Məhkəmə qərarları › İş №1(006)-48/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-48/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-48/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X16 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərər çəkmiş şəxslər: X10 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 Nugay qızı Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs15 Zərərçəkmiş şəxs20 Zərərçəkmiş şəxs22 Zərərçəkmiş şəxs25 Zərərçəkmiş şəxs27 Zərərçəkmiş şəxs28 Zərərçəkmiş şəxs12 Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs10 (mülki iddiaçılar): Zərərçəkmiş şəxs16 Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs23 Zərərçəkmiş şəxs24 Zərərçəkmiş şəxs26 Zərərçəkmiş şəxs30 Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs14 Zərərçəkmiş şəxs17 Zərərçəkmiş şəxs19 Zərər çəkmiş şəxslərin Nümayəndə nümayəndələri: X22 X7 Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh): iştirakları ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, məhkum olunmuş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 184-də yaşayan, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasını çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edərək özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı “Xədicə Əlizadə” kimi təqdim etməklə onun bacısı qızı X27 rayonu Qarabağlı kənd orta məktəbinə müəllimə olaraq işə düzəldəcəyini yalan vəd verib aldadaraq ondan 18 avqust 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsindəki “X39” bağında 5.500 manat pulu alıb vədinə əməl etməyərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o:  Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı olaraq təqdim etməklə onun bacısı Sevinc Həsənovanı Azərbaycan Dövlət Pedaqoji Universitetində ixtisasartırma kurslarına yazdırıb dərslərdə davamiyyət məsələsini həll edəcəyinə yalan vəd verib aldadaraq ondan 17 noyabr 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda metronun “Əhmədli” stansiyası yaxınlığında 1.200 manat, 20 noyabr 2017-ci il tarixdə isə eyni ünvanda 1.500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2.700 manat məbləğində;  Zərərçəkmiş şəxs4 Nugay qızının etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı olaraq təqdim etməklə onun gəlini Ramilə Şirəliyevanı Bakı şəhəri, Nərimanov rayonunun ərazisində yerləşən uşaq bağçalarından birinə tərbiyəçi vəzifəsinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 08 dekabr 2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Baku Elektronics” mağazasının qarşısında 4.000 manat məbləğində;  Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı olaraq təqdim etməklə onun oğlu Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 11 yanvar 2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” restoranında 5.000 manat məbləğində;  Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə digər nazirliklərdə, o cümlədən Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən yaxın tanışlarının olduğunu bildirərək sonuncunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə polis zabiti kimi işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 06 fevral 2018-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 2 saylı Bakı “ASAN xidmət” mərkəzində 15.000, 12 mart 2018-ci il tarixdə isə eyni ünvanda 10.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 25.000 manat məbləğində;  Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı olaraq təqdim etməklə onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən uşaq bağçalarından birinə direktor vəzifəsinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 03 may 2018-ci il tarixdə sonuncuya məxsus qızıl-zinət əşyalarını metronun “Əhmədli” stansiyası yaxınlığında yerləşən lombarda girov qoyub bankdan kredit olaraq ayrılmış xeyli miqdar təşkil edən 8.539 manat məbləğində;  Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onu Neftçala şəhəri 4 saylı tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəlliməsi olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 10 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının qarşısında 2.000, adına göndərilmiş 1.200 manatı isə 14 iyun 2018-ci il tarixdə “xxxx” ASC-nin Xətai rayonu, metronun “Əhmədli” stansiyasının qarşısında yerləşən bankomatından nağd şəkildə çıxardaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3.200 manat məbləğində;  Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun qızı X18 şəhəri 4 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 29 iyun 2018-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Park Bulvar” ticarət mərkəzində 5.000 manat məbləğində;  Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun qohumu Tahirə Babayevanı həmin vaxt müqavilə əsasında müddətli olaraq müəllimə işlədiyi Sabirabad rayonu “Nizami Gəncəvi adına” tam orta məktəbdə müddətsiz olmaqla eyni vəzifəyə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 2018-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Dənizkənarı Milli Park”da 2.000, avqust ayının ortalarında isə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” restoranının qarşısında 1.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3.000 manat məbləğində;  Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun arvadı Xatirə Əliyevanı və baldızı X40 şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 29 iyul 2018-ci il tarixdə ünvan 6 ünvanda 7.500, 2018-ci ilin avqust ayının axırlarında isə onun “Bakı- Gəncə” marşrut xətti üzrə işləyən, şəxsiyyəti istintaqa məlum olmayan avtobus sürücüsü ilə göndərdiyi 1.400 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesinin 3-cü km-də yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə götürüb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 8.900 manat məbləğində;  Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun arvadını Bakı şəhərində yerləşən liseylərdən birinə aylıq 700-800 manat əmək haqqı ilə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 04 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının qarşısında 5.000 manat məbləğində;  Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay Bayramova” kimi təqdim etməklə onun qızı Könül Həsənlini Bakı şəhərindəki orta məktəblərdən birinə ingilis dili müəlliməsi olaraq işə düzəldəcəyinə və oğlu X31 Neft Şirkətinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan birinci iş üzrə 2018-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında xeyli miqdar təşkil edən 10.000 manat, ikinci iş üzrə 10 oktyabr 2018-ci il tarixdə ünvan 8 ünvanda yerləşən “Şuşa” restoranının qarşısında xeyli miqdar təşkil edən 6.000 manat məbləğində;  Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay Bayramova” kimi təqdim etməklə onu Quba rayonu 1-ci Nügədi kənd 2 saylı tam orta məktəbə direktor vəzifəsinə işə düzəldəcəyinə, habelə oğlu Rəmzi Hüseynovun təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetindəki qayıblarını sildiriləcəyinə yalan vəd verib aldadaraq ondan birinci iş üzrə 26 yanvar 2019-cu il tarixdə ünvan 10 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında 2.000, yanvar ayının 28-də eyni ünvanda sonuncunun göndərdiyi, şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı taksi sürücüsündən 3.000, yanvar ayının 31-də isə həminki qaydada 5.000 manat pulu götürüb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 10.000 manat, ikinci iş üzrə isə Zərərçəkmiş şəxs10 09 fevral 2019-cu il tarixdə göndərdiyi, şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı taksi sürücüsündən ünvan 10 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında xeyli miqdar təşkil edən 6.000 manat məbləğində;  Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay Bayramova” kimi təqdim etməklə onu Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinə direktor vəzifəsinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 03 fevral 2019-cu il tarixdə ünvan 11 ünvanın qarşısında xeyli miqdar təşkil edən 15.000 manat məbləğində;  Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay Bayramova” kimi təqdim etməklə onun qızı X28 rayonunda yerləşən orta məktəblərdən birinə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 11 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Bakı Beynəlxalq Avtovağzal Kompleksi” yaxınlığında 5.000 manat məbləğində;  Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay İsayeva” kimi təqdim etməklə onu Bakı şəhərində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 14 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 65 saylı tam orta məktəbin yaxınlığında 4.000, fevral ayının 18-də isə Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda 1.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5.000 manat məbləğində;  Zərərçəkmiş şəxs23 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay İsayeva” kimi təqdim etməklə onu Bakı şəhərində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 14 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 65 saylı tam orta məktəbin yaxınlığında 4.000, fevral ayının 18-də Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda 4.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 8.000 manat məbləğində;  Zərərçəkmiş şəxs22 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay” kimi təqdim etməklə onun arvadı Şahid6 Sumqayıt şəhəri 31 saylı tam orta məktəbə texnologiya fənni üzrə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq sonuncudan 17 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının qarşısında Zərərçəkmiş şəxs22 məxsus 3.000, fevral ayının 26-da isə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “SPAR” marketin qarşısında Zərərçəkmiş şəxs22 1.000 manat pulu götürüb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4.000 manat məbləğində;  Zərərçəkmiş şəxs24 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay İsayeva” kimi təqdim etməklə onun qızı Sevinc Nüdrətlini Bakı şəhəri Nizami rayonu 251 saylı tam orta məktəbə kimya fənni üzrə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 18 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda 5.000 manat manat məbləğində;  Zərərçəkmiş şəxs25 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onu Bakı şəhərində yerləşən uşaq bağçalarından birinə tərbiyəçi-müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 25 aprel 2019-cu il tarixdə ünvan 13 ünvanın qarşısında 2.000, may ayının 06-da ünvan 14 ünvanda yerləşən “Könül” gözəllik salonunda 900, may ayının 10-da isə sonuncunun göndərdiyi, şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” restoranının qarşısında 1.800 manat pulu götürüb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4.700 manat məbləğində;  Zərərçəkmiş şəxs26 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Günay İsayeva” kimi təqdim etməklə onu həmin vaxt müqavilə əsasında müddətli olaraq azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimə işlədiyi Xaçmaz rayonu Qaraçıkənd ümumi orta məktəbə eyni vəzifəyə müddətsiz olmaqla işlə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 17 may 2019-cu il tarixdə ünvan 10 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında 4.000 manat məbləğində;  Zərərçəkmiş şəxs27 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Leyla İsayeva” kimi təqdim etməklə onun arvadı Esmira Məsimovanı həmin vaxt müqavilə əsasında müddətli olaraq coğrafiya fənni üzrə müəllimə işlədiyi Xaçmaz rayonu Armudpadar kənd tam orta məktəbinə eyni vəzifəyə müddətsiz olmaqla işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 20 may 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində yerləşən “Leyla” şadlıq sarayının qarşısında 3.000 manat məbləğində;  Zərərçəkmiş şəxs28 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Leyla İsayeva” kimi təqdim etməklə onun arvadı X19 rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbinə ibtidai sinif müəlliməsi olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Mado” restoranının arxasında 24 may 2019-cu ildə sonuncunun Şahid8 adlı şəxs vasitəsilə göndərdiyi 5.000 manat məbləğində;  Zərərçəkmiş şəxs29 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı “Leyla İsayeva” kimi təqdim etməklə onun gəlini X25 şəhəri 9 saylı tam orta məktəbə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq 29 may 2019-cu il tarixdə ünvan 15 ünvanda yerləşən “Harmony” mehmanxanasının yaxınlığında sonuncunun Şahid8 adlı şəxs vasitəsilə göndərdiyi 3.500 manat məbləğində;  Zərərçəkmiş şəxs30 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun arvadı Şahid9 Ağdam rayon 96 saylı tam orta məktəbə direktor vəzifəsinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ondan 2019-cu ilin avqust ayının ortalarında ünvan 16 ünvanda yerləşən “X29 adına Milli Oftalmologiya Mərkəzi”nin qarşısında 13.000, avqust ayının sonlarında isə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Mado” restoranının arxasında 6.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 19.000 manat məbləğində;  Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun bacısı oğlunun Ukraynada təhsil aldığı ali təhsil müəssisəsinin diplomunu guya işlədiyi nazirlik tərəfindən təsdiqləcəyinə yalan vəd verib aldadaraq ondan 07 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Mado” restoranında xeyli miqdar təşkil edən 12.500 manat məbləğində;  Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun qohumu Aynur adlı şəxsi Bakı şəhəri 9 saylı tam orta məktəbə azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimə olaraq işə düzəldəcəyinə, habelə onun rəfiqəsinin oğlunu həmin vaxt təhsil aldığı Bakı Slavyan Universitetindəki bir fakültədən başqa fakültəyə keçirəcəyinə yalan vəd verib aldadaraq ondan birinci iş üzrə 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Mado” restoranında xeyli miqdar təşkil edən 10.000 manat, ikinci iş üzrə 24 yanvar 2020-ci il tarixdə ünvan 17 ünvanda yerləşən “Metro Park” ticarət mərkəzində 2.000, həmin günü axşam saatlarında isə metronun “Koroğlu” stansiyasıın qarşısında 3.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5.000 manat məbləğində;  Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun dostu Şahid3 həmin vaxt təhsil aldığı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsindəki imtahanlarını həll edəcəyinə yalan vəd verib aldadaraq ondan 11 mart 2020-ci il tarixdə ünvan 18 ünvanda yerləşən “Yaşıl Bazar” adlanan yerdə həmin vaxtın məzənnəsi ilə 7.140 manat təşkil edən 4.200 ABŞ dolları, mart ayının 13-də ünvan 19 ünvanda yerləşən “Madam” gözəllik salonunda isə 600 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 7.740 manat məbləğində;  Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun arvadı Natavan Bağırovanı Sumqayıt şəhərində yerləşən orta məktəblərdən birinə azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib aldadaraq ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” restoranının qarşısında onun 30 mart 2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə göndərdiyi 2.500 manat, aprel ayının 06-da eyni yerdə 2.000 manat, 14-də 1.000 və 20-də isə 1.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 6.500 manat məbləğində;  Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edərək özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun təhsil aldığı Türkiyə Respublikası Anadolu Universitetinin diplomunu guya işlədiyi nazirlik tərəfindən təsdiqlədəcəyinə yalan vəd verib aldadaraq ondan 17 mart 2020-ci il tarixdə ünvan 20 ünvanda yerləşən “McDonalds” restoranının qarşısında 4.000, məsələni tez həll etmək adı ilə isə may ayının 18-də ünvan 21 ünvanda yerləşən “Market 2” ərzaq dükanındakı ödəniş terminalından X2 adına olan kart hesabına göndərilmiş 1.000 manat pul olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5.000 manat pulu alıb ələ keçirməklə verdiyi vədlərinə əməl etməyib təkrarən dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2010-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində köməkçi-operator vəzifəsində işləmişdir. 2015-ci ildə isə ixtisara düşüb işdən azad edilmişdir. Bundan sonra işsiz qalmışdır. O, heç vaxt Təhsil Nazirliyində və ya hər hansı bir qurumda işləməmişdir. Zərərçəkmiş şəxs21la ümumi tanışları Ehtibar Dadaşovun vasitəsilə tanış olmuşdur. Ona özünü Təhsil Nazirliyinin əməkdaşı Günay kimi təqdim etmişdir. Rahilin bacısı qızı X27 rayonu Qarabağlı tam orta məktəbinə müəllimə olaraq işə düzəldəcəyinə yalan vəd verib bu adla ondan 18 avqust 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən “X39” bağında 5.500 manat pulu almış və bunula bağlı ona qəbz yazıb vermişdir. Bu puldan 2.000 manat ona çatmış, qalanını Ehtibar özünə götürmüşdür. O, Rahildən pul alsa da, belə səlahiyyəti olmadığından heç bir iş görməmişdir. Ələ keçirdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 təsadüfən Ağsu Rayon Təhsil Şöbəsindən tanımışdır. Özünü Elnura Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək bacısı Sevinc Həsənovanı hər gün dərslərdə iştirakdan azad olunmaqla Azərbaycan Dövlət Pedaqoji Universitetində ixtisasartırma kurslarına yazdıracağını yalan vəd verib aldadaraq ondan 17 noyabr 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyası yaxınlığında yerləşən “New Yorker” mağazasının qarşısında 1.200 və noyabr ayının 20-də eyni yerdə 1.500 manat olmaqla, ümumilikdə 2.700 manat pulunu alıb ələ keçirmişdir. Aldığı pulun müqabiində buna səlahiyyəti olmadığından heç bir iş görməmiş, pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs4 Nugay qızı ilə Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olmuşdur. Gilasa özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edib gəlini Ramilə Şirəliyevanı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən uşaq bağçalarından birinə tərbiyəçi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 08 dekabr 2017-ci il tarixdə metronun “Nəriman Nərimanov” stasiyası yaxınlığında yerləşən “Baku Elektronics” mağazasının qarşısında 4.000 manat pulu almışdır. Zərərçəkmiş şəxs6 ilə də Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olmuşdur. Ona özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək oğlu Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik şöbəsində sahə rəisi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 11 yanvar 2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” restoranda 5.000 manat pulu alıb ələ keçirmiş və heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs7 ilə Şahid2 vasitəsilə tanış olub ona özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Anara digər Nazirliklərdə, o cümlədən Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən yaxın tanışlarının olduğunu bildirməklə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə polis zabiti kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 06 fevral 2018-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 2 saylı Bakı “Asan xidmət” mərkəzində 15.000 və 12 mart 2018-ci il tarixdə eyni yerdə 10.000 manat olmaqla, ümumilikdə 25.000 manat pulu alıb ələ keçirmişdir. Bu puldan sonra 5.000 manatı Anara geri qaytarmışdır. Zərərçəkmiş şəxs9 ilə saç ustası Şahid5 vasitəsilə tanış olmuşdur. Humaya özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən uşaq bağçalarından birinə direktor kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan bu adla 03 may 2018-ci il tarixdə ona məxsus olan qızıl-zinət əşyalarını metronun “Əhmədli” stansiyası yaxınlığındakı lombarda girov qoyub kredit götürülmüş 8.539 manat pulu heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs1 ilə təsadüfi telefonla danışanda tanış olmuşdur. Fizurə ona Neftçala şəhərindəki banklardan birində mütəxəssis olaraq işlədiyini söyləmişdir. Fizurəyə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək onu Neftçala şəhəri 4 nömrəli tam orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 10 iyun 2018-ci il tarixdə metronun “20 Yanvar” stansiyası qarşısında 2.000 və ərinin onun adına göndərdiyi 1.200 manat pulu “xxxx” ASC-nin metronun “Əhmədli” stansiyası qarşısındakı bankomatından nağdlaşdırmaqla ələ keçirmişdir. Fizurədən pul alsa da, buna səlahiyyəti olmadığından heç bir iş görməmiş, ələ keçirdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan Fizurəyə aldığı puldan 2.200 manat qaytarmışdır. Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olmuşdur. Fizurə yə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək qızı X18 şəhəri 4 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 29 iyun 2018-ci il tarixdə ünvan 23 ünvanda yerləşən “Park bulvar” ticarət mərkəzində 5.000 manat pulu alıb heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs5 ilə Oğuz rayonunda istirahət edərkən təsadüfən tanış olmuşdur. Raminə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək qohumu Tahirə Babayevanı həmin dövrdə müqavilə əsasında işlədiyi Sabirabad rayonu Nizami Gəncəvi adına tam orta məktəbdə müəllimə kimi daimi işlə təmin edəcəyini yalandan vəd verib aldadaraq ondan 2018-ci ilin iyul ayının ortalarında ünvan 24 ünvanda yerləşən “Dənizkənarı Milli Park”da 2.000, avqust ayının ortalarında isə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” şadlıq evinin qarşısında 1.000 manat olmaqla, ümumilikdə 3.000 manat pulunu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs11 ilə Polad Məsimovun vasitəsilə tanış olmuşdur. Mirana özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək arvadı Xatirə Əliyevanı və baldızı X40 şəhərində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 29 iyul 2018-ci il tarixdə ünvan 6 ünvanda 7.500 və 2018-ci ilin avqust ayının axırlarında Zərərçəkmiş şəxs11 Bakı-Gəncə marşrut xətti üzrə işləyən avtobus sürücüsü ilə ona göndərdiyi 1.400 manat olmaqla, ümumilikdə 8.900 manat pulunu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs13 ilə təsadüfən tanış olmuşdur. Toğrula özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə ona arvadının aylıq 700-800 manat əmək haqqı ilə Bakı şəhərindəki liseylərdən birinə müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 04.10.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyası yaxınlığında 5.000 manat pulunu verdiyi vədə əməl etməmişdir. Zərərçəkmiş şəxs15 ilə 149 nömrəli tam orta məktəbin direktoru X23 vasitəsilə tanış olmuşdur. Əliyə özünü Təhsil Nazirliyinin əməkdaşı Günay Bayramova olaraq təqdim edərək qızı Könül Həsənlini Bakı şəhərindəki orta məktəblərdən birinə ingilis dili müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 2018-ci ilin oktyabr ayının əvvəllərində metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında 10.000 və guya oğlu X31 Neft Şirkətinə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq 10 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranının qarşısında 6.000 manat olmaqla, ümumilikdə 16.000 manat pulunu alıb ələ keçirmişdir. Sonradan Əlidən aldığı puldan ona 4.000 manat qaytarmışdır. Zərərçəkmiş şəxs10 ilə telefonla danışarkən tanış olmuşdur. Rənaya özünü Təhsil Nazirliyinin əməkdaşı Günay Bayramova olaraq təqdim edib onu Quba rayonu 1-ci Nügədi kənd 2 saylı tam orta məktəbə direktor vəzifəsinə iş düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 26 yanvar 2019-cu il tarixdə ünvan 26 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında 2.000, onun göndərdiyi taksi sürücüsü ilə eyni yerdə görüşərək yanvar ayının 28-də 3.000, yanvar ayının 31-də isə 5.000 manat götürməklə, ümumilikdə 10.000 manat pulunu ələ keçirmişdir. O, həmçinin Rənaya oğlu Rəmzinin oxuduğu Azərbaycan Dövlət Pedaqoji Universitetindəki qayıblarını sildirəcəyini yalandan vəd verib aldadaraq onun 09 fevral 2019-cu il tarixdə taksi sürücüsü ilə göndərdiyi 6.000 manat pulu ünvan 26 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında götürmüşdür. Rənaya verdiyi vədlərini yerinə yetirməmiş, sonradan ona 5.000 manat qaytarmışdır. Zərərçəkmiş şəxs16 ilə onun bacısı Zərərçəkmiş şəxs10 vasitəsilə tanış olmuşdur. Nuşabəyə özünü Təhsil Nazirliyinin əməkdaşı Günay Bayramova kimi təqdim edərək onu Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinə direktor vəzifəsinə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 03 fevral 2019-cu il tarixdə ünvan 27 ünvanda 15.000 manat pul almış, lakin sonra heç bir iş görməyərək pulu da geri qaytarmamışdır. X14 ilə Zərərçəkmiş şəxs10 vasitəsilə tanış olmuşdur. O, özünü Nicabətin anası Zərərçəkmiş şəxs20 Təhsil Nazirliyinin əməkdaşı Günay Bayramova kimi təqdim edərək qızı Nicabəti Quba rayonundakı orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 11 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi” yaxınlığında 5.000 manat pulu almış və söz verdiyi işi görməmişdir. Sonra Rasiməyə aldığı puldan 4.000 manat qaytarmışdır. Zərərçəkmiş şəxs18 ilə onun bibisi Zərərçəkmiş şəxs24 vasitəsilə tanış olmuşdur. Aynurəyə özünü Təhsil Nazirliyinin əməkdaşı Günay İsayeva kimi təqdim edərək onu Bakı şəhərindəki orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 14 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 65 saylı tam orta məktəbin yaxınlığında 4.000, 18 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda 1.000 manat olmaqla ümumilikdə 5.000 manat pulu alıb heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs23 ilə Zərərçəkmiş şəxs18 vasitəsilə tanış olmuşdur. İradəyə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi Günay İsayeva kimi təqdim edərək onu Bakı şəhərindəki orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi olaraq işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 14 fevral 2019-cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 65 saylı tam orta məktəbin yaxınlığında 4.000 və 18 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda 4.000 manat olmaqla, ümumilikdə 8.000 manat pulunu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs22 ilə Gülnarə Əlimusayevanın vasitəsilə tanış olmuşdur. O, özünü Rüfətə və arvadı Şahid6 Təhsil Nazirliyinin əməkdaşı Günay kimi təqdim edərək sonuncunu Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə texnologiya fənni üzrə müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq 17 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan metronun “20 Yanvar” stansiyasının qarşısında Samirədən 3.000, fevral ayının 26-da ünvan 28 ünvanında yerləşən “SPAR” marketin qarşısında Rüfətdən 1.000 manat götürməklə, ümumilikdə 4.000 manat pul almış və heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs24 ilə qızı Sevinc Nüdrətli vasitəsilə tanış olmuşdur. O, özünü onlara Təhsil Nazirliyinin əməkdaşı Günay İsayeva kimi təqdim edərək Naibəyə qızı Sevinci Bakı şəhəri Nizami rayon 251 saylı tam orta məktəbdə kimya müəlliməsi olaraq işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 18 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda 5.000 manat pulu alıb verdiyi vədə əməl etməmişdir. Zərərçəkmiş şəxs25 ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Könül” gözəllik salonunda həkim-kosmetoloq işləyən dayısı qızı Şahid7 vasitəsilə tanış olmuşdur. Özünü Arzuya Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək Bakı şəhərindəki uşaq bağçalarından birinə onu tərbiyəçi-müəllim kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 25 aprel 2019-cu il tarixdə ünvan 13 ünvanda 2.000, 06 may 2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” şadlıq evinin qarşısında taksi sürücüsü ilə göndərdiyi 900 və may ayının 10-da eyni yerdə 1.800 manat pulu götürməklə, ümumilikdə 4.700 manat pulu heç bir iş görməmişdir. Sonradan Arzuya aldığı puldan 2.500 manat geri qaytarmışdır. Zərərçəkmiş şəxs26 ilə qohumu Elvin Babayevin vasitəsilə tanış olmuşdur. Özünü Günelə Təhsil Nazirliyinin əməkdaşı Günay İsayeva kimi təqdim edərək müqavilə əsasında azərbaycan dili və ədəbiyyatı fənni üzrə müllimə olaraq işlədiyi Xaçmaz rayonu Qaraçıkənd ümumi orta məktəbdə daimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 17.05.2019-cu il tarixdə ünvan 26 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında 4.000 manat pul almışdır. Zərərçəkmiş şəxs27 ilə onun arvadı Esmira Məsimovanın vasitəsilə tanış olmuş, Esmira ilə tanışlığı isə telefon əlaqəsi əsasında yaranmışdır. O, özünü Elxana Təhsil Nazirliyinin İnsan resursları bölməsinin əməkdaşı Leyla İsayeva kimi təqdim edərək arvadı Esmiranı müqavilə əsasında cografiya fənni üzrə müəllimə işlədiyi Xaçmaz rayonu Armudpadar kənd orta məktəbində daimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 20 may 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, “Leyla” şadlıq sarayının qarşısında 3.000 manat pulu alıb verdiyi vədə əməl etməmişdir. Zərərçəkmiş şəxs28 ilə Zərərçəkmiş şəxs27 vasitəsilə tanış olmuşdur. Rəşada özünü Təhsil Nazirliyinin İnsan resursları bölməsinin əməkdaşı Leyla İsayeva kimi təqdim etməklə onun arvadı Gülnaz Cümşüdovanı müqavilə əsasında psixoloq olaraq işlədiyi Xaçmaz rayonu Qobuqıraq kənd orta məktəbində daimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 24 may 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Mado” kafesinin yaxınlığında Şahid8la göndərdiyi 5.000 manat pulu alıb öz ehtiyaclarına xərcləmiş və heç bir iş görməmişdir. Sonradan Rəşada aldığı puldan 2.000 manat qaytarmışdır. Zərərçəkmiş şəxs29 ilə Zərərçəkmiş şəxs27 vasitəsilə tanış olmuşdur. İsmayıla özünü Təhsil Nazirliyinin İnsan resursları bölməsinin əməkdaşı Leyla İsayeva kimi təqdim etməklə onun gəlinini Xaçmaz şəhəri 9 saylı orta məktəbə müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 29 may 2019-cu il tarixdə ünvan 15 ünvanda yerləşən “Harmony” mehmanxanasının yaxınlığında Şahid8la göndərdiyi 3.500 manat pulu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs30 ilə 149 nömrəli tam orta məktəbin direktoru X24 vasitəsilə tanış olmuşdur. İlhama özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək onun arvadı Şahid9 Ağdam rayon 96 saylı orta məktəbə direktor vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 2019-cu ilin avqust ayının ortalarında ünvan 16 ünvanda yerləşən “X29 adına Milli Oftalmologiya Mərkəzi”nin qarşısında 13.000 və 2019-cu ilin avqust ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mado” restoranın arxasındakı parkda Mehribandan 6.000 manat pulu götürməklə, ümumilikdə 19.000 manat pulu alıb ələ keçirmişdir. İlhamdan aldığı pulu ehtiyaclarına xərcləyərək heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs8 ilə Şahid1 vasitəsilə tanış olmuşdur. Füzuliyə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək onun bacısı oğlunun Ukraynada təhsil alıb bitirdiyi ali təhsil müəssisəsinin diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edəcəyinə söz vermişdir. 07 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə və Təbriz küçəsinin kəsişməsində yerləşən “Mado” kafesində Kəmalə və Füzuli ilə görüşmüş, sonuncu Kəmaləyə zərfdə pul verdikdən sonra onlar kafenin ayaqyoluna getmiş və orada Kəmalə ona 2.500 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Kəmalə Füzulidən 12.500 manat pul götürüb. Aldığı pulu müqabilində heç bir iş görməmiş, çünki buna səlahiyyəti olmamışdır. Zərərçəkmiş şəxs12 ilə bağlı verilmiş ittihamdan özünü yalnız bir epizod üzrə təqsirli bilir. Zərərçəkmiş şəxs12 ilə onu Şahid1 tanış etmişdir. Zərərçəkmiş şəxs12 rəfiqəsinin oğlunu təhsil aldığı Bakı Slavyan Universitetinin başqa fakültəsinə keçirəcəyini yalandan vəd verib aldadaraq ondan 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metro park” ticarət mərkəzində 2.000 və həmin günü axşam saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında 3.000 manat olmaqla, ümumilikdə 5.000 manat pul almış, həmin piuldan 500 manatını Şahid1 vermişdir. Pulları götürərkən Şahid1 da onların yanında olmuşdur. Sonradan hissə-hissə həmin pulu tam olaraq qaytarmışdır. Zərərçəkmiş şəxs12 onun qohumu Aynur adlı şəxsi Bakı şəhərindəki orta məktəblərdən birinə müəllimə kimi işə düzəltmək adı ilə 10.000 manat pulu almamışdır. Bu vəsaiti Şahid1 ondan almış, ona bu puldan heçnə çatmamışdır. Sadəcə olaraq bu işlə bağlı o söz vermişdir ki, məsələni təmənnasız həll edəcək. Zərərçəkmiş şəxs14 ilə həmin dövrdə işlətdiyi “Madam” gözəllik salonunda işçi olmuş Gülruh vasitəsilə tanış olmuşdur. Nurlana özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək dostu Şahid3 Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsindəki imtahanlarını həll edəcəyini yalandan vəd verib aldadaraq ondan 11 mart 2020-ci il tarixdə, ünvan 18 ünvanda yerləşən “Yaşıl bazar”ın qarşısında 4.200 ABŞ dolları və mart ayının 13-də işlətdiyi ünvan 30 ünvanda yerləşən “Madam” gözəllik salonunda 600 manat pulu alıb ələ keçirmişdir. Nurlandan aldığı pulları ehtiyaclarına xərcləmiş, əvəzində heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs19 ilə diş həkimi Samir Alışovun vasitəsilə tanış olmuşdur. Cabirə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək arvadı Natavan Bağırovanı Sumqayıt şəhərindəki orta məktəblərdən birinə azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 30 mart 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” şadlıq evinin qarşısında taksi sürücüsü vasitəsilə göndərdiyi 2.500, 06 aprel 2020-ci il tarixdə eyni ünvanda 2.000, aprel ayının 14də 1.000, aprel ayının 20-də əlavə olaraq 1.000 manat pulu götürməklə, ümumilikdə 6.500 manat pulu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs17 ilə Zərərçəkmiş şəxs14 vasitəsilə tanış olmuşdur. Elxana özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək onun təhsil aldığı Türkiyə Respublikası Anadolu Universitetinin diplomunu guya işlədiyi nazirlik tərəfindən təsdiqlədəcəyini yalandan vəd verib aldadaraq ondan 17.03.2020-ci il tarixdə ünvan 20 ünvanda yerləşən “McDonalds” restoranının qarşısında 4.000 manat pul almışdır. Daha sonra işi tezləşdirmək adı ilə 18 may 2020-ci il tarixdə onun gətirdiyi 1.000 manat pulu ünvan 21 ünvanda yerləşən “Market 2” ərzaq dükanındakı “MilliÖn” ödəniş terminalı vasitəsilə onda olan, X1 hesabına köçürmüşdür. Dərhal bundan sonra onu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməkdaşları saxlamışlar. Törətdiyi bütün əməllərdən peşmandır. Himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı var. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 ifadəsində göstərdi ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş bacısı qızı X11 Salyan rayonu Qarabağlı kənd orta məktəbinə müəllimə kimi işə düzəltmək istəmişdir. Məsələni qonşusu Ramin Məlikova da söyləmişdir. 18.08.2017-ci il tarixdə Ramin ona qaynı X12 Təhsil Nazirliyində yaxşı vəzifədə işləyən tanışı olduğunu bildirmişdir. O, Ramin vasitəsilə Ehtibarla telefon əlaqəsi saxladıqda sonuncu Təhsil Nazirliyində işləyən Xədicə adlı tanışının iş düzəltməklə bağlı köməklik göstərə biləcəyini təsdiq etmişdir. Ehtibar həmçinin onu Xədicə ilə danışdırmışdır. Xədicə ona Təhsil Nazirliyində İnsan resursları şöbəsində işlədiyini və bıcısı qızını qısa zamanda işə düzəldə biləcəyini bildirmişdir. Onlar telefonda bu işin 5.500 manat müqabilində həll ediləcəyinə dair razılığa gəlmiş və Xədicə pulu elə həmin gün çatdırmağını tələb etmişdir. O həmin günü saat 13 radələrində bacısı Məlahət və onun qızı Günayla bərabər Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən “X39” bağında Xədicə ilə görüşmüşlər. Bu zaman Ehtibar da Xədicənin yanında olmuşdur. O, razılaşdıqları kimi 5.500 manat pulu və bacısı qızı Günayın diplomunun əslini Ehtibara, sonuncu isə onları Xədicəyə vermişdir. Xədicə pulu aldıqdan sonra onlara qısa müddətə özü Salyan rayonuna gəlib işi həll edəcəyini əminliklə vəd etmiş, hətta bununla bağlı iltizam yazıb vermişdir. Bir neçə gün sonra Ehtibar Xədicə ilə birgə kəndə gəldikdə onlar yenə görüşmüşlər. Xədicə bazar günü olsa da, elə həmin gün məsələni həll edəcəyini bildirmişdir. Onlar bu adla Qarabağlı kənd orta məktəbinə getdikdə ora bağlı olmuşdur. O da məktəbin direktoru Yavər müəllimə zəng edib Təhsil Nazirliyinin Xədicə adlı əməkdaşının kəndə gəldiyini bildirmiş, sonuncu nazirlikdə belə bir işçini tanımadığını desə də, onun təkidilə onların yanına gəlmişdir. Xədicə məktəb direktoru Yavər müəllimə də özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə ona guya bacısı qızı Günayı işə götürməsini tapşırmışdır. Lakin Yavər müəllim Xədicəyə bunun mümkün olmadığını, işə qəbul məsələsinin Təhsil Nazirliyinin səlahiyyətində olduğunu söyləmişdir. Xədicə yenə də onu əmin etmişdir ki, nazirlikdən özü bu məsələni həll edəcək. Sonralar müxtəlif vaxtlarda Xədicə hər dəfə bir bəhanə gətirib vaxtı uzatmağa başlamış, hətta əlaqə nömrəsini də söndürmüşdür. Bu hadisələrdən 6 ay keçdikdə Ehtibarın qaynı Ramin bacısı qızının diplomunu gətirib onlara vermişdir. O, aldadıldığını başa düşüb hadisə ilə bağlı polisə müraciət etmişdir. Ona vurulmuş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun bacısı Sevinc Həsənova 2014-cü ildə Azərbaycan Kooperasiya Universitetinin Riyaziyyat fakültəsini bitirmiş və 2015-2016-cı illərdə Ağsu rayonu 3 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi olaraq işləmişdir. Onun diplomundakı ixtisas müəllimlik olmadığı üçün növbəti ildə məktəb onunla müqavilə bağlamamış və Azərbaycan Dövlət Pedaqoji Universitetində ixtisasartırma kursuna getməsi məsləhət görülmüşdür. 2017-ci il noyabr ayının əvvəlində o, Ağsu rayon Təhsil şöbəsinə gedib bacısı Sevinc barəsində xasiyyətnamə almışdır. Həmin vaxtı özünü ona Təhsil Nazirliyinin işçisi kimi təqdim edən Xədicə Ağsu rayonunda bir neçə nəfəri müəllim kimi işə düzəltdiyini söyləmişdir. Bacısı Ağsu rayonunda qaldığından və körpə uşağının olmasını nəzərə alıb Xədicədən onu X6 ixtisasartırma kursuna yazdırmaqla davamiyyət məsələsində ona köməlik etməsini xahiş etmişdir. Atası Teymurun da məsləhətinə əsasən Xədicə ilə bu işin 2.700 manata həll olunmasına dair razılığa gəlmişlər. 17 noyabr 2017-ci il tarixdə o, tələbə yoldaşı Şabanla bərabər metronun “Əhmədli” stansiyası yaxınlığındakı “New Yorker” mağazasının qarşısında Xədicə ilə görüşüb ona bacısına aid sənədlərin əslini və 1.200 manat pul vermişdir. Xədicə aldığı pulu universitetin hesabına köçürüb qəbzini ona verəcəyini demişdir. Bir neçə gün sonra yenə onunla eyni yerdə görüşüb Xədicəyə qalan 1.500 manat pulu da vermişdir. Xədicə pulu aldıqdan sonra 2018-ci ilin iyun ayında Sevincin dövlət imtahanında iştirak etməklə Ağsu rayonunda istədiyi məktəblərdən birinə işə düzələcəyinə söz vermişdir. Bir müddət sonra o, Xədicə ilə əlaqə saxlayanda sonuncu ona 2018-ci ilin mart ayının axırlarında bacısının adının Pedaqoji Universitetinin qeydiyyatında olacağını söyləmişdir. Buna əsasən o həmin vaxtı universitetə yaxınlaşıb bacısının adının qeydiyyata alınıb-alınmaması ilə maraqlandıqda, onun adının siyahıda olmadığını bilmişdir. Xədicəyə zəng vurub məsələni öyrənməyə çalışsa da, o, zənglərə cavab verməmişdir. 2018-ci ilin aprel-may ayında Xədicə yenidən ona zəng vurub may ayının sonlarında müəllimlərin işə qəbulu imtahanında iştirak etməsi üçün guya bacısına arayış veriləcəyini demişdir. Lakin sonra yenə də Xədicə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Nugay qızı ifadəsində göstərdi ki, gəlini Ramilə Şirəliyeva Bakı Humanitar Kollecini bitirmiş, uşaq bağçasında müəllimə olaraq işləmək istədiyindən ona iş axtarmışlar. Zərərçəkmiş şəxs2 gəlini Ramilənin qohumudur. 2017-ci ilin dekabr ayının əvvəllərində Elnur Xədicə adlı bir nəfərin Təhsil Nazirliyində işlədiyini və Ramilənin işə düzəlməsində onlara köməklik edə biləcəyini söyləmişdir. Elnur vasitəsilə Ramilə Xədicə ilə əlaqə saxlayıb məsələni ona danışmış və görüşmək üçün razılaşmışlar. Səhəri günü Ramilə Xədicə ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Metro Park” ticarət mərkəzinin yaxınlığında olan bir restoranda görüşmüşlər. Ramilə görüşdən gəldikdən sonra onlara Xədicənin 4.000 manat müqabilində onu Xətai rayonu ərazisində olan uşaq bağçalarının birinə işə düzəldəcəyini demişdir. Lakin əri Sakit Şirəliyev bu işə razı olmadığından Ramilə Xədicəyə demişdir ki, Xətai rayonu uzaq olduğu üçün evdə razılıq olmayıb, Nərimanov rayonunda olan uşaq bağçalarından birinə işə düzəldə bilsə yaxşı olar. Xədicə Ramiləyə artıq sənədlərini təqdim etdiyini və baxılıb razılıq verildiyi təqdirdə ona xəbər verəcəyini bildirmişdir. 08 dekabr 2017-ci il tarixdə o, Ramilə ilə bərabər metronun “Nəriman Nərimanov” stasiyası yaxınlığında olan “Baku Electronics” mağazasının qarşısında Xədicə ilə görüşmüş və 4.000 manat pulu Ramilənin yanında ona vermişdir. Xədicə pulu alıb bir həftəyə Ramilənin əmrinin veriləcəyini söyləmişdir. Bir həftədən sonra Ramilə Xədicə ilə əlaqə saxladıqda sonuncu ona yeni ildən sonra işə çıxacağını, yanvar ayında isə təhsil naziri dəyişdiyindən bir az gözləməli olacağını demişdir. Ramilə hər dəfə Xədicədən işi barəsində soruşanda o, hər dəfə bir bəhanə ilə vaxtı uzatmışdır. Sonradan Ramilə şəxsiyyət vəsiqəsini və diplomunu Xədicədən geri almış, işin düzəlmədiyini görüb pulu tələb etməyə başlamışdır. Lakin Xədicə zənglərinə cavab verməmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 2018ci ilin əvvəllərində polisə zabit kimi işə düzəlmək istəyirdi. Dayısının qonşusu olan Şahid2la bu barədə söhbət edəndə sonuncu Xədicə adlı tanışının bu işlərlə məşğul olduğunu demişdir. O, “WhatsApp” proqramı vasitəsilə sənədlərinin surətini Eyvaza, o da Xədicəyə göndərmişdir. Bir neçə gün sonra Xədicə ona zəng vurub onu 25.000 manat müqabilində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə polis zabiti kimi işə düzəldə biləcəyini demişdir. 2018-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində “Nargilə” kafesi yaxınlığında Eyvazla bərabər Xədicə ilə görüşmüş, sonuncu özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməklə digər nazirliklərdə, o cümlədən Daxili İşlər Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu bildirmişdir. O, sənədlərini Xədicəyə verdikdə ona bu məsələnin hardasa altı ay çəkəcəyini demişdir. İki gün sonra Xədicə yenidən ona zəng vurub sənədlərinin yoxlanıldığını, onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə işə düzəlməsinə razılıq verildiyini söyləmişdir. Xədicə işə başlansın deyə ondan 25.000 manat pulu əvvəlcədən istəmişdir. O, qərara gəlmişdir ki, Xədicəyə pulu iki dəfəyə və aralarında notariat qaydasında rəsmiləşdirilmə aparılması şərtilə versin. Xədicə də onun təklifi ilə razılaşmışdır. O, Xədicənin razılıq verməsindən sonra daha da ona inanmağa başlamışdır. 06 fevral 2018-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 2 saylı Bakı “ASAN xidmət” mərkəzində görüşüb orada notariusun yanında Xədicəyə 15.000 manat pul verib bunu kredit müqaviləsi kimi rəsmiləşdirmişlər. Qalan 10.000 manat pulu da eyni qaydada və yerdə 12 mart 2018-ci il tarixdə Xədicəyə vermişdir. Lakin Xədicə pulu alsa da, onun iş həll edilməmişdir. 17.10.2018-ci il tarixdə Xədicə ona 5.000 manat pulunu geri qaytarmışdır. Ona vurulmuş zərərin qalan hissəsi ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, 2005ci ildə X3 İbtidai metodika fakültəsini bitirmiş, 2016-cı ildən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 207 saylı körpələr evi - uşaq bağçasında tərbiyəçi olaraq işləyir. 01 may 2018-ci ildə o, Şahid5 işlədiyi, saçlarını düzəltdirmək üçün adətən getdiyi “Şəms studiya” gözəllik salonunda olarkən sonuncu ona Təhsil Nazirliyində işləyən tanışından danışmış və orta məktəbdə müəllimə kimi işə düzəlmək istəyən şəxsi Xədicə ilə tanış edə biləcəyini söyləmişdir. O, Amalyaya uşaq bağçasında tərbiyəçi kimi işləsə də, aldığı maaşın onu qane etmədiyini bildirmişdir. Buna görə də bəlkə köməyi dəyər deyə ondan Xədicənin əlaqə nömrəsini almışdır. O, Xədicənin mobil telefonuna zəng vurub ona uşaq bağçasına direktor vəzifəsinə işə düzəlməkdə köməklik etməsini xahiş etmişdir. 02 may 2018-ci il tarixdə Xədicə ilə metronun “Əhmədli” satnsiyası yaxınlığında görüşmüş, sonuncu onu uşaq bağçasına direktor vəzifəsinə işə düzəltmək üçün ondan 10.000 manat istəmişdir. Xədicə onu ilk əvvəl kursda təlim almaq adı ilə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında olan “Neyron” hazırlıq kursuna gətirmişdir. 03 may 2018-ci il tarixdə o, yaşadığı evdən özünə məxsus 2.500 manat dəyərində bir ədəd qızıl üzük və bir ədəd sırğa, 5.000 manat dəyərində bir ədəd qızıl üzük və bir ədəd sırğa, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl kulon, 1.200 manat dəyərində bir ədəd qızıl üzük və bir ədəd sırğa, 900 manat dəyərində bir ədəd qızıl üzük və bir ədəd sırğa, 2.000 manat dəyərində bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd qızıl kulon, 320 manat dəyərində bir ədəd qızıl üzük, 1.000 manat dəyərində üzəri brilyant qaşlarla bəzədilmiş bir ədəd qızıl üzüyü götürüb Xədicə və Amalya ilə birlikdə onları metronun “Əhmədli” stansiyası yaxınlığında yerləşən lombarda göstərmişdir. Lombardın işçisi həmin qızıl-zinət əşyalarına baxıb 8.539 manat məbləğində kredit verə biləcəyini bildirmişdir. Onun şəxsiyyət vəsiqəsi üzərində olmadığından işi tez həll edilsin deyə krediti Xədicənin vəsiqəsilə sonuncunun adından götürmüşlər. Bundan sonra o, Xədicə və lombardın işçisi Yusif 18 saylı notariat kontoruna gedərək kredit götürülməsinə dair ərizə almışlar. Bundan sonra Xədicə ona işə girmək üçün tərcümeyi-hal yazdırmış, kadrlar uçotunun şəxsi vərəqəsi blankını doldurtmuş və bu sənədləri guya Bakı Şəhər İcra Hakimiyyətinə aparacağını demişdir. 03 iyun 2018-ci il tarixdə Xədicə zəng vurub lombardın faizi olan 700 manat pulu ödədiyini söyləmiş, o, iş barədə soruşduqda onun yaxın zamanda həll edəcəyini demişdir. Lakin sonradan Xədicə onun mobil telefon nömrəsini “qara siyahı”ya əlavə etmişdir. O, aldadıldığını görüb polisə müraciət etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsini bitirmiş, təhsilini qiyabi aldığı üçün eyni zamanda Neftçala şəhər 4 nömrəli məktəbdə kitabxanaçı olaraq işləmişdir. Diplom aldıqdan sonra müəllimə kimi işə düzəlmək üçün iki dəfə imtahan versə də, keçid balı toplaya bilməmişdir. 2018-ci ilin may ayından isə Neftçala şəhərində yerləşən “Kredit evi” kredit təşkilatında kredit mütəxəssisi olaraq işləməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə 2018-ci ilin iyun ayının əvvəllərində təsadüfən tanış olmuşdur. Xədicə özünü ona Təhsil Nazirliyinin işçisi kimi təqdim edib məktəblərə və ali təhsil müəssisələrinə işçi və tələbə düzəltməklə məşğul olduğunu bildirmişdir. O, ixtisası üzrə müəllimə işləmək istəyirdi və Xədicəyə bu barədə danışıb ondan Neftçala şəhər 4 nömrəli məktəbə azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimə kimi işə düzəlmək imkanının olub-olmamasını soruşmuşdur. Xədicə bu məsələni 4.000 manata həll edə biləcəyini dedikdə onunla razılaşmış, lakin pulu hissə-hissə verə biləcəyini söyləmişdir. 10 iyun 2018-ci il tarixdə metronun “20 Yanvar” stansiyası qarşısında Xədicəyə 2.000 manat pul vermiş, sonuncu da bir aya işini həll edəcəyini bildirmişdir. O, qalan məbləği verə bilmək üçün kredit götürmək istəmiş, lakin 500 manat kredit borcu olduğundan bu mümkün olmamışdır. Xədicə ona 500 manat borc pul vermişdir ki, o, kredit götürsün və sonra həm borcu, həm də işə düzəlməsi ilə bağlı qalan pulu versin. O, Xədicədən 500 manat pul götürmüş, kredit borcunu ödəyib bankdan yenidən 2.000 manat kredit götürmüşdür. 14 iyun 2018-ci il tarixdə o, Xədicənin adına “xxxx” ASC vasitəsilə 1.700 manat pul göndərmişdir. Lakin onun işini həll etməmişdir. O, aldadıldığını başa düşüb pulunu tələb etdikdən sonra 2018ci ilin oktyabr ayında Xədicə ona 2.200 manat pul qaytarmışdır. Ona vurulmuş zərərin qalanı ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, qızı Fidan Abbasova 10 il bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, həmin vaxtdan etibarən Neftçala şəhər 4 nömrəli məktəbdə kitabxanaçı işləyir. Lakin Fidanın ixtisası üzrə riyaziyyat müəlliməsi olaraq işləmək istəyirdi. Dəfələrlə imtahan verməsinə baxmayaraq keçid balını toplaya bilməmiş və buna görə bu işdə onlara köməklik göstərə biləcək adam axtarmağa başlamışlar. 2018-ci ilin iyun ayının əvvəllərində qızının iş yoldaşı Fizurə Təhsil Nazirliyində işləyən tanışı Xədicənin bu məsələdə köməklik göstərə biləcəyini söyləmişdir. O, Xədicəyə zəng vurub qızının işi ilə bağlı danışmış, onun Neftçala şəhər 4 nömrəli məktəbdə riyaziyyat müəlliməsi kimi işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Xədicə bu işi 5.000 manata həll edə biləcəyini bildirmiş, o da razılaşmışdır. 29 iyun 2018-ci il tarixdə o, Fizurə ilə birlikdə ünvan 23 ünvanda yerləşən “Park Bulvar” ticarət mərkəzində Xədicə ilə görüşmüşlər. Orada Fizurənin yanında qızı Fidanın Neftçala şəhər 4 nömrəli məktəbə riyaziyyat müəlliməsi olaraq işə düzəlməsi üçün Xədicəyə 5.000 manat pul və bəzi sənədləri vermişdir. Xədicə bir həftəyə qızının əmrinin veriləcəyini bildirmişdir. Lakin sonralar Xədicə hər dəfə bir bəhanə gətirərək vaxtı uzatmağa başlamışdır. Bir müddət sonra işin həll olunmadığını görüb pulunu tələb etsə də, Xədicə onun pulunu bu günə kimi qaytarmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə üç il əvvəl Oğuz rayonunda istirahətdə olarkən təsadüfən tanış olmuş, Xədicə özünü ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. 2018-ci ilin yay aylarında qohumu Tahirə Babayeva ondan müqavilə əsasında işlədiyi Sabirabad rayonu “Nizami Gəncəvi adına” tam orta məktəbə müəllimə kimi daimi işə düzəlməsinə köməklik edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Belə ki, qohumu Tahirə Sabirabad rayonu N.Gəncəvi adına tam orta məktəbdə müqavilə əsasında ibtidai sinif müəlliməsi işləmiş, bir neçə dəfə müəllimlər üçün işə qəbul imtahanında iştirak etsə də, keçid balını toplaya bilməmişdir. O, Tahirəyə Xədicə barəsində danışmışdır. Eyni zamanda zəng vurub bu məsələni Xədicəyə bildirdikə o, 3.000 manata bu məsələni həll edə biləcəyini söyləmişdir. Tahirənin imkanı yaxşı olmadığından onun əvəzindən özü pul verib onu işə düzəltmək qərarına gəlmişdir. Lakin Xədicəyə özündə 2.000 manat pul olduğunu, qalan 1.000 manat pulu bir ay sonra verəcəyini demişdir. 2018-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 92 ünvanda yerləşən “Dənizkənarı Milli Park”da Xədicə ilə görüşərək ona 2.000, avqust ayının ortalarında isə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” şadlıq evinin qarşısında qalan 1.000 manat pulu ona vermişdir. Bundan sonra Xədicə hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamışdır. Pulunu tələb etdikdə isə ona bəhanələr uydurub qaytarmayaraq onu aldatmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, qızı Könül 2014-cü ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsini bitirmiş və 2017ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak edərək 45 bal topladığı üçün Masallı rayon orta məktəbinə düşmüş, lakin uzaq olduğundan oraya getməkdən imtina etmişdir. 2018-ci ildə tanışı Zəngilan rayon tam orta məktəbində idman müəllimi işləyən Pərvanə onlara təklif etmişdir ki, Könül yenə imtahanda iştirak etsin, o isə tanışı Arzu xanım vasitəsilə onu bir yerə düzəltdirər. 2018-ci ilin iyul ayında Pərvanə onu Arzu adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsində tanış etmiş və onlar sonuncuya iş məsələsi barədə danışmışlar. Bundan sonra Arzu telefonda kiminləsə məsləhətləşib ona demişdir ki, 10.000 manata Nizami rayonundakı məktəblərdən birinə qızını ingilis dili müəlliməsi kimi işə düzəldə bilər. O da buna razılıq verib səhəri günü 10.000 manat və qızına aid sənədləri götürüb Pərvanə ilə birlikdə Arzu xanımın direktor işlədiyi 149 saylı tam orta məktəbdə görüşmüş, sonuncuya kabinetində pulu və sənədləri vermişdir. Arzu məsələni 2018-ci ilin sentyabr ayında həll edəcəyini bildirsə də, sentyabr ayının 15-də yeni dəsr ili başladıqda görmüşdür ki, ondan bir xəbər çıxmır. Arzu ilə əlaqə saxladıqda ona tələsməməyi, ikinci dəfə müəllimlərin yerləşdirməsi zamanı qızını işə qəbul etdirəcəyini söyləmişdir. Bir müddət sonra yenə Arzuya zəng vurduqda ona Könülün sabah metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında gözləməsini, sonuncunu guya Təhsil Nazirliyinin işçisi Günay Bayramovanın məktəbə aparıb təqdim edəcəyini demişdir. Səhəri günü o qızı Könüllə birlikdə deyilən yerə gəldikdə özünü Günay Bayramova kimi təqdim edən bir nəfərlə görüşmüşlər. Günay idarə etdiyi avtomobillə qızı Könülü Zəngilan rayon Təhsil şöbəsinin inzibati binasına aparmışdır. O isə öz avtomobili ilə onların ardınca getmiş və Günayın Təhsil şöbəsinə girdiyini görmüşdür. Bir saatdan sonra Günay Bayramova ona zəng vurub demişdir ki, Arzu onun qızını məktəbə müddətli əmrlə, yəni müvəqqəti olaraq işə düzəldir. O da Arzu ilə əlaqə saxlayıb demişdir ki, qızının müddətli olaraq işə girməsini istəmir, pulunu qaytarsın. Arzu isə qızını müddətli əmrlə işə qəbul edib, iki-üç aydan sonra isə müddətsiz rəsmiləşdirəcəyini bildirmişdir. O, Arzunun dediklərini zəng edib Günaya söyləyəndə, onuncu onu telefonda gözlədib Arzunu xəttə qoşmuşdur. Arzu xəttə qoşulandan sonra Günay ondan Könülün işini müddətsiz edə bilibbilməyəcəyini soruşmuş, o isə demişdir ki, bu alınmayacaq. Günay ona təklif etmişdir ki, əgər istəyirsə Arzudan pulu alıb ona versin, o da daimi əmrlə qızını işə qəbul etdirsin. 2018-ci ilin oktyabr ayının əvvəllərində Arzu onunla metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında görüşüb 5.000, bir neçə gün sonra da bacısı oğlu vasitəsilə metronun “Sahil” stansiyası yaxınlığında 4.000 manat pulunu qaytarmışdır. O, Arzudan qalan 1.000 manatı istəyəndə, sonuncu demişdir ki, o qədər bu işə görə xərci çıxıb, onsuz da qızının işi həll olunur. Səhəri günü oğlu Turalla birlikdə Günay Bayramova ilə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında görüşüb ona 10.000 manat pul vermişdir ki, qızını məktəbə daimi əmrlə işə düzəltsin. Həmin vaxt Günay oğlunun hansı ali məktəbi bitirdiyini soruşanda demişdir ki, Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Günay ona oğlunu Dövlət Neft Şirkətində iş düzəldə biləcəyini demişdir. İki gündən sonra Günay ona zəng vurub demişdir ki, oğlunun işi hazırdır və bunun müqabilində 6.000 manat pul verilməlidir. O, səhəri günü Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranının qarşısında Günayla görüşüb pulu və sənədləri ona vermişdir. Bir neçə gün sonra Günay Bayramovaya zəng vurub qızının və oğlunun işi ilə maraqlananda sonuncu demişdir ki, oğlu Turalın işi düzəlir, qızın Könülün işi isə 2019-cu ilin yanvar ayına qalıb. Sonradan ona məlum olmuşdur ki, Günay Zəngilan rayonundan olan Hökümə Balacayevanın qızını işə düzəlmək üçün pul alıb, lakin işini həll etmir. Bundan sonra Hökümə Balacayevanın ilə əlaqə saxladıqda sonuncu ona vəziyyəti danışıb Günay Bayramovanın əsl adının Təqsirləndirilən şəxs olduğunu demişdir. O da artıq aldadıldığını başa düşmüşdür. Xədicəyə verdiyi puldan yalnız 4.000 manatı geri ala bilmişdir. Ona vurulmuş zərərin qalan hissəsi ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, 2017-ci ildən Quba rayonu 1-ci Nügədi kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsini müvəqqəti icra edir. 23 noyabr 2018-ci il tarixdə orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün Təhsil Nazirliyinin təşkil etdiyi Azərbaycan Texniki Universitetində imtahan vermiş və keçid balı toplamışdır. 09 yanvar 2019-cu il tarixdə o, Bakı şəhəri Nərimanov rayonu 202 saylı tam orta məktəbdə Təhsil Nazirliyinin keçirdiyi direktorların müsahibəsində iştirak etmişdir. Yanvar ayının 25-də özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edən Günay Bayramova adlı şəxs ona zəng vurmuşdur. Günay ona məktəbini dəyişməsi ilə əlaqədar köməklik edə biləcəyini demişdir. O, Günayla bu işin 10.000 manata həll olunmasına dair razılığa gəlmişdir. 26 yanvar 2019-cu il tarixdə axşam saatlarında o, ünvan 32 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında Günay Bayramova ilə görüşərək ona 2.000 manat pul vermişdir. Yanvar ayının 28-də isə 3.000, 31-də isə 5.000 manat pulu taksi sürücüsü olan Rəsul adlı şəxs vasitəsilə ona göndərmişdır. 05 fevral 2019-cu il tarixdə Günay ona zəng vurub demişdir ki, artıq onun təqdimatı verilib. Həmin ərəfədə oğlu Rəmzi Hüseynov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi hazırlıq fakultəsində 4-cü kursda təhsil alırdı. Rəmzi cərrahiyyə əməliyyatı keçirdiyindən bir müddət dərsə getməmiş və davamiyyətə görə imtahana buraxılmamışdır. O bu barədə Günaya deyəndə, sonuncu əvvəllər bu univeritetdə işlədiyi üçün rəhbərliyi tanıdığını və bu işi 6.000 manata həll edəcəyini söyləmişdir. Bununla bağlı o, 09 fevral 2019-cu il tarixdə taksi sürücüsü Rəsulla Günaya 6.000 manat pul göndərmişdir. Lakin bir müddət sonra Günay onun telefon zənglərinə cavab verməmiş və o, başa düşmüşdür ki, Günay onu aldadıb pulunu ələ keçirib. Sonradan ona məlum olmuşdur ki, Günayın əsl adı Xadicə Əhmədovadır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, o, 2017-2019-ci illərdə Quba şəhərində yerləşən Quba Dövlət Sosial İqtisadi Kollecində müvəqqəti olaraq riyaziyyat və informatika müəlliməsi vəzifəsində işləmişdir. Bacısı Zərərçəkmiş şəxs10 da Quba rayonu 1-ci Nügədi kənd 2 saylı tam orta məktəbində müvvəqəti olaraq direktor vəzifəsini ica edirdi. Rəna yer dəyişmək üçün imtahan vermiş və bununla əlaqədar müsahibəyə getmişdir. Özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edən Günay Bayramova bacısı Rənaya təklif etmişdir ki, Quba şəhərində olan orta məktəblərin birinə direktor vəzifəsinə yerini dəyişsin. Bacısı Rəna buna razılıq vermiş və işi həlli üçün 10.000 manata razılaşmışlar. Günay onun əvvəldən Qubada kollecdə işlədiyini bildiyindən, həmçinin ona da Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinə direktor vəzifəsinə işə düzəldə biləcəyini vəd etmişdir. O, Günayla bu işi 15.000 manata həll edə biləcəyinə dair razılığa gəlmişdir. 03 fevral 2019-cu il tarixdə o, bacısı Rəna ilə birlikdə Günayla ünvan 33 ünvanda görüşmüş və sonuncuya 15.000 manat pul vermişdir. Günay pulu götürdükdən sonra üç gün ərzində onun əmrinin veriləcəyini demişdir. Sonradan Günay onun və bacısı Rənanın telefonlarına cavab verməmiş, onları aldadıb pullarını ələ keçirmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir, ona qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 ifadəsində göstərdi ki, qızı Nicabət 2016-2017-ci illərdə Quba rayonu Qəçreş kənd orta məktəbində bir illik müqavilə əsasında ibtidai sinif müəlliməsi kimi işləmiş, 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etsə də, keçid balı toplaya bilməmişdir. 05 fevral 2019-cu il tarixdə o və qızı Nicabət tanışları Quba rayonu Nügədi kənd orta məktəbinin direktoru Zərərçəkmiş şəxs10 evində olarkən sonuncu onun qızını daimi işə düzəltmək istədiyini bildiyindən ona Təhsil Nazirliyinin işçisi Günayla danışdığını demiş və telefonu Nicabətə vermişdir ki, özü də işlə bağlı danışsın. X42 Günayın əlaqə nömrəsini almış və evə qayıtdıqdan sonra “WhatsApp” prorqamı vasitəsilə şəxsiyyət vəsiqəsini və nömrəsini ona göndərmişdir. 11 fevral 2019-cu il tarixdə Nicabət qızıl-zinət əşyalarını girov qoymaqla 2.230 manat kredit və qardaşı arvadı Mərusədən 3.000 manat borc götürüb Bakı şəhərinə gəlmişlər. Həmin günü o, qızı Nicabət və onun əri Zaur Səfərliyevlə Bakı şəhəri, Binəqədi rayonu, “Bakı Beynəlxalq Avtovağzal Kompleksi” ərazisinə Günay ilə görüşüb onun avtomobilinə əyləşmişlər. Günay özünü bir daha Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib onları inandırmışdır ki, Nicabətin işi iki günə həll olunacaq. Onlar da inanıb ona 5.000 manat pul vermiş, qalan 2.000 manatı da iş həll olunandan sonra verəcəklərini bildirmişlər. İki-üç gün sonra Nicabət Günaya zəng vurub işlə maraqlandıqda, sonuncu işinin hazır olduğunu, sadəcə olaraq Quba rayonuna aparılan yoxlamalar bitdikdən sonra işə çıxa biləcəyini demişdir. Bundan sonra Günay qızı Nicabətin nömrəsini “qara siyahı”ya əlavə etdiyindən onunla əlaqə saxlaya bilməmişlər. X13 əsl adının Təqsirləndirilən şəxs olduğunu öyrəndikdə sonuncunun onları aldadıb pulu ələ keçirdiyini başa düşmüşlər. Verdiyi puldan yalnız 4.000 manatı geri ala bilmişdir. Ona vurulmuş zərərin qalanı ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, o, 2008-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 65 saylı tam orta məktəbdə laborant kimi işləyir. İbtidai sinif müəlliməsi olaraq işləmək üçün 2018-ci ilin yay ayında müəllimlərin işə qəbulu üzrə imtahanında iştirak etsə də, keçid balını toplaya bilməmişdir. İş yoldaşı Zərərçəkmiş şəxs23 onun kimi imtahanda iştirak edib keçid balını toplaya bilməmişdir. 12 fevral 2019-cu il tarixdə bibisi Naibə Rzayevə ona zəng vurub demişdir ki, Günay adlı bir nəfər var, Təhsil Nazirliyində işləyir, qızı Sevinci Bakı şəhərində olan məktəblərin birinə kimya müəllimi olaraq işə düzəldir. Bibisi Naibədən həmin işçinin nömrəsini alaraq “WhatsApp” proqramı vasitəsilə ona yazıb məsələni danışmışdır. Günay balın aşağı olmasının problem olmadığını, hətta onu artıra biləcəyini demişdir. Bundan sonra o iş yoldaşı Zərərçəkmiş şəxs23 zəng vurub olanları danışmışdır. Sonra Günayın göstərişi ilə özünün və İradənin şəxsiyyət vəsiqələrinin şəkilini çəkib “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. Günay həmin proqramla ona zəng vurmuş və onu Bakı şəhərində olan orta məktəblərin birinə ibtidai sinif müəlliməsi kimi işə düzəltmək üçün 8.000 manat pul istəmişdir. O isə demişdir ki, imkanları yoxdur, bibisi qızı Sevinc və o hər biri üçün yalnız 5.000 pul manat verə bilərlər, Günay da buna razı olmuşdur. Səhəri günü o, bibisi Naibə və iş yoldaşı İradə Günayın dediyi 65 saylı tam orta məktəbin yaxınlığında olan “vərəm” dispanserinin yanında görüşmüş, Günay bir həftəyə işlərin düzələcəyini bildirmiş, lakin hərəsindən ilkin olaraq 4.000 manat pul istəmişdir. Səhəri günü həmin yerdə görüşüb hərəsi Günaya 4.000 manat pul vermişdir. 17 fevral 2019-cu il tarixdə o, Günaya “WhatsApp” proqramı vasitəsilə zəng vurub demişdir ki, qalan pulları da düzəldiblər, səhər görüşüb ona verə bilərlər. 18 fevral 2019-cu il tarixdə, saat 14 radələrində onlar Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda Günayla görüşüb ona taksinin içində o, 1.000, İradə 4.000, bibisi Naibə isə 5.000 manat olmaqla qalan pulları vermişlər. Günay pulu alıb söz vermişdir ki, bir həftəyə işlər düzələcək. Lakin hər dəfə Günayla əlaqə saxladıqda o, bəhanələr uydurub onları aldatmışdır. 27 iyun 2019cu il tarixdə o və İradə məcbur olub Günay barəsində zəng edib “102” xidmətinə məlumat vermişlər. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərdi ki, o, 2009-cu ildən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 65 saylı tam orta məktəbdə kitabxana müdiri olaraq işləyir. İbtidai sinif müəlliməsi olaraq işləmək üçün 2018-ci ilin yay ayında müəllimlərin işə qəbul imtahanında iştirak etmiş, keçid balını toplaya bilməmişdir. İş yoldaşı Zərərçəkmiş şəxs18 da onun kimi imtahanda iştirak edib keçid balını toplaya bilməmişdir. 12 fevral 2019-cu il tarixdə Aynur ona zəng vurub demişdir ki, bibisi Naibənin qızı Sevinci Təhsil Nazirliyinin Günay adlı bir işçisi Bakı şəhərində məktəblərin birinə kimya müəllimi kimi işə düzəldir, başqa istəyənlər olsa onlara da köməklik edə bilər. O, Aynurdan onun məsələsi barədə soruşmasını da xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Aynur ona zəng vurub bildirmişdir ki, bibisi qızı Sevinci 5.000 manata, özünü və onu isə hər birinə 8.000 manata işə düzəldə bilər. Sonradan Aynur ona Günayla danışıb işi 5.000 manata razılaşdırdığını söyləmişdir. Səhəri günü o, Aynur və Naibə 65 saylı tam orta məktəbin yaxınlığındakı “vərəm” dispanserinin yanında Günayla görüşmüş, sonuncunun avtomobilinə əyləşib iş barəsində söhbət etmişlər. Günay onları pul veriləndən sonra bir həftəyə işlərin düzələcəyinə inandırmış, lakin işə başlamaq üçün əvvəlcə hər birinin 4.000 manat verməli olduğunu bildirmişdir. Bundan sonra o və Aynur hərəyə 4.000 manat düzəldib səhəri günü həmin yerdə pulları Günaya vermişlər. Günay ümumilikdə 8.000 manatı alıb demişdir ki, qalan pulu da tez düzəldib versinlər. 18 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda taksinin içərisində o, 4.000, Aynur 1.000, Naibə isə 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat məbləğində pulu Günaya vermişlər. Günay pulları alıb bir həftəyə işləri düzəldəcəyinə söz vermişdir. Lakin Günaydan xəbər çıxmamış, 27 iyun 2019-cu il tarixdə o və Aynur onun barəsində “102” xidmətinə məlumat vermişlər. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir, ona qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərdi ki, 2018-ci ildə arvadı Samirə müəllimlərin işə qəbul imtahanında iştirak edib 43 bal toplamışdır. Lakin həmin balla rayonlarda texnologiya müəlliməsi kimi işləyə bilərdi, Sumqayıt şəhərində işləyə bilməsi üçün isə 48 bal toplamalı idi. Arvadı Samirənin imtahana hazırlaşarkən tanıdığı, Sumqayıt şəhəri 29 saylı orta məktəbdə informatika müəlliməsi işləyən Gülnarə Əlimusayeva ona 4.000 manata Sumqayıt şəhərindəki 31 saylı orta məktəbə texnologiya müəlliməsi kimi işə düzəlməkdə köməklik edə biləcəyini söyləmişdir. Bir neçə gün sonra Samirə evdən ona məxsus 4.000 manat pulu götürüb Gülnarənin yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən evə gedib həmin pulu ona vermişdir. Gülnar müəllimə bir aya işi düzəldəcəyinə söz vermişdir. Bir ay sonra Samirə Gülnarədən işini maraqlandıqda sonuncu ona arxayın olmasını, işinin həll olunduğunu söyləmişdir. Samirə hər dəfə işinin nə yerdə olduğunu soruşduqca Gülnarə müxtəlif bəhanələrə onu aldatdığından pulunu geri tələb etmişdir. Gülnarə müəllimə onun işi ilə bağlı Təhsil Nazirliyindən zəng gələcəyini və sonra arvadının işə çıxacağını bildirmişdir. 31 yanvar 2019-cu il tarixdə Samirənin mobil telefonuna özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edən Günay adlı şəxsdən zəng gəlmişdir. Günay nömrəni Gülnarə müəllimədən götürdüyünü bildirib işini biraz gecikdiyi üçün ondan üzr istəmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində arvadı Samirənin mobil telefonuna tanımadığı bir nömrədən zəng gəldiyini görüb cavab verdikdə bir qadın özünü ona Təhsil Nazirliyinin əməkdaşı Günay kimi təqdim etmişdir. Günay ona demişdir ki, arvadının işə düzəlməsi üçün Gülnarə pulu alıb ona çatdırmayıb, pulu ona versinlər, o da on günə işi həll edə bilsin. Samirə evə gələndən sonra olanları ona danışmışdır. 16 fevral 2019-cu il tarixdə o, Samirə ilə birlikdə Gülnarə müəllimənin yaşadığı evin qarşısına gedib ondan 3.000 manat pulu geri götürmüş, sonuncu qalan 1.000 manatı isə işi düzəldən Günaydan alıb verəcəyini söyləmişdir. Səhəri günü Samirə qaynı Pərvizlə birlikdə metronun “20 Yanvar” stansiyası qarşısında Günayla görüşüb 3.000 manat pulu ona vermişdir. Günay Samirədən pulu alıb işin tez bir zamanda həll olunacağını bildirmişdir. 24 fevral 2019-cu il tarixdə Samirə ilə birlikdə Gülnarə müəllimənin yaşadığı evin qarşısında qalan 1.000 manatı da ondan almışlar. 26 fevral 2019-cu il tarixdə Samirə onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında olan “SPAR” marketin qarşısında Günayla görüşüb işin düzəlməsi üçün 1.000 manat pulu ona vermişlər. Bir müddətdən sonra Günay telefonlara cavab verməmiş, o və arvadı məcbur olub polisə şikayət etmişlər. Onlara məlum olmuşdur ki, özünü Günay kimi təqdim edən bu şəxs Təqsirləndirilən şəxsdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərdi ki, qızı Sevinc Nüdrətli 2018-ci ilin yay aylarında müəllimlərin işə qəbul imtahanında iştirak etmiş və 52 bal toplasa da, işləmək üçün Bakı şəhərində yer ayrılmamışdır. Həmin vaxtlarda Sevincə bir nəfər zəng edərək özünü Təhsil Nazirliyinin işçisi Günay İsayeva kimi təqdm edib demişdir ki, ona Bakı şəhəri Nizami rayonu 251 saylı tam orta məktəbə kimya müəllimi kimi işə düzəlməkdə köməklik edəcək. Sevinc Günayla bir neçə dəfə görüşüb ona sənədlərinin surətini vermişdir. Günay 2018-ci ilin sentyabr ayında Sevincin guya işə çıxacağını vəd etmişdir. Lakin Sevincin işi düzəlməmiş və hər dəfə Günay ona müxtəlif bəhanələr gətirmişdir. 2019-cu ilin fevral ayında özü Sevincdən nömrəni alıb Günaya zəng vuraraq nə səbəbə işin yubandığını soruşmuşdur. Günay isə ona 8.000 manata Sevincin işinin düzələcəyini demiş, həmçinin bildirmişdir ki, başqa kimsə istəsə onlara da müəllim kimi işə düzəlməkdə köməklik edə bilər. O, Günaydan qardaşı qızı Zərərçəkmiş şəxs18 məktəbə işə düzəltməyi xahiş edəndə, sonuncu onun da işini düzəltsə, hərəsindən 5.000 manat alacağını söyləmişdir. O, Aynura zəng vurub məsələni danımış, sonuncu da ibtidai sinif müəlliməsi olaraq işləmək istədiyindən Günayla razılığa gəlmişdir. Günay hətta Aynurun iş yoldaşı Zərərçəkmiş şəxs23 da Bakı şəhərində orta məktəbdə ibtidai sinif müəlliməsi kim işə düzəldəcəyinə söz vermişdir. Bir neçə gün sonra Aynur ona zəng vurub demişdir ki, özü və İradə hərəyə 4.000 manat pulu 65 saylı orta məktəbin yaxınlığında Günaya vermişlər. 18 fevral 2019-cu il tarixdə o, “Ayna Sultanova” heykəlinin yaxınlığında yas mərasimində olarkən Aynur ona zəng vurub Günayla onu götürməyə gəldiklərini söyləmişdir. O, Aynur, İradə və Günay Nərimanov rayonu, X47 küçəsi, 03 saylı ünvanda taksinin içərisində Aynur 1.000, İradə 4.000, o isə 5.000 manat olmaqla pulları Günaya vermişlər. Günay pulları alıb söz vermişdir ki, bir həftəyə işlər düzələcək. Lakin hər dəfə Günayla əlaqə saxladıqda, sonuncu bəhanələr uydurub onları aldatmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir, ona qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərdi ki, o, 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecinin ibtidai sinif fakültəsini qiyabi olaraq bitirmişdir. Şahid7 onun həm bibisi qızı, həm də qaynı arvadıdır. 2019-cu ildə Maral ünvan 14 ünvanda yerləşən “Könül” gözəllik salonunda həkim-kosmetoloq işləyirdi. Maral 2019-cu ilin aprel ayında ona demişdir ki, Təhsil Nazirliyinin əməkdaşı Xədicə adlı şəxs işlədiyi salondakı saç ustası Könülün dayısı qızını ingilis dili müəlliməsi kimi orta məktəblərin birində müəllim kimi işə düzəldir, əgər istəsə onu da bağçaya və ya orta məktəblərin birinə ibtidai sinif müəliməsi kimi işə düzəltməsini xahiş edə bilər. O, evdə bu barədə məsləhətləşdikdən sonra Maraldan Xədicənin nömrəsini götürüb onunla danışmış və ona bağçaya tərbiyəçi müəllimə kimi işə düzəlməkdə köməklik etməsini xahiş etmişdir. Xədicə də ona bu işin qiymətinin 5.000 manat olduğunu söyləmişdir. Razılığa gəldikdən sonra 25 aprel 2019-cu il tarixdə Xədicə ilə ünvan 13 evin qarşısında əri Sənan və Maralla bərabər görüşüb onun idarə etdiyi avtomobildə 2.000 manat pulu ona vermişdir. Xədicə pulu alıb söz vermişdir ki, pulu tam şəkildə çatdırsa, 2019-cu ilin may ayının sonuna kimi bağçada işə çıxacaq. 06 may 2019-cu il tarixdə o, bibisi qızı Maralın işlədiyi salonda onun yanında 900 manat pulu Xədicəyə vermişdir. Həmin vaxt Xədicə onun diplomunu qaytarıb guya sertifikatının hazırlandığını bildirmişdir. 10 may 2019-cu il tarixdə o, əlavə olaraq 1.800 manat pulu Marala vermişdir ki, Xədicəyə çatdırsın. Sonuncu da həmin pulu taksi sürücüsü vasitəsilə ona göndərmişdir. Getdikcə Xədicədən xəbər çıxmadığını və sonuncunun müxtəlif bəhanələr gətirdiyini görüb aldadıldığını başa düşmüşdür. 2019-cu ilin avqsut ayının axırlarında “102” xidmət mərkəzinə zəng vurub hadisə ilə bağlı məlumat vermişdir. Xədicəyə verdiyi puldan 2.500 manatı geri ala bilmişdir. Ona vurulmuş zərərin qalanı ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərdi ki, Quba şəhərində yerləşən məktəblərdən birində idman müəllimi işləyən xalası qızının əri Elvin Babayev söhbət zamanı ona bildirmişdir ki, tanımadığı, özünü Təhsil Nazirliyinin əməkdaşı Günay İsayeva kimi təqdim edən bir nəfər şəxs ona zəng edib istənilən ali təhsili və ixtisası müəllimlik olan şəxsləri məktəblərə müəllim kimi işə düzəldə biləcəyini demişdir. O, Elvindən Günayın nömrəsini almışdır. Çünki həmin vaxt o, Xaçmaz rayonu Qaraçıkənd ümumi orta məktəbdə müqavilə əsasında azərbaycan dili və ədəbiyyatı müəlliməsi işləyirdi və orada daimi işə düzəlmək istəyirdi. 17.05.2019-cu il tarixdə Günay İsayevaya zəng edərək məsələni ona danışmış, həmçinin müəllimlərin işə qəbulu imtahanında iştirak edib keçid balını topladığını da söyləmişdir. Günay belə olan halda işinin rahat olacağını demiş və bunun müqabilində 5.000 manat pul istəmişdir. O isə hazırda yalnız 4.000 manat verə biləcəyini, qalan 1.000 manatı isə bir həftə ərzində verə biləcəyini bildirmiş, Günay da buna etiraz etməmişdir. 17.05.2019-cu il tarixdə, saat 17 radələrində o, Günay İsayeva ilə əlaqə saxlayıb ünvan 26 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında görüşmüş və 4.000 manat pulu ona vermişdir. Günay ona demişdir ki, işə düzəlməsi ilə bağlı əmr onun müddətli müqaviləsinin bitdiyi vaxt, yəni 15 sentyabr 2019-cu il tarixdə veriləcək. 01 iyun 2019-cu il tarixdə onun işlədiyi məktəbdə düzələcəyi vakant yer Təhsil Nazirliyinin internet səhifəsində çıxdığından başa düşmüşdür ki, Günay onu aldadıb. Günayla dəfələrlə telefon vasitəsilə əlaqə saxlayıb pulunu geri istəsə də, sonuncu müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Buna görə də o, polisə hadisə ilə bağlı məlumat vermişdir. Araşdırma zamanı onu aldadan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir, ona qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərdi ki, arvadı Esmira Xaçmaz rayonu Armudpadar kənd orta məktəbində 2018-ci il tarixdə bir illik müqavilə əsasında coğrafiya müəlliməsi işləmişdir. 20 may 2019-cu il tarixdə bir nəfər şəxs arvadı Esmiraya zəng vurub özünü Təhsil Nazirliyinin İnsan resursları bölməsinin əməkdaşı Leyla İsayeva kimi təqdim edərək demişdir ki, onu müqaviləsinin müddəti 14 iyun 2019-cu il tarixdə bitdiyi üçün işlədiyi coğrafiya müəlliməsi yeri boş qalacaq, əgər istəyirsə 5.000 manat müqabilində onu həmin vakant yer üzrə daimi işlə təmin edə bilər. Arvadı bu məsələni ona dedikdən sonra özü də həmin şəxslə əlaqə saxlamış və işin həllini 3.500 manata razılaşmışlar. 20 may 2019-cu il tarixdə, o, qardaşı Orxan ilə birlikdə Leylanın dediyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, “Leyla” şadlıq sarayının qarşısında onunla görüşüb arvadının sənədlərini və 3.000 manat pulu ona vermişdir. Leyla da 01 iyun 2019-cu il tarixdə guya Esmiranın əmrinin veriləcəyini, işlərin artıq başa çatmaq üzrə olduğunu söyləmişdir. 05 iyun 2019-cu il tarixdə Armudpadar kənd orta məktəbində coğrafiya müəllimi üzrə vakant yer barədə elan verildikdən sonra o, Leylaya zəng vurub məsələni ondan soruşmuş, sonuncu da narahat olmamağı, yaxın günlərdə Esmiranın əmrini rayona göndəriləcəyini söyləmişdir. Lakin bu baş vermədikdən sonra başa düşmüşdür ki, Leyla onu aldadır. 07 iyul 2019-cu il tarixdə o, Bakı şəhərinə gəlib Təhsil Nazirliyinin İnsan resusları bölməsinə müraciət edərək Leyla İsayevanın orada işləyibişləmədiyi ilə maraqlandıqda orada belə bir işçinin olmadığı ona məlum olmuşdur. Səhəri günü Leyla ona zəng vurub işlərin düzəldiyini deyəndə o, barəsində Təhsil Nazirliyinə şikayət etdiyini bildirmişdir. Bu zaman Leyla ona guya Təhsil Nazrliyində Muxtar müəllimin yanında işlədiyini söyləmişdir. O, pulunu geri tələb etmiş, sonradan Leyla onun zənglərinə cavab vermədiyi üçün “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. X43 kimi təqdim edən şəxsin əslində Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. Xədicəyə verdiyi puldan 2.500 manat pulu geri ala bilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərdi ki, arvadı Gülnaz Cümşüdova 2017-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak etmiş, 52 bal toplasa da, Xaçmaz rayonu Qobuqıraq kənd orta məktəbində müqavilə əsasında psixoloq olaraq işləyirdi. İstəyirdi ki, arvadı orta məktəbdə müqavilə əsasında yox, daimi əsaslarla ibtidai sinif müəlliməsi işləsin. 24 may 2019-cu ildə tanışı Zərərçəkmiş şəxs27 ona Təhsil Nazirliyində olan bir nəfər işçi onun arvadını məktəbə daimi olmaqla müəllim kimi işə düzəldəcək. O, Elxandan həmin şəxslə arvadı Gülnazı da Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində ibtidai sinif müəlliməsi kimi işə düzəltməsi ilə bağlı maraqlanmasını xahiş etmişdir. Elxan onun yanında telefonla bir nəfərə zəng vurub məsələni danışmış, həmin şəxs də bununla maraqlanıb deyəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra həmin qadın Elxana zəng edib demişdir ki, işi 6.000 manata həll edə bilər. O isə Elxana bildirmişdir ki, 5.000 əvvəldən, qalan 1.000 manatı isə iş düzələndən sonra verəcək. Elxan da həmin qadına zəng edib bunları dedikdə o da bununla razılaşmış və pulu qardaşı Orxanın gətirib verəcəyini demişdir. O, Bakı şəhəri, Binəqədi rayonu, “Şamaxinka” adlanan yerdə Orxanla görüşərək 5.000 manatı ona vermiş, sonuncu da 24 may 2019-cu il tarixdə Elxanın dediyi qadına çatdırmışdır. 2019-cu ilin iyun ayının əvvəlində Elxan ona zəng vurub demişdir ki, Təhsil Nazirliyində işləyən qadın arvadını Xaçmaz rayonu Armudpadar kənd orta məktəbinə coğrafiya müəlliməsi kimi işə düzəltməyə söz versə də, həmin yer vakansiya kimi göstərilmişdir. Bundan sonra həmin qadın Elxanın telefonlarına cavab vermədiyindən məcbur olub polisə müraciət etmişdir. Sonradan Elxan ona demişdir ki, Leyla İsayeva kimi özünü təqdim edən qadın əslində Təqsirləndirilən şəxsdır. Xədicəyə verdiyi puldan 2.000 manatı geri ala bilmişdir. Ona vurulmuş zərərin qalanı ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərdi ki, arvadı Şahid9 1998-ci ildən Ağdam rayon 96 saylı orta məktəbdə kimya müəlliməsi işləyir. Mehriban məktəb direktoru olmaq üçün 02 noyabr 2018-ci ildə imtahan vermiş, lakin keçid balını toplaya bilməmişdir. 24 dekabr 2018-ci ildə arvadı məktəb direktoru olan tanışı Arzu Hüseynə zəng vurub direktor olmaq üçün ona ikinci mərhələdə köməklik göstərilməsini xahiş etmişdir. Arzu da Təhsil Nazirliyində bu işləri görən bir əməkdaşın tanıdığını və bu işin 20.000 manata həll olunacağını söyləmişdir. Bundan sonra o arvadına razılıq vermiş, 28 dekabr 2018-ci il tarixdə Mehriban və baldızı X17 öz adına bankdan kredit götürmüş, Mehribanla birlikdə metronun “İçəri şəhər” stansiyasının yaxınlığında Arzu Hüseynlə görüşmüş, sonradan bir qadının idarə etdiyi avtomobilə əyləşib 10.000 manat pulu Arzuya vermişlər. Arzu yanındakı qadının Təhsil Nazirliyinin işçisi Günay olaraq təqdim etmiş və onun əlaqə nömrəsini götürmüşlər. Sonralar Günay tez-tez mobil telefonla zəng vurub qalan 10.000 manatı pulun çatdırılmasını istəmişdir. 04 yanvar 2019-cu ildə özünün və baldızı X8 adına bankdan kredit götürmüş və həmin günü saat 15:30 radələrində “Nəriman Nərimanov” heykəlinin yanında Günayla görüşüb ona qalan 10.000 manat pulu vermişlər. Mehriban sonralar Günayla əlaqə saxlaya bilməmiş, Arzuya zəng vurub bu barədə iradını bildirmişdir. Arzu da hər dəfə narahat olmamağı söyləmişdir. Mehriban artıq dözə bilməyib Arzunun iş yerinə gedib ondan verdiyi pulu tələb etmiş və 2019-cu ilin iyun ayının əvvəllərində 10.000 manat pulu ondan geri almışdır. İki həftədən sonra Arzunun taksi sürücüsü ilə göndərdiyi 5.000 manat pulu “X29 adına Milli Oftalmologiya Mərkəzi”nin qarşısında götürmüşdür. İki həftədən sonra Günay Mehribanla “Nəriman Nərimanov” parkının yanında yerləşən “McDonalds” restoranının yaxınlığında görüşüb ona qalan 5.000 manat pulu verəndə demişdir ki, əgər Arzu mane olmasa idi məsələ alınardı və bu işi 10.000 manata düzəltməyi təklif etmişdir. 02 iyul 2019-cu il tarixdə Mehriban yenə məktəb direktoru olmaq üçün imtahan vermiş və növbəti dəfə də keçid balını toplaya bilməmişdir. Bir neçə gündən sonra Günay Mehribana zəng vurub bəzi sənədləri istəmiş və işini düzəldə biləcəyini söyləmişdir. Mehriban sənədləri toplayıb Günaya zəng vuranda sonuncu onu 20.000 manata Səbail rayonunda yerləşən Ağdam rayon 96 saylı orta məktəbinə direktor vəzifəsinə düzəldəcəyini demişdir. O, Günaya əvvəl bu işi 10.000 manata danışdıqlarını bildirəndə, sonuncu guya qiymətin qalxdığını demişdir. 2019-cu ilin avqust ayının ortalarında o, Mehrbianla bərabər metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Günayla görüşüb onun idarə etdiyi avtomobillə Nəsimi rayonu, Cavadxan küçəsi, 32/15 saylı ünvanda yerləşən “Milli Oftalmologiya Mərkəzi”nin qarşısına gəlmişlər. Həmin vaxt Günay onlara əsl adının Xədicə olduğunu, Arzunun onu düzgün təqdim etmədiyini demişdir. O, 13.000 manat pulu və Mehribana aid sənədləri orada Xədicəyə vermişdir. Bir neçə gündən sonra Xədicə arvadı Mehribana zəng vurub qalan məbləğin də çatdırılmasını tələb etmişdir. O da qaynının arvadı Nəzakət Kazımova və qardaşı Əsgər İsmayılovun adlarına bankdan kredit götürmüş və 2019-cu ilin avqust ayının sonlarında metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Mado” restoranının qarşısında Xədicə ilə görüşüb 6.000 manat pulu ona vermişdir. Xədicə pulu aldıqdan sonra 15 sentyabr 2019-cu ildə əmrin veriləcəyini demişdir. Həmin tarixdə Mehriban Xədicəyə zəng vuranda o, bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Oktyabr ayının 15-də Səbail rayonunda yerləşən Ağdam rayon 96 saylı orta məktəbə başqa müəllim direktor təyin olunanda Xədicənin onları aldadıb pulu ələ keçirdiyini başa düşmüşlər. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir, sonuncuya qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında Şahid1 vasitəsilə tanımışdır. Onun bacısı oğlu iki-üç il əvvəl Ukraynada hüquq fakültəsini bitirib Azərbaycana qayıtmış və burada ixtisası üzrə işləyə bilməsi üçün diplomu Təhsil Nazirliyi tərəfindən tanınmalı idi. Bacısı oğlu bir dəfə azərbaycan dili üzrə imtahan verib keçə bilməmiş, buna görə diplomu təsdiq edilməmişdir. 2019-cu ilin dekabr ayında Kəmalənin atası olan dostu Əhmədlə söhbət zamanı məsələni ona danışmış, Kəmalə də bildirmişdir ki, rəfiqəsi Təhsil Nazirliyində vəzifədə işləyir, danışıb bu barədə ondan məlumat alar. Kəmalə həmin şəxslə danışdıqdan sonra o, onun adının Xədicə olduğunu öyrənmiş, Kəmalə Xadicənin nömrəsini verib bacısı oğluna aid sənədlərin surətini “WhatsApp” proqramı vasitəsilə ona göndərilməsini demişdir. O, sənədləri göndərdikdən sonra Xədicə ilə 13.000 manata bacısı oğlunun diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiqlədəcəyinə dair razılaşmışlar. 2020-ci ilin yanvar ayının 07-də Kəmalə ilə bərabər metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Mado” adlı kafedə Xədicə ilə görüşmüşlər. Kəmalə onu Xədicə ilə tanış etmiş, sonuncu da Təhsil Nazirliyinin Xətai rayonu üzrə şöbə rəisi işlədiyini demişdir. O, Xədicədən bunu təsdiq edən hər hansı sənəd və ya vəsiqəni göstərməsini tələb etdikdə, sonuncu çantasından vəsiqəni çıxarıb əlində saxlayaraq onlara göstərmişdir. O, vəsiqəni və üzərindəki möhürü gördükdən sonra Xədicəyə inanmışdır. Bundan sonra o, cibindən 12.500 manat pulu çıxarıb Xədicəyə tərəf uzadaraq qalan 500 manatı da məsələ həllini tapandan sonra verəcəyini bildirmişdir. Xədicə pulu görüb bir qədər həyacanlanaraq bildirmişdir ki, əyləşdikləri kafe ictimai yerdir və hər tərəfdə müşahidə kameraları var, buna görə ciddi problem yarana bilər, çünki vəzifəli şəxsdir. Xədicə pulu Kəmalə vasitəsilə kafenin kameraların olmadığı, qadınlara məxsus sanitar qovşağında götürə biləcəyini söyləmişdir. O da razılaşıb pulu Kəmaləyə vermiş və onlar hər ikisi masadan qalxıb sanitar otağa getmişlər. Bir neçə dəqiqədən sonra Kəmalə geri qayıtmış, Xədicənin də gələcəyini demişdir. Bu zaman Kəmalə masanın üzərində Xədicənin vəsiqəsini görüb tez mobil telefonla onun şəklini çəkmiş və Xədicənin qayıtdığını görüb yerinə əyləşmişdir. Lakin Xədicə vəsiqəsinin şəklinin çəkildiyini başa düşməmişdir. Xədicə gəlib əyləşəndən sonra pulu aldığını təsdiqləyib hər şeyin qaydasında olduğunu, bir aya diplomu təsdiq etdirəcəyinə söz vermişdir. Həmçinin Xədicə ilə danışan zaman Kəmalə öz mobil telefonu ilə videoçəkiliş aparmışdır. Vaxt keçdikcə Xədicədən heç bir xəbər çıxmamış və hər dəfə bir bəhanə gətirib işi həll etməmişdir. Onun pulundan Kəmaləyə heç nə çatmamışdır. Çünki Xədicə ilə dəfələrlə danışsa da, o, bir dəfə olsun bu barədə ona nəsə deməmişdir. Ona vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, Şahid1 bir neçə ildir tanıyır. 2019-cu ilin sonlarında Kəmalə ilə danışarkən sonuncu ona bildirmişdir ki, əgər kimsə məktəblərdə işə düzəlmək istəyən olsa, bu barədə məlumat versin, bir tanışı pul müqabilində müəllim işinə düzəldir. O, özü Azərbaycan X4 işlədiyi üçün yaxın qohumu Aynur dəfələrlə ona müraciət edib məktəblərdən birinə müəllimə kimi işə düzəlməsində köməklik etməsini xahiş etmiş, o isə bu işlərlə məşğul olmadığını və belə bir səlahiyyətinin olmadığını bildirmişdir. Şahid1 bu sözündən sonra qohumu Aynur onun yadına düşmüş və olduqca kasıb ailədən olduğundan ona köməklik göstərmək qərarına gəlmişdir. Buna görə Kəmalədən xahiş etmişdir ki, qohumu Aynuru Bakı şəhərindəki məktəblərdən birinə müəllimə kimi işə düzəltsin. Kəmalə ona Təhsil Nazirliyində işləyən tanışı Təqsirləndirilən şəxs bu işlərlə məşğul olduğunu və danışıb ona xəbər verəcəyini demişdir. Aradan bir müddət keçdikdən sonra Kəmalə tanışı Xədicə ilə danışmış, onun qohumu Aynuru Bakı şəhəri 9 nömrəli orta məktəbə azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə işinə düzəltmək üçün 10.000 manata razılığa gəlmişlər. Aynurun maddi imkanı olmadığından qərara gəlmişdir ki, bu pulu özü versin. 15 yanvar 2020-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” kafesində Şahid1 ilə görüşüb 10.000 manat pulu əlbəəl ona vermişdir. Pulu Kəmaləyə verəndən sonra sonuncu onun yanında Xədicəyə zəng vurub demişdir ki, pul ondadır, gəlib götürsün. Kəmalə ona işin bir aya həll olunacağını bildirmişdir. Həmin vaxtlarda rəfiqələrindən biri ona zəng vurub bildirmişdir ki, oğlunu təhsil aldığı Bakı Slavyan Universitetində başqa bir ixtisasa keçirmək istəyir. O, Kəmalə ilə bu barədə danışanda sonuncu bildirmişdir ki, Xədicə özü ona zəng vuracaq və bu məsələni özləri danışsınlar. Bir neçə dəqiqə sonra Xədicə ona zəng vurmuşdur. Onunla tanışlığı telefonda olmuş və ilk əvvəl ondan qohumu Aynurun işi ilə maraqlanmış, Xədicə də demişdir ki, söz verdiyi kimi işi bir aya həll edəcək. Daha sonra Xədicəyə rəfiqəsinin oğlunun işi barədə məlumat vermiş, təhsil aldığı universitetində bir ixtisasdan digər ixtisasa keçirməyin mümkün olub-olmadığını soruşmuş, o da 5.000 manata bu işi alına biləcəyini demişdir. Xədicə hər gün ona zəng vurub köçürmə işi ilə bağlı pulu çatdırmağı istəyəndə bu bir qədər onu şübhələndirmiş və bu işi deyil, qohumu Aynurun məsələsini həll etməsini istəmişdir. Xədicə bunu eşidəndə artıq işin həllinə başladığını deyib narazılıq etmişdir. O, Aynurun məsələsinə görə artıq pul verdiyindən rəfiqəsinin oğluna görə də pul verməyə məcbur qalmışdır. 2020-ci ilin yanvar ayının 24-də Kəmalə və Xədicə ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metro Park” ticarət mərkəzində görüşüb 2.000 manat pulu sonuncuya vermişdir. Xədicə isə bildirmişdir ki, qalan 3.000 manat pulu da təcili olaraq həmin gün işi həll edən adama vermək lazımdır, yoxsa biabır olacaq, bir daha heç bir iş görə bilməyəcək. Buna görə məcbur olub evdən 3.000 manat pul gətizdirmiş və onu həmin günü axşam saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında Kəmalənin yanında Xədicəyə vermişdir. Xədicə üç günə rəfiqəsinin oğlunun məsələsini həll edəcəyinə söz vermişdir. O da düşünmüşdür ki, iş həll olunar, sonra rəfiqəsindən bu məsələ ilə bağlı özündən verdiyi 5.000 manat pulu alar. Lakin bir müddət sonra işin həll olunmadığını görüb pulu Şahid1 tələb etməyə başlamışdır. Kəmalə də pulu Xədicəyə verdiyini söyləmişdir. O, Xədicədən 10.000 manat pulun ona verilib-verilmədiyini soruşanda, sonuncu demişdir ki, “sən haradan bilirsən ki, mən Kəmalədən pulu götürmüşəm, bəlkəm mən bu işi ona hədiyyə edirəm”. Bundan sonra o Kəmaləyə onlardan şikayət edəcəyini demişdir. Sonradan Kəmalə iki dəfəyə ona cəmi 4.000 manat pul qaytarmışdır. Qalan 11.000 manat pulu bugünə kimi ona qaytarılmayıb. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışı Gülruh adlı qadına görə 2020-ci ilin mart ayında tanımışdır. Belə ki, Gülruh Xədicənin işlətdiyi “Madam” gözəllik salonunda vizajist işləyirdi. 2020-ci ilin mart ayının əvvəllərində Gülruhla söhbət zamanı demişdir ki, yaxın dostu Fərid Mehrəliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tədris olunan fənlərdən 19 imtahan üzrə kəsiri yaranıb, bu işdə köməklik edə biləcək adam lazımdır. Gülruh da bildirmişdir ki, müdiri Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işləyir və pul müqabilində məhz belə kimi işlərlə məşğul olur. O, Gülruhdan onu Xədicə ilə görüşdürməyi xahiş etmiş, həmçinin bu barədə dostu Fəridə də məlumat vermişdir. 2020-ci ilin mart ayının 10-da o, Gülruh və Fərid ünvan 18 ünvanda yerləşən “Yaşıl bazar”ın qarşısında Xədicə ilə görüşmüş və qeyd olunan bu məsələni həll etmək imkanının olub-olmamasını və xərcini soruşmuşdur. Xədicə də özünü Təhsil Nazirliyinin əməkdaşı, müəllimləri işə düzəltmə komissiyasının sədri kimi təqdim etmiş və guya təhsil sistemində istənilən məsələni həll etmək imkanının olduğunu söyləmiş, mövcud məsələni 8.000 manata həll edə biləcəyini demişdir. O, Xədicədən qiymətdə bir qədər güzəşt etməyi xahiş etmiş və nəticədə 7.800 manat pula razılaşıb ayrılmışlar. Fəridin imkanı yaxşı olmadığından ondan xahiş etmişdir ki, onun əvəzindən pulu versin, daha sonra qaytaracaq. O da bununla razılaşmışdır. 11 mart 2020-ci il tarixdə yenidən həmin yerdə görüşüb Xədicənin avtomobilində 4.200 ABŞ dolları pulu ona vermiş, qalan 600 manatı da yaxın günlərdə verəcəyini bildirmişdir. Bu zaman Fərid və Gülruh yanında olmuşlar. Mart ayının 13-də ünvan 19 ünvanda yerləşən “Madam” gözəllik salonuna gəlib qalan 600 manat pulu da Xədicəyə vermişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq Xədicə işi həll etməmiş, hər dəfə bir bəhanə ilə vaxtı uzatmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərdi ki, arvadı Natavan Bağırova 2015-2016-cı illərdə Quba şəhərində orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə işləmişdir. Sonradan Sumqayıt və ya Bakı şəhərində yenidən müəllimə kimi işə düzəlmək üçün bir neçə dəfə imtahan versə də, uğurlu nəticə əldə edə bilməmişdir. 2019-cu ilin yay aylarında Natavan Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müəllimlərin işə qəbulu üzrə imtahanda mümkün olan 60 baldan 52 bal toplamışdır. Sumqayıt və Bakı şəhərləri ərazisindəki məktəblərdə vakant yerlər olmadığından onlara deyilmişdir ki, gözləsinlər və nə vaxt vakant yer olsa Natavanı yerləşdirəcəklər. Uzun müddətin keçməsinə baxmayaraq heç bir xəbər çıxmamışdır. Bununla bağlı diş həkimi olan dostu Samirə məlumat vermişdir. 29 mart 2020-ci il tarixdə Samir ona zəng vuraraq bildirmişdir ki, xəstəsi Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işləyir və o, arvadının işə düzəlmə məsələsi ilə bağlı onunla danışanda, sonuncu bu işi həll edə biləcəyini bildirmişdir. Samirin vasitəsilə ilə o, Xədicə ilə danışmış, sonuncu da ona 7.000 manata Sumqayıt şəhərindəki orta məktəblərdən birinə arvadını azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə kimi işə düzəldə biləcəyini demişdir. O isə bu məbləğə imkanı çatmadığını demiş və sonda hissə-hissə ödəmək şərtilə 6.500 manata razılığa gəlmişlər. Xədicə özünü ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bu işi həmin nazirliyin yüksək vəzifəli şəxsi ilə həll edəcəyini söyləmişdir. 30 mart 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Mirvari Plaza” restoranının qarşısında Xədicənin göndərdiyi, tanımadığı bir nəfər taksi sürücüsünə 2.500 manat, aprel ayının 06-da eyni yerdə 2.000 manat, 14-də 1.000 və 20də isə 1.000 manat olmaqla ümumilikdə 6.500 manat pul vermişdir. Hər dəfəsində pulu verəndən sonra Xədicə ilə danışıb pulun çatdığını dəqiqləşdirmişdir. Xədicə isə qısa müddətə işi həll edəcəyinə söz vermiş, lakin sonradan bəhanələr gətirərək vaxtı uzatmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs qarşı qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, o, 2015-ci ildə distant təhsil aldığı Türkiyə Respublikasının Anadolu Universitetində İdarəetmə fakültəsini bitirmişdir. Həmin ilin sonunda diplomun Azərbaycan Respublikasında tanınması üçün Təhsil Nazirliyinə elektron qaydada müraciət etmişdir. 2016-cı ildə Təhsil Nazirliyində olarkən müsabiqə vaxtı ona şifahi bildirmişlər ki, diplomun tanınmasından imtina ediləcəkdir, səbəbi də distant təhsilin Azərbaycanda tanınmamasıdır. 2020-ci ilin mart ayının ortalarında məsələ ilə bağlı tanışı Zaur Əzimovla məsləhətləşmiş, sonuncu da ona əvəllər Təhsil Nazirliyinin işçisi olduğunu bildirən və dostu Zərərçəkmiş şəxs14 da eyni işlə bağlı kömək edən bir nəfərin olduğunu söyləmişdir. Bir neçə gün sonra Zaur ona Nurlanla danışıb Xədicənin əlaqə nömrəsini öyrənmişdir. O, özü Xədicəyə zəng vurub danışmış, sonuncu özünü ona Təhsil Nazirliyinin işçisi, müəllimlərin işə qəbul komissiyasının sədri kimi təqdim edərək 4.000 manata diplomunu təsdiqlədə biləcəyini demişdir. O da buna razı olmuşdur. 17.03.2020-ci il tarixdə, günorta saatlarında ünvan 20 ünvanda yerləşən “McDonalds” restoranının qarşısında Xədicə ilə görüşüb avtomobildə ona 4.000 manat pulu və bəzi sənədləri vermişdir. Təqsirləndirilən şəxs məsələnin on günə həll olunacağını vəd versə də, sonralar getdikcə bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Bundan əlavə, söhbətlərdən birində Xədicə ona Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistr təhsilinə 5.700 manat müqabilində qəbul olma imkanı barədə danışmışdır. O həmin təkliflə razılaşmış, lakin pul verməmişdir. Xədicə ona zəng vurub adını siyahıya saldırdığını və təcili olaraq həmin 5.700 manat pulu çatdırmağı demişdir. Həmçinin Xədicə ondan diplomun təsdiqlənməsi işini tezləşdirmək adı ilə əlavə olaraq 1.000 manat pul da istəmiş, o da etiraz etməmişdir. 08 may 2020-ci il tarixdə o, Bakı Dövlət Universitetindəki tanışlarına zəng vurub maraqlananda ona adının siyahıda olmadığını bildirmişlər. Xədicə adlı şəxslə maraqlananda isə ona məlum olmuşdur ki, o, polisin nəzarətindədir. Buna görə Xədicəyə heç nə demədən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və əməliyyat tədbirinin keçirilməsinə qərar verildiyindən Xədicəyə zəng vuraraq 1.000 manat pulu verməyə razılıq vermişdir. İdarə tərəfindən ona nömrələnmiş pullar verilmiş və birlikdə Xədicə ilə görüşmək üçün onun iş yeri olan “Madam” gözəllik salonuna gəlmişlər. Salona daxil olaraq Xədicə ilə görüşmüş, əməkdaşlar isə avtomobildə gözləmişlər. Xədicə şübhələndiyi üçün pulu əlinə götürmək istəməmiş, birlikdə yaxınlıqdakı mağazaya gedib oradakı “MilliÖn” ödəniş terminalı vasitəsilə pulu dediyi adamın adına göndərməyi təklif etmişdir. Onlar oradan çıxaraq ünvan 34 ünvanda yerləşən “Market 2” ərzaq dükanına daxil olmuş və pulu ödəniş terminalı vasitəsilə Xədicənin dediyi kart hesabına göndərmişdir. Sonra oradan çıxıb ayrılmış və prokurorluq əməkdaşları Xədicəni iş yerində saxlamışlar. 4.000 manat pulu geri qaytarılmamışdır. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, 2012-ci ildən Müdafiə Nazirliyinin Reabilitasiya Mərkəzinin tibb məntəqəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayından daimi getdiyi gözəllik salonunun müdiri kimi tanımışdır. Bir neçə dəfə ora getdikdən sonra Xədicə ilə yaxın münasibəti yaranmış, sonuncu özünü ona Təhsil Nazirliyinin Xətai rayonu üzrə nəzarət şöbəsinin rəisi kimi təqdim etmiş və əlavə iş kimi özünə gözəllik salonu açıb işlətdiyini söyləmişdir. 2019-cu ilin dekabr ayında atasının dostu olan Zərərçəkmiş şəxs8 onlara qonaq gəldikdə söhbət ərəfəsində oğlunun Ukraynada hansısa ali təhsil müəssisəsinin hüquq fakültəsini bitirdiyini və ixtisası üzrə işləyə bilməsi üçün aldığı diplomun Azerbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmalı olduğunu demişdir. O bu söhbəti eşidən kimi Xədicə yadına düşmüş və Füzulinin yanında ona zəng vurub məsələni danışmış, işin həlli ilə bağlı məsləhət istəmişdir. Xədicə ondan bəzi zəruri sənədlərin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərməsini istəmiş və araşdırıb məlumat verəcəyini söyləmişdir. O da Xədicənin nömrəsini Füzuliyə vermişdir ki, o, sənədlərin şəklini göndərsin. Bir neçə gündən sonra Füzuli ona zəng vuraraq bildirmişdir ki, sənədlərin şəklini göndərdikdən sonra Xədicə onunla əlaqə saxlayıb özünü Təhsil Nazirliyində şöbə rəisi kimi təqdim etməklə işin həlli üçün ondan 15.000 manat pul istəmişdir. Füzuli ondan xahiş etmişdir ki, o, Xədicə ilə razılığa gəlib qiyməti azaltsın. Lakin bu barədə Xədicə ilə danışdıqda sonuncu razı olmamış, Füzuli də qiymət uyğun olmadığından işi başqa yolla həll etməyə çalışacağını bildirmişdir. O, Xədicəyə Füzulinin qiymətlə razı olmadığını dedikdə, sonuncu tez-tez ona zəng vurub artıq sənədləşmənin başladığını, ərizənin baxılmaya qəbul edildiyini, məsələ həllini tapmasa bu işdə biabır olacağını bildirmişdir. 07 yanvar 2020-ci il tarixdə Xədicə ilə razılığa gəlib Füzuli ilə bərabər onunla metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən “Mado” adlı kafedə görüşmüşlər. Görüş zamanı o, həmçinin, gizlicə qısa çəkiliş də aparmışdır. Görüş zamanı Füzuli Xədicədən harada işlədiyini maraqlanmış, sonuncu yenə Təhsil Nazirliyində şöbə rəisi işlədiyini söyləmişdir. Füzuli hansı şöbədə işlədiyini soruşanda isə Xədicə əl çantasından vəsiqəni çıxarıb təqdim etmiş və arxayın olmağını, həqiqətən də Təhsil Nazirliyinin işçisi olduğunu bildirmişdir. Füzuli vəsiqəni gördükdən sonra Xədicəyə tam inanmış və cibindən 12.500 manat pulu çıxarıb ona tərəf uzatmış, qalan 500 manat pulu da məsələ həll olunduqdan sonra verəcəyini bildirmişdir. Xədicə pulu görüb bir qədər həyəcanlanmış və bildirmişdir ki, oturduqları kafe ictimai yerdir və ətrafda videokameralar var, onun üçün ciddi problem yarana bilər. Buna görə də Füzulidən xahiş etmişdir ki, pulu ona versin və kameranın olmadığı ayaqyolunda həmin pulu ondan götürsün. O, Füzulidən pulu alıb Xədicə ilə bərabər ayaqyoluna getmişlər. Xədicənin bu cür təşvişə düşməsi onlarda onun vəzifəli şəxs olması fikrini daha da qətiləşdirmişdir. O, 12.500 manat pulu ayaqyolunda Xədicəyə vermiş, həmin anı da gizlicə mobil telefonu ilə çəkmişdir. Sonra oradan tez çıxmış, Xədicə isə içəridə bir qədər ləngimişdir. Füzulinin yanına qayıdanda Xədicənin vəsiqəsinin masanın üzərində olduğunu görmüş və tələsik mobil telefonu ilə vəsiqənin ön tərəfinin şəklini çəkmişdir. Xədicə yanlarına qayıdıb Füzuliyə bildirmişdir ki, hər şey qaydasındadır və bir aya işi həll edəcək. Həmin vaxtlarda X4 işləyən Zərərçəkmiş şəxs12 ilə təsadüfən görüşdükdə söhbət zamanı ona qohumunu məktəb müəlliməsi kimi işə düzəltmək istədiyini və bu işi həll edə biləcək adam axtardığını demişdir. Elə yenə onun yadına Xədicə düşmüş və Zərərçəkmiş şəxs12 bildirmişdir ki, Təhsil Nazirliyində işləyən bir nəfəri tanıyır, o bu işləri həll edir. O, məsələni Xədicəyə danışmış və sonuncu ilə 10.000 manata Bakı şəhəri 9 nömrəli orta məktəbə müəllimə kimi işə düzəltməyə dair razılığa gəlmişlər. Lakin Xədicə ondan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs12 onu görməsin. 2020-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” kafesində Zərərçəkmiş şəxs12 ilə görüşmüşdür. Bu zaman Xədicə də oraya gəlmiş, lakin başqa masada oturmuşdur. Zərərçəkmiş şəxs12 ağ rəngli zərfi ona uzadaraq orada 10.000 manat pulun olduğunu bildirmişdir. O, pulu götürmüş və Kəmalə gedəndən sonra Xədicənin yanına keçib zərfi ona vermişdir. Xədicə pulu saymış, 10.000 manat puldan ona 1.000 manat verib qalan 9.000 manatı özünə götürmüş və işi bir aya həll edəcəyini demişdir. Bir neçə gündən sonra Kəmalə ona zəng vurub bildirmişdir ki, rəfiqəsinin oğlunu oxuduğu universitetdə bir fakültədən digərinə keçirmək lazımdır və bu məsələni də Xədicə ilə danışmaq istəyir. O da onun nömrəsini Xədicəyə vermişdir ki, özləri danışıb məsələni müzakirə etsinlər. Bir neçə dəqiqədən sonra Kəmalə ona zəng vurub Xədicə ilə danışdığını və bu işə görə onun 5.000 manat pul istədiyini demişdir. Daha sonra o, Zərərçəkmiş şəxs12 və Xədicə metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında olan “Metro Park” ticarət mərkəzindəki kafelərin birində görüşmüş və Kəmalə onun yanında Xədicəyə rəfiqəsinin oğlunun işi üçün 2.000 manat pul vermişdir. Xədicə məbləğin az olduğunu görüb əsəbləşmiş, pis vəziyyətə düşməsin deyə qalan 3.000 manat pulu da həmin günü çatdırılmasını istəmişdir. Kəmalənin Xədicəyə 2.000 manat pulun verməsini o, mobil telefonu vasitəsilə qeydə almışdır. Oradan çıxandan sonra Kəmalə məcbur olub evdən 3.000 manat pul gətizdirib həmin günü axşam saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında Xədicəyə vermişdir. Bu anı da o, telefonu ilə videoya çəkmişdir. Xədicə pulu alıb Zərərçəkmiş şəxs12 bildirmişdir ki, bir neçə günə köçürmə işini həll edəcək. Lakin bir ay keçməsinə baxmayaraq məsələ həllini tapmamış, buna görə də Xədicədən pulu sahiblərinə qaytarmasını istəmişdir. Xədicə ona hissə-hissə 3.000 manat pul vermiş, 10.000 manat puldan ona verdiyi 1.000 manatı da özü üstünə qoyub 4.000 manat pulu Zərərçəkmiş şəxs12 qaytarmışdır. Onun Xədicənin dələduzluq etmək niyyətindən xəbəri olmamış, bu işlərdə tək məqsədi yaxınlarına köməklik göstərmək olmuşdur. Məhkəməyə çağırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs29 məhkəmədə iştirak etməmişlər. Eyni zamanda onların hər biri məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, istintaqda verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Tərəflərin razılığı ilə məhkəmədə onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs6 ifadəsindən aydın olur ki, oğlu Şaban 2013-cü ildə Milli Aviasiya Akademiyasını bitirmiş və 2015-ci ildən Həydər Əliyev adına X21 Aviasiya Təhlikəsizliyi Baş İdarəsində baxış və nəzarət üzrə mütəxəssis kimi işləyir. 2017-ci ilin sonlarında oğlu Şaban ona Təhsil Nazirliyində işləyən Xədicə adlı bir nəfərin ona Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik şöbəsində sahə rəisi vəzifəsinin boş olduğunu dediyini, həmin vəzifəyə 10.000 manata işə düzəldə biləcəyini bildirmişdir. O da Şabandan əlaqə nömrəsini alıb özü Xədicə ilə bu işlə bağlı danışmışdır. Xədicə ona söz vermişdir ki, 5.000 manat veriləndən sonra on beş gün ərzində oğlu Şabanın sahə rəisi kimi əmri veriləcək, əmrdən sonra isə o, qalan pulu verəcək. O da buna razı olmuşdur. 11 yanvar 2018-ci il tarixdə o, oğlu Şaban və sonuncunun tələbə yoldaşı Zərərçəkmiş şəxs2la birlikdə Əhmədli qəsəbəsində yerləşən “Nargilə” kafesinin yaxınlığındakı “Mirvari Plaza” restoranının qarşısında Xədicə ilə görüşmüşdür. Bu zaman Xədicə yanında olan bir nəfər şəxsi onlara Pedaqoji İnstitutunda işləyən Vidadi müəllim kimi təqdim etmişdir. Onlar restoranda yemək yeyərkən Xədicə ilə oğlu Şabanın işi barədə danışmışdır. Bundan sonra Xədicə Vidadi müəllimə demişdir ki, avtomobili restoranının qarşısına gətirsin, artıq gedirlər. Vidadi çölə çıxdıqda Xədicə ondan pulu istəmiş, o da Şabanın və Elnurun yanında ona 5.000 manat pul və bəzi sənədlərin surətini vermişdir. Xədicə pulu alıb guya on beş gün ərzində Şabanın əmrinin veriləcəyini vəd etmişdir. Lakin o, hər dəfə Xədicəyə zəng vurub işin nə yerdə olduğunu soruşanda, Xədicə ona müxtəlif bəhanələr uydurmuşdur. 2018-ci ilin aprel ayında oğlu Şaban ona Xədicənin onu bir nəfər qadınla Fövqəladə Hallar Nazirliyinə apardığını söyləmişdir. Orada olan işçi X30 Nazirliyinin işçilərinin az maaş aldığını bildirsə də, Xədicə sahə rəisinin maaşının çox olduğunu demişdir. O, əvvəldən Xədicə ilə qalan pulu iş düzəldikdən sonra verməyə razılaşsa da, Xədicə zəng vurub oğlu Şabanın əmri verilsin deyə qalan 5.000 manatı da istəmişdir. Belə olduqda o, əvvəldən verdiyi 5.000 manatı da geri istəmişdir. Xədicə pulu ertəsi gün qaytaracağını söz versə də, onu aldadıb qaytarmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir (İ cild, i.v.203-205). Zərərçəkmiş şəxs11 ifadəsindən aydın olur ki, 2018-ci ildə arvadı Xatirə Əliyeva və baldızı Nona Əliyeva müəllim işləmək üçün müəllimlərin işə qəbulu üzrə imtahan vermiş və keçid balını toplaya bilməmişlər. Gəncə şəhərində yaşayan və qonşusu olan Polad Məsimovun arvadı da həmin imtahanda iştirak edib keçid balını toplamamışdır. 28 iyul 2018-ci il tarixdə Polad ona arvadını Gəncə şəhərində 40 nömrəli orta məktəbə azərbaycan dili müəlliməsi kimi işə düzəldən bir tanışının olduğunu, əgər istəsə ona da əlaqə nömrəsini verə biləcəyini söyləmişdir. O da buna razı olub nömrəni götürmüşdür. O, Xədicəyə zəng vurub onunla arvadı və baldızının Gəncə şəhərində orta məktəbə müəllimə kimi işə düzəlmələri ilə əlaqədar söhbət etmişdir. Xədicə ona özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim etmişdir. O, Xədicə ilə işi 7.500 manat pula həll etməyə razılaşmışdır. 29 iyul 2018-ci il tarixdə o, Xədicə ilə görüşüb ünvan 6 ünvanda avtomobilin içərisində ona 7.500 manat pul vermişdir. Xədicə pulu alıb demişdir ki, 2018-ci ilin sentyabr ayının ortalarında iş həll olunacaq. 2018-ci ilin avqust ayının axırlarında Polad ona Xədicənin pulun qalanını da istədiyini demişdir. O da Xədicə ilə razılaşıb Bakı-Gəncə marşrut xətti ilə işləyən avtobusun sürücüsü ilə 1.400 manat göndərmiş, avtobusun nömrəsini də mesajla Xədicəyə bildirmişdir. 2018-ci ilin avqust ayının axırlarında Xədicə guya Gəncə şəhər Təhsil İdarəsinə arvadı və baldızının təqdimatlarını gətirmək adı ilə Gəncəyə gəlmişdir. 15 sentyabr 2018-ci il tarixdə o, Xədicəyə zəng vurub işi maraqlandıqda, Xədicə sentyabrın 17-də məktəbə işə gedəcəklərini söyləmişdir. Lakin həmin gün Xədicə ilə yenidən əlaqə saxlayıb işlərin düzəlmədiyini və pulunun qaytarmasını demişdir. Xədicə 2018-ci ilin noyabr ayında ona 2.000 manat göndərib yenə pul göndərəcəyini desə də, bundan sonra onunla əlaqə saxlaya bilməmiş və pulunu geri ala bilməmişdir (İ cild, i.v.187-189). Zərərçəkmiş şəxs13 ifadəsindən aydın olur ki, o, 2018-ci ilin sentyabr ayında uzaq qohumunun vasitəsilə Təqsirləndirilən şəxs Təhsil Nazirliyinin əməkdaşı kimi tanımışdır. Xədicə ona həmin nazirlikdə yüksək vəzifədə çalışdığını demiş, o da söhbət zamanı arvadının müəllimə işlədiyini bildirmişdir. Xədicə ona təklif etmişdir ki, arvadını aylıq 700- 800 manat əmək haqqı ilə liseylərin birinə işə düzəldə bilər. Arvadı hazırkı iş yerində 250 manat əmək haqqı aldığından o, Xədicə ilə razılaşmışdır. Xədicə əvvəlcə bu işə görə 10.000 manat pul istəsə də, yekunda 5.000 manata razılaşmışlar. 04.10.2018-ci il tarixdə, saat 14 radələrində o, Xədicə ilə metronun “28 May” stansiyasının qarşısında görüşüb pulu ona vermişdir. Xədicə onu əmin etdi ki, on gün ərzində arvadının işi alınacaq. Həmin vaxtlarda o, Xədicəyə zəng etdikdə, sonuncu hər dəfə müxtəlif bəhanələrlə onu aldatmağa başlamış və sonralar ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir (İ cild, i.v.158- 160). Zərərçəkmiş şəxs29 ifadəsindən aydın olur ki, gəlini Aynur Məmmədova ali təhsilli olsa da, heç bir yerə işləmirdi. 29 may 2019-cu il tarixdə qohumu Elxan ona Təhsil Nazirliyində işləyən bir qadının arvadını müqavilə əsasında işlədiyi məktəbdə daimi müəllimə kimi işə düzəltdiyini bildirmiş və əgər istəyirsə onun da gəlininin işini danışa biləcəyini demişdir. O da Elxanla razı olmuş və bildirmişdir ki, Xaçmaz şəhəri 9 saylı orta məktəbə hansı qiymətə işi düzəldə biləcəyini maraqlansın. Elxan onun yanında zəng vurub bu qadın ilə danışanda, sonuncu 6.000 manata işi həll edəcəyini söyləmişdir. Elxana pulun yarsını əvvəl, qalanını isə iş düzələndən sonra verəcəyini demiş, o da bunu həmin qadına bildirmişdir. İlkin olaraq 3.500 manata pulu Elxanın qardaşı Orxanın çatdırması şərtilə razılaşmışlar. Bundan sonra o, 3500 manat pulu metronun “20 Yanvar” stansiyasının yaxınlığında Şahid8 vermiş, Orxan da elə onun yanında həmin qadına pulu çatdırması üçün “Ağ şəhər” deyilən ərazidə yerləşən “Harmony” mehmanxanasının yaxınlığında görüşməyə sözləşmişlər. Bu vaxt o da Orxanın idarə etdiyi avtomobilin ardınca oraya gəlmiş, onları kənardan müşahidə etmişdir. 2019-cu ilin iyun ayında Elxandan iş barədə soruşmuş, həmin qadının telefon nömrəsini alıb zəng vursa da, sonuncu zənglərə cavab verməmişdir (İİ cild, i.v.45-47). İş materiallarında olan:  18.05.2020-ci il tarixli protokola əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən Zərərçəkmiş şəxs17 əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş prokurorluğun maliyyə xidmətindən götürülmüş 10 ədəd B08621541, A35320926, A93354630, A20136468, A31315494, C47295412, A31858135, B12178876, C39823487 və A11271163 seriyalı və nömrəli 100 manatlıq pul əsginazı təqdim edilmişdir (İİİ cild, i.v.85);  Zərərçəkmiş şəxs29 ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3.500 manat məbləğində maddi ziyandan 2.000 manat ödənilmişdir (İİİ cild, i.v.63);  Zərərçəkmiş şəxs13 tərəfindən məhkəməyə ünvanlanmış 18.09.2020-ci il tarixli teleqramda onun Təqsirləndirilən şəxs şikayətçi olmadığı qeyd olunur (V cild);  Zərərçəkmiş şəxs29 tərəfindən məhkəməyə ünvanlanmış 12.10.2020-ci il tarixli teleqramda ona dəyən zərərin tam ödənilmədiyi göstərilmişdir (V cild);  Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə olunmuş çıxarışa görə 11.03.2020-ci il tarixdə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,70 AZN-dir (İİİ cild, i.v.196);  “Sübutların qiymətləndirilməsi haqqında” 16.07.2020-ci il tarixli qərara əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs26 təqdim etdiyi CD, Zərərçəkmiş şəxs19 təqdim etdiyi CD-R disklər, Zərərçəkmiş şəxs21 təqdim etdiyi əlyazma, keçirilmiş əməliyyat-axtarış tədbirində istifadə olunmuş B08621541, A35320926, A93354630, A20136468, A31315494, C47295412, A31858135, B12178876, C39823487 və A11271163 seriyalı və nömrəli 10 ədəd 100 manatlıq pul əskinazları iş üzrə maddi sübut hesab olunmuş, disklər və əlyazma iş materiallarında, pul əskinazları isə Azərbaycan Respublikası Baş prokurorluğunun Maddi-texniki təminat şöbəsində, depozit hesabında saxlanılmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs12 pulunun ələ keçirilməsi epizodu üzrə Şahid1 barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə müvafiq olaraq rədd edilmişdir (İİİ cild, i.v.198-247);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib 3.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 18.09.2018-ci il tarixdə cəriməni tam ödəmişdir. Sonra o, həmin Məhkəmənin 18.09.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Kürdəmir rayon İcra və probasiya şöbəsinin 13.07.2020-ci il tarixli məktubuna əsasən 03.02.2020-ci il tarixdə cərimə cəzasını tam ödədiyi üçün qeydiyatdan çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, həmin qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin də 24.11.2020-ci il tarixdən hesablanması qərara alınmışdır (İ cild, i.v.110-115, 190, İİİ cild, i.v.195,V cild );  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 1(006)- 274/2020 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, onun haqqında həbs qətimkan tədbiri seçilərək o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır (V cild);  Mülki iddia ərizələrinə əsasən:  iddiaçı Zərərçəkmiş şəxs30 dələduzluq nəticəsində ondan alınmış 19.000 manat, mənəvi zərərə görə 2.000 və dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə 21.030 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs26 dələduzluq nəticəsində ondan alınmış 4.000, həmin pula görə banka ödənilmiş faiz məbləği olan 1.173, mənəvi zərərin əvəzi olaraq 1.000 və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdı 6.203 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs17 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 4.000 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs8 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 12.500 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs14 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 7.800 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs19 dələduzluq nəticəsində ondan alınmış 6.500, mənəvi zərərə görə 2.000 və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 8.530 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs10 dələduzluq nəticəsində ondan alınmış 16.000, mənəvi zərərə görə 2.000 və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 18.030 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs16 dələduzluq nəticəsində ondan alınmış 15.000, mənəvi zərərə görə 2.000 və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 17.030 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs24 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5.000 və dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs18 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5.000 və dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pulun;  iddiaçı Zərərçəkmiş şəxs23 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 8.000 və dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini xahiş edirlər (V cild);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 1(006)- 274/2020 saylı qərarı ilə iş üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs30 Məhiyyəddin oğlu, Zərərçəkmiş şəxs26 və X5 “iddianın təmin tədbiri” barədə ərizləri qismən təmin olunaraq cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Təqsirləndirilən şəxs aid hissədə Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (KOD 906030** JN ***) özgəninkiləşdirilməsi qadağan edilmişdir (V cild);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 31.03.2012, 05.09.2013 və 01.06.2015-ci il təvəllüdlü 3 uşağı var (V cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd);dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28 vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də dəfələrlə dələduzluğa görə məhkum edilməsini, bununla da islah olunmayaraq kriminal meyilli şəxs olaraq qalmasını, habelə hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusunaböyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla qəti cəza təyin olunmalı və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, onun cəzasının əvvəli bu iş üzrə həbsə alındığı andan - 09.09.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs26 təqdim etdiyi CD, Zərərçəkmiş şəxs19 təqdim etdiyi CD-R disklər, Zərərçəkmiş şəxs21 təqdim etdiyi əlyazma iş materillarında, keçirilmiş əməliyyat-axtarış tədbirində istifadə olunmuş B08621541, A35320926, A93354630, A20136468, A31315494, C47295412, A31858135, B12178876, C39823487 və A11271163 seriyalı və nömrəli 10 ədəd 100 manatlıq pul əsginazları Azərbaycan Respublikası Baş prokurorluğun maliyyə xidmətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından irəli gələrək məhkəmə zərər çəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs30 və Zərərçəkmiş şəxs26 tərəfindən verilmiş mülki iddiaların “mənəvi zərər”in ödənilməsi, habelə sonuncunun banka ödənilmiş faiz məbləği ilə bağlı hissəsinə dair qeyd edir ki, həmin zərər çəkmiş şəxslərin hər biri Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq əməlləri nəticəsində onlara vurulmuş bu zərəri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiklərinə görə onlar tərəfindən verilmiş mülki iddialar bu hissədə rədd olunmalı, iddialar yalnız dəymiş maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində təmin edilməlidir. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı:  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 8.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 31 manat pul tutularaq Zərərçəkmiş şəxs23;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 5.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 31 manat pul tutularaq Zərərçəkmiş şəxs24;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 5.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 31 manat pul tutularaq Zərərçəkmiş şəxs18;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 4.000 manat pul tutularaq Zərərçəkmiş şəxs17;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 12.500 manat pul tutularaq Zərərçəkmiş şəxs8;  zərər çəkmiş şəxs X15 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 15.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq X9;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 11.000 manat (5.000 manat qaytarılıb) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq Zərərçəkmiş şəxs10;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 6.500 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq Zərərçəkmiş şəxs19;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 7.740 manat pul tutularaq Zərərçəkmiş şəxs14;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 4.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq Zərərçəkmiş şəxs26;  zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs30 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 19.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq Zərərçəkmiş şəxs30 ödənilməli, iddia tələbləri digər hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs26 təqdim etdiyi CD, Zərərçəkmiş şəxs19 təqdim etdiyi CD-R disklər, Zərərçəkmiş şəxs21 təqdim etdiyi əlyazma iş materillarında, keçirilmiş əməliyyat-axtarış tədbirində istifadə olunmuş B08621541, A35320926, A93354630, A20136468, A31315494, C47295412, A31858135, B12178876, C39823487 və A11271163 seriyalı və nömrəli 10 ədəd 100 manatlıq pul əsginazları Azərbaycan Respublikası Baş prokurorluğun maliyyə xidmətinə qaytarılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 tərəfindən verilmiş mülki iddia təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 8.000 (səkkiz min) manat və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pul tutularaq Zərərçəkmiş şəxs23 ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 tərəfindən verilmiş mülki iddia təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 5.000 (beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pul tutularaq Zərərçəkmiş şəxs24 ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 tərəfindən verilmiş mülki iddia təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 5.000 (beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pul tutularaq Zərərçəkmiş şəxs18 ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 tərəfindən verilmiş mülki iddia təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 4.000 (dörd min) manat pul tutularaq Zərərçəkmiş şəxs17 ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş mülki iddia təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 12.500 (on iki min beş yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs8 ödənilsin. Zərər çəkmiş şəxs X15 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 15.000 (on beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq X9 ödənilsin, iddia qalan hissədə rədd edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 11.000 (on bir min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs10 ödənilsin, iddia qalan hissədə rədd edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 6.500 (altı min beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs19 ödənilsin, iddia qalan hissədə rədd edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 7.740 (yeddi min yeddi yüz qırx) manat pul tutularaq Zərərçəkmiş şəxs14 ödənilsin, iddia qalan hissədə rədd edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 4.000 (dörd min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs26 ödənilsin, iddia qalan hissədə rədd edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs30 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 19.000 (on doqquz min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs30 ödənilsin, iddia qalan hissədə rədd edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar