Məhkəmə qərarları › İş №1(006)-494/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-494/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-494/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X8 tərəfindən X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxan həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatında sədr müavini vəzifəsində işləyir. X1 haqsız və qanunsuz ittihamlarına, təhqir və böhtanlarına məruz qalmışdır. Bu haqsızlığın və qeyri qanuni hərəkətlərin qarşısının alınması, ədalətin öz yerini tapması, bu cür böhtan və təhqir xarakterli hərəkətlərin son tapması və bu böhtanların və təhqirlərin ictimai media orqanlarında qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verilməsi məcburiyyətində qalmışdır. Belə ki, qardaşı X7 17 iyul 2016cı il tarixdə X3 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 11 oktyabr 2018-ci ildə Nərmin adında bir qız övladları doğulmuşdur. Bir müddət onlar mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-115/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. X3 nikah pozulduqdan sonra müxtəlif vaxtlarda internet resurslarında olan sosial şəbəkələrdə öz profili üzərindən paylaşımlara şərhlər yazaraq onu çox ağır formada təhqir etmiş, ona və ailə üzvlərinə çox ağır böhtanlar atmışdır. Bu isə çoxsaylı sosial şəbəkə istifadəçilərinin izləməsinə səbəb olmuşdur. X4 Azərbaycan Partiyasının Şəki rayon təşkilatında sədr müavini vəzifəsində işləyir. Atası, anası və qardaşı ali təhsilli olmaqla, ziyalı ailədirlər. Lakin, buna baxmayaraq X3 qərəzli olaraq sosial şəbəkələrdə çoxsaylı izləyicilərə çatmasını istəyərək onun və ailə üzvləri barəsində həqiqəti əks etdirməyən böhtanlar və təhqirlər yaymağa davam etmişdir. X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcuddur. Çünki, o, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatında sədr müavini vəzifəsində işləyir. Eyni zamanda da “facebook” sosial şəbəkəsində onun profilinə çox saylı insanlar baxır. X1 onu və ailə üzvlərini “facebook” sosial şəbəsi üzərindən ağır formada təhqir etməsi və böhtan atması cinayətdir. Könül İsmayıllının yazdığı rəydə qeyd olunduğu kimi olduğunu sübut edəcək bir dəlili olmadığı halda, X1 bu formada məlumatları qəsdən paylaşması onun əməlindən peşman olmamasının və bu əməlləri qərəzli etməsinin bariz nümunəsidir. Hər kəsin təqsirsizlik prezumsiyası deyə bir anlayış var. Qanuni qüvvəsini almamış hökm və ya qərar olmadığı halda, heç əlində öz sözlərini təsdiq edəcək əsaslı bir sübut olmağıdı halda bu cür təhqir və böhtan dolu sözləri sosial şəbəkə resusrslarında yayılmasını qəsd kimi qəbul edir və Könül İsmayıllının barəsində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət işinin açılmasını xahiş edir. Qanunvericilikdə göstərilən kimi hazırki işdə şahid ifadələrinə ehtiyac yoxdur və bu səbəbdən də heç bir şahid adı qeyd etmir. X5 “Facebook” sosial şəbəkəsi üzərindən yazıdığı rəyin fotoşəkillərini CD diski şikayətə əlavə etdiyini bildirdi. Bu hadisələr nəticəsində ona və ailə üzvlərinə saysız hesabsız mənəvi zərər vurulmuşdur. Belə ki, yuxarıda da qeyd etdiyi əsaslarla cəmiyyətdə, iş yerində, rəhbərlik içində, hətta ailədə belə bu əsassız böhtana və təhqirə görə güclü stres keçirtmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X3 mediada və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onun və ailə üzvlərinin şərəf və ləyaqətimizi ləkələyən və nüfuzdan salan yalan vo böhtan xarakterli məlumatları yaymaqla, eyni zamanda məni və ailə üzvlərimi təhqir etməklə cinayət əməlləri törətmiş və ona görə də, Könül İsmayıllı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul olunmalıdır. Qeyd olunanların nəzərə alınaraq, X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxan həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. 11 oktyabr 2024-cü il tarixdə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 məhkəməyə teleqram və ərizə ilə müraciət edərək bildirmişdir ki, X3 və onun valideynləri barışıq təklif etmişlər. Təklifi nəzərə alaraq birdə belə halın təkrarlanmayacağına dair rəsmi öhdəlik götürmək şərtilə Mediasiyada barışıq sazişi imzalamışlar. xx.xx.2024-cü il tarixdə X3 ilə mediasiyada aralarında barışıq əldə olunduğundan şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi ifadəsində bildirdi ki, X8 ilə X3 arasında barışıq əldə olunmuşdur. Nəticədə, xüsusi ittihamçının şikayətin geri qaytarılması barədə verdiyi vəsatətinin təmin olunmasını xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, müdafiəçinin fikrini və ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətdən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— [266] min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə görə CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FİDES” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar