Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-501/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, onun nümayəndəsi və vəkili 12 saylı vəkil bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, onun müdafiəçiləri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş təhqir əməlini, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsusi ittiham qaydasında şikayət verən şəxs X8 təhqir etmiş, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, X6 mərhum X13 (X7 qardaşı) ilə 2002-ci ildə nikaha daxil olmuşdur. X15 Abbasovla evli olduqları müddətdə daima onu və onun bacısı Könül Abbasovanı hədələmiş, təhqir etmiş, şəxsiyyətlərini alçaltmış və bir neçə dəfə “WhatsApp” sosial şəbəkəsində həmin şəxslər barəsində təhqiredici məzmunlu paylaşımlar etmişdir. Bütün bunlara dözə bilməyən Rauf Sevincə boşanmaq istədiyini, artıq bütün bunlardan bezdiyini bildirmişdir. Rauf bunları Sevinclə nə zaman bölüşsə Sevinc onu özünü öldürüb günahı Raufa ataraq onu tutduracağı ilə hədələmişdir. Rauf bundan ehtiyat edərək uzun müddət ona dözmüş və məhkəməyə müraciət edə bilməmişdir. Nəhayət Rauf 2022-ci ilin avqust ayında Sevincdən boşanmaq üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Rauf Abbasov xx.xx.2022-ci il tarixdə özünü asaraq intihar etmişdir. İntihar faktı ilə bağlı Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılmasına başlanmışdır. Bundan sonra X1 qardaşı Rauf Abbasovu özünü öldürmə həddinə çatdırması barədə şübhələr yaranmış və o, bununla bağlı Xəzər rayon prokurorluğuna şikayət vermişdir. O, şikayətində bildirmişdir ki, mərhum qardaşı Raufun heç kimlə şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Qardaşına qarşı amansızca rəftar edən, ona işgəncə verən kimsə olmamış, lakin arvadı Sevinc müxtəlif sosial şəbəkələrdə qoyduğu statuslarda fərdi və qrup şəklində olan yarışma səhifələrində Raufun ünvanına müxtəlif təhqiredici ifadələr yazaraq onun şərəf və ləyaqətini mütəmadi olaraq alçaltmışdır. Qardaşı Raufun yalnız arvadı Sevinclə mübahisələr baş verən zaman təşvişə düşmə halı baş vermiş, hətta bununla bağlı müəyyən müddət depressiya əleyhinə müalicə almışdır. Xəzər rayon prokurorluğu tərəfindən iş araşdırılmış və 30 noyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Könül Abbasova xx.xx.2023-cü il tarixdə “internet qəzeti Qafqazinfo.az” media qurumuna qardaşının intiharı barədə müsahibə vermişdir. Könül həmin müsahibədə heç kimi ittiham etməmiş, lakin qardaşının bu gözlənilməz intiharı ilə bağlı şübhələrinin olduğunu bildirmişdir. Bu müsahibə ilə bağlı Sevinc Təhmozova və sonuncunun oğlu Əhəd Abbasov - Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Könül Abbasovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermişlər. Nərimanov Rayon Məhkəməsinin 1(005)-86/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə X14 tərəfindən X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə X7 təqsirsiz hesab edilməsi və ona bəraət verilməsi, X6 tərəfindən X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə X7 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən həmin məcəllənin 147.1-ci maddəsinə tövsif olunması, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 1000 manat miqdarında cərimə cəzasına məhkum edilməsi hökm edilmişdir. Bundan sonra tərəflər apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1195/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə tərəflərin apellyasiya şikayətinin təmin edilməməsi və Könül Abbasovanın CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-86/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bütün bu hadisələr baş verdiyi dövrdə Sevinc Təhməzova öz təhqiramiz hərəkətlərinə davam etmiş, “WhatsApp” sosial şəbəkəsində istər Könül Abbasova, istərsə də onun mərhum qardaşı Rauf Abbasov haqqında təhqiramiz paylaşımlar etməyə, onlara belə məzmunda yazılı və səsli mesajlar göndərməyə və onları hədələməyə davam etmişdir. Həmin paylaşımlar aşağıdakı məzmunda olmuşdur: xx.xx.2022-ci il tarixdə - “Menim aylem (burada ailəmi demək istəyir) dağıdan qehbler raufun atasi teref hamsi qehbedir"; xx.xx.2022-ci il tarixdə - “Bu qəhbəni tanıyan çox olar. Bu qəhbə mənim aylmdən prablm açır bax burdan deyrəm könül mənlə oyun oynama onsuz da hərşeydən...” (fotoşəkildə Könül Abbasovam ox işarəsi ilə göstərərək); xx.xx.2022-ci il tarixdə - “Hərşeyi unutum qısasımi alcam bir bir kul etklerim olcag az qalıb” (hədələyici məzmun); xx.xx.2022-ci il tarixdə - “Burdan Rauf tanıyanlara deyrem verdim bosamya vaxtı gözləyirəm cindir Rauf uzatma send ver bir anda herse bitsin mən ovladlarmda gotrub gedrem sen övladlar maraxl olsaydı deyərdi balaların ne ile dolmur serfsiz ogras el bilrsen bel qalcagsan petug”; xx.xx.2022-ci il tarixdə - “Menim Aylmi könül ve Samir dagti sizlerden el qısasımi alcamki o hər zaman sizləri yandırsın Könül senin bir balam ölsün samir sənində iki qız balan mən cekdyim çeksin Allah böyükdür Könül onsuzda günahlar icndsen bun bil ifrte"; Könül Abbasovaya atılmış sms mesajlar: xx.xx.2022-ci il tarixdə - “Könül qızlarımi (burada qızıllarımı demək istəyir) yoxdu evden sen ve Samir aparmsniz ve bahalı veslerim yoxdu evden sene kim demişdi gel menim evime” (saat 15:18): xx.xx.2022-ci il tarixdə - “Gəlib qapvin ağzında özümü yandrcam” (saat 19:34); Müxtəlif vaxtlarda atılmış səs yazıları: xx.xx.2022-ci il tarixdə - “Öləcək Rauf, gəlirsənsə gəl, meyitinə gəl tezliklə yaxın dur”, “Bax mən bunu etməli deyildim, bu yaxşılığı sənə etdim , indi Rauf komadadır, ölüb, mən bu yaxşılığı etdim sənə, sən nə etdin mənə”, “Sənin Əhədinin də ağzına işəyim, sənin Septili nənənin də ağzına işəyim, gəl, qəhbə, gəl bura, gəl görüm nə edə biləcəksən, gəl bura, tumar blət, nə edəcəksən mənə, mənim ailəmi dağıdırdın, sənsən mənim ailəmi dağıdan, mən yox, mənim neçə illik ailəmi sən dağıtdın, gəl bura görəcəksən nə elədiyimi”, “Bəli, qardaşıvın meyitinə indi yaxın dura biləcəksən, gəl meyitinə yaxın dur, apar xəstəxanaya”, xx.xx.2022-ci il tarixdə - “Sən bu vaxta kimi dayanmısansa malades sənə, sən hələ heç nə eləməmisən, sən başla uje eləməyə”, “Yanırsan, gəlmişəm, yanacaqsan, hələ harasıdır, hələ çox yanacaqsan sən” Mesajlarda və “WhatsApp” paylaşımlarında Sevinc Təhməzova tərəfindən Könül Abbasovaya və mərhum qardaşı Rauf Abbasova ünvanlanmış təhqiramiz ifadələr öz əksini tapmışdır. Sevinc Təhməzova bu təhqiramiz paylaşımları və mesajları müxtəlif vaxtlarda ***- ***-**-** nömrəsindən etmişdir. Bununla da, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 və onun nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X6 və onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 verilmiş şikayətin qanunsuz və əsassız olduğunu bildirərək icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, xüsusi ittihamçı X10 şikayət ərizəsində X4 onu təhqir etməsini göstərsə də, o, şikayətinə yalnız “WhatsApp” sosial şəbəkəsindən çıxarışlar əlavə etmişdir. Şikayətə əlavə edilmiş “WhatsApp” sosial şəbəkəsindən edilən çıxarışlarda olan mətnlərin məhz X6 tərəfindən yazılması, həmin profilin məhz sonuncuya məxsus olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Müvafiq mətnlərin hansı mənbədən əldə edildiyi, harada çap edildiyi qeyri-müəyyəndir. Göstərilənlərə əsasən həmin çıxarışlar cinayətin törədilmə hallarını təsdiq edən və şikayətin məhkəmənin icraatına qəbul edilməsinə əsas verə biləcək sübut qismində qəbul edilərək qiymətləndirilə bilməz. Həmçinin şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq edildiyi göstərilməmiş və bu məlumatlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “WhatsApp” sosial şəbəkəsində yazılan təhqir xarakterli məlumatın yayılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, şikayət vermiş şəxs X3 Sevinc Tərlan qızının onu xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri aralığında “WhatsApp” sosial şəbəkəsində çox ağır ifadələrlə təhqir etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd olunan tarixdən iki ildən çox müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir və bu halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CPM-nin 302.1.4-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, şikayət verilmiş şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödəniləcək məbləğ 6 manat müəyyən edilmişdir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X5 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-501/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-501/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver