Məhkəmə qərarları › İş №1(006)-495/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-495/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-495/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhəri, Heydər Əliyev prospekti, ev 36/15-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonda kirayədə yaşamış, hazırkı cinayət iişi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadar qanunsuz olaraq xeyli miqdarda 0,767 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2024-cü il tarixdə saat 09:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nəsimi RPl-nin 21-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram, 0,406 qram olmaqla, ümumi təmiz çəkisi 0,767 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl bir neçə ay olardı ki, psixotrop maddə metamfetamindən istifadə edirdi, Şahid3 onun dostudur, o da onun kimi narkotik vasitə və psixotrop maddədən istifadə edirdi. O, usta işləmiş, Elmar isə onun yanında fəhlə işləmişdir. Sonuncu dəfə o, tutulmamışdan qabaq səhər tezdən dostu Elmargilə getmiş, həmin gün onlar işə getməliydilər. O, Elmargildə olarkən Elmargilə polis əməkdaşları gəlmiş, Elmarı evin dəhlizindən götürmüşlər, onu isə evin içindən götürmüşlər, hər ikisini bölməyə aparmışlar, bölmədə də həmin bükümləri üstlərinə qoyublar və sonra çəkilişdə çıxardıb göstərməklərini bildiriblər. Onlar da məcburiyyət qarşısında qalıb onlar deyən kimi etmişlər. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini, əməlin ona qarşı yükləmə olduğunu bildirərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və iş materiallarında olan ilkin ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Bir neçə aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Şahid3 onun dostudur, sonuncu da onun kimi narkotik vasitə və psixotrop maddədən istifadə edir. Sonuncu dəfə 10 gün əvvəl dostu Şahid3 ilə birlikdə Abşeron rayonu Goradil bağları adlı ərazidə olarkən o, özü üçün istifadə etməkdən ötrü tanımadığı şəxsdən 20 manata psixotrop maddə metamfetamin, Şahid3 isə istifadə etmək üçün 10 manata narkotik vasitə heroin almışlar. 06 mart 2024-cü il tarixdə saat 09 30-da dostu Şahid3 ilə birlikdə ünvan 4 ünvanın qarşısında olarkən 2 nəfə' mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini onlara göstərmişlər. Daha sonra polis əməkdaşları onların narkotik vasitələrin istifadəsində, üzərlərində qanunsuz gəzdirilməsində şübhəli olduqlarını bildirib onları Nəsimi RPl-nin 21-ci polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPl-nin 21-ci polis bölməsinə gəlmişlər. Polis bölməsində olarkən ilk öncə ona hüquqlarının müdafiəsi üçün vəkil seçmə hüququnun olması izah olunmuş və o, təqdim olunan siyahıdan hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra vəkil X11 dəvət edilmiş və ona təqdim olunduqdan sonra o. şübhəli şəxs qismində tutulmuş, sonra isə ona izah olunmuşdur ki, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacaq. Daha sonra isə eyni qayda ilə dostu Şahid3 də şübhəli şəxs kimi tutulmuşdur. Sonra onun və dostu Şahid3 üzərinə müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə Şahid3əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda. Elmar əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən Elmarın üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Elmar təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 10 gün əvvəl Abşeron rayonu Goradil bağları deyilən yerdə tanımadığı şəxsdən onunla birlikdə 10 manata şəxsi istifadəsi üçün aldığını, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara və Elmara bir ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və Elmara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. Elmar və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, ona əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, o, əynində olan qara rəngli gödəkçəsinin cibindən 02 ədəd bükümdəki psixotrop maddə metamfetamini və Samsung markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o. təqdim etdiyi bükümlərdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 10 gün əvvəl Abşeron rayonu, Goradil bağları deyilən yerdə tanımadığı şəxsdən Şahid3 ilə birlikdə 20 manata şəxsi istifadəsi üçün aldığını, uzun müddətdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara və ona iki ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və ona göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir Bundan sonra iki ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. O və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Ona məxsus mobil telefonca təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkiliş onlara və hər bir iştirakçılara nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı onların və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki. o, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O və Şahid3 polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPİ-nin 21-ci polis bölməsində olan zaman onlara qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun və ya Şahid3 üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun və Şahid3 üzərinə yalnız Nəsimi RPİ-nin 21-ci polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Psixotrop maddəni aldığı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsi üzdən tanıyır, kim olduğunu, harada yaşadığını, mobil telefon nömrəsini bilmir. Sadəcə olaraq o, həmin şəxsin narkotik vasitə və psixotrop maddə satdığını bildiyi üçün həmin şəxsə yaxınlaş b psixotrop maddə almışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsusdur. Şahid3 üzərində narkotik vasitə olmasından məlumatı olmuşdur. Şahid3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 mart 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki. «Elmar» və «Nurlan» adlı şəxslər üzərlərində qanunsuz olaraq narkotik vəsilənin saxlaması və daşıması ilə məşğul olurlar. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2la birlikdə saat 09 radələrindəəldə etdikləri məlumat əsasında Bakı şəhəri. ünvan 5 ünvanın qarşısında olarkən «Elmar» və «Nurlan» adlı şəxsləri görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və barələrində narkotik vasitələrin üzərlərində saxlamaları ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib. «Elmar» və «Nurlan» adlı şəxsləri Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət etmişlər, onlar da razılaşaraq onlarla birlikdə 21-ci polis bölməsinə gəlmişlər. Polis bölməsində olarkən «Elmar» adlı şəxsin Şahid3. «Nurlan» adlı şəxsin isə Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra raportla rəhbərliyə müraciət olunmuşdur, raportla bağlı araşdırma aparılması X13a həvalə olunmuşdur. X13 tərəfindən Şahid3 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onlara hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Şahid3 və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Şahid3 üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda. Şahid3əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şahid3 təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Şahid3 təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 10 gün əvvəl Abşeron rayonu Goradil bağları adlanan ərazidə dostu Təqsirləndirilən şəxsla birlikdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatlı olduğunu bildirmişdir Daha sonra Şahid3 üzərindən aşkar olunan bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olduğu təqdirdəonları təqdim etməsi təklif olunduqda. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin cibindən 02 ədəd bükümü və 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş və həmin bükümlərdə «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 10 gün əvvəl Abşeron rayonu Goradil bağları adlanan ərazidə dostu Şahid3 ilə birlikdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını. Şahid3 üzərində narkotik vasitə olmasından məlumatlı olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 ədəd bükümdə olan psixotrop maddə metamfetaminəbənzər maddə və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Bir neçə aydır ki, narkotik vasitə heroindən istifadə edir. Təqsirləndirilən şəxs onun dostudur, sonuncu da onun kimi narkotik vasitə və psixotrop maddədən istifadə edir. Sonuncu dəfə 10 gün əvvəl dostu Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu, Goradil bağları adlı ərazidə olarkən o. özü üçün istifadə etməkdən ötrü tanımadığı şəxsdən 10 manata narkotik vasitə heroin. Təqsirləndirilən şəxs isə istifadə etmək üçün 20 manata psixotrop maddə metamfetamin almışlar. 06 mart 2024-cü il tarixdə saat 09:30-da dostu Təqsirləndirilən şəxsla birlikdə ünvan 6 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini onlara göstərmişlər. Daha sonra polis əməkdaşları onların narkotik vasitələrin istifadəsində, üzərlərində qanunsuz gəzdirilməsində şübhəli olduqlarını bildirib, onları Nəsimi RPl-nin 21-ci polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPl-nin 21-ci polis bölməsinə gəlmişlər. Polis bölməsində olarkən ilk öncə ona hüquqlarının müdafiəsi üçün vəkil seçmə hüququnun olması izah olunmuş və o. təqdim olunan siyahıdan hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra vəkil X8 dəvət edilmiş və ona təqdim olunduqdan sonra o. şübhəli şəxs qismində tutulmuş, sonra isə ona izah olunmuşdur ki, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacaq. Daha sonra isə eyni qayda ilə dostu Təqsirləndirilən şəxs da şübhəli şəxs kimi tutulmuşdur. Sonra onun və dostu Təqsirləndirilən şəxs üzərinə müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçrilməyə başlanılmışdır. İlk öncə ona əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet. o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, o. əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o. təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 10 gün əvvəl Abşeron rayonu Goradil bağları deyilən yerdə tanımadığı şəxsdən Təqsirləndirilən şəxsla birlikdə 10 manata şəxsi istifadəsi üçün aldığını, uzun müddətdir ki. narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara və ona bir ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və ona göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. O, və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Sonra dostu Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin cibindən 02 ədəd bükümdəki psixotrop maddə metamfetamini və Samsung markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet. o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 10 gün əvvəl Abşeron rayonu Goradil bağları deyilən yerdə tanımadığı şəxsdən onunla birlikdə 20 manata şəxsi istifadəsi üçün aldığını, uzun müddətdir ki. narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara və Təqsirləndirilən şəxs iki ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və Təqsirləndirilən şəxs göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra iki ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. Təqsirləndirilən şəxs və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus mobil telefonda təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkiliş onlara və hər br iştirakçılara nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı onların və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər Təqsirləndirilən şəxs Şahid3 ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPl-nin 21-ci polis bölnəsində oları zaman onlara qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Nəsimi RPl-nin 21-ci polis bölməsinəgətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun və ya Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun və Təqsirləndirilən şəxs üzərinə yalnız Nəsimi RPİ-nin 21-ci polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsi üzdən tanıyır, kim olduğunu, harada yaşadığını, mobil telefon nömrəsini bilmir. Sadəcə olaraq o, həmin şəxsin narkotik vasitə satdığını bildiyi üçün həmin şəxsə yaxınlaşıb narkotik vasitə almışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01-02); şübhəli şəxsin tutulması haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:40 radələrində CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35-36); şəxsi axtarış və götürmə aparılması haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 56-57); şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx xxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhəri, H.Əliyev prospekti, ev 36/15-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonda kirayədə yaşamış Təqsirləndirilən şəxs, müdafiəçi X11, mütəxəssis (ekspert) X4 iştirakları ilə, Təqsirləndirilən şəxs 06 mart 2024cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin cibindən bir ədəd ağ rənli sellofana və bir ədəd ağ-mavi rəngli kağıza bükülməklə şəffaf yapışqana bükülmüş iki ədəd bükümdə psixotrop maddə olan “patı” aşkar olunaraq götürülmüşdür (i.v. 60-63); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1347 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №189» dairəvi möhür əksi. «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram və 0,406 qram, ümumi təmiz çəkisi 0,767 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə gorə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetamin təmiz çəkisi – 0,767 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,707 qram (i.v. 70-71); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 87); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Qəşəmlinin ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X6 azad olunması qərara alınmışdır (i.v. 101-102); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Qəşəmlinin 08 mart 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 103-104); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Qəşəmlinin təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 125-126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2455 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 129-130); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i.v. 136-137, 141-156); sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,767 qram psixotrop maddə metametaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,707 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona narkotik vasitə heroini satmış şəxslərin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Nəsimi RPİ-nə göndərilmişdir. (i.v. 160-171). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,707 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir, bu səbəbdən onun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, istintaq hərəkəti protokolları, ekspertiza rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı, 17 may 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 17 may 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı, 27 noyabr 2024-cü il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı, 17 may 2024-cü il tarixli hökmü 27 iyun 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 06 mart 2024-cü il tarixdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm çıxarılmazdan əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmiş və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-in 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən Təqsirləndirilən şəxs ilə X3 arasında olan nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində 03 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 17 may 2024cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hazırkı iş üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 17 may 2024-cü il tarixdən hesablansın, hazırkı iş üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1681/2024 saylı cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,707 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar