Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-491/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mkr, ¾ mənzil 17-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da ünvan 1 ünvanında olan zaman onunla birlikdə yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətlərinin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə ənsə nahiyyəsinin dərialtı hematoması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan bir oğlan övladı dünyaya gəlmişdir. Sözləri düz gəlmədiyi üçün 2019-cu ildə rəsmi olaraq məhkəmə qaydasında ayrılmış, 2024-cü ilin oktyabr ayında isə barışaraq Nəsimi rayonu Bəsti Bağırova küçəsi 35 ünvanında kirayə yaşamağa başlamışlar. Həmin ev qaynatası Nazimin evinə yaxın yerləşmişdir. Barışdıqdan sonra yüngül söz-söhbətləri olsa da birgə ailə kimi normal gün keçirirlərmiş. O, xx.xx.2025-ci il tarixdə işlədiyi “Cinema Mastercard” kino klubunda olan zaman yoldaşı Almas uşaqla birlikdə işlədiyi yerə gəlmiş, yoldaşının və övladının onun iş yerinə gəlməsi onu əsəbləşdirmiş və Almasdan nə üçün onun iş yerinə gəldiyini soruşmuş, sonuncu da ona iş yoldaşlarının yanında təhqiredici söz demişdir. Almasa heç nə demədən onları evə yola salmışdır. Həmin gün saat 23:00 radələrində kirayə yaşadığı evə gəlmiş, qaynatası Nazimin onun evində olduğunu görmüş və qaynatasının ona qızını apardığını bildirmişdir. Qaynatasından bunun səbəbini soruşduqda ona yola getmədikləri üçün apardığını demişdir. X2 iş yerinə gəldiyi üçün onu acıladığını, Almasla danışıb söhbət edəndən sonra aparmasını bildirdikdə “yox, qızımı indi aparıram” demişdir. Bundan sonra qaynatasını evdən qovmuş, yoldaşı Almasın uşağı yarıçılpaq şəkildə evdən atasıgilə aparmaq istədiyini görmüş, buna görə də əsəbləşib yoldaşının baş nahiyyəsinə yumruqla bir dəfə vurmuşdur. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək peşman olduğunu, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan bir oğlan övladı olmuşdur. Sözləri düz gəlmədiyi üçün ailə qurduqdan iki il sonra rəsmi olaraq məhkəmə qaydasında boşanmışlar. 4-5 ay bundan əvvəl Orxan gəlib ondan üzr istəmiş və barışmışlar, yenidən birlikdə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları dövrdə Orxanla aralarında yüngül sözlə mübahisələr olmuşdur. xx.xx.2025-ci il tarixdə azyaşlı oğlu Nihatla birlikdə Tarqovuya gəzmək üçün getmiş, oradan əri Orxanın işlədiyi kinoteatra getmişlər. Orxan iş yerindən çıxaraq ona iş yerinə gəldiyi üçün irad tutmuş, ona iş yoldaşlarının onu görməsini istəmədiyini bildirmişdir. Buna görə də Orxana “pox olsun sənin iş yerinə” demiş, Orxan da ona söyüş söyərək evə getməsini demiş, o da oğlu ilə birlikdə kirayə yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Həmin gün, axşam saatlarında atası Nazim onun evinə gəlmiş və onlara yemək gətirmiş, atasıyla söhbət zamanı baş verənləri atasına danışmış, atası Nazim də Orxana zəng edərək nə üçün ailəsi ilə normal davranmamasının səbəbini soruşmuş, sonuncu da atasına evə gələndən sonra bu barədə danışacağını demiş, atası Nazim da Orxana evdəyə olduğunu, onu gözlədiyini demişdir. Bundan sonra Orxan ona zəng vursa da telefona cavab verməmişdir. Saat təxminən 23 radələrində Orxan evə gəlmiş, mətbəxtdən bıçaq götürüb atasının yanına gəlmişdir. X8 ailəsi ilə normal davranmadığı üçün və küçədə söydüyü üçün ona iradını bildirmiş, Orxan da atasına hər ailədə olan şeydi demişdir. Atası Nazim də belə ailə olmaz, hörmətli şəkildə ayrılmalarını bildirmiş, Orxan da ayrılmayacağını demişdir. Atası da Orxana gedib maşın tapıb gətirəcəyini, qızını və əşyalarını götürüb gedəcəyini deyib evdən çıxıb getmiş, Orxan onun arxasınca “nə üçün bizim ailəmizi dağıdırsan” demişdir. O da Orxana “mən belə ailədə yaşamaq istəmirəm, söz-söhbətdən bezmişəm” demiş, bu zaman Orxan onun başına bir dəfə yumruqla vurmuş, ayrılacağı halda onu bıçaqla bıçaqla öldürəcəyini bildirmişdir. Orxanın onu bıçaqlamasından qorxub oğlu Nihatı da götürüb evdən qaçıb atası evinə getmişdir. Orxanın onun arxasınca əlində bıçaqla gəlməsini ehtimal etdiyini, buna görə də DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Halhazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və sonuncuya qarşı şikayət və tələbi olmadığından iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X7 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1602 saylı expert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sol almacıq-gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan qançır-şişkinliyi (dərialtı hematoması) küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. (i/v 23-25). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 54). Məhkəməyə təqdim edilmiş 10 iyul 2025-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmasını və zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə qərara əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 11 saat üçün nəzərdə tutulan 121 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 11 saat üçün nəzərdə tutulan 121 (bir yüz iyirmi bir) manat pul ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-491/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-491/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver