Məhkəmə qərarları › İş №1(006)-498/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-498/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-498/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə saat təxminən 19-30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 8 Mart döngəsi 9 ünvanında 9 saylı ünvamn qarşısına məişət tullantıları atan zaman həmin ünvanın qarşısından keçən Zərərçəkmiş şəxs ona etirazını bildirib təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq zərbələri ilə qəsdən sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona üst və alt dodağınselikli qişalarının cərrahi tikişə ehtiyacı olan əzilmiş cırılmış yaraları, sol əlin arxa səthində qançır-şişkinliyi, sağ diz oynağı nahiyəsinin qançırıkimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19.04.2021-ci il tarixdə Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Vəzirov küçəsinin kəsişməsində özünə məxsus olan 19.1 kv daş hasarla hörülmüş qarajının boş qalmış yan hissəsini bacısı oğlu Şahid2 ilə birlikdə Nəsimi rayonu, 8 Mart küçəsində yerləşən sökülmüş binanın söküntülərindən yığdıqları daş qırıntıları ilə doldurduqlarını, qarajın yan hissəsini doldurduqdan sonra artıq qalmış daş qırıntılarını yenidən həminki yerinə, yəni Nəsimi rayonu 8 mart küçəsində yerləşən yerə bacısı oğlu ilə birgə atan zaman, həmin tarixdə təxminən saat 20-00 radələrində həmin yerə tanımadığı və ona sonradan məlum olan Zərərçəkmiş şəxs uzaqdan gələ-gələ onların ünvanına nalayiq ifadələrlə söyüş söydüyünü, sonuncu onlara yaxınlaşdıqda ona məxsus olan Mercedes markalı **-CK-*** dövlət nömrə nişanlı avtomaşınının baqaj hissəsini aşağı salaraq nömrə hisssəsinə baxmaq istədikdə ondan nə səbəbə baxdığını soruşmuş, Məhəmməd onun sualıma fikir verməyərək ona yumruq atmağa başlamışdır. Lakin sonuncunun atdığı yumruqların heç biri ona dəyməmiş, bundan sonra Məhəmməd yerdən daş götürüb onu vurmaq istəyərkən bacısıoğlu Tural Məhəmmədin daş tutduğu əlindən və bədənindən tutaraq onu saxlamış və sakitləşdirməyə başlamışdır. Turanın Məhəmmədi sakitləşdirməyə çalışmasına baxmayaraq sonuncu sakitləşməmiş və aralarında olan dartışma nəticəsində onların hər ikisi müvazinətini itirib yerə yıxılmışlar. Bundan sonra daşı onun əlindən alıb qırağa tullamış və bacısıoğlu ilə birlikdə maşına əyləşib oradan uzaqlaşmışlar.Məhəmmədin yerə yıxılarkən xəsarət aldığını bildirmişdir. Özünü təqsirli bilməsə də, hazırda məhkəmə iclasında əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barasində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək və məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, buna görə də, sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X4”nin eksperti Şahid3 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 21-ci PŞ-nin təhqiqatçısı Şahin Fərhadovun 25.04.2021-ci il tarixli qərarına əsasən xx.xx.1957-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertiza müayinəsi olunmuş və müayinə nəticəsində sonuncunun bədənində üst və alt dodağın selikli qişalarının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları, sol əlin arxa səthinin qançırşişkinliyi, sağ diz oynağı nahiyyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlməsini, qərarın təsviri hisəsində göstərilən 19.04.2021-ci il tarixə əmələ gələ bilməsini və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, məhkəmə baxış iclası 15 oktyabr 2021-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Cinayət işinin 15-17-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi Birliyinin 30 aprel 2021-ci il tarixli, 270 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst və alt dodağın selikli qişalarının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları, sol əlin arxa səthinin qançır-şişkinliyi, sağ diz oynağı nahiyyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hisəsində göstərilən 19.04.2021-ci il tarixə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 avqust 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayandır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Göstərilənlərə əsasən, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi.Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili S.D.Səfərova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar