Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-494/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ikilidə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,005 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2025-ci il tarixdə saat 17:20-də ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,005 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saxlanıldığı vaxtadək 8-9 ay narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Adətən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində üzdən tanıdığı, lakin adlarını və ya anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə etmişdir. Belə ki, o, həmin şəxsləri üzdən tanıdığına görə narkotik vasitə və psixotrop maddə istifadə etmək istəyəndə gedib həmin şəxslərin olduqları ərazilərdə müəyyən müddət gəzmiş və həmin şəxsləri gördükdə dərhal narkotik vasitə və psixotrop maddə alıb həmin yerdən uzaqlaşmışdır. O, bəzən də, sosial şəbəkələrdə olan İran İslam Respublikası vətəndaşlarından onlayn şəkildə narkotik vasitə və yaxud psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Sonuncu dəfə o, 20 may 2025-ci il tarixdə 16 radələrində sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşından psixotrop maddə olan adtən “patı” adlanan bir ədəd bükümdə metamfetamin istəmişdir. O, həmin şəxsdən həmin bükümü 15 manata almağa razılaşmış və həmin şəxsin ona bildirdiyi kart hesabına “M10” ödəniş termianlı vasitəsi ilə 15 manat pulu göndərmişdir. Həmin şəxs o, pulu göndərdikdən sonra telefondan ona “patı” adlanan psixotrop maddənin olduğu yerin şəkilini çəkib göndərmişdir. Həmin maddə Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov 62 ünvanında olmuşdur. O, həmin psixotrop maddəni 20 may saat 17 radələrində qeyd olunan şəxsin bildirdiyi ünvandan gedib götürmüşdür. Bundan sonra psixotrop maddəni əldə etdikdən dərhal sonra həmin şəxslə olan yazışmaların hamısını və həmin şəxsin əlaqə nömrəsini telefondan silmişdir. O, 20 may 2025-ci il tarixdə saat 17:20-də Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov 62 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və ya psixotrop maddələrin daşınmasında və istifadəsində şübhəli olmasını bildirmişdir. Bu zaman o, polis əməkdaşlarına səmimi olaraq həqiqətən də onun üzərində psixotrop maddə olan el arasında “patı” adlanan metamfetamin olduğunu bildirmişdir. Bu zaman onlardan biri ona hüquqlarını izah etməyə başlamış və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və baxış keçiriləcəyini bildirmişdir. Bu zaman polis əməkdaşlarından biri mobil telefonla çəkiliş aparmağa başlamışdır. Həmin polis əməkdaşı ona əgər üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa həmin əşyanı təqdim etməsini təklif etmişdir. Bu zaman o, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş və səmimi olaraq həmin 01 ədəd bükümün içərisində el arasında “Patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra o, əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung A 03” markalı mobil telefonu polis əməkdaşına təqdim etmişdir. Bu zaman polis əməkdaşı həmin bükümü götürərək üzərinə baxış keçirməyə başlamışdır. Baxış keçirilən zaman üzərindən qanunla qadağan olunan hər hansı bir başqa əşya aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər biri tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşı ona hazırda bu prossesi sənədləşdirməyə imkan olmadığına görə onlarla 19-cu Polis şöbəsinə getməli olmasını bildirmiş və onun tərəfindən etiraz daxil olmamışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə 19-cu Polis şöbəsinə yollanmışdır. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuş və daha öncə təqdim etdiyi bükümə baxış keçirilməsi məqsədi ilə zərf açılmışdır. Bundan sonra zərfin içərisində olan bükümə baxılmış və həmin 01 ədəd bükümün içərisində ağ kristall şəkilli maddə olması məlum olmuşdur. O, həmin bükümün içərisində el arasında “Patı” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, 01 ədəd bükümdə olan “Patı”nı Nəsimi rayonunda Asif Məhərrəmov 62 ünvanında İran İslam Respublikası vətəndaşının ona konumla şəkil atdığı yerdən götürdüyünü, həmin maddəni istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm yenidən zərfə qoyulmuş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ona bir daha hüquqları izah olunmuş və o, ərizə ilə müraciət edərək müdafiəçi yardımından istifadə etmək istədiyini bildirmişdir. Bir müddət sonra 19-cu Polis şöbəsinə müdafiəçi yaxınlaşmış və ona təqdim olunaraq bununla bağlı müvafiq sənədləşmə işləri aparılmışdır. Heç bir xəsarət almamış və döyülməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, vərəm xəstəliyindən əziyyət çəkdiyini bildirərək, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 20 may 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili X3 tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna o da daxil edilmişdir. Daxil olmuş məlumatda Kamran adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması göstərilmişdir. Beləliklə daxil olmuş məlumatda göstərilən xüsusatları yoxlamaq üçün xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinə yaxınlaşaraq orada özlərinə mövqe seçmişlər. Həmin gün saat 17:20-də Asif Məhərrəmov 62 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxslə eyni əlamətlərinin olmasını görərək dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş edərək özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən anket məlumatlarını bildirməsini tələb etmişlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs nə üçün saxlanılması və nədə şübhəli olması barədə məlumat vermişlər və sonuncuya hüquqlarını izah etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində ola biləcək qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə olan bükümü və sol yan cibindən “Samsung A 03” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin hər hansı başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində el arasında “patı” adlanan psixotrop maddə metmafetamindir və o həmin maddəni saxlanıldığı gün şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn şəkildə 15 manat karta pul göndərməklə əldə etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol tərtib edilməsi üçün şərait olmadığından Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət edilmişdir. 19-cu Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümün içərisində içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə vardır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman çəkilərək 01 ədəd CD diskə köçürülmüş və videogörüntüyə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsun üzərindən aşkar olunaraq götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir göstərilməmişdir. İş materiallarında olan 20 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Nəsimi RPİ- nin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 20 may 2025-ci il tarixdə saat 17:20-də Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 62 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə o, əynində olan rəng rəngli şalvarının cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür. (i/v 8-10). İş materiallarında olan 20 may 2025-ci il tarixli “Təqdim olunan əsyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 29 may 2025-ci il tarixdə saat 17:20-də Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 62 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı ağ rəngli zərfə və keçirilmiş əməliyyat-axtarış tədbirinin videoyazısının olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş zərfdə 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlənin olması, DVD diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunması məlum olmuş, həmin psixotrop maddə metamfetaminə bənzər kütlə yenidən qablaşdırılaraq möhürlənmişdir (i/v 15-17). İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 28). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 22 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 77-78). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 79-80). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-6/1895 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1) Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfdə qablaşdırılmış 1 (bir) ədəd polietilen paketin içərisində təmiz çəkisi 1,005 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i/v 47-48). İş materiallarında olan 29 may 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X3, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin baş əməliyyat- müvəkkili, polis kapitanı Şahid barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan Təqsirləndirilən şəxs saxlayaraq sorğu-sual etmişdirlər. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təklif olunur ki, əgər onun üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa sonuncu həmin əşyanı təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın cibindən sağ yan cibindən 01 ədəd bükümdə içərisində ağ rəngli, kristal şəkilli, psixotorp maddə metamfetaminə bənzər maddə olan bükümü və sol yan cibindən 01 ədəd “Samsung” markalı “A03” modelli mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin üzərindən hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra aşkar olunan büküm qablaşdırılaraq zərfə qoyulmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin el arasında “patı” adlanan psixotorp maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün 15 manata İran İslam Respublikası vətəndaşından əldə etməsini bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılır. 2-ci DVD diskə köçürülmüş videogörüntüdən görünür ki, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Elton Zeynalovun, həmin PB-nin baş əməliyyat müvəkkili Şahid iştirakı ilə barəsində əməliyyat-axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 01 ədəd bükümə və 01 ədəd “Samsung” markalı “A03” modelli mobil telefona təhqiqatçı Şirvan Hümbətli tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən bir ədəd bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotorp maddə metamfetaminə bənzər vasitə vardır, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı “A03” modelli mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra aşkar olunan kütlə yenidən təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imza edilmişdir. (i/v 94). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 21 may 2025-ci il tarixli, 3017 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 82-83). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 93). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,005 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,995 qram olan psixotrop maddə metamfetaminin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 100-109). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Deputat küçəsi 17 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış və və Bakı şəhəri Nəsimi RPİ-nin X8 otağında saxlanılan, ümumi təmiz çəkisi 1,005 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,995 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-494/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 27 (iyirmi yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 20 may 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Deputat küçəsi 17 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin X8 otağında saxlanılan, ümumi təmiz çəkisi 1,005 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,995 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 27 iş saatı üçün 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-494/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-494/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver