Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-497/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, inzibati binada qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 09 aprel 2024-cü il saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun adına istirahət parkında tanış olduğu Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Bavariya” kafesinə gedib orada birlikdə spirtli içki qəbul etdikdən sonra 10 aprel 2024-cü il tarixdə saat 00:10 radələrində birlikdə kafenin qarşısına çıxıb orada Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında olmasından istifadə edərək sonuncunun əynində olan şalvarının arxa sağ cibindən içərisində 170 manat pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 4 manat dəyərində 02 ədəd "xxxx" ASC-yə aid plastik bank kartları olan 5 manat dəyərində pul kisəsini və içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 200 manat dəyərində “SamsungA5” markalı mobil telefonu dartıb çıxarmaqla açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 384 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Heç bir yerdə işləmir, əvvəllər dəfələrlə məhkum olunmuşdur. 2023-cü ilin dekabr ayında şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 23:45 radələrində, Nəsimi rayonu, S.Vurğun bağında olarkən tanımadığı şəxslə rastlaşmışdır, həmin şəxsdən rayona getmək üçün pul istəmişdir. Həmin şəxs sərxoş vəziyyətdə olmuşdur, ona gedib yemək yeməyi təklif etmişdir. Onunla birlikdə yaxınlıqda olan Nəsimi rayonu, Droqal döngəsi 4 saylı ünvanda yerləşən Bavariya adlı kafedə oturub yemək yeyib spirtli içki qəbul etmişdir. Təxminən 5- 10 dəqiqə sonra o, həmin adamın telefonunu və üzərində olan pulunu ələ keçirmək məqsədi ilə onun küçəyə çıxmasını istəmiş və birlikdə küçəyə çıxmışlar. Həmin vaxt artıq vaxt 09 aprel 2024-cü ildən 10 aprel 2024-cü ilə keçmişdir. Saat 00:10 radələri olmuşdur. Söhbət edərkən, həmin şəxsin sərxoş olmasından istifadə edib əlini uzadıb cibindən içərisində pul qabını və mobil telefonu götürərək qaçıb çıxıb getmişdir. Həmin şəxs onu arxasınca çağırsa da, buna məhəl qoymamışdır. Oradan aralandıqdan sonra pul qabının içərisinə baxdıqda 170 manat pul və iki ədəd bank kartı olmasını görmüşdür, həmin pulu götürüb ehtiyacı üçün xərcləmişdir. Bank kartlarını və pul qabını yaxınlıqda xatırlamadığı yerə tullamışdır. Samsung markalı mobil telefonu isə 20 yanvar metrosu yaxınlığında yerləşən telefon mağazasına 30 manata satmışdır. Telefonu satarkən bildirmişdir ki, guya öz telefonudu, lakin üzərində sənəd olmadığı üçün sənədini təqdim etməmiş, sənədsiz satmışdır. Hadisə vaxtı adının sonradan Rəşad olmasını bildiyi şəxsə qarşı zor tətbiq etməmiş, sadəcə əlini cibinə salaraq telefonunu, pul qabısını götürüb qaçmışdır. Hadisəni tək törətmiş, yanında əlavə adam olmamışdır. Telefonun üzərində olan nar nömrəni sındırıb atmışdır. Hadisə zamanı əşyalarını ələ keçirdiyi şəxsə zor tətbiq etməmişdir. Xəsarət yetirməmişdir. Pul qabının içərisindən çıxan iki ədəd "xxxx" kartını tullamışdır. Həmin kartlarda pul olub-olmamasını bilməmişdir, kartlardan istifadə etməmişdir. 17 aprel 2024-cü il tarixdə törətdiyi cinayət əməli ilə bağlı Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İstintaq zamanı pulunu, telefonunu ələ keçirdiyi şəxsin adının Zərərçəkmiş şəxs olmasını bilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, valideynlərinin hər ikisinin rəhmətə getdiyini, qardaşının da məhkum həyatını yaşamasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Neftçala rayonunda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluğu olmamışdır. 09 aprel 2024-cü il tarixdə Bakı şəhərinə usta işləmək üçün gəlmişdir. Həmin gün axşam saat 23:45 radələrində Nəsimi rayonu ərazisində 28 May metrostansiyası yaxınlığında S.Vurğun küçəsində bir nəfər tanımadığı şəxslə rastlaşmışdır. Həmin vaxt o, spirtli içki içmiş və sərxoş halda olmuşdur. Həmin adamla bir qədər oturub söhbət etmişər. Parkda nəyə görə tək oturduğunu soruşmuşdur, həmin şəxs cavabında bidirmişdir ki, rayona getməlidir, amma pulu yoxdur. Sonradan tutulduqdan sonra istintaqda onun adının Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Oııa bir yerdə yeyib-içməyi təklif etmişdir. Onlar yaxınlıqdakı Droqal döngəsi 4 saylı ünvanda yerləşən “Bavariya” kafesinə gedib orada yeyib içmişlər. O, artıq daha da sərxoş olmuşdur. Orada olarkən bir qədər əvvəl tanış olduğu adının sonradan istintaqda Elçin olduğunu bildiyi adam ondan pul istəmişdir ki, rayona gedir, ona pul versin. O da bildirmişdir ki, ona yemək və araq alıb nəyə görə pul verməlidir. Bir qədər sonra bir hər ikisi kafenin qarşısına çıxmışlar. Orada üzbəüz dayanıb söhbət edərkən həmin şəxs əlini şalvarının arxa sağ cibinə atıb içərisində 170 manat və iki ədəd "xxxx" karlı olan pul qabını və “Samsung” markalı mobil telefonunu götürüb qaçmışdır. Bu hadisə olanda saat artıq gecə on ikini keçmiş və 10 aprel 2024-cü il saat 00:10 radələri olmuşdur. O, bir qədər dayanıb gözləmişdir ki, bəlkə əşyalarını gətirib qaytarar. Lakin nəticəsi olmamışdır. Oğurlanan telefonun qiyməti 200 manatdır. Telefonun içərisində olan ***-***-**-** nar mobile nömrəsini 5 manata almışdır. Pul qabı isə adi süni dəri materialdan olmuşdiur. Həmin pul qabını bir neçə ay əvvəl 5 manata almışdır. Kapita.bank kartlarına isə hərəsinə 2 manat olmaqla ümumilikdə 4 manat pul vermişdir. Lakin kartların heç birində pul olmamışdır. Ümumilikdə ona 384 manat maddi ziyan dəymişdir. O, bundan sonra gedib Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə yazıb müraciət etmişdir. Ətraflı izahat vermişdir. Hadisədən təxminən on gün sonra onu Nəsimi rayon polis idarəsinə dəvət etmişlər. Orada ona qarşı soyğunçuluq edən şəxs tanınma üçün təqdim edilmiş və onu tanımışdır. Ərizəsini şöbədə yazarkən hadisədən bir neçə saat keçmişdir. Buna görə də fikrini dəqiq izah edə bilməmişdir. Hadisə onun zərərçəkmiş şəxs qismində ifadəsində göstərdiyim kimi olmuşdur. S.Vurğun parkında tanış olduğu şəxs əlini cibinə keçirib əşyalarını və pulunu götürüb qaçmışdır. Ona qarşı soyğunçuluq edən şəxsin yanında heç kim olmamışdır. Həmin şəxs onun pulunu və əşyalarını ələ keçirərkən tək olmuşdur. Hadisə zamanı onun özü sərxoş olmuşdur. Kafedə onun yanında başqa bir adam da olmuş, lakin onu tanımır. Həmin şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Onun pulunu, telefonunu və digər əşyalarını parkda tanış olduğu Elçin ələ keçirib qaçmışdır. Elçin adlı şəxs əlini onun arxa cibinə salıb pulunu, telefonunu götürüb qaçmışdır. Başqa heç bir hərəkət etməmişdir. Ona zor tətbiq edərək xəsarət yetirməmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); “şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 34); “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 43); “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 53); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-190/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 17 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 68-71); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 72-75, 96-109); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə də dəyişiklik edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1, 180.2.1, 180.2.4, 181, 182 və 326.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, buna aid sənədlərin surəti cinayət işindən ayrılaraq saxlanılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs məkumluğunun ödənilməməsi və ağırlaşdırıcı hal kimi əməlində cinayətlərin residivinin olması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə zərərçəkmiş şəxsin ifadələri, ifadələrinin yerində yoxlanması və tanınma protokolu, hadisə yerinə baxış protokolu və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir (i.v. 129-133); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə” haqqında 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 135). Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs sonuncu hökm olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmə, həmçinin vəkil Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-497/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-497/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver