Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-483/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Naftalan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 mart 2025-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 96 ünvanının qarşısında səmimi ünsiyyət əsnasında tanış olduğu Zərərçəkmiş şəxs ailə üzvlərinə zəng vurub danışmaq bəhanəsi ilə sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3 manat dəyərində qobura keçirilmiş, arxa hissəsində 400 manat nağd pul olan və 40 manat dəyərində ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan 600 manat dəyərində “Samsung A72” markalı mobil telefonu götürüb danışmaq görüntüsü yaradaraq əmlaka əlçatanlığı təmin etmək məqsədilə anidən hadisə yerindən qaçıb uzaqlaşmaqla özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1043 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X1 ilə 3 ildir ki, qeyri-rəsmi evlidir. Həmin qeyri-rəsmi münasibətdən bir azyaşlı qız övladı var. Ayişə ilə rəsmi nikaha daxil ola bilməmişdir. Ayişə ilə 2022-ci ildən etibarən birlikdə yaşayır. Əvvəllər Naftalan şəhərində yerləşən “Dost MMC” də müqavilə əsaısnda fəhlə kimi işləmişdir. Bİr müddət orada işlədikdən sonra maaşı az olduğundan və həmin maaş onu qane etmədiyindən müqaviləyə xitam verərək işdən ayrılmışdır. Maddi vəziyyəti çətin olduğundan və qızı xəstə olduğu üçün Bakıya işləmə gəlmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə çatdıqdan sonra Meyvəli deyilən ərazidə fəhlə kimi bir gün işləmişdir. Həmin iş çətin olduğundan oradan da ayrılmışdır. 1-2 gün küçələrdə gecələdikdən sonra Naftalana getmək qərarına gəlmişdir. Şəhər telefonları vasitəsi ilə yoldaşı ilə danışan zaman qızının xəstə olmasını və ona dərman almaq lazım olduğunu öyrənmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasından üzü Şamaxinka deyilən əraziyə doğru piyada hərəkət edirmiş. Piyada avtovağzala kimi gedib oradan rayon avtobusu ilə Naftalana qayıtmağı düşünürmüş. Həmin vaxt ağaclıq ərazidən keçən zaman bir nəfər tanımadığı şəxslə rastlaşmışdır. Fikirləşmişdir ki, həmin şəxslə bir qədər söhbət etsin. Onlar orada olan taxta oturacaqda əyləşmişdilər. Həmin vaxt onun “Samsung” markalı teıefonu olmasını görmüşdür. Həmin şəxs mobil telefonu yanına qoymuşdur. Həmin şəxs taxta skamyada əyləşmişdir. O isə ayaq üstə dayanaraq onunla söhbət edirmiş. O həmin şəxsdən yoldaşına zəng etmək üçün mobil telefonu istəmişdir. Həmin telefonla ailə üzvlərinə zəng etsə də danışa bilməmişdir. Həmin şəxs söhbət zamanı ondan şəxsi həyatı ilə bağlı suallar soruşmağa başlamışdır. Belə ki, o onun cinsi həyatı ilə maraqlanmışdır. Həmin şəxsin danışığı və azyaşlı övladına dərman lazım olduğundan o onun telefonunu ona qaytarmadan dərhal telefonu götürüb qaçmağa başlamışdır. Həmin şəxs onun qaçmağını görsə də onun arxasında gəldiyini bilməmişdir. Çünki o surətlə qaçaraq 20 Yanvar metrostansiyası istiqamətində qaçaraq binaların blokuna girib gizlənmişdir. Səhər saat 11 radələrində isə 28 May metrosu yaxınlığında həmin ələ keçirdiyi “Samsung A 72” markalı, tünd göy rəngli mobil telefonu 100 manata tanımadığı mağazaya şəxsiyyət vəsiqəni göstərərək satmışdır. Həmin mağazanı göstərə bilər. Həmin telefonun üzərində açıq qəhvəyi rəngli qabur olmuşdur. Telefonu satmamışdan qabaq telefonun qaburunu tullamışdır. Həmin tefefonla qaburun arasında heçnə olmamışdır. Mobil telefonu ələ keçirdikdən sonra dərhal mobil nömrəni çıxarıb tullamışdır. Həmin mobil telefonda bir ədəd mobil nömrə olmuşdur. Telefonu satdıqdan sonra əldə etdiyi 100 manatı pula dərman alaraq həmin gün Naftalan şəhərinə yollanmışdır. xx.xx.2025-ci il tarixdə Naftalan şəhərində olan zaman polis əməkdaşları onu saxlayaraq Nəsimi RPİ-yə gətirmişdilər. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ona məxsus “Hyundai Accent” markalı avtomobili xx.xx.2025-ci il tarixdə təmir üçün Bakı şəhərinə gətirmişdir. Avtomobillə bağlı işlərini gördükdən sonra xx.xx.2025-ci il tarixdə saat 03 radələrində avtomobili “Şamaxinka” adlanan ərazidə saxlayıb yaxınlıqda olan dükandan qida məhsulu almaq üçün Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə səki ilə tək hərəkət edən zaman qarşıdan gələn tanımadığı bir şəxs mənə yaxınlaşaraq zəng etmək üçün mobil telefonumu istəmişdir. O cibində olan mobil telefonu çıxardıb ona vermiş, həmin şəxs ona məxsus içərisində 40 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan, üzərində 3 manat dəyərində qabur olan “Samsung A72” markalı mobil telefonla danışan zaman o üzərində olan siqaret paçkasını cibindən çıxardıb çəkən zaman telefonu danışmaq adı ilə ondan alan şəxs qaçaraq həmin yerdən uzaqlaşmışdır. O həmin şəxsin arxasından getsə də onu tapa bilməmiş və bununla bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmin şəxsin götürdüyü ona məxsus mobil telefonun arxa tərəfində telefon qabının içərisində 400(dörd yüz) manat pul olmuşdur. Bundan başqa verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə dəqiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində, “Məkan” adlı kafenin qarşısında baş vermişdir. Həmin mobil telefonu o 2023-cü ilin əvvəllərində 1200 manata almışdır. Yaddaş tutumu 256 GB olmuşdur. Hal-hazırkı bazar qiyməti isə 600 manat təşkil edir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə mənə 1043 manat dəyərində maddi ziyan dəymişdir. Həmin şəxs ona qarşı heç bir zor tətbiq etməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan: “Tutma haqqında” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 36) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-198/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən AR CM-nin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.85-88); “Könüllü təqdim edilmiş əşyaların götürülməsi” haqqında protokoldan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxs aldığı və istintaqa təqdim etdiyi sonuncu tərəfindən cinayət yolu ilə əldə olunan Zərərçəkmiş şəxs məxsus olan “Samsung A72” markalı mobil telefon və həmin mobil telefonu alan zaman Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə etdiyi qeydlərin əks olunduğu bir ədəd A5 formatlı kağız iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 27 mart 2025-ci il tarixli götürmə aparılması haqqında qərarla Şahid götürülmüşdür(İ cild, i.v.95-97); “Maddi sübut kimi tanıma” haqqında qərardan görünür ki, “Samsung A72” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.98); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, sonuncu dəfə AR CM-nin 177.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Naftalan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (cild İ, i.v. 100-101); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılmasını, zrərə çəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Naftalan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A72” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 08 (səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 14 (on dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Naftalan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A72” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 08 (səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı 88 (səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-483/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-483/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver