Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-50/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan, ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 90,713 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 4 ünvana daşıdıqdan sonra satış məqsədilə narkotik vasitə qurudulmuş marixuananın 77,903 qram hissəsini həmin mənzildə, narkotik vasitə qurudulmuş marixuananın 12,810 qram hissəsini isə üzərində saxlamış. xx.xx.2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:40-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 3 ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkisi 4,185 qram, 4,595 qram, 4,030 qram olmaqla ümumi təmiz çəkisi 12,810 qram təşkil edən marixuana və həmin gün saat 15:45dən saat 16:00-a dək yaşadığı ünvana baxış keçirilən zaman evin dəhlizindən sol tərəfdə yerləşən yataq otağında olan yataq dəstinin yanındakı qəhvəyi rəngli dolabın içərisindən 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,388 qram, 3,975 qram, 1 ədəd qazet kağızı kəsiyində təmiz çəkisi 8,858 qram, 1 ədəd sellofan kəsiyində təmiz çəksi 49,200 qram olmaqla, ümumi çəkisi 65,421 qram və 34 ədəd kağız kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,366 qram, 502 qram, 0,308 qram, 0,320 qram, 0,310 qram, 0,320 qram, 0,433 qram, 0,362 qram, 0,357 qram, 0,460 qram, 0,590 qram, 0,310 qram, 0, 400 qram, 0,440 qram, 0.340 qram, 0,255 qram, 0,431 qram, 1,349 qram, 0,389 qram, 0,373 qram, 0,295 qram, 0,287 qram, 0,410 qram, 0,348 qram, 0,360 qram, 9,420 qram, 0,344 qram, 0.358 qram, 0,358 qram, 0,320 qram, 0,337 qram, 0,353 qram, 0,323 qram, 0,354 qram olmaqla ümumi təmiz çəkisi 12,482 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində qurudulmuş marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12 sentyabr 2022-ci il tarixdə saat təxminən 13:40 radələrində yaşadığı ünvan 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim etdiklərini, onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirdiklərini, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etdiklərini, burada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edildiyini və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edildiyini, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edildiyini, bu təklifdən sonra o əynindəki qara rəngli şalvarının sağ yan cibindən 3 kibrit qulusunda qurudulmuş marixuananı, 1 ədəd Samsung markalı mobil telefonunu, yaşadığı evin açarını, sol yan cibindən isə 27 manat pulunu, arxa sağ cibindən şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoyduğunu, təqdim etdiyi evin açarı, 27 manat pulun özünə qaytarılsa da, ona məxsus telefonu, şəxsiyyət vəsiqəsi ona izah edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sonra təqdim etdiyi 3 ədəd kibrit qutusuna baxış keçirilər zaman içərisində qurudulmuş marixuana aşkar edildiyini, həmin marixuana elektron tərəzi ilə çəkildiyini və qablaşdırılma ilə birlikdə çəkisinin 21 qram olması müəyyən edildiyini, həmin kibrit qutuları sonra 1 ədəd zərəfə qoyularaq qablaşdırıldığını və götürüldüyünü, şəxsi axtarış zamanı o, həmin maddənin qalan hissəsini yaşadğı ünvan 8 ünvanında gizlətdiyini və evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilən zaman evə girişdən sol tərəfdə yerləşən yataq otağındakı qəhvəyi rəngli taxta dolabın içərisindən 1 ədəd sellofan torbanı və 1 ədəd qara rəngli kağız qutunu təqdim etdiyini, baxış zamanı qara rəngli qutunun içərisindən 34 ədəd kağız büküm, 2 ədəd kibrit qutusu, sellofan torbanın içərisindən isə 1 ədəd sellofan büküm, 1 ədəd qazet kağızında düzəltdiyi büküm və 1 ədəd elektron tərəzi aşkar edilərək götürüldüyünü, həmin büküm ərə və bağlamalara baxış keçirildikdən sonra elektron tərəzi ilə çəkilərək qablaşdıdırıldığını və götürüldüyünü, 2 kibrit qutusunda olan kütlənin çəkisinin 12 qram, 34 ədəd ağ rəngli kağız bükümdəkı kütlənin çəkisinin 23 qram, 1 ədəd sellofan torbadakı kütlənin çəkisinin 50 qram, 1 ədəd qazet kağızında olan kütlənin çəkisinin isə 16 qram olması müəyyən edilmişdir. Sonra şifahi sorğu zamanı o, üzərindən və evindən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni öz istifadəsi üçün saxladığını, özünün 5-6 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, həmin maddəni Beyləqan rayonunda Elşən adlı şəxsdən 350 manata aldğını, saxlanılan zaman eləcə də, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyini, dodağındakı izlərinin isə saxlanılmadan öncə yıxılaraq yarandığını bildirmişdir. Daha sonra özünü qismən təqsirli bilərək törətdiyi əməli səmimi etiraf etdiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması, gəzdirməsi barədə əvvəlcədən BNMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən İdarənin rəhbərliyi adına raportla müraciət olunduğunu, daha sonra isə, İdarənin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradıldığını və Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxll məlumat əsasında sonuncunun gələ biləcəyi ünvan müəyyən edildiyini, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 3 ünvanın yaxınlığında 12 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 40 dəqiqə sonra, yəni saat 13:40-da Təqsirləndirilən şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini ona təqdim etdiklərini, daha sonra isə ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 21-ci dəvət etdiklərini, şəxsiyyəti sonradan onlara məlum olan, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edildiyini, onun, BNMİ-nin əməliyyat müvəkkili, Şahid2 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən 3 kibrit qutusunda qurudulmuş marixuananı, 1 ədəd Samsung markalı mobil telefonunu, yaşadığı evin açarını, sol yan cibindən isə 27 manat pulunu, arxa sağ cibindən şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoyduğunu, təqdim etdiyi evin açarı, 27 manat pulu özünə qaytarılsa da, ona məxsus telefon, şəxsiyyət vəsiqəsi ona izah edilməklə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldüyünü, təqdim etdiyi 3 ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Sonra həmin marixuana elektron tərəzi ilə çəkildiyini və qablaşdırılma ilə birlikdə çəkisinin 21 qram olması müəyyən edildiyini, həmin kibrit qutuları sonra 1 ədəd zərfə qoyularaq qablaşdırıldığını və götürüldüyünü, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin maddənin qalan hissəsini yaşadığı ünvan 8 ünvanında gizlətdiyini və evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilən zaman evə girişdən sol tərəfdə yerləşən yııtaq otağındakı qəhvəyi rəngli taxta dolabın içərisindən 1 ədəd sellofan tobanı və 1 ədəd qara rəngli kağız qutunu təqdim etdiyini, baxış zamanı qara rəngli qutunun içərisindən 34 ədəd kağız büküm, 2 ədəd kibrit qutusu, sellofan torbanın içərisindən isə 1 ədəd sellofan büküm, 1 ədəd qazet kağızında düzəltdiyi büküm və 1 ədəd elektron tərəzi aşkar edilərək götürüldüyünü, həmin bükümlərə və bağlamalara baxış keçirildikdən sonra elektron tərəzi ilə çəkilərək qablaşdırıldığını və götürüldüyünü, belə ki, 2 kibrit qutusunda olan kütlənin çəkisinin 12 qram, 34 ədəd ağ rəngli kağız bükümdəki kütlənin çəkisinin 23 qram, 1 ədəd sellofan torbadakı kütlənin çəkisinin 50 qram, 1 ədəd qazet kağızında olan kütlənin çəkisinin isə 16 qram olması müəyyən edildiyini, bundan başqa şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindər və evindən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin maddəni həm öz istifadəsi, həm də satış məqsədilə üzərində saxladığını, özünün 5-6 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, həmin maddəni Beyləqan rayonunda Elşən adlı şəxsdən 350 manata aldğını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 81-85-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 192-195-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbirinin müddəti 01 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 205-206-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 45-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 7/1018 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 3 ədəd kibrit qutusunun içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,185 qram, 4,595 qram, 4,030 qram olmaqla ümumi çəkisi 12,810 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,388qram, 3,975 qr, 1 ədəd qazet kağızı kəsiyində təmiz çəkisi 8,858 qram, 1 ədəd sellofan kəsiyində təmiz çəksi 49,200 qram olmaqla, ümumi çəkisi 65,421 qram və 34 ədəd kağız kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,255 qram, 0,590 qram olmaqla ümumi təmiz çəkisi 12,482 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfdə olan 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan mariuxuana hissəcikləri aşkar edildi. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Marixuananın ümumi çəkisi 90,713 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. “ sözləri qeyd olunduğunu, həmin rəydə qeyd edilən 34 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın hər birinin ayrı ayrılıqda çəkisi qeyd olunan rəyin akt hissəsində yazıldığı kimi hər biri 0,366 qr. 0,502 qr. 0,308 qr, 0.320 qr, 0.310 qr, 0,320 qr, 0,433 qr. 0,362 qr, 0,357 qr, 0,460 qr, 0,590 qr, 0,310 qr, 0,400 qr, 0,440 qr, 0,340 qr, 0,255 qr, 0,431 qr, 0,349 qr, 0.389 qr, 0,373 qr, 0,295 qr, 0,287 qr, 0,410 qr, 0,348 qr, 0,360 qr, 0,420 qr, 0,344 qr, 0,358 qr, 0,358 qr. 0,320 qr, 0,337 qr, 0,353 qr, 0,323 qr, 0,354 qr olmaqla təmiz çəkisi 12,482 qr təşkil etdiyini, rəyin nəticə hissəsində göstərilən 34 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,255 qr,0,590 qr olmaqla sözləri həmin bükümlərin içərisində ən aşağı çəkisi olan bükümlə ən yuxarı çəkisi olan bükümləri təsvir etdiyini bildirmişdir. Qeyd: ekspertiza tədqiqatı zamanı marixuananın təmiz çəkisi 90,713 qram olmuş, tədqiqata 2,05 qram sərf edilmiş, 88,663 qram qalıq qalmışdır. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 161-171-ci vərəqələrində olan 22 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən və mənzilə baxış keçirilmiş 2 ədəd DVD disk, 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 88,663 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə marixuana saxlanılması üçün Nəsimi RPİ-nin növbətçi hissəsində təhvil verilmişdir. Cinayət işinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 24 sentyabr 2022-ci il tarixli, 5462 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinin tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 15 faiz dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum olunmuşdur. Cinayət işinin 33-cü vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin xidməti otaqların birində 12 sentyabr 2022ci il tarixdə saat 15-15-dən başlayaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən 3 kibrit qutusunda qurudulmuş marixuana, 1 ədəd Samsung markalı mobil telefon, yaşadığı evin açarını, sol yan cibindən isə 27 manat pul, arxa sağ cibindən şəxsiyyət vəsiqəsini çıxardaraq masanın üzərinə qoyur, 2 qutunun öz istifadəsi üçün 1 qutunun isə satmaq üçün saxladığını bildirir. Təqsirləndirilən şəxs həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulınuş marixuana olduğunu və Beyləqan rayonunda Elşən adlı şəxsdən 350 manata aldğını bildirir. Cinayət işinin 38-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir və oradan 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,388 qr, 3,975 qr, 1 ədəd qazet kağızı kəsiyində təmiz çəkisi 8,858 qram, 1 ədəd sellofan kəsiyində təmiz çəkisi 49,200 qram olmaqla, ümumi çəkisi 65,421 qram və 34 ədəd kağız kəsiyi bükümündə ümumi təmiz çəkisi 12,482 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulınuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülür. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən satış məqsədilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması, daşıması və satması cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 2 ədəd DVD diskdə olan video görüntülərlə, elektron tərəzi və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri könüllü olaraq imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD disklərdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən 3 kibrit qutusunda qurudulmuş marixuananı və sair əşyaları çıxardaraq masanın üzərinə qoyur, 2 qutunu öz istifadəsi üçün 1 qutunu isə satmaq üçün saxladığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulınuş marixuana olduğunu və Beyləqan rayonunda Elşən adlı şəxsdən 350 manata aldğını bildirir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,388 qr, 3,975 qr, 1 ədəd qazet kağızı kəsiyində təmiz çəkisi 8,858 qram, 1 ədəd sellofan kəsiyində təmiz çəkisi 49,200 qram olmaqla, ümumi çəkisi 65,421 qram və 34 ədəd kağız kəsiyi bükümündə ümumi təmiz çəkisi 12,482 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülür. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 12 sentyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 24 sentyabr 2022-ci il tarixli, 5462 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 88,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 88,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-50/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-50/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver