Məhkəmə qərarları › İş №1(006)-507/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-507/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-507/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Ucar rayonu, Müsüslü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov 15 ünvanında yerləşən “Qızıldaş” kafesində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı masanın üzərində olan stəkanı götürüb Zərərçəkmiş şəxs alın nahiyəsindən qəsdən vuraraq sonuncuya başın alın nahiyəsinin kəsilmə xarakterli yarası ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2 ilə yaxındır ki, qeyri-rəsmi olaraq münasibətdədir. Onlar birlikdə işlədikləri “Qızıldaş” kafesində tanış olmuşdurlar. Lakin təxminən 1 il olar ki, aralarında olan mübahisələrə görə Zərərçəkmiş şəxs ondan ayrılmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Zərərçəkmiş şəxs onun işlədiyi ünvan 3 ünvanında yerləşən “Qızıldaş” kafesinin yanından keçdiyini görmüşdür. O yaxınlaşıb Zərərçəkmiş şəxs 1 həftə əvvəl ona nə üçün yazdığını və dünən harada olduğunu soruşmuşdur. Lakin Zərərçəkmiş şəxs kobud danışdığı üçün o, təhqir etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs uzaqlaşıb işlədiyi kafenin kilidini açıb içəri daxil olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs da içəri daxil olmuşdur. O, kafeni tərk etməyini tələb etsə də Zərərçəkmiş şəxs kafedən çıxmamışdır. O spirtli içkinin təsirində olduğu üçün stolun üstündə olan şüşə stəkanı Zərərçəkmiş şəxs alın nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra əməlindən peşman olsa da Zərərçəkmiş şəxs ağlayaraq həmin kafedən çıxmışdır. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs polisə məlumat vermiş və ərizə ilə şikayət etmişdir. Hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermiş, həmin vaxt kafedə başqa şəxs olmamışdır. O, törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməklə onunla barışdığını, sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2 ilə yaxındır ki, qeyri-rəsmi olaraq münasibətdədir. Onlar birlikdə işlədikləri "Qızıldaş" kafesinde tanış olmuşlar. Lakin təxminən 1 il olar ki, aralarında olan mübahisələrə görə o, Təqsirləndirilən şəxs ayrılmışdır. O, ayrıldıqdan sonra "Qızıldaş" kafesindən işdən çıxmışdır. Lakin ayrıldığı gündən Elsevər onu mütəmadi olaraq narahat etmişdir. xx.xx.2025-cı il tarixdə saat təxminən 10:00 radələrində o, yaşadığı mənzildən çıxıb işlədiyi ünvan 4 ünvanında yerləşən "Oğuz" kafesinə gedərkən Təqsirləndirilən şəxs işlədiyi Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 ünvanında yerləşən "Qızıldaş" kafesinin yanindan keçən zaman Təqsirləndirilən şəxs onu görüb yanına gəlmişdir. Ona yaxınlaşan zaman Təqsirləndirilən şəxs ickili olduğunu hiss etmişdir. Elsevər ondan dünən harada olduğunu soruşmuşdur. O isə harada olduğunu və ona nə üçün maraqlı olduğunu soruşduqda Elsevər onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Elsevər onun ailə üzvlərini təhqir edə-edə işlədiyi kafenin kilidini açıb içəri daxil olmuşdur. O da Təqsirləndirilən şəxs nə üçün onu təhqir etdiyini soruşmaq üçün kafeyə daxil olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlindəki şüşə stəkanı onun başına atmışdır. Stəkan onun alnına dəyib sınmış və alnının sağ tərəfindən qan axmaqa başlamışdır. Kafedən çıxıb Nəsimi RPi-nin 19-cu PŞ-nə yaxınlaşıb tanişi Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermiş ve Elsevərin onu döyməsi barədə ərizə yazmışdır. Hadisə təxminən 3-5 dəqiqə ərzində Nəsimi rayonu, R.Məmmədov 15 ünvanında yerləşən "Qızıldaş" kafesində baş vermişdir, həmin vaxt kafedə başqa şəxs olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında məhkəməyədək sadələşdirilmiş icraat açılmış və icraata qəbul edilmişdir (i.v.1); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 3 ünvanıdır və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-15); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2025-ci il tarixli 881 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – başın alın nahiyəsinin kəsilmə xarakterli yarası iti kənara malik əşyanın (alətin), ola bilsin ki şüşə parçasının təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X3 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. (i.v.27-29); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (i.v.37-38); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün və zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunun tələbindən də göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bir dəfə cinayət məsuliyyətindən azad edildiyi üçün hazırkı halda onun zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad olunmasına imkan vermir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxsnın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar