Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-51/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, X1, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,801 qram çəkidə psixotrop maddə metamfetamini və 0,087 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Nərimanov RPİ-nin X2 və Nərimanov RPİ-n 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 iyun 2024-cü il tarixdə saat 17:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3a yerləşən Nərimanov RPİ-niıı inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman çiynindən asdığı çantanın içərisindəki “Victory” markalanma nişanı olan kibrit qutusundan 01 bükümdə təmiz çəkisi 0,087 qram təşkil edən kustar usulla hazırlanmış həmin narkotik vasitə heroin, 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,143 qram, 0,154 qram və 0,410 qram olmaqla ümumi təmiz çəkisi 0,801 qram təşkil edən, xarici görünüş əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitəpsixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxsnun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Lakin son zamanlar normal heroin tapa bilmədiyi üçün heroini psixotrop maddə metamfetaminlə qatıb istifadə edir. 21 iyun 2024-cü il tarixində saat 16:30 radələrində “Samir” adlı şəxsdən narkotik vasitə almış, həmin şəxs ona heroinin zəif olduğunu bildirərək metamfetamin də almağı təklif etmiş, o da 120 manat pul verərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Qeyd olunan maddələri alıb gələn zaman saat 17:30 radələrində 4 nəfər polis əməkdaşı yolda onu saxlamış və avtomobilə mindirib evində yarım kiloqram narkotik vasitə saxladığını bildirərək onu ilk əvvəl yaşadığı evə aparmış, polis əməkdaşları evinə daxil olaraq axtarış aparmış, lakin evdə narkotik vasitə tapmamış, bundan sonra onu Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. Onu saxlayan zaman üzərində cəmi 2 büküm olmuş, həmin bükümlərdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olmuş, həmin maddələri bükümlərə ayırmamış, elektron tərəzi isə ümumiyyətlə üzərində olmamışdır. Elektron tərəzini ona polis idarəsində vermiş və demişlər ki, təqdim edərək bildirsin ki, tərəzini narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində gəzdirir. Halbuki onun ümumiyyətlə tərəzisi yoxdur və heç vaxt tərəzidən istifadə etməmişdir. Polis idarəsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman müdafiəçisi olmamış, baxış zamanı üzərində gəzdirdiyi çantanın içərisindəki narkotik vasitə və psixotrop maddəni, eyni zamanda polis əməkdaşlarının verdiyi elektron tərəzini təqdim etmişdir. Özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bu səbəbdən də məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməklə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin X3 əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, “İqor” adlı şəxsin 21 iyun 2024cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 91 ünvanın qarşısında olacağı, mütəmadi olaraq üzərində narkotik vasitə saxlaması, eləcə də “İqor” adlı şəxsin zahiri görünüşləri barədə NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin məlumat onun tərəfindən raportla RPİ-nin rəhbərliyinə məruzə olunmuş və əməliyyat müəyyənləşdirilməsi zamanı İqor adlı şəxsin xx xxxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən müvafiq qərar qəbul olunmuş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri o, üzvü Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 17:30 radələrində Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti 91 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs dəvət edib Polis İdarəsinə aparmışlar. Polis İdarəsinə getdikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Təhqiqat şöbəsinin təhqiqatçısı Nadir Rza-zadə tərəfindən tərcüməçi və müdafiəçi dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxsa hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd bank kartını, 01 ədəd gümüşü rəngli elektron tərəzini, 01 ədəd açarı, 01 ədəd kibrit qutusunu, 01 ədəd pul kisəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu açıldıqda içərisində 02 ədəd yaşıl və 01 ədəd qara rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütlə, həmçinin 03 ədəd yaşıl və 01 ədəd ağ rəngli bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 03 ədəd bükümdə narkotik vasitə heroin, 04 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri 21 iyun 2024-cü il tarixdə saat 11 radələrində “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 120 manata aldığını, aşkar edilmiş elektron tərəzini isə narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinə baxış keçirilən zaman içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 1071 manat və 1 ABŞ dolları pul aşkar edilmişdir. Daha sonra aşkar edilmiş 07 ədəd bükümlər və 01 ədəd elektron tərəzi iş üçün sübut əhəmiyyəti daşıdığına görə təhqiqatçı tərəfindən ayrı-ayrı zərflərdə qalbaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Redmi” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 01 ədəd pul qabı, 01 ədəd açar və 01 ədəd çanta iş üçün əhəmiyyətli olduğuna görə təhqiqatçı tərəfindən götürülmüşdür. Aşkar edilmiş 1071 manat və 01 ABŞ dolları pullar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata götürmək barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.32-33); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v.78-79); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.121-126); - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd kibrit qutusunun içərisində 02 ədəd yaşıl və 01 ədəd qara rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütlənin, həmçinin, 03 ədəd yaşıl və 01 ədəd ağ rəngli bükümdə psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (i.v.41-42); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/3335 saylı 22 iyun 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №44” dairəvi möhür əksi olan “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş üç ədəd zərfdə (şərti olaraq 1, 2 və 3 nömrəli zərflə işarələnib) olan; - 1№-li zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,410 qram, 0,143 qram, 0,154 qram, 0,094 qram ümumi təmiz çəkisi 0,801 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,087 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 2№-li zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,510 qram, 0,188 qram ümumi təmiz çəkisi 0,698 qram qəhvəyi rəngli maddələrin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. - 3 №-li zərfdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v.51-56); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X17 X4 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4383 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.163-164); - “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:50 dəqiqədən saat 19:20 dəqiqəyədək olan müddət ərzində 21 iyun 2024-cü il tarixdə Nərimanov RPİ-nin inzibati binasında X6 üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd, DVD diskinə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 1 ədəd “00152” adlı video fayıl vardır. Həmin “00152” adlı fayla əks edilmiş görüntülər 21 iyun 2024-cu il tarixdə qeydə alınmışdır. Video görüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Nadir Rza-zadənin qarşı hissəsində masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X8, tərcüməçi X9, ayaq üstə dayanmış əynində boz rəngli idman şalvarı və boz rəngli qısaqol köynək olan şəxs Təqsirləndirilən şəxs, ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Nərimanov RPİ-nin 16cı PŞ-nin baş əməliyyat müvəkkilləri Xəqani Qalabəyli, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1dir. Video çəkilişin davamında təhqiqatçı Nadir Rzazadə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir. Təqsirləndirilən şəxs də çiynindən asdığı qara rəngli əl çantasının içərisindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd tünd göy rəngli “Redmi” markalı mobil telefonu. 01 ədəd 4169-7388-1322-5780 nömrəli “Kapital Bank”a məxsus bank kartını, 01 ədəd gümüşü rəngli elektron tərəzini, 01 ədəd mənzilinin açarını, 01 ədəd üzərində “VİKTORY” yazısı olan kibrit qutusunu, 01 ədəd “Tergan” yazısı olan qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoyaraq təqdim etməsi, 01 ədəd “VİKTORY” yazısı olan kibrit qutusuna baxış keçirilən zaman içərisindən qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər 02 ədəd yaşıl rəngli sellofan və 01 ədəd qara rəngli siqaret folqasma bükülmüş bükümlər, içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik, psixotrop maddə metmafetaminə bənzər 03 ədəd yaşıl rəngli və 01 ədəd ağ rəngli sellofan bükümlər aşkar edilməsi müşahidə olunmuşdur. Görüntünün davamında Təqsirləndirilən şəxs “VİKTORY” yazısı olan kibrit qutusundan aşkar edilmiş 02 ədəd yaşıl rəngli sellofan və 01 ədəd qara rəngli siqaret folqasma bükülmüş bükümdə olan maddələrin narkotik vasitə heroin, 03 ədəd yaşıl rəngli sellofan və 01 ədəd ağ rəngli sellofan bükümdə olan maddələrin psixoptrop maddə metamfetamin olmasını, həıııin maddələri xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 120 manata şəxsi istifadə məqsədi ilə əldə edərək üzərində saxladığını, elektron tərəzini narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirməsi, “Tergan” markalı qara rəngli pul kisəsinə baxış keçirilən zaman içərisindən Təqsirləndirilən şəxs məxsus “AZE-0*******” seriyalı şəxsiyyət vəsiqəsi, 10 ədəd 100 manatlıq, 01 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq pul əsginasmdan ibarət 1071 manat və 1 ədəd ABŞ dolları pul əskinası aşkar edilməsi, aşkar edilmiş 1071 manat və 01 ədəd ABŞ dolları pul sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılsa da, üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefonun, 01 ədəd “AZE-0*******” seriyalı şəxsiyyət vəsiqəsi, 01 ədəd 4169-7388-1322-5780 nömrəli “Kapital Bank”a məxsus bank kartı sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs izah edilməklə götürülməsi və aşkar edilmiş bükümlərin və elektron tərəzinin zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 120 manata əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir (i.v.76-77); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 X17 Məhkəmə Psixiatrik Ekspertizasının 24 iyun 2024-cü il tarixli, 1828 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.165-167); - “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd narkotik vasitə heroin və 04 ədəd psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,067 qram narkotik vasitə heroin, 0,721 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına verilmişdir (i.v.170-179); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1524 saylı əfv fərmanına əsasən cəzadan azad edilmişdir (i.v.145- 146); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd kibrit qutusunun içərisində 02 ədəd yaşıl və 01 ədəd qara rəngli bükümdə olan kütləni, həmçinin, 03 ədəd yaşıl və 01 ədəd ağ rəngli bükümdə olan kütləni çıxarıb masanın üstünə qoyur, həmin bükümləri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 120 manata aldığını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 01 bükümdə təmiz çəkisi 0,087 qram olmaqla narkotik vasitə heroini, 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,143 qram, 0,154 və 0,410 qram olmaqla, ümumi təmiz çəkisi 0,801 qram psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onun üzərində tərəzinin aşkar edilməsi səbəb olmuşdur. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Bu izaha görə şəxsin üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitənin və tərəzinin olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,087 qram narkotik vasitə heroin 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,801 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin 04 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz satış üçün narkotik vasitəni bükümlərə qablaşdırması, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxsndan aşkar edilərək götürülmüş 01 bükümdə narkotik vasitə heroin və 04 bükümdə psixotrop maddə metamfetamin olsa da, o, həmin vəziyyətdə narkotik vasitə və psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini söyləmişdir. Habelə, Təqsirləndirilən şəxs ambulator X4nın xx.xx.2024-cü il tarixli, 4383 saylı rəyinə görə opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyinin aşkar olunması bir daha ona dəlalət edir ki, o, belə maddələrin istifadəçisidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti onda tərəzinin aşkar edilməsi, həmçinin, narkotik vasitə və psixotrop maddənin 05 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal üzərində qurulmuş subyektiv xarakterli mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin xeyli miqdarı 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən 0,087 qram çəkidə narkotik vasitə heroin və 0,094 qram, 0,143 qram, 0,154 qram və 0,410 qram olmaqla ümumi təmiz çəkisi 0,801 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi xeyli miqdar olsa da, narkotik vasitə olan heroinin çəkisi xeyli miqdarda deyil. Göstərilən sonuncu hal onun əməlində cinayət tərkibi yaratmadığından Təqsirləndirilən şəxs verilmiş ittihamdan “0,087 qram çəkidə narkotik vasitə heroini”lə bağlı müddəalar xaric edilməlidir. Beləliklə məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,143 qram, 0,154 qram və 0,410 qram olmaqla, ümumi təmiz çəkisi 0,801 qram psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlaması faktı öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlini səmimi etiraf etməsini və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxsnun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4383 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,067 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,721 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Universal Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Universal Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan “0,087 qram çəkidə narkotik vasitə heroini”lə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,067 qram narkotik vasitə heroin, 0,721 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Universal Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-51/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-51/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver