Məhkəmə qərarları › İş №1(006)-483/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-483/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-483/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X8 tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşadığı binanın giriş hissələri və liftlərində X11 tərəfindən müxtəlif şəkillərin vurulması və onların üzərində barəsində şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli ifadələrin yazılması barədə həmin binanın sakinləri tərəfindən ona məlumat verilmişdir. Həmin şəkillərin üzərində onun adı qeyd olunmaqla "Vətəndaş harayı... çox hörmətli qonşularımız: Bəhmən adlı 1 nəfər Mirhamud Kazımovski 31 ünvanında yerləşən evimizin zirzəmisini bu günə salıb (evimizin bünövrəsini diversant kimi dağıdıb). Zəlzələyə dözümünü yox edib...!!!" kimi həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar göstərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən X11 tərəfindən "Qanun və Hədəf” qəzetinin portalında "Vətəndaş harayı: keçmiş polis işçisi zəbt etdiyi zirzəminin konstruksiyasına təhlükəli müdaxilələr edib" başlıqlı məqalə dərc edilməklə guya binada komendant vəzifəsini mənimsədiyi barədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar göstərilmişdir. (Müvafiq sübutlar əlavə olunmuşdur.) Qeyd edir ki, xüsusi ittiharn qaydasında şikayətə əlavə olunmuş 1 nömrəli protokoldan da göründüyü kimi xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 31 saylı kooperativ binanın sakinləri tərəfındən həmin kooperativin sədri seçilmişdir. Həmin tarixdən sözügedən 31 saylı kooperativ binanın 48-ci mənzilində yaşamaqla ona həvalə olunmuş vəzifəni yerinə yetirir. Hazırki vaxta qədər kooperativ sədri kimi vəzifələrinin icrası ilə əlaqədar onunla 31 saylı kooperativin sakinləri arasında hər hansı mübahisə olmamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X11 ona qarşı qərəzli münasibətdə olmuş və barəsində həqiqətə uyğun olmadığını bildiyi halda şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatları yaymışdır. Belə ki, 31 saylı kooperativ binanın sədri kimi öz vəzifələrini icra edərkən onun tərəfindən hər hansı qeyriqanuni hallara yol verilməmiş, о cümlədən X4 qeyd etdiyi kimi zirzəminin zəbt olunması və orada işlərin gorülməsi zamanı binanın konsktruksiyasına təhlükəli müdaxilələr edilməsi hallarına yol verilməmişdir. Zirzəmidə işlərin görülməsi barədə çıxarış da vardır. X1 şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatları "Türkdünyası.az" kanalına verdiyi müsahibə zamanı yaymışdır. Həmin hallar şikayətə əlavə olunmuş disk daşıyıcıda öz əksini tapmışdır. Göründüyü kimi qanuni əsaslarİa 31 saylı kooperativ binanın sədri kimi öz vəzifələrini icra etdiyi halda X11 tərəflndən həmin binanın giriş hissələrində və liftlərdə, eləcə də "Qanun və Hədəf” qəzetinin portalında, "Türkdünyası.az" kanalına verdiyi müsahibə zamanı "Vətəndaş harayı... çox hörmətli qonşularımız: Bəhmən adlı 1 nəfər Mirhamud Kazımovski 31 ünvanında yerləşən evimizin zirzəmisini bu günə salıb (evimizin bünövrəsini diversant kimi dağıdıb). Zəlzələyə dözümünü yox edib...!!!", "Vətəndaş harayı: keçmiş polis işçisi zəbt etdiyi zirzəminin konstruksiyasına təhlükəli müdaxilələr edib" və.s kimi həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yaymaqla başqa şəxlər, xüsusilə də kooperativin digər sakinləri arasında barəsində mənfi rəy yaratmağa çalışmışdır. Həmin məlumatların yayılması faktı 31 saylı kooperativ binanın sakinləri olan bir neçə şahid ifadələri ilə də təsdiq olunmuşdur. Həmçinin sözügedən məlumatların 31 saylı kooperativ binanın uzun illərdir ki, sakinləri olan digər şəxslər tərəfindən deyil, məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən X11 tərəfındən yayılması onların həqiqətə uyğun olmadığını və X6 ona qarşı qərəzli mövqeyinə görə böhtan xarakterli məlumatları yaydığını təsdiq edir. Belə ki, X11 həqiqiliyini təsdiq edən heç bir sübut olmadan yuxarıda qeyd olunan ifadələri yaymaqla ona böhtan atmış, uzun zamadır ki, yaşadığın binanın sakinləri arasında barəsində mənfi rəy yaratmaqla şərəf və ləyaqətinə xələl gətirmişdir. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun barəsində müvafiq tədbirlər görülməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 göstərdi ki, şikayət verən şəxs X8 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, mənim barəmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, şikayət tam qanunsuz və əsassızdır, məhkəmənin vaxtının boş yerə alınması ilə nəticələnir. Şikayət ərlzəsi faktiki olaraq əsaslandırılmamış, yalnız qanunvericiliyin normaları sadalanmış və şikayətin təsvin hissəsində şikayətçi barəsində mediada yayılan xəbərlər öz əksini tapmışdır. Şikayətin təsviri hissəsi ilə əsaslandırıcı hissəsinin heç bir hüquqi əlaqəsi yoxdur. Belə ki, şikayətçi qanunvericiliyi öz mülahizəsinə uyğun təhlil edərək, hansı əsasla qanun pozuntusuna yol verdiyini sübuta yetirməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası uzun illərdir istifadəsindədir. Binanın keçmiş sədri (kommendant vəfat etdikdən sonra bina sakinlərinə heç bir xəbər verilmədən, habelə seçkili iştirakları təmin edilmədən həmin vaxt binada kirayədə yaşayan hazırkı şikayət verən şəxs özünü binanın sədri elan etmişdir. Buna heç bir bina sakininin razılığı olmamış, hətta dəfələrlə bununla bağlı iradılarını bildirsələr də, heç bir nəticə əldə edə bilməmişlər. Bəhmən Tacıyevin hazırda ona qarşı qərəzli mövqe tutmasının və lazımsız şikayətinin əsas səbəbi yaşadığı binada apardığı qanunsuz söküntü və tikinti işlərinə irad bildirməyi olmuşdur. Belə ki, qeyd etmək istərdi ki, cari ilin yay tətili zamanı Bəhmən Tacıyev bina sakinlərinin bir çoxunun istirahətdə olmasından sui-istifadə edərək, onlara heç bir məlumat vermədən, heç bir aidiyyatı qurumdan icazə kağızı əldə etmədən binanın zirzəmi qatını qanunsuz olaraq özgəninkiləşdirmiş, orada söküntü işləri aparmış və nəticədə binanız dayanıqlığına ciddi zərər vurmuşdur. Hadisədən xəbər tutduqdan dərhal sonra bununla bağlı sədrə müraciət etsə də, o, zirzəmidə yalnız müəyyən təmir işləri gördüyü bildirmişdir. Lakin, daha sonradan məlum olmuşdur ki, o, binanın ümumi mülkiyyətində olan zirzəmi qatında yenidən qurma işləri aparmış, binanın yükdaşıyıcı divarlarını sökmüş, hətta zirzəmi sahəsində hündürlük əldə etmək üçün orada qazıntı işləri aparmışdır. X9vericiliyin tələblərini ciddi şəkildə pozaraq, öz şəxsi istifadəsi üçün sahibliyinə keçirmiş, bununla da binadə təhlükəli vəzlyyət yaranmışdır. Göründüyü kimi, şikayət verən şəxs özü qanuna zidd hərəkətlər etməsinə və həmin binada yaşayan sakinlərinin normal yaşayışına təhlükə yaratmasına baxmayaraq, qanunsuz olaraq barəsində şikayət verir. Eyni zamanda, bildirmək istərdi ki, həmin şəxs eyni məzmunlu ərizə ilə şərəf və ləyaqətin alçaldılması, mənəvi zərər tələbi ilə də məhkəməyə müraciət etmişdir və iş hal-hazırda araşdırma mərhələsindədir. Şikayətçi barədə o, heç bir böhtan atmamışdır. Onun qanunsuz hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına binanın təhlükəsizliyi məqsədilə məlumatları çatdırmağa çalışmışdır. Əks halda onun tərəfindən binada təhlükəli hadisələr törədilməyə davam edilə bilərdi. Bundan irəli gələrək, o, şikayətçi barəsində qəsdən və qərəzli şəkildə heç bir məlumat yaymadığı aşkar olunmuşdur. Bu isə böhtanın anlayışına uyğun gəlmir. Digər məqam, onun şikayətçi barədə bilə-bilə yalan məlumat yazmağı öz təsdiq tapmır və şikayətçini nüfuzdan salmaq üçün və ya şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə barədə internet resurslarında, kütləvi informasiya vasitələrində, kütləvi çıxışlarda. kütləvi nümayiş etdirilən əsərdə, informasiya vasitəsində heç bir məlumat yaymamışdır. Şikayətçinin qeyd etdiyi xəbər saytlarında olan məlumatların paylaşılması halı isə onun şəxsi həyatı, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı yox, onun binamızın zirzəmisində gördüyü qanunsuz təmir-tikinti işlərinin qarşısının alınması məqsədilə edilmişdir. O, həmin çıxışlarda şikayətçi barədə yox, qanunsuz tikinti ilə bağlı məlumatlar vermişdir. Buna görə də xüsusi ittiham qaydasında şikayət rədd edilərək işə xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 bildirmişdir ki, binanın qarşısına, liftə həmin yazıları kimin, nə vaxt yapışdırması barədə məlumatı yoxdur. O, sadəcə «Xəzər» TV-yə və PRESS.AZ-a müsahibə vermiş və həmin müsahibələr də müvafiq olaraq yayımlanmışdır. Həmçinin sonuncu müsahibəsi "xxxx"-də yayımlanmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 müdafiəçisi X7 çıxışında göstərdi ki, hazırki iş icraata götürülə bilməz. Belə ki, verilmiş şikayətdə aidiyyat məsələsi düzgün qiymətləndirilməmişdir. Belə ki, xüsusi ittihamçı da çıxışında bildirdi ki, sonuncu ona qarşı olan qanuna zidd hərəkətlər «Xəzər» TV və PRESS.AZ saytında olmuşdur. «Xəzər» TV-nin qeydiyyat ünvanı və yayımlandığı yer Xətai rayonunun ərazisidir. Hesab edir ki, sonuncu yayımlanan yer «Xəzər» TV olduğundan bu işin aidiyyatı Xətai rayon Məhkəməsi hesab edilməlidir. Odur ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin dəfələrlə yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən müxtəlif kütləvi informasiya vasitələrində yaymaqla ona böhtan atdığını qeyd etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və onun müdafiəçisi X7 məhkəmədə sözügedən məsələyə dair sonuncu çıxışın "xxxx"-də yayımlandığını bildirmişlər. Məhkəmə tərəfindən Elektron Məhkəmə Sisteminə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC kütləvi informasiya vasitəsinin hüquqi ünvanı AZ1026, ünvan 6sı Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar