Məhkəmə qərarları › İş №1(006)-482/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-482/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-482/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən S.R.İsmayılov aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa “Heybət” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 avtomobil satmaq adı ilə müəyyən məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmək barədə aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, əldə edəcəkləri əmlakı aralarında böləcəklərinə dair razılıq əldə edib, vəzifə bölgüsü apardıqdan sonra aralarında olan razılaşmaya əsasən ümumi tanışları Şahid1 aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə məlumat verib Şahid1 mülkiyyətində olan “Vaz 21214” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayətin törədilməsində istifadə edilməsi məqsədilə istəyib sonuncuya cinayət yolu ilə əldə olunacaq əmlakdan 500 manat məbləğində pul verəcəyini vəd etdikdə, sonuncu razılıq verərək istifadəsində olan həmin avtomobili cinayətin törədilməsində istifadə edilməsi üçün köməklik məqsədilə ona təqdim etmiş, bundan sonra 28 fevral 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs və “Heybət” adlı şəxslə ünvan 3 ünvanında yerləşən “Merd Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında “Heybət” adlı şəxsin cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə müştəri qismində tapdığı Zərərçəkmiş şəxs1 ilə görüşərək özünü “Vaz 21214” markalı 90- SM-592 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi təqdim edib avtomobilin guya bankda girovda olduğunu bildirərək Zərərçəkmiş şəxs1 satılması üçün sonuncu tərəfindən ilkin olaraq ona 3000 (üç min) manat məbləğində pul veriləcəyi, qalan 4000 (dörd min) manat pulun isə Zərərçəkmiş şəxs1 tərəfindən “Nikoil” banka ödəniləcəyinə dair yalan vədlər verib danışıqlar apardıqdan sonra Zərərçəkmiş şəxs1 yalan şərtlərinə inandırmağa nail olmuş, sonuncu üzərində olan 2400 (iki min dörd yüz) manat pulu danışıqlarda onunla birlikdə iştirak edən tanışı Zərərçəkmiş şəxs2 Adıgözəl oğluna təqdim edərək, sonuncunun iştirakı ilə avtomobilin Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən həyət evlərinin qarşısına aparılmasına və orada pulun onlara təqdim edilməsinə razılaşdıqdan sonra tanışı Təqsirləndirilən şəxs “Vaz 21214” markalı **- SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına, Zərərçəkmiş şəxs2 Adıgözəl oğlu qabaq sərnişin oturacağında, özü isə avtomobilin arxa sərnişin oturacağında əyləşdikdən sonra Təqsirləndirilən şəxs avtomobili 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət etdirərək yanacaq doldurma məntəqəsinə daxil olduqda sonuncu pulunun olmamasını əsas gətirib yanacağın pulunun ödənilməsi məqsədilə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 2400 manat pulu qabaqcadan iradəsinə zidd olmadan könüllü olaraq götürmüş, daha sonra Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən siqaret köşkününün qarşısına çatdıqda planlaşdırdıqları cinayətkar niyyətlərinə nail ola bilməyəcəklərini başa düşüb ümumi cinayətkar niyyətdən kənara çıxaraq guya su almaq adı ilə avtomobili həmin ünvanın qarşısında saxlayıb avtomobilin yalnız ön qapıları olduğundan orada avtomobildən düşmək adı ilə Zərərçəkmiş şəxs2 avtomobildən yerə düşməsini xahiş edib sonuncunun avtomobilin qapısını açdığını gördükdə Zərərçəkmiş şəxs2 sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib itələyərək avtomobildən düşməsinə nail olub onun iradəsi ziddinə və gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə avtomobili yüksək sürətlə idarə edib oradan uzaqlaşmaqla ödəniş qismində verdiyi pulu ələ keçirib özgə əmlakını açıq yolla talayaraq Zərərçəkmiş şəxs1 2400 (iki min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 hadisədən öncə tanımamış və onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmayıb. 2020-ci ilin fevral ayında maddi durumu zəif olduğuna görə tanışı X2 ilə qərara gəlmişlər ki, uyğun şəxs taparaq ona qarşı dələduzluq etsinlər və müəyyən məbləğdə pul ələ keçirsinlər. Həmin ərəfədə onlara ortaq tanışları Heybət zəng edərək bildirmişdir ki, onun Tural adlı tanışı “dəmir kimi” “VAZ 21214” markalı ağ rəngli avtomobil almaq istəyir. Dəmir kimi avtomobil alan şəxslər hər hansı bir sənədində problem olan və yaxud banka borcu olduğu üçün avtomobili idarə edə bilməyən şəxslərdən həmin avtomobili ucuz qiymətə alırlar və özlərində həmin avtomobilin markasında və rəngində olan sənədli aşmış avtomobilin ban kodu ilə dəyişdirərək, avtomobili sənədli şəkildə digər şəxslərə satırlar. Heybət bildirmişdir ki, həmin Tural adlı şəxsi aldadaraq ona tapacaqları avtomobili göstərib, pulu ələ keçirmək olar. O və Surac avtomobil alış-verişində vasitəçi olan Heybət ilə razılaşmışlar və yaxın zamanda avtomobil tapacaqlarını bildirmişlər. Aralarında olan razılaşmaya əsasən o və Surac ağ rəngli “VAZ 21214” markalı avtomobil tapmalı və daha sonra Tural adlı şəxslə görüşərək, ona həmin avtomobilin banka borcu olduğu üçün üzərində həbsin olduğunu bildirib, avtomobili Turala “dəmir kimi” satacaqmışlar. Əldə etdikləri pul isə Suracın, onun və Heybətin arasında bölünəcəkmiş. Öz aralarında Suracla söhbət edən zaman ortaq tanışları Şahid1 ağ rəngli “VAZ 21214” markalı avtomobilinin olduğunu və həmin avtomobili onun icarə verdiyini xatırlamışlar. 27 fevral 2020-ci iil tarixdə saat 22 radələrində Surac Mahmuda zəng edərək, harada olmasını soruşmuş və onunla görüşmək istədiyini bildirmişdir. Mahmud Suraca bildirmişdir ki, hazırda Yasamal rayonunda yerləşən Lake otelin qarşısındadır. Buna görə də onlar Mahmudla görüşüb söhbət etmək üçün həmin otelin qarşısına getmişlər. Mahmudla söhbət edən zaman ona bildirmişlər ki, onun “VAZ 21214” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili onlara bir-neçə saatlıq lazımdır və planlarını da Mahmuda danışmışlar. Mahmuda izah etmişlər ki, ona məxsus avtomobili ondan götürərək, Heybət adlı avtomobil alış-verişində vasitəçi olan şəxsin tanışı Tural adlı şəxsə həmin avtomobili öz avtomobilləri kimi təqdim edib, banka borclu olduqları üçün “dəmir kimi” satacaqları adı ilə onu aldadıb, pulunu ələ keçirəcəklər və həmin puldan ona 500 manat pul verəcəklər. Heybət ilə söhbət edən zaman o, onlara bildirmişdir ki, Turalın avtomobili almaq üçün əlində 2400 manat pulu var. Mahmud onların təklifi ilə razılaşmış və orada avtomobilini onlara vermişdir. Şahid1 avtomobili satacaqları şəxs ilə heç bir əlaqəsi olmamış və həmin şəxsi tanımırmış. Avtomobili götürdükdən sonra o, avtomobildə sükan arxasına Surac isə onun yanında əyləşmişdir. Mahmudla görüşə gedən zaman artıq onlar Heybətə zəng edərək, avtomobil tapmağa getdiklərini və buna görə də avtomobil almaq istəyən Tural adlı şəxsə zəng edib, uyğun bir yerə çağırmasını söyləmişlər. İlkin olaraq Heybət onlara saatın gec olmasını və bu zaman avtomobil almaq istəyən şəxsin gəlməsində çətinlik yaranacağını söyləsə də, onlar ona bildirmişlər ki, özü həmin şəxsləri razı salsın və indi avtomobilə baxmaq və razılaşmaq üçün gətirsin. Daha sonra onlara məlum olmuşdur ki, Heybət həmin şəxslərə onların Quba rayonundan avtomobili satmaq üçün gəldiklərini bildirib, onları həmin gün avtomobilə baxmağa çağırmışdır. 28.02.2020-ci il tarixdə təxminən saat 00:30 radələrində əvvəlcədən Heybət ilə danışdıqları yerə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə adını xatırlamadığı yanacaq doldurma məntəqəsinə gəlmişlər və orada avtomobilə baxmağa gələn Tural adlı şəxsi gözləmişlər. Bir-neçə dəqiqə sonra gözlədikləri yerə “Khazar” markalı avtomobildə tanışları Heybət, avtomobil almağa gələn Tural, onun adını bilmədiyi dostu və avtomobil ustası Yasər gəlmişlər. Aralarında olan söhbət zamanı Surac avtomobili dəmir kimi almaq istəyən Turala bildirmişdir ki, avtomobil özünə məxsusdur və banka borclu olduğu üçün üzərinə həbs qoyulub və buna görə də avtomobili itirməmək üçün onu dəmir kimi satır. Tural, yanında gələn dostu və avtomobil ustası Yasər avtomobilə baxmışlar və bəyənmişlər. Tural avtomobili 2400 manata almağa dair razılaşmış, lakin avtomobilin bank borcu ilə əlaqədar axtarışda olduğuna görə polis ilə problem yaşamamağı üçün Suracın özünün avtomobili idarə edərək, onun yaşadığı evin həyətinə aparıb saxlamağı istəmişdir. Onlar əvvəlcədən Surac ilə razılaşmışlar ki, Tural göstərdikləri avtomobili oradan özü sürərək aparmaq qərarına gəlsə, avtomobilin axtarışda olduğunu bildirib, özləri həyətinə aparacaqlarını bildirsinlər, çünki niyyətləri əvvəlcədən avtomobili verməmək və pulu ələ keçirməkdən ibarət olmuşdur. Avtomobilin dəmir kimi satılması əvəzində alacaqları 2400 manat pulu Surac Turaldan istəsə də, o, həmin pulu avtomobil ustası Yasərə vermiş sonuncu isə Heybətə vermişdir. Sonra Tural avtomobili yaşadığı evin həyətinə aparılmasını və orada açarı Yasərə verilməsini bildirmişdir. Sonradan Yasər onlarla avtomobilə əyləşib, avtomobili Turalın yaşadığı evinin istiqamətinə sürmüşlər. Sükan arxasında o, ön oturacağa Yasər, arxa oturacaqda yəni Yasərin arxasında isə Surac əyləşmişdir. Yolda olduqları zaman sonuncu ilə bir-birilərinə göz-qaş edərək, Yasəri avtomobildən necə düşürüb, pulu alacaqlarına dair düşünürmüşlər. Hərəkətə başladıqdan sonra o, yanacaq doldurma məntəqəsinə daxil olmuş və yanacaq vurmuşdur. Yanacaq doldurma məntəqəsində benzin vurduqdan sonra onlar hərəkətə başlamışlar. Bundan başqa Tural gəldikləri avtomobillə Heybəti evlərinə düşürtdükdən sonra onlar dal-qabaq Turalgilin həyətinə gedəcəkmişlər. Həmin zaman Tural mütəmadi olaraq Yasər ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayırmış. Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 10K ünvanında yerləşən siqaret köşkünün qarşısında olan zaman o, avtomobili saxlamış və 5 manat pulu Yasərə uzadaraq xahiş etmişdir ki, köşkdən hər üçünə “Bizon” enerqetik içkisi alsın. Bu zaman Yasər avtomobildən düşmüş və köşkə yaxınlaşmış və həmin vaxt o, qəfil avtomobili hərəkətə gətirərək, hadisə yerindən uzaqlaşmışlar. Sonradan onlar Heybətlə görüşmüş həmin puldan 900 manatını Surac götürmüş, 300 manatını o, 700 manatını isə Heybətə vermişlər. Bundan sonra onlar Mahmuda zəng edərək, avtomobili harda geri qaytara biləcəklərini soruşmuşlar və o, bildirmişdir ki, hələ də Bakı şəhəri, Yasamal rayonunda yerləşən Lake otelin qarşısındadır. Buna görə də onlar həmin ünvana gedərək, avtomobili Mahmuda qaytarmışlar və 500 manat pulu ona vermişlər. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişlər ki, o və Surac avtomobildən Yasəri itələməmişlər, onlar sadəcə olaraq onu aldatmışlar ki, avtomobildən düşüb “Bizon” enerqetik içkisi alsın və həmin vaxt da avtomobili Anar sürərək, oradan uzaqlaşmışlar. Daha sonra özünü yalnız dələduzluq cinayətinin törədilməsi ilə bağlı təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilsə də, sonuncunun həmin Məcəllənin 180.2.4-cü maddəsi ilə yəni insanların həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi cinayətini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında özünə idarə etməyi üçün “VAZ 21214” markalı avtomobil almaq istəyirmiş. Buna görə də avtomobil alış-verişi ilə məşğul olan tanışlarına “VAZ 21214” markalı avtomobili almaq istədiyini və bu barədə ona məlumat vermələrini bildirmişdir. 27.02.2020-ci il tarixdə tanışı Yasər ona mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, Heybət adlı avtomobil alış-verişi ilə məşğul olan şəxs münasib ağ rəngdə, 2012-ci il buraxılışlı “VAZ 21214” markalı avtomobil tapıb, həmin avtomobil “Nikoil” bankda girovdadır, satan şəxslərə nağd 3000 manat pul vermək lazımdır, 4000 manat isə banka borc ödəməli olacaqdır. O, Yasərə bildirmişdir ki, hazırda gecdir və növbəti gün görüşüb avtomobilə baxarlar. Yasər ona həmin şəxslərin Quba rayonundan yol gəldiklərini, bu gün avtomobilə baxmasalar həmin şəxslərin rayona qayıdacaqlarını bildirmişdir. Əlində nağd şəkildə pulun az olduğuna görə Yasərin təklifi onun üçün əlverişli olmuş, buna görə də o, Yasərə avtomobilə baxmağa gələcəyini bildirmişdir. Dostu Yasif ilə birgə idarə etdiyi ağ rəngli “Khazar” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasəri “NZS” adlanan qəsəbədən götürmüşlər. Yasəri götürdükdən sonra onun avtomobil alış-verişi ilə məşğul olan Heybət adlı tanışını “4-cü mikrorayon dairəsi” adlanan ərazidən götürmüşlər, çünki baxmağa getdikləri avtomobilin sahiblərini Heybəti tanıyırmış və həmin alış verişin vasitəçisi Heybət olmuşdur. Heybəti götürdükdən sonra o, onlara əli ilə yolu göstərərək, Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazinin yaxınlığında adını xatırlamadığı yanacaq doldurma məntəqəsinə gətirmişdir. Avtomobil satan şəxslər həmin yanacaq doldurma məntəqəsində olmuşlar. Onlar avtomobildən düşmüşlər və baxmağa gəldikləri “VAZ 21214” markalı, **- SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər daha əvəllər tanımadığı şəxs də olmuşdur. Həmin avtomobili satan şəxs özünü Tural kimi təqdim etmiş, digər şəxsin isə adını xatırlamır. Yanacaq doldurma məntəqəsində o, avtomobilə baxmış və avtomobili bəyənmişdir. Avtomobili satan və özünü Tural kimi təqdim edən şəxs ona bildirmişdir ki, avtomobili kredit yolu ilə alıb və hazırda krediti ödəməyə çətinlik çəkir. Tural bildirmişdir ki, hazırda avtomobili 3000 manat nağd pul verərək əldə edə bilər, digər 4000 manatı isə Nikoil banka ödəməli olacaq. Ümumilikdə avtomobil ona 7000 manata başa gələcəkmiş. Avtomobil alış-verişi ilə məşğul olan vasitəçi Heybət adlı şəxs “VAZ 21214” markalı avtomobili satan şəxslərin onun dostları olmasını və hörmətli oğlanlar olmasını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, avtomobil problemsizdir. Bundan sonra o, özü ilə gətirdiyi Yasərə bildirmişdir ki, avtomobilə usta gözü ilə baxıb rəy versin. Yasər avtomobil ustası olduğuna görə avtomobillərdən anlayışı vardır. O, Yasərə avtomobilə usta gözü ilə bax sözünü deyən zaman o, bildirmişdir ki, həmin avtomobili tanıyır və avtomobil yaxşı avtomobildir. Həmin vaxt Yasərdən avtomobili haradan tanıdığını soruşmamış və düşünmüşdür ki, çox güman usta kimi həmin avtomobili haradasa görüb. O, avtomobilin sənədlərini baxmaq üçün tələb edən zaman həmin avtomobili satan və özünü Tural kimi təqdim edən şəxs bildirmişdir ki, avtomobilin sənədlərini gələn zaman unudublar və hazırda tanışları avtomobilin sənədlərini gətirirlər. Tural adlı şəxs ona avtomobilin açarlarını uzadaraq bildirmişdir ki, alış-verişlərini edərək, 3000 manat pulu ona versin və avtomobili sürüb həyətinə özü aparsın, növbəti gün isə notariusda görüşüb sənədləri verməyi və sənədləşmə işlərini qaydasına qoymağı təklif etmişdir. O, Turalla razılaşmamış və bildirmişdir ki, avtomobilin sənədləri onun adına olmadığı üçün avtomobili idarə etməkdən çəkinir. Həmin vaxt o, avtomobili satan Tural adlı şəxsə təklif etmişdir ki, özü avtomobili sürüb onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev küçəsində yerləşən evin həyətinə gətirsin və avtomobilin sənədini gətirən tanışına da desin ki, sənədləri Qarayevə gətirsin. Avtomobili yaşadığı evin həyətində saxladıqdan və sənədlərə baxdıqdan sonra onlara avtomobilin pulunu verəcəyini bildirmişdir. Heybət adlı vasitəçi ona bildirmişdir ki, avtomobili satan şəxsin pulunu versin, çünki həmin şəxs pula görə narahatdır. Həmin vaxt o, Heybətə bildirmişdir ki, pulu avtomobilin sənədinə baxdıqdan və avtomobilin həyətində saxlanıldığından sonra verəcək. Bu söhbəti o, Heybət ilə bütün orada olan şəxslərin, yəni, Yasərin, Yasifin və avtomobil satmağa gələn Turalın yanında olan şəxsin iştirakı ilə etmiş və onlar ikisinin razılaşmalarını eşitmişlər. Bundan sonra o, cibindən 2600 manat pul çıxarıb sayaraq tanışı Yasərə vermişdir. Sonuncunun deməsinə görə isə həmin o, pulu Heybətə vermişdir. Sonradan o avtomobil satan Tural adlı şəxsə bildirmişdir ki, Yasərlə birlikdə avtomobili onun yaşadığı həyətə aparsınlar, özü də vasitəçi Heybəti yaşadığı evdə düşürüb onların ardı ilə gəlir. Avtomobili satan özünü Tural kimi təqdim edən şəxs, onun yanında olan adını bilmədiyi digər şəxs və Yasər alacağı “VAZ 21214” markalı avtomobilə əyləşmişlər. O isə dostu Yasif və vasitəçi Heybət ilə birlikdə idarə etdiyi avtomobilə əyləşmişlər və sonuncunu götürdükləri ünvana düşürtməyə aparmışlar. Avtomobildə olan zaman o, Heybəti götürdükləri ünvanda düşürtmüşlər. Heybəti düşürtdükdən sonra o, Yasərə zəng edərək, “4-cü mikrorayon dairəsi”-nin yaxınlığında avtomobili dayandırıb, onu gözləməyini və yaşadığı evin həyətinə dalqabaq getmələrini istəmişdir. Sonradan onlar yola düşmüş və avtomobilin yanına gəlmişlər. Birlikdə Yola düşdükdən sonra “3-cü mikrorayon dairəsinin” yaxınlığında olan zaman Yasər ona zəng edərək, yanacaq doldurma məntəqəsinə yanacaq doldurmaq məqsədilə girdiklərini bildirmişdir. O, avtomobili saxlayaraq onları gözləmiş, daha sonra “VAZ 21214” markalı avtomobil ona yaxınlaşan zaman o, yoluna davam etmişdir. Təxminən 20-25 metr getdikdən sonra görmüşdür ki, “VAZ 21214” markalı avtomobili 3-cü mikrorayon dairəsindən onun gəldiyi istiqamətdə hərəkət etmir. Dərhal avtomobili saxlayaraq Yasərə zəng etmiş və sonuncu tez bir şəkildə “köşkə düşürük, su alırlar” sözünü demiş və dəstəyi asmışdır. Bundan sonra o, avtomobili arxaya verməyə başlamış və həmin vaxt Yasər qaçaraq gəlib avtomobilə əyləşmiş və “sür onların arxası ilə” sözünü demişdir. O, Yasərə nə baş verdiyini soruşmuş, həmin vaxt Yasər bildirmişdir ki, köşkün qarşısında həmin şəxs avtomobili saxlayıb və yolun qırağında olan köşkdən “Bizon” enerqetik içkisi almağını xahiş etmiş, o düşmüş avtomobildən aralanan kimi avtomobili idarə edən şəxs surətlə oradan uzaqlaşmışlar. Yasər onların arxasınca qacsada onları haraylasa da onlar oradan avtomobillə surətlə uzaqlaşmlşlar. Bundan sonra həmin ətrafdan avtomobil ilə keçərək, həmin şəxsləri axtarmış, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ola bilsin ki, DİN-nin 102 xidmətinə və verdiyi ərizəsində fikirli olmuş və fikrini tam olaraq düzgün formalaşdırmamış, hadisə ifadəsində göstərdiyi formada baş verib və həmin şəxslər onun 2600 manat pulunu ələ keçiriblər. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə Zərərçəkmiş şəxs2la bağlı olan hissədə avtomobildə baş vermiş hadisə ilə bağlı ifadəsini sonuncunun ona dediklərinə əsaslanaraq vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəmə iclasında Təqsirləndirilən şəxs və digərlərinə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirərək Nəsimi rayon prokurorluğuna ünvanladığı ərizəni təsdiq etmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında tanışı Zərərçəkmiş şəxs1 özünə idarə etməyi üçün “VAZ 21214” markalı avtomobil almaq istəyirmiş. Buna görə də bu barədə məlumat vermişdir ki, münasib avtomobillər olan zaman ona xəbər etsin. O, da avtomobil alış-verişi ilə məşğul olan tanışlarına bu barədə məlumat vermişdir. 27.02.2020-ci il tarixdə tanışı Heybət ona zəng edərək, münasib ağ rəngdə, 2012-ci il “VAZ 21214” markalı avtomobil tapıb, həmin avtomobil “Nikoil” bankda girovdadır, satan şəxslərə nağd 3000 manat pul vermək lazımdır, 4000 manat isə banka borc ödənməli olacaq. Həmin gün saat gec olduğuna görə o, Heybətə təklif etmişdir ki, avtomobilə növbəti gün səhər saatlarında baxsınlar, lakin o, avtomobil sahibinin Quba rayonundan gəldiyini və növbəti gün geri qayıdacağını bildirmişdir. Buna görə də o, bu barədə tanışı Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə zəng edib, məlumat vermişdir. Bir neçə dəqiqə sonra Tural dostu Yasif ilə birlikdə ağ rəngli “Khazar” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu yaşadığı “NZS” adlanan qəsəbədən götürmüşlər. Onu götürdükdən sonra onun avtomobil alış-verişi ilə məşğul olan Heybət adlı tanışını “4-cü mikrorayon dairəsi” adlanan ərazidən götürmüşlər, çünki baxmağa getdikləri avtomobilin sahiblərini Heybəti tanıyırmış. Heybəti götürdükdən sonra o, onlara əli ilə yolu göstərərək, Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazinin yaxınlığında adını xatırlamadığı yanacaq doldurma məntəqəsinə gətirmişdir. Avtomobil satan şəxslər həmin yanacaq doldurma məntəqəsində gəlmişlər. Onlar avtomobildən düşmüş və baxmağa gəldikləri “VAZ 21214” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər daha əvəllər tanımadığı şəxs olmuşdur. Həmin avtomobili satan şəxs özünü Tural kimi təqdim etmiş, digər şəxsin isə adını xatırlamır. Yanacaq doldurma məntəqəsində onlar avtomobilə baxmışlar və Tural avtomobili bəyənmişdir. Avtomobili satan və özünü Tural kimi təqdim edən şəxs Turala bildirmişdir ki, avtomobili kredit yolu ilə alıb və hazırda krediti ödəməyə çətinlik çəkir. Həmçinin hazırda Zərərçəkmiş şəxs1 avtomobili 3000 manat nağd pul verərək əldə edə bilər, digər 4000 manatı isə Nikoil banka ödəməli olacaq. Ümumilikdə avtomobil Zərərçəkmiş şəxs1 7000 manata başa gələcəkdir. Avtomobil alış-verişi ilə məşğul olan vasitəçi Heybət adlı şəxs “VAZ 21214” markalı avtomobili satan şəxslərin onun dostları olmasını və hörmətli oğlanlar olmasını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, avtomobil problemsiz avtomobildir. Bundan sonra Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, avtomobilə usta gözü ilə baxıb rəy versin. O, avtomobilə usta gözü ilə baxdıqdan sonra bildirmişdir ki, bu avtomobili daha öncə haradasa görmüş və xatirindədir. Avtomobil barədə isə öz müsbət rəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 avtomobilin sənədlərini baxmaq üçün tələb edən zaman həmin avtomobili satan və özünü Tural kimi təqdim edən şəxs bildirmişdir ki, atomobilin sənədlərini gələn zaman unudublar və hazırda tanışları avtomobilin sənədlərini gətirirlər. Tural adlı şəxs Zərərçəkmiş şəxs1 avtomobilin açarlarını uzadaraq bildirmişdir ki, alış-veriş edərək, 3000 manat pulu ona versin və avtomobili sürüb həyətinə özü aparsın, növbəti gün isə notariusda görüşüb sənədləri verməyi və sənədləşmə işlərini qaydasına qoymağı təklif etmişdir. Zərərçəkmiş şəxs1 avtomobilə dair sənədlərinin olmadığını bildirib, sənədsiz avtomobil idarə etməyəcəyini söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 avtomobili satan Tural adlı şəxsə təklif etmişdir ki, özü avtomobili sürüb onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev küçəsində yerləşən evin həyətinə gətirsin və avtomobilin sənədini gətirən tanışı da sənədləri Qarayevə gətirməsini xahiş etsin. Avtomobili yaşadığı evin həyətində saxladıqdan və sənədlərə baxdıqdan sonra onlara avtomobilin pulunu verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 cibindən 2600 manat pul çıxarıb sayaraq ona vermiş o isə həmin pulu Heybətə vermişdir. Sonradan Tural Zərərçəkmiş şəxs1 adlı şəxsə bildirmişdir ki, o, onunla avtomobildə gedəcək və onların həyətini göstərəcək. Həmçinin bildirmişdir ki, özü gecikərsə və avtomobilin sənədləri onun gəlməsindən öncə gələrsə o, həmin şəxslərə pulu verərək, onları yola salacaq. Bundan sonra avtomobili satan özünü Tural kimi təqdim edən şəxs, onun yanında olan adını bilmədiyi şəxs və o, Zərərçəkmiş şəxs1 alacağı VAZ 21214 markalı avtomobilə əyləşmiş, Zərərçəkmiş şəxs1 isə dostu Yasif və vasitəçi Heybət ilə birlikdə idarə etdiyi avtomobilə əyləşmiş və Heybəti götürdükləri ünvana düşürtməyə aparmışlar. Yolda olan zaman o, avtomobil satan Tural adlı şəxsdən xahiş etmişdir ki, “4cü mikrorayon dairəsi”-nin yaxınlığında avtomobili dayandırıb Zərərçəkmiş şəxs1 gözləsinlər və ünvana dal-qabaq getsinlər və bu barədə Zərərçəkmiş şəxs1 də zəng edərək, məlumat vermişdir. Zərərçəkmiş şəxs1 həmin yerə gəldikdən sonra “3-cü mikrorayon dairəsinin” yaxınlığında olan zaman avtomobil satan Tural adlı şəxs yanacaq doldurma məntəqəsinə daxil olmuş və o, 10 manat dəyərində avtomoibilə yanacaq doldurmuşdur. Məntəqədən uzaqlaşarkən Anar avtomobili saxlamış və Surac ona 5 manat pulu verərək su almasını xahiş etmişdir. Bu zaman o, avtomobildən düşərək köşkə yaxınlaşarkən həmin vaxt Anar qəfil avtomobili hərəkətə gətirərək, hadisə yerindən uzaqlaşmışdır. Sonradan o, avtomobilin arxasınca qaçmış lakin çata bilməmişdir. Bu zaman arxadan gələn Turalgirin avtomobilinə əyləşmiş, hadisənin baş verməsini Turala danışmış və “sür onların arxası ilə” sözünü demişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişldir ki, istintaq dövründə verilmiş ifadəsini oxumamış sadəcə imzalamışdır, ona qarşı müstəntiq tərəfindən təzyiqlər göstərilmiş, Heybəti tanıdığına görə 2600 manat pulu sonuncuya vermiş, təqsirləndirilən şəxslər tərəfindən ona hər-hansı zor tədbiq olunmayıb, onu avtomobildən itələyib və yerə salmayıblar. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəmə iclasında Təqsirləndirilən şəxs və digərlərinə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirərək Nəsimi rayon prokurorluğuna ünvanladığı ərizəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27.02.2020-ci il tarixdə saat təxminən 22 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Lake” otelin qarşısında olan zaman ona tanışı S.R.İsmayılov zəng etmiş və bildirmişdir ki, digər tanışı Təqsirləndirilən şəxs ilə birlikdə təcili onunla görüşmək istəyir. O, Suraca bildirmişdir ki, hazırda ‘'Lake’'' otelin qarşısındadır. Bir neçə dəqiqə sonra Surac və Anar onun olduğu yerə gəlmişlər. Söhbət zamanı Surac və Anar ona bildirmişlər kı, onun “VAZ 21214“ markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili onlara lazımdır. Həmin avtomobil onun atası X3, məxsus və atası isə həmin avtomobili idarə etmədiyinə görə-ona avtomobili icarə verməyi həvalə etmişdir və icarə vermək üçün atası “MR 777” və “Branditım” şirkətlərinə etibarnamə vermişdir. Həmin şirkətlər vasitəsi ilə o, avtomobili icarə verərək, qazanc əldə edirmiş. Surac və Anar ondan avtomobili istəyən zaman o, onlardan hansı məqsədlə avtomobili istədiklərini soruşmuşdur. Surac və Anar ona bildirmişlər ki, ortaq tanışları Heybət adlı avtomobil alverçisi bır nəfər tanımadıqları şəxs tapıb və onlar həmin şəxsi aldadaraq güya onun avtomobilini ona satacaqlarına dair razılaşıb, ondan pul alacaqlar. Həmin şəxsin kim olması, həmin şəxsdən nə qədər və hansı formada pulun alınması barədə onlar ona heç bir şey deməmişlər, lakin bildirmişlər ki, avtomobili növbəti gün ona geri qaytaran zaman ona 500 (beş yüz) manat pul verəcəklər. O, isə düşünmüşdür ki, onsuzda avtomobili müxtəlif şəxslərə icarə verir və həmin şəxslərin nə işlə məşğul olduqlarını bilmir. Buna görə də tanışları Surac və Anar ilə razılaşmışdır və onlara avtomobilə dair yol vərəqəsi yazdıraraq, avtomobili onlara vermişdir. Daha sonra isə öz şəxsi işləri ilə məşğul olmuşdur. 28.02.2020-ci il tarixdə gecə saat neçə olmasını xatırlamadığı vaxtda Surac və Anar ona zəng etmiş və avtomobil ilə işlərinin bitdiyini, avtomobili geri qaytarmaq istədiklərini bildirmişlər. Həmin vaxt o, yenidən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lake” otelin qarşısında olmuş və buna görə də Surac ilə Anar həmin yerə gələrək, avtomobili ona qaytarmışlar və 500 (beş yüz) manat pul vermişlər. O, onlardan həmin pulu kimdən və hansı yolla aldıqlarını və detalları soruşmamışdır. Pulu aldıqdan sonra Surac ilə Anar getmişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyə Şahid2 ifadəsi elan olundu, və müəyyən edildi ki, o ifadəsində məhkəmə iclasında ifadə vermiş zərərçəkən şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin İ cild 20-21-ci vərəqələrində olan 04.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli Məhkəmənin qərarından görünür ki, digər Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrlü səbəb olmadan, barəsində dəfələrlə məcburi gətirmə qərarı çıxarılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və nəticədə sonuncu barəsində axtarış elan edilmiş, barəsində olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli Məhkəmənin qərarından görünür ki, təqsirləndirilən şəxs S.R.İsmayılova münasibətdə cinayət işinin icraatı təzələnmiş, cinayət işi üzrə icraatın digər Təqsirləndirilən şəxs aid olan hissəsi ayrıca icraata ayrılmış və həmin icraatın dayandırılması nəzərə alınmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli Məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış davam etdirilmiş və məhkəməyə gətirilənə qədər cinayət işinin icraaı dayandırılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Əliyyı Nazitliyi Penitensiar Xidməti, Bakı İstintaq Təcridxanasının 14 sentyabr 2021-ci il tarixli məktubdan qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixli Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 13 sentyabr 2021-ci il tarixdə BİT-ə təhvil verilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2021ci il tarixli Məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzəlmışdır. Cinayət işinin İ cild 204-206-cı vərəqələrində olan 15.10.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək, 2500 manat cərimə cəzasına məhkum edilmiş, 03.04.2017-ci il tarixdə cərimənu tam ödəmişdir, 2) Abşeron Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2017-cı il tarixli Qərarı ilə hökm dəyişdirilərək 4 ay 6 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 06.11.2017-ci il tarixdə cəxasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ziddiyyətli ifadələri ilə Təqsirləndirilən şəxs insanların həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmə cinayətini törətməsi sübuta yetirilməmişdir. Bununla bağlı məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixli ilkin (İİ cild 176-180-cı i/v) digər təqsirləndirilən şəxs S.R.İsmayılovun 31 oktyabr 2020-ci il tarixli ilkin (İİ cild 46-50-ci i/v) ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında verdiyi izahatlarından həmçinin hadisənin bir başa şahidi olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi 21 mart 2020-ci il tarixli ilkin (İ cild 24-25-ci i/v) və məhkəmə iclasında verdiyi izahatlarından və sonuncunun Nəsimi Rayon prokuroruna ünvanladığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və S.R.İsmayılov Zərərçəkmiş şəxs2 qarşı avtomobildən düşərkən həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməmiş, sonuncunu avtomobildən itələyərək düşürməmiş, sadəcə Zərərçəkmiş şəxs2 avtomobildən düşüb köşkə tərəf gedərkən təqsirləndirilən şəxslər bu məqamdan istifadə edib avtomobil ilə oradan dərhal uzaqlaşmışlar. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə ona qarşı müstəntiq tərəfindən təzyiqlər göstərilmiş və bu səbəbdən yazılmış ifadələri oxumadan sadəcə imzalamışdır. Digər Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə digər Zərərçəkmiş şəxs2la bağlı olan hissədə avtomobildə baş vermiş hadisə ilə bağlı ifadəsini sonuncunun ona dediklərinə əsasən vermişdir. Məhkəmə zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ziddiyətli ifadələrinə qiymət verərək hesab edir ki, məhkəmə istintaqı zamanı verilmiş ifadələr daha möhtəbər hesab edilməli və sübut kimi qəbul edilməlidir. Belə ki, həmin şəxslərin ifadələri təqsirləndirilən şəxslərin istər ibtidai istintaq zamanı və istərsə də məhkəmə iclasında verdikləri ifadələrlə eynilik təşkil edir. Məhkəmənin fikrincə, belə olan halda Zərərçəkmiş şəxs2 istintaq orqanında verdiyi ifadələri sübut növü baxımından əhəmiyyətsiz hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, itiiham aktına əsasən təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə (insanların həyatı və sağlamlığı üçün təhlükə olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmə) verilmiş ittihamın əsasını təşkil edən yəni sonuncuların guya enerji içkisi almaq adı ilə avtomobili həmin ünvanın qarşısında saxlayıb və yalnız ön qapıları olduğundan orada avtomobildən düşmək adı ilə təqsirləndirilən şəxs S.R.İsmayılov tərəfindən Zərərçəkmiş şəxs2 avtomobildən yerə düşməsini xahiş edib sonuncunun avtomobilin qapısını açdığını gördükdə onun sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib itələyərək avtomobildən düşməsinə nail olması cinəyətinin törədilməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmə¬nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və həmin maddə ilə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü yalnız dələduzluq cinayətinin törədilməsində təqsirli bildiyini bildirsə də, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi cinayətini törətməsində təqsirli olması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında və məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə hesab edir ki, istər istintaq dövründə istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahid tərəfindən verilmiş ziddiyətli, biri-birini tamamlanmayan ifadələr Təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmə cinayətini törətməsini subuta yetirir. Belə ki, istintaq dövründə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxs S.R.İsmayılov Zərərçəkmiş şəxs1 ilə görüşərək özünü “Vaz 21214” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi təqdim edib avtomobilin guya bankda girovda olduğunu bildirərək Zərərçəkmiş şəxs1 satılması üçün sonuncu tərəfindən ilkin olaraq ona 3000 (üç min) manat məbləğində pul veriləcəyi, qalan 4000 (dörd min) manat pulun isə Zərərçəkmiş şəxs1 tərəfindən “Nikoil” banka ödəniləcəyinə dair yalan vədlər verib danışıqlar apardıqdan sonra Zərərçəkmiş şəxs1 yalan şərtlərinə inandırmağa nail olmuş, sonuncu üzərində olan 2400 (iki min dörd yüz) manat pulu danışıqlarda onunla birlikdə iştirak edən tanışı Zərərçəkmiş şəxs2 təqdim edərək, sonuncunun iştirakı ilə avtomobilin Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən həyət evlərinin qarşısına aparılmasına və orada pulun onlara təqdim edilməsinə razılaşdıqdan sonra o, “Vaz 21214” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına, Zərərçəkmiş şəxs2 qabaq sərnişin oturacağında, S.R.İsmayılov isə avtomobilin arxa sərnişin oturacağında əyləşdikdən sonra o, avtomobili 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət etdirərək yanacaq doldurma məntəqəsinə daxil olduqda o, pulunun olmamasını əsas gətirib yanacağın pulunun ödənilməsi məqsədilə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 2400 manat pulu qabaqcadan iradəsinə zidd olmadan könüllü olaraq götürmüş, daha sonra ünvan 4 ünvanında yerləşən siqaret köşkününün qarşısına çatdıqda Zərərçəkmiş şəxs2 5 manat pul verərək “Bizon” enerqetik içkinin alınmasını xahiş etmiş, sonuncu avtomobildən düşüb köşkə yaxınlaşarkən avtomobili yüksək sürətlə idarə edib oradan uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, S.R.İsmayılov Zərərçəkmiş şəxs1 ilə görüşərkən özünü “Vaz 21214” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi təqdim edib, borclu olduğu üçün avtomobilin üzərinə həbs qoyulduğunu və buna görə də avtomobili itirməmək üçün onu dəmir kimi satdığını bildirmişdir. Tural, yanında gələn dostu və avtomobil ustası Yasərlə avtomobilə baxaraq bəyənmiş, avtomobili 2400 manata almağa dair razılaşmış, lakin avtomobilin bank borcu ilə əlaqədar axtarışda olduğuna görə polis ilə problem yaşamamaq üçün Tural onlara avtomobili idarə edərək, yaşadığı evin həyətinə aparılmasını xahiş etmişdir. Onlar onsuz da əvvəlcədən S.R.İsmayılova razılaşmışlar ki, Tural göstərdikləri avtomobili oradan özü sürərək aparmaq qərarına gəlsə, avtomobilin axtarışda olduğunu bildirib, özləri həyətinə aparacaqlarını bildirsinlər, çünki niyyətləri əvvəlcədən avtomobili verməmək və pulu ələ keçirməkdən ibarət olmuşdur. Avtomobilin dəmir kimi satılması əvəzində alacaqları 2400 manat pulu Turaldan istəsələr də, sonuncu həmin pulu Yasərə vermiş, sonuncu isə Heybətə vermişdir. Sonra Tural avtomobili yaşadığı evin həyətinə aparılmasını və orada açarı Yasərə verilməsini bildirmişdir. Sonradan Yasər onlarla avtomobilə əyləşib, avtomobili Turalın yaşadığı evinin istiqamətinə sürmüşlər. Sükan arxasında o, ön oturacağa Yasər, arxa oturacaqda yəni Yasərin arxasında isə Surac əyləşmişdir. Yolda olduqları zaman o, Suracla bir-birilərinə göz-qaş edərək, Yasəri avtomobildən necə düşürüb, pulu alacaqlarına dair düşünürmüşlər. Hərəkətə başladıqdan sonra o, yanacaq doldurma məntəqəsinə daxil olmuş və yanacaq vurmuşdur. Yanacaq doldurma məntəqəsində benzin vurduqdan sonra onlar hərəkətə başlamışlar. Bundan başqa Tural gəldikləri avtomobillə Heybəti evlərinə düşürtdükdən sonra onlar dal-qabaq Turalgilin həyətinə gedəcəkmişlər. Həmin zaman Tural mütəmadi olaraq Yasər ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayırmış. Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 10K ünvanında yerləşən siqaret köşkünün qarşısında olan zaman o, avtomobili saxlamış və 5 manat pulu Yasərə uzadaraq xahiş etmişdir ki, köşkdən hər üçünə “Bizon” enerqetik içkisi alsın. Bu zaman Yasər avtomobildən düşmüş və köşkə yaxınlaşmış və həmin vaxt o, qəfil avtomobili hərəkətə gətirərək, hadisə yerindən uzaqlaşmışlar. Sonradan onlar Heybətlə görüşmüş həmin puldan 900 manatını Surac götürmüş, 300 manatını ona, 700 manatını Heybətə və 500 manatını Mahmuda vermişlər. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istər istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələrindən də göründüyü kimi, o, bilə-bilə özgənin əmlakını mülkiyyətçinin və ya kənar şəxslərin gözü qarşısında açıq talamış və bu hərəkətlərin cinayət olduğunu dərk etmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, soyğunçuluq cinayətinin subyektiv meyarına görə özgənin əmlakını talamadan ibarət cinayətkar hərəkətin kənar şəxslər tərəfindən müşahidə edildiyini hesab edirlərsə, lakin həmin şəxslər təqsirkarın hərəkətinin mahiyyətini dərk etmirlərsə, əməl yenə də soyğunçuluq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talama - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, dəfələrlə üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsini, məhkəmə iclasından bilə bilə yayındığı üçün barəsində axtariş qərarı çıxarılmaqla başqa yerə getməmək barədə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsini, eləcə də, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 11 sentyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar