Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-487/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Belqorod vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13.04.2021-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Reza” adlı şəxsə “ Milli Ön” ödəniş terminalından 20 manat pulu Bank hesabına köçürdükdən sonra Nəsimi rayonu Şamaxinka adlanan ərazidə “İmperial Şadlıq” sarayının yaxınlığında yol nişanının altında qoyulmuş narkotik vasitə olan heroinin yerini bildikdən sonra həmin yerə gələrək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,445 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17.04.2021-ci il tarixdə saat 22:30 radələrində Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nəsimi RPİnin inzibati binasına gətirilib orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli dəri gödəkcənin sağ yan cibindən həmir, narkotik vasitə heroin 1 bükümdə şəffaf rəngli sellofanın içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 07.06.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0, 376 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 07.06.2021-ci il tarixdə saat 14:40-da Nəsimi RPİnin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilib orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sol yan cibindən həmin narkotik vasitə heroin 1 bükümdə açıq qəhvəyi rəngli sellofanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 5 aydan artıqdır ki, narkotik vasitə olan heroindən ara sıra istifadə edir. 13.04.2021-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Reza” adlı şəxsə “Milli Ön’' ödəniş terminalından 20 manat pulu telefonda dediyi onun hesabına köçürdükdən sonra sonuncunu ona narkotik vasitə olan heroinin qoyulduğu Nəsimi rayonu Şamaxinka adlanan ərazidə İmperial Şadlıq sarayının yaxınlığında yol nişanının altında qoyulmuş olan narkotik vasitə heroinin yerini telefonda ona demiş, o, da həmin yerə gələrək narkotik vasitə olan heroini götürərək öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 17.04.2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında olan zaman 2 nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. O, da özünü şübhəli apardığı üçün onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Nəsimi RPİ-nin NMB-nin xidməti otaqlarından birində olduğu zaman videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda, bir daha bildirmişdir ki, həmin narkotik vasitəni 13.04.2021-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Rcza” adlı şəxslə onun istifadəsində olan +********** saylı mobil nömrənin “Vatçap” danışığı vasitəsilə danışıb razılaşaraq onun hesabına“ Milli Ön” ödəmə aparatıyla 20 manat pul köçürmüş, yuxarıda qeyd etdiyi ünvanada olan narkotik vasitənin yerini deyərək o, da həmin yerdən narkotik vasitəni götürmüşdür. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sualı verilmiş, üzərində hər hansı bir əşya olmamasını bildirmişdir. Sonra isə üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. Həmin fakt üzrə barəsində 18.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə 19.04.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü vəsatətlə Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. 19.04.2021-ci il tarixdə Nəsimi rayon prokurorunun qərarına əsasən vəsatətin müdafiə edilməsindən imtina edilməsi və MSY-də azad olmağım barədə qərar qəbul edilmişdir. Həmin tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Altay Məmmədov tərəfindən barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, 07.06.2021-ci il tarixdə 11 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 01 bükümdə narkotik vasitə heroin alaraq üzərində saxlayaraq yaşadığı ünvana getmişdir. Həmin gün yəni 07.06.2021-ci il tarixdə saat 14:40 radələrində yaşadığı Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 40 saylı ünvanının qarşısında olan zaman iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərin təqdim edib polis əməkdaşları olduğunu bildinnişlər və ondan ad və soy adını soruşmuşlar. O, özünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərində hər hansı bir narkotik maddənin olub-olmamasını soruşduqda o, polis əməkdaşlarına üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Lakin polis əməkdaşları ondan hər hansı bir narkotik vasitə olub-olmamasından şübhələndiklərinə görə onu Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə dəvət etmişlər, o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində xidməti otaqlarından birində olduğu zaman vidcoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarımın sol yan cibindən 01 ədəd selofana bükülmüş narkotik vasitə “heroini” masanın üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda, bir daha bildirmişdir ki, həmin narkotik vasitəni 07.06.2021-ci il tarixdə Nəsimi rayonu, “Papanin” deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manat verib bir büküm aldığını etiraf etmişdir. Bundan sonra üzərində basqa hər hansı bir əşyanın olub olmaması sualı verilmiş, üzərində hər hansı bir əşya olmamasını bildirmişdir. Sonra isə üzərində axtarış aparılmağa başlanmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ali təhsilli olmasını, birdaha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin CAŞ-nin əməliyyat üzrə müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07.06.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşayan “Eltun” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi RPİ-nin 19-cu PŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə 07.06.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında saat 14:40-da saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir. PŞ-nin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd açıq rəngli sellofana bükülü içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sonuncu həmin bükümün içərisində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni 07.06.2021 -ci il tarixdə “Papanin” adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində “heroin” adlanan 1 ədəd bükülü olan narkotik vasitə olan zərfə qoyularaq qablaşdırılmış, 187 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd açıq rəngli sellofana bükülü içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxararaq, masanın üzərinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 17.04.2021-ci il tarixdə ünvan 9 ünvanın qarşısında “Eltun” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə 17.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında saat 22:30-da saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Nəsimi RPi-nin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl sonuncvuya Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Eltun üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu adını “Reza” kimi bildiyi İran İslam Respublikasının vətəndaşına narkotik maddəni onlayn sifariş etdiyini və həmin şəxsin istifadəsində olan +********** saylı mobil nömrənin “vatsap” danışığı vasitə ilə danışıb razılşaraq Nəsimi rayonu ərazisində 13.04.2021-ci il tarixdə günorta saatlarında “Milli Ön” ödəniş terminalından 20 manat pul vəsaitini ödədikdən sonra həmin gün 3-4 saat sonra sifarişin çatdırıldığı Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə “İmperial” şadlıq sarayının yaxınlığında yol nişanının altına qoyulmuş yerdən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra sonuncunun təqdim etdiyi, içərisində “kakos” adlanan 1 ədəd bükülü olan narkotik vasitə olan zərfə qoyularaq qablaşdırılmış, 186 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddəni çıxararaq, masanın üzərinə qoymuşdur. Cinayət işinin İ cild 125-126-cı vərəqələrində olan 17 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 202-205-ci vərəqələrində olan Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi, Altay Məmmədovun 19 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 19-20-ci vərəqələrində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 92-95-ci vərəqələrində olan Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi, Altay Məmmədovun 09 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 161-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2021-ci il tarixli, 6/1518 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,445 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,445 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,395 qram olmuşdur. Cinayət işinin İ cild 45-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 6/2317 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 187” möhür əksi, “M.Təqsirləndirilən şəxs..2” və s. yazırlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,376 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi 0,376 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,326 qram olmuşdur. Cinayət işinin İ cild 226-230-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 6/2872 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Saxlanılan şəxs : Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 01 bükümdəki heroin kütləsi (18.04.2021-ci il tarixli 6/1518 saylı ekspert rəyi) “1. Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 01 ədəd bükümdəki heroin kütləsindən (06.06.2021-ci il tarixli 6/2317 saylı ekspert rəyi) kimyəvi tərkibinə görə fərqlidir. Qeyd № 1 Heroinin qalıq təmiz çəkisi 0,395 qram, tədqiqata sərf edilmiş 0,06 qram, qalıq 0,335 qram olmuşdur; № 2 Heroinin qalıq ümumi çəkisi 0,326 qram, tədqiqata sərf edilmiş 0,06 qram, qalıq 0,266 qram olmuşdur. Cinayət işinin İ cild 46, 162 və 227-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik, 81 (səksən bir) manat 82 (səksən iki) qəpik və 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik, cəmi olaraq 301 (üç yüz bir) manat 62 (altmış iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin İ cild 223-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 18 iyun 2021ci il tarixli, 1960 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 233-241-ci vərəqələrində olan 20 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iki ədəd DVD disk maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,335 və 0,266 qram narkotik vasitə-heroin Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin İ cild 210-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş iki ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirir. Sorğu zamanı sonuncu həmin narkotik vasitəni internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu adını “Reza” kimi bildiyi İran İslam Respublikasının vətəndaşına narkotik maddəni onlayn sifariş etdiyini və həmin şəxsin istifadəsində olan +********** saylı mobil nömrənin “vatsap” danışığı vasitə ilə danışıb razılşaraq Nəsimi rayonu ərazisində 13.04.2021-ci il tarixdə günorta saatlarında “Milli Ön” ödəniş terminalından 20 manat pul vəsaitini ödədikdən sonra həmin gün 3-4 saat sonra sifarişin çatdırıldığı Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə “İmperial” şadlıq sarayının yaxınlığında yol nişanının altına qoyulmuş yerdən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin DVD disklərin ikincisinin yaddaşında olan videogörüntüyə baxış zurnanı müəyyən edildi ki, Nəsimi RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd açıq rəngli sellofana bükülü içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “heroin” deyilən r.arkotik vasitə olduğunu bildirdi. Sorğu zamanı sonuncu həmin narkotik maddəni 07.06.2021-ci il tarixdə “Papanin” adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə iclasında baxış keçirilmiş DVD disklərində olan videogörüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik maddə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ali təhsilli olmasını, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, ali təhsilli olmasını, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək və 07 iyun 2021-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 18 iyun 2021-ci il tarixli, 1960 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,335 və 0,266 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 301 (üç yüz bir) manat 62 (altmış iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Ş.N.Allahmanova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 130 (bir yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir.İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək, yəni 02 (iki) gün, 07 iyun 2021-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək, yəni 02 (iki) gün, cəmi 04 (dörd) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,335 qram və 0,266 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 301 (üç yüz bir) manat 62 (altmış iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 istintaq orqanında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 130 (bir yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-487/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-487/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver