Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-509/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurədin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər «Universal» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Azərbaycan Texniki Universitetinin tələbəsi, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Təklə Mirzəbaba kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 32.5, 177.2.3-cü maddələri ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Bakı Biznes və Kooperasiya kollecinin tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2006-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı Mühəndislik Universitetinin tələbəsi, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 cinayətin törədilməsinə məsləhətləri və göstərişləri ilə yardım etməklə başqa saxlanc yerinə qanunsuz daxil olmağa köməkçilik etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən 15 mart 2025-ci il tarixdə saat 00:29-da satıcı işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 2В ünvanında yerəşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi köşkün giriş qapısını cinayətin törədilməsini asanlaşdırmaq üçün qəsdən açıq qoyaraq öz məsləhətləri və göstərişləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köşkə sərbəst girişlərinə şərait yaratmaqla yardım edib köməkçilik etməklə guya təbii ehtiyacını ödəmək məqsədilə oradan uzaqlaşdıqdan sonra həmin gün saat 00:30-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köşkün giriş qapısından oraya qanunsuz daxil olaraq satış üçün vitrinə yığılmış zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 qutusunun qiyməti 4 manat 90 qəpik təşkil edən, ümumilikdə 901 manat 60 qəpik dəyərində 184 qutu “Sobranie” markalı, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 30 manat 45 qəpik dəyərində 7 qutu “Sobranie (london) caster line”, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 30 manat 45 qəpik dəyərində 7 qutu “Sobranie (london) blues”, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 13 manat 05 qəpik dəyərində 3 qutu “Sobranie (london)”, 1 qutu 4 manat 35 qəpik dəyərində “Sobranie White”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 11 manat 56 qəpik dəyərində 4 qutu “Winchester silver”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 19 manat 50 qəpik dəyərində 5 qutu “Winston caster”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 23 manat 40 qəpik dəyərində 6 qutu “Winston XS Silver”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 39 manat dəyərində 10 qutu “Winston Xstyle”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “X4”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “Kent 4”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “Kent 1”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 12 manat 24 qəpik dəyərində 3 qutu “Kent feel”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 12 manat 24 qəpik dəyərində 3 qutu “Kent Taste”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 17 manat 34 qəpik dəyərində 6 qutu “Rothmans”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 17 manat 34 qəpik dəyərində 6 qutu “Pall Mall”, 1 qutusunun qiyməti 3 manat 53 qəpik təşkil edən, ümumilikdə 10 manat 59 qəpik dəyərində 3 qutu “LD club” markalı siqaretləri, habelə köşkün pəncərəsinin yaxınlığına yığılmış 1 ədədinin qiyməti 65 qəpik təşkil edən, ümumilikdə 15 manat 60 qəpik dəyərində 24 ədəd “Zavira” markalı alışqanı, köşkdə olan dolabdan 1172 manat nağd pulları və ümumilikdə 81 manat dəyərində “Azerfon”, “Azercell” və "xxxx" MMC mobil operatorlarına aid danışıq kartlarını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları və pul vəsaitlərini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 2460 manat 67 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən 15 mart 2025-ci il tarixdə saat 00:29-da Təqsirləndirilən şəxs1 satıcı işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 2В ünvanında yerəşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi köşkün giriş qapısını cinayətin törədilməsini asanlaşdırmaq üçün qəsdən açıq qoyaraq öz məsləhətləri və göstərişləri ilə onun və Təqsirləndirilən şəxs3 köşkə sərbəst girişlərinə şərait yaratmaqla yardım edib guya təbii ehtiyacını ödəmək məqsədilə oradan uzaqlaşdıqdan sonra həmin gün saat 00:30-da o, Təqsirləndirilən şəxs3 ilə birlikdə saxlanc yeri hesab olunan köşkün giriş qapısından oraya qanunsuz daxil olub satış üçün vitrinə yığılmış zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 qutusunun qiyməti 4 manat 90 qəpik təşkil edən, ümumilikdə 901 manat 60 qəpik dəyərində 184 qutu “Sobranie” markalı, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 30 manat 45 qəpik dəyərində 7 qutu “Sobranie (london) caster line”, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 30 manat 45 qəpik dəyərində 7 qutu “Sobranie (london) blues”, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 13 manat 05 qəpik dəyərində 3 qutu “Sobranie (london)”, 1 qutu 4 manat 35 qəpik dəyərində “Sobranie White”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 11 manat 56 qəpik dəyərində 4 qutu “Winchester silver, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 19 manat 50 qəpik dəyərində 5 qutu “Winston caster”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 23 manat 40 qəpik dəyərində 6 qutu “Winston XS Silver”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 39 manat dəyərində 10 qutu “Winston Xstyle”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “X4”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “Kent 4”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “Kent 1”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 12 manat 24 qəpik dəyərində 3 qutu “Kent feel”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 12 manat 24 qəpik dəyərində 3 qutu “Kent Taste”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 17 manat 34 qəpik dəyərində 6 qutu “Rothmans”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 17 manat 34 qəpik dəyərində 6 qutu “Pall Mall”, 1 qutusunun qiyməti 3 manat 53 qəpik təşkil edən, ümumilikdə 10 manat 59 qəpik dəyərində 3 qutu “LD club” markalı siqaretləri, habelə köşkün pəncərəsinin yaxınlığına yığılmış 1 ədədinin qiyməti 65 qəpik təşkil edən, ümumilikdə 15 manat 60 qəpik dəyərində 24 ədəd “Zavira” markalı alışqanı, köşkdə olan dolabdan 1172 manat nağd pulları və ümumilikdə 81 manat dəyərində “Azerfon”, “Azercell” və "xxxx" MMC mobil operatorlarına aid danışıq kartlarını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları və pul vəsaitlərini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 2460 manat 67 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən 15 mart 2025-ci il tarixdə saat 00:29-da Təqsirləndirilən şəxs1 satıcı işlədiyi Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 2 B ünvanında yerəşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi köşkün giriş qapısını cinayətin törədilməsini asanlaşdırmaq üçün qəsdən açıq qoyaraq öz məsləhətləri və göstərişləri ilə onun və Təqsirləndirilən şəxs2 köşkə sərbəst girişlərinə şərait yaratmaqla yardım edib guya təbii ehtiyacını ödəmək məqsədilə oradan uzaqlaşdıqdan sonra həmin gün saat 00:30-da o, Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanc yeri hesab olunan köşkün giriş qapısından oraya qanunsuz daxil olub satış üçün vitrinə yığılmış zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 qutusunun qiyməti 4 manat 90 qəpik təşkil edən, ümumilikdə 901 manat 60 qəpik dəyərində 184 qutu “Sobranie” markalı, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 30 manat 45 qəpik dəyərində 7 qutu “Sobranie (london) caster line”, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 30 manat 45 qəpik dəyərində 7 qutu “Sobranie (london) blues”, 1 qutusunun qiyməti 4 manat 35 qəpik təşkil edən, ümumilikdə 13 manat 05 qəpik dəyərində 3 qutu “Sobranie (london)”, 1 qutu 4 manat 35 qəpik dəyərində “Sobranie White”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 11 manat 56 qəpik dəyərində 4 qutu “Winchester silver”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 19 manat 50 qəpik dəyərində 5 qutu “Winston caster”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 23 manat 40 qəpik dəyərində 6 qutu “Winston XS Silver”, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 39 manat dəyərində 10 qutu “Winston Xstyle”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “X4”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “Kent 4”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 16 manat 32 qəpik dəyərində 4 qutu “Kent 1”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 12 manat 24 qəpik dəyərində 3 qutu “Kent feel”, 1 qutusunun qiyməti 4 manat 08 qəpik təşkil edən, ümumilikdə 12 manat 24 qəpik dəyərində 3 qutu “Kent Taste”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 17 manat 34 qəpik dəyərində 6 qutu “Rothmans”, 1 qutusunun qiyməti 2 manat 89 qəpik təşkil edən, ümumilikdə 17 manat 34 qəpik dəyərində 6 qutu “Pall Mall”, 1 qutusunun qiyməti 3 manat 53 qəpik təşkil edən, ümumilikdə 10 manat 59 qəpik dəyərində 3 qutu “LD club” markalı siqaretləri, habelə köşkün pəncərəsinin yağınlığına yığılmış 1 ədədinin qiyməti 65 qəpik təşkil edən, ümumilikdə 15 manat 60 qəpik dəyərində 24 ədəd “Zavira” markalı alışqanı, köşkdə olan dolabdan 1172 manat nağd pulları və ümumilikdə 81 manat dəyərində “Azerfon”, “Azercell” və "xxxx" MMC mobil operatorlarına aid danışıq kartlarını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları və pul vəsaitlərini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 2460 manat 67 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi köşkdə satıcı işləmişdir. Ondan başqa köşkdə Zəlimxan adlı şəxs də satıcı işləmişdir. O, saat 20:00-dan səhərisi gün 08:00-dək, Zəlimxan isə 08:00-dan saat 20:00-dək olan müddətdə növbəli olaraq köşkdə satıcılıq etmişlər. Növbənin sonunda satışdan əldə olunan pul vəsaitini dəftərdə qeyd edərək birbirinə təhvil verirmişlər. Etibar onun maaşını kəsdiyi üçün o, xx.xx.2025-ci il tarixdə işdən çıxmışdır. Lakin xx.xx.2025-ci il tarixdə o, yenidən işə qayıtsa da sonuncu yenə də onun maaşını kəsməyə başlamışdır. Buna görə o, xx.xx.2025-ci il tarixdə 5-6 ay müddətində tanıdığı “Ağa” kimi çağırdığı Böyükağa və 3-4 gün tanıdığı Elgünlə plan qurmuşlar ki, köşkdən oğurluq etsinlər. Hamı razılaşdıqda planı belə qurmuşlar ki, o, gecə saat 01:00 radələrində köşkdən tualet ehtiyacı ilə bağlı çıxacaq, daha sonra Böyükağa ilə Elgün köşkə daxil olaraq oradan pul götürəcək, oğurlanmış puldan 510 manatını ona verəcəklər, yerdə qalanı öz aralarında böləcəklər. Böyükağa 5-6 ay, Elgün də 3-4 gün əvvəl onun işlədiyi köşkdə satıcılıq etmişlər. Etibar Böyükağanın işlədiyi dövrdə onun da maaşını verməmişdir. O, Böyükağaya Etibarın onun pulunu vermədiyini dedikdə, sonuncu Etibarın onun da pulunu vermədiyini demiş və təklif etmişdir ki, köşkdən oğurluq etsinlər. O da əgər ona Etibarın ödəmədiyi maaşı qədər pul çatacaqsa razı olduğunu bildirmişdir. Razılıq əldə olunduqdan sonra xx.xx.2025-ci il tarixdə saat 20:00-da o, işə gələrək növbəni təhvil almışdır. Zəlimxan növbəsi ərzində 825 manat alver etmiş, həmin puldan 244 manat yeni alınmış mallara sərf edilmiş, kassada 581 manat pul qalmışdır. O, 14 mart 2025-ci il tarixdə növbəni təhvil aldıqdan sonra Zəlimxan və Etibar çıxıb getmiş və həmin gün Böyükağa ona tibbi maskada fotoşəklini atmış və köşkə oğurluğa gələndə tanınmasın deyə belə olacağını yazmışdır. 15 mart 2025-ci il tarixdə saat 00:20 radələrində Böyükağa və Elgün köşkün qarşısına gəlmiş və planı bir də gözdən keçirmişlər. Böyükağa həqiqətən də üzünə tibbi maska geyinmiş halda olmuşdur. O, bir daha Böyükağa və Elgünə demişdir ki, köşkdən ancaq pul götürsünlər. Razılıq əldə olunmuş və o, Etibara zəng edərək tualetə getdiyini və köşkə daxili kamera ilə nəzarət etməsini bildirmişdir. Etibar da kameraya baxacağını ona dedikdən sonra o, köşkdən ayrılmış və yaxınlıqdakı “Makdonalds” restoranına getmiş və 5-6 dəqiqə orada qaldıqdan sonra geri qayıtmışdır. O, köşkə girəndə görmüşdür ki, siqaretlərdən bəzisi yerə dağılıb, kassadakı 581 manat nağd pul və 11 manat dəyərində kontur, 15 ədəd alışqan, 20 ədəd siqaret köşkdə yoxdur. O, dərhal Etibara zəng etmiş və köşkdən oğurluq olması barədə məlumat vermişdir. Etibar da ona demişdir ki, “oğurluq onu maraqlandırmır, necə edirsənsə et, gətir pulu yerinə qoy”. xx.xx.2025-ci il tarixdə saat 01:18-də Böyükağa ilə Elnur oğurlanmış puldan 510 manatını onun 4169-7388-5842-3407 sayı kart hesabına köçürmüşlər. Böyükağa pulun köçürülməsinə dair fotoşəkli də “whatsapp” tətbiqi ilə ona göndərmişdir. O, köşkdə səhərə qədər alverini etmişdir. Həmin gün saat 06:30 radələrində Etibar köşkə gəlib ondan hadisənin necə olmasını bir daha soruşmuşdur. O, oğurluğu birlikdə etdiklərini deməmiş, kimin də etdiyini bilmədiyini söyləmişdir. Hətta onun təklifi ilə Etibar polisə şikayət etmişdir. Polisdə olarkən o, etdiyi cinayəti etiraf etməmişdir. Lakin polisin görüntü əldə etməsini öyrəndikdə o, cinayəti Ağa kimi bildiyi Böyükağa və Elgünlə birlikdə törətdiyini etiraf etmişdir. O, görüntüyə baxdıqda özünü tanımış və onun Böyükağa və Elgünlə köşkün yaxınlığında birlikdə dayanmaqlarının, sonradan guya onun tualetə getmək adı ilə oradan ayrılmasının həkk olunmasını görmüşdür. Baş verən oğurluqdan sonra Böyükağa və Elgün bir dəfə ona zəng etmiş və ona 510 manat pul köçürdükdən sonra oğurladıqları puldan 142 manat, eləcə də 20 ədəd Kent, Winston, Winchester, Sobraniye adlı siqaret, 15 alışqan və 11 manatlıq kontur qaldığını bildirmiş, eləcə də Elgünün oğurluq məqsədilə köşkə daxil olduqda avtomatdan işığı söndürdüyü üçün içəridəki kameranın bütün görüntülərinin silindiyini öyrənmişdir. Etdikləri oğurluq barədə əlavə heç bir şəxsə deməmişlər. Oğurluq edilərkən onları heç kim görməmiş və irad da bildirən olmamışdır. Oğurluqdan öncə köşkün qarşısındakı pilləkəndə bir nəfər tanımadığı şəxs oturmuş və oğurluğu həmin şəxsin üzərinə yıxacağı ilə bağlı Böyükağaya zarafatyana “whatsapp” tətbiqi ilə mesaj göndərmişdir. Böyükağa və Elgün köşkdən oğurladıqları pulların və siqaretin görüntülərini, eləcə də sonuncunun əvvəlcədən çəkilmiş “oğurluğa gedəcəyik” video kadrını da ona “whatsapp” tətbiqi ilə göndərmişlər. Həmçinin bildirmişdir ki, onun oğurluq olan obyektə daxil olmağa icazəsi olduğu üçün ona CM-nin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ilə razı deyildir. Belə ki, həmin maddədə obyektə qanunsuz daxil olmaq nəzərdə tutulur. Daha sonra əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, tələbə olmasını, vurulmuş zərərin tamamilə ödənməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, adı Böyükağa olsa da hamı onu “Ağa” kimi çağırır. O, 2024-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən köşkdə 5 aya kimi satıcı işləmişdir. Etibar onun 1000 manata yaxın maaşını kəsmişdir. O, işdən çıxdıqdan sonra yerinə Təqsirləndirilən şəxs1 işə alınmışdır. O, bilirmiş ki, Babək həmin köşkdə Zəlimxanla növbəli olaraq satıcı işləyirlər. O, Babəkin vasitəilə Elgün adlı şəxslə də tanış olmuş və öyrənmişdir ki, Elgün də həmin köşkdə 3-4 gün satıcı kimi işləmiş, Etibar tərəfindən maaşını ala bilmədiyinə görə işdən çıxarılmışdır. Onlar xx.xx.2025-ci il tarixdə söhbət etdikdə plan qurmuşlar ki, Etibarın işlətdiyi köşkdən oğurluq etsinlər. Hamı razılaşdıqda planı belə qurmuşlar ki, Babək xx.xx.2025-ci il tarixdə saat 20:00-da növbəni təhvil aldıqdan sonra səhərisi günə keçən gecə saat 01:00 radələrində köşkdən tualet ehtiyacı ilə bağlı çıxacaq, daha sonra o, Elgünlə birlikdə köşkə daxil olaraq oradan pul götürəcəklər, oğurlanmış puldan 510 manatını Babəkə (maaşının əvəzinə) verəcəklər, yerdə qalan məbləği də Elgünlə öz aralarında böləcəklər. Oğurluq etməkdə məqsədləri Etibara ziyan vurmaq olmuşdur. Razılıq əldə olunduqdan sonra xx.xx.2025-ci il tarixdə saat 20:00-da Babək işə gedərək növbəni təhvil almış və onlara zəng edərək bildirmişdir ki, köşkün kassasında 581 manat pul var, həmin pulu oğurladıqdan sonra 510 manatını onun (yəni Babəkin) hesab nömrəsinə atacaqlar. Ümumi razılıq əldə olunduqdan sonra o, tanınmamaq üçün tibbi maska taxmış və həmin görkəmdə fotoşəklini çəkərək Babəkə göndərmişdir. 15 mart 2025-ci il tarixdə saat 00:20 radələrində o, Elgünlə birlikdə Babəkin işlədiyi köşkün qarşısına gəlmiş və planı bir də gözdən keçirmişlər. O, həmin zaman üzünə tibbi maska geyinmiş halda olmuşdur. Babək bir daha demişdir ki, köşkdən ancaq pul götürəcəklər. Razılıq əldə olunmuş və Babək tualet adı ilə köşkdən ayrılaraq yaxınlıqdakı “Makdonalds” restoranına tərəf getmişdir. O, dərhal köşkə daxil olmuş, Elgün isə kənarda dayanmışdır. O, şkafın siyirməsindən 581 manat kağız pul, 11 manat qəpik pul və 6 manatlıq danışıq dəqiqəsi (kontur)u, həmçinin siqaret və alışqanları götürmüş və köşkdən çıxmışdır. Köşkdən oğurluq edəndə siqaretlərin bəzisi yerə dağılmışdır. Daha sonra o, Elgünlə birlikdə Nəsimi rayonu 4-cü mikrorayon dairəsinə getmiş və oğurladıqları puldan 510 manatını Babəkin 4169-7388-5842-3407 saylı bank hesab nömrəsinə köçürmüş, 143 manat pul və 01 ədəd Winston markalı siqareti o, götürmüş, yerdə qalanları Elgünə verib taksi sifariş edərək evə yollanmışlar. Oğurladıqları puldan Elgün götürməmiş, sonuncu Babəklə öz aralarında razılaşacaqlarmış. Həmin gün Babəklə mobil telefonla danışmış və nə oğurladıqlarını sonuncuya demişlər. Sonradan Babək onlara demişdir ki, guya köşkdən oğurluq olması barədə Etibara zəng edərək məlumat vermişdir. O, cinayət yolu ilə ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyacına xərcləmişdir. Daha sonra polis əməkdaşları onu saxladıqda o, etdiyi cinayəti etiraf etmişdir. Polisdə ona video görüntü göstərmişlər və o, həmin görüntüyə baxdıqda onun Babək və Elgünlə köşkün yaxınlığında birlikdə dayanmaqları, sonradan guya Babəkin tualetə getmək adı ilə oradan ayrılmasının həkk olunmasını görmüşdür. Hətta onun tibbi maskada olması da həmin görüntüyə həkk olunmuşdur. O, Elgünlə köşkdən 592 manat pul, 20 ədəd Kent, Winston, Winchester, Sobranie adlı siqaretlər, 15 ədəd alışqan və 6 manatlıq kontur oğurlamış, etdikləri oğurluq barədə heç kimə deməmişdir. Oğurluq edilərkən onları heç kim görməmiş və irad bildirən olmamışdır. Köşkdən 581 manat nağd əskinas və qəpik kimi 30 manat olmaqla toplam 617 manat pul oğurlamış, hətta o və Elgün köşkdən oğurladıqları pulların və siqaretin görüntülərini “whatsapp” tətbiqi ilə Babəkə göndərmişlər. Daha sonra əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, tələbə olmasını, vurulmuş zərərin tamamilə aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən köşkdə təxminən 3-4 gün satıcı kimi işləmişdir. Təqsirləndirilən şəxs2 təxminən 6-7 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən köşkdə satıcı işləmişdir. X3 və Böyükağanın əmək haqqını ödəmədiyi üçün sonuncular həmin köşkdən oğurluq etməyi öz aralarında planlaşdırmışlar. xx.xx.2025-ci il tarixdə o, Böyükağa ilə oturub çay içərkən sonuncu ona oğurluq planları barədə danışmış və onlarla birlikdə oğurluq etməyi təklif etmişdir. Planı belə qurmuşlar ki, Babək xx.xx.2025-ci il tarixdə saat 20:00-da növbəni təhvil aldıqdan sonra səhərisi günə keçən gecə saat 01:00 radələrində köşkdən tualet ehtiyacı ilə bağlı çıxacaq, daha sonra o, köşkə daxil olaraq oradan pul götürəcək, oğurlanmış puldan 510 manatını Babəkə (maaşının əvəzinə) verəcək, yerdə qalan məbləği də özü götürəcəkdi. 15 mart 2025-ci il tarixdə saat 00:20 radələrində o, Böyükağa ilə birlikdə Babəkin işlədiyi köşkün qarşısına gəlmiş, Babək tualet adı ilə köşkdən ayrılaraq yaxınlıqdakı “Makdonalds” restoranına tərəf getmişdir. Böyükağa dərhal köşkə daxil olmuş, o isə kənarda dayanmışdır. Böyükağa köşkdən oğurluq etdikdən sonra oğurladığı siqaretləri ona verərək həmin malları bir gün özündə saxlamağı xahiş etmiş, səhəri gün götürəcəyini bildirmişdir. O da malları götürmüş, lakin səhəri gün etdikləri hərəkətin səhv olduğunu anlayaraq həmin siqaretləri polis şöbəsinə aparıb təhvil vermişdir. Həmin vaxta kimi Böyükağa ona heç vaxt oğurluq etməklə bağlı bir təklif etməmişdir. Hadisə vaxtı o, köşkə daxil olmamış, oradan hər hansı pul və ya əşya götürməmiş, sadəcə köşkdən kənarda dayanmış, həmçinin, oğurlanan puldan ona hər hansı bir məbləğ veriləcəyi barədə Böyükağa və Babəklə aralarında hər hansı bir razılaşma olmamışdır. Daha sonra əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, tələbə olmasını, vurulmuş zərərin tamamilə aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 6 ildir ki, Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən köşkü icarə əsasında işlədir. Oğurluq hadisəsinin baş verdiyi ərəfədə köşkdə onun 2 satıcısı olmuş, hər gün saat 08:00-dan saat 20:00-dək olan müddətdə köşkdə Şahid, saat 20:00dan səhərisi gün saat 08:00-dək olan müddətdə isə Babək adlı işçi satıcılıq etmişdir. Növbə təhvil verildiyi zaman satıcılar növbə ərzində satdıqları malların pullarını bir-birinə təhvil verirlər. 14 mart 2025-ci il tarixdə saat 08:00-da Zəlimxan növbəni təhvil almış və növbə ərzində 828 manat 50 qəpik alver etmiş və həmin məbləği saat 20:00-da növbəni təhvil verərkən Babəkə təqdim etmiş, bununla bağlı köşkdə olan dəftərdə məbləğin təhvil verilməsi ilə bağlı qeydlər aparılıb hər ikisi də imzaları ilə təsdiq etmişlər. O, 14 mart 2025ci il tarixdə saat 20:00 radələrində özü də təhvil-təslimdə iştirak etmişdir. Zəlimzan çıxıb getdikdən sonra Babək köşkdə satışa başlamışdır. Az sonra o da köşkdən çıxıb getmişdir. 15 mart 2025-ci il tarixdə saat 02:30 radələrində Babək ona mobil telefonla zəng edərək 15-20 dəqiqə öncə tualet ehtiyacı ilə bağlı köşkdən bir qədər aralandığını, geri qayıtdıqda köşkdən pul, siqaret və konturların naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etdiyini bildirmişdir. O, Babəkin dediklərinə inanmamış və ərazidə polis əməkdaşlarının xidmət aparmasını və yaxın ətrafda kameraların olduğunu deyib pulu əgər özü götürübsə yerinə qoymasını məsləhət görmüş, lakin Babək köşkdən oğurluq etmədiyinə onu inandırmağa çalışmışdır. O, 15 mart 2025-ci il tarixdə saat 06:30 radələrində köşkə gəlmiş və ilk olaraq köşkdə olan kameraya baxış keçirdikdə kameranın bütün yaddaşının silinməsini aşkar etmişdir. Bundan başqa o, köşkə baxdıqda orada olan pulun, danışıq dəqiqələrinin (konturun), eləcə də siqaretlərin oğurlandığını müəyyən etmişdir. O, Babəklə izahedici söhbətlər aparmağına baxmayaraq sonuncu oğurluğu törətmədiyini bildirmiş və polisə şikayət etməyini məsləhət görmüşdür. O, da polisə gedərək şikayət edib köşkdən oğurluq olması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 2460 manat 67 qəpik maddi ziyan dəymişdir. Baş verən oğurluq hadisəsində digər satıcısı Zəlimxandan şübhələnməmiş, köşkün giriş qapısının kilid hissəsində, qapının bütövlüyündə və pəncərəsində heç bir zədə olmamışdır. Daha sonra ona vurulmuş zərərin ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 2В ünvanında yerəşən Zərərçəkmiş şəxs tərəfindən icarə əsasında işlədilən köşkdə satıcı işləyir. Köşkdə ondan başqa Təqsirləndirilən şəxs1 da satıcılıq edirmiş. O, saat 20:00-dan səhərisi gün saat 08:00-dək işləmiş və növbə ərzində satdıqları mallardan əldə olunan pul vəsaitini qeyd dəftərində yazılı şəkildə bir-birinə təhvil verib altında imza edirlərmiş. Köşkdə adətən müxtəlif markalı siqaretlər, sərinləşdirici içki, salfet, saqqız, alışqan satılır. 14 mart 2025-ci il tarixdə o, saat 08:00-da növbəyə daxil olmuş və həmin gün saat 20:00-da növbəni Babəkə təhvil vermiş və növbə ərzində satılmış mallara görə 828 manat 50 qəpik pulu da qeyd dəftəri ilə sonuncuya yazılı şəkildə təhvil vermişdir. 15 mart 2025-ci il tarixdə saat 08:00-da o, işə gəldikdə icarədar Etibarla satıcı Babəkin oğurluqla bağlı söhbət etdiklərini görmüş və sonradan anlamışdır ki, gecə saat 02:00-da Babək köşkdən tualetə getmək üçün ayrıldıqda kimsə köşkə daxil olaraq pul və digər əşyaları oğurlamışdır. Etibar köşkdə hesabat apardıqda ilkin olaraq 1141 manat nağd pul, 904 manat dəyərində siqaret və 76 manat dəyərində danışıq dəqiqələrinin oğurlanmasını aşkar etmişdir. Köşkdə kamera quraşdırılsa da, baxış keçirdikdə yaddaşda heç bir görüntünün olmaması müəyyən edilmiş və şübhəli durum olduğundan Etibar Babəkdən bir daha oğurluq barədə bildiyi nə varsa deməsini xahiş etmişdir. Lakin Babək oğurluqla bağlı heç bir məlumatının və aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra Etibar oğurluq barədə polisə məlumat vermişdir. Köşk ticarət departamentinə məxsus olsa da içərisindəki bütün mallar Etibar tərəfindən pulu ödənilməklə alınırmış. Siqaretlər departament tərəfindən gətirilib çeklərlə köşkə təhvil verilirmiş və Etibardan pulu alınırmış. Yerdə qalan məhsulları Etibar topdan satış yerlərindən alıb pulunu ödəyirmiş. Etibar sonradan hesabat apardıqa məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə köşkdən sadəcə nağd pul, siqaret, danışıq dəqiqələri və alışqanlar oğurlanmışdır. Daha sonra o, öyrənmişdir ki, Babək əvvəllər həmin köşkdə işləmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə həmin oğurluğu əvvəlcədən planlaşdırmaqla törətmişlər, verilən suala cavab olaraq Şahid ifadəsində heç bir psixoloji, narkoloji və digər xəstəlikdən əziyyət çəkmədiyini, heç bir xəstəliyinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.70-71); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.98-99); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.125-126); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (İ cild, i.v.143-144); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (İ cild, i.v.156-157); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (İ cild, i.v.168-169); - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, Nəsimi RPİnin MSY-dən dərhal azad edilmişdir (l cild, i.v.192-193); - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, Nəsimi RPİnin MSY-dən dərhal azad edilmişdir (l cild, i.v.194-195); - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, Nəsimi RPİnin MSY-dən dərhal azad edilmişdir (l cild, i.v.196-197); - “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.198-199); - “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.201-202); - “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.204-205); - “Təqsirləndirilən şəxslərin barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qətimkan tədbirinin şərtlərini pozduqlarına görə Azərbaycan Respublikası CPM-nin 151.3-cü maddəsi ilə barələrində axtarış elan edilmiş, həmin tarixdə cinayət işin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.270, ll cild, i.v.1); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 279-cu maddəsinə əsasən təzələnmişdir (ll cild, i.v.4); - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 32.5, 177.2.3-cü maddələrinə tövsif edilmişdir (ll cild, i.v.5-17); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 32.5, 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.18-19); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.30-31); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.42-43); - “Baxış keçirilməsi haqqında" xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, ev 2В ünvanında yerəşən icarə əsasında işlətdiyi köşkə baxış keçirilmiş və sonuncu köşkün siyirməsini, oradakı siqaret və xırda pul yığılan rəfləri əyani olaraq göstərək naməlum şəxslərin həmin yerlərdən ona məxsus pul, müxtəlif markalı siqaretlər, danışıq dəqiqələrini oğurladıqlarını bildirmişdir. Baxış zamanı köşkün qapı və pəncərəsində heç bir zədənin və ya başqa izlərin, eləcə də müşahidə kamerasının yaddaşında heç bir faylın (görüntünün) olmaması müşahidə edilmişdir. Bununla bağlı çəkilmiş fotoşəkil tərtib edilmiş protokola əlavə edilmişdir (İ cild, i.v.8-14); - “Təqdim edilən sənədin götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2025-xx.xx.2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, həmin tarixlərdə Ticarət Departamenti tərəfindən bir qutusunun (blokun) qiyməti ilə “Winchester silver” 28 manat 91 qəpik, “Winston caster”, “Winston XS Silver” və “Winston X style” 37 manat 17 qəpik, “Sobranie (london) caster line”, “Sobranie (london) blues”, “Sobranie (london)” və “Sobranie White” 41 manat 76 qəpik, “Kent 4”, “Kent 1”, “Kent feel” və “Kent Taste” 40 manat 84 qəpik, “Rothmans” və “Pall Mall” 28 manat 91 qəpik, “LD club” markalı siqaretlər köşkə 35 manat 33 qəpiyə satılmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs təqdim etdiyi əlyazmanın surətindən görünür ki, köşkündə satıcı işləyən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 20:00-da növbəyə daxil olarkən köşkdə digər satıcı işləyən Şahid 828 manat 50 qəpik pulu təhvil almışdır. Həmin sənədlərin surəti iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür (İ cild, i.v.20-24); - “Təqdim edilən sənədin götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 cinayət yolu ilə ələ keçirilmiş içərisində müxtəlif markalı siqaretlər, alışqanlar, danışıq dəqiqələri və xeyli sayda qəpiklər olan 01 ədəd sellofan paketi istintaq orqanına təqdim etmiş, sellofan paketə baxış zamanı içərisində 8 ədəd 50 qəpik, 123 ədəd 20 qəpik, 29 ədəd 10 qəpik, 10 ədəd 5 qəpik olmaqla cəmi 32 manat pul, 2 ədəd “Azerfon” mobil şəbəkəsinə aid 2 manatlıq və 1 ədəd “Azercell” mobil şəbəkəsinə aid 3 manatlıq danışıq dəqiqələri (kontur), 4 ədəd “Winchester silver”, 5 ədəd “Winston caster”, 6 ədəd “Winston XS Silver”, 10 ədəd “Winston X style”, 7 ədəd “Sobranie (london) caster line”, 7 ədəd “Sobranie (london) blues”, 3 ədəd “Sobranie (london)”, 1 ədəd “Sobranie White”, 4 ədəd “X4”, 4 ədəd “Kent 4”, 4 ədəd “Kent 1”, 3 ədəd “Kent feel”, 3 ədəd “Kent Taste”, 6 ədəd “Rothmans”, 6 ədəd “Pall Mall”, 3 ədəd “LD club” markalı siqaretlər və 24 ədəd “Zavira” markalı alışqan olması müəyyən edilmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər tərtib edilmiş protokola əlavə edilmişdir (İ cild, i.v.49-52); - “Maddi sübuta baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs3 təqdim etdiyi əşyalara baxış zamanı sellofan paketdə olan alışqanların və siqaretlərin markasından, eləcə də danışıq dəqiqələrindən və qəpik pullardan həmin əşyaların onun icarə əsasında işlətdiyi köşkdən oğurlanmış maddi subutlar olmasını qeyd etmişdir (İ cild, i.v.53); - xx.xx.2025-ci il tarixli üzləşdrmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Tərəflər istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs1 oğurluğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan planlaşdırıb həyata keçirmələrini və köşkdən pul, siqaret, alışqan və kontur oğurlamalarını etiraf etmiş, lakin əvvəllər həmin köşkdən 1000 manat pul və 450 manatlıq siqaret oğurlaması barədə Zərərçəkmiş şəxs heç bir söz demədiyini bildirmişdir (l cild, i.v.138-141); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan “İphone XL” markalı mobil telefona baxış keçirilmişdir. X1 aid 4169-7388-5842-3407 saylı hesabın mobil tətbiq proqramına baxış zamanı 2025-ci ilin mart ayında “eManat” ödəmə terminalından həmin hesaba 510 manat mədaxil olunması aşkar edilmişdir. Eyni zamanda mobil telefonun qalereya bölməsinə baxış zamanı xx.xx.2025-ci il tarixdə saat 01:18-də Nəsimi rayonu, 4cü mikrorayon, Cavadxan küçəsində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs1 (S**** B***** R*****) məxsus 4169-73 ****** 3407 saylı Birbank hesabına 510 manat pul köçürülməsini təsdiq edən, eləcə də Təqsirləndirilən şəxs2 tibbi maska geyinmiş halda olan fotogörüntülərinin olması aşkar edilmişdir (İ cild, i.v.211-215); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone 13 Pro” markalı mobil telefona baxış keçirilmişdir. Telefonun “whatsapp” proqramına baxış zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 21:12-dən xx.xx.2025-ci il saat 00:51dək olan müddətdə özünə məxsus 4169-7388-5842-3407 saylı kartını nömrəsini, eləcə də “pulu götürəndən sonra tez at mənə”, “yetim onda maskasız gir şübhəli görsənmə, metrodan gir tez at”, “kassada 1000 vardə, kas o vaxt götürəydiy”, “bugün də 800 dü aptavoya pul verib, olsun min bərəkət”, “30 birdi 536 bir, 42 bir kassamda da kağız pul 30 olduğunu say, 638 var”, “510 mən qalan sən”, “ala nə biləcəy e sənsən (yəni oğurluq edən), bilinsə sənsən, de əvvəldən yanında işlədim, pulumu vermədi”, “narahat olma, vaxt az qalıb deyə həyəcanlısan, tez gir içəri, tezdə də çıx”, “burda 2 nəfər var, 2 saatdı virlanırlar burda, onların üstünə atmaq olar”, pilləkəndə oturan adam fotosunu göndərir və yazır “atacam bunun üstünə”, “zəlimxan kassası 536, kontur 42, salafanda qəpik 30 manat, qırağda var çəkməcədə”, “536+42+30+30, hə şkafda nə varsa götür”, “başlıyağ, ha tərəfdəsən, uzaqdasan e”, “510 at” Təqsirləndirilən şəxs2 mesaj göndərmişdir. Eləcə də Təqsirləndirilən şəxs2 da xx.xx.2025-ci il tarixdə saat 21:12-dən xx.xx.2025-ci il saat 00:51-dək olan müddətdə Təqsirləndirilən şəxs1 “700 dən yuxarı olsa elə eliyəcüy”, “sonra tutub eliyere, 100 % polisə verecey” “pullar həmişəki yerdədi”, “axrı nə var nə yox hamsın götürümdə”, “köşkün yanındayam”, “bizdə 617 manat pul var, Etibara dedin? 40 dəqiqəyə zada atıram”, “Elgünün çayxanada çəkdiyi fotosunu çəkib atır və bununla oturmuşuq, ortalığ sakitləşsin çıxaruq, atacam, yazışmaları sil” kimi mesaj, eləcə də Elgünün pul saydığı yerdə fotosunu çəkib göndərmişdir. Eyni zamanda mobil telefonunun “qalereya” bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs3 video görüntüsü olan 01 ədəd videogörüntünün olması müəyyən edilmişdir. Görüntüyə baxış zamanı müəyyən edilir ki, kimsə Təqsirləndirilən şəxs3 çəkir və o da mobil telefonu qulağına qoyaraq “oğurluğa gedirik” ifadəsini işlədir. Baxış zamanı görüntü 01 ədəd DVD diskə köçürülərək istintaq materiallarına əlavə edilmişdir (İ cild, i.v.216-230); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Telefonun qalereya bölməsinə baxış zamanı xx.xx.2025ci il tarixdə saat 00:49-dan saat 03:31-dək olan müddətdə çəkilmiş “Təqsirləndirilən şəxs2 mobil telefonla danışmasını və qarşısındakı masanın üzərində pul (manat) əskinasların olmasını”, “Təqsirləndirilən şəxs3 həmin masada mobil telefona baxmasını və qarşısında pul əskinaslarının olmasını, “kiminsə müxtəlif əskinasları əllərində tutmalarını”, eləcə də başqa məkanda “içərisi yarısından çox əşya ilə dolu olan sellofan paketin (həmin paketdə köşkdən oğurlanmış əşyalar olmuş və Təqsirləndirilən şəxs3 tərəfindən sonradan istintaq orqanına təqdim edilmişdir) kiminsə əli ilə tutmasını” əks etdirən fotoşəkillərin olması aşkar edilmişdir (İ cild, i.v.231-237); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ünvan 8 ünvanında yerəşən Zərərçəkmiş şəxs tərəfindən icarə əsasında işlədilən köşkdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin görüntüsü köçürülülərək təqdim edilmiş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Diskdə olan videogörüntülər oğurluq hadisəsi baş vermiş köşklə üzbə-üz olan ictimai iaşə obyektinə quraşdırılmış kameradan çıxarılmışdır. Görüntüdəki fayllara baxış keçirildikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 15 mart 2025-ci il tarixdə saat 00:30 radələrində 3-4 metr aralıqdan köşkün qarşısı ilə keçirlər. Digər 2 görüntüdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 15 mart 2025-ci il tarixdə saat 00:30 radələrində oğurluq hadisəsi baş vermiş köşkün sağ tərəfində dayanıb söhbət edirlər. Təqsirləndirilən şəxs2 həmin zaman tibbi maska taxmış haldadır. Az sonra Təqsirləndirilən şəxs1 onların yanından ayrılaraq üzü kamera quraşdırılan tərəfə gəlir və onun sifəti tam olaraq kameraya düşür. 2 saniyə sonra Təqsirləndirilən şəxs3 köşkün giriş qapısına tərəf gedir, Təqsirləndirilən şəxs2 isə orada qalır. Digər görüntüdə Təqsirləndirilən şəxs3 köşkün sağ tərəfində 2-3 metr aralıda dayanıb gözləyir və köşk tərəfə baxır, həmin zaman onun əlində 01 ədəd sellofan paket vardır (həmin paket istintaq orqanına təqdim etdiyi paketdir ki, onun içərisində qəpik pullar, siqaretlər, alışqanlar və kontur olmuşdur). Təqsirləndirilən şəxs2 isə az sonra köşkün içərisindən bayıra çıxır və Təqsirləndirilən şəxs3 ilə bir-birindən 2-3 metr aralı üzü kamera tərəfə gəlirlər, daha sonra “Makdonalds”a tərəf istiqamətlənirlər, həmin zaman Təqsirləndirilən şəxs2 əlində nə isə olması hava qaranlıq olduğu üçün görünmür. İstintaq zamanı video görüntülərə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birgə iştirakı ilə baxış keçirilmiş, sonuncular özlərini həmin görüntüdən tanıyaraq törətdikləri oğurluğu etiraf etmişlər (İ cild, i.v.237-238); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1 Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən işlədiyi köşkü, həmin köşkdən oğurlanmış pulların saxlandığı (üzəri açıq halda olan) saxlanc yerini və şkafın gözlüyünü əyani olaraq göstərmiş, ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir (l cild, i.v.242-245); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs2 oğurluq etdiyi Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən köşkü, eləcə də köşkdən şkafın gözlüyündən pul və danışıq dəqiqələri, eləcə də siqaret götürdüyü rəfi əyani olaraq göstərmiş, ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir (l cild, i.v.246-249); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs3 oğurluq etdiyi Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən köşkü, eləcə də köşkdən siqaret və alışqan götürdüyü yeri əyani olaraq göstərmiş, ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə edilmişdir (l cild, i.v.250-252); - DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13- 11/2-3993/2025 nömrəli məktubdan görünür ki, aparılmış müqayisəli tədqiqat nəticəsində xx.xx.2025-ci il tarixdə ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlədiyi köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı köşkün giriş qapısının üzərindən götürülmüş əl izlərindən 01 ədədinin xx.xx.2006-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin orta bamağının əksi, 03 ədədinin isə xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir (İ cild, i.v.258-259); - xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs cinayət işində maddi sübut olan 8 ədəd 50 qəpik, 123 ədəd 20 qəpik, 29 ədəd 10 qəpik, 10 ədəd 5 qəpik cəmi 32 manat pul, 2 ədəd “Azerfon” mobil şəbəkəsinə aid 2 manatlıq və 1 ədəd “Azercell” mobil şəbəkəsinə aid 3 manatlıq danışıq dəqiqələri (kontur), 4 ədəd “Winchester silver”, 5 ədəd “Winston caster”, 6 ədəd “Winston XS Silver”, 10 ədəd “Winston Xstyle”, 7 ədəd “Sobranie (london) caster line”, 7 ədəd “Sobranie (london) blues”, 3 ədəd “Sobranie (london)”, 1 ədəd “Sobranie White”, 4 ədəd “X4”, 4 ədəd “Kent 4”, 4 ədəd “Kent 1”, 3 ədəd “Kent feel”, 3 ədəd “Kent Taste”, 6 ədəd “Rothmans”, 6 ədəd “Pall Mall”, 3 ədəd “LD club” markalı siqaretlər və 24 ədəd “Zavira” markalı alışqanı müstəntiq Miraqil Qiyasovdan təhvil almışdır (l cild, i.v.264, ll cild, i.v.62); - “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq hadisəsindən öncə və sonra cinayətin planlaşdırılması, gedişi və Nəsimi rayonu, Cavadxan küçəsi, ev 2B ünvanında yerəşən köşkdən ələ keçirilən pul vəsaitinin məbləği ilə bağlı “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə bir-birinə göndərdikləri mesaj mətnləri, eləcə də sonuncunun və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə ələ keçirdikləri pulla çəkdirdikləri fotogörüntülər, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət yolu ilə ələ keçirdiyi pul vəsaitindən xx.xx.2025-ci il tarixdə saat 01:18-də Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsində yerləşən ödəmə terminalı ilə Təqsirləndirilən şəxs1 məxsus 4169-7388-5842-3407 saylı Birbank hesabına 510 manat pul köçürülməsini əks etdirən fotogörüntü, Təqsirləndirilən şəxs3 köşkdən cinayət yolu ilə ələ keçirdiyi və sonradan istintaq orqanına təqdim etdiyi içərisində 8 ədəd 50 qəpik, 123 ədəd 20 qəpik, 29 ədəd 10 qəpik, 10 ədəd 5 qəpik cəmi 32 manat pul, 2 ədəd “Azerfon” mobil şəbəkəsinə aid 2 manatlıq və 1 ədəd “Azercell” mobil şəbəkəsinə aid 3 manatlıq danışıq dəqiqələri (kontur), 4 ədəd “Winchester silver”, 5 ədəd “Winston caster”, 6 ədəd “Winston XS Silver”, 10 ədəd “Winston Xstyle”, 7 ədəd “Sobranie (london) caster line”, 7 ədəd “Sobranie (london) blues”, 3 ədəd “Sobranie (london)”, 1 ədəd “Sobranie White”, 4 ədəd “X4”, 4 ədəd “Kent 4”, 4 ədəd “Kent 1”, 3 ədəd “Kent feel”, 3 ədəd “Kent Taste”, 6 ədəd “Rothmans”, 6 ədəd “Pall Mall”, 3 ədəd “LD club” markalı siqaretlər və 24 ədəd “Zavira” markalı alışqan olan 01 ədəd sellofan paket və sonuncunun mobil telefonunda həmin paketi əks etdirən fotogörüntü, cinayət hadisəsindən az öncə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 köşkün ətrafına toplaşmaları, sonuncunun satıcısı olduğu köşkdən başqa istiqamətə uzaqlaşması, digərlərinin isə həmin köşkə daxil olmaları və sonradan oradan çıxdıqda Təqsirləndirilən şəxs3 əlində içərisi dolu halda olan 01 ədəd sellofan torbanın olmasını, habelə sonuncunun cinayət hadisəsindən az öncə “oğurluğa gedirik” ifadəsi işlətməsini əks etdirən videogörüntülər köçürülmüş 02 ədəd DVD disklər maddi subut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, maddi subut kimi Təqsirləndirilən şəxs3 götürülmüş 32 manat pul, danışıq dəqiqələri (kontur), müxtəlif markalı siqaretlər və alışqaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (İİ cild, i.v.5-17); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.208); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.209); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 oğlu əvvəllər məhkum olunmamışdır (l cild, i.v.210); - Zərərçəkmiş şəxs təqdim etdiyi 2 saylı “Sumqayıt ASAN” xidmət mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur (l cild, i.v.185). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 32.5, 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar; 32.5ci maddəsinə əsasən isə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni onun köşkdən hər hansı pul və əşya götürməməsi, sadəcə kənarda dayanması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs3 istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməklə təsdiq olunur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında köşkə tək daxil olması və Təqsirləndirilən şəxs3 kənarda dayanması ilə bağlı verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, köşkə Elgünlə birlikdə daxil olmuş və oradan pul və digər əşyaları götürüb çıxmışlar. İş materiallarında olan DVD diskdəki görüntüdən də görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yanından uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs3 köşkə tərəf gedir. Həmçinin iş materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-11/2-3993/2025 nömrəli məktuba əsasən Nəsimi rayonu, Cavadxan küçəsi 2B ünvanında yerləşən Zərərçəkmiş şəxs işlədiyi köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı köşkün giriş qapısının üzərindən götürülmüş əl izlərindən 01 ədədinin Təqsirləndirilən şəxs3 sağ əlinin orta bamağının əksi olması müəyyən olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 köşkə daxil olmaması ilə bağlı verdiyi ifadəsi iş materiallarında olan digər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 32.5, 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli isə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tələbə olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, tələbə olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci, 32.5, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tələbə olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, tələbə olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tələbə olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, tələbə olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işi üzrə maddi sübut kimi tanınmış “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə aparılmış mesaj mətnləri, cinayət yolu ilə ələ keçirilən pulla çəkilmiş fotogörüntülər, 510 manat pulun Təqsirləndirilən şəxs1 hesabına köçürülməsini əks etdirən fotogörüntü, hadisə yerinin və Təqsirləndirilən şəxs3 videogörüntüləri köçürülmüş 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, içərisində 8 ədəd 50 qəpik, 123 ədəd 20 qəpik, 29 ədəd 10 qəpik, 10 ədəd 5 qəpik olmaqla, cəmi 32 manat pul, 2 ədəd “Azerfon” mobil şəbəkəsinə aid 2 manatlıq və 1 ədəd “Azercell” mobil şəbəkəsinə aid 3 manatlıq danışıq dəqiqələri (kontur), 4 ədəd “Winchester silver”, 5 ədəd “Winston caster”, 6 ədəd “Winston XS Silver”, 10 ədəd “Winston Xstyle”, 7 ədəd “Sobranie (london) caster line”, 7 ədəd “Sobranie (london) blues”, 3 ədəd “Sobranie (london)”, 1 ədəd “Sobranie White”, 4 ədəd “X4”, 4 ədəd “Kent 4”, 4 ədəd “Kent 1”, 3 ədəd “Kent feel”, 3 ədəd “Kent Taste”, 6 ədəd “Rothmans”, 6 ədəd “Pall Mall”, 3 ədəd “LD club” markalı siqaretlər və 24 ədəd “Zavira” markalı alışqan olan sellofan paketin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 32.5, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə aparılmış mesaj mətnləri, cinayət yolu ilə ələ keçirilən pulla çəkilmiş fotogörüntülər, 510 manat pulun Təqsirləndirilən şəxs1 hesabına köçürülməsini əks etdirən fotogörüntü, hadisə yerinin və Təqsirləndirilən şəxs3 videogörüntüləri köçürülmüş 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 8 ədəd 50 qəpik, 123 ədəd 20 qəpik, 29 ədəd 10 qəpik, 10 ədəd 5 qəpik olmaqla, cəmi 32 manat pul, 2 ədəd “Azerfon” mobil şəbəkəsinə aid 2 manatlıq və 1 ədəd “Azercell” mobil şəbəkəsinə aid 3 manatlıq danışıq dəqiqələri (kontur), 4 ədəd “Winchester silver”, 5 ədəd “Winston caster”, 6 ədəd “Winston XS Silver”, 10 ədəd “Winston Xstyle”, 7 ədəd “Sobranie (london) caster line”, 7 ədəd “Sobranie (london) blues”, 3 ədəd “Sobranie (london)”, 1 ədəd “Sobranie White”, 4 ədəd “X4”, 4 ədəd “Kent 4”, 4 ədəd “Kent 1”, 3 ədəd “Kent feel”, 3 ədəd “Kent Taste”, 6 ədəd “Rothmans”, 6 ədəd “Pall Mall”, 3 ədəd “LD club” markalı siqaretlər və 24 ədəd “Zavira” markalı alışqanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-509/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-509/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver