Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-501/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçilər «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Murad qızının, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakları ilə, xx xxxx 2008-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, natamam orta təhsilli, işsiz, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Amnistiya aktının tətbiq edilməsi barədə” Bakı şəhər probasiya idarəsinin xx.xx.2026cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin cəzadan azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 2010-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, subay, natamam orta təhsilli, işsiz, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Amnistiya aktının tətbiq edilməsi barədə” Bakı şəhər probasiya idarəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin cəzadan azad edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 yanvar 2025-ci il tarixdə saat 03:50-də ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Golden Gifts“ elektron əşyaların satışı mağazasının plastik materialdan olan giriş qapısının kilidini özlərində olan istintaqla müəyyən edilməyən burğacla fiziki güc tətbiq edib açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub mağazadan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 50 manat dəyərində «Samsung» markalı, SM-G850F modelli mobil telefonu, 01 ədəd 80 manat dəyərində «Samsung» markalı, SM-A600FN/DS modelli mobil telefonu, hər birinin qiyməti 3 manat 15 qəpik olmaqla ümumilikdə 6 manat 30 qəpik dəyərində 02 ədəd breloku, 01 ədəd 45 manat dəyərində «Apple» markalı S8-45 mm seriyalı smart qol saatını, 01 ədəd 25 manat dəyərində «Apple Watch 8» markalı smart qol saatını, 01 ədəd 5 manat dəyərində silikon saat kəmərini, 01 ədəd 5 manat dəyərində arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan telefon qabını, hər birinin qiyməti 8 manat olmaqla ümumilikdə 56 manat dəyərində 07 ədəd bijuteriya sırğaları, hər birinin qiyməti 9 manat olmaqla ümumilikdə 36 manat dəyərində 04 ədəd bijuteriya boyunbağıları, 18 manat dəyərində bijuteriya dəstini, 01 ədəd 12 manat dəyərində bijuteriya qolbağı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 50 manat dəyərində «X3» markalı, BCD-20 modelli smart saatı və 757 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1145 manat 30 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 yanvar 2025-ci il tarixdə saat 05:41-də ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “TK Telekom“ mobil telefon və aksesuarların satışı mağazasının plastik materialdan olan giriş qapısının kilidini özlərində olan istintaqla müəyyən edilməyən burğacla fiziki güc tətbiq edib açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub mağazadan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 150 manat dəyərində «Xiaomi» markalı, M1903F11G modelli mobil telefonu, 01 ədəd 300 manat dəyərində «Xiaomi MİX» markalı, M1810E5A modelli mobil telefonu, 01 ədəd 185 manat dəyərində «Honor» markalı, JDY-LX1 modelli mobil telefonu, 01 ədəd 159 manat dəyərində «X2 İS» markalı, MJXCJLY02BY modelli videoreqistratoru və 580 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1374 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 yanvar 2025-ci il tarixdə saat 03:50-də ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Golden Gifts“ elektron əşyaların satışı mağazasının plastik materialdan olan giriş qapısının kilidini özlərində olan istintaqla müəyyən edilməyən burğacla fiziki güc tətbiq edib açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub mağazadan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 50 manat dəyərində «Samsung» markalı, SM-G850F modelli mobil telefonu, 01 ədəd 80 manat dəyərində «Samsung» markalı, SM-A600FN/DS modelli mobil telefonu, hər birinin qiyməti 3 manat 15 qəpik olmaqla ümumilikdə 6 manat 30 qəpik dəyərində 02 ədəd breloku, 01 ədəd 45 manat dəyərində «Apple» markalı S8-45 mm seriyalı smart qol saatını, 01 ədəd 25 manat dəyərində «Apple Watch 8» markalı smart qol saatını, 01 ədəd 5 manat dəyərində silikon saat kəmərini, 01 ədəd 5 manat dəyərində arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan telefon qabını, hər birinin qiyməti 8 manat olmaqla ümumilikdə 56 manat dəyərində 07 ədəd bijuteriya sırğaları, hər birinin qiyməti 9 manat olmaqla ümumilikdə 36 manat dəyərində 04 ədəd bijuteriya boyunbağıları, 18 manat dəyərində bijuteriya dəstini, 01 ədəd 12 manat dəyərində bijuteriya qolbağı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 50 manat dəyərində «X3» markalı, BCD-20 modelli smart saatı və 757 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1145 manat 30 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 yanvar 2025-ci il tarixdə saat 05:41-də ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “TK Telekom“ mobil telefon və aksesuarların satışı mağazasının plastik materialdan olan giriş qapısının kilidini özlərində olan istintaqla müəyyən edilməyən burğacla fiziki güc tətbiq edib açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub mağazadan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 150 manat dəyərində «Xiaomi» markalı, M1903F11G modelli mobil telefonu, 01 ədəd 300 manat dəyərində «Xiaomi MİX» markalı, M1810E5A modelli mobil telefonu, 01 ədəd 185 manat dəyərində «Honor» markalı, JDY-LX1 modelli mobil telefonu, 01 ədəd 159 manat dəyərində «X2 İS» markalı, MJXCJLY02BY modelli videoreqistratoru və 580 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1374 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qohumudur, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. 11 yanvar 2025-ci il tarixdən 12 yanvar 2025-ci il tarixə keçən gecə saat 03 radələrində qohumu Təqsirləndirilən şəxs2la birlikdə ünvan 5 ünvanda olarkən oğurluq etmək qərarına gəlmişlər. Belə ki, həmin vaxt Ümidlə kley iyləmişlər və bir qədər hallı olmuşlar. Həmin vaxt Ümiddə burğac olmuş və o, kənarda dayanmışdır ki, ətrafa nəzarət etsin və kənar şəxs gələrsə bu barədə Ümidə məlumat versin. Ümid isə plastik qapıdan olan mağazaya yaxınlaşmış və burğacla həmin mağazanın qapısını açmışdır. Daha sonra onlar ikisi həmin mağazaya daxil olmuşlar və mağazadan bijuteriya əşyaları, 03 ədəd qol saatı, 02 ədəd brelok və 01 ədəd saatın kəmərini, 02 ədəd mobil telefon və 01 ədəd mobil telefonun qabını və 2 manat nağd pul oğurlamışlar və mağazadan çıxmışlar. Daha sonra Ümidlə həmin mağazadan çıxmışlar. Sonra Ümidlə həmin cərgədə olan başqa mağazaya daxil olmuşlar. Belə ki, Ümid burğacla mağazanın plastik qapısını açmış və onlar ikisi içəri daxil olmuşlar. Mağazada axtarış aparıb oradan 03 ədəd mobil telefon, 01 ədəd videoreqistrator və 400 manat nağd pul oğurlamışlar. Daha sonra mağazadan çıxmışlar və hadisə yerindən uzaqlaşmışlar. Həmin gün Ümidlə birlikdə oğurladıqları pulları öz ehtiyaclarına xərcləmişlər. Oğurladıqları mobil telefonlar, mobil telefon kaburası, breloklar, qol saatları, qol saatının kəməri, bijuteriya əşyalarını təqdim etmişlər. Oğurluq zamanı yanlarında başqa şəxs olmamış, Ümidlə ikisi olmuşlar. Oğurluq zamanı onları kənardan görən olmamışdır. Daha sonra əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və yaşını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. 11 yanvar 2025-ci il tarixdən 12 yanvar 2025-ci il tarixə keçən gecə saat 03 radələrində qohumu Zaurla birlikdə ünvan 5 ünvanda olarkən oğurluq etmək qərarına gəlmişlər. Belə ki, həmin vaxt Zaurla kley iyləmişlər və bir qədər hallı olmuşlar. Həmin vaxt onda burğac olmuş və Zaur kənarda dayanmışdır ki, ətrafa nəzarət etsin və kənar şəxs gələrsə bu barədə ona məlumat versin. O isə plastik qapıdan olan mağazaya yaxınlaşmış və burğacla həmin mağazanın qapısını açmışdır. Daha sonra onlar ikisi həmin mağazaya daxil olmuşlar və mağazadan bijuteriya əşyalarını, 03 ədəd qol saatını, 02 ədəd brelok və 01 ədəd saat kəmərini, 02 ədəd mobil telefon və 01 ədəd mobil telefon qabını və 2 manat nağd pul oğurlamış və mağazadan çıxmışlar. Daha sonra Zaurla həmin cərgədə olan başqa mağazaya daxil olmuşlar. Belə ki, o, burğacla mağazanın plastik qapısını açmış və onlar ikisi içəri daxil olmuşlar. Mağazada axtarış aparıb oradan 03 ədəd mobil telefon, 01 ədəd videoreqistrator və 400 manat nağd pul oğurlamışlar. Daha sonra mağazadan çıxmışlar və hadisə yerindən uzaqlaşmışlar. Həmin gün Zaurla birlikdə oğurladıqları pulları öz ehtiyaclarına xərcləmişlər. Oğurladıqları mobil telefonlar, mobil telefon kaburası, breloklar, qol saatları, qol saatınm kəməri, bijuteriya əşyalarını təqdim etmişlər. Oğurluq zamanı yanlarında başqa şəxs olmamış, Ümidlə ikisi olmuşlar. Oğurluq zamanı onları kənardan görən olmamışdır. Daha sonra əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və yaşını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi 12 ünvanında “Golden Gifts“ elektronik dükanı vardır. Həmin dükanda müxtəlif növ aksesuarlar, hədiyyəlik əşyalar, saatlar satılır. O, hər gün saat 10:00-da dükana gəlir və saat 20:00-da dükanı bağlayır. 11 yanvar 2025-ci il tarixdə saat 23:00-da dükanı bağlayaraq evinə getmiş və 12 yanvar 2025-ci il tarixdə saat 09:30 radələrində dükana gəlib qapını açmaq istəyən zaman dükanın qapısının açıq olduğunu görmüş və içəri daxil olan zaman dükandan oğurluq olduğunu bilmişdir. Həmin vaxtı o, dükanda olan kamera görüntüsünə baxan zaman görmüşdür ki, üzləri tanınmasın deyə maska taxan iki nəfər şəxs dükandan oğurluq edir. Həmin vaxt görmüşdür ki, dükandan ümumi dəyəri 118 manat 37 qəpik olan müxtəlif növ bijuteriyalar, dəyəri 30 manat olan 01 ədəd “Samsung Alfa” markalı telefon, dəyəri 60 manat olan 01 ədəd “Samsung A6” markalı mobil telefon, dəyəri 40 manat təşkil edən 01 ədəd “Smart x22pro silver” qol saatı, dəyəri 50 manat təşkil edən qızılı rəngli “Gen 8” smart qol saatı, dəyəri 30 manat olan 01 ədəd kəməri parçadan “DT 8 Max Smart” qol saatı, dəyəri 15 manat olan silikon saat kəməri, dəyəri 5 manat olan üzərində “LOVE” yazısı olan 01 ədəd brelok, dəyəri 5 manat olan bir ədəd brelok, dəyəri 5 manat olan bir ədəd telefonun qabı və kassada olan 757 manat nağd pulun oğurlandığını bilmişdir. Ondan sonra o, çölə çıxan zaman görmüşdür ki, qonşuluqda yerləşən digər telefon satışı və təmiri dükanının da qapısı açıqdır. Buna görə də o, həmin dükanın sahibi Zərərçəkmiş şəxs2 zəng edərək onun dükanından oğurluq olduğunu, dükanının qapısının açıq olduğunu demişdir. Arzu gəldikdən sonra məlum olmuşdur ki, Arzunun dükanından da həmin şəxslər oğurluq etmişlər. Daha sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Dükanında olan oğurluq zamanı dükanından ümumi dəyəri 118 manat 37 qəpik olan müxtəlif növ bijuteriyalar, dəyəri 30 manat olan 01 ədəd “Samsung Alfa” markalı telefon, dəyəri 60 manat olan 01 ədəd “Samsung A6” markalı mobil telefon, dəyəri 40 manat təşkil edən 01 ədəd “Smart x22pro silver” qol saatı, dəyəri 50 manat təşkil edən qızılı rəngli “Gen 8” smart qol saatı, dəyəri 30 manat olan 01 ədəd kəməri parçadan “DT 8 Max Samrt” qol saatı, dəyəri 15 manat olan silikon saat kəməri, dəyəri 5 manat olan üzərində “LOVE” yazısı olan 01 ədəd brelok, dəyəri 5 manat olan bir ədəd brelok, dəyəri 5 manat olan bir ədəd telefonun qabı və kassada olan 757 manat nəğd pul oğurlanmış və ona ümumilikdə 1115 manat 37 qəpik maddi ziyan dəymişdir. Dükanından oğurluq edən şəxsləri tanımır. Dükanda olan videogörüntüdən də görünür ki, həmin şəxslər azyaşlıdır və üzləri bağlı olduğu üçün üzləri görsənmir. Daha sonra ona vurulmuş zərərin ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi 12 ünvanında “TK Telekom” telefon satışı və təmiri dükanı vardır. O, hər gün saat 10:00-da dükana gəlir və saat 20:00-da dükanı bağlayır. O, həm telefon təmiri ilə məşğul olur, həm də həmin dükanı işlədir. 11 yanvar 2025-ci il tarixdə saat 20:00-da dükanı bağlayaraq evinə getmiş və 12 yanvar 2025-ci il tarixdə saat 09:45 radələrində o, evdə olan zaman qonşuluqda yerləşən dükanın sahibi Zərərçəkmiş şəxs1 onun mobil nömrəsinə zəng edərək telefon dükanının qapısının açıq olduğunu demişdir. O, həmin vaxtı evdən çıxaraq saat 10:15-də dükanın yanına çatmışdır. Həmin vaxt dükanın plastik materialdan olan qapısının açıq olduğunu görmüş və içəri daxil olduqdan sonra dükanda olan 03 ədəd “Redmi”, “Honor” və “Mimix” markalı müştərilərə məxsus telefonların, 01 ədəd videoregistratorun və 580 manat nağd pulun oğurlandığını görmüşdür. Ondan sonra DİNin 102 xidmətinə zəng etmişdir. Telefon təmiri dükanında videogörüntü vardır və videogörüntüyə baxdıqda görmüşdür ki, iki nəfər azyaşlı üzləri bağlı vəziyyətdə dükanın qapısını açaraq içəri daxil olub oradan qeyd etdiyi telefonları və pulu oğurlayır. Dükanında olan oğurluq zamanı 03 ədəd 150 manat dəyərində “Redmi” markalı, 130 manat dəyərində “Honor” markalı, 250 manat dəyərində “Mimix” markalı telefonlar, 01 ədəd 100 manat dəyərində videoregistrator və 580 manat nağd pul oğurlanmışdır. Ümumilikdə ona 1210 manat maddi ziyan dəymişdir. Dükanından oğurluq edən şəxsləri tanımır. Dükanda olan videogörüntüdən də görünür ki həmin şəxslər azyaşlıdır və üzləri bağlı olduğu üçün üzləri görsənmir. Daha sonra məhkəməyə ərizə ünvanlayaraq ona vurulmuş zərərin ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.42); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.69); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild, i.v.100-101); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild, i.v.112-113); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, Nəsimi RPİnin MSY-dən azad edilmişdir (l cild, i.v.127-129); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, Nəsimi RPİnin MSY-dən azad edilmişdir (l cild, i.v.133-135); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.136-137); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.140-141); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.162-163); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü olaraq istintaqa gəldiklərindən iş üzrə dayandırılmış icraat həmin tarixdə təzələnmişdir (l cild, i.v.166-167); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (l cild, i.v.183-184); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (l cild, i.v.196-197); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.235-236); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü olaraq istintaqa gəldiklərindən iş üzrə dayandırılmış icraat həmin tarixdə təzələnmişdir (l cild, i.v.242-243); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-501/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır; - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və həmin tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə, saat 23:40 radələrində Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə təhvil verilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-501/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinyət işi üzrə icraat təzələnmişdir; - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “Golden Gifts“ elektron əşyaların satışı mağazasıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (l cild, i.v.10- 13); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən “TK Telekom” adlı telefon satışı və təmiri mağazasıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (l cild, i.v.14- 17); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşyalar ondan götürülməklə həmin əşyalara baxış aparılan zaman əşyaların 03 ədəd mobil telefon və 01 ədəd videoreqistratordan ibarət olması müəyyən olunmuşdur. Həmin əşyalara baxış aparılan zaman mobil telefonların birinin Çin istehsallı olmaqla «Xiaomi» markalı, M1903F11G modelli olması, birinin Çin istehsallı «Xiaomi MİX» markalı, M1810E5A modelli olması, birinin də «Honor» markalı, JDY-LX1 modelli olması müəyyən olundu. Təqdim olunan videoregistrator isə «X2 1S» markalı, MJXCJLY02BY modellidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşyaları qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqlarını bildirmişdir (İ cild, i.v.52); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşyalar ondan götürülməklə həmin əşyalara baxış aparılan zaman həmin əşyaların 01 ədəd Vyetnam istehsallı, «Samsung» markalı, SM-G850F model mobil telefon, 01 ədəd Vyetnam istehsallı, «Samsung» markalı, SM-A600FN/DS model mobil telefon, 02 ədəd brelok, 01 ədəd Çin istehsallı «Apple» markalı S8-45 mm seriyalı smart saatı, 01 ədəd «Apple Watch 8» markalı smart qol saatı, 01 ədəd bənövşəyi rəngli silikon saat kəməri, 01 ədəd arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan telefon qabı, 07 ədəd bijuteriya sırğalar, 04 ədəd bijuteriya boyunbağılar, 01 bijuteriya dəsti, 01 ədəd bijuteriya qolbaq, 01 ədəd Çin istehsallı «X3» markalı, BCD-20 model smart saatdan ibarət olması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşyaları qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladıqlarını bildirmişdir (İ cild, i.v.79); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 02 ədəd videogörüntü vardır, həmin videogörüntülərə baxıldıqda ilk videogörüntüdə 12 yanvar 2025-ci il tarixdə saat 03:51-də 2 nəfər əyinlərində papaqlı gödəkçə və başlarına gödəkçənin papağı keçirilmiş vəziyyətdə olan şəxslərin Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 5 ünvanda yerləşən mağazada olmaları, həmin şəxslərdən birinin kassada olan pulu götürməsi və hər ikisinin mağazadan çıxması müşahidə olunur. Qeyd olunan videogörüntüdə olan görüntülər qaranlıqda qeydə alınmış, həmçinin müşahidə kamerasında yalnız mağazanın kassasından pulun götürülməsi və hadisəni törədən şəxslərin mağazadan çölə çıxması qeydə alınmışdır. Videogörüntü 18 saniyə müddətindədir. İkinci videogörüntü açılaraq baxıldıqda, 12 yanvar 2025-ci il tarixdə saat 05:41-də 2 nəfər əyinlərində papaqlı gödəkçə və başlarına gödəkçənin papağı keçirilmiş vəziyyətdə olan şəxslərin Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 5 ünvanda yerləşən mağazaya daxil olmaqla mağazada axtarış aparmaları, mağazanın masa olan yerindən və divardakı vitrindən əşyaları ciblərinə yığmaları və sonra mağazanı tərk etmələri müşahidə olunur. Videogörüntü 01 dəqiqə 03 saniyə müddətindədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videogörüntülərdə olan şəxslərin özləri olduğunu bildirmişlər (İ cild, i.v.97-99); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi «Xiaomi» markalı, M1903F11G modelli, «Xiaomi MİX» markalı, M1810E5A modelli, «Honor» markalı, JDY-LX1 modelli mobil telefonlara və «X2 İS» markalı, MJXCJLY02BY modelli videoregistratora Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs1 qeyd olunan əşyaların onun mağazasından oğurlanan əşyalar olduğunu bildirmişdir (İ cild, i.v.144); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd Vyetnam istehsallı, «Samsung» markalı, SM- G850F model mobil telefon, 01 ədəd Vyetnam istehsallı, «Samsung» markalı, SM- A600FN/DS model mobil telefon, 02 ədəd brelok, 01 ədəd Çin istehsallı «Apple» markalı S8-45 mm seriyalı smart saatı, 01 ədəd «Apple Watch 8» markalı smart qol saatı, 01 ədəd bənövşəyi rəngli silikon saat kəməri, 01 ədəd arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan telefon qabı, 07 ədəd bijuteriya sırğalar, 04 ədəd bijuteriya boyunbağıları, 01 bijuteriya dəsti, 01 ədəd bijuteriya qolbaq, 01 ədəd Çin istehsallı «X3» markalı, BCD-20 model smart saata Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs2 qeyd olunan əşyaların onun mağazasından oğurlanan əşyalar olduğunu bildirmişdir (İ cild, i.v.145); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/506 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1132,30 manat müəyyən edilir. Belə ki, istifadədə olmuş, Çin istehsalı, mavi rəngli, «Xiaomi» markalı, M1903F11G model mobil telefon 150 manat; istifadədə olmuş, Çin istehsalı, qara rəngli, «Xiaomi MİX» markalı, M1810E5A model mobil telefon 300 manat; istifadədə olmuş, qara rəngli, «Honor» markalı, JDY-LX1 model mobil telefon 185 manat; istifadədə olmuş, qara rəngli, «X2 1S» markalı, MJXCJLY02BY model videoregistrator 159 manat; istifadədə olmuş, Vyetnam istehsallı, «Samsung» markalı, SM-G850F model mobil telefon 50 manat; Vyetnam istehsallı, qara rəngli, «Samsung» markalı, SM-A600FN/DS model mobil telefon 80 manat; 02 ədəd brelok hər biri 3,15 manat olmaqla 6,30 manat; Çin istehsallı, qızıl rəngli «X3» markalı, BCD-20 model smart saat 0 manat; istifadədə olmuş, Çin istehsalı, «Apple» markalı S8-45 mm seriyalı smart saat 45 manat; istifadədə olmuş «Apple Watch 8» markalı, smart qol saatı 25 manat; bənövşəyi rəngli, silikon saat kəməri 5 manat; qara rəngli, istifadədə olmamış, arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan qabur (telefon qabı) 5 manat; 07 ədəd bijuteriya sırğa hər biri 8 manat olmaqla 56 manat; 04 ədəd bijuteriya boyunbağı hər biri 9 manat olmaqla 36 manat; bijuteriya dəst 18 manat; bijuteriya qolbaq 12 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (l cild, i.v.171-176); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1227 saylı rəyində göstərilmişdir ki, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nın 21-cı maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafına görə ona edilən ittihamın mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır (l cild, i.v.225- 228); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1228 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafına görə ona edilən ittihamın mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır (l cild, i.v.229-232); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1 oğurluq cinayətlərini hansı qaydada törətdiyini hadisə yerlərində əyani göstərmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir (l cild, i.v.212-216); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs2 oğurluq cinayətlərini hansı qaydada törətdiyini hadisə yerlərində əyani göstərmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir (l cild, i.v.220-224); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə içərisində hadisələri özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk, 01 ədəd «Xiaomi» markalı, M1903F11G model mobil telefon, 01 ədəd «Xiaomi MİX» markalı, M1810E5A model mobil telefon, 01 ədəd «Honor» markalı, JDY-LX1 model mobil telefon, 01 ədəd «X2 İS» markalı, MJXCJLY02BY model videoregistrator, 01 ədəd «Samsung» markalı, SM-G850F model mobil telefon, 01 ədəd «Samsung» markalı, SM- A600FN/DS model mobil telefon, 02 ədəd brelok, 01 ədəd «X3» markalı, BCD-20 model smart saat, 01 ədəd «Apple» markalı S8-45 mm seriyalı smart saat, 01 ədəd «Apple Watch 8» markalı smart qol saatı, 01 ədəd silikon saat kəməri, 01 ədəd arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan telefon qabı, 07 ədəd bijuteriya sırğa, 04 ədəd bijuteriya boyunbağı, bijuteriya dəst, bijuteriya qolbaq maddi sübut kimi tanınmış, 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, digər əşyalar isə zərərçəkmiş şəxslərə qaytarılmışdır (İ cild, i.v.251-262); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.240-241); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır (l cild, i.v.239); - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli billinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08 oktyabr 2025-ci il tarixində saxlanıldığı 01 (bir) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli billinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 oktyabr 2025-ci il tarixində saxlanıldığı 01 (bir) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; - “Amnistiya aktının tətbiq edilməsi barədə” Bakı şəhər probasiya idarəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri Zahid Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir; - “Amnistiya aktının tətbiq edilməsi barədə” Bakı şəhər probasiya idarəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri Zahid Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir; - Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında hadisənin görüntülərinin əks olunduğu diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 02 ədəd videogörüntü vardır. Həmin videogörüntülərə baxıldıqda ilk videogörüntünün 18 saniyədən ibarət olması müəyyən olunur. Videogörüntüdə 12 yanvar 2025-ci il tarixdə saat 03:51-də 2 nəfər əyinlərində papaqlı gödəkçə və başlarına gödəkçənin papağı keçirilmiş vəziyyətdə olan şəxslərin mağazada olmaları, həmin şəxslərdən birinin kassada olan pulu götürməsi və hər ikisinin mağazadan çıxması müşahidə olunur. Qeyd olunan videogörüntüdə olan görüntülər qaranlıqda qeydə alınmış, həmçinin müşahidə kamerasında yalnız mağazanın kassasından pulun götürülməsi və hadisəni törədən şəxslərin mağazadan çölə çıxması qeydə alınmışdır. İkinci videogörüntü açılaraq baxıldıqda, videogörüntünün 01 dəqiqə 03 saniyədən ibarət olması müəyyən olunur. Videogörüntüdə 12 yanvar 2025-ci il tarixdə saat 05:41-də 2 nəfər əyinlərində papaqlı gödəkçə və başlarına gödəkçənin papağı keçirilmiş vəziyyətdə olan şəxslərin mağazaya daxil olmaqla mağazada axtarış aparmaları, mağazanın masa olan yerindən və divardakı vitrindən əşyaları ciblərinə yığmaları və sonra mağazanı tərk etmələri müşahidə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, 177.2.2-ci maddəsi isə təkrar törədilməsinə görə, 177.2.3-cü maddəsi isə bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf edərək peşman olmasını, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, onlarla barışıq əldə etməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışıq əldə etməsini, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini səmimi etiraf edərək peşman olmasını, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, onlarla barışıq əldə etməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışıq əldə etməsini, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış içərisində hadisələrin videogörüntüləri olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış 01 ədəd «Xiaomi» markalı, M1903F11G model mobil telefonun, 01 ədəd «Xiaomi MİX» markalı, M1810E5A model mobil telefonun, 01 ədəd «Honor» markalı, JDY- LX1 model mobil telefonun, 01 ədəd «X2 İS» markalı, MJXCJLY02BY model videoregistratorun, 01 ədəd «Samsung» markalı, SM-G850F model mobil telefonun, 01 ədəd «Samsung» markalı, SM- A600FN/DS model mobil telefonun, 02 ədəd brelokun, 01 ədəd «X3» markalı, BCD-20 model smart saatın, 01 ədəd «Apple» markalı S8-45 mm seriyalı smart saatın, 01 ədəd «Apple Watch 8» markalı smart qol saatının, 01 ədəd silikon saat kəmərinin, 01 ədəd arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan telefon qabının, 07 ədəd bijuteriya sırğanın, 04 ədəd bijuteriya boyunbağının, bijuteriya dəstinin, 01 ədəd bijuteriya qolbağın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 44 saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, həmin müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək axtarış nəticəsində tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, həmin müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış içərisində cinayət hadisəsinin videogörüntüləri olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Xiaomi» markalı, M1903F11G model mobil telefonun, 01 ədəd «Xiaomi MİX» markalı, M1810E5A model mobil telefonun, 01 ədəd «Honor» markalı, JDY-LX1 model mobil telefonun, 01 ədəd «X2 İS» markalı, MJXCJLY02BY model videoregistratorun, 01 ədəd «Samsung» markalı, SM-G850F model mobil telefonun, 01 ədəd «Samsung» markalı, SM- A600FN/DS model mobil telefonun, 02 ədəd brelokun, 01 ədəd «X3» markalı, BCD-20 model smart saatın, 01 ədəd «Apple» markalı S8-45 mm seriyalı smart saatın, 01 ədəd «Apple Watch 8» markalı smart qol saatının, 01 ədəd silikon saat kəmərinin, 01 ədəd arxa gövdəsində «PEW PEW MADAFAKAS!» yazısı olan telefon qabının, 07 ədəd bijuteriya sırğanın, 04 ədəd bijuteriya boyunbağının, bijuteriya dəstinin, 01 ədəd bijuteriya qolbağın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 44 (qırx dörd) saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 (qırx dörd) saata görə 484 (dörd yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-501/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-501/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver