Məhkəmə qərarları › İş №1(006)-503/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-503/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-503/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3/4-3980/3981 ünvanında yerləşən “12 Addım” Reabilitasiya Mərkəzində müalicədə olan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanın qarşısında 10 manat müqabilində Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,313 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 4 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarının cibindən 01 bükümdə 0,313 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifaçisi olmuşdur və saxlanılan zaman onun üzərində bir büküm narkotik vasitə olmuşdur. Belə ki, 13 fevral 2025-ci il tarixində Şahid1 zəng edərək onun üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. O, Anarı narkotik vasitə istifadəçisi kimi tanımış, satan kimi bilməmişdir. Sadəcə Anarın əli çatdığı üçün ondan onun üçün də narkotik vasitə təşkil etməsini xahiş etmiş, Anar da ona “bizə gəl, düzüb qoşaram” demişdir. O, Anarın evinə getdikdə Xaqani Nəcəfov da orada olmuşdur. Xaqani Nəcəfovu o qədər də yaxşı tanımamış, onu bir-neçə dəfə Anarın yanında görmüşdür. O, içəri daxil olduqdan sonra Anardan narkotik vasitəni götürmüş, həmin narkotik vasitə üçün ona 10 manat verməli olsa da, o evə daxil olduqdan 3-5 dəqiqə sonra polis əməkdaşları evə daxil olmuşlar, polis əməkdaşları tərəfindən tutulduqları üçün pulu verə bilməmişdir. Evdə stolun üstündə kibrit qutusunun içərisində bir neçə bükümdə narkotik vasitə olmuş, lakin həmin bükümlərin kimə məxsus olduğunu bilməmişdir. Polis əməkdaşları həmin kibrit qutusunun içərisini açıb orada narkotik vasitə olduğunu bildikdən sonra “elə bunu axtarırdıq” deyərək onları polis şöbəsinə aparmışlar. Daha sonra onları Mir Cəlal küçəsi 20 ünvanının qarşısına gətirmişlər və orada videoçəkilişlə üzərilərinə baxış keçirilmişdir. Şöbədə olarkən Anar kibrit qutusunun içərisində olan bükümlərin ona məxsus olduğunu etiraf etmiş, Xaqani də üzərində narkotik vasitə olduğunu və onu Anardan aldığını təsdiq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Anar ilə onun üçün narkotik vasitə alması üçün razılaşmış və bunun üçün Anara 10 manat pul verməli olmuşdur. Anarın evinə narkotik vasitəni götürmək üçün getdikdə evdə stolun üstündə kibrit qutusunun içərisində bir neçə bükümdə narkotik vasitə olmuş, lakin bükümlərin sayını bilməmişdir. Yalnız polis şöbəsinə gəldikdən sonra kibrit qutusunun içərisində 15 büküm narkotik vasitə olduğunu bilmişdir. Həmçinin Anardan bundan əvvəl də bir neçə dəfə narkotik vasitə almış, eyni zamanda Anar və Xaqani ilə bir yerdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını, hazırda reabilitasiya mərkəzində narkomaniya xəstəliyindən müalicə aldığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ifadəsində bildirmişdir ki, 13 fevral 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Anar» adlı şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib özündə saxlamaqla daşıyır və satışı ilə məşğul olur. Keçirilmiş əməliyyat tədbirləri ilə «Anar» adlı şəxsin Şahid1 olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X13 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkilləri Emin Əliyev, Şahid4, əməliyyat müvəkkili Şahid6, kiçik inspektor Şahid7 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 5 ünvanın qarşısında olarkən Şahid1 görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Şahid1 yanında X6 və Təqsirləndirilən şəxs da olmuşdur. Onlar Şahid1 və yanında olan Xaqani Nəcəfov ilə Təqsirləndirilən şəxs Şahid1 barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərilərinə yoxlama aparılacağını bildirmişlər. Həmçinin onlara hüquq və vəzifələrini, o cümlədən saxlanıldığı andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarının olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Şahid1, Xaqani Nəcəfov və Təqsirləndirilən şəxs də üzərilərinə yoxlama aparılmasına etiraz etməmişlər. Bundan sonra ilk öncə Şahid1 təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Şahid1 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu açıldıqda içərisində kibrit dənələri və 15 ədəd xırda bükümlərin olması müəyyən olunmuşdur. Şahid1 həmin bükümlərdə narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Şahid1 üzərində yoxlama aparılmış, lakin 01 ədəd mobil telefon, 01 ədəd təsbeh, pul, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalından başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Şahid1 təqdim etdiyi kibrit qutusundakı 15 ədəd bükümlər qablaşdırılmış və götürülmüş, digər əşyalar isə Şahid1 qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Şahid1 üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları satmaq üçün «Rza» adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra Xaqani Nəcəfova təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Xaqani Nəcəfov əynində olan tünd göy rəngli şalvarının yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Xaqani Nəcəfovun üzərində yoxlama aparılmış, lakin 01 ədəd siqaret, pul, qulaqcıq və 01 ədəd mobil telefondan başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Xaqani Nəcəfovun təqdim etdiyi 01 ədəd büküm qablaşdırılmış və götürülmüş, digər əşyalar isə Xaqani Nəcəfova qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Xaqani Nəcəfov üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu istifadə etmək üçün Şahid1 aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin pul və 01 ədəd mobil telefondan başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm qablaşdırılmış və götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu istifadə etmək üçün Xaqani Nəcəfovdan aldığını bildirmişdir. Sonra videoçəkiliş dayandırılaraq Şahid1, Xaqani Nəcəfov və Təqsirləndirilən şəxs onlarla birlikdə 19-cu polis şöbəsinə gəlmələri təklif olunmuş, onlar da razılaşaraq onlarla birlikdə 19-cu polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Şahid1, Xaqani Nəcəfov və Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və şöbənin təhqiqatçısı tərəfindən onlar şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid4, polis kapitanı X13, əməliyyat müvəkkili, polis leytenantı Şahid6 və şöbənin cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid7 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 13 fevral 2025-ci il tarixində Xaqani və Fikrət adlı tanışları onlara gəlmişlər. Əvvəl Xaqani gəlmiş, bir qədər sonra isə Fikrət gəlmiş, Fikrət içəri girəndən sonra arxasınca polis əməkdaşları evə daxil olub onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təzyiq edilmiş, alçaldıcı hərəkətlər olunacağı ilə onu hədələmişlər. Bu səbəbdən də o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitəni “İnstagram” sosial şəbəkəsi vasitəsilə aldığını demişdir. Halbuki o, “İnstagram”ın nə olduğunu heç bilmir və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Xaqaniyə və Fikrətə narkotik vasitə satmamışdır. Onlar pul qoyub bir yerdə narkotik vasitə alıb istifadə etsələr də, o, onlara heç vaxt narkotik vasitə satmamışdır. Həmçinin saxlanılan zaman Fikrətin də üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları Fikrətə bir büküm narkotik vasitə verərək cibinə qoymasını və çəkiliş zamanı təqdim edərək ondan aldığını bildirməsini tələb etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 13 fevral 2025-ci il tarixində Anarın yaşadığı evə getmişdir. Təxminən 5 dəqiqə sonra Fikrət də gəlmiş, lakin Fikrət girdikdən 2 dəqiqə sonra polis əməkdaşları içəri daxil olmuşlar. Bundan sonra polis əməkdaşları onları 19-cu polis şöbəsinə aparmış, daha sonra isə Mir Cəlal küçəsi 20 ünvanının qarşısına gətirərək orada videoçəkiliş aparmaqla üzərilərinə baxış keçirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Fikrət Anarın evinə gələndə Anarın Fikrətə narkotik vasitə verdiyini görməmiş, lakin polis şöbəsində polis əməkdaşının Fikrətə narkotik vasitə verdiyinin şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v.1-2); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v.5); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (i.v.34); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.110-111); - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.132-133); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.134-135); - “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1, X6 və Rzayev X9 RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 4 ünvanın qarşısında saxlanıldıqda Şahid1 üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 11 ədəd xırda bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, 04 ədəd xırda bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd mobil telefon, 01 ədəd təsbeh, pul, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalı aşkar olunmuşdur. Xaqani Nəcəfovun üstü yoxlanılan zaman əynində olan tünd göy rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd siqaret, pul, qulaqcıq və 01 ədəd mobil telefon aşkar olunmuşdur. Fkrət Rzayevin üstü yoxlanılan zaman isə əynində olan qara rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, pul və 01 ədəd mobil telefon aşkar olunmuşdur (i.v.14-18); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1, X6 və Rzayev X9 RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq üstləri yoxlanılan zaman Şahid1, Xaqani Nəcəfov və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərə və 01 ədəd DVD diskinə baxış keçirilən zaman Şahid1, X4 və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40-da ünvan 4 ünvanın qarşısında saxlanıldıqları, həmin vaxt Şahid1 üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 11 ədəd xırda bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, 04 ədəd xırda bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd mobil telefon, 01 ədəd təsbeh, pul, 01 ədəd alışqan və 01 ədəd cib dəsmalının, Xaqani Nəcəfovun üstü yoxlanılan zaman əynində olan tünd göy rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd siqaret, pul, qulaqcıq və 01 ədəd mobil telefonun, Təqsirləndirilən şəxs isə üstü yoxlanılan zaman isə əynində olan qara rəngli şalvarının yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, pul və 01 ədəd mobil telefonun aşkar olunması videogörüntüdə öz əksini tapmışdır (i.v.20-23); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/683 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs...» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla nazırlanmış narkotik vasitə - heroindir, üzərində «..Şahid1...» sözləri olan bir ədəd zərfdəki ümumi on bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,063 qram olan narkotik vasitə heroinlərlə və üzərində «...X2....» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (i.v.77-82); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 849 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.91- 92); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,313 qram narkotik vasitə heroinin 07 may 2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin 0,213 qram qalığının saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üstünü yoxlama və təqdim olunan əşyaya baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işi üzrə sübut növü hesab edilmiş və iş materiallarına əlavə edilib saxlanılmışdır (i.v.194-206); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 05 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.2.1 və 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 il 06 aya endirilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 09 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir (i.v.138-139); - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-506/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.1 və 29,180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.141-150); - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1066/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.1 və 29,180.2.4-cü maddələri ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il 06 (altı) aya endirilmişdir (i.v.151- 161); - “12 addım” Reabilitasiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən Mərkəzə daxil olmuş xx.xx.2026-cı il tarixinədək 9 (doqquz) ay müddətində 12 X3 narkomaniyadan müalicə olunacaq. Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid1, X6 və Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 18:40 dəqiqədə ünvan 6 ünvanının qarşısında Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ilk əvvəl Şahid1 paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Şahid1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edir. Kibrit qutusunun içərisinə baxış zamanı içərisində kibrit dənələri və 15 ədəd büküm olduğu müəyyən olunur. Şahid1 həmin bükümdəki maddələrin “kakos” adlanan narkotik vasitə olduğunu bildirir. Həmin bükümlər boş zərfə qoyulur. Daha sonra Şahid1 üstü yoxlanılır və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon, sağ yan cibindən bir ədəd təsbeh, qara rəngli şalvarın sol yan cibindən bir ədəd alışqan və pul, sol arxa cibindən bir ədəd cib dəsmalı aşkar olunur. Həmin əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılır. Bundan sonra saxlanılan digər şəxs X5 paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif olunur. Xaqani Nəcəfov əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək içərisində “kakos” adlanan narkotik vasitə olduğunu və həmin maddəni yanında dayanmış Şahid1 əldə etdiyini bildirir. Bundan sonra Şahid1 aşkar olunan bükümlərin qoyulduğu zərf sonuncu tərəfindən imzalanır. Xaqani Nəcəfovun təqdim etdiyi büküm də polis əməkdaşı tərəfindən boş zərfə qoyularaq zərfin ağzı bağlanır və daha sonra Xaqani Nəcəfovun üstü yoxlanılır. Üstü yoxlanılan zaman Xaqani Nəcəfovun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret, şalvarının sağ yan cibindən pul, şalvarının sol arxa cibindən bir ədəd qulaqcıq, sağ arxa cibindən isə bir ədəd mobil telefon aşkar olunur. Həmin əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılır, üzərindən aşkar olunun bükümün qoyulduğu zərfin üstü Xaqani Nəcəfov tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim edir. Həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu və həmin maddəni Xaqani Nəcəfovdan aldığını bildirir. Həmin büküm boş zərfə qoyulub zərfin ağzı bağlanır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır və əynində olan şalvarın sağ yan cibindən pul və bir ədəd mobil telefon aşkar olunur. Həmin əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə qaytarılır. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün qoyulduğu zərfin üstü sonuncu tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümə 10 manat verdiyini, X15 Həsənovdan 20 manat müqabilində 02 büküm narkotik vasitə aldığını, Şahid1 isə narkotik vasitələri Rza adlı İran İslam Respublikasının vətəndaşından aldığını, həmçinin saxlanılan zaman onlara polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və təsir olunmadığını bildirir. Bundan sonra həmin şəxslərin üzərindən aşkar olunan bükümlərin qoyulduğu zərflər möhürlənir və zərflərin üstü iştirakçılar tərəfindən imzalanır. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru Nicat Abdullayev özünü təqdim etdikdən sonra 19-cu PŞ-nin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 18:40 dəqiqədə ünvan 6 ünvanında saxlanılmış və üstü yoxlanılmış Şahid1, X4 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin qablaşdırıldığı 03 ədəd zərfə baxış keçirilir. Zərflərə baxış keçirilməmişdən əvvəl baxışda iştirak edən şəxslər özlərini təqdim edir, şübhəli şəxslərə hüquq və vəzifələrinin izah olunduğu və onlara müdafiəçi dəvət olunduğu elan olunur. Şahid1, X6 və Təqsirləndirilən şəxs saxlanılan, 19-cu polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsirə və ya təzyiqə məruz qalmadıqlarını bildirirlər. Bundan sonra təhqiqatçı tərəfindən zərflərin içərisindəki bükümlərə baxış keçirilir. Birinci zərf açıldıqda içərisində Şahid1 üzərindən aşkar olunmuş 15 ədəd büküm olması, təhqiqatçı tərəfindən həmin bükümlərin içərisinə baxış keçirildikdə isə 11 ədəd bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin, 04 ədəd bükümün içərisində isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunur. Verilən suallara cavab olaraq Şahid1 bildirir ki, həmin bükümləri “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikasının vətəndaşından alır. Aldığı maddələri satmaq müqabilində İran İslam Respublikasının vətəndaşı ona şəxsi istifadəsi üçün narkotik vasitə verir. Narkotik vasitələrin satışından əldə etdiyi pulu isə İran İslam Respublikasının vətəndaşının kart hesabına köçürür. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən yenidən zərfə qoyularaq qablaşdırılır, möhürlənir və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Həmçinin Şahid1 məxsus bir ədəd zərfə qoyularaq götürülür. Bundan sonra təhqiqatçı tərəfindən ikinci zərf açılır və zərfin içərisində X4 üzərindən aşkar olunmuş 01 ədəd büküm olması müəyyən olunur. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində daha bir ədəd bükümün olması, onun içərisində isə rəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunur. Verilən suallara cavab olaraq Xaqani Nəcəfov həmin bükümdəki maddənin “kakos” adlanan narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni onunla birlikdə saxlanılmış Şahid1 əli ilə işarə edərək həmin gün ondan şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni satmaq və ya bağışlamaq niyyətinin olmadığını bildirir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün boş zərfə qoyularaq möhürlənir və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. X7 məxsus mobil telefon da götürülərək zərfə qoyulur. Bundan sonra təhqiqatçı tərəfindən üçüncü zərf açılır və zərfin içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm olması müəyyən olunur. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində daha bir ədəd bükümün olması, onun içərisində isə rəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin heroin olmasını, həmin narkotik vasitəni onunla birlikdə saxlanılmış Xaqani Nəcəfovu əli ilə işarə edərək həmin gün ondan şəxsi istifadəsi üçün aldığını bildirmiş, Xaqani Nəcəfov da həmin bükümü Firkət Rzayev üçün aldığını bildirir. Təhqiqatçı şübhəli şəxslərdən aşkar olunmuş bükümlərin ekspertiza tədqiqatına göndəriləcəyini bildirdikdən sonra çəkiliş dayandırılır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onu Nəsimi rayonu, Mir Cəlal küçəsi 20 ünvanının qarşısında deyil, Şahid1 evində saxlanılması ilə bildirdiklərinə münasibətdə qeyd edir ki, bu hal iş materialları ilə təkzib olunur. Məhkəmə, həmçinin şahid qismində dindirilmiş Şahid1 və X4 məhkəmə istintaqı zamanı saxlanılarkən heç birinin üzərində narkotik vasitə olmaması, narkotik vasitənin onlara polis əməkdaşları tərəfindən verilməsi və onlara təzyiq olunması ilə bağlı verdikləri ifadələrinə münasibətdə qeyd edir ki, Şahid1 barəsində eyni fakt əsasında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, X6 barəsində isə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açıldığından və Nəsimi Rayon Məhkəməsində həmin cinayət işlərinin məhkəmə istintaqı aparıldığından onların yuxarıda qeyd olunan məzmunda ifadə vermələri öz barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınmaq məqsədi daşıyır və məhkəmə tərəfindən özünümüdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında sərbəst ifadəsini verərkən özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və saxlanılarkən üzərində bir bükümdə narkotik vasitə olmasını və həmin narkotik vasitəni Şahid1 almasını etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid1 və X4 verdikləri ifadələr Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ziddiyyət təşkil etdiyindən onların ifadələrinin mötəbərliyi və sübuti əhəmiyyəti şübhə altına düşür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək peşman olmasını, ali təhsilli olmasını və hazırda könüllü olaraq narkomaniyadan müalicə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, ali təhsilli olmasını və könüllü olaraq narkomaniyadan müalicə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X1 Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 849 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 0,213 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Fides» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq həmin müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 0,213 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Fides» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar