Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-496/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 29 mart 2025-ci il tarixdə axşam saatlarında tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən kafedə əyləşib spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2la sözlü mübahisə edib söhbətlərini davam etdirmək üçün həmin gün saat 23:30 radələrində kafedən çölə çıxaraq ictimai yer hesab edilən qeyd olunan ünvanın qarşısında ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs2 barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs2 zor tətbiq edib bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vuraraq sonuncuya sağ baldırın qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan xəsarətlər yetirərkən dava-dalaşa müdaxilə edərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 zor təbiq edib üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla sonuncunun qasıq nahiyəsindən qəsdən bir dəfə vuraraq ona xayalıq nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mahir və Tural qardaşları ilə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində kirayədə yaşamışlar. O, Mahir və Tural bir yerdə tikintidə fəhlə işləmişlər. 29 mart 2025-ci il tarixdə saat 18 radələrində işdən evə qayıtdıqdan sonra Turalla spirtli içki qəbul etmişlər. Sonra bayıra çıxıb evə bazarlıq etdikdən sonra yenidən bayıra çıxmışlar. O həmin vaxt Turala bərbərə gedəcəyini demişdir. Tural da ona bayırda işi olduğunu və bir yerdə çıxacaqlarını bildirmişdir. Bundan sonra, o, Tural və Mahir çıxaraq həmin gün saat 23 radələrində 3-cü mikrorayon bazarı ilə üzbəüz yerləşən 5 mərtəbəli binanın zirzəmisində yerləşən «Qalalatı» kafesinə gedərək pivə içmişlər. Kafedə olarkən Tural və Mahirlə mübahisəsi düşmüşdür. Tural ona və Mahirə kafedə səs-küy saldıqlarına görə bayıra çıxmalarını demişdir. Bayırda olarkən Mahir ona sərxoş olduğuna görə danışığını bilmədiyini bildirmişdir. Bundan sonra orada dava düşmüş və əlbəyaxa olmuşlar, lakin sərxoş olduğundan həmin vaxt bıçaqla xəsarət yetirməsini xatırlamır. Belə ki, o həmin vaxtlar üzərində bıçaq gəzdirməmişdir. Daha sonra dostugilə gedərək orada gecələmişdir. Polis tərəfindən tutulacağından qorxduğu üçün bir gün orada qalmışdır. Daha sonra Kürdəmir rayonuna getmək istəmiş, lakin 31 mart 2025-ci il tarixdə polislər onu saxlayıb polis idarəsinə gətirmişlər. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs birlikdə kirayədə qaldıqları şəxs kimi tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Rayonda iş tapa bilmədiyi üçün Bakı şəhərinə gəlmiş, fərdi əməklə məşğul olaraq ustalıq etmişdir. Qardaşı Mahirlə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində kirayədə qalmışlar. “Novruz” bayramında Cahid kirayədə qalmağa yer axtarmış və Xutor qəsəbəsində 400 manata kirayə ev danışmışlar. Orada Cahid, Mahir və bir nəfər də tanışı ilə qalmışlar. Həmçinin o, Mahir və Cahid bir yerdə tikintidə fəhlə işləmişlər. 29 mart 2025-ci il tarixdə saat 18 radələrində işdən evə qayıtdıqdan sonra Cahidlə spirtli içki qəbul etmişlər. Daha sonra o, Cahid və Mahir üçü bir yerdə çıxıb həmin gün saat 23 radələrində 3-cü mikrorayon bazarı ilə üzbəüz yerləşən 5 mərtəbəli binanın zirzəmisində yerləşən «Qalalatı» kafesinə gedərək pivə içmişlər. Orada mobil telefonla danışaraq çölə çıxmış, içəri qayıdanda isə Cahidlə Mahirin mübahisə etdiyini görmüşdür. Onlara sakit olmalarını bildirəndə Cahid onu təhqir etmişdir. Həmin vaxt Cahid sərxoş olmuşdur. O Mahirlə Cahidə bayıra çıxmalarını və gec olduğundan getmək vaxtının çatdığını demişdir. Mahirlə Cahid bayıra çıxmışlar, o da hesabı ödəyərək kafeni tərk etmişdir. Lakin kafenin qabağında Mahirlə Cahidi görməmişdir. Daha sonra kafedən təxminən 50 metr aralıda, avtobus dayanacağının qarşısında Mahirlə Cahidi görmüş və sonuncunun küçədə hündür səslə Mahiri nalayiq ifadələrlə təhqir etməsini görmüşdür. Onlara yaxınlaşan zaman Cahidin əl və ayaq zərbələri ilə Mahiri vurduğunu görmüşdür. Həmin yerə yaxınlaşıb davanın qarısını almaq istəyəndə Cahid cibindən bıçağı çıxararaq onun qasıq nayihəsinə zərbə ilə vurmuşdur. Bıçağın zərbəsindən yerə əyilmiş, həmin vaxt Cahid yolun o biri üzünə keçərək qaçmağa başlamışdır. Mahir ondan qan axdığını görüb təcili yardıma onu aparacığını demişdir. Daha sonra huşunu itirmiş və ayılanda X3 reanimasiya şöbəsində olduğunu bilmişdir. X4 əməliyyat olunmuş və stasionar müalicədə qaldıqdan sonra 01 aprel 2025-ci il tarixdə öz xahişi ilə evə yazılmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs birlikdə kirayədə qaldıqları şəxs kimi tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. “Novruz” bayramında Turalın tanışı Cahid kirayədə qalmağa yer axtarmışdır. Xutor qəsəbəsində 400 manata kirayə ev danışmışlar. Orada o, Cahid və Tural qalmışlar. Həmçinin onlar birlikdə tikintidə fəhlə işləmişlər. 29 mart 2025-ci il tarixdə saat 18 radələrində işdən evə qayıtdıqdan sonra Tural və Cahid spirtli içki qəbul etmişlər. Daha sonra Cahid bərbərə gedəcəyini bildirmişdir. O, Cahid və Tural üçü də evdən çıxaraq həmin gün saat 23 radələrində 3-cü mikrorayon bazarı ilə üzbəüz yerləşən 5 mərtəbəli binanın zirzəmisində yerləşən «Qalalatı» kafesinə gedərək pivə içmişlər. Orada pivə içərkən Tural mobil telefonla danışaraq çölə çıxmışdır. Həmin vaxt kafedə Cahid onunla heç bir səbəb olmadan mübahisə etməyə başlamışdır. Cahid sərxoş olduğundan ona əhəmiyyət verməmişdir. Bu zaman Tural içəri qayıdanda Cahidin onunla mübahisə etdiyini görmüşdür. Tural Cahidə sakit olmasinı bildirəndə sonuncu sakitləşməyərək Turalı da təhqir etmişdir. Tural onlara çölə çıxmalarını və hesabı verib özünün də gələcəyini bildirmişdir. Bayıra çıxdıqdan sonra kafedən aralaşmışlar. Belə ki, Cahid onu tutub dartaraq harasa aparmışdır. Kafedən təxminən 50 metr aralıda, avtobus dayanacağının qarşısında dayanmışlar və Cahid hündür səslə onu təhqir edərək əl və ayaq zərbələri ilə vurmağa başlamışdır. Həmin vaxt Tural onlara aralaşdırmaq üçün yaxınlaşmışdır. Bu zaman Cahid cibindən bıçağı çıxararaq Turalın qasıq nayihəsindən zərbə ilə vurmuşdur. Tural zərbədən yerə əyilmişdir. Həmin vaxt Cahid yolun o biri üzünə keçərək qaçmağa başlamışdır. O Turaldan qan axdığını görüb dərhal təcili yardıma zəng vurmuşdur. Lakin Turalın huşu getmişdir. Təcili yardım avtomobili çox keçmədən gəlmiş və X5 mərkəzə aparmışlar. Tural reanimasiya şöbəsinə yerləşdirilərək X4 əməliyyat olunmuşdur. Cahidlə aralarındakı münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Hal-hazırda şikayətçi olduğunu və Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X6 28 aprel 2025-ci il tarixli 411 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət - xayalıq nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənə bilərdi (115-117). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X6 28 aprel 2025-ci il tarixli 425 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət - sağ baldırın qançırı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvələ əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən törənə bilərdi (i/v 119-121). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində 30 iyun 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 29, 82-84). İş materiallarında olan 01 aprel 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (i/v 55-58). İş materiallarında olan 02 aprel 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (i/v 85-88). İş materiallarında olan 03 aprel 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanı göstərərək 29 mart 2025-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını hadisə yerində əyani olaraq göstərmişdir (i/v 89-92). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan bir ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 146-150). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 09 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 109-110). İş materiallarında olan 10 aprel 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış zamanı havanın qaranlıq olması müşahidə olunur. Avtobus dayanacağının qarşısında bir nəfər şəxsin digər şəxlə dalaşması görünür. Bu zaman kənardan gələnbir nəfər şəxs onların dalaşmasına müdaxilə edərkən həmin dalaşan şəxslərdən birinin əlindəki bıçaqla onları aralaşdırmağa çalışan şəxə hücum etməsi müşahidə olunur. Bu zaman əlində bıçaq olan şəxs digər şəxsə hücum etdikdən sonra yolun hərəkət hissəsini keçərək qaçdığı müşahidə olunur (i/v 112). Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, hal-hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə, zərərçəkmiş şəxsləri, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən yüngül zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 mart 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-496/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə göstərilmiş 27 (iyirmi yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 27 iş saatı üçün 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-496/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-496/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver