Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-517/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax şəhəri M.Hüseynov küçəsi, ev 14-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 103, mənzil 52-də yaşayan Osmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Osmanov Təqsirləndirilən şəxs 07.09.2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən yumruq ilə baş nahiyəsinə vuraraq, alın nahiyəsinin sağ yarısının qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir işsiz olduğu üçün kirayədə yaşadığı ünvan 2 ünvanın qarşısında avtomobillərin dayanma-durmasına köməklik edir və onun qarşılığında sürücülərdən pul alaraq dolanır. İşlədiyi zaman yolları təmizləyən Zakir adlı şəxs ilə tanışlığı yaranmış və Zakir hər dəfə onun işləməyinə maneçilik törətmişdir. 07.09.2021-ci il tarixdə saat təxminən 11 radələrində yolun ortasında olan içərisinə zibil yığılmış torbanı götürərək kənara qoymuş, bu zaman zibilləri yığan Zərərçəkmiş şəxs yolu zibillədiyini deyərək onu təhqir etmiş, o, Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymayaraq oradan uzaqlaşmaq istəmiş, lakin Zərərçəkmiş şəxs onun qarşısını kəsərək zibil torbasını yoldan götürüb zibil qutusuna atmağını tələb etmişdir. O, Zərərçəkmiş şəxs tələbi ilə razılaşmadığı üçün Zərərçəkmiş şəxs yenidən onu təhqir etmişdir. Həmin vaxt əsəblərini cilovlaya bilməmiş və iki dəfə yumruq ilə Zərərçəkmiş şəxs başına zərbə vurmuşdur. Mübahisələri bir-iki dəqiqə davam etmiş və həmin vaxt ətrafda onlardan başqa heç kim olmamışdır. O, törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməklə onunla barışdığını, sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 10 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu 17 saylı Mənzil Kommunal İstismar Sahəsində təmizləyici vəzifəsində işləyir. Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsində avtomobillərin dayanma-durmasına nəzarət edən Təqsirləndirilən şəxs Osmanov dəfələrlə zibilləri yolun kənarına atdığı üçün o, R.Osmanova irad bildirmiş, lakin sonuncu onun iradına məhəl qoymayaraq hər dəfə zibilləri yolun kənarına atmışdır. Sonuncu dəfə 07.09.2021-ci il tarixdə saat təxminən 11 radələrində ünvan 1 ünvanın qarşısında olan zibilləri yığdığı zaman Təqsirləndirilən şəxs Osmanovun yenidən zibilləri mənzilin qarşısına atdığını görmüş və R.Osmanova yaxınlaşaraq iradını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Osmanov onu təhqir edərək üzərinə hücum etmiş, yumruğu ilə onun başına bir neçə dəfə zərbə vurmuş və o, əsəbləşərək DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Mübahisələri bir-iki dəqiqə davam etmiş və həmin vaxt ətrafda onlardan başqa heç kim olmamışdır. Zərər çəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, R.Osmanova qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 20.09.2021-ci il tarixli, 822 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sağ yarısının qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi bərk küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 07.09.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild İ, i.v.47-49); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.09.2021-ci il tarixdə verilmiş tələbnaməyə görə Osmanov Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqinin 23.07.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə o, həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir (cild İ, i.v.26- 42); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən o, təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, R.Osmanova qarşı şikayət və tələbi yoxdur (cild İ). - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Osmanov Təqsirləndirilən şəxs 08.05.2006-cı il təvəllüdlü və 21.06.2003-cü il təvəllüdlü iki övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Osmanov Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün və zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqinin 23.07.2021-ci il tarixli qərarı əsasında Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət işi ilə bağlı həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barışmasını və dəymiş zərəri ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Osmanov Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Osmanov Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin Osmanov Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Osmanov Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Osmanov Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Osmanov Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 06 saat üçün nəzərdə tutulan 36 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Osmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Osmanov Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Osmanov Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən-probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Osmanov Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 06 saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-517/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-517/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver