Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-512/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1983-cü il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Şabran rayonu, Çayqaraqaşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 41A, mənzil 64-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən avtodayanacaqda, vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “Chanqan” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilin salonunda, sonuncuya təmin etdiyi müştərinin pulunun kəsməsi səbəbi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması nəticəsində başlanılmış mübahisə zamanı, yumruqla sonuncunun sağ qolunun bilək nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona sağ saidin və mil-bilək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 10 ilə yaxındır ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” deyilən ərazidə taksi avtomobillərinə nəzarət edir və nəzarətçi kimi işləyir. Rayonlara gedən taksi sürücülərinə müştəri yığır. 01.09.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində ünvan 2 ünvanında yerləşən avtomobil dayanacağında, əvvəllər tanıdığı və taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus avtomobildə oturan zaman, bir qədər əvvəl ona təqdim etdiyi müştərinin, 40 manat pulunu vermişdir. Lakin, Vəfa həmin pulun az olduğunu demiş və bu səbəbdən, onunla aralarında Vəfanın idarə etdiyi avtomobilində mübahisə düşmüşdür. Həmin mübahisə zamanı o, yumruqla Vəfanın sağ qolunun bilək nahiyəsindən bir dəfə vurub avtomobildən düşüb getmişdir. Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o təxminən 1 ilə yaxındır ki, özünə məxsus “Chanqan” markalı, **-AG-*** cövlət qeydiyyat nişanlı avtomobili idarə edir və taksi kimi fəaliyyət göstərir. Adətən Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidən rayon istiqamətinə müştərilər aparır. Həmin ərazidə Təqsirləndirilən şəxs nəzarətçi işləyir. 01.09.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində həmin ərazinin yaxınlığında, yəni ünvan 3 ünvanda yerləşən avtomobil dayanacağında idarə etdiyi avtomobildə oturduğu zaman, Azadla bir qədər əvvəl ona təmin etdiyi müştərinin pulunu kəsdiyi üçün avtomobilində onunla aralarında yaranan mübahisə zamanı, Azad onun sağ qolunun biləyindən və bədəninin müxtəlif nahiyələrindən yumruqla vuraraq, xəsarət yetirmişdir. O isə avtomobildən düşüb, oradan uzaqlaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə ünvan 4 ünvanda yerləşən avtodayanacaqda, ona məxsus avtomobilin içində baş vermiş, hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə zamanı avtomobildə o və Azad olmuşlar. Hadisə zamanı o sağ qolunun bilək nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizəsini ünvanlayaraq göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, buna görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icrata xitam verilməsini xahiş edir. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, məhkəmə baxış iclası 15 oktyabr 2021-ci il tarixə saat 09:30-a təyin edilmişdir. Sadələşdirilmiş icraat materialının 16-19-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi Birliyinin 21 sentyabr 2021-ci il tarixli, 808 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin və mil-bilək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında hematoması bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 01.09.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl, ayaq, və s.) təsirindən əmələ gələ bilməsi mümkündür. Sadələşdirilmiş icraat materialının 11-ci vərəqəsində olan 03 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 12-ci vərəqəsində olan 03 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 70-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi ilə təqsirli bilinərək 04 il 07 ay 08 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02 il şərti sınaq müddəti tədbiq edilmiş və 15.12.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənlərə əsasən, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından FİDES Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankı” Nəqliyyat Filialı, filialındakı hesablaşma hesabına (hesab No AZ35İBAZ********************, bankın kodu 805711, VÖEN – **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-512/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-512/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver