Məhkəmə qərarları › İş №1(006)-5/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-5/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-5/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X11 və onun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Müdafiəçilər “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1987-ci ildə Gürcüstan Respublikası, Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxx 1991-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxx 1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2, X26 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 vasitəsilə tanıdığı X2 qohumu X12 tərəfindən Rusiya Federasiyasından göndərilməli olan 17000 ABŞ dolları pulun adlarına göndərildikdən sonra Azərpoçtun mərkəz filialından qəbul edərək Ülvi Şiraliyevə təhvil verəcəkləri ilə bağlı yalan vəd verib etibarından sui istifadə etməklə aldadaraq 07 may 2022-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanında yerləşən Azərpoçtun mərkəz filialında Ülvi Şiraliyevlə görüşüb sonuncu tərəfindən verilmiş kod əsasında Rusiya Federasiyasından «Zolotoya Korona» təcili pul köçürmə sistemi vasitəsi ilə adına göndərilmiş həmin günün məzənnəsi ilə 7310 manat təşkil edən 4300 ABŞ dolları, Təqsirləndirilən şəxs3 adına göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları, Təqsirləndirilən şəxs2 adına göndərilmiş 6970 manat təşkil edən 4100 ABŞ dolları və İlqar Həsənovun adına göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları pulu Azərpoçtun mərkəz filialından qəbul etdikdən sonra Ülvi Şiraliyevə təhvil verməyib ələ keçirərək ümumilikdə X15 həmin günün məzənnəsi ilə 28900 manat təşkil edən 17000 ABŞ dolları məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 tanışı Zərərçəkmiş şəxs2 onu geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncunu 15000 manat pul müqabilində Mingəçevir şəhər İcra Hakimiyyətində işlə təmin olunması məsələsini həll edəcəyinə inandırıb aldatdıqdan sonra o, cinayətkar niyyətini pərdələmək və özgənin əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək üçün 22 iyun 2022-ci il tarixdə saat 15:43-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 21 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 ilə görüşüb borc müqaviləsi bağlayaraq ilkin olaraq məsələnin həlli üçün verilməli olan 9000 manat pulu və vahid niyyətlə əhatə olunan qəsdlə 23 iyun 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Premier Palace” oteldə Zərərçəkmiş şəxs2 ona çatdırılması üçün həmin otelin işçisi Şahid6 verdiyi 1000 manat pulu orada sonuncudan götürüb ələ keçirmiş və həmin pulları Təqsirləndirilən şəxs4la aralarında bölməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1, X26 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı X2 qohumu X12 tərəfindən Rusiya Federasiyasından göndərilməli olan 17000 ABŞ dolları pulun adlarına göndərildikdən sonra Azərpoçtun mərkəz filialından qəbul edərək Ülvi Şiraliyevə təhvil verəcəkləri ilə bağlı yalan vəd verib etibarından sui istifadə etməklə aldadaraq 07 may 2022-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanında yerləşən Azərpoçtun mərkəz filialında Ülvi Şiraliyevlə görüşüb sonuncu tərəfindən verilmiş kod əsasında Rusiya Federasiyasından «Zolotoya Korona» təcili pul köçürmə sistemi vasitəsi ilə adına göndərilmiş həmin günün məzənnəsi ilə 6970 manat təşkil edən 4100 ABŞ dolları, Təqsirləndirilən şəxs3 adına göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları Təqsirləndirilən şəxs1 adına göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları və İlqar Həsənovun adına göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları pulu Azərpoçtun mərkəz filialından qəbul etdikdən sonra Ülvi Şiraliyevə təhvil verməyib ələ keçirərək ümumilikdə X15 həmin günün məzənnəsi ilə 28900 manat təşkil edən 17000 ABŞ dolları məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2, X26 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 vasitəsilə tanıdığı X2 qohumu X12 tərəfindən Rusiya Federasiyasından göndərilməli olan 17000 ABŞ dolları pulun adlarına göndərildikdən sonra Azərpoçtun mərkəz filialından qəbul edərək Ülvi Şiraliyevə təhvil verəcəkləri ilə bağlı yalan vəd verib etibarından sui istifadə etməklə aldadaraq 07 may 2022-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanında yerləşən Azərpoçtun mərkəz filialında Ülvi Şiraliyevlə görüşüb sonuncu tərəfindən verilmiş kod əsasında Rusiya Federasiyasından «Zolotoya Korona» təcili pul köçürmə sistemi vasitəsi ilə adına göndərilmiş həmin günün məzənnəsi ilə 7310 manat təşkil edən 4300 ABŞ dolları, Təqsirləndirilən şəxs1 adına göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları, Təqsirləndirilən şəxs2 adına göndərilmiş 6970 manat təşkil edən 4100 ABŞ dolları və İlqar Həsənovun adına göndərilmiş 7310 manat təşkil edən 4300 ABŞ dolları pulu Azərpoçtun mərkəz filialından qəbul etdikdən sonra Ülvi Şiraliyevə təhvil verməyib ələ keçirərək ümumilikdə X15 həmin günün məzənnəsi ilə 28900 manat təşkil edən 17000 ABŞ dolları məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs2 geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncunu 15000 manat pul müqabilində Mingəçevir şəhər İcra Hakimiyyətində işlə təmin olunması məsələsini həll edəcəyinə inandırıb aldatdıqdan sonra Təqsirləndirilən şəxs1 cinayətkar niyyətini pərdələmək və özgənin əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək üçün 22 iyun 2022-ci il tarixdə saat 15:43-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 21 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 ilə görüşüb borc müqaviləsi bağlayaraq ilkin olaraq məsələnin həlli üçün verilməli olan 9000 manat pulu və vahid niyyətlə əhatə olunan qəsdlə 23 iyun 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Premier Palace” oteldə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 çatdırılması üçün həmin otelin işçisi Şahid6 verdiyi 1000 manat pulu orada sonuncudan götürüb ələ keçirmiş və həmin pulları Təqsirləndirilən şəxs1la aralarında bölməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxsləri tanımır, onları bir dəfə pul alanda görmüş, bir də məhkəmədə görür. 06 may 2022ci il tarixdə kafedə oturan zaman İlqar Həsənovun, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xaricdən pul göndərilməsi və bunun müqabilində adına pul göndərilən şəxsə 50 manat pul verilməsi ilə bağlı söhbətini eşitmiş, o da bu prosesə qoşulmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və adına gələn 4.300 ABŞ dolları müqabilində ona 50 manat veriləcəyini bildirmişdir. Onun adına pul göndərilmiş və o, 07 may 2022-ci il tarixində “Sahil” metrostansiyası yaxınlığında yerləşən Mərkəzi poçta getmiş, Ülvi Şiraliyev pulu götürmək üçün lazım olan şifrəni ona demiş, o, pulu götürüb Təqsirləndirilən şəxs2 vermiş və sonuncudan ona çatası 50 manat pulu da götürüb oradan çıxıb getmişdir. O, pulu Turala verərkən yanlarında heç kim olmamışdır. Adına göndərilən pulun Təqsirləndirilən şəxs2 qohumunun pulu olduğunu bilmiş, Ülvi Şiraliyevin pulu olduğunu bilməmiş, həmçinin İlqar Həsənov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la pulu götürdükdən sonra özlərində saxlamaları bağlı aralarında əvvəlcədən heç bir razılaşma olmamışdır. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs4 vasitəsilə tanımışdır. Ruslan ona bildirmişdir ki, bir nəfərdən 10.000 manat borc pul götürəcək və həmin pulu rəsmiləşdirmək üçün borc müqaviləsi bağlamaq lazımdır. Lakin özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş və onun şəxsiyyət vəsiqəsi ilə müqavilə bağlamağı xahiş etmiş, ona 1.000 manat verəcəyini demiş, o da razılaşmışdır. 22 iyun 2022-ci il tarixində o, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə 21 saylı notariat kontoruna getmiş, borc müqaviləsi bağlamış və Zərərçəkmiş şəxs2 pulu onlara vermişdir. Təqsirləndirilən şəxs4 nəyə görə borc pul aldığını bilməmişdir. Müqavilə bağladıqları gün Zərərçəkmiş şəxs2 ona 9.000 manat pul vermiş, 1.000 manat pulu isə səhəri gün ünvan 6 ünvanında yerləşən “Premier Palace” adlı oteldə oranın işçisi vasitəsilə vermişdir. O, Zərərçəkmiş şəxs2 götürdüyü 9.000 manat pulu notariat kontorundan çıxdıqdan sonra Təqsirləndirilən şəxs4 vermişdir. Özünün götürdüyü 1.000 manat pulu Zərərçəkmiş şəxs2 qaytarmışdır. Onlar Zərərçəkmiş şəxs2 onu işə düzəldəcəkləri ilə bağlı heç bir vəd verməmiş, pulu borc olaraq götürmüşlər. Daha sonra zərər çəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X16 2022-ci ilin aprel ayından tanışı X6 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs3 2019-cu il tarixdən taksi sürücüsü kimi tanımışdır. X26 və Təqsirləndirilən şəxs1 isə tanımamışdır. 2022-ci ilin aprel ayının sonundan 07 may 2022-ci il tarixə kimi olan müddət ərzində Ülvi təxminən 5-6 dəfə olmaqla hər gün ondan xahiş edərək Rusiya Federasiyasında yaşayan dayısının Azərbaycan Respublikasına göndərəcəyi pulu qəbul etmək üçün onun və tanışlarının adına göndərilməsini xahiş etmişdir. Bunun üçün o, hazırda adlarını xatırlamadığı bir neçə nəfər şəxsə bu barədə demiş və həmin şəxslərin razılığı ilə Rusiya Federasiyasından həmin şəxslərin adlarına müxtəlif məbləğlərdə pul göndərilmiş, həmin şəxslər Ülvi və onunla birlikdə Bakı şəhəri ərazisində yerləşən müxtəlif banklardan həmin pulları çıxarıb onun kimi Ülviyə vermişlər. Ülvi həmin şəxslərə zəhmət haqqı olaraq hər dəfə 10-20 manat arası pul versə də, ona pul verməmiş və növbəti dəfələrdə ona pul verəcəyini bildirmişdir. Bu minvalla Ülvi ilə onun arasında olan razılaşmaya görə Ülvinin artıq ona 2.000 (iki min) ABŞ dolları borcu yaranmış və Ülvi həmin pulu ona verməmişdir. Sonuncu dəfə 07 may 2022-ci il tarixdə Ülvinin tanışı Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun, tanışı Təqsirləndirilən şəxs3 və onun tapdığı daha iki nəfərin adına pul göndərmişdir. O, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mərkəzi Azərpoçt”a getmiş, Ülvi və Nəriman poçtda olmuş və Ülvi onun adına gələn pulu qəbul etmək üçün lazım olan şifrəni ona bildirmişdir. O, adına gələn 4.100 ABŞ dollar pulu qəbul etmiş, digər şəxslər də adlarına gələn pulları çıxartmışlar. Ülvi onlara yaxınlaşıb pulu istəyəndə onlar sonuncudan kim olduğunu, onu tanımadıqlarını, həmin pulun onun dayısının pulu olduğunu bildirmiş və ona verəcəklərini demişlər. Daha sonra Ülvi ondan pulu istəmiş, o da Ülviyə bildirmişdir ki, «çölə çıxaq verərəm». Onlar çölə çıxdıqda Ülvidən ona verməli olduğu 2.000 ABŞ dollar pulu nə üçün vermədiyini soruşmuş, Ülvi də gələn pulların «qara bazar»ın pulu olduğunu demişdir. Pulun kimə məxsus olduğu bilinmədiyi üçün qarışıqlıq düşmüş, bu zaman Nəriman pulun nə pul olduğunu müəyyən etmək polis idarəsinə getməyi təklif etmiş və o, Nəriman və Ülvi polis bölməsinə getmişlər. Bölməyə daxil olmaq istəyərkən Ülvinin getdiyini görmüş, ona görə onlar da bölməyə girməmiş, oradan çıxıb getmişlər. Onlar fikirləşmişlər ki, əgər Ülvi qaçıb gedibsə, deməli pul heç onun da deyil. Ondan sonra nə Ülvi onlara, nə də onlar Ülviyə zəng etməmişlər. Onlar da götürdükləri pulları özlərində saxlamış, heç kimə verməmişlər. Daha sonra qəza keçirtdiyi üçün onun adına göndərilən 4.100 ABŞ dollar pulu öz müalicəsinə və şəxsi ehtiyaclarına xərcləmişdir. Onun digər təqsirləndirilən şəxslər İlqar Həsənov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la pulu götürdükdən sonra Ülvi Şiraliyevə verməməklə bağlı aralarında əvvəlcədən heç bir razılaşma olmamış, eyni zamanda onların heç biri götürdükləri pulu ona verməmiş, hər kəs götürdüyü pulu özündə saxlamışdır. O, ibtidai istintaq dövründə 1500 manat pulu qaytarmış və həmin pul Nəsimi RPİ-nin depozit hesabına qoyulmuşdur. Məhkəmə istintaqı zamanı isə 2300 manat ödəmişdir. Ümumilikdə dəymiş zərərdən 3800 manat ödməişdir. Daha sonra dəymiş zərəri qismən ödədiyini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə axşam saatlarında tanışı X26 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən «Bakı» kinoteatrının yaxınlığında kafedə oturduğu zaman Təqsirləndirilən şəxs2 ona zəng edib bildirmişdir ki, dayısının Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərəcəyi pulu çıxarmaq lazımdır. Tural bunun müqabilində ona 100 (yüz) manat hörmət edəcəyini bildirmişdir. O da Tural ilə razılaşmışdır. O Turalın təklifi barədə İlqar Həsənova demişdir. Sonra Tural ondan vəsiqənin şəklini istəmişdir. İlqar da öz adına pul göndərilməsini istədiyi üçün İlqar və öz şəxsiyyət vəsiqəsini Turala göndərmişdir. Sonra Tural yenidən ona zəng edib səhəri gün saat 11:00-da metronun «Sahil» stansiyasının qarşısında görüşməyi təklif etmişdir. Səhəri gün təxminən saat 11:00-da o, Tural, İlqar və tanımadığı bir nəfər ilə birlikdə metronun «Sahil» stansiyasının qarşısında görüşmüşdür. Onlar birlikdə Mərkəzi Azərpoçta getmişlər. Həmin vaxtı Tural Rusiya Federasiyasından Azərbaycan Respublikasına, yəni onun adına göndərilən pulu qəbul etmək üçün kodu Ülvidən öyrənib ona demişdir. O da həmin poçtda Turalın ona dediyi şifrəni kassada söyləməklə onun adına göndərilən 4.300 (dörd min üç yüz) ABŞ dollar pulu qəbul etmişdir. O pulu götürüb cibinə qoyduqdan sonra Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb həmin pulu ondan istəmişdir. O da Ülvidən kim olmasını soruşmuşdur. Ülvi də cavabında onun az əvvəl poçtdan qəbul etdiyi 4.300 ABŞ dollar pulun sahibi olduğunu demişdir. O da pulun Turalın dayısına məxsus olduğunu demişdir. Bundan sonra Tural, o və İlqar poçtdan çölə çıxmışlar. O Turaldan pulun kimə məxsus olmasını soruşmuş, Tural isə pulun Ülviyə çatmalı olduğunu demişdir. Həmin vaxtı Ülvi bir yerdə əyləşib söhbət etmək üçün «Nərimanov» parkına getməyi təklif etmişdir. Qarşılıqlı razılaşma əldə olunduqdan sonra taksi ilə Tural, Ülvi və o birlikdə «Nərimanov» parkına getmişlər. Orada Ülvinin mobil telefonuna zəng gəlmiş, Ülvi əvvəlcə özü telefonla danışdıqdan sonra telefonu danışmaq üçün Turala vermişdir. O, Ülvi və Turalın telefonda hansı şəxs ilə danışmalarını bilməmişdir. Lakin Ülvi və Tural telefonla danışdıqdan sonra Rusiya Federasiyasından göndərilən pulların «oğru» və «ortalıq» pulu olduğunu bildirmişlər. Bundan sonra qərara almışdırlar ki, yaxınlıqda yerləşən Polis Bölməsinə getsinlər. Bu məqsədlə üçü birlikdə Polis Bölməsinə gedərkən Ülvinin yanlarında olmadığını və məlumat vermədən oradan uzaqlaşmasını görmüşdürlər. Onlar da Ülvi çıxıb getdiyi üçün kimdən şikayət edəcəklərini bilməmiş və bu səbəbdən də polis bölməsinə getməmişlər. Sonra o, Turaldan ayrılıb çıxıb getmiş, götürdüyü pulu da özündə saxlamışdır. O, pulun yiyəsi bilinmədiyi üçün pulu heç kimə verməmiş, pulun kimə məxsus olmasını bildirməsi üçün Turaldan zəng gözləmiş, lakin Turaldan heç bir xəbər çıxmamışdır. Üstündən 3 ay keçmiş və o da pulu xərcləmişdir. Onun pulu ələ keçirməklə bağlı heç kiminlə əvvəlcədən razılaşması olmamış, özünün də əvvəlcədən pulu ələ keçirmək niyyəti olmamışdır. O, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsə 1850 manat ödəmişdir. Daha sonra dəymiş zərəri qismən ödədiyini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 isə təxminən 1 il 6 aydır ki, tanıyır. Şahid3 də əvvəllər Qax rayonuna getdikdə tanımışdır. 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, təcili 10.000 manat pul lazımdır və borc pul tapmağa köməklik etsin, eləcə də, həmin pulu 3-4 ay müddətində geri qaytarmağını da ona bildirmişdir. O da buna görə Şahid3 ilə əlaqə saxlamış, Şahid3 bu işdə köməklik göstərəcəyini bildirmişdir və Gülnar adlı xanımın borca pul verəcəyini qeyd etmişdir. Bundan sonra o, Gülnar adlı xanımla danışmış və 22 iyun 2022-ci il tarixdə saat təxminən 12-13 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən parkda görüşmüşlər, həmin yerə özü ilə Pünhanı da aparmışdır. Daha sonra Pünhan ilə Gülnar 21 saylı notariat ofisinə getmişlər və notarial qaydada Gülnar Pünhana 9.000 manat pulu vermişdir, sabahısı gün də onun iştirakı olmadan Gülnar 1.000 manat pulu Pünhana vermişdir. O, Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə pul almamış, Təqsirləndirilən şəxs1 Gülnardan 10.000 manat pul almışdır, həmin pulu da Pünhan borca almışdır, əvvəllər o, eləcə də, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 tanımamışdır. O, Elnur adlı tanışından Pünhan üçün borca pul tapmağını xahiş etmişdir, həmçinin, borcu qaytardıqda əlavə pul da verəcəklərini bildirmişdir, bundan sonra Gülnar Pünhana pul vermişdir, Təqsirləndirilən şəxs1 həmin məbləğdən ona pul verməmişdir, ümumiyyətlə əvvəlcədən belə razılaşmaları olmamışdır. “Təqsirləndirilən şəxs1 ifadəsində həmin pulu Gülnar ona verməli idi, sadəcə olaraq onun şəxsiyyət vəsiqəsi olmadığı üçün Pünhan həmin pulu Gülnardan almışdır, eləcə də, bunun müqabilində o, Pünhana 500 manat pul təklif etmişdir və Pünhan bununla razılaşmışdır, eləcə də, 9.000 manat pulu müqavilə ilə aldıqdan sonra ona verdiyini, sabahısı gün isə 1.000 manat pulu aldığını və onun razılığı ilə Pünhan 1.000 manat pulu özünə götürdüyünü bildirməsinə” o, qeyd etmişdir ki, Pünhanın bu barədə dedikləri tamamilə yalandır, o, Şahid3 təxminən 3-4 ildir ki, tanıyır, belə ki, 3-4 il bundan əvvəl Qax şəhərinə getdikdə tanımışdır, “Şahid3 ifadəsində güclü əlaqələri olduğunu və əlinin çox yerə çatdığını o, Elnura bildirmişdir” bununla bağlı o qeyd etmişdir ki, Elnurun bu barədə dedikləri tamamilə yalandır, o, Zərərçəkmiş şəxs2 və Pünhandan hər hansı şəkildə pul almamışdır, Elnur ona Zərərçəkmiş şəxs2 işə düzəltməklə bağlı müraciət etmişdir, lakin, iş alınmadığı üçün Elnura bu barədə sonradan bildirmişdir, 10 gün sonra isə Pünhan onun vasitəsilə Gülnardan borca pul almışdır. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X24 ifadəsində göstərmişdir ki, X20 onun əmisi oğludur və hazırda Rusiya Federasiyasın yaşayır. Elvinin əsl adı Mühasibdir. Şahid1 onun bibisi oğludur. Şahid2 həmkəndlisi olduğundan uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs2 2022-ci ilin may ayından tanışı Azadın vasitəsilə tanımışdır. Azadı da təxminən 1 ildirki, tanıyır, anket məlumatlarını bilmir. 06 may 2022-ci il tarixdə əmisi oğlu Elvin onunla əlaqə saxlayaraq Rusiya Federasiyasından «Zolotaya Korona» təcili pul köçürmə sistemi vasitəsilə Azərbaycan Respublikasına, yəni ona 17.000 (on yeddi min) ABŞ dollar pul göndərəcəyini demişdir. Elvinin xahişinə əsasən o, həmin məbləğdə pulu əmisi oğlu Elvinin ailəsinə təhvil verməli imiş. Lakin sonradan Elvin ilə onun arasında olan qarşılıqlı razılaşmaya əsasən həmin pul mənə çatmalı imiş. Belə ki, həmin pul ona məxsus olmuşdur. Lakin qeyd olunan məbləğdə pulun bir nəfər şəxsin adına göndərməyin mümkün olmadığı üçün o, dostu Təqsirləndirilən şəxs2 ona kömək etməsini xahiş etmişdir. Danışığa əsasən birlikdə 07 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən, metronun «Sahil» stansiyasının qarşısında görüşməli imişlər. Pul vəsaitinin çıxarılmasında limit olduğuna görə Turaldan üç nəfər tanışını da gətirməsini xahiş etmişdir. Onun xahişi ilə Tural özünün və tanışlarının, yəni X26, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqələrinin foto şəkillərini «vhatsapp» vasitəsilə ona göndərmişdi. O da həmin vəsiqələrin foto şəkilini əmisi oğlu Elvinə göndərmişdir ki, göndərdiyi pulu ayrı-ayrılıqda həmin şəxslərin adlarına göndərsin. Danışdıqları kimi, yəni 07 may 2022-ci il tarixdə, saat 11:30-da o, bibisi oğlu Rauf və tanışı Nurlan ilə birlikdə ünvan 8 ünvanında yerləşən Mərkəzi Azərpoçtun qarşısına getmişlər. Orada o, Turala zəng etmişdir. Tural hazırda metronun «Sahil» stansiyasının qarşısında olduğunu demişdir. Buna görə Nurlan onları Azərpoçtun qarşısında gözləmiş, Rauf ilə o, Tural və yanında gələn şəxsləri qarşılamağa "xxxx" ASC-nin «Sahil» filialının qarşısına getmişdir. Rauf ilə o, orada Tural, İlqar, Nəriman və Pünhan ilə birlikdə görüşüb, hamısı birlikdə ünvan 8 ünvanında yerləşən Mərkəzi Azərpoçta qayıdıb içəri daxil olmuşlar. Həmin ərəfədə tanışı Azad da Azərpoçta gəlmişdir. Elvin Turalın adına 4100 ABŞ dollar, İlqarın adına 4.300 ABŞ dollar, Nərimanın adına 4.300 ABŞ dollar və Pünhanın adına 4.300 ABŞ dollar olmaqla ümumilikdə 17.000 (on yeddi min) ABŞ dollar pul göndərmişdir. Lakin Elvin pulun çıxarılması üçün vacib olan şifrələri ona göndərmişdir. Birlikdə poçta daxil olduqdan sonra o, şifrələri Tural, İlqar, Nəriman və Pünhana demişdir. Həmin şəxslər hər biri Elvinin onların adlarına göndərmiş olduğu pulları kassadan qəbul edib götürmüşlər. Poçtun içərisində olan zaman həmin şəxslərdən pulu ona təqdim etmələrini xahiş etmişdir. Lakin onlar Turalın vasitəsilə gəldiklərini bildirərək pulu Turala verəcəklərini qeyd etmişilər. Beləliklə Tural, İlqar, Nəriman və Pünhan heç biri Elvinin ona göndərmiş olduğu pulu ona verməmişlər. Söhbət zamanı Tural narahat olmamağını və pulu ona verəcəklərini bildirmişdir. Poçtdan küçəyə çıxdıqda, İlqar poçtun qarşısında onun qoluna girərək polis əməkdaşı olduğunu və guya onların «qara bazar» ilə məşğul olduğunu bildirərək onları Nərimanov rayon Polis İdarəsinə aparacaqlarını bildirmişdir. Həmin vaxtı Nəriman da Turalın əyninidə olan şalvarın kəmərindən tutmuşdur. Hamısı birlikdə "xxxx" ASC istiqamətdə piyada hərəkət etmişlər. Həmin vaxtı İlqar metronun «Sahil» stansiyasının yaxınlığında yoldan keçən, dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli «Azsamand» markalı taksi avtomobili saxlatmışdır. Tural, İlqar, Nəriman və o, həmin taksi avtomobilinə əyləşmişlər. İlqar avtomobildə ön oturacaqda əyləşmişdir. Avtomobil hərəkətə başlamamış İlqar rəislə danışdığını deyərək avtomobili tərk edərək oradan uzaqlaşmışdır. O, isə Tural və Nəriman ilə birlikdə həmin taksi avtomobili ilə Nərimanov RPİ-nin qarşısına yollanmışdır. Polis İdarəsinin qarşısında avtomobili tərk etmişdir. Həmin vaxtı Nəriman Turalın həmin Polis İdarəsində izahatı alındıqdan sonra onu da Polis İdarəsinə dəvət etdəcəyini bildirmişdir. Onun fikri telefonunda qaldığı üçün Tural ilə Nərimanın Polis İdarəsinin inzibati binasına daxil olub-olmamalarını görməmişdir. O isə tək Polis İdarəsinin qarşısında təxminən 3-4 saat gözlədikdən sonra onların gəlmədiklərini görüb Turala zəng etmişdir. Turalın mobil telefonu bağlı olduğu üçün o, həmin şəxslər tərəfindən aldadıldığını başa düşmüş və 07 may 2022-ci il tarixdə, saat 17:03-də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək qeyd olunan şəxslərin ona qarşı dələduzluq etmələri barədə məlumat vermişdir. Azadın Azərpoçta gəlməsinin səbəbi onun xahişi ilə əmisi oğlu Elvinin Azadın adına 4.300 ABŞ dollar pul göndərməsi olmuşdur. Lakin həmin vaxtı ara qarışdığından Azad Azərpoçtda qeyd olunan pulu götürməmiş və sonradan pulu çıxarıb ona vermişdir. Buna görə onun Azaddan heç bir şikayət və tələbi yoxdur. O, Tural, İlqar, Nəriman və Pünhan ilə Azərpoçtun qarşısında söhbət edən zaman bibisi oğlu Rauf, tanışları Nurlan və Nəriman onlardan bir qədər kənarda dayanmışlar. Daha sonra Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanın bir qisminin ödənildiyini, zərərin tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əvvəllər Mingəçevir şəhərində fərdi olaraq əczaçılıqla məşğul olmuşdur. 2022-ci ilin may ayının 1-də əczaçılıq fəaliyyətini yekunlaşdırmış və işsiz qalmışdır. Bu səbəblə də iş axtarmağa başlamışdır. Mingəçevir şəhər icra hakimiyyətində tanış adam işlədiyi üçün o da icra hakimiyyətində işə düzəlmək istəmişdir, belə ki, maraqlandıqda həmin icra hakimiyyətində vakansiya olduğunu da öyrənmişdir. Bundan sonra isə Mingəçevir şəhər icra hakimiyyətində işə düzəlmək üçün maraqlanmağa başlamışdır. X17 onun doğma əmisi qızıdır. Əmisi qızı Ellada Məmmədova evli olmasına baxmaayaraq həm də, Şahid3 ilə sevgilidir. Şahid3 də əmisi qızı Elladanın vasitəsilə tanımışdır. 2022-ci ilin may ayında Şahid3 Mingəçevir şəhərinə Ellada ilə görüşməyə gəlmişdir. O əvvəlcədən Elladaya işə düzəlmək istədiyini bildirmişdir və Ellada da ona bu barədə sevgilisi Elnurun köməklik göstərə biləcəyini söyləmişdir. Həmin vaxt o da Ellada ilə birlikdə Elnur ilə görüşmüşdür. Görüş zamanı icra hakimiyyətində işə düzəlmək istədiyini Elnura bildirmişdir. Elnur da bu barədə ona köməklik göstərə biləcəyini söyləmişdir. Həmin vaxtlarda əvvəlcə Elnur ona bir nəfər şəxs tapdığını və həmin şəxsin onu icra hakimiyyətində işə düzəldə biləcəyini söyləmişdir. Hətta bunun müqabilində o 3000 manat pulu Qax şəhərində Elnura vermişdir, lakin, sonradan iş alınmadığı üçün Elnur kart vasitəsilə ona həmin 3000 manat pulu da geri qaytarmışdır. Buna baxmayaraq Elnur ona yenə də bildirmişdir ki, bu məsələ ilə bağlı yenə maraqlanır və onu işə düzəltmək üçün ayrı bir şəxs tapmışdır. Elnur ona bildirmişdir ki, tapdığı adam yüksək vəzifəli şəxsin sürücüsüdür. Elnur ona bu işin alınacağına əmin saldığı üçün o Elnura inanmışdır. Daha sonra Elnur onu Ruslanla əlaqələndirmiş və Ruslanın ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O Ruslanla telefon vasitəsilə danışdıqda Ruslan ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkından görüşəcəklərinə razılaşmışdırlar. Həmçinin, telefon danışığı zamanı Ruslan ona bildirmişdir ki, bu işin həllinə görə 15.000 manat pul verməlidir və əvvəlcədən 10.000 manatı verilməlidir, eləcə də, Ruslan adlı şəxs ona təklif etmişdir ki, onun rahat olmağı üçün notarial qaydada pulu versin. O da bununla razılaşmışdır. 2022-ci ilin iyun ayının 22-də o Ruslan ilə qeyd etdiyi yerdə saat təxminən 14 radələrində görüşmüş, görüş zamanı yanlarında tanışı Rafiq adlı şəxs də olmuşdur. Söhbət zamanı Ruslan ona bildirmişdir ki, Pünhan adlı tanışı var, Pünhan adlı şəxs yüksək vəzifəli şəxsin sürücüsüdür və onu icra hakimiyyətində işə düzəldə bilər. Bundan sonra Ruslan adlı şəxs həmin yerə qeyd etdiyi Pünhan adlı şəxsi dəvət etmiş və Pünhan adlı şəxs də həmin yerə gəlmişdir. Pünhan adlı şəxs də ona Ruslanın dediyi qaydada vədlər vermişdir. Bundan sonra razılaşdıqları kimi yaxınlıqda yerləşən 21 saylı notariat kontoruna getmişdirlər. Onun 10.000 manat pulu olmadığı üçün həmin məbləği borc almışdır. Belə ki, 6500 manat pulu bacısı Nigarın əri Şahid4, 3000 manatını Şahid3, 500 manatını isə Rafiq adlı tanışından almışdır. Kürəkəni Şahid4 yaxın zamanlarda yaşadığı evi satdığı üçün ona həmin borcu verə bilmişdir. Həmçinin, Şahid3 ona 3000 manatı kart vasitəsilə göndərdiyi üçün o 1000 manat pulu bankomatdan çıxarda bilməmişdir, yəni ki, 2000 manatını çıxarda bilmişdir. Birlikdə 21 saylı notariat kontoruna getmişdirlər və orada kredit müqaviləsi bağlayaraq Pünhan adlı şəxsə 1000 manatı əskik olduğu üçün 9000 manat pul vermişdir. Pünhan adlı şəxsə 1000 manatla bağlı problemi də izah etmişdir və sabahısı gün 1000 manat pulu çatdıracağına söz vermişdir. Sabahısı gün, yəni ki, 23 iyun 2022-ci il tarixdə 1000 manat pulu Pünhanın ona bildirdiyi İnqilab küçəsində yerləşən adını bilmədiyi Otelə apararaq orada onu əlaqələndirdiyi ***-***-**-** saylı mobil nömrənin sahibinə vermişdir. Pünhan ona bildirmişdir ki, o 05 iyul 2022-ci il tarixədək Mingəçevir şəhərində işə düzələcək. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə, eləcə də, aralarında bağlanmış müqavilənin vaxtının bitməsinə baxmayaraq, Pünhan verdiyi vədə əməl etməmiş, yəni ki, onu icra hakimiyyətində işə düzəltməmiş, eləcə də, ondan aldığı ümumilikdə 10.000 manat pulu geri qaytarmamışdır. Pünhan adlı şəxslə dəfələrlə telefon danışığı zamanı Pünhan ona bildirmişdir ki, guya o, Pünhana borc pul vermişdir, lakin Pünhanın dedikləri tamamilə yalandır. Pünhan məsuliyyətdən yaxa qurtarmaq üçün belə bir uydurmalar söyləyir. Bundan başqa o verilən suallara cavab olaraq bildirmişdir ki, onu işə düzəltmək üçün əvvəlcə Ruslan ona vəd vermiş, sonradan Ruslanın tanış etdiyi Pünhan da ona eyni vədləri vermiş, bundan sonra o, 10.000 manat pulu bu səbəblə Pünhana vermişdir, eləcə də, pulu Pünhana verməsini Ruslan istəmişdir. Daha sonra ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X24 və X20 onun dayısı oğludur, Elvin Ülvinin əmisi oğludur və hazırda Rusiya Federasiyasında yaşayır. Elvinin əsl adı Mühasibdir. Muradov X22 tanışıdır. 07 may 2022ci il tarixdə, təxminən saat 11 radələrində o, Ülvinin xahişi ilə, Ülvi və Şahid2 ilə birlikdə ona məxsus «Priora» markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 8 ünvanında yerləşən Mərkəzi Azərpoçtun qarşısına getmişdirlər. Orada Ülvi istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 zəng etmişdir. Tural hazırda metronun «Sahil» stansiyasının qarşısında olduğunu demişdir. Buna görə Nurlan Azərpoçtun qarşısında gözləmiş, Ülvi ilə o, Tural və yanında gələn şəxsləri qarşılamağa "xxxx" ASC-nin «Sahil» filialının qarşısına getmişlər. Ülvi ilə o istintaq zamanı adlarını bildiyi Təqsirləndirilən şəxs2, X26, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Mərkəzi Azərpoçta qayıtmışdırlar və birlikdə içəri daxil olmuşlar. Həmin ərəfədə Ülvinin tanışı Azad da Azərpoçta gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Ülvinin əmisi oğlu Elvin (Müxasib) Rusiya Federasiyasından Turalın adına 4.100 ABŞ dolları, İlqarın adına 4.300 ABŞ dolları, Nərimanın adına 4.300 ABŞ dolları və Pünhanın adına 4.300 ABŞ dolları olmaqla ümumilikdə 17.000 (on yeddi min) ABŞ dolları pul göndərmişdir. Lakin Elvin pulun çıxarılması üçün vacib olan şifrələri Ülviyə göndərmişdir. Poçtda Ülvi həmin şifrələri Tural, İlqar, Nəriman və Pünhana demişdir. Həmin şəxslər hər biri adlarına göndərilmiş olduğu pulları kassadan qəbul edib götürmüşlər. Poçtun içərisində olan zaman Ülvi həmin şəxslərdən pulu təqdim etmələrini xahiş etmişdir. Lakin həmin şəxslər Turalın vasitəsilə gəldiklərini bildirərək pulu Turala verəcəklərini qeyd etmişdirlər. Beləliklə Tural, İlqar, Nəriman və Pünhan heç biri Ülvinin əmisi oğlunun Ülviyə göndərmiş olduğu pulu Ülviyə verməmişlər. Söhbət zamanı Tural narahat olmamağını və pulu ona verəcəklərini bildirmişdir. Poçtdan küçəyə çıxdıqda, İlqar poçtun qarşısında Ülvinin qoluna girərək polis əməkdaşı olduğunu və «qara bazar» ilə məşğul olduqlarını bildirərək Ülvini Nərimanov rayon Polis İdarəsinə aparacaqlarını bildirmişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra Ülvi, Tural, İlqar, Nəriman və Pünhan ilə birlikdə oradan piyada bir qədər uzaqlaşmışlar. Sonradan o həmin şəxslərin hansı istiqamətə getdiklərini görməmişdir. Həmin vaxtı o orada Ülvinin tanışı olan Azad adlı şəxs və Nurlan ilə birlikdə qalmışdır. Bundan bir qədər sonra Ülvi Nurlana zəng edib Nərimanov RPİ-nin qarşısında olduğunu deyib onu və Nurlanı oraya çağırmışdır. O da Azad və Nurlan ilə birlikdə oraya gedib Ülvi ilə görüşmüşlər. Ülvi həmin vaxtı qeyd etdiyi şəxslərdən iki nəfərin Polis İdarəsində olduğunu bildirmişdir, lakin bir qədər orada gözəlidkdən sonra məlum olmuşdur ki, həmin şəxslər Polis İdarəsinin inzibati binasına daxil olmamışlar. Beləliklə həmin şəxslər Ülvinin əmisi oğlunun Rusiya Fderasiyasından Azərbaycan Respublikasına Ülvi üçün göndərdiyi ümumilikdə 17.000 ABŞ dollar pulu ələ keçirmişlər. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Rusiya Federasiyasında yaşayan dayısı oğlu Elvin Şirəliyev 2022-ci ilin aprel ayında onun adına 4.900 ABŞ dollar pul göndərmiş və Ülviyə verməyini demişdir. O da həmin pulu kassadan götürüb tam şəkildə Ülviyə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X24 onun tanışıdır, 2008-ci il tarixdən tanıyır. Aralarında dostluq münasibətləri vardır. 2022-ci ilin aprel və may aylarında Ülvi ondan xahiş etmişdir ki, Rusiya Federasiyasında yaşayan, adını bilmədiyi əmisi oğlu onun adına pul göndərsin, o da pulu Ülviyə versin. Aralarında olan dostluq münasibətlərinə görə o Ülvi ilə razılaşmışdır. Bunun üçün Ülvi onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkib «vhatsapp» vasitəsilə əmisi oğluna göndərmiş, bundan sonra Rusiya Fderasiyasından 2022-ci ilin aprel ayında onun adına 4300 ABŞ dollar, 2022-ci ilin may ayının əvvəlində isə onun adına 4.900 ABŞ dolllar pul göndərilmişdir. O da 2022-ci ilin aprel ayında Ülvi ilə birlikdə gedib, Mərdəkan qəsəbəsində yerləşən "xxxx" ASC-dən onun adına gələn pulu götürüb tam şəkildə Ülviyə vermişdir. 2022-ci ilin may ayının əvvəlində onun adına gələn pulu götürmək üçün X33 ilə birlikdə gedib, o, kassadan pulu götürüb tam şəkildə Ülviyə vermişdir. Lakin Ülvi bunun müqabilində ona hər-hansı bir məbləğdə pul verməmişdir. O, bunu təmənnasız olaraq Ülvi ilə aralarında olan dostluq münasibətlərinə əsasən etmişdir. 07 may 2022-ci il tarixdə, təxminən saat 11 radələrində o, Ülvinin xahişi ilə Ülvi və sonuncunun bibisi oğlu Şahid1 ilə birlikdə Raufa məxsus «Priora» markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 8 ünvanında yerləşən Mərkəzi Azərpoçtun qarşısına getmişdir. Orada Ülvi istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 zəng etmişdir. Tural hazırda metronun «Sahil» stansiyasının qarşısında olduğunu demişdir. Buna görə o, Azərpoçtun qarşısında gözləmişdir, Rauf ilə Ülvi Tural və yanında gələn şəxsləri qarşılamağa "xxxx" ASC-nin «Sahil» filialının qarşısına getmişdir. Bir neçə dəqiqədən sonra Ülvi və Rauf ilə birlikdə istintaq zamanı adlarını bildiyi Təqsirləndirilən şəxs2, X26, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Mərkəzi Azərpoçta qayıtmış və birlikdə içəri daxil olmuşlar. Həmin ərəfədə Ülvinin tanışı Azad da Azərpoçta gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Ülvinin əmisi oğlu Rusiya Federasiyasından Turalın adına 4.100 ABŞ dolları, İlqarın adına 4.300 ABŞ dolları, Nərimanın adına 4.300 ABŞ dolları və Pünhanın adına 4.300 ABŞ dolları olmaqla ümumilikdə 17.000 (on yeddi min) ABŞ dolları pul göndərmişdir. Elvin pulun çıxarılması üçün vacib olan şifrələri Ülviyə göndərmişdir. Poçtda Ülvi həmin şifrələri Tural, İlqar, Nəriman və Pünhana demişdir. Həmin şəxslər hər biri öz adlarına göndərmiş olduğu pulları kassadan qəbul edib götürmüşlər. Poçtun içərisində olan zaman Ülvi həmin şəxslərdən pulu təqdim etmələrini xahiş etmişdir. Həmin şəxslər Turalın vasitəsilə gəldiklərini bildirərək pulu Turala verəcəklərini qeyd etmişlər. Beləliklə Tural, İlqar, Nəriman və Pünhan heç biri Ülvinin əmisi oğlunun Ülviyə göndərmiş olduğu pulu Ülviyə verməmişlər. Söhbət zamanı Tural narahat olmamağını və pulu verəcəklərini bildirmişdir. Poçtdan küçəyə çıxdıqda, İlqar poçtun qarşısında Ülvinin qoluna girərək polis əməkdaşı olduğunu və «qara bazar» ilə məşğul olduqlarını bildirərək Ülvini Nərimanov rayon Polis İdarəsinə aparacaqlarını bildirmişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra Ülvi Tural, İlqar, Nəriman və Pünhan ilə birlikdə oradan piyada bir qədər uzaqlaşmış, sonradan o, həmin şəxslərin hansı istiqamətə getdiklərini görməmişdir. Həmin vaxtı o orada Azad və Rauf ilə birlikdə qalmışdır. Bundan bir qədər sonra Ülvi ona zəng edib Nərimanov RPİ-nin qarşısında olduğunu deyib oraya çağırmışdır. O da Azad və Rauf ilə birlikdə oraya gedib Ülvi ilə görüşmüşdür. Ülvi həmin vaxtı qeyd etdiyi şəxsdən iki nəfərin Polis İdarəsində olduğunu bildirmişdir, lakin onlar bir qədər orada gözəlidkdən sonra məlum olmuşdur ki, həmin şəxslər Polis İdarəsinin inzibati binasına daxil olmamışlar. Beləliklə həmin şəxslər Ülvinin əmisi oğlunun Rusiya Fderasiyasından Azərbaycan Respublikasına Ülvi üçün göndərdiyi ümumilikdə 17.000 ABŞ dollar pulu ələ keçirmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2 il olar ki, tanıyır. Aralarında dostluq münasibəti vardır. Gülnar Mingəçevir şəhərində aptek işlədirdi. Sonradan isə Gülnar apteki bağlamışdır. Gülnar işsiz qalmış və bir neçə dəfə söhbət əsnasında İcra Hakimiyyətində işə düzəlmək istədiyini bildirmişdir. 2022-ci ilin iyun ayında Gülnar ondan İcra Hakimiyyətində işə düzəlmək üçün kömək istəmişdir. O, 2015-ci ildə təsadüf olaraq Ruslan adlı şəxslə tanış olmuşdur. Ruslanla sadəcə telefonla ünsiyyətləri olmuşdur. Ruslan ilə heç bir yaxın dostluq əlaqəsi olmamışdır. Tanışlıqları zamanı Ruslan əlaqələrinin güclü olduğunu, əlinin çox yerə çatdığını bildirmişdir. Gülnar işi ilə bağlı ona müraciət edəndə ağlına Ruslan gəlmişdir. Ruslanla əlaqə saxlayıb Gülnarın işi ilə bağlı danışmışdır. Ruslan bu işi görə biləcəyini öhdəsinə götürdükdə Gülnara Ruslanın nömrəsini vermişdir. Həmçinin, Gülnar kömək etməyi təkid etdiyi üçün Ruslanla danışmış və Gülnara bu işlərdə diqqətli olmasını, Gülnarın özünün bu məsələyə ciddi yanaşmasını, onun bu işlərdən uzaq olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Gülnar Ruslanla görüşüb Ruslanın məsləhət bildiyi Pünhan adlı şəxsə notarius vasitəsilə 9000 manat, sabahısı gün isə 1000 manat pul verib. Pünhan isə öhdəsinə götürdüyü işi icra etməyib. Gülnara səbrli olmasını, həmin şəxslərin dələduzluğunu sübuta yetirmək üçün əlində səs yazıları əldə etməyini də demişdir. Gülnara yalnız köməklik etmək niyyəti olmuşdur. Ruslan adlı şəxsi yaxından tanımır. Pünhanı isə ümumiyyətlə tanımır. Həmçinin o, verilən suallara cavab olaraq bildirmişdir ki, Gülnar özü ondan təkidlə xahiş edərək, işə düzəlməsində köməklik göstərməyini ondan istəmişdir, bundan sonra o, tanışı Ruslana müraciət etmişdir, Ruslan bu işi 15 000 manata düzələ biləcəyini dedikdə, Gülnara pulu tam şəkildə verməməyi, Gülnarın özünün məsləhət bildiyi halda pulu verməyini, onu pul işlərinə qatmamağını demişdir, Gülnarı Ruslanla işə düzəlməsindən ötrü tanış etmişdir, Gülnar təkidlə özü ondan kömək istəmiş, Gülnarı köməklik etmək məqsədilə Ruslanla tanış etmişdir, Təqsirləndirilən şəxs4 Pünhan adlı şəxsi hansısa vəzifəli şəxsin sürücüsü kimi Gülnara təqdim etmişdir, pulu da Gülnar Pünhana vermişdir, lakin onun fikrincə Ruslan və Pünhan əlbir olaraq Gülnardan pulu aldıqdan sonra öz aralarında bölmüşdürlər və öz şəxsi ehtiyaclarına xərclədikləri üçün həmin pulu Ruslan və Pünhan geri qaytarmamışdır. O, 3000 manat pulu Gülnara ona görə vermişdir ki, Ruslan adlı şəxs ona və Gülnara Gülnarı işə düzəltməyə vəd verdiyi üçün Gülnar Bakı şəhərinə pulu vermək üçün getmişdir, həmin vaxt Gülnar bankdan pulu çıxarda bilmədiyi üçün ondan 3000 manat borc istəmişdir, o da Gülnarın kartına 3000 manat pulu göndərmişdir, o, Zərərçəkmiş şəxs2 işə düzəltdikdə və ya işə düzəltdikdən sonra Zərərçəkmiş şəxs2 ona hər hansı məbləğdə pul verməsi ilə bağlı əvvəlcədən razılaşmamışlar, o, Gülnara tanışı olduğu üçün kömək etmək məqsədilə Ruslanla tanış edərək, həqiqətəndə işə düzəlməyini heç bir maddi marağı olmadan istəmişdir, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi, Zərərçəkmiş şəxs2 10.000 manat pulu borca alması tamamilə yalandır, Pünhan həmin pulu Ruslan ilə əlbir olaraq işə düzəltmək adı ilə yalandan vəd verərək almışdır, belə ki, o, sonradan Pünhan ilə bu barədə danışmış, həmin danışıqlar zamanı o, təkidlə bildirmişdir ki, işə düzəltmək adı ilə Gülnardan pul almısınız, Pünhan isə bunu inkar etmir, lakin, səsinin yazılmasından ehtiyat edərək bu barədə ətraflı danışmır, Təqsirləndirilən şəxs4 ifadəsində bildirməsinə görə ümumiyyətlə Gülnardan pul almaması, pulu Gülnardan tanışı Təqsirləndirilən şəxs1 borca alması tamamilə yalandır, belə ki, Gülnarı işə düzəltmək üçün o, Ruslan ilə danışmışdır, Ruslan da ona bildirmişdir ki, Gülnarı işə düzəldə biləcək, bununla bağlı yaxşı tanışları var, əli hər yerə girir, bundan sonra o, Ruslanın nömrəsini Gülnara vermişdir, Gülnar da Bakı şəhərinə gələrək Ruslan və Pünhan ilə görüşmüş, pulu həmin şəxslərə işə düzəltmək üçün vermişdir. Ruslan və Pünhan məsuliyyətdən yaxa qurtarmaq üçün yalandan 10.000 manat pulun borc yolu ilə verildiyini bildirirlər, lakin Ruslan və Pünhanın dedikləri tamamilə yalandır, həmin şəxslər əlbir olaraq, Gülnardan 10.000 manat pulu icra hakimiyyətində işə düzəltmək adı ilə almışdırlar və aldıqları pulu geri qaytarmamışdırlar. Pünhan və Ruslan tərəfindən ona hər hansı vəd verilməmiş və ya sonradan da hər hansı pul verilməmişdir, əksinə o, Zərərçəkmiş şəxs2 işə düzəlməsi üçün Ruslan və Pünhana verilməsindən ötrü 3000 manat borca pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 həyat yoldaşı Nigarın bacısı olmaqla onun qohumudur. O, 2022-ci ilin may ayında saxlaması üçün Gülnara 6500 manat pul vermişdir. 2022-ci ilin iyun ayının sonlarında Gülnar ona bildirmişdir ki, onun 6500 manat pulunu icra hakimiyyətində işə düzəlməsi üçün kiməsə vermişdir, həmin şəxslər də, Gülnarı aldadıb və onun pulunu da sonradan verəcək. Onun bu səbəblə Gülnarla aralarında soyuqluq yaranmışdır. Sonradan həmin şəxslər Gülnarın pulunu geri qaytarmasa da, Gülnar ona məxsus olan pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 onun verdiyi 6500 manat pulu işə düzəltmək üçün kiməsə vermiş, lakin iş alınmamış, eləcə də, pul geri qayıtmamışdır, Zərərçəkmiş şəxs2 heç bir şikayəti yoxdur, Gülnar onun pulunu geri qaytarmışdır. Ona görə də hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 ilə əvvəllər iş yoldaşı olmuş və bu səbəblə tanışlığı var. 2022-ci ilin iyun ayında Gülnar ona zəng edərək, bir nəfərin Gülnarı icra hakimiyyətində işə düzəldə biləcəyini söz verdiyini, bunun müqabilində 10.000 manat pul istədiyini bildirmişdir. Pulu verən zaman tək olmasın deyə onun da yanında olmağını istədiyini Gülnar ona bildirmiş, o da buna etiraz etməmişdir. O, Gülnarla birlikdə 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov parkında Ruslan ilə görüşmüşdür. Həmin vaxt Ruslan bildirmişdir ki, Pünhan da gələcək və Pünhan vəzifəli şəxsin sürücüsüdür. Bundan sonra həmin yerə Pünhan da gəlmişdir. Daha sonra o, Ruslan, Pünhan və Gülnar yaxınlıqda yerləşən 21 saylı notariat kontoruna getmişlər. Gülnar həmin vaxt Pünhana 10.000 manat pul verməli idi. Lakin, bankda problem olduğu üçün Gülnarın 3500 manat pulu çatmırdı. Bundan sonra Gülnar ondan borc pul isəmiş və o da 500 manat olduğu üçün Gülnara 500 manat borca pul vermişdir. Daha sonra isə Gülnar Elnur adlı tanışı ilə danışmış və Elnur rayondan Gülnarın kartına 3000 manat göndərmişdir. Lakin, Gülnar həmin puldan 2000 manat çıxarda bildiyi üçün ümumilikdə 9.000 manat pul düzəldə bilmişdir. Bundan sonra notariat kontoruna daxil olmuşlar və Gülnar notarial qaydada 9.000 manat pulu Pünhana vermişdir, 1000 manat pulu isə sabahısı gün verəcəyini qeyd etmişdir. Sabahısı gün Gülnar Nəsimi rayon ərazisində yerləşən otelə getmiş və 1.000 manat pulu Pünhanın xahişi ilə oteldə işləyən ofisianta Pünhana çatdırması üçün vermişdir. Sonradan isə Gülnar ona bildirmişdir ki, Pünhan və Ruslan Gülnarı aldatmış və 10.000 manat pulu da geri qaytarmamışlar. Həmçinin, verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 500 manat pulu işə düzəlməsi üçün Ruslan və Pünhan adlı şəxslərə verməsindən ötrü vermişdir, Ruslan və Pünhan adlı şəxslər Gülnarı işə düzəltməsindən ötrü verdikləri vədə görə Gülnar 10.000 manat pulu həmin şəxslərə vermişdir, “Təqsirləndirilən şəxs1 ifadəsində həmin pulu Ruslanın istəməsinə görə aldığını, ümumiyyətlə işə düzəlmək söhbətindən məlumatının olmadığını bildirməsinə” o, bildirmişdir ki, Pünhanın bu barədə dedikləri tamamilə yalandır, belə ki, 9.000 manat pulu verdikdə o, Pünhan və Ruslanın hər ikisindən Gülnarı işə düzəltməkləri ilə bağlı soruşmuş və hər iki şəxs işin tez bir zamanda həll olacağını və heç bir narahatçılığın olmayacağını da qeyd etmişlər. “Təqsirləndirilən şəxs4 işə düzəltmək adı ilə və ya başqa səbəblə heç kimdən pul almaması, pulu Pünhana Gülnar tərəfindən borc verilməsi”nə isə o bildirmişdir ki, Ruslanın bu barədə dedikləri tamamilə yalandır, belə ki, 9.000 manat pul verildikdə o da orada olmuşdur və pul Pünhana verilsə də, həm Pünhan, həm də Ruslan ilə bu barədə danışmış, hər iki şəxs bildirmişdir ki, pul işə düzəlmək üçün alınır və hansısa vəzifəli şəxsə çatacaq. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. 2022-ci ilin yay aylarında 3 ay müddətində ünvan 9 ünvanında yerləşən “Premier Palace” adlı oteldə ofisiant işləmişdir. 23 iyun 2022-ci il tarixdə işdə olan zaman 302 nömrəli otaqda müştəri olan sonradan adını bildiyi Pünhan adlı şəxs otelin qeydiyyat şöbəsinə zəng edərək ofisiant tələb etdiyini bildirmişdir. O, həmin otağa yaxınlaşmış, Pünhan adlı şəxs ona bildirmişdir ki, bir nəfər qadın tanışı otelin qarşısına gələcək və Pünhanın özünə çatması üçün ona pul verəcək, o da həmin pulu Pünhana aparıb verəcək. O, Pünhan müştəri olduğuna görə razılaşmışdır. Bundan sonra Pünhan ona ***-***-**-** saylı mobil nömrəni verərək, əlaqə saxlamağını və mobil nömrənin sahibinin də Gülnar adlı qadın olduğunu bildirmişdir. Bundan sonra o Gülnar adlı qadınla həmin mobil nömrəyə zəng edərək əlaqə saxlamışdır. Gülnar adlı qadın özünün otelə gələcəyini bildirmişdir. Bundan sonra təxminən saat 15 radələrində Gülnar adlı qadın otelə gəlmiş və otelin girişində görüşmüşlər. Gülnar adlı qadın Pünhana çatdırmağı üçün ona 1000 manat pulu vermişdir. Bundan sonra isə Gülnar oteli tərk edərək getmişdir. O da öz növbəsində 1000 manat pulu otelin 302 nömrəli otağında olan Pünhan adlı müştəriyə çatdırmışdır. Pünhan adlı şəxs Gülnar adlı şəxsdən 1000 manat pulu hansı səbəbə almağı barədə ona heç bir şey deməmişdir, eləcə də, Gülnar adlı şəxs Pünhan adlı şəxsə pulu hansı səbəbə verməyi barədə ona hər hansı məlumat verməmişdir. Pünhan adlı şəxs həmin puldan ona hər hansı məbləğ verməmişdir, Gülnar adlı şəxs pulu ona verdikdə ətrafda və yaxınlıqda tanımadığı Gülnarın tanışı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.146); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.171); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild İİ, i.v.240- 241); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.242-243); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.79-80); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild İ, i.v.112-113); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v.114-115); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq sonuncu nömrə altında davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.136-138); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.146); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.136); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild İİ, i.v.212- 213); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.214-215); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.146); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.254- 255); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild İİİ, i.v.8-9); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİİ, i.v.10-11); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.146); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİİ cild, i.v.108- 109); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild İİİ, i.v.145-147); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİİ, i.v.148-149); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, zərərçəkmiş şəxs X24 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir (İİ cild, i.v.19-21); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs4 üzünə qarşı bildirmişdir (İİİ cild, i.v.121-123); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs X24 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişdir (İİ cild, i.v.95-101); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs X24 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir (İİ cild, i.v.144-150); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs X24 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir (İİ cild, i.v.179-185); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir (İ cild, i.v.119-121); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs4 üzünə qarşı bildirmişdir (İİİ cild, i.v.161-163); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 4300 dolları Təqsirləndirilən şəxs2 verməsini görmədiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir (İİ cild, i.v.267-272); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 üzlərinə qarşı bildirmişdir (İİİ cild, i.v.158- 160); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs4 üzünə qarşı bildirmişdir (İİİ cild, i.v.161-163); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir (İİİ cild, i.v.164-165); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs4 üzünə qarşı bildirmişdir (İİİ cild, i.v.166-168); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs1 oğlunun üzünə qarşı bildirmişdir (İİİ cild, i.v.169-170); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında olan səs yazılarını əks etdirən 01 ədəd CD diskə Şahid3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, aralarında 2 dəfə telefon danışığı öz əksini tapmışdır. Belə ki, 1-ci səs yazısında Şahid3 danışıq zamanı Pünhan adlı şəxsdən soruşur ki, pul ilə bağlı nə xəbər var?, Ruslan deyib ki, pul qayıdacaq, Pünhan bildirir ki, görüşəcəm Ruslan ilə birazdan, bir iki gün çəkəcək, Elnur bildirir ki, ayın 20-nə demişdiniz, Pünhan bildirir ki, çox demirəm ki, 1-2 gün, Elnur bildirir ki, bu düzəlmədisə pulu qaytarın, Pünhan bildirir ki, bildim başa düşdüm, nə deyirəm ki, 1-2 gün səbirli ol həll edəcəm, birazdan Ruslan ilə görüşəcəm. 2-ci səs yazısında isə Elnur bildirir ki, xanım razı olsa Bakıya işə düzəltmək olarmı?, Pünhan bildirir ki, o məndən şikayət edib, mənim başımı ağrıtmaq istəyir, Elnur bildirir ki, şikayət etməyib heç yerə, Pünhan bildirir ki, mən borc müqaviləsi yazdırmışam, nə istəyir eləsin, pulunu da qaytaracam, Elnur bildirir ki, mən Gülnarı şikayət etməyə qoymamışam, Ruslan deyib ki, ayın 20-ni gözlə, Pünhan yenidən bildirir ki, nə bilir eləsin, Pünhan bildirir ki, Ruslana zəng çatmır, Elnur bildirir ki, mən qız deyiləm ki, sən mənə deyirsən ki, borc almışam, Pünhan bildirir ki, başa düşdüm, Elnur bildirir ki, sən o adamdan pulu niyə götürə bilmirsən, Pünhan bildirir ki, Ruslanla görüşəcəm deyəcəm səni yığsın, Elnur bildirir ki, əmələ gəlmirsə mən Gülnarı razı salım, heç yerə şikayət etməsin, Gülnar bu qədər pulu işə düzəlməyə görə verib, heç olmasa Bakıya düzəlt Gülnarı, sənin əlindən gəlir də düzəlt Bakıya, Pünhan bildirir ki, yığacam səni danışarıq. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, səs yazıları telefon danışığı zamanı Pünhan ilə onun arasında olmuşdur, həmin danışıqlar Gülnarın verdiyi 10.000 manat pulu geri qaytarmaq və ya Gülnarı işə düzəltmək üçün Pünhan ilə arasında olan danışıqlardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 isə səs yazılarının Şahid3 ilə öz arasında olmasını təsdiqləmişdir (İİİ cild, i.v.88); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında olan səs yazılarını əks etdirən 01 ədəd CD diskə Şahid3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, aralarında 2 dəfə telefon danışığı öz əksini tapmışdır. Belə ki, 1-ci səs yazısında Şahid3 danışıq zamanı Pünhan adlı şəxsdən soruşur ki, pul ilə bağlı nə xəbər var?, Ruslan deyib ki, pul qayıdacaq, Pünhan bildirir ki, görüşəcəm Ruslan ilə birazdan, bir iki gün çəkəcək, Elnur bildirir ki, ayın 20-nə demişdiniz, Pünhan bildirir ki, çox demirəm ki, 1-2 gün, Elnur bildirir ki, bu düzəlmədisə pulu qaytarın, Pünhan bildirir ki, bildim başa düşdüm, nə deyirəm ki, 1-2 gün səbirli ol həll edəcəm, birazdan Ruslan ilə görüşəcəm. 2-ci səs yazısında isə Elnur bildirir ki, xanım razı olsa Bakıya işə düzəltmək olarmı?, Pünhan bildirir ki, o məndən şikayət edib, mənim başımı ağrıtmaq istəyir, Elnur bildirir ki, şikayət etməyib heç yerə, Pünhan bildirir ki, mən borc müqaviləsi yazdırmışam, nə istəyir eləsin, pulunu da qaytaracam, Elnur bildirir ki, mən Gülnarı şikayət etməyə qoymamışam, Ruslan deyib ki, ayın 20-ni gözlə, Pünhan yenidən bildirir ki, nə bilir eləsin, Pünhan bildirir ki, Ruslana zəng çatmır, Elnur bildirir ki, mən qız deyiləm ki, sən mənə deyirsən ki, borc almışam, Pünhan bildirir ki, başa düşdüm, Elnur bildirir ki, sən o adamdan pulu niyə götürə bilmirsən, Pünhan bildirir ki, Ruslanla görüşəcəm deyəcəm səni yığsın, Elnur bildirir ki, əmələ gəlmirsə mən Gülnarı razı salım, heç yerə şikayət etməsin, Gülnar bu qədər pulu işə düzəlməyə görə verib, heç olmasa Bakıya düzəlt Gülnarı, sənin əlindən gəlir də düzəlt Bakıya, Pünhan bildirir ki, yığacam səni danışarıq. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, səs yazıları telefon danışığı zamanı Pünhan ilə onun arasında olmuşdur, həmin danışıqlar Gülnarın verdiyi 10.000 manat pulu geri qaytarmaq və ya Gülnarı işə düzəltmək üçün Pünhan ilə arasında olan danışıqlardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 isə səs yazılarının Şahid3 ilə öz arasında olmasını təsdiqləmişdir (İİİ cild, i.v.93); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 məxsus “Samsung A31” markalı mobil telefona baxış zamanı mobil telefonun “Whatsapp” bölməsinə daxil olunduqda, həmin bölmədə Şahid3 deməsinə görə Təqsirləndirilən şəxs4 məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar zamanı aşağıdakılar müəyyən edilmişdir: Ruslan: Mənə xəbər edərsən qaqam, sən o xanımın sivisin atarsan mənə, birdə harda qəbulda olub nə deyiblər ona hamısın bizə desin (08 iyun 2022-ci il saat 22:25). Həmçinin, baxış zamanı Şahid3 10 iyun 2022-ci il tarixdə həmin mobil nömrəyə Zərərçəkmiş şəxs2 məxsus olan CV-ni (şəxsi məlumatlar) atması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, mobil telefonda olan sms mətni Ruslan tərəfindən ona göndərilmiş, CV isə özü tərəfindən Ruslana göndərilmişdir (İİİ cild, i.v.84); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Samsung A50” markalı mobil telefona baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin mobil telefonda özünə məxsus olan ***-***-**- ** saylı mobil nömrə vardır. Baxış keçirilən zaman mobil telefonun “Vhatsapp” bölməsinə daxil olunduqda, həmin bölmədə Zərərçəkmiş şəxs2 deməsinə görə Təqsirləndirilən şəxs4 məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar zamanı aşağıdakılar müəyyən edilmişdir: Ruslan: Gülnar xanım axşamınız xeyir (21 iyun 2022-ci il saat 21:21); Gülnar: Salam axşamınız xeyir (21 iyun 2022-ci il saat 21:30); Ruslan: İnşallah neçəyə çatarsız (21 iyun 2022-ci il saat 21:30); Gülnar: Mən indi çıxıram.Notarius 9da açılır? Gecə çataram yəqin (21 iyun 2022-ci il saat 21:33); Ruslan: 10da açılır, ehtiyatlı olun Allah amanında, sürə bilirsiz gecə vaxtı (21 iyun 2022-ci il saat 21:34); Gülnar: Allah razı olsun. İnşallah səhər əlaqə saxlayacam sizinlə. Bəli (21 iyun 2022-ci il saat 21:35); Ruslan: Sağ salamat gəlin (21 iyun 2022-ci il saat 21:35); Gülnar: Sağolun (21 iyun 2022-ci il saat 21:36); Ruslan: Çıxdız, neçə saata çatarsız (21 iyun 2022-ci il saat 21:44); Gülnar: 4 saata (21 iyun 2022-ci il saat 21:44); Ruslan: Qarşılamaq lazımdırsa qulluquvuzdayam, (21 iyun 2022-ci il saat 21:44) ehtiyatlı olun (21 iyun 2022-ci il saat 21:50); Ruslan: Gülnar xanım üzürlü sayın narahat etdim bu vaxtı, Sabah saat 12də nərimanov parkında olarsız zəhmət olmasa (22 iyun 2022-ci il saat 01:43); Gülnar: salam sabahınız xeyir, yaxşı (22 iyun 2022ci il saat 09:43); Gülnar: Ruslan müəllim salam saat 12-də görüşə bilərik? (22 iyun 2022-ci il saat 11:00); Ruslan: Salam olar, necəsiz (22 iyun 2022-ci il saat 11:01); Gülnar: Tamam 1 saat öncədən əlaqə saxlayacam sizinlə, yaxşı, siz? (22 iyun 2022-ci il saat 11:01); Ruslan: Şükür yaxşı, Gülnar xanım 2 də görüşəy yoxsa zəngləşəy sonra (22 iyun 2022-ci il saat 11:02); Gülnar: 2də görüşək (22 iyun 2022-ci il saat 11:03); Ruslan: yaxşı, parkın qabağında (22 iyun 2022-ci il saat 11:03); Gülnar: sadəcə evdən çıxanda xəbər edəcəm ki, çıxdım (22 iyun 2022-ci il saat 11:03); Ruslan: Siz hansı tərəfdəsiz (22 iyun 2022-ci il saat 11:04); Gülnar: Ayna Sultanova (22 iyun 2022-ci il saat 11:07); Ruslan: Oldu, Gülnar xanım (22 iyun 2022-ci il saat 11:04). Həmçinin, baxış zamanı Zərərçəkmiş şəxs2 həmin mobil nömrəyə 14 iyul 2022-ci il tarixdə saat 12:59-da şəkil atdığı müəyyən edilmişdir ki, həmin şəkil mobil telefonun sms bölməsində Təqsirləndirilən şəxs1 göndərdiyi sms mətnlərinin şəklidir, şəklin altında isə həmin tarixdə saat 13:14-də Zərərçəkmiş şəxs2 “Bunu yazıb pünhana göndərmişəm. məlumatın olsun ki, məni ölüm həddinə çatdıran sizsiniz” deyə mətn göndərmişdir. Bundan başqa Vatsapp bölməsində Zərərçəkmiş şəxs2 deməsinə görə Şahid3 məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar zamanı aşağıdakılar müəyyən edilmişdir: Sms mətnləri zamanı Şahid3 Zərərçəkmiş şəxs2 bildirir ki, işə düzəltməklə bağlı adam tapmışdır və həmin şəxs köməklik edəcəkdir; 25 may 2022-ci il tarixdə saat 10:45-də Zərərçəkmiş şəxs2 Şahid3 “CV” (özü haqqında məlumat) şəklini göndərir, 10 iyun 2022-ci il tarixdə saat 13:46-da Şahid3 Zərərçəkmiş şəxs2 “İqi” adlı şəxsin +7 961 670-81-23 saylı mobil nömrəsini göndərir. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, “İqi” adlı şəxsin vatsapp vasitəsilə danışmaq üçün Elnur göndərmişdir ki, həmin şəxslə Gülnar əlaqə saxlasın və sonuncuya işə düzəlməyi üçün köməklik edəcək; 21 iyun 2022-ci il tarixdə saat 13:45-də Şahid3 Zərərçəkmiş şəxs2 Ruslan Bakı adlı şəxsin mobil nömrəsini göndərir və həmin mobil nömrənin ***-***-**-** olması müəyyən edildir, Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin mobil nömrənin sahibi Təqsirləndirilən şəxs4dur, Elnur həmin nömrəni ona göndərmişdir ki, Ruslanla əlaqə saxlasın və Ruslan ona işə düzəlməklə bağlı köməklik edəcək. Həmçinin, Elnurun Gülnar göndərdiyi səs yazısında da müəyyən edilir ki, X39 məüllimlə əlaqə saxlamasını bildirir; 21 iyun 2022-ci il tarixdə saat 00:41-də Zərərçəkmiş şəxs2 Şahid3 sms göndərir ki, 7000 manat pulu var, lakin, 3000 manat bankdan götürə bilmir, Elnurdan xahiş edir ki, 3000 manat borca pul göndərsin və daha sonra Elnura geri qaytaracaq. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin vaxt Bakı şəhərində olmuşdur, həmin günü saat 14 radələrində Ruslanla görüşməli olduğu və 10.000 manat pul verməli olduğu üçün 3000 manat bankda olan pulunu götürmək istəmişdir, lakin, bununla bağlı problem olduğundan Elnurdan 3000 manat borc istəmişdir ki, 10.000 manat pul düzəlsin. Şahid3 də bununla razılaşır və işin avand olsun deyir, Gülnardan kart nömrəsini istəyir ki, pulu göndərsin. Gülnar da bank kartının şəklini Şahid3 göndərir; 27 iyun 2022-ci il tarixdə saat 16:32-də Zərərçəkmiş şəxs2 Şahid3 sms göndərir ki, “Elnur denən pulu qaytarsınlar. İnanma onlara, mən uje inanmıram. Belə iş görmürlər. Sən də əziyyət çəkib getmə, Gələcəm Qaxa ətraflı danışarıq. Qəti qərarımdır. Mən başımın çarəsinə baxacam. Çıxıb gedəcəm buralardan. Pulu atsınlar sənin kartına gəlib səndən götürərəm.” Həmçinin, həmin tarixdə Gülnar və Elnurun sms mətnlərindən görünür ki, Gülnar Elnura işi danışmamasını və pulun geri qaytarılmasını istəyir. Həmçinin, baxış zamanı görünür ki, Gülnar dəfələrlə Elnura bildirir ki, Ruslan və Pünhandan pulu geri alsın, Elnur da cavabında həmin şəxslərlə danışdığını və geri qaytaracaqlarını bildirir. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin danışıqlar dəfələrlə olmuşdur, lakin, bu günə qədər həmin şəxslər pulu geri qaytarmamışdırlar. Bundan başqa mobil telefonun sms bölməsində Zərərçəkmiş şəxs2 deməsinə görə Təqsirləndirilən şəxs1 məxsus olan ***-***- **-** saylı mobil nömrəyə 14 iyul 2022-ci il tarixdə saat 12:40-da göndərdiyi sms mətnindən aşağıdakılar müəyyən edilmişdir: Salam Pünhan. Sən verdiyin vəd bilirsən ki, tamam olub və vaxtından da keçib, təklif etdin ki, gətr 10000 ver, onun 9000-ni notariusla verdim, hətta 1000 azni kəsirə görə orda yalaandan doğrudan bir müəllimlə danışdın, razılığını aldın dedin ki, sabah bu otelə ver. Hətta otelin konumu da atıldı, apardım oğlana verdim. 5 iyul tarixinə söz verdidiniz ki, sizə İcra hakimiyyətindən hansı ki işə düzəltdiyiniz yerdən zəng gələcək, 5 iyul oldu. Nə verdiyiniz söz oldu, nə də pulu qaytarmadınız. Bildirmək istəyirəm ki, mən o pulu borc almışdım və borc aldığım adamlar da görürlər ki, ortada bir iş yoxdur, pullarını geri istəyirlər, işim yox, pulum yox. Mənə başqa çıxış yolu buraxmadın, mən özümə qəsd edəcəm, çünki sən məni bu həddə gətirdin, qəsd etməmişdən öncə bu məktubu aidiyyəti orqanlara göndərəcəm, ən azından məndən sonra heç kim aldanmasın, onsuzda həyatımdan bezmişəm, heç yaşamaq da istəmirəm, sənin etdiyin bu hərəkət mənim həyatda yaşamaq həvəsimi əlimdən aldı. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirdi ki, mobil telefonda olan səs yazıları və yazışmaları özü tərəfindən icra olunmuşdur (İ cild, i.v.44-46); - 22 iyun 2022-ci il tarixli, Bakı şəhəri, 21 saylı notariat ofisində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 aralarında bağlanmış kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 9.000 manat vermişdir (İ cild, i.v.12); - X5 16 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X7 məxsus 310 307 (üç yüz on min üç yüz yeddi) rubl 35 qəpik, hansı ki, pul vəsaitlərinin Məmmədova Nərimana köçürülməsi tarixinə (06 may 2022-ci il) 4300 (dör min üç yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir (İ cild, i.v.188- 189); - Bayjiqitov Eldiyarın 14 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X7 məxsus 310 307 (üç yüz on min üç yüz yeddi) rubl 35 qəpik, hansı ki, pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 köçürülməsi tarixinə (06 may 2022-ci il) 4300 (dör min üç yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir (İ cild, i.v.190-191); - X30 17 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X7 məxsus 298 874 (iki yüz doxsan beş min səkkiz yüz yetmiş dörd) rubl 45 qəpik, hansı ki, pul vəsaitlərinin Təqsirləndirilən şəxs2 köçürülməsi tarixinə (06 may 2022-ci il) 4100 (dör min bir yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir (İ cild, i.v.192-193); - X36 Maqomedoviçin 16 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X7 məxsus 310 307 (üç yüz on min üç yüz yeddi) rubl 35 qəpik, hansı ki, pul vəsaitlərinin Həsənov İlqara köçürülməsi tarixinə (06 may 2022-ci il) 4300 (dör min üç yüz) ABŞ dolları məbləğinə bərabərdir, pul vəsaitlərini göndərəndir, həmin məbləği X1 xahiş etmişdir (İ cild, i.v.194-195); - X4 göndərdiyi xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, 17.000 ABŞ dollar hansı ki, təqsirləndirilən şəxslər tərəfindən oğurlanıb, həmin məbləğ bundan əvvəl X4 mülkiyyətində olub, X9, Baijigitov Eldiyar, X37 və X10 tərəfindən göndərilib, X24 17.000 ABŞ dolları həcmində pul vəsaitlərini X7 verib. Buna görə də həmin pul vəsaiti X15 məxsus olduğundan, sonuncunu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmağını xahiş etmişdir (İİ cild, i.v.47-48); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.201-202); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 X14 Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyası 111 M 1 H, 73 maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza 04 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir (İ cild, i.v.199- 200); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (İ cild, i.v.196-197); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişdir (İİİ cild, i.v.155); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 X34 01 mart 2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 1979-cu il təvəllüdlü X18 meyiti Birliyin Suraxanı Rayon Şöbəsində məhkəmə-tibbi müayinə keçirilmiş və meyit dəfn olunması üçün təhvil verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-5/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, X18, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(003)-5/2024 saylı cinayət işi üzrə icraatın X21 aid hissəsi ayrıca icraata ayrılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19654 saylı, İD 391696848, terminal K0121013 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 dövlət büdcəsinə 1250 manat ödəniş etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 30756 saylı, İD 394395644, terminal K0121013 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 dövlət büdcəsinə 1850 manat ödəniş etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 26.1209.2023-cü il tarixli, 6390 saylı, İD 356806118, terminal K0110013 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs4 dövlət büdcəsinə 1250 manat ödəniş etmişdir. - “Azemis” informasiya sistenindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2014-cü və xx.xx.2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-5/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs1 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs4 zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və Təqsirləndirilən şəxs4 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun dəymiş zərəri qismən ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, dəymiş zərəri qismən ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 oğlunun dəymiş zərərin qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, dəymiş zərəri qismən ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 120 (yüz iyirmi) saata görə 760 (yeddi yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 120 (yüz iyirmi) saata görə 760 (yeddi yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar