03 iyun 2019-cu il tarixdə lizinq müqaviləsi əsasında, 14.800 manata kredit yolu ilə almış, ilkin ödəniş olaraq 4.000 manat ödəmiş, aylıq ödəniş olaraq 370 manat ödəməklə 48 ay müddətinə adına keçirilməsi məqsədi ilə almış, avtomaşını alandan sonra aylıq, yəni 370 manatı ödəmək onda çətinlik yaratdığından həmin avtomaşını icarə yolu ilə digər şəxsə verərək “xxxxxxx” MMC-nin pulunu ödəsin və maşını tam olaraq mülkiyyətinə keçirmək qərara gəlmiş və hazırda da ödəniş onun tərəfindən davam etdirilir. Buna görə də o, Zərərçəkmiş şəxs ilə “xxxxxxx” MMC-nin yol vərəqəsi ilə ona avtomaşınını idarə etmək üçün vermiş, Elçində bunun müqabilində gün ərzində ona 30 manat icarə pulu vermiş, 06 noyabr 2019-cu il tarixdə saat 02 radəsində Zərərçəkmiş şəxs ona tanımadığı nömrədən zəng edərək avtomaşını qaçırıldığını bildirdikdə o, rəsmi olaraq polisə bu barədə məlumat verməsini demiş, lakin bir neçə saatdan sonra, yəni 06 noyabr 2019-cu il tarixdə səhər saatlarında həmin ona məxsus elan “Daewoo Gentra”markalı **-PH-*** dövlət nömrə nişanlı avtomaşın polislər tərəfindən tapılaraq Zərərçəkmiş şəxs qaytrarılmış, sonuncu bundan sonra avtomaşınına baxan zaman avtomaşınında heç bir vuruq, əzik, sınıq izləri görməmiş, avtomaşını əvvəlki saz və işləkvəziyyətdə olmuş, avtomaşının qabaq bamferi sınıq, qabaq setkası əzik, qabaq sol yan qanadı əzik və qabaq sağ yan güzgüsü sınıq olsada, həmin əzik və sınıqlar o, maşını idarə edən zaman olmuş, sadəcə maddi imkanı olmadığından maşının sınıq və əzik yerlərini təmir etdirməmişdir. Buna görə də onun avtomaşınını qaçıran şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, gələcəkdə də heç bir şikayət və iddiası olmayacaqdır. Baş vermiş avtomaşın qaçırılması faktı əsasında ona heç bir zərər dəyməmişdir, buna görə də ifadəsini nəzərə almağı xahiş etmişdir. Cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan 06 noyabr 2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 108-109-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 noyabr 2019-cu il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin 2-ci cild 16-17-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 215-217-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2019-cu il tarixli, 28359 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-A-105F/DS” modelli mobil telefon apartının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmamasını və istifadədə olunduğunu nəzərə alaraq, 2019-cu ilin noyabr ayında olan orta bazar qiyməti təxminən 180,00 manat, “Samsung” markalı, “SM-A-105F/DS” modelli mobil telefon təzə vəziyyətdə 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 280,00 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 216-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 218-ci vərəqəsində olan 06 dekabr 2019-cu il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, iş üzrə götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung A10” markalı, 357-376-101-891-029 və 357-377-101-891-027 İMEY kodlu mobil telefon ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübut təhqiqat və istintaq zamanı aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasına təqdim edilmiş hadisə baş verən günə, yəni 2019-cu ilin noyabr ayına orta bazar qiyməti təxminən 180,00 (bir yüz səksən) manat, dəyərində bir ədəd “Samsung” markalı, “SM-A105F/DS” modelli, 357-376-101-891-029 və 357-377-101-891-027 İMEY kodlu mobil telefon müəyyən olduğu göstərilən əşyanın sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan AZ-İİ seriyalı, 023031 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və x3 arasında nikah 17 dekabr 2014-cü il tarixdə bağlanmış, nikahdan sonra ərə Zeynalov, arvada Feziyeva soyadı verilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan AZ-İİİ seriyalı, 595973 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x4 29 iyul 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə G.M.Feziyevadır. Cinayət işinin 1-ci cild 176-cı vərəqəsində olan Bakı Şəhəri İcra Hakimiyyəti 30 saylı MKİS tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cild 160-162-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 15 noyabr 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum edilmiş; 2) Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 127.2.3, 177.2.2 və 177.2.3 maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.1 və 66.3-cü maddələri tətbiq edilməklə 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 may 2013-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 07 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, 30 dekabr 2013-cü ildə təyin edilmiş şərti cəza başa çatmış; 3) Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixdə Amnistiya haqqında qərarının 2.5-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmiş. Cinayət işinin 1-ci cild 163-167-ci vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimlkan tədbiri qüvvədən düşmüş sayılmışdır. Cinayət işinin 2-ci cild 45-ci vərəqəsində olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 2-ci cild 72-ci vərəqəsində olan Güven Klinik tərəfindən verilmiş 21 dekabr 2019-cu il tarixli xəstəlik protokolundan görünür ki, Təqsirləndirilən şəxs qastrit xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, saat 00:33:57-də ilk öncə sürücü Zərərçəkmiş şəxs soldan sürücü tərəfdən qapıdan düşür, qapı açıqdır, onun arxası ilə saat 00:34:00-da Təqsirləndirilən şəxs sürücü tərəfdə olan qabaq sol qapıdan maşından düşür və Zərərçəkmiş şəxsla mübahisə edir, saat 00:34:03-də sürücü Zərərçəkmiş şəxs maşının qabaq sağ qapısının yanına keçir, Təqsirləndirilən şəxs onun arxa ilə gedir, saat 00:34:08-də Təqsirləndirilən şəxs maşının sağ tərəfinə keçir, saat 00:34:11-də Təqsirləndirilən şəxs maşının sağ tərəfindədir, əli ilə danışır nə isə əli ilə atır, sürücü Zərərçəkmiş şəxs əyilir, saat 00:34:22də sürücü kapot tərəfdə dayanır, Təqsirləndirilən şəxs sürücü qapısı qarşısındadır, saat 00:34:25-də Təqsirləndirilən şəxs sükan arxasına əyləşmək istəyir, Zərərçəkmiş şəxs maşının qapısının əli ilə saat 00:34:27-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən əli ilə vurur və sükan arxasına əyləşir, saat 00:34:34-də Zərərçəkmiş şəxs maşının qapısını əli ilə saxlayanda Ceyhun başından əli ilə vurur, saat 00:34:45-də maşın hərəkətə başlayır, Zərərçəkmiş şəxs qabaq qapısını əli ilə saxlamasına baxmayaraq saat 00:34:50-də Təqsirləndirilən şəxs irəli idarə edərək 2-ci yola daxil olur, Zərərçəkmiş şəxs maşının qapısından tutaraq qaçaraq halda hərəkət edir və qoşa xəttin üzərinə çıxır, saat 00:34:54-də maşın kadrdan itir, saat Zərərçəkmiş şəxs irəli qaçaraq kadrdan uzaqlaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskində olan görüntülər və digər iş materialları ilə onun talama məqsədi olmadan və həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə qanunsuz olaraq avtomobili ələ keçirmək cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsinə əsasən avtomobili talama məqsədi olmadan həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə qanunsuz ələ keçirmə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, avtomobilin heç bir zərər yetirilmədən zərərçəkmiş şəxsə qaytarılmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ağır mədə xəstəliyindən(qostrid) əziyyət çəkməsini, daimi dərman qəbul etmə zərurəti olduğunu və barəsində verilmiş müsbət xasiyyəynamənicəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 185.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi maddi sübut kimi tanınmış «01 ədəd “Samsung” markalı, “SM- A105F/DS” modelli, 357-376-101-891-029 və 357-377-101-891-027 İMEİ kodlu mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarıldığından, sonuncunun istifadəsinə verilmiş hesab edilməli, digər maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxlanılmalıvə iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək, yəni 02 (iki) ay 16 (on altı) gün həbsdə qalma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 05 (beş) ay 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, “SM-A105F/DS” modelli, 357-376-101-891-029 və 357-377-101-891-027 İMEİ kodlu mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarıldığından, sonuncunun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili x2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-48/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-48/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver