Məhkəmə qərarları › İş №1(006)-480/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-480/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-480/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:15-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gəlirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 1,406 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,istifadə eldiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən alır və sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, Alatava qəsəbəsi adlanan ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan “heroini”10 manat müqabilində almışdır. Həmin narkotik vasitələr istifadə etməmişdir. O, 25 iyul 2022-ci il tarixdə Nizami adlı şəxsin icarəyə götürdüyü qeyd olunan ünvanda yerləşən və hal-hazırda təmirdə olan iaşə obyektinə Ruslan adlı dostunun yanına getmişdir. O, obyektə daxil olanda orada əvvəllər tanımadığı adını orada Nizamidən eşitdiyi Rəcəb usta, əvvəllər tanıdığı Ələkbər adlı şəxs Cəfər adlı şəxs və Şahid5 var idi. O, Şahid5 Ruslanı maraqlananda isə Şahid5 ona öz növbəsində Ruslanı işdən çıxardığı bildirmişdır. Qeyd etmişdir ki, nə 25 iyul 2022-ci il tarixində nədə digər vaxtlarda o həmin iaşə obyektinə Şahid5 dəvəti ilə sırf narkotik vasitələrdən istifadə etmək üçün gəlməmişdir. 25 iyul 2022-ci il tarixdə isə o, ora sırf Nizamidən Ruslan maraqlanmağa gəlmişdir. Bildirmişdir ki, bundan əvvəl Rəcəb harasa çıxmış, 25 iyul 2022-ci il tarixdə o qeyd olunan iaşə obyektində narkotik vasitələrdən istiladə edən adam görməmişdir və özüdə istifadə etməmişdir. Daha sonra onlar iaşə obyektini tərk etmişdirlər və iaşə obyektinin qarşısına çıxdıqda polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduqlarında onlara bildirib onları 22-ci PŞ-nə dəvət etmişdirlər. Polis şöbəsində ona videoçəkilişlə üzərinə şəxsi axtarış aparacaqlarını bildirərək, hüquqlarının müdafiə olunması üçün öz istəyi ilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Həmçinin qeyd elmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi iştirak etmədiyindən tərəfindən müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməməyi barədə yazılmışdır. Baxışda iştirak etmək üçiin videoçəkiliş aparan bir nələr mütəxəssis dəvət etmişdirlər. Bundan sonra xidməti otaqların birində onun, polis əməkdaşlarının və mütəxəssisin iştirakları ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan, göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf salofan kəsiyinə bükülmüş narkotik vasitəni çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmağa başlanılmışdır, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun təqdim etdiyi bir ədəd şəffaf salofan kəsiyinə bükülmüş maddənin nə olduğunu deməyi ona təklif edilmişdir və o həmin bükümün içərisində olun maddənin narkotik vasitə olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə eldiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, haradan, necə və nə məqsədlə əldə elməyini bildirmişdir. Bundan sonra iştirakçıların və orun iştirakı ilə çəkiliş zamanı təqdim etdiyi bir ədəd şəffaf salofan kəsiyinə bükülmüş narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir və istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Şahid5 onu həmin iaşə obyektinə narkotik vasitələri istifadə etmək üçün dəvət etməyib və ona belə bir təkliflər etməyib, o əsasən ora tanışı, əvvəllər orada usta işləyən Ruslan adlı şəxsin yanma gəlirmiş, lakin onlar Ruslanla belə həmin iaşə obyektində narkotik vasitələrdən istifadə etməmişdirlər.O, heçvaxt həmin iaşə obyektinə sırf narkotik vasitələrdən isitifadə etmək üçün getməmişdir və bu məqsəd ilə onu ora dəvət edən olmamışdır, narkotik aldığı şəxsi ilk dəfə görmüş və həmin şəxsin əlamətlərini xatırlaya bilmir. xx.xx.2022-ci il tarixdə PB-nə gətirildiyi və polis bölməsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır,o, narkotik vasitəni özü üçün almışdır və öz istifadəsi üçün üstündə saxlamışdır, onun əldə etdiyi həmin narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Daha sonra özünü təqsirli bilərək törətdiyi əməli etiraf etməsini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinini məhkəmə iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi E.F.Həsənov məhkəməyə ərizə təqdim edərək, hazırki cinayət işi üzrə şahidlər Ə.F.İnsafının, Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasında elan edilmiş ifadələri ilə razı olduqlarını və onların məcburi qaydada məhkəməyə gətirilməsinə ehtiyac olmadıqlarını və cinayət qanunvericiliyinə uyğun olaraq sonrakı prosessual hərəkətlərin edilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 25 iyul 2022-ci il tarixdə Nizami, Ələkbər, Cəfər və Pimir adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərilərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü 22-ci PŞ-nin rəisinə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 raportla məruzə etmişdir. Sonuncunun və onun iştirakı ilə xx.xx.2022-ci il tarixdə, saat 13:15 radələrində ünvan 4 ünvanın qarşısında keçirilən əməliyyat tədbiri zamanı Nizami, Ələkbər, Cəfər və Pimir adlı şəxslər saxlanılmış, sonuncuların Nəsimi RPİnin 22-ci PŞ-yə gətirilməsi məqsədi ilə köməyə Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 cəlb edilmişdir. 22-ci PŞ-də Nizami adlı şəxsin xx.xx.1971-ci il əvəlliidlü Şahid5, Ələkbər adlı şəxsin xx.xx.1990-cı il təvəllüdlü X4, Cəfər adlı şəxsin xx.xx.1984-cü il təvəllüdlü Şahid7, Elmir adlı şəxsin xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin şəxslər barələrində ayrı-ayrılıqda şəxsi axtarış və görülmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxsda onun hüququ və vəzifələri, müdafiəçinin hüquqlarından isıiladə etmək hüququ izah edilmiş və ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra 22-ci PŞ-nin təhqiqatçısı Ramil Sadıqovun xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üzərinə qoyması təklif edilmiş, o, əynində olan göy rəngli cins sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir qanunsuz əşyanın və ya narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Daha sonra ondan üst-başını səliqəyə salınması tələb edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş maddənin nə olduğunu demək ona təklif edilmiş və Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sonuncudan həmin narkotik vasitəni haradan əldə eldiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşuldquda o, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Yasamal rayonu, Alatava qəsəbəsi adlanan ərazidə 10 manata əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çəkiliş zamanı təqdim eldiyi maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir və istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni salan şəxsi müəyyən elmək mümkün olmamışdır, lakin bu istiqamətdə tədbirlər davam etdirilir. Təqsirləndirilən şəxs, Şahid5, Ə.F.İnsafı və Şahid7 onların qanuni tələbinə tabe olaraq heç bir müqavimət göstərmədən onlarla polis şöbəsinə gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 25 iyul 2022-ci il tarixdə iş yoldaşı Şahid4 ilə birlikdə 22ci PŞ-nin inzibati ərazisində xidmətdə olan zaman həmin polis şöbəsinin sahə inspektoru Şahid2 çağırışına əsasən ünvan 6 ünvana gəldikləri zaman 4 nəfər Nizami, Ələkbər, Cəfər və Elmir adlı şəxslərin qanunsuz olaraq narkotik vasiləiərin daşınması və istifadəsində şübhə edildiklərinə görə 22-ci PŞ-nin sahə inspektoru Şahid2 və həmin şöbənin əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanıldıqlarını görmüş, daha sonra həmin şəxslərin 22-ci PŞ-nə təmin olunmalarında köməklik göstərmiş və həmin şəxsləri polis şöbəsinə təhvil vermişdirlər. 22-ci PŞ-də həmin Nizami adlı şəxsin xx.xx.1971-ci il təvəllüdlü Şahid5, Ələkbət adlı şəxsin xx.xx.1990-cı il təvəllüdlü Ə.F.İnsafı, Cəfər adlı şəxsin xx.xx.1984-cü il təvəllüdlü Şahid7, Elmir adlı şəxsin xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi 99 ünvanında iaşə obyektini gələcəkdə kafe kimi istifadə etmək üyün qeyri-rəsmi icarəyə götürmüş, həmin iaşə obyektini icarəyə götürdüyü andan onun təmiri ilə məşğul olmuş, lakin maddi sıxıntılar keçirdiyindən təmir prosesini dayandırmışdır, o, 25 iyun 2022-ci il tarixdə yaşadığı evdən qeyd olunan iaşə obyektinin təmirinə nəzarət etmək üçün həmin obyektə daxil olan zaman orada işləyən usta Rəcəbin və əvvəllər tanıdığı Ə.İnsafının olduğunu və aralarında söhbət etdiyini görmüşdür. O, sonuncuların narkotik vasitələrin qəbulu və ya digər qeyri-qanuni işlərlə məşğul olmadığını bilmişdir. Söhbət əsnasında Ələkbər ona ev axtardığı və ondan bu barədə köməklik etməsini xahiş etmiş, daha sonra Ələkbər obyektdən çıxmış, dalınca 5 dəqiqə sonra Rəcəb çıxışmışdır. Təxminən 30 dəqiqə sonra Ələkbər obyektə qayıtmış, sonuncudan 5 dəqiqə sonra əvvəllər tanıdığı Cəfər adlı şəxs, ondanda bir beş dəqiqə sonra əvvəllər tanıdığı Elmir adlı şəxs obyektə gəlmişdir. Onlar hamısı obyektdə oturaraq öz aralarında söhbət etmiş, obyektin qarşısına çıxdıqda isə onlara polis əməkdaşları yaxınlaşaraq özlərini onlara təqdim etmiş və onların narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduqlarını bildirib 22-ci PŞ-yə dəvət etmişlər. O, həmçinin qeyd etmişdir ki, Ələkbər ilə o, bir neçə il bundan əvvəl makler kimi sonuncunun ona yaxınlaşaraq kirayə ev tapmaq istədiyi zaman tanış olmuş, Cəfər və Elmir adlı şəxsləri isə əvvəllər həmin iaşə obyektində işləyən Ruslan adlı ustanın yanında görmüş və həmin şəxslərin tez-tez Ruslanın yanına gəlib getdiyini görmüş və bir neçə həftə bundan əvvəl o, Ruslanı obyektdə təmir işlərini passiv gördüyündən onu işdən qovmuşdur. 25 iyul 2022-ci il tarixdə ifadəsində qeyd etdiyi şəxslər ilə birlikdə qeyd olunan və hal-hazırda təmirdə olan iaşə obyektində narkotik vasitələrin qəbulu ilə məşğul olmamışdırlar və onların narkotik vasitə qəbul etdiyini görməmiş, o, heç vaxt adı çəkilən obyektdə narkotik vasitələrin istifadəsi üçün şərait yaratmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 8 aydır ki, narkotik vasitələrdən istifadə edir, Şahid5 makler kimi bir neçə il bundan əvvəl tanımışdır. Qeyd elmişdir ki, Şahid5 ünvan 8 ünvanında icarəyə götürdüyü və hal-hazırda təmirdə olan iaşə obyektinə əvvəllər tanıdığı və orada vaxtıykən usta işləmiş Ruslan adlı şəxsin yanına ara-bir gəlib-getmiş, həmin ərəfədə ev axtardığından o, 25 iyul 2022-ci il tarixdə Nizamı adlı şəxsin icarəyə götürdüyü qeyd olunan ünvanda yerləşən və hal-hazırda təmirdə olan iaşə obyektinə ev maraqlanmaq üyün getmiş, o, obyektə daxil olanda orada əvvəllər tanıdığı Rəcəb usta və Şahid5 olmuş, o, Şahid5 ev maraqlanmış, sonuncu isə ona öz növbəsində bu məsələdə kömək edəcəyini bildirmişdir. O, nə 25 iyul 2022-ci il tarixdə, nə də digər vaxtlarda obyektə Şahid5 dəvəti ilə sırf narkotik vasitələrdən istifadə etmək üçün gəlməmiş, 25 iyul 2022-ci il tarixdə isə ora sırf Nizamidən ev maraqlanmağa gəlmiş, o, ora gələndən bir neçə dəqiqə sonra yaxşı tanımadığı Cəfər və Elmir adlı şəxslərdə həmin iaşə müəssisəsinə gəlmiş, bundan əvvəl Rəcəb harasa çıxmışdır. 25 iyul 2022-ci il tarixdə o qeyd olunan iaşə obyektində narkotik vasitələrdən istifadə edən adam görməmiş, özüdə istifadə etməmişdir. Daha sonra onlar iaşə obyektini tərk etmiş və iaşə obyektinin qarşısına çıxdıqda polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduqlarını bildirib onları 22-ci PŞ-nə dəvət etmiş, o, həmçinin bildirmişdir ki, Şahid5 onu həmin iaşə obyektinə narkotik vasitələr istifadə etmək üçün dəvət etməmiş, ona belə bir təkliflər etməmiş, o, əsasən ora tanışı əvvəllər orada usta işləyən Ruslan adlı şəxsin yanına gəlmiş və bir iki dəfə onunla birlikdə həmin iaşə obyektində narkotik vasitələrdən istifadə etmişlər, lakin o, heç vaxt həmin iaşə obyektinə sırf narkotik vasitələrdən istifadə etmək üçün gəlməmiş və bu məqsəd ilə onu ora dəvət edən olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 25 iyul 2022-ci il tarixdə Nizami adlı şəxsin icarəyə götürdüyü və hal hazırda təmirdə olan iaşə obyektinə Ruslan adlı dostunun yanına getmiş, oraya daxil olarkən əvvəllər tanımadığı adını orada Nizamidən eşitdiyi Rəcəb usta, əvvəllər tanıdığı Ələkbər adlı şəxs və Şahid5 olmuşdur. O Nizamidən Ruslanı soruşduqda sonuncu ona Ruslanı işdən çıxardığını bildirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə nə də digər vaxtlarda həmin iaşə obyektinə Şahid5 dəvəti ilə sırf narkotik vasitələrdən istifadə etmək üçün deyil, Ruslan üçün getmişdir. Həmin obyektə gələndən bir neçə dəqiqə sonra ora əvvəllər tanıdığı Elmir adlı şəxs gəlmiş, bundan əvvəl Rəcəb harasa çıxmışdır.O, 25 iyul 2022-ci il tarixdə orada narkotik vasitələrədən istifadə edən adam görməmiş və özüdə istifadə etməmişdir. Daha sonra onlar obyekti tərk etmiş, obyektin qarşısına çıxdıqda polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduqlarını bildirib onları 22-ci PŞ-nə dəvət etmişdir. O, həmçinin bildirmişdir ki, Şahid5 onu həmin obyektə narkotik vasitələr istifadə elmək üçün dəvət və ona belə təkliflər etməmişdir. Cinayət işinin 1-ci cild 23-24-cü vərəqələrində olan 25 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 33-37ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 iyul 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 114-115-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay, yəni 25 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 161-163-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün 14 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2022ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 58-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 26 iyul 2022-ci il tarixli, 6/4036 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №190» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,406 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 1,406 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,356 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 59-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 49-cu vərəqəsində olan 01 avqust 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 1,356 qram olan narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-yə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 121-134-cü vərəqələrində olan 01 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 avqust 2022-ci il tarixli, 4483 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 53-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 avqust 2022ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 may 2016-cı ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 06 ay 28 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş; 2) Yasamal Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş; 3) Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cild 87-ci vərəqəsində olan 30 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə Qərarın surətindən görünür ki, ”8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Amnistiya qərannın 2.4-cü bəndinin təsiri altına düşmüş, Amnistiya Aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarla barəsində qərarın 2.4-cü bəndi tətbiq edilmiş, lakin 36-cı bəndin tələbinə əsasən təyin edilmiş məcburi müalicənin qüvvədə olması, səbəbindən cəzadan azad edilməsinin müalicənin ləğvindən sonra həyata keçirilməli olması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonunun çatması səbəbindən cəzadan azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Amnistiya qərarının 7-ci bəndinin təsiri altına düşmüşdür. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 25 iyul 2022-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin xidməti otaqların birində saat 15-00-dan başlayaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli materialından olan şalvarının sol yan cibindən narkotik vasitə olan “heroin” olduğunu deyib, həmin narkotik vasitəni təhqiqata təqdim edir. Bundan sonra o, masaya yaxınlaşaraq əynində olan əynində olan göy rəngli cins materialından olan şalvarının sol yan cibindən, şəffaf sellofana bükülmüş 01 (bir) ədəd tünd qəhvəyi rəngli bükümü çıxararaq təqdim edir və bildirir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan “heroin”dir, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Alatava qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs əyninda olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 20-22-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxs, anası isə F.Təqsirləndirilən şəxsdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi E.F.Həsənovun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırki cinayət işi üzrə şahidlər Ə.F.İnsafının, Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasında elan edilmiş ifadələri ilə razıdırlar və onların məcburi qaydada məhkəməyə gətirilməsinə ehtiyac yoxdur, cinayət qanunvericiliyinə uyğun olaraq sonrakı prosessual hərəkətlərin həyata keçirilməsini məhkəmədən xahiş edirlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda”əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya”üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməli etiraf etməsini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən sonuncu xx.xx.2022-ci il tarixdə cəzasının başa çatması ilə cəzadan azad edilmiş və 7-ci bəndinə əsasən məhkumluğu götürülmüşdür. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik maddə hesab edilən heroinin miqdarını 1,356 qram olmasını, şəxsin əvvəllərdə dəfələrlə eyni tərkibli cinayət əməllərini törətməsinə görə məhkum olunmasını və buna baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 25 iyul 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 13 avqust 2022-ci il tarixli, 4483 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,356 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş ”PRO BONO” Vəkil Bürosunun vəkili E.F.Həsənova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,356 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar