Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-493/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 15 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi rayon məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2021-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini istifadə etdikdən sonra şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 2,076 qram təşkil edən narkotik vasitə heroinin 01 bükümdə 1,272 qram hissəsini yaşadığı ünvan 3 ünvanda yerləşən mənzildə, 01 bükümdə 0,804 qram hissəsini isə üzərində saxlayaraq daşımış, 23 iyun 2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:25-də ünvan 4 ünvanın qarşısında saxlanılıb polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə 0,804 qram narkotik vasitə heroin və həmin tarixdə yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilində axtarış keçirilən zaman mənzilin yataq otağında asılmış qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükülüdə 1,272 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuşdur. O, həmin narkotik vasitəni “Papanin” adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən təxminən 25-30 manata almışdır. Həmin narkotik vasitəni aldıqdan sonra onu yaşadığı evə gətirib qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Daha sonra isə həmin narkotik vasitədən hissə-hissə olmaqla istifadə etməyə başlamışdır. 23 iyun 2021-ci il tarixdə saat təxminən 01:25 radələrində o, narkotik vasitədən istifadə etmək üçün həyətə düşmüşdür. Əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə narkotiki qoyub bayıra çıxmışdır. O, həmin ərəfədə həyətdə olarkən qəflətən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış və ona xidməti vəsiqəni göstərib polis əməkdaşları olmalarını bildirmişlər. Sonra isə həmin polis əməkdaşlarından biri demişdir ki, “siz narkotik vasitənin qanunsuz əldə edib istifadə etməsində şübhəlisiz,”. O da, polis əməkdaşlarına narkotik vasitədən istifadə etməyini səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə gedəcəklərini bildirmişlər. O da buna etiraz etməmiş və onlarla birlikdə həmin bölməyə gəlmişdir. Bölməyə gəldikdən sonra ona hüquq və vəzifələrini izah etmişiər, daha sonra isə ona müdafiəçi dəvət etmişlər. Müdafiəçi gəldikdən sonra polis əməkdaşları ona bildirmişlər ki, videoçəkilişlə onun üzərinə baxış keçiriləcək. O da buna etiraz etməmişdir. Beləliklə onun, polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının, onun və mütəxəssisin anket məlumatları soruşulmuş, daha sonra hüquqları və vəzifələri onlara elan edilmiş, ona üzərində qanunsuz əşya varsa təqdim etməyini demişlər. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitəni çıxarıb stolun üzərinə qoymuşdur. Bununla bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. Eyni zamanda götürülmüş narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Ona sonradan məlum olmuşdur ki, üzərindən götürülmüş maddə 0,804 qram narkotik vasitə heroindir. Bundan başqa, o, həmin vaxt bildirmişdir ki, yaşadığı mənzildə gödəkçənin cibində də narkotik vasitə var. Polis əməkdaşları onun iştirakı ilə yaşadığı F.Qasımzadə küçəsi 25 saylı ünvanda yerləşən mənzilə gəlmişlər. Əvvəlcə anası yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməyi ilə bağlı ərizə yazmış, sonra isə videoçəkilişlə onun yaşadığı mənzilə baxış keçirilmiş və gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə 1,272 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən səmimi peşiman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, X4 2009-ci il tarixdən xidmət edir. Polis kapitanı xüsusi rütbəsindədir. 23 iyun 2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə “Zaur” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin 20-ci PB-də onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 23 iyun 2021-ci il tarixdə saat 01:25 radələrində onlar ikisi ünvan 5 ünvana gəlmişlər. Orada olarkən əməliyyat məlumatına uyğun olan şəxs qeyd edilən ünvanda həyətə çıxarkən ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onunla söhbət zamanı bildirmişlər ki, “narkotik vasitənin istifadəsində şübhəlidir. Bundan sonra onlar həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər və o da bundan imtina etməyərək onlarla bölməyə gəlmişdir. Həmin şəxsi onlar bölmədə ayrı xidməti otağa salmışlar, ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, ona videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmiş, videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs üzərindən yəni, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. O, həmin narkotik vasitəni 4-5 gün əvvəl “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən qiyməti tam yadında deyil, səhv etmirsə 10 manata aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı mənzildə gödəkçənin cibində də narkotik vasitə var. Onlar Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı F.Qasımzadə küçəsi 25 saylı ünvanda yerləşən mənzilə gəlmişlər. Əvvəlcə onun anası yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməyi ilə bağlı ərizə yazmışdır, sonra isə videoçəkilişlə mənzilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlundan bu günə kimi heç bir narazılığı olmamışdır. Onun narkotik vasitədən istifadə etdiyini bilməmiş, oğlu da ona bu barədə heç nə deməmişdir. 23 iyun 2021-ci il tarixdə saat 05 radələrində o, yaşadığı Nəsimi rayonu, F.Qasımzadə küçəsi 25 saylı ünvanda olarkən mənzilin qapısını Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin əməkdaşları döymüşlər, ona bildirmişlər ki, oğlu Təqsirləndirilən şəxs bildirib ki, o, yaşadığı otaqda özünə məxsus gödəkçədə narkotik vasitə saxlayır. Onlar bununla bağlı baxış keçirmək istəyirlər, ancaq mənzil ona məxsus olduğuna görə onun icazəsini istəyirlər. O da polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirməyinə etiraz etməmiş, bu barədə ərizə yazmış, daha sonra çəkilişlə mənzilə baxış keçirmişlər, oğlu Təqsirləndirilən şəxs otağındakı qara rəngli gödəkçənin sol iç cibindən 1 büküm çıxmışdır. Oğlu bildirmişdir ki, həmin bükümdə narkotik maddə var, onu istifadə etmək üçün bir nəfər şəxsdən almışdır. Daha sonra polis əməkdaşları həmin bükümü qablaşdırmışlar, çəkilişi bitirib oğlu Təqsirləndirilən şəxsla birlikdə çıxıb getmişlər. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 və 20-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, mütəxəssis X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 23 iyun 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq qara rəngli rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd siqaretin qızıl kağızına bükülmüş, bükümü çıxardaraq, masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan tünd qəhvəyi rəngli spesifik iyə malik maddə aşkar edilmiş və bundan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin qızıl kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddənin narkotik vasitə olan “heroin” olduğunu və həmin maddəni 4-5 gün bundan əvvəl “Papanin” kimi tanınan ərazidən, tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd siqaretin qızıl kağızına bükülmüş büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və PB-nin 188 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və Təqsirləndirilən şəxs əlavə olaraq hər hansı bir yerdə narkotik saxladığı barədə sual verdikdə, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ev 25 ünvanında ona məxsus qara rəngli kurtkanın sol iç cibində əlavə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştitakçılar tərəfindən əlavə şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ev 25 ünvana baxış keçirilməsi üçün videoçəkiliş dayandırılmışdır (i/v 45-50). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 və 20-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, mütəxəssis X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 23 iyun 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, baxışdan əvvəl Təqsirləndirilən şəxs evində ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərmək təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan oturacağın üzərinə asılmış qara rəngli gödəkçənin sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş 1 ədəd tünd qəhvəyi rəngli spesifik iyə malik maddəni təqdim etmişdir. Ardınca Təqsirləndirilən şəxs evində başqa digər qanunsuz əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evində başqa heç bir əşyanın və narkotik maddənin olmadığını bildirdikdən sonra evinə baxış keçirildi. Dolabın digər gözlərinə, paltar rəfində, habelə televizorun altında olan dolaba baxış keçirilmiş, lakin qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bundan sonra iştirakçılara həmin olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu məyyən edilmişdir. Bundan sonra, vətəndaş Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 7 ünvanında aşkar edilmiş büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 20-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 188 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Baxış və götürmə zamanı şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 56-57). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 6/2553 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,272 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 65-69). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 6/2554 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,804 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 71-75). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,804 qram qəhvəyi rəngli maddə olan narkotik vasitəheroinin və yaşadığı Nəsimi rayonu, F.Qasımzadə küçəsi 25 saylı ünvanda yerləşən mənzilinə baxış zamanı qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,272 qram qəhvəyi rəngli maddə olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,754 qram və 1,222 qram heroinin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 120-121). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə tutulmuşdur (i/v 23-24). İş materiallarına əlavə olunmuş 24.06.2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirindən görünür ki, 24 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v 112-115). İş materiallarında olan “axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdə saat 11:30-da Bakı şəhəri Nəsimi rayonu, F.Qasımzadə küçəsi 25 ünvanının qarşısında 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır (i/ 141). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.08.2021-ci il tarixli, 4(006)-331/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10.08.2021-ci il tarixdən hesablanmaqla 27.09.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 156-160). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 11 avqust 2021-ci il tarixli 2790 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 164-165). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 118-119). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,754 qram olan narkotik vasitə heroin və onun yaşadığı mənzildən aşkar edilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,222 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-493/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərara əsasən 15 sentyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,754 qram olan narkotik vasitə heroin və onun yaşadığı mənzildən aşkar edilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,222 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-493/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-493/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver